Məhkəmə qərarları › İş №1(008)-268/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-268/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-268/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1976-cı il tarixdə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də yaşayan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində olan fərdi yaşayış evində qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək, ona sol qulaqda eşitmənin zəifləməsinə səbəb olan, təbil pərdəsinin travmatik perforasiyası və həmin qulağın qançırı xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən iyun ayında qohumu S.Ə. Quliyevin yaşadığı evdə ad günü mərasimi keçirilirdi. Ailəsi ilə birlikdə həmin mərasimdə iştirak etmişdir. Mərasim zamanı digər qohumu olan Əliağa adlı şəxslə öz aralarında zarafat edən zaman Samir inciyərək onunla kobud rəftar etməyə və sonradan münaqişə edərək onu yaşadığı evdən çıxartmışdır. Ailəsini yanında olduğundan Samir ilə münaqişə etmək istəməmiş, ailəsini yaşadığı evə apararaq geri qayıtmış və Samir ilə bu barədə söhbətini davam etmişdi. Münqaişə zamanı digər qohumlar ayırdıqdan sonra yaşadığı evə getmişdir. Həmin hadisədən bir neçə ay keçdikdən sonra Samirin atası Əliverdi ona idarə etdiyi avtomobili onun adına olduğunu və həmin avtomobili onun adından çıxartmasını tələb etmişdi. Onların bu cür hərəkətini atrıq düşmənçilik mövqeyi hesab edərək Samirə əgər artıq qohum yox düşməniksə onda ona aid olan əşyaları və yaşadığı evin qarşısına boşaltdığı betonun 420 manat pulu qaytarmasını bildirmişdir. Samir həmin əşyaları və pulu qaytaracağını bildirsədə bu günə kimi qaytarmamışdır. xx xxx 2020-ci il tarixdə Samirə zəng etmiş, ona aid olan əşyaları və pulu çatdırmalarını tələb etmişdir. Lakin Samir bu məsələni həll etmək üçün yaşadığı evə gələcəyini söyləmiş, saat 19:00 radələrində onun qapısının qarşısında olduğunu zəng edərək bildirmişdir. Sənan və Samiri yaşadığı evə dəvət etmişdi. Sənan və Samir ilə yaşadığı evdə söhbət zamanı Samir ilə mübahisə baş vermiş, Samir qalxaraq üzərinə gəlmiş, onun sinəsindən tutaraq geri itələmişdir. Bu zaman o özünü müdafiə etmək üçün Samirin sifət nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Sənan onu arxadan tutaraq onları mübahisədən kənarlaşdırmışdır. Küçəyə çıxdıqdan sonra isə onlara həyətindən çıxmağı bildirmiş və onlar çıxıb getmişlər. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir il bundan əvvəl yaşadığı evdə ad günü mərasimi keçirilmiş və həmin mərasimə qohumları ilə birlikdə qohumu E.H. Həşimovda dəvət olunduğundan o, ailəsi ilə birlikdə iştirak etmişdir. Mərasim vaxtı Elçin spirtli içki qəbul edərək nalyiq ifadələr işlətdiyindən, o buna narazıçılıq etmiş və münaqişə yaranmışdı. Münaqişə zamanı Elçini yaşadığı evdən kənarlaşdırmışdır. Lakin Elçin ailəsini yaşadığı evə düşürdükdən sonra geri qayıtmış, təkrarən onunla münaqişə etməyə başlamış və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdi. Bu münaqişədən təxminən bir il keçsədə Elçin bu günə kimi hər görüşəndə onunla münaqişə edir. xx xxx 2020-ci il tarixdə, saat 19:00 radələrində qardaşı Sənan yanında olan zaman Elçin ona zəng edərək 2015-ci ildə yaşadığı evdə yaşayan zaman evin qrşısına təxminən dediyinə görə 420 manat dəyərində üç reysə beton gətirdiyini, həmin betonu həyətinin qarşısına tökdüyünü, indi isə pay kimi gətirdiyi betonun pulunu istədyini bildirmişdir. O Elçinə həmin pulu yaxın bir vaxda verəcəyini bildirsədə Elçin onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış və ailəsini təhqir etmiş, sonra məsələni aydınlaşdırmaq üçün qardaşı Sənan ilə birlikdə yaşadığı evə çağırmışdı. Onlar evə daxil olanda Elçin evdə tək idi. Əyləşərək söhbət edən zaman Elçin onunla mübahisə etməyə və onun sifət nahiyəsindən yumruq zərbəsi vurmuşdur. X1 həmin yerdən çıxmışlar. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən bir il bundan əvvəl yaşadığı evdə ad günü mərasimi keçirilirmiş və həmin mərasimə qohumları ilə birlikdə qohumu Təqsirləndirilən şəxs dəvət olunduğundan, o ailəsi ilə birlikdə iştirak etmişdir. Mərasim vaxtdı Elçin spirtli içki qəbul edirək nalyiq ifadələr işlətdiyindən qardaşı Samir buna narazıçılıq etmiş və münaqişə yaranmışdır. Münaqişə zamanı Elçini yaşadığı evdən kənarlaşdırmış, lakin Elçin ailəsini yaşadığı evə düşürdükdən sonra geri qayıtmış, təkrarən Samir ilə münaqişə etməyə başlamış və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu münaqişədən təxminən bir il keçsədə Elçin bu günə kimi onlarla hər görüşən zaman münaqişə edirdi. xx xxx 2020-ci il tarixdə, saat 19:00 radələrində qardaşı Samir ilə bir yerdə olan zaman Elçin qardaşı Samirə zəng edərək 2015-ci ildə yaşadığı evdə yaşayan zaman evin qrşısına təxminən dediyinə görə 420 manat dəyərində üç reysə beton gətridiyini, həmin betonu həyətin qarşısına tökdüyünü, indi isə pay kimi gətirdiyi betonun pulunu istədiyini bildirmişdir. Samir Elçinə həmin pulu yaxın bir vaxda verəcəyini bildirsədə, Elçin onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, ailəsini təhqir etmiş, sonra isə məsələni aydınlaşdırmaq üçün qardaşı Samir ilə birlikdə yaşadığı evə çağırmışdır. Elçin evdə tək olmuş, onlar evə daxil olub əyləşərək söhbət edən zaman Elçin Samir ilə mübahisə etmiş, Elçin Samirin sifət nahiyəsindən yumruq zərbəsi vurmuşdur. O onları kənarlaşdıraraq həmin yerdən çıxmışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüquqi Şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 823 saylı, 05 iyun 2020ci il tarixli rəyindən görünür ki, vət.Quliyev Samir Əliverdi oğlunda sol qulaqda eşitmənin zəifləməsinə səbəb olan, təbil pərdəsinin travmatik perforasiyası və həmin qulağın qançırı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən xx xxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də özü tərəfindən yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyatvə Statistik İnformasiyaMəlumatlarıİdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X3 Salyan Rayon Məhkəməsinin 15 fevral 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından 20 % məbləğində pul tutulmaqla 02 il müddətinə islh işləri cəzasına məhkum edilmişdir. İnsan Hüquqlarının və X5 haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə- sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, barışıq ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onun yaxın qohumu olmasını, mübahisənin sosial-məişət problemləri üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdrilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar