Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-266/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1989-cu ildə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Hacıqabul şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 oktyabr 2023-cü il tarixdə səhər saat 05 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən, saxlanc yeri hesab edilən “Səfalı” restoranına əsas giriş qapısının barmaqlıqlarının arasından keçməklə qanunsuz olaraq daxil olub restoranın həyətində olan mətbəx otağındakı soyuducudan 150 manat dəyərində 9 kiloqram qoyun əti, 170 manat dəyərində 3 kiloqram nərə balığı, 40 manat dəyərində 100 ədəd gürcü xəngəli, 40 manat dəyərində pivə məzələri, restoranın həyətindən 100 manat dəyərində 01 ədəd qəlyan aparatı və 100 manat dəyəriində 01 ədəd samovarı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 oktyabr 2023-cü il tarixdə səhər saat 05 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən, saxlanc yeri hesab edilən “Səfalı” restoranına əsas giriş qapısının barmaqlıqlarının arasından keçməklə qanunsuz olaraq daxil olub restoranın həyətində olan mətbəx otağındakı soyuducudan 150 manat dəyərində 9 kiloqram qoyun əti, 170 manat dəyərində 3 kiloqram nərə balığı, 40 manat dəyərində 100 ədəd gürcü xəngəli, 40 manat dəyərində pivə məzələri, restoranın həyətindən 100 manat dəyərində 01 ədəd qəlyan aparatı və 100 manat dəyəriində 01 ədəd samovarı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulana qədər ünvan 3 dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. Maddi vəziyyəti pis olduğundan Xeyrulla ilə birlikdə oğurluq etmək qərarına gəlmiş, 01 oktyabr 2023-cü il tarixdə səhər saat 05 radələrində Xeyrulla ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Səfalı“ adlı ailəvi restorana oğurluq etmək məqsədilə daxil olmuşlar. Xeyrulla ilə birlikdə restoranın həyətinə, sonra isə restoranın həyətində olan mətbəxə daxil olmuşlar. Həmin vaxt restoranda heç kəs olmamış, restoranın mətbəxinin qapısı açıq olmuşdur. Restorananın həyətinə, sonra isə mətbəxə açıq vəziyyətdə olan qapıdan daxil olmuşlar. Mətbəxə daxil olduqdan sonra soyuducuda olan 35-40 ədəd gürcü xəngəli, 01 kiloqram toyuq boğazı, 02 kiloqram qoyun ətini və restoranın həyətində olan 01 ədəd samovar və 01 ədəd qəlyan aparatını götürüb restorandan çıxmışlar. Xeyrulla ilə birlikdə yaşadıqları evə gedib yeməkləri yemişlər. Ertəsi gün, yəni 02 oktyabr 2023-cü il tarixdə oğurladıqları 01 ədəd samovarı Sabunçu bazarında 80 manata satmışlar. Xeyrulla ilə hərəsinə 40 manat olmaqla 80 manat pulu aralarında bölüşdürmüşlər. Oğurladıqları 01 ədəd qəlyan aparatını isə elə həmin gün Nizami rayonu, Q.Qarayev prospekti, Neftçilər metrostansiyasının arxasında yerləşən “Bay Onur” adlı kafenin sahibinə satmışlar. Özünə məxsus bir ədəd qəlyan aparatıda olmuş, hər iki qəlyan aparatını da birlikdə satdıqdan sonra əldə etdikləri 80 manat pulu aralarında Xeyrulla ilə hərəsinə 40 manat olmaqla bölüşdürmüşlər. Əldə etdikləri pulları şəxsi ehtiyaclarına xərcləmişlər. Oğurladıqları əşyaları satdıqları şəxslərə həmin əşyaların özlərinə məxsus olduğunu demişlər. Bu oğurluqdan başqa heç bir oğurluq etməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri qismən doğrudur. “Səfalı“ adlı restorandan 9 kiloqram qoyun əti və 3 kiloqram nərə balığı oğurlamamışlar. Bahadur yalan danışır. Xeyrulla ilə bilrikdə 02 kiloqram qoyun əti oğurlamışlar. Oğurladıqları pivə məzələri də 01 kiloqram toyuq boğazı olmuşdur.Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulana qədər ünvan 3 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşamışdır. Maddi vəziyyəti pis olduğundan dostu Rəşadla bilrikdə oğurluq etmək qərarına gəlmiş, 01 oktyabr 2023-cü il tarixdə səhər saat 05 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Səfalı“ adlı ailəvi restorana oğurluq etmək məqsədilə daxil olmuşlar. Rəşadla birlikdə restoranın həyətinə, sonra isə mətbəxə daxil olmuşlar. Həmin vaxt restoranda heç kəs olmamış, restoranın mətbəxinin qapısı açıq olmuşdur. Mətbəxə daxil olduqdan sonra soyuducuda olan 35-40 ədəd gürcü xəngəli, 01 kiloqram toyuq boğazı və restoranın həyətində olan 01 ədəd samovar, 01 ədəd qəlyan aparatını götürüb restorandan çıxmışlar. Rəşadla birlikdə yaşadıqları evə gedib oğurladıqları qidaları bişirib yemişlər. Ertəsi gün, yəni 02 oktyabr 2023-cü il tarixdə oğurladıqları 01 ədəd samovarı Sabunçu bazarında 80 manata satmışlar. Hərəsinə 40 manat olmaqla 80 manat pulu aralarında bölüşdürmüşlər. Oğurladıqları 01 ədəd qəlyan aparatını isə həmin gün Nizami rayonu, Q.Qarayev prospektində, Neftçilər metrostansiyası arxasında yerləşən “Bay Onur” adlı kafenin tanımadığı sahibinə satmışlar. Rəşadın özünün də 01 ədəd qəlyan aparatı olmuş, Rəşad həmin qəlyan aparatını da satmaq istəmişdir. Hər iki qəlyan aparatını da birlikdə satdıqdan sonra ümumilikdə əldə etdikləri 80 manat pulu aralarında hərəsinə 40 manat olmaqla bölmüşlər. Əldə etdikləri pulları şəxsi ehtiyaclarına xərcləmişlər. Oğurladıqları əşyaları satdıqları şəxslərə həmin əşyaların özlərinə məxsus olduğunu demişlər. Bu oğurluqdan başqa heç bir oğurluq etməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri qismən doğrudur. “Səfalı“ adlı restorandan 9 kiloqram qoyun əti və 3 kiloqram nərə balığı oğurlamamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində “Səfalı” ailəvi restoranını 2023-cü ilin fevral ayından icarə əsasında işlədir. 01 oktyabr 2023-cü il tarixdə saat 00:45-də restoranı bağlayıb yaşadığı evə getmişdir. Həmin tarixdə səhər saat 11 radələrində restorana gəlmiş və restoranın giriş darvazasının dəmir barmaqlıqlarının aralandığını görmüşdür. Restoranın həyətinə daxil olduqda həyətdə qoyduğu 01 ədəd samovar və 01 ədəd qəlyan aparatının oğurlandığını aşkar etmişdir. Sonra mətbəxin qapısının açıq olduğunu görmüşdür. Restoranda oğurluq hadisəsi baş verdiyinə əmin olduğu üçün içəri daxil olmadan kənardan soyuducuların vitrininə baxmış və orada qoyduğu 09 kiloqram qoyun əti, 03 kiloqram nərə balığı, 100 ədəd gürcü xəngəli və pivə məzələrinin yerində olmadığını aşkar etmişdir. Dərhal hadisə barədə məlumat vermək üçün DİN-nin 102 xidmətinə zəng etmişdir. İcarə əsasında işlətdiyi “Səfalı” ailəvi restoranında videomüşahidə qurğuları quraşdırılmış və baş vermiş hadisə kameralara qeyd edilmişdir. Hadisənin əks olunduğu videogörüntüləri istintaqa təqdim etmişdir. Hadisə 01 oktyabr 2023-cü il tarixdə saat 00:45-dən həmin tarixdə saat 11:00-ədək olan müddət aralığında Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində icarə əsasında işlətdiyi “Səfalı” ailəvi restoranında baş vermişdir. Oğurlanmış 01 ədəd qəlyan aparatının dəyəri 100 manat, 01 ədəd samovarın dəyəri 100 manat, 09 kiloqram qoyun ətinin dəyəri 150 manat, 100 ədəd gürcü xəngəlinin dəyəri 40 manat, pivə məzələrinin ümumi dəyəri təxminən 40 manat, 03 kiloqram nərə balığının dəyəri təxminən 170 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Qəlyan aparatı ona qaytarılsa da, dəymiş ziyan ona tam olaraq ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində “Səfalı” ailəvi restoranına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.05-07); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:15 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v.30); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v.50); Maddi sübutun götürülməsi haqqında 08 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Səfalı” kafesində baş vermiş oğurluq hadisəsinin videomüşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərini əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut əhəmiyyətli olduğundan götürülməklə istintaq hərəkəti protokollaşdırılmışdır (i.v.69); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.89-91); Qətimkan tədbirinin seçilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.92-93); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.118-120); Qətimkan tədbirinin seçilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.121-122); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 2.3-cü bəndinə əsasən azad edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 06 ay QH keçirilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.125-128); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Cəfərov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir. diskə baxış keçirilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı giriş darvazasından üzü aşağı çoxsaylı pillələri olan pilləkənin olması müəyyən edilir. Baxış zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 05:17 dəqiqədə bir nəfər şəxs Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Səfalı” kafesinin giriş darvazasının çöl tərəfində yarıoturaq vəziyyətdə durmuşdur. Bu zaman kafenin içərisində əynində açıq rəngli gödəkçə olan hündür boylu digər şəxs sol əlində bir ədəd qəlyan, sağ əlində bir ədəd samovara bənzər əşya ilə pilləkənləri yuxarı doğru qalxır, darvazaya çatanda çöldə duran şəxs darvazanın barmaqlıqları arasından ondan samovara bənzər əşyanı alır və darvazanın görünməyən tərəfinə keçir. İçəridəki şəxs isə əlindəki qəlyan aparatı ilə birlikdə darvazanın barmaqlıqları arasından keçir və darvazanın görünməyən tərəfinə addımlayır. Bir neçə saniyə sonra həmin hündür boylu şəxs darvazanın barmaqlıqları arasından keçərək kafenin həyətinə daxil olur və pilləkənləri aşağı düşür. Videogörüntünün sonunda həmin şəxs sol əlində qeyri-müəyyən predmetlə pilləkənləri yuxarı qalxır, darvazaya çatmamış pilləkənin üzərində qoyduğu başqa qeyri müəyyən predmeti götürüb darvazanın barmaqlıqları arasından keçməklə kafedən çıxır (i.v.133); Maddi sübutun götürülməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X3 01 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Səfalı” kafesindən oğurlanmış, üzərində “Alpha Hookah“ sözləri yazılmış 01 ədəd qəlyan aparatını istintaqa təqdim etmişdir. X2 təqdim etdiyi üzərində “Alpha Hookah“ sözləri yazılmış 01 ədəd qəlyan aparatı iş üzrə maddi sübut əhəmiyyətli olduğundan götürülməklə istintaq hərəkəti protokollaşdırılmışdır (i.v.139); Maddi sübut kimi tanıma haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladığı və istintaq zamanı əldə edilmiş 01 ədəd qəlyan aparatı maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v.144); Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-50/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 müddətsiz ikinci dərəcə əlillik müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 9 kiloqram ət və 3 kiloqram nərə balığının Səfalı adlı restorandan oğurlamadıqları barədə ifadələrinə tənqidi yanaşır və həmin hissədə ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində 35-40 ədəd gürcü xəngəli, 01 kiloqram toyuq boğazı, 02 kiloqram qoyun ətini və restoranın həyətində olan 01 ədəd samovar və 01 ədəd qəlyan aparatını götürüb restorandan çıxdıqlarını göstərsə də , digər Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı ifadəsində ümumiyyətlə həmin restorandan ət götürmədiklərini bildirmişdir. Buda onu göstərir ki, təqsirləndirilən şəxslər birbirini təkzib edən ziddiyyətli ifadələr verərək məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini(CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmləri üzrə məhkumluqları ödənilsə də, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini(CM-59.1.14), ikinci dərəcəli əlilliyinin olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəfərov X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli(CM-56.1.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-50/2024 saylı qərarına əsasən barəsində həbs seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübutlar- “Alpha Hookah“ sözləri yazılmış 01 ədəd qəlyan aparatının zərərçəkmiş şəxsə saxlanması üçün verilməsi, 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-50/2024 saylı qərarına əsasən həbsdə saxlanması nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 01 ədəd CD disk iş materiallarında saxlanılsın. “Alpha Hookah“ sözləri yazılmış 01 ədəd qəlyan aparatının Zərərçəkmiş şəxs saxlanması üçün verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-266/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-266/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver