Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-268/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1982-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət.Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə, saat 21:00 radələrində ünvan 2 ünvanın qarşısında küçədə şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs kobud cavab verməsini bəhanə edərək, onun qəsdən əli ilə bir dəfə sifət nahiyyəsinə, təpiklə bir neçə dəfə bədən nahiyyəsinə vurub hər iki göz konyuktivası və ağlı qişalarına qansızma ilə müşayiət olunan hər iki gözyuvası ətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması, boyun, sağ bazu, sol mil-bilək oynağı və oma nahiyələrinin qançırları, sağ diz oynağı nahiyyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə evə gəlmiş, həyat yoldaşının evdə olmadığını görmüşdür. Həyat yoldaşına zəng vurduqda, həyat yoldaşı zənglərə cavab verməmişdir. Həyat yoldaşına «Wotsap» vasitəsi ilə mesaj yazdıqda həyat yoldaşı ona işdə olduğunu bildirmişdir. Gülnarənin Nərimanov metrostansiyası yaxınlığında yerləşən iş yerinə getmişdir. Orada Gülnarənin müdüri ona bildirmişdir ki, həyat yoldaşının istirahət günüdür, işə gəlməyib. Yenidən həyat yoldaşı Gülnarəyə zəng etsədə, o telefon zənglərinə cavab verməmişdir. Gülnarəni yaşadığı evin qarşısında gözləmişdir. Saat 21:00 radələrində Gülnarə evə gələn zaman, ondan «harada» olduğunu soruşmuşdur. Gülnarə isə ona «harda olduğunun ona aidiyyəti olmadığını» bildirmişdir. Bu şözdən sonra əsəbləşərək Gülnarə ilə sözlə mübahisə etdikdən sonra şillə ilə onun sifətindən bir dəfə zərbə ilə vurmuşdur. Gülnarə özünü saxlaya bilməyib yerə yıxılmışdır. Hal-hazırda onlar barışmışlar. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə, saat 21:00 radələrində ona məxsus mobil telefonuna adaptr almaq məqsədi ilə telefon dükanına getmişdir. Dükandan qayıdan zaman əri Şamil onun yolunu kəsərək onu N.Məlikov küçəsi 17 ünvanda küçədə onunla mübahisə etməyə başlamışdır. Onun ünvanına nəlayiq küçə söyüşləri söyərək onu təhqir etmiş və təhqir etdikdən sonra onu şillə ilə bir dəfə sifətindən, təpiklə bədənindən bir neçə dəfə vurub bədən xəsarətləri yetirmişdir. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 2920 saylı, 24 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs hər iki göz konyuktivası və ağlı qişalarına qansızma ilə müşayiət olunan hər iki göz yuvası ətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması, boyun, sağ bazu, sol mil-bilək oynağı və oma nahiyələrinin qançırları, sağ diz oynağı nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən 19 dekabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterlərinə və lokalizasiyasılarına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi və eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 09 yanvar 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görəmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, barışıq ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmasını, mübahisənin ailə-məişət problemi üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hüquqi xidmətə görə Müdafiəçi 60 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdrilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi 60 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-268/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-268/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver