Məhkəmə qərarları › İş №1(008)-264/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-264/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-264/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Elxan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəh., Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1.077 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd bükümdə təmiz çəkisi 1.027 qram olan psixotrop maddə hesab edilən metamfetamini şəxsi istifadəsi üçün qanunsuz əldə edib üzərində saxlayaraq kirayədə yaşadığı Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evə daşımış, Bakı şəh., Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində yaşadığı evdə saxlanılaraq Sabunçu RPİ-in 12-ci PŞ-nə aparılıb üzərinə baxış keçirilən zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə içərisində qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1.077 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və arxa sol cibindən bir bükümdə içərisində qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 1.027 qram olan psixotrop maddə hesab edilən metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəlində avtobusda N.S.Muradzadə ilə tanış olmuşdur. Həmin vaxt Nərminin həm lal, həm də kar olduğunu bilirdi. Nərminlə tanış olduqdan sonra onlar bir-birləri ilə əlaqə saxlamaq üçün mobil telefon nömrələrini vermişlər. Həmin vaxtdan bir-birləri ilə Whatsapp sosial şəbəkəsi ilə əlaqə saxlamışlar, bundan başqa İntagram səhifələrində bir-biriləri ilə yazırmış, bir-neçə dəfə görüşüb bir yerdə gəzmişlər. xx xxxxxx 2020-ci il tarixdə Nərmin ona mesaj yazaraq «gəl görüşək» demişdir. O, da etiraz etməmişdir. Həmin günü Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində görüşmüşlər. Bir qədər gəzdikdən sonra anası ilə bir yerdə kirayədə yaşadığı evə gəlmiş, evdə bir qədər söhbət etmiş, sonra bir-birlərini öpmüş və cinsi əlaqədə olmuşlar. Əvvəlcə Nərmin paltarını çıxartmış, sonra Nərmin könüllü olaraq onunla cinsi əlaqə olmuşdur. Daha sonra isə onlar bir yerdə gəzməyə getmişlər. Ramana qəsəbəsi ərazisində yerləşən «Al» marketin yaxınlığında onun pula ehtiyacı olduğundan Nərminin telefonunu almaq qərarına gəlmişdir. Bir xeyli müddətdir ki, narkotik vasitələrdən könüllü istifadə edir. Buna onu heç kim təhrik etməsə də, istifadə etdiyi narkotik vasitələri adətən tanımadığı şəxslərdən alırdı. Nərminlə bir yerdə olarkən narkotik vasitəyə ehtiyacı var idi, lakin özünə narkotik vasitə almaq üçün pulu olmamışdır. Nərmindən telefonu danışmaq adı ilə alaraq bir nömrəyə zəng etmiş, sonra isə danışa-danışa Nərmindən uzaqlaşmışdır. Telefonu Neftçilər metrostansiyasının yaxınlığında xatırlamadığı telefon mağazalarının birinə 100 manata satmışdır. Əldə etdiyi pulun bir hissəsini öz ehtiyclarına xərcləmiş, qalanına isə narkotik vasitə alıb istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində tanışı Nurtənlə görüşüb bir yerdə kirayə yaşadığı evə getmişlər və bir qədər söhbət etmişlər. Həmin gün təxminən saat 22:00 radələrində evdə olduğu zaman çöldən çoxlu adamların səsini eşitmişdir. O, pəncərədən evin həyətinə baxırdı. Həmin vaxt bir nəfər cavan oğlanın hasardan tullanaraq həyətə daxil olduğunu, sonra isə həyətin giriş qapısını arxadan açdığını və bundan sonra bir neçə şəxsin evə daxil olduqlarını görmüşdür. Onları tanımırdı. Həyətə çıxan kimi həmin adamlar onun üstünə hücum çəkmişlər. Sonradan onların onun tanışı Nərminin atası, qardaşı, anası və əmiləri olduğunu bilmişdir. Onun üstünə hücum çəkən şəxslərdən biri, yəni Nərminin atası İlham yumruğu ilə sağ göz nahiyyəsindən bir dəfə zərbə vurmuş, zərbənin təsirindən o yerə yıxılmışdır. Ayağa qalıxmaq istəyən zaman İlham təpiklə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Təxminən saat 22:30 radələrində Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinin əməkdaşları kirayə yaşadığı evə gəlib onu 12-ci Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları onu apararkən üzərində olan şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroini və psixotrop madə metamfetamini atmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə getmişdir. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində ona hüquq və vəzifələrini izah etmişlər. Sonra ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif ediləndə o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd, həmin şalvarın arxa sol cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda o səmimi olaraq həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu demişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. İlham Muradov adlı şəxs ərizə ilə müraciət edərək qızının qaçırıldığını bildirmişdir. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən, axşam radələrində X7 RPİ-in 12-ci PŞ-nə gələrək Surac adlı şəxsin qızı ilə zorla cinsi əlaqədə olduğunu, həmin adamı yaşadığı evdə döyərək bıçaqladığını bildirmişdir. Bununla əlaqədar o, şöbənin əməliyyat müvəkkili Şahid2 və İlham Muradovla birlikdə Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evlərin birinə getmişlər. Həmin ünvana gedərkən orada Muraddan başqa iki kişi, bir qadın və iki qız olduğunu görmüşlər. Onlar Surac adlı şəxsi müəyyənləşdirib özlərini təqdim etmiş, ona Sabunçu RPİ-in 12-ci PŞ-nə getməyi təklif etmişdilər. Həmin vaxt Surac etiraz etməyərək onlarla birlikdə şöbəyə getmişdir. Həmin şəxsin narkotik vasitə əldə etməsi və qəbul etməsi barədə onlara məlumat verildiyindən şöbədə xidməti iş otaqlarının birində Suracın üzərində olan əşyalara baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişlə onun üzərində olan əşyalara baxış keçirilmişdir. Həmin vaxt Suraca üstündə olan əşyaları çıxarıb təqdim etmək təklif olunmuşdur. O da, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd, həmin şalvarın arxa sol cibindən bir ədəd siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşularkən, Surac həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə şüşə, yəni metamfemtamin olduğunu bildirmişdir. Həmin bükülüləri açıb içərisinə baxılarkən onlardan birinin içərisində qəhvəyi rəngli toz halında maddə, digərində isə kristal formasında şəfaf rəngli maddə olduğu müəyyən edilmişdir. Suracdan həmin maddələri haradan və nə üçün əldə etdiyini soruşarkən o, həmin maddələri xx xxxxxx 2020-ci il tarixdə Əmircan qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dadaşov X4 Habil Şəfayət oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1277 saylı, 18 yanvar 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi -1.077 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd büküm təmiz çəkisi 1.027 qram ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetamin adlı preparat 2015-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir (Siyahı 1). Tədqiqata təqdim olunan narkotik vasitələr müxtəlif növ olduqları üçün onlarla müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroinin təmiz çəkisi 1.077 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 1.027 qram, metamfetaminin təmiz çəkisi 1.046 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.996 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X8 Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 269 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elxan oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emaletmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elxan oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, ocümlədəncəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Elxan oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 17 yanvar 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,17). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Əkbərov X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 70). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)25/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,97). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «17» yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.027 qram heroin, 0.996 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 65 manat ekspertiza xərci Əkbərov Surac Elxan oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Əkbərov Surac Elxan oğlunun cəza çəkmə müddətinin başlanğıcı «17» yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.027 qram heroin, 0.996 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Əkbərov Surac Elxan oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar