Məhkəmə qərarları › İş №1(008)-264/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-264/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-264/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Qanuni nümayəndə X2 iştirakı ilə xx xxxxxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 3cü Mədən küçəsi 115, korpus ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qohumu X4 və tanışı X5 ilə tamah niyyəti ilə özgənin əmlakını açıq talamaqla ələ keçirmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında K.T. Nəsirovun idarə etdiyi avtomobildən taksi kimi istifadə edib sonuncunun taksi sürücüsü, özünün və C.A.Nəhmədovun bir-birlərini tanımayan sərnişinlər görüntüsü yaradıb kənardan şübhə yaratmadan və bu üsulla cəlb edərək nəqliyyat vasitəsinə əyləşəcək təsadüfi müştərinin pulunu və ya qiymətli əşyalarını açıq talamağı planlaşdırdıqdan sonra 21 avqust 2022-ci il tarixdə K.Şahid3 idarə etdiyi «Opel» markalı, «az ** ED ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dəniz kənarında yerləşən «MY BEACH» istirahət mərkəzinin yaxınlığına gedib aralarında olan razılığa əsasən plana uyğun olaraq özü arxa sərnişin, C.A.Nəhmədov isə ön sərnişin oturacağında əyləşib niyyətlərini həyata keçirmək üçün gözləmişlər, həmin gün saat 16:00 radələrində həmin yerdə təsadüfən müştəri qismində nəqliyyat vasitəsinə yaxınlaşıb Pirşağı qəsəbəsinin mərkəzinə getmək üçün arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs əyləşdikdən sonra hərəkətə olarkən özünü məhkum olunmuş cinayətkar kimi təqdim edib, C.A.Nəhmədovla birlikdə həbsdə olan şəxslərə maddi yardım etməli olduğunu səsləndirib bu barədə məqsədyönlü söhbətlər aparmaqla zərərçəkmiş şəxsdə qorxu və vahimə hissi yaradıb Zərərçəkmiş şəxs sol cibinə əlini salıb «**********63450» imei kodlu «İphone 11» markalı 800 manat dəyərində üzərində 6 manat dəyərində «099 381 00 68» və 6 manat dəyərində «051 381 00 68» mobil simkart nömrəsi olan telefonunu açıq talamaqla ələ keçirərək, özgə əmlakını açıq talama yolu ilə ələ keçirməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam etməklə K.Şahid3 idarə etdiyi avtomobili maqistral yolundan ayırılıb «Merakl» istirahət mərkəzinin yaxınlığında saxladığı zaman avtomobildən düşüb oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs əli ilə itələyib yerə salaraq cinayət fəaliyyətinə onu cəlb etmiş özündən yaşda böyük olan və C.A.Nəhmədovun müşahidəsi ilə Zərərçəkmiş şəxs təqib edərək ona sol said, sağ dirsək, bel, büzdüm və sol diz nahiyələrinin sıyrıqları, sol mil-bilək, sol əl və sol ayaq pəncəsi nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onun qolundan 40 manat dəyərində «Curren M8106» markaklı qol saatını çıxardıb ələ keçirməklə Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ümumilikdə 852 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Samirə və qardaşı 13 yaşlı Ümidlə yaşayır. K.Şahid3 qohumudur, Teymur doğma dayısıdır, anası Samirənin qardaşıdır. Nəhmədov Coşğunu 1-2 aydır ki, tanıyır, evinin yaxınlığında olan babası İbrahimin evində kirayədə yaşayır. Kənan taksi kimi işləyir, «az ** ED ***» dövlət qeydiyyat nişanlı «Opel» markalı avtomobili idarə edir. 19 avqust 2022-ci il tarixdə Coşqunla yaşadığı məhəllədə olarkən o, ona birlikdə soyğunçuluq və ya quldurluq hadisəsi törətmələrini təklif etmişdir. O da onunla razılaşmışdır. Sonra bu barədə Coşqun Kənana demiş, ayın 20-də birlikdə üçü görüşmüş, bir daha qərara almışalr ki, hansısa bir şəxsi müştəri kimi Kənanın avtomobilinə mindirib, ona nəzər yetirib, sonra üzərində nəsə varsa onu ələ keçirsin. 21 avqust 2022-ci il tarixdə, saat 14:00 radələrində onlar birlikdə görüşmüş, Coşqun qabaq oturacaqda, o arxa oturacaqda əyləşmişlər, Kənan isə həmin avtomobili idarə etmişdir. Təxminən saat 15-30 radələrində Novxanı qəsəbəsində yerləşən «MY BEACH» istirahət mərkəzinin qarşısında 22-23 yaşlı sarışın, gözündə eynək olan oğlan müştəri kimi Pirşağı qəsəbəsinə getmək üçün avtomobilə əyləşmiş, onun yanında oturmuş, X9 yolu ilə hərəkətə başlamış, yol boyu oğlanın üzərində qara rəngli «İphone 11» markalı mobil telefonunun olmasını və qolunda saat olmasını görmüş, ona həbsdə olan «yaxşı» kimi adlandırdığı şəxslərə nə kömək edə biləcəyini, onlara maddi yardım etmək lazım olmasını demişdir. Həmin oğlan pulunun olmamasını ona demiş, bu zaman Coşğunla Kənan guya onu tanımadıqlarını, onu Mərdəkana aparmağını həmin adını sonradan bildiyi Murad adlı oğlana Kənan demiş, sonra avtomobil hərəkətdə olarkən o, əlini Muradın cibinə salıb onun «İphone 11» markalı mobil telefonunu və sol qolunda olan saatını zorla çıxarıb açıq talamış, bu zaman avtomobili Kənan köməkçi yola sürmüş, sonra avtomobili saxlamış, həmin oğlan qapını açıb avtomobildən düşmək istəyəndə sağ əliylə onu itələyib yerə yola yıxmış, o, xəsarət almış, sonra Kənan avtomobili hərəkətə gətirmiş, birlikdə üçü oradan uzaqlaşmışlar. Sonrakı saatlarda onlar 20 yanvar metrostansiyasının yanına getmiş, mobil telefonu Kənan öz şəxsiyyət vəsiqəsiylə 100 manata orada olan mağazaya satmış, 33 manat ona və 33 manat Coşquna Kənan vermiş, özünə isə 34 manat pul götürmüş, qol saatını isə özündə saxlamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Dəymiş ziyan tam olaraq törətmişdir. Məhkəmədən onun bağışlanılmasını istəyir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda 800 manat dəyərində olan «İphone 11» markalı, «64 GB» yaddaşa malik üzərində 6 manat dəyərində «*** *** ** **», 6 manat dəyərində «*** *** ** **» nömrəsi olan «**********63450» imei kodlu qara rəngli telefonu istifadə edir. Həmçinin 40 manata «Curren» firmasına məxsus metal rəngli qol saatı almış, sol qoluna daima taxırdı. 21 avqust 2022-ci il tarixdə, saat 15:30 radələrində «MY BEACH» istirahət mərkəzinin qarşısına gəlmiş, orada bir manat müqabilində Pirşağı qəsəbəsinə getmək üçün «Opel» markalı avtomobilə minmişdir. Həmin zaman avtomobilin qabaq oturacağında bir nəfər 20-22 yaşlı kişi cinsli şəxs arxada isə başqa bir cavan oğlan əyləşmişdir. Təxminən 1-2 dəqiqə sonra avtomobil hərəkətdə olarkən həmin yanında olan şəxs sürücüylə nədənsə danışmış, sonra isə ona həbsdə olan yaxşı şəxslərə yaxşılıq etmək lazım olmasını demiş, oğru aləmindən söhbət eləmiş, həmin şəxs ya narkotik təsiri altında ya da sərxoş kimi özünü aparmışdır. Lakin ondan spirt qoxusu gəlmirdi. Sonrakı saniyələrdə əlində olan telefona həmin şəxs baxmış, sonra o, telefonu sol cibinə telefonu qoymuşdur. O, sürücünün qurunt yoluna dönməsini görmüş, nəyə görə bu yolla getməyini soruşmuşdur. Həmin zaman yanında olan şəxs əlini cibinə atıb, cibindən telefonu çıxarmış, özündə saxlamış, telefonu geri qaytarmağını tələb etmişdir. O isə yaxşıların əziyyətini çəkə bilib-bilmədiyini soruşmuş, o da pul qabını çıxarıb, pulunun olmadığını ona demiş, taski sürücüsündən bunları tanıyıb-tanımadığını soruşmuşdur. O isə tanımadığını, ondan onları tanıyıb-tanımadığını sürücü əks olaraq ondan soruşmuş, ona 10 sonra isə 20 manat verməyini onu evə yəni Noxvanı qəsəbəsinə gəldiyi yerə qaytarmağını istəmişdir. Hərəkət edib avtomobilini saxlamış, irəlidə əyləşən şəxs onlara «problem lazım deyil düşün avtomobildən özünüz probleminizi həll edin» demişdir. Avtomobilin qapısını açmış, yanındakı şəxs onu avtomobildən itələyib yerə salmışdır. O, qolundan xəsarət almış, sonra həmin arxadakı şəxs avtomobildən düşmüş, o, ayağa qalxmış, onu itələmiş, o da onu itələmiş, ona badalaq vurub yerə yıxılmış, onun sol qolunda olan saatı açmış, sonra avtomobilə minib, avtomobil hərəkət etmiş, onlar üzü Pirşağı qəsəbəsinə doğru hərəkət etmişlər. Onların arxasıyla qaçsa da çata bilməmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük oğludur. 21 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində oğlu evdən çıxıb öz şəxsi işiylə bağlı getmiş, saat 17:00 radələrində oğlu həyəcanlı halda evə gəlmiş və üç nəfər şəxsin olduğu avtomobilə sərnişin kimi əyləşdiyini sonrakı zamanda onların oğlunun mobil telefonunu və qol saatını açıq talama yolu ilə ələ keçirməsini, sonra isə avtomobillə onların oradan uzaqlaşması barədə ona demişdi. O da dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, «az ** ED ***» dövlət qeydiyyat nişanlı metallik rəngli «Opel Ozel» markalı 2007-ci il buraxılışlı avtomobili idarə edir. Oğlunun sürücülük hüququ yoxdur, lakin bir neçə ildir ki, avtomobil idarə edə bilir. İlkin bacısı Samirənin oğludur, 2005ci il təvəllüdlüdür. 21 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində oğlu Kənan xahiş etmişdi ki, bibisi oğlu İlkin yəni bacısı Samirənin oğlu ilə və atasının evində kirayədə yaşayan tanıdığı Coşqun adlı şəxslə yaxınlıqdakı dəniz sahilinə gedib çimib qayıtmaq istədiyindən ona avtomobili idarə etmək üçün versin. O da onun təkidindən və xahişindən sonra evinə yaxın olan dənizə avtomobillə getməyə icazə vermiş və dönə-dönə ehtiyatlı olmağı və başqa yerə getməməyi tapşırmışdır. Sonrakı saatlarda o, evdə dincəlib yatmış, axşam 20:00 radələrində oğlu evə gəlmiş və avtomobilin açarını ona təqdim etmiş, baş verən hadisə barədə heç nə deməmişdir. 24 avqust 2022-ci il tarixdə ona məlum olmuşdu ki, oğlu Coşqunla birlikdə 17 yaşlı bacısı oğlunu öz qruplarına cəlb edərək birlikdə adını sonradan bildiyi Murad adlı oğlanın əmlaklarını açıq talayıb ona qarşı zor tətbiq ediblər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qsimində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il traixdə, saat 19:00 radələrində əvvəllər tanımadığı , adını sonradan bildiyi Kənan adlı şəxs mağazaya gələrək «İphone 11» markalı 64 GB yaddaşa malik «**********63450» imei kodlu qara rəngli telefonunu satmasını, pula ehtiyacının olmasını, telefonun ona məxsus olmasını bildirmişdir. O da telefona baxıb 100 manata ala biləcəyini söyləmişdir. Sonra həmin şəxs onunla razılaşmış, ona pulu verib telefonu götürmüş həmçinin o, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərinə qələmlə imza edib oğurluq olmadığını qeyd etmiş və sənədi ona vermiş, sonra o, tək olaraq oradan çıxıb getmişdi. 22 avqust 2022 tarixində isə telefonu tanımadığı şəxsə 200 manata satmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6321 saylı, 29 sentyabr 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində bir ədəd gümüşü rəngli üzərində «Curren M8106» yazıları olan qol saatının orta bazar qiyməti təxminən 15 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası X6 X7 2409 saylı, 09 sentyabr 2022-ci il tarixli kompleks məhkəmə psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Sabunçu Rayon Şöbəsinin 1973 saylı, 27 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said, sağ dirsək, bel, büzdüm və sol diz nahiyələrinin sıyrıqları, sol mil-bilək, sol əl və sol ayaq pəncəsi nahiyələrinin qançırları müəyyən edilmdi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir,qərarda göstərilən və şəxsin qeyd etdiyi 21 avqust 2022-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 avqust 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasənsoyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməyə görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, onun hadisənin yetkinlik yaşına çtamadığı vaxtda törətməsini, dəymiş ziyanın ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl və onun təqsirliyi etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 24 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,74). Cinayət işinin materiallarında olan 26 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 148). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu rayon prokuroru tərəfindən 26 avqust 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh., 248). Cinayət işinin materiallarında olan 26 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 02, səh., 02). Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.4-ci maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.7-ci maddəsinə əsasən sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, onun hadisənin yetkinlik yaşına çtamadığı vaxtda törətməsini, dəymiş ziyanın ödənməsini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkməkdən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarından görünür ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olan qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ0136 **********003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən «01» (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Məhkəmə Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulsun. Maddi sübut olan qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. 50 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ0136**********003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar