Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-265/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, «Dost İŞ Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 6a ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi, 13/2a №-li evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs törətdiyi avtonəqliyyat qəzası nəticəsində vurduğu zərərlə əlaqədar 19338,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair, habelə 120,00 manat ekspertiza xərcinin, 103,00 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3176/2018 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 manat məbləğində cərimə olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş işin obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2017- ci il saat 07:30 radələrində idarə etdiyi «Mersedes-Benz» markalı **-NO-*** dövlət nömrə nişanlı mikroavtobus ilə Bakı şəhəri, Binəqədi-Balaxanı yolunda hərəkətdə olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota- Prado» markalı **-FU- *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsi zədələnmişdir. Hadisə yerinə Dövlət Yol Polisin əməkdaşları gəlmiş, lakin hüquqi cəhətdən savadsız olduğuna görə aldadılmış və bu hadisədə təqsirli bilinmişdir. Sonradan müəyyən olunmuşdur ki, həmin hadisə ilə Zərərçəkmiş şəxs 19338,00 manat məbləğində ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs barəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Sabuçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs 22000,00 manat məbləğində pulu ödəməsi qərara alınmışdır. O, Sabuçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsini qismən ləğv edilmiş və dəymiş zərər 19338,00 manat müəyyən edilmişdir. Bundan sonra, o, Ali Məhkəməyə kassasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sığorta şirkəti tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərərdən 5000,00 manat ödənilmişdir. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 500,00 manat cərimə edilmişdir. Daha sonra, tərəfindən Zərərçəkmiş şəxs 1000 manat nağd şəkildə ödəniş edilmiş, maaşından Zərərçəkmiş şəxs ödənilməsi üçün 1250 manat tutulmuşdur. Onun aylıq qazancı 250 manat təşkil etdiyi üçün dəymiş zərəri bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən məhkəmə qətnaməsini tam şəkildə icra edə bilmir. Pulu ödəməyə çalışsa da yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus avtomobilə məhkəmə qətnaməsində göstərilən məbləğdə zərər dəyməmiş və hadisənin səbəbkarı o deyil, Zərərçəkmiş şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il saat 07:30 radələrində idarə etdiyi «Toyota- Prado» markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi- Balaxanı yolunda hərəkətdə olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı **-NO-*** dövlət nömrə nişanlı mikroavtobusla «X5»nı kobud şəkildə pozmuş, nəticədə sonuncunun idarə etdiyi mikroavtobus onun avtomobili ilə toqquşmuş, onun avtomobilinin ön hissəsi zədələnmişdir. Hadisə nəticəsində ona 22270,00 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuş və Sabuçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan məbləğin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. Lakin, Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin qeyd edilən qətnaməsini qismən ləğv edilmiş və ona dəymiş zərər 19338,00 manat müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Ali Məhkəməyə kassasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək bu borcu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayındığı üçün barəsində inzibati qaydada tənbeh tətbiq edilməsi üçün məhkəməyə təqdim edilmiş, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 500 manat cərimə edilmişdir. Sığorta şirkəti tərəfindən dəymiş zərərdən ona 5000,00 manat ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona bir qədər pul ödənilmişdir, hazırda ona dəyən zərər 12.214 manat təşkil edir. Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinn xx.xx.2018-ci il tarixli 2(103)-3176/2018 №-li qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata qəbul edilərək könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs məlumatlandırılmışdır. Lakin, borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)-2091/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 500 manat məbləğində cərimə edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə dayısı Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus “Toyota-Prado” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi-Balaxanı yolunda hərəkətdə olarkən “Mersedes-Benz” markalı, ** NO *** dövlət nömrə nişanlı mikroavtobusun sürücüsünün «X5»nı kobud şəkildə pozması nəticədə avtomobillərin toqquşduğu və onun avtomobilinin ön hissəsinin zədələnməsi barədə məlumat vermişdir. O, hadisə yerinə gəlmiş, dayısına məxsus zədələnmiş avtomobili, habelə mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs görmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs bu hadisədə özünü təqsirli və tələsdiyini bildirmişdir. Hadisə yerinə Dövlət Yol Polisin əməkdaşları da gəlmişdilər. Sonradan müəyyən olunmuşdur ki, həmin hadisə ilə Təqsirləndirilən şəxs təqsiri üzündən dayısına böyük zərər vurulmuş, Təqsirləndirilən şəxs və mikroavtobusun sahibləri dəymiş zərəri ödəmək istəmədikləri üçün dayısı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Dəymiş ziyan 19338 manat məbləğində müəyyən edilmiş, lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3176/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-11937/2017 saylı qətnaməsi dəymiş zərəri hissəsindən dəyişdirilmiş, 19338 (on doqquz min üç yüz otuz səkkiz) manat müəyyən edilmişdir. (i.v. 9- 10) İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-666/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Heydərova Sucahət Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3176/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (i.v. 81-85) İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3176/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir.(i.v. 16) İş materiallarında olan Sabunçu Rayon İcra Şöbəsinin xx xxx 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. (i.v. 19) İş materiallarında olan Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019cu il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. (i.v. 31) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2091/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. (i.v. 37-38) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1018/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmuşdur. (i.v. 51) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.98) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.127) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, icra sənədindən ödənilməmiş 14338 manat pul vəsaiti ödənilməsi üçün xx.xx.2019-cu il tarixdə borclunun əmək haqqına yönəldilmişdir. Borclu Təqsirləndirilən şəxs əmək haqqından bu günədək 625 manat məbləğində pul vəsaiti tutularaq Sabunçu RİPŞ-nin depozit hesabına yönəldilmişdir. Belə ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ona məxsus bank hesab rekvizitlərini şöbəyə təqdim etməmişdir. (i.v.130) İş materiallarında olan Abşeron Rayon İcra Başçısının Mehdiabad qəsəbə X4 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi, 13/2A ünvanında qeydiyyatsız yaşıyır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs «… yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus avtomobilə məhkəmə qətnaməsində göstərilən məbləğdə zərər dəymədiyini və hadisənin səbəbkarının Zərərçəkmiş şəxs olmasını» deməsi iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri ilə tam təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, əksinə təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Bununla belə məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın çağırışlarına vaxtında gəlmək və sınaq müddəti ərzində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3176/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar üzərinə qoyulmuş öhdəliyi icra etmək vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə icra və probasiya orqanına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gün ərzində saat 00:00-dan saat 06:00-dək tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın çağırışlarına vaxtında gəlmək və sınaq müddəti ərzində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3176/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar üzərinə qoyulmuş öhdəliyi icra etmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-265/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-265/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver