Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-266/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində fəaliyyət göstərən ayaqqabı təmiri köşkünün pəncərəsini sındıraraq qanunsuz içəri daxil hər biri 80 manat olmaqla 480 manat dəyərində olaraq 06 ədəd dəri kişi ayaqqabıları, 300 manat dəyərində markası məlum olmayan 02 ədəd mühərrik, 30 manat dəyərində 01 ədəd sərinkeş, 30 manat dəyərində 01 ədəd elektrik soba, 200 manat dəyərində ayaqqabı təmiri üçün istifadə olunan avadanlıq və 200 manat dəyərində 1,5 metrlik ayaqqabı dərisini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 1240 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 18 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində spirtli içki almaq məqsədi ilə yaşadığı ünvanın yaxınlığında yerləşən ayaqqabı təmiri köşkündən oğurluq etməyi qərara almış, bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində fəaliyyət göstərən ayaqqabı təmiri köşkünə getmiş, köşkün pəncərəsini yerdən götürdüyü daş parçası ilə qıraraq içəri daxil olmuşdur. O, köşkdən bir neçə cüt ayaqqabı, 02 ədəd mühərrik, 01 ədəd sərinkeş, müxtəlif çeşidli ayaqqabı təmiri üçün istifadə olunan avadanlıqlar, 01 ədəd elektrik sobası oğurlayaraq oradan uzaqlaşmış, oğurladığı əşyaların bir qismini səhər saatlarında tanımadığı şəxslərə ümumilikdə 50 manata satıb əldə etdiyi pula spirtli içki alaraq içmişdir. O, ayaqqabılardan bir cüt qara rəngli dəri materialdan olan kişi ayaqqabısını, 01 ədəd üstündə ayaqqabı təmir etmək üçün taxta parçasını, 02 ədəd ayaqqabı içliyini və yarımçıq rezin parçasını evində gizlətmişdir. 21 sentyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini müəyyən edilməsi üçün polis bölməsinə aparmış, orada törətdiyi oğurluq cinayətini səmimi olaraq etiraf edib oğurladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində fəaliyyət göstərən ayaqqabı təmiri köşkü ona məxsusdur. 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında işlədiyi obyekti bağlayaraq yaşadığı evə getmişdir. O, gecə saatlarında hava almaq məqsədi ilə küçəyə çıxmış, dükanın arxa hissəsinin kiçik bir yerinin dəmirinin və qapısının şüşələrinin qırılaraq yararsız hala salındığını görərək dərhal içəri daxil olub baxış keçirmiş, içəridə olan ümumi dəyəri 480 manatlıq 06 ədəd dəri kişi ayaqqabılarının, ümumi dəyəri 300 manatlıq ayaqqabı təmiri üçün istifadə etdiyi 02 ədəd markasını bilmədiyi mühərrikin, 01 ədəd dəyəri 30 manatlıq sərinkeşin, 01 ədəd dəyəri 30 manatlıq qızdırıcı elektrik sobasının, ümumi dəyəri 200 manatlıq müxtəlif adda (kəlbətin, çəkic, ayaqqabı böyüdülməsi üçün aldığı alət, və.s) alətlərin, ümumi dəyəri 200 manatlıq 1,5 metrlik ayaqqabı dərisinin oğurlandığı müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1240 manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 30 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan 22 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elşən Quliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 61-63-cü vərəqələrində olan 22 sentyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 9/7162 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti 02 ədəd ayaqqabı içliyi 01 manat, 01 cüt 42 ölçülü dəri materialından olan kişi ayaqqabısının qiyməti 15 manat, 21sm uzunluqlu 5x15sm ölçülü taxta 01 manat, 24sm ölçülü rezin 01 manat müəyyən edilmişdir. Cinayət işinin 93-96-cı vərəqəsində olan 08 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 ədəd ayaqqabı içliyi, 01 cüt 42 ölçülü dəri materialından olan kişi ayaqqabısı, 21sm uzunluqlu 5x15sm ölçülü taxta, 24sm ölçülü rezin cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 266/2023 saylı, 15 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38//2-4269/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxs ilə barışmaqla, ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 sentyabr 2022-ci il tarixdə, 16 iyun 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün və həbsdə olduğu 04 (dörd) ay 03 (üç) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 02 ədəd ayaqqabı içliyi, 01 cüt 42 ölçülü dəri materialından olan kişi ayaqqabısı, 21sm uzunluqlu 5x15sm ölçülü taxta, 24sm ölçülü rezinin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün və həbsdə olduğu 04 (dörd) ay 03 (üç) gün, cəmi 04 (dörd) ay 04 (dörd) gün müddətin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) ay 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, 02 ədəd ayaqqabı içliyi, 01 cüt 42 ölçülü dəri materialından olan kişi ayaqqabısı, 21sm uzunluqlu 5x15sm ölçülü taxta, 24sm ölçülü rezinin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-266/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-266/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver