Məhkəmə qərarları › İş №1(008)-264/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-264/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-264/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, hazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 74-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 fevral 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 127/131 ünvanda yerləşən «Royal» adlı oyun salonuna müştəri qismində gəlib salonda yerləşən masanın üzərində saxlanılan 01 ədəd 290 manat dəyərində «Samsung A32» markalı mobil telefon aparatını, hər biri 5 manat dəyərində olan ***-***-**-** və ***- ***-**-** GSM nömrələrlə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 fevral 2024-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən «Kişi Salonu» adlı bər-bər salonuna müştəri qismində gəlib salonda yerləşən divanın üzərində saxlanılan 01 ədəd 3800 manat dəyərində «Í Phone 14 PRO» markalı mobil telefon aparatını 5 manat dəyərində olan ***-***-**-** GSM nömrə ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Azad oğluna 3805 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 mart 2024-cü il tarixdə saat 19.55 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən «Play Station» adlı oyun salonuna müştəri qismində gəlib salonda yerləşən masanın üzərində saxlanılan 01 ədəd 550 manat dəyərində «Playstation 4» markalı oyun aparatını, 02 ədəd 160 manat dəyərində oyun pultları, 01 ədəd «Playstation 3» markalı oyun aparatını, 02 ədəd 90 manat dəyərində oyun pultları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1120 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları «Daşqın» və «Vüsal» adlı şəxslərlə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 aprel 2024 -cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsində 36 ünvanda yerləşən «Oyun Evi» adlı oyun salonuna müştəri qismində gəlib salonda yerləşən masanın üzərində saxlanılan 01 ədəd 500 manat dəyərində «Playstation 4» markalı oyun aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 500 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 aprel 2024-cü il tarixdə saat 13.30 radələrində Bakı şəhəri Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində yerləşən «Al Market» adlı dükana müştəri qismində gəlib dükanda olan kassa aparatının yanında saxlanılan 01 ədəd 500 manat dəyərində «Xiaomi Redmi 10S» markalı mobil telefon aparatını 5 manat dəyərində olan ***-***-**-** GSM nömrə ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 505 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talamaq məqsədi ilə 03 iyun 2024-cü il tarixdə saat 12.30 radələrində Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 116 ünvanda yerləşən «X4» adlı oyun salonuna müştəri qismində gəlib salonda yerləşən masanın üzərində saxlanılan 01 ədəd 750 manat dəyərində «Samsung S20FE» markalı mobil telefon aparatını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 750 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 60E ünvanda yerləşən bərbər salonuna müştəri qismində gəlib salonda yerləşən masanın üzərində saxlanılan bir ədəd 500 manat dəyərində «Oneplus 9RT» markalı mobil telefon aparatını, 01 ədəd 06 manat dəyərində telefon qabını, 06 manat dəyərində ***-***- **-** GSM nömrəni və 20 manat dəyərində 050-658—05-15 GSM nömrəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 532 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 iyun 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 202 M ünvanda yerləşən «X6» adlı oyun salonuna müştəri qismində gəlib salonda yerləşən masanın üzərində saxlanılan 02 ədəd 700 manat dəyərində «Playstation 3» markalı oyun aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 700 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 iyun 2024-cü ¡İ tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi B.Zeynallı küçəsində yerləşən «Play Station club» adlı oyun salonuna müştəri qismində gəlib salonun kabinetində yerləşən masanın üzərində saxlanılan 01 ədəd 350 manat dəyərində «Playstation 3» markalı oyun aparatını, 02 ədəd 80 manat dəyərində oyun pultları və oyun zalının ümumi hissəsində divanın üzərində saxlanılan 01 ədəd 120 manat dəyərində «Redmi Note 12» markalı mobil telefon aparatını 6 manat dəyərində olan GSM nömrə ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 556 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər törətdiyi oğurluq cinayət əməllərinə görə məhkum olunmuş, cəzasını 17 saylı cəzaçəkmə müəssəsində çəkərək 2023-cü ilin noyabr ayında o cəzasını tam çəkib qurtarandan sonra azadlığa çıxmışdır. Həmin cəzaçəkmə müəssəsində o Daşqın Əliyev və Vüsal Hüseynov adlı şəxslərlə tanış olmuşdur, onlarla birlikdə cəzaçəkmə müəssəsində cəza çəkmişlər. Aralarında normal münasibət olmuşdur. Azadlığa çıxandan sonra bir neçə dəfə görüşüb birlikdə vaxt keçirmişlər. Fəhləliklə məşğul olmuş, qazancı az olduğundan o yenədə oğurluq etməyə qərara gəlmişdir. Azadlığa çıxandan sonra o bir neçə dəfə oğurluq etməmişdən əvvəl Bakı şəhərin müxtəlif yerlərində yerləşən «Playstation» oyun zallarına getmiş və görmüşdür ki, orada olan iş personalının və müştərilərin mobil telefon aparatları nəzarətsiz qalır, həmçinin oyun zalların kabinetlərində Playstation aparatlarını, həmin aparatlara aid olan pultları rahat oğurlamaq olur. Buna görə də həmin oğurluq cinayətini törətməyə qərara gəlmişdir. 21 fevral 2024-cü il tarixdə saat 23 radələrində o tanışı Vüsal Hüseynovla birlikdə Nərimanov rayonu Azadlıq prospektində yerləşən Playstation oyun salonuna oyun oynamağa getmişdir. O, Vüsalı oyun oynamağa dəvət etmiş, lakin onun məqsədi həmin salondan oğurluq etmək olmuşdur. Vüsala oğurluq etməyə planlaşdırdığı barədə heçnə deməmişdir. Həmin «Royal» adlı pleysteyşn salonuna Vüsalla birlikdə daxil olanda görmüşdür ki, orada bütün kompyuter aparatları məşğuldur və boş yer olmadığına görə salonu işlədən şəxsin başının müştərilərə qarışıq olduğunu görüb giriş qapısının yanında olan qeydiyyat masasının üzərində bir ədəd «Samsung A32» markalı mobil telefon aparatını görmüş, həmin mobil telefon aparatını dərhal götürüb cibinə qoymuşdur. Vüsal həmin vaxtı oyun zalında durub boşalan yeri gözləmişdir. O telelefon oğurlayandan sonra Vüsala bu barədə heçnə deməmişdir və Vüsala təklif etmişdir ki, yer olmadığına görə buradan çıxıb getsinlər. Vüsalla birlikdə salondan çıxıb getmişlər. Səhərisi günü oğurladığı «Samsung A32» markalı mobil telefon aparatını o 20 yanvar deyilən yerdə tanımadığı şəxsə özünün olduğunu bildirib 150 manata satmışdır. Həmin oğurluq cinayətini törətməmişdən əvvəl və həmin cinayəti törədəndən sonra bu barədə Vüsal Hüseynova heçnə deməmişdir. Vüsalın bu oğurluq barədə məlumatı olmamışdır, həmin oğurluq cinayətin törətməsində Vüsal ona heç bir köməklik göstərməmişdir. Həmin oğurluq cinayətini törətməmişdən əvvəl o əmin olmuşdur ki, onu ətrafda heç kim görmür və buna görədə həmin cinayəti törətmişdir. 23 fevral 2024-cü il tarixdə saat 17 radələrində o Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən «Kişi salonunda» baş vermiş oğurluq hadisəsini o törətməmişdir, yəni «İ-Phone 14» markalı mobil telefon aparatını o götürməmişdir. Bundan başqa 13 mart 2024-cü il tarixdə yenədə oğurluq etmək məqsədi ilə saat 19.55 radələrində o Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində gəzişən zamanı «Zirvə» pleysteyşn oyun zalına daxil olmuşdur. Orada pleysteyşn və bilyard oynayandan sonra oyun zalının işçisinin üzərində nəzarət etmədiyini görüb oynadığı 1 ədəd «playstation 4» və 1 ədəd «playstation 3» markalı kompyuterləri və onlara aid olan ümumi 4 ədəd oyun pultlarını əvvəlcədən özü ilə gətirdiyi bel çantasına qoyub salonu tərk etmişdir. Həmin əşyaları oğurlayandan sonra o onları 20 yanvar metrosunun yaxınlığında 300 manata tanımadığı şəxsə satmış, pulları öz ehtiyyaclarına xərcləmişdir. Həmin oğurluq cinayətini o tək törətmişdir. 02 aprel 2024-cü il tarixdə saat 22 radələrində o tanışları Daşqın Əliyevlə və Vüsal Hüseynova birlikdə Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsində görüşüb pleysteyşn oynamağa planlaşdırmışlar. Buna görə də onlar ətrafda gəzişən zamanı A.Heydərov küçəsində yerləşən «Oyun Evi» pleysteyşn klubun qarşısına gəlmişlər. Həmin oyun klubuna o Vüsal və Daşqın daxil olub orada pleysteyşn oynamağa başlamışlar, təxminən bir saatdan sonra saat 23 radələrində klubu tərk etməyə qərara gəlmişlər və o həmin ərəfədə orada olan işçinin onu nəzarət etmədiyini gördüyünə görə klubda saxlanılan «Playstation 4» markalı kompyuter aparatı özləri ilə gətirdikləri çantalarına qoyub Vüsalla və Daşqınla birlikdə salondan çıxmışdır. Salondan çıxanqdan sonra onlar Daşqının kirayədə yaşadığı evinə gəlmişlər və orada o həmin kompyuteri çantasından çıxarmışdır. Vüsalla Daşqın həmin «playstation 4» kopyuter aparatını haradan əldə etdiyini soruşanda o onlara bildirmişdir ki, həmin aparatı birlikdə olduqları «Oyun Evi» pleysteyşn klubundan oğurlamışdır. Həmin oğurluq cinayətin törədilməsində Vüsal Hüseynov və Daşqın Əliyev ona heç bir köməklik göstərməmişlər. Oğurluq cinayətini etməmişdən əvvəl o bu barədə onlara heç bir məlumat verməmişdir. Həmin «Playstation 4» markalı kompyuter aparatını o «Tap.az» saytına elan yerləşdirməklə tanımadığı şəxsə 150 manata satmışdır. 03 aprel 2024-cü il tarixdə saat 13.30 radələrində o tanışları Vüsal və Daşqınla birlikdə Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən «Al Marketin» qarşısından keçən zamanı siqaret almaq adı ilə həmin marketə daxil olmuşdur. Marketə daxil olanda Vüsalla Daşqın onu çöldə gözləmişlər. Kassa aparatının arxasında duran satıcıya yaxınlaşıb kassa aparatının yanında bir ədəd mobil telefon aparatının olduğunu görmüşdür. Həmin satıcının başını qatmaq məqsədi ilə o satıcıdan 02 blok «Sobranie» markalı siqareti istəmişdir. O iki bloku qəsdən istəmişdirki, bilmişdir ki, piştaxtada o qədər siqaret olmur, həmin şəxs marketin anbarına gedib siqaretləri gətirməlidir. Həmin şəxs ondan xahiş etmişdir ki, onu bir qədər gözləsin siqaretləri anbardan gətirib ona satacaq. Həmin şəxs marketin anbarına gedəndə kassadan ayrılmış, o da həmin vaxtı orada olan ona məxsus olan bir ədəd «Xiaomi Redmi 10S» markalı mobil telefon aparatını götürüb səssiz rejiminə keçirib cibinə qoymuşdur. Həmin satıcı qayıdıb ona 02 blok sifariş etdiyi siqaretləri təhvil verəndən sonra o onların pulunu ödəyb oğurladığı mobil telefon aparatı ilə birlikdə marketi tərk etmişdir. Oğurlaq etdiyi barədə Vüsalla Daşqına xəbər verməmişdir. Oğurladığı «Xiaomi Redmi 10S» markalı mobil telefon aparatını «Tap.az» saytında tanımadığı şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyyaclarına xərcləmişdir. 03 iyun 2024-cü il tarixdə saat 12.30 radələrində oğurluq etmək məqsədi ilə o Nəsimi rayonu Səməd Vurğun küçəsində gəzişən zamanı «X5» oyun zalını görüb həmin zala daxil olmuş, həmin vaxtı zalda oyun masasının birinin arxasına keçib bir qədər pleysteyşn oynayandan sonra salonu tərk edən zamanı müştərilərin ödəniş etdiyi kassanın olduğu masasına yaxınlaşıb orada bir ədəd « Samsung S20 FE» markalı mobil telefon aparatını görmüş, həmin vaxtı oyun zalına nəzarət edən administratorun başı qarışıq olduğuna görə o ona nəzarət etmədiyinə görə o həmin mobil telefon aparatını oğurlamaq qərarına gəlmiş və onu orada heç kimin görmədiyinə əmin olub həmin mobil telefon aparatını götürüb salonu tərk edib oradan uzaqlaşmışdır. Telefonu oğurlayan zamanı kassanın qarşısında heç kim olmamış həmin zala nəzarət edən adminstrator hansısa müştəriyə oyunla bağlı köməklik göstərmişdir. Oğurladığı «Samsung S20 FE» markalı mobil telefon aparatına baxış keçirən zaman görmüşdür ki, telefon qara rənglidir, üzərində şəffaf rəngli üzlüyü olmuşdur. Həmin mobil telefon aparatın üzərində olan sim nömrəni çıxarıb tullamışdır. Həmin mobil telefon aparatını 2-3 gündən sonra 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. Pulu öz ehtiyyaclarına xərcləmişdir. 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində oğurluq etmək məqsədi ilə o Nəsimi rayonu Azadlıq prospektində gəzişmişdir. Həmin vaxtı o orada olan bər-bər salonunu görmüş və həmin salondan oğurluq etmək məqsədi ilə salona daxil olmuş, salonda işləyən bərbər salonun qarşısında durub siqaret çəkmişdir. O bərbərə yaxınlaşıb saçını kəsdirmək istədiyini demiş, həmin bərbər siqaret çəkdiyinə görə onu içəri keçməyə dəvət etmişdir. O içəri keçəndə güzgünün qarşısında oturacağa əyləşəndə görmüşdür ki, masanın üzərində «Oneplus 9RT» markalı mobil telefon aparatı var. Buna görədə həmin mobil telefonu götürüb cibinə qoymuş və öz mobil telefonunu qulağına qoyub guya kimləsə danışdığı görüntünü yaradaraq bərbər ondan şübhələnməsin deyə ona demişdirki, 10 dəqiqəyə yaxınlaşacaq. Bərbər buna etiraz etməmiş, o da salonu tərk edib hadisə yerindən uzaqlaşmışdır. Həmin mobil telefon aparatını o 22 iyun 2024-cü il tarixdə səhər saatlarında 20 yanvar metrosunun yaxınlığında özünü ona Rüstəm kimi təqdim edən şəxsə xatırlamadığı məbləğə satmışdır. Əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. 23 iyun 2024-cü il tarixdə saat 20.30 radələrində o Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektində gəzişən zamanı «Arena Playstation» oyun zalını görüb həmin zaldan oğurluq etmək məqsədi ilə zala daxil olmuş, həmin vaxtı orada müştərilər və zalda nəzarətçi olduğuna görə o kabinetə keçib ona yaxınlaşan nəzarətçiyə yalandan demişdir ki, guya dostlarını gözləyir və həmin vaxtı onun başını qatmaq üçün koka-kola sifariş etmiş, sonradan adını bildiyi nəzarətçi Zərərçəkmiş şəxs8 kabinetdən çıxıb mətbəxə keçən zamanı o kabinetdə olan 2 ədəd «Playstation 3» kompyuterləri üzərində olan idman çantasına yerləşdirib kabinetdən çıxmış, və ətrafda olan şəxslər ondan şübhələnməsin deyə telefonunu qulağına tutub guya kimləsə danışa danışa oyun zalını tərk etmişdir. Həmin oğurluq cinayətini də o tək törətmişdir, oğurladığı kompyuterləri o bir neçə gündən sonra «Tap.az» saytında yerləşdirdiyi elan əsasında tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. 25 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi B.Zeynallı küçəsində gəzişirdi. Həmin küçədə «Playstation club» oyun zalını görüb oradan oğurluq etmək məqsədi ilə həmin zala daxil olmuş, zalda bir neçə müştəri və nəzarətçi olmuşlar. Əvvəlcə o ümumi zalda əyləşib oyun oynamağa başlamış, oyun oynayanda ətrafa nəzər salmışdır ki, mobil telefon aparatı varsa onu oğurlasın. Bir qədər oynayandan sonra o görmüşdür ki, zalda divanın üstündə şarj cihazına yaşıl rəngli «Redmi note 12» markalı mobil telefon aparatı qoyulmuşdur. O kabinetə keçib orada oyun sifariş etmiş və bir neçə dəqiqə kabinetdə əyləşəndən sonra orada olan «Playstation 3» markalı komputeri və iki ədəd pultu üzərində olan idman çantasına yerləşdirib kabinetdən çıxıb ümumi zalda olan kassaya yaxınlaşıb oyun vaxtının ödənişini etmişdir. Həmin vaxtı nəzarətçinin başı qarışıq olduğundan istifadə edərək oyun zalından çıxan zamanı divanın üstündə şarj cihazına qoyulmuş yaşıl rəngli «Redmi note 12» markalı mobil telefon aparatını oğurlayıb cibinə qoyub oyun zalını tərk edərək hadisə yerindən uzaqlaşmışdır. Həmin oğurluq cinayətini o tək törətmişdir, oğurladığı «Playstation 3» komyuteri və ona aid olan 2 ədəd pultu o «Tap.az» saytında yerləşdirdiyi elan əsasında tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları öz ehtiyyaclarına xərcləmişdir. «Redmi note 12» markalı mobil telefon aparatını isə o 26 iyun 2024-cü il tarixdə tutulan zamanı Nəsimi RPİ-nin əməkdaşlarına zərərçəkmiş şəxsə qaytarılması üçün təhvil vermişdir. Bütün cinayətləri tək törətmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində özünə məxsus “playstation” oyun salonu vardır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində salonda işləyən işçi X1 ona zəng edərək salondan oğurluq olduğunu bildirmişdir. Həmin günün səhərisi salonda olan müşahidə kamerasına baxanda aşkar etmişdir ki, bir nəfər hündür boylu naməlum şəxs salona müştəri qismində daxil olur və salonda masanın üzərində olan bir ədəd “playstation 4” markalı oyun aparatını və pultlarını, bir ədəd “playstation 3” markalı oyun aparatı və onun pultlarını oğurlayır, oğurluq nəticəsində ona ümumilikdə 1120 manat maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, bir müddətdirki, ünvan 7 ünvanında yerləşən “Oyun Evi” adlı oyun salonunu icarə əsasında işlədir. Həmin salonda olan oyun aparatları və əşyalar ona məxsusdur. Oyun salonuna özü işlədərək nəzarət edir və salonda müşahidə kameraları quraşdırmışdır. Hər gün müxtəlif sayda insanlar gələrək işlətdiyi oyun salonunda olan “Playstation 4” markalı oyun konsollarında müxtəlif oyunlar oynayır. Həmin oyun salonunu hər gün səhər saat 11:00 radələrində açır və 24:00 radələrində bağlayır. 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində icarə əsasında işlətdiyi ünvan 7 ünvanında yerləşən “Oyun Evi” adlı oyun salonuna 3 nəfər tanımadığı şəxs müştəri qismində gələrək salonda olan masalardan birində əyləşərək “Playstation 4” markalı oyun konsolu ilə oyun oynamağa başlamışlar. Həmin üç nəfər şəxs bir qədər oyun oynadıqdan sonra hesabı ödəyərək çıxıb getmişdirlər. Bundan sonra o, salonun içərisinə nəzarət edən zaman salonda olan masalardan birinin üzərində olan “Playstation 4” markalı oyun konsolunun yerində olmadığını aşkar etmişdir. Bundan şübhələnib salonunda quraşdırılmış müşahidə kamerasına baxan zaman xx.xx.2024-cü il tarixdə saat 23 radələrində işlətdiyi oyun salonuna gəlmiş 3 nəfər şəxsdən uca boylu olan şəxsin başının qarışıq olmasından istifadə edərək salonda digər masanın üzərində olan “Playstation 4” markalı oyun konsolunu naqillərini çıxarıb oyun aparatını çantasına qoyduqdan sonra birlikdə çıxıb getmələrini aşkar etmişdir. Başa düşmüşdür ki, oyun salona gəlmiş üç nəfər şəxslərdən biri ona məxsus oyun salonunda masanın üzərində olan 500 manat dəyərində “Playstation 4” markalı oyun konsolunu oğurlamışdır. Bunda görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. “Oyun Evi” adlı oyun salonundan oğurlanmış 01 ədəd “Playstation 4” markalı oyun konsolu ona məxsus olmuşdur və həmin hadisə nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Bakı şəhəri Nərimanov rayonu, M.Nərimanov küçəsində yerləşən “AL Marketdə satıcı kimi işləyir. 03 aprel 2024-cü il tarixdə saat 14 radələrində işlədiyi Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən “Al Marketdə olan zaman özünə məxsus 01 ədəd 500 manat dəyərində “Xiaomi Redmi 10S” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin vaxt bir nəfər cavan oğlan marketə müştəri qismində daxil olaraq ondan 2 blok, yəni 20 ədəd “Sobrani” markalı siqaret istəmişdir. O, rəfə baxmış və rəfdə “sobrani” markalı siqaret az qaldığı üçün həmin şəxsə gözləyirsə anbar hissəsindən siqareti götürüb gətirməyini demişdir. Həmin cavan oğlan da ona gözlədiyini bildirdiyi üçün o, marketdə olan anbar hissəyə daxil olaraq müştərinin istəmiş olduğu iki blok “sobrani” markalı siqareti gətirib vermişdir. Həmin oğlan siqaretin pulunu ödəyərək marketdən çıxıb getmişdir. Bir qədər sonra o, marketdə masanın üzərinə qoyduğu “Xiaomi Redmi 10S” markalı mobil telefonun yerində olmadığını aşkar etmiş və telefonu axtarsa da tapa bilməmişdir. İstifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vursa da, telefona zəng çatmamışdır. Bundan sonra marketdə olan müşahidə kamerasına baxan zaman müştəri kimi mağazaya daxil olaraq iki blok siqaret alan şəxsin o, siqaret gətirmək üçün anbar hissəyə gedən zaman masanın üzərində olan “Xiaomi Redmi 10S” markalı mobil telefonu götürüb cibinə qoymasını aşkar etmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ünvan 8 ünvanında fəaliyyət göstərən "X5" oyun zalında adminstrator işləyir. İşinin mahiyyəti obyektin gündəlik fəaliyyətinə və işçilərər nəzarət etməkdən ibarətdir. Obyekti gündəlik olaraq səhər saat 11 radələrində açırlar. Axşam saat 01 radələrinə kimi fəaliyyət göstərirlər. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində “X5" oyun zalında olduğu zaman işçi masasında olan "Samsung S20 FE" markalı mobil telefonun yerində olmadığını aşkar edərkən telefon üzərində olan ***-***-**-** nömrəsinin votsap tətbiqinə zəng edərkən telefonun söndürülmüş vəziyyətdə olmasına görə onun oğurlanması qənaətinə gəldiyi üçün obyektin müşahidə kamerasının qeydə aldığı görüntülərə nəzər saldıqda bir neçə dəqiqə əvvəl "X5" oyun zalında Playstation aparatında oyun oynamış müştərinin obyektdən çıxarkən işçi masasından telefonu oğurlamasını aşkar etmişdir. Həmin şəxsin əynin narıncı rəngli qısaqol köynək olmuşdur. Müşahidə kameralarından görmüşdür ki, həmin şəxs obyektdən çıxan zaman ödəniş masasının üzərinə qoyduğu özünə məxsus “Samsung S20 FE" markalı mobil telefonu heç kimin olmamasında istifadə edib əli ilə götürərək cibinə qoyur və obyektdən çıxır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yerləşən “CM Barshop” kişi salonunda bərbər kimi işləyir Mahiyyəti üzrə bildirir ki, 03 oktyabr 2023-cü il tarixdə “İrşad Electronics” mağazalar şəbəkəsindən istifadə etmək məqsədi ilə kredit yolu ilə 3800 manata “İphone 14 pro” markalı, 256 GB yaddaşlı mobil telefonu alaraq üzərində ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Mahiyyəti üzrə bildirir ki, 23 fevral 2024-cü il tarixdə saat 20 radələrində işlədiyi ünvan 3 ünvanında yerləşən “CM Barshop” kişi salonunda olan zaman bir nəfər uca boylu oğlan salona yaxınlaşaraq saçını fenlə qurulamaq üçün ondan içəri girməyə icazə istəmişdir. Qeyd edir ki, həmin vaxt güclü yağış yağdığı üçün həmin oğlanın saçı su idi və o, bunu görüb salona girərək fenlə saçını qurulamağa icazə vermişdir. Həmin vaxt o, istifadə etdiyi "iphone 14 Pro” markalı mobil telefonu salonda olan divanın üzərinə qoymuşdur. Həmin cavan oğlan, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs salonda olan fenlə saçım qurulamışdır. O, isə salonda olan müştərinin saçini kəsdiyi üçün Seymurun hərəkətlərinə fikir verə bilməmişdir. Seymur saçım quruladıqdan sonra sağollaşıb çıxıb getmişdir. Seymur getdikdən təxminən, 10 dəqiqə sonra o, telefonu götürmək məqsədi ilə divana yaxınlaşan zaman mobil telefonunun qoyduğu yerdə olmadığım aşkar etmişdir. Bundan sonra o, salonda olan müştəridən istifadə etdiyi 070-888-97- 20 saylı nömrəyə zəng vurmasım xahiş etmiş və mobil nömrəmə zəng vursa da, nömrə sönülü olduğu üçün zəng çatmamışdır. Artıq ona məlum olmuşdur ki, Seymur saçını qurulamaq adi ilə salona daxil olaraq divanın üzərində olan “iphone 14 Pro” markalı mobil telefonu oğurlamışdır. Buna baxmayaraq o, şəxsi işləri ilə əlaqədar olaraq bu barədə polisə məlumat vermə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq göstərdi ki, salona girərək telefonu götürən şəxs Təqsirləndirilən şəxs olmuşdur, bununla bağlı videogörüntüləri məhkəməyə təqdim edir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 60E ünvanında yerləşən adsız bərbər salonunda bərbər kimi fəaliyyət göstərmişdir. Həmin obyektdə ondan başqa Məmmədov İntiqam adlı şəxs də işləyir. Gündəlik olaraq səhər saat 09:00-da obyekti açır və axşam saat 20:00-a kimi fəaliyyət göstərirlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında hər gün olduğu kimi obyekti açaraq işləməyə başlamışdır. Həmin gün axşam saatlarında saat təxminən, 20 radələrində obyektdə olan müştərini yola saldıqdan sonra masanın ətrafını təmizləyərkən həmin vaxt digər işçi İntiqam isə salonun qarşısında siqaret çəkmişdir. O, isə başqa müştərini gözləmişdir. Bu zaman bir nəfər tanımadığı müştəri salona daxil olaraq saçını düzəltdirmək istədiyini bildirmişdir. O, həmin şəxsə işi olduğunu bildirmişdir. Salonun qarşısında duran bərbərə yaxınlaşmasını demişdir. Həmin vaxt o, obyekti təmizlədiyinən özünə məxsus qara rəngli **********74617 və **********4609 imei kodu olan, “ Oneplus 9RT” markalı mobil telfonunu bərbər masasının üzərinə qoymuşdur. Salona daxil olan müştəri digər bərbərlə razılaşdıqdan sonra içəri daxil olub gözləyəcəyini bildirmişdir. O, həmin müştəriyə əhəmiyyət verməyib işinə davam etmişdir. Sonra isə həmin müştəri öz mobil telefonunu qulağına qoyaraq telefonla danışıb obyektdən çıxmışdır. Bundan təxminən, 4-5 dəqiqə sonra o, telefonunun yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, həmin müştəri onun telefonunu oğurlamışdır, iş yoldaşının telefonu ilə onun istifadəsində olan 20 manat dəyərində olan ***-***-**-** GSM nömrəsinə zəng etdikdə telefonunun sönülü olmasını görmüşdür. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olsam da, Bakı şəhəri Yasamal rayonu X7 küçəsi ev 21 ünvanında kirayə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2024-cü ilin aprel ayından Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 202M ünvanında yerləşən zirzəmini icarəyə götürüb “Arena Playstasion” adlı oyun salonunu işlədir. Həmin salonda olan oyun aparatları və əşyalar ona məxsusdur. Oyun salonunu özü işlədərək nəzarət edir. Salonda müşahidə kamerası yoxdur. Hər gün müxtəlif sayda insanlar gələrək işlətdiyi oyun salonunda olan “Playstation 3” və “Playstation 4” markalı oyun konsollarında müxtəlif oyunlar oynayır. Həmin oyun salonunu hər gün səhər saat 11:00 radələrində açır və həmin gün 24:00 radələrində bağlayıb yaşadığı ünvana gedir. Mahiyyəti üzrə bildirir ki, 23 İyun 2024-cü il tarixdə saat 23 radələrində icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 202M ünvanında yerləşən “Arena Playstasion” adlı oyun salonuna bir nəfər uca boylu tanımadığı şəxs müştəri qismində gəlmiş və həmin şəxs dostlarının gələcəyini bildirib salonda telefonla danışmağa başlamışdır. Həmin vaxt admm sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi telefonla danışdığı üçün o, mətbəx hissəsinə keçmişdir. Bir qədər sonra o, Seymurun oyun salonda olmadığın görüb kobinetlərə baxan zaman masaların üzərində olan 02 ədəd “Playstation 3” markalı oyun konsolunun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Seymur onun mətbəxdə olmağından istifadə edərək salonda olan hər biri 350 manat təşkil edən 700 manat dəyərində 02 ədəd “Playstation 3” markalı oyun konsolunu oğurlayıb çıxıb getmişdir. Buna görə də Nərimanov RPİ-nin 16-cı PŞ-nə gedərək ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. “Arena Playstasion” adlı oyun salonundan oğurlanmış 02 ədəd “Playstation 3” markalı oyun konsolu ona məxsus olmuş və həmin hadisə nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Astara rayonu Kijəbə qəsəbəsi qeydiyyatda olsa da, ünvan 12 ünvanında kirayə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən, 1 ildir ki, Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 127/131 ünvanında yerləşən “X8” adlı oyun salonunda gecə növbəsində işləyir. Onun işi oyun salonuna gələn müştəriləri qarşılamaq və oyun konsollarına nəzarət edərək pulunu almaqdan ibarətdir. Həmin oyun salonun Ceyhun adlı şəxs icarəyə götürmüşdür. Həmin salonda olan oyun aparatları və əşyalar Ceyhuna məxsusdur. Hər gün müxtəlif sayda insanlar gələrək işlədiyim oyun salonunda olan “Playstation 4” markalı oyun konsollarında müxtəlif oyunlar oynayır. Həmin oyun salonunu hər gün səhər saat 11:00 radələrində açıram və növbəti gün 02:00 radələrində bağlayıb yaşadığı ünvana gedir. Mahiyyəti üzrə bildirir ki, 21 fevral 2024-cü il tarixdə saat 23 radələrində işlədiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 127/131 ünvanında yerləşən “X9” adlı oyun salonunda olan zaman 2 nəfər tanımadığı şəxs müştəri qismində gələrək salonda daxil olduğunu görmüşdür. Qeyd edir ki, o, özünə məxsus “Samsung A32” markalı mobil telefonu kassa hissəsində olan masanın üzərinə qoymuşdur. O, içəridə oyun konsolları olan yerdə idi və həmin şəxslərdə ondan oyun satının qiymətini öyrənib çıxıb getmişdirlər. Onlar getdikdən sonra o, əyləşdiyi kassa hissəsinə yaxınlaşan zaman mobil telefonun qoyduğu masanın üzərində olmadığını görmüşdür. Bundan sonra o, nə qədər axtarsa da mobil telefonumu tapa bilməmişdir. Bundan sonra o, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vursa da, telefona cavab verən olmamışdır, daha sonra isə mobil nömrəyə zəng çatmamışdır. Bundan sonra o, oyun salonunda olan kamera görüntüsünə baxan zaman işlədiyi oyun salonuna müştəri kimi gələn iki nəfər şəxsdən uca boylu olan şəxsin kassa hissəsində əyləşdiyi masa tərəfə yaxınlaşaraq masanın üzərində olan ona məxsus “Samsung A32” markalı mobil telefonu götürüb cibinə qoyaraq salonu tərk etmələrini aşkar etmişdir. Qeyd edir ki, o, həmin mobil telefonu 2020-ci ildə 528 manata almışdır. Buna baxmayaraq o, şəxsi işləri ilə əlaqədar olaraq bu barədə polisə məlumat verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, eyni zamanda Nərimanov RPİ-nin 16-cı Pş-nə gedərək ərizə ilə müraciət etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayından etibarən yaşadığı ünvanın yaxınlığında “Playstation club” adlı oyun zalını işlədir. Həmin obyektdə həm də işçi kimi fəaliyyət göstərir. Həmin obyekt səhər saat 13 radələrindən axşam saat 01 radələrinə kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə axşam saat 20 radələrində bir nəfər müştəri obyektə daxil olaraq zalda əyləşib ondan obyektdə kabinet olmasını soruşmuşdur. O, həmin şəxsə kabineti göstərdikdən sonra həmin şəxs bildirmişdir ki, 3 nəfər dostu da onunla birlikdə oyun oynamaq üçün gələcək. Həmin şəxs bir qədər zalda oturduqdan sonra kabinetə keçib oyun oynamışdır. Sonra isə ona yaxınlaşıb ödəniş edərək bayaq dediyi 3 nəfər dostunun da gələcəyini və onları qarşılamaq üçün çıxacağım bildirmişdir. Həmin şəxsin əynində qara rəngli şalvar, qara rəngli qolları ağ rəng olan qısa qol köynək və belində qara rəngli çanta var idi. Həmin şəxs ona ödəniş edərək dostlarım qarşılamaq üçün obyektdən çıxmışdır. O, həmin şəxsin çıxdığı obyektin qapısının bağlı olduğunu görüb qapını açmaq üçün Kabinetə getmişdir. Kabinetə daxil olduqda bir ədəd “Playstation 3” oyun aparatı və 02 ədəd həmin aparata məxsus oyun pultlarının oğurlanmasını bilmişdir. Sonra isə zala gəldikdə ona məxsus olan pəncərə tərəfdə şarj aparatına qoşulmuş imei kodunu bilmədiyi 450 manat dəyərində arxası açıq yaşıl rəngli olan “Redmi note 12” markalı mobil telefonunun oğurlanmasını aşkar etmişdir. O, dərhal obyektin müşahidə kamerasına baxdıqda qeyd olunan əşyaların müştəri qismində obyektə gələn istintaq zamanı adım bildiyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Dərhal bu barədə AR DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında Nəsimi rayonu 60 E ünvanında yerləşən bərbər salonuna gedilərək baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 04-05); Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.38); Könüllü təqdim edilən əşyalara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Zeynallı küçəsində yerləşən playstation klubdan oğurluq zamanı ələ keçirdiyi bir ədəd yaşıl rəngli “Redmi Note 12” markalı mobil telefonun onun üzərində olduğunu və həmin telefonu təqdim edə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs 01 ədəd mobil telefonu könüllü olaraq araşdırmaya təqdim etmişdir. Həmin telefona baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürülmüşdür(cild 1, i.v.52-54); hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 mobil telefonunun oğurlandığı ünvan 14 ünvanda fəaliyyət göstərən “X5" oyun zalına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 65-66); Diskə baxış keçirilməsi haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, 1 nəfər əynində çəhrayı rəngli qısaqol köynək, qara rəngli idman şalvarı, başında qara rəngli idman papağı və çiynində çanta olan kişi oyun zalının işçi masası üzərindən mobil telefonu oğurlayıb obyektdən çıxmışlar(cild 1, i.v.67); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Balasadıq Zeynallı küçəsində yerləşən playstation kluba baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(cild 1, i.v.91-93); xx.xx.2024-cü il tarixli video yazısı olan DVD diskin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Balasadıq Zeynallı küçəsində yerləşən playstation klubda müşahidə kamerasının videogörüntüsü təqdim edilmiş, DVD-ə baxış zamanı müəyyən olunmuşdur ki, saat 21 radələrində əynində ağ rəngli qolları olan qara rəngli qısaqol köynək, qara şalvar, belində çanta olan şəxs şarj cihazına taxılmış mobil telefonu götürərək hadisə yerindən uzaqlaşır(cild 1, i.v.94); əşyaya baxış keçirilməsi haqqında 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, playstation klubdan oğurluq zamanı ələ keçirilmiş bir ədəd yaşıl rəngli “Redmi Note 12” markalı mobil telefon Zərərçəkmiş şəxs9,ə təqdim edilmiş, həmin əşyaya baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs9 həmin mobil telefonu tanıyaraq xx.xx.2024-cü il tarixdə oyun zalından oğurlanan mobil telefon olduğunu təsdiq etmişdir(cild 1, i.v.115); Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Balasadıq Zeynallı küçəsində yerləşən playstation klubda telefonu götürən şəxsin özü olduğunu bildirmişdir(cild 1, i.v.133); Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 1 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən Laliga adlı oyun zalında telefonu götürən şəxsin özü olduğunu bildirmişdir(cild 1, i.v.134); ifadənin yerində yoxlanılması haqqında 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir (cild 1, i.v.137-141); Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-332/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.149- 153); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində yerləşən «Al Market» adlı dükana baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(cild 1, i.v.183-185); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən «Oyun evi» adlanan komputer oyunları salonuna baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(cild 1, i.v.191-192); Götürmə və baxış keçirilməsi haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi videogörüntünün əks etdirildiyi bir ədəd diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, 3 nəfər şəxs oyun salonuna daxil olurlar, onların üzərində isə idman çantası var. Həmin şəxslər salonda olan masaların birində əyləşmişlər və bu zaman həmin şəxslərdən biri digər masaya yaxınlaşaraq oradan bir ədəd oyun cihazı götürür, sonra isə əyləşdiyi masaya qayıdır. Oyun cihazını oğurlamış şəxs əyləşdiyi masaya qayıdaraq həmin cihazı özü ilə gətirdiyi çantanın içərisinə yerləşdirir(cild 1, i.v.195); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.218-219); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektində yerləşən “Royal” oyun salonuna baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(cild 2, i.v.10-11); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Fətəlixan Xoyski 79 ünvanında yerləşən salona baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(cild 2, i.v.16-17); Diskdəki videogörüntüyə baxış keçirilməsi haqqında 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi üzrə ünvan 16 ünvanda yerləşən oyun salonunda oğurluq hadisəsini özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş, müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə salona iki nəfər şəxsin daxil olması, digər şəxsin qapıda girişdə olan stolun üstündən telefonu götürməsi, digər şəxsin qapıda gözləməsi, daha sonra mobil telefonu götürmüş şəxsin telefonla danışaraq oradan uzaqlaşması müşahidə olunur(cild 2, i.v.21-22); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir(cild 2. i.v.60-62); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.63-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Füzuli Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 335.1, 70-ci maddəsinə əsasən barəsində N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası N ay şərti sınaq müddəti ilə təyin edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsində təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bak şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməyinin əvvəli 16 avqust 2024-cü il tarixdən hesablanmışdır(cild 2, i.v.211-213); xx.xx.2024-cü il tarixli 9/5876 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd istifadədə olmuş “Redmi Note 12” markalı mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarlarınm olmaması, istifadədə olması və üzərində istismar xarakterli qüsurlar (ekran şüşəsinin yuxarı sağ kənarında çat, cızıqlar, rəng qopuqları və sair) nəzərə alınmaqla 2024-cü ilin iyun ayına orta bazar qiyməti 120,00 manat müəyyən edilir(cild 2, i.v.214-217); Sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Redmi Note 12” markalı mobil telefon və oğurluq əməllərinin videogörüntüsünün əks olunduğu 06 ədəd DVD disk maddi sübut kimi tanınması qərara alınmışdır(cild 2, i.v.218-231); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-737/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri süvvədə saxlanılmışdır(cild 3, i.v.15-16); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-47/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır(cild 3, i.v.97-104); Təqsirləndirilən şəxs digər epizodlar üzrə özünü təqsirli bilsə də, 23 fevral 2024-cü il tarixdə saat 17 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən «Kişi salonun» da baş vermiş oğurluq hadisəsinin onun tərəfindən törədilməməsini göstərmişdir. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin epizod üzrə özünü təqsirli bilərək ətraflı ifadə vermiş, hadisənin baş vermə xüsusatlarını ətraflı şəkildə gğstərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Azad oğlu yuxarıda göstərilən ifadəsində Təqsirləndirilən şəxs tərəfindən oğurluq hadisəsinin törədildiyini təsdiq edərək, bununla bağlı videogörüntüləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş videogörüntülərə məhkəmə iclasında baxılarkən Təqsirləndirilən şəxs papağını çıxararaq yağışda saçı islandıqdan sonra “Kişi salonu”na daxil olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində “Oyun evi” adlanan oyun salonunda baş vermiş oğurluq hadisəsini tək törətdiyini, Vüsal və Daşqının həmin əməlin törədilməsindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs Vüsal və Daşqın adlı şəxslərin onunla birlikdə əvvəl oğurluq cinayətlərinə görə eyni cəza çəkmə müəssisəsində cəza çəkdiyini qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə cəzaçəkmə müəssisəsində çəzaçəkdiyindən onların məsuliyyətdən azad edilməsi məqsədilə göstərilən məzmunda ifadə vermişdir. Məhkəmə həmçinin bu xüsusatla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs4 yuxarıda qeyd edilən ifadəsində 3 nəfər şəxsin onun işlətdiyi oyu evindən oğurluq əməli törətdiyini göstərmişdir. iş materiallarında olan “Oyun evi” oyun zalında baş vermiş oğurluq əməlinin görüntülərini əks etdirən videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs yanındakl şəxslərin Vüsal və Daşqın olduğunu bildirmiş, həmin videogörüntülərədən müəyyən edilmişdir ki, Seymur oyun aparatını həmin şəxslərin gözü qarşısında əlində olan çantasına yığmış, həmin şəxslər bir birinə işarə edərək oyun zalını birlikdə tərk edirlər. Məhz buna əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən dövlət ittihamçısının vəsatəti təmi edilərək Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsinin tərkibinin olmaması, habelə cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. İbtidai istintaq orqanı iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.1-ci maddəsinin tərkibinin olması təsdiqini tapdığından ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini(CM-59.1.13) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi hesab edilə bilməz. Lakin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, (006)-263/2024 sayl hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməllərindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, (006)-263/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-65.2), Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 1(006)-263/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin ediməli(CM-66.5), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, (006)-263/2024 saylı hökmünə əsasə tutulduğu 02(iki) gün müddət, hazırki iş üzrə 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), iş üzrə maddi sübutlar - 01 ədəd Redmi Note 12 markalı mobil telefonun Zərərçəkmiş şəxs9 qaytarılması, 06 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 1(006)-263/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02(iki) il 08(səkkizi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, (006)-263/2024 saylı hökmünə əsasə tutulduğu 02(iki) gün müddət, hazırki iş üzrə 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 07(yeddi) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- 01 ədəd Redmi Note 12 markalı mobil telefonun Zərərçəkmiş şəxs9 qaytarılması, 06 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar