Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-27/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə b-1, sahə 18-də qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırda AR ƏN PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 188.1, 32.5, 188.2, 32.5, 222-2.1, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla həmin torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparılmasında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasıda köməkçilik etmiş, həmçinin etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən, bir qrup şəxs halında dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə tanışları X6, X25, X13, X22 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında əvvəlcədən vəd etdikləri kimi cinayətin törədilməsini təşkil edən Azər Cəbrayılov və Rəşid İmanzadənin göstərişləri əsasında cinayətin digər iştirakçıları İlyas Şəmilov, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X3 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 Nəzarət və X20 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs5 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x- 417936, y-4486104 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə olan 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan tikinti sahəsində dayanıb müharibə iştirakçıları olmalarından sui-istifadə edərək aparılan tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq dövlət qurumlarının qanuni tələb və müdaxiləsinin qarşısını almaqla səs-küy salıb guya tikilən evin yaşayış yeri olmayan Zavur Abasovun qeyri-rəsmi ər-arvad münasibətində olduğu X14 üçün tikildiyini bildirərək özbaşına aparılan tikinti işlərinin davam etdirilməsinə nail olub qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasında köməkçilik etmişdir Bundan başqa, o, özgənin əmlakını qanunsuz və əvəzssiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 inandırıb etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui-istifadə edib 1 -ci dərəcəli əlillik müavinəti düzəldəcəyinə yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 2 saylı doğum evinin yaxınlığında 500 manat, 03 aprel 2021 -ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində 4 saylı ASAN xidmətin yaxınlığındakı çay evindən 11500 pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 12000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, təkrarən tanışları Şahid8 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional İdarəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib, inandırıb etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui- istifadə edib aldadaraq, Şahid1 2021-ci ilin may əvvəllərində Bakı şəhəri Yasamal rayonu Qurd qapısı adlanan ərazidəki restoranda 6000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat pulu ona məxsus 4169 7385 2499 2751 nömrəli Kapital Bank ASC-yə aid plastik kart hesabına köçürülməsinə nail olmaqla, 2021-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs3 istintaqla müəyyən edilməyən təsadüfi taksi sürücüsü ilə göndərdiyi 1000 manat pulu qrup üzvü Ruslan Məmmədov vasitəsi ilə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Ruslan-93 marketin qarşısında və sonucu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən “Çinarlı” restoranın həyətində Ruslan Məmmədov vasitəsi ilə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 9500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 müxtəlif instansiyalarda geniş əlaqələrinin olmasını bildirib inandırmaqla etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui-istifadə edib 1 -ci Qarabağ müharibəsindəki iştiraka görə veteranlıq sənədi və aylıq pul müavinəti düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 22 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanda Zərərçəkmiş şəxs2 1900 manat pulunu, daha sonra 24 iyul 2021ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən ona məxsus 4169 7385 2499 2751 nömrəli Kapital Bank kartına 100 manat pulunu köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 müxtəlif instansiyalarda geniş əlaqələrinin olmasını bildirib inandırmaqla etibarını qazanaraq, aralında yaranmış inam və etibardan sui-istifadə edib sonuncunun qardaşı Şahid3 2-ci Qarabağ müharibəsindəki iştiraka görə veteranlıq sənədi və pul müavinəti düzəldəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanındakı evində 1500 manat pulunu, 2021-ci sentyabr ayının sonlarında Gəncə şəhərində yerləşən “Gəncə Mail” ticarət mərkəzinin qarşısında 1000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü dələduzluq cinayəti üzrə təqsirli bilir, digər maddələr üzrə təqsirli bilmir. 2016-ci il aprel döyüşlərinin iştirakçısı olmuş, belə ki, 2009-cu ilin aprel ayında o, hərbi xidmətə yollanmış və Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə əsgər kimi xidmət aparmış, 2010-cu ilin oktyabr ayında tərxis olunmuş, daha sonra X27 N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və 2013-cü ilin sonlarına qədər həmin hərbi hissədə xidmət aparandan sonra o, könüllü olaraq ön cəbhədə xidmət apara bildiyi üçün Müdafiə Nazirliyinə müraciət etmiş və Ağdam rayonunda yerləşən N sayli hərbi hissəsinə minaxtaran kimi xidmətə qəbul edilmişdir. O, xidmətə əsgər kimi qəbul olunanda il yarım xidmət apardıqdan sonra Qaraheybət adlanan ərazidə gizirlik kursunu keçəndən sonra orada ona gizir rütbəsi verilmiş və o, 2016 ilədək orada xidmət etmişdir. 2016-cı ili aprel döyüşlərində yaralanmış və bununla bağlı uzun müddət müalicə olunmuş, sol ayağına mil qoyulub, sol ayağının bud hissəsində cərrahi əməliyyat keçirilmiş və o, hərbi xidmət dövründə xəsarət almağıyla bağlı tərxis olunandan sonra 2018-ci ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup Qarabağ əlili verilmiş, bununla bağlı ona pensiya təyin edilmiş, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olduğu üçün ölkə rəhbərliyinin təyin etdiyi xüsusi təqaüdü də alır. O, “X11 kömək İctimai Birliyi”nin üzvü olmuşdur. X16 həmin birliyin üzvü kimi tanımış, oradan tanışlıqları yaranmışdır. Həmin ərəfələrdə o, həmçinin Bakıxanov qəsəbəsi, 2 saylı doğum evinin yaxınlığında yerləşən kafeyə nəzarəti həyata keçirmişdir. Birliyin üzvü kimi müxtəlif tədbirlərdə iştirak etmişdir. X23 Bakı şəhəri, Buzovna- Maştağa yolunda ev tikdirməsini ona demiş, onu oraya çağırmışdır. Oraya getdikdə o, hazır tikilmiş vəziyyətdə olan ev görmüşdür. Daha sonra oraya bir nəfər polis geyim formasında şəxs gəlmiş və demişdir ki, neft şirkətinin əməkdaşları 102 xidmətinə zəng edərək onların istifadəsində olan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması haqqında məlumat vermişdir. Həmin vaxt o, orada olsa da, heç nəyə müdaxilə etməmiş, polis əməkdaşı ilə danışan şəxslər əsasən Zaur Abbasov və İlyas adlı şəxs olmuş, sonra neft şirkətinin əməkdaşları da həmin yerə gəlmiş va tikintini dayandırmağı tələb etmişlər. Bundan sonra o, həmin ərazidən çıxıb getmişdir. Onun torpaq sahəsini zəbt etmək və tikinti aparmaq kimi niyyəti olmamışdır. Onun özü kirayədə yaşayır, elə bacarığı olsa özünə bir gün ağlayardı. İmanzadə Rəşid və Cəbrayılov Azəri tanımır, onlarla heç bir əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs4 2021-ci ilin mart ayından tanımışdır. Hüseyn əlillik dərəcəsini alıb pensiyaya çıxmaq istədiyini ona bilmişdir. O, Bakıxanov qəsəbəsində yerləşən çayxanada Hüseynlə, onun əmisi Yansur və digər əmisinin oğlu Vəli ilə görüşərkən onlara pensiya məsələsinin 12. min manata həll etmək mümkün olduğunu bildirmişdir. Bu söhbətdən təxminən 2-3 gün sonra, 2021-ci ilin mart ayının əvvəllərində Hüseyn və onun əmisi oğlu Vəli ilə görüşərkən Hüseyn ona zabit vəsiqəsini, xəstəxanada yatdığı sənədlərin və şəxsiyyət vəsiqəsinin surətini vermiş, habelə həmin işin həlli üçün beh kimi 500 manat təqdim etmişdir. Hüseyn pulun qalan hissəsini təxminən 10 gün sonra verəcəyini demişdir. 2021-ci ilin aprelin 3-də Hüseyn ona qalan 11.500 manat pulu Yansur və Vəlinin yanında ona vermişdir. Hüseyndən aldığı pulları öz tələbatlarına xərcləyərək sonradan qaytara bilməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3ı 7-8 ildir ki, Gəncə şəhərindən tanıyır, birlikdə hərbi hospitalda müalicə olunublar, onun ailəsini də, oğlu Eldarı da tanmışdır. Şahid8 2 ildir ki, Bakıxanov qəsəbəsindən tanıyır. Onun vasitəsilə Məmmədov Ruslanı tanıyaraq, dəfələrlə onlarla oturub yeyib-içmiş, onun geniş əlaqələrinin olmasından xəbərdar olmuşdur. 2021-ci ilin əvvəllərində Elmar ona oğlunun hərbi xidmətdən qayıdandan sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Reginal İdarəsinə işə düzəltmək istədiyini demişdir. 2021-ci ilin aprel ayında birlikdə üçünün görüşü zamanı o, Zərərçəkmiş şəxs3 onun tanışı olmasını Ruslana və Ceyhuna deyib, Elmarın həmin zaman hərbi xidmətdə olan Eldar adlı oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini və əlində təxmini 8000-10000 manat pulunun olmasını bildirmişdir. Fövqəladə Hallar Nazirliyinin yanında 2021-ci ilin may ayının əvvəllərində Elmar, Eldar, Ceyhun və Ruslanla görüşüb, X28 əvvəldən onlara dediyi kimi - “Anar” kimi təqdim etmişdir. Sonra isə onlar birlikdə Qurd Qapısı deyilən yerə gedib, orada restoranda çay içmişlər. Söhbət zamanı Ruslan Elmara onun oğlunu FHN-nin Gəncə Regional İdarəsinə işə düzəltmək vədini verərək, geniş əlaqələrinin olmasını qeyd etmiş və ümumilikdə bu işin təxmini 10000 manata başa gələcəyini demiş, ilkin olaraq elə oradaca 6000 manat nağd pulu Elmardan almışdır. Həmin zaman Ceyhun da, o da Elmarı və oğlunu bu işin tam alınacağına inandırmışlar. Elmar da hər üçünə inanaraq, Ruslana pulu vermişdir. Ruslan müxtəlif vəzifələrdə işləyən tanışlarının olmasını, geniş əlaqələrinin olmasını telefonla danışan zaman Elmara daima demişdir. Sonra isə o, Ruslanla həmin restorandan çölə çıxmışlar, çöldə ona 6000 manat pulun 3000 manatını verib, sonra yenidən restorana qayıtmışlar, eləcə də Eldarın sənədlərinin surətini və şəklini işin düzəlməyi üçün almışlar. Sonrakı günlərdə onun **********992751 nömrəli kart hesabına xx.xx.2021 tarixində Elmar daha 1000 manat pul yollamış, sonra isə Ruslana taksi vasitəsilə 1000 manat pulu mayın ortalarında göndərmişdir, həmin pulu “Mercedes” markalı avtomobili ilə gedib Qara Qarayev metrosunun yaxınlığında Ruslan almışdır. 2021 -ci ilin iyun ayının əvvəllərində isə Şahid1 FHN-nə əmrinin verilməsi üçün 1500 manat pulu Elmardan Çinarlı restoranının içində Elmarın qohumu Vahidin yanında almış, sonra isə o, Elmarla və qohumuyla oradan çıxıb getmişdir. Pulun 3500 manatı Ruslana, 3000 manatı ona, 3000 manatı isə Ceyhuna çatıbdır, qrup şəklində bu cinayəti törətmişlər. Həmçinin o, Zərərçəkmiş şəxs2 onun oğlu Ramil vasitəsilə tanımışdır. Ramili Bakıxanov qəsəbəsində yerləşən kafedən tanıyır. 2021-ci ilin iyul ayında Habil ona müraciət edərək birinci Qarabağ döyüşlərində iştirak etməsini bildirmiş, ona veteranlıq sənədi ala bilmədiyini həmçinin müavinətdən məhrum olmasını qeyd etmişdir. Onun 1900 manatını 22 iyul 2021 tarixdə R.Qəmbərov küçəsində, 100 manat pulu isə 24 iyul 2021 ona məxsus **********992751 seriyalı “Kapital Bank” kartına göndərilməsi ilə almışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə Gültəkin adlı xanımın ad gününə getmiş, Gültəkin Səftərin tanışı olan Ayselin rəfiqəsidir. Həmin ad günündə Zərərçəkmiş şəxs1 adlı şəxslə tanış olmuşdur. Həmin ad günündə söhbət zamanı o, özünü qazi kimi təqdim etmişdir. Sarı Əli adlı qardaşının müharibə iştirakçısı olmasını,müavinət və sairə yardım ala bilmədiyini söylədikdə o, kömək edə biləcəyini, bu işi onun xətrinə 1500 manata görə biləcəyini demişdir. 18 sentyabr 2021 tarixdə saat təxminən 13 radələrində o, Sarıgilin evinə gəlmiş və Sarının, atası Çingizin, Səftərin yanında ondan əlbəəl t500 manat pul və qardaşı Şahid3 məxsus hərbi bileti almışdır. Daha sonra isə 1000 manat pulunu almışdır. Zərərçəkmiş şəxs1 2500 manat pulunu, Zərərçəkmiş şəxs2 isə 2000 manat pulunu ələ keçirməsinə dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmədən səhhətini, ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, müharibə iştirakçısı olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının ortalarında məlumat almışdır ki, 1-ci Qarabağ müharibəsində o, hərbi xidmətdə olduğundan iştirak etmiş, Sədərək rayonunda döyüşlərdə iştirak etmiş, bu günədək o müharibədə iştiraka görə aylıq müavinət ala bilməmiş, dəfələrlə müxtəlif instansiyalara müraciət etmişdir. Türkiyədə təhsil alır, 2021-ci ilin may-avqust ayları aralığında Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 8 saylı ünvanda yerləşən “Biergarden” kafedə ofisiant kimi işləyibdir, o da daima ora gedib yemək yemiş, çay içmişdir. Həmin zaman orada o, tez-tez kafeyə müştəri kimi gəlib-gedən Təqsirləndirilən şəxsyla tanış olmuşdur. Söhbət zamanı ona müharibə iştirakçılığına görə aylıq 80 manat müavinat ala bilmədiyini demiş, o, isə qazi olduğunu deyərək, ona kömək edə biləcəyini demiş, geniş əlaqələrinin olmasını demiş, müxtəlif şəxslərin adını çəkmiş, 1 ay ərzində bu işi görə biləcəyini demişdir. Əvvəlcə bu işin həlli üçün ondan 12000 manat pul istəmiş, o isə 2000 manat verə biləcəyini demiş, razılaşmış, sonrakı günlərdə R.Qəmbərov küçəsi 8 saylı ünvanda həmin “Biergarten” kafesinin yanında xx.xx.2021-ci il tarixində təxminən saat 22 radəiərində müharibə veteranı vəsiqəsi düzəltməsi və ona aylıq 80 manat müavinat verilməsi üçün Cavidə 1900 manat pul vermişdir. Qalan 100 manatı yaxın vaxtlarda çatdıracağını bildirmişdir. 24 iyul 2021-ci il tarixində 100 manat pulu “MİLLİÖN” posterminal vasitəsi ilə göndərməyi üçün Whatsapp vasitəsi ilə ona Təqsirləndirilən şəxs öz adına olan, 4169 7385 2499 2751 rəqəmdən ibarət hesab nömrəli olan “Kapital bank”a məxsus plastik kartının şəklini göndərmişdi. Həmin gün günorta saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində, yaşadığı evin yaxınlığında Sabunçu bazarının yanında marketin içərisində olan “MİLLİÖN” posterminal vasitəsi ilə 100 manat pulu Cavidin ona göndərdiyi Kapital banka məxsus plastik karta göndərmişdir. Bundan sonra işin gecikməsindən narahat olduğu üçün Cavidlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək yayınmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2000 manat madii ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 02 noyabr 2020-ci il tarixdə döyüş zamanı yaxınlığına raket mərmisi düşməsi nəticəsində xəsarətlər almış, əvvəlcə Yevlax və Beyləqan rayonlarında yerləşən hospitallarda, sonra isə Bakı şəhərində hərbi hospitalda və Mərdəkan qəsəbəsində yerləşən reablitasiya mərkəzində müalicələr almışdır. Sağlamlığı ilə bağlı yenidən hərbi xidməti davam etdirə bilməmiş və buna görə də hərbi həkim komissiyasından keçmişdir. Həmin ərəfələrdə, yəni 2021-ci ilin yanvar ayından etibarən əmisi Yansurun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yeni tikili evində müvəqqəti qalmışdır. O zaman əmisi Yansurla qonşuluqda yaşayan Qızqayıt oğlu Cavidin də müharibə iştirakçısı olmasını bildirmiş və ona əlilllik vəsiqəsi ala bilməsində köməklik edə biləcəyini qeyd etmişdir. O, Cavidin mobil nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Caviddən əlillik dərəcəsini almağı ila bağlı maraqlandıqda o, telefon söhbəti olmadığını, görüşüb ətraflı söhbət etmək lazım olduğunu demişdir. Cavidin sözünə əsasən 2021 -ci ilin mart ayının əvvələrində onunla Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin yaxınlığında yerləşən bir kafedə görüşmüşdür. Həmin vaxt onun yanında əmisi oğlu X24 olmuşdur. O, ilk dəfədir ki, həmin gün Cavidi görmüş və tanışlığı yaranmışdır. Söhbət əsnasında Cavid ona bildirmişdir ki, özü də qazidir və bununla bağlı əlillik vəsiqəsi almış, özünün də aprel döyüşlərində yaralandığını, əlillik ala bilmədiyini, sonradan bir nəfər şəxsin köməkliyi ilə pul müqabilində əlillik vəsiqəsini aldığını demişdir. Sonra ona bildirmişdir ki, əlillik dərəcəsi almaq çətin olacaq, lakin pul müqabilində bu işi görmək olar və o da bu işdə köməklik göstərə biləcəkdir. Cavid bu işlə məşğul olan tanışları ilə danışıb ona məlumat verəcəyini bildirmişdi. Özünün istifadəsində olan 070 ***- **-** saylı mobil nömrəni verərək vatsap ilə həmin nömrədən əlaqə saxlayacağını bildirmişdi. Bundan sonra onlar ayrılmış, sabahısı gün Cavid onunla telefonda əlaqə saxlayaraq görüşə çağırmışdı. Onlar yenə də 2 saylı doğum evinin yaxınlığındakı kafedə görüşmüşdür. Həmin vaxt əmisi Şahid2 və digər əmisinin oğlu Vəli yanında olmuşlar. 2-ci görüşdə Cavid ona bildirmişdi ki, əlillik dərəcəsini almaq üçün 12000 manat pul lazımdır. Onlar bir qədər danışdıqdan sonra o razılaşmış, lakin hazırda pulu olmadığı üçün bir az vaxt lazım olduğunu demişdir. Cavid isə bildirmişdi ki, əvvəlcədən ona 500 manat pul, şəxsiyyət və zabit vəsiqələrinin, xəstəxanada yatmağı barədə sənədlərin surətlərini, həmçinin 3X4 şəkil çəkdirib versin, o da işi həll edən şəxsə təqdim etsin, qalan pulu isə bir müddət sonra verəcək. 27 mart 2021-ci il tarixdə günorta saatlarında Cavidlə yenə də 2 saylı doğum evinin yaxınlığındakı kafenin qarşısında görüşmüşlər. Belə ki, həmin gün o, başqa işləri ilə bağlı tələsdiyi üçün idarə etdiyi avtomobil ilə kafenin qarşısına gəlmiş və avtomobildən 500 manat pulu, habelə şəkil və digər sadaladığı sənədlərin surətini Cavidə təqdim etmişdir. Həmin vaxt Vəli də yanında avtomobildə əyləşmişdir. Hətta pulu və sənədlərin surətini verdiyi zaman Vəli bunu gizlicə mobil telefona çəkmişdir. Bundan sonra onlar ayrılmışlar. Bu söhbətdən sonra bir neçə gün ərzində əmisi oğlu Vəli özünə məxsus Binə qəsəbəsində yerləşən təxminən 6 sot ölçüdə torpaq sahəsini satmış və əldə etdiyi puldan işinin həlli üçün ona borca 11500 manat pul vermişdi. O, Vəlidən pulu götürdükdən sonra Cavidlə əlaqə saxlamış və 03 aprel 2021-ci il tarixdə Bakıxanov qəsəbəsi ərazisində yerləşən ASAN 4 xidmətinin binasının yaxınlığında yerləşən çay evində onunla görüşmüşdür. Həmin vaxt yanında əmisi Yansur və əmisi oğlu Vəli olmuşlar. Onların iştirakı ilə Cavidə qalan 11500 manat pulu vermişdir. Cavid isə bildirmişdi ki, təxminən 2-3 ay ərzində 1-ci qrup əlillik dərəcəsinin sənədini alacaq. Qeyd etmişdir ki, özü 1 -ci və ya 2ci qrup əlillik dərəcəsini almaq istədiyi barədə Cavidə heç nə deməmişdir, düzgün hansı olarsa, həmin dərəcəni almaq istədiyini ona bildirmişdir. 1 -ci qrup əlillik dərəcəsinin alacağını Cavid özü ona demişdir. Bu sonuncu görüşün üstündən 1 ay keçsə də, işi barədə hər hansı bir irəliləyiş hissə etməmişdir. Belə ki, Cavid pulu götürdükdən sonra bir də dəfə olsun, ona zəng etməmiş, yalnız özü onunla əlaqə saxlayaraq işi barədə maraqlanmışdır. Cavid müxtəlif bəhanələr gətirərək, işin yaxın vaxtlarda həll olunacağını ona vəd vermişdi. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Cavid ondan yayınmağa başlamış və artıq zənglərinə cavab verməmişdi. Bundan sonra o, başa düşmüşdür ki, Cavidin heç bir əlillik sənədini düzəltmək fikri yoxdur, onun niyyəti onu aldadaraq pulunu ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs pulunun bir hissəsini qaytarmışdır. Yəni 4500 manatı qaytarmış, 7500 manatı isə qalmışdır. Onun tutulmasını istəmir, sadəcə pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid3 qardaşıdır, 1998-ci təvəllüdlüdür. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir, könüllü olaraq 23 sentyabr 2020-ci ildə döyüşlərə qatılmış, 2021-ci ilin yanvar ayında isə ordudan təxris edilmişdir. Qardaşına veteranlıq verilmədiyindən bir çox adamlara müraciət etmişdir. Bu hadisəyədək heç zaman Təqsirləndirilən şəxs tanımamışdır. 2021-ci ilin sentyabr ayında Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə Gültəkin adlı xanımın ad gününə getmişdir, Gültəkin uzun illərdir ki, tanıdığı Səftərin tanışı olan Ayselin rəfiqəsidir. Həmin ad günündə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin ad günündə söhbət zamanı Cavid özünü qazi kimi təqdim etmişdir, qardaşı barədə ona dedikdə o, kömək edə biləcəyini, bu işi onun xətrinə 2500 manata görə biləcəyini demişdir, sonrakı zamanda dəfələrlə Səftər, o, Gültəkin, onların rəfiqəsi Aytən, Aysel görüşmüşlər, onlar da bu hadisədən xəbərdar olmuşlar. Nəhayət o, 18 sentyabr 2021 tarixdə ona zəng edərək 1500 manat pul lazım olmasını bildirmişdir, yaxın zamanda işi həll edəcəyini qardaşı Şahid3 dövlət tərəfindən veteranlıq veriləcəyini qeyd etmişdir. Sonrakı saatlarda təxminən 13 radələrində evlərinə, yəni ünvan 4 ünvanına gələrək orada Səftərin, atası Çingizin yanında Cavidə əlbəəl 1500 manat pul və qardaşı Şahid3 məxsus hərbi bileti vermişdir. Bir neçə gün sonra o, daha 1000 manat pulu ondan istəmişdir ki, noyabr ayında qardaşına veteranlıq sənədi verilsin. O, da ona Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Gəncə Mall”un qarşısında 2021-ci ilin sentyabr ayının sonlarında Səftərin yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Lakin o, verdiyi vədə əməl etməyib, onun 2500 manat pulunu ələ keçirnişdir. Bu günədək bir manat da olsa, ona pul qaytarmayıbdır. Təqsirləndirilən şəxs pulunu qaytarmadığından şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs AR Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs5 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin nümayəndəsi X30 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun sol tərəfində olan 1220 saylı işlək neft quyusunun 20 metr məsafəliyində olan Tağıyev adına N.Q.Ç.İ-nə məxsus torpaq sahəsində bir neçə şəxsin tikinti işləri aparması barədə idarəyə məlumat gəlmişdir. xx.xx.2021-ci il tarixdə NQÇİ-nin əməkdaşları həmin inşa işləri gedən torpaq sahəsinə baxış keçirilməsi üçün gedərkən həmin yerdə olan bir qrup özlərini 1-ci və 2-ci Qarabağ müharibəsinin qaziləri kimi təqdim edən şəxslər apardıqları qanunsuz inşa işlərini dayandırmaqları barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq öz işlərini davam etdirmişlər. Onlarla inşa işlərini dayandırmaqları barədə söhbətlər aparılmasına baxmayaraq onlar tikinti işlərini davam etdirmişlər. Onda olan məlumata görə həmin vaxt orada Zavur Abbas, İlyas Şəmilov, Təqsirləndirilən şəxs olmuşdur. Azər Cəbrayılovun təşkilatçılığı ilə bu cinayəti törətmişlər. Digərlərinin barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Bundan başqa həmin ərazilərdə bir neçə torpaq sahələri vardır ki, həmin torpaq sahələrində artıq tikinti inşa işləri başa çatmışdır və NQÇİ-nin toraq sahələri qanunsuz olaraq zəbt edilmişdir. Hazırda qanunsuz tikililər X47 İdarəsi tərəfindən sökülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs AR Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs5 nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı orada görüb-görməməsini xatırlamır. Hadisənin üzərindən çox vaxt keçmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində olan 1220 saylı işlək neft quyusunun 20 metr məsafəliyində olan Tağıyev adına N.Q.Ç.İ-nə məxsus torpaq sahəsində bir neçə şəxsin tikinti işləri aparması barədə idarəyə məlumat gəlmişdir. xx.xx.2021-ci il tarixdə o, və NQÇİ-nin əməkdaşları həmin inşa işləri gedən torpaq sahəsinə baxış keçirilməsi üçün gedərkən həmin yerdə olan bir qrup özlərini 1-ci və 2-ci Qarabağ müharibəsinin qaziləri kimi təqdim edən şəxslər apardıqları qanunsuz inşa işlərini dayandırmaqları barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq öz işlərini davam etdirmişlər. Onlarla inşa işlərini dayandırmaqları barədə söhbətlər aparsalar da, onlara əhəmiyyət vermədən tikinti işlərini davam etdirməyə başlamışlar. Bundan başqa həmin ərazilərdə bir neçə torpaq sahələri vardır ki, həmin torpaq sahələrində artıq tikinti inşa işləri başa çatmışdır və NQÇİ-nin toraq sahələri qanunsuz olaraq zəbt edilmişdir. Həmin torpaq sahələrinin, yəni Buzovna qəsəbəsinin ərazisində H.Z.Tağıyev adına NQÇİ-nə məxsus torpaq sahələrinə aid Ayrıc aktını və bir neçə torpaq sahələrinin topoqrafıq xəritədən çıxarışlarını istintaqa təqdim etmişlər. Həmin sənədlər iş materiallarına əlavə olunmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, əvvəllər Daxili Qoşunlarda işlədiyindən Təqsirləndirilən şəxs 2014-2015-ci ildən tanımış, Cavid zabit rütbəsi daşımış, o isə müddətdən artıq xidmət edən çavuş vəzifəsində işləmişdir, ilk dəfə onu Bakı şəhərində yerləşən hərbi hospitalda tanımışdır, Cavid də Gəncədə yaşamışdır, il ərzində 10-12 dəfə onunla görüşmüş,çay içib, çörək yemişdir. Sonrakı zamanlarda ona guya 2016-cı ilin aprel ayında olan döyüşlərdə yaralanmasını, qazi olmasını bildirmişdir. Oğlunu və ailəsini Cavid yaxından tanıyıb, hətta anasının yas məclisində də iştirak etmişdir, bu hadisəyədək nə Ruslan Məmmədovu, nə də ki, Şahid8 tanımışdır. Oğlu Eldar 2019-cu ilin yay aylarında Tbilisi şəhəri, Mimi Quramaşvilli adına dövlət universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmiş və Qusar şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Oğlu uzun illərdir ki, Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmasını arzuladığından bu barədə daima Cavidə demişdir. 2020-ci ilin sentyabr ayında Qarabağda döyüşlər başladığından oğlunun tərxis olunması yubanmışdır, Eldar döyüşlərdə iştirak etmişdir, Cavid 2020-ci ilin sonlarında müharibə bitəndən sonra ona bildirmişdir ki, tanışı Ceyhun və “Anar” adlı vasitəsilə oğlunu hərbi xidmətdən qayıdandan sonra onu Gəncə Regional idarəsinə işə düzəldəcək, oğlu zabit rütbəsi daşıyacaq, hansı şöbəyə işə düzəlməsi sonrakı zamanda bilinəcəkdir. O da buna sevinib onunla razılaşmışdır. Eldar 29 aprel 2021 tarixində hərbidən tərxis olunmuş, evə qayıtmış, sonrakı günlərdə Eldar gələndən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən FHN-nin qarşısında əsl adı Məmmədov Ruslan olan ona və oğluna özünü “Anar Hüseynov “kimi təqdim edən şəxslə və Şahid8la tanış olmuşdur, onları tanışı Təqsirləndirilən şəxs təqdim etmişdir .Sonra birlikdə Qurd Qapısı restoranına getmiş,orada çay içmiş, hər üç şəxs ona və oğluna vəd vermişdir ki, oğlunun işini düzəldəcəklər, tez bir zamanda oğlu işə çıxacaq. Anar adlı şəxs oğluna demişdir ki,Ceyhunla gedib yaxınlıqda A 3 ölçülü 6 ədəd şəkil çəkdirmiş,bir də doğum haqqında şəhadətnamənin surətini çıxartdırmış,oğlu ilə Ceyhun oradan çıxıb getmiş, Anar adlı şəxs ilkin olaraq ondan orada 6000 manat pul istəmiş və demişdir ki, bu iş təxmini 10000 manata başa gələcəkdir,Ruslan geniş əlaqələrinin olmasını,Cavidlə və Ceyhunla birlikdə 4-5 nəfər şəxsi Fövqəladə Hallar Nazirliyinin başqabaşqa rayonlardakı idarələrinə işə düzəltməsini ona bildirmiş,onu inandırmış, inamını qazandırmışdır. dərhal Cavidin yanında “Anar”a, yəni Ruslan Məmmədova 6000 manat pul vermiş, sonra Ceyhunla oğlu oraya gəlmiş və sənədlərlə şəkilləri Anar adlı şəxsə oğlu Eldar vermişdir. Sonrakı dəqiqələrdə Anar adlı şəxs işə getməli olmasını bildirmiş və onunla sağollaşıb getmişdir, gedərkən Cavidə sözü olmasını deyib birlikdə çölə çıxmış,sonrakı saniyələrdə oğlu Eldar ayağa durub pəncərədən çölə baxmış, o isə Ceyhunla çay içmişdir.Oğlu sonra ona yaxınlaşıb qulağına demişdir ki,pəncərədən baxarkən çöldə Anar adlı şəxsin pullar sayıb Cavidə verməsini görmüşdür. O da narahat olmamağı demişdir. Bir daha orada Cavidlə Ceyhun onu və oğlunu arxayın etmişdir ki, bu işi onlar düzəldəcək.Bir ay ərzində oğlunun əmri olacaqdır.Sonrakı günlərdə Cavid iş üçün daha 1000 manat lazım olmasını demişdir,eləcə də Anar ona zəng etmiş bunu tez bir zamanda həll etməli olmağını xahiş etmişdir.O da evinin yaxınlığında olan Maxi marketdə olan ödəmə terminalından 1000 manat pulu Təqsirləndirilən şəxs 41 69 73 85 24 99 27 51 seriyalı “Kapitalbank kartı”na 11 may 2021 tarixində saat 13 -06 radələrində yollamışdır.Bu barədə Cavid də, Anar da pulun çatmasını ona bildirmişdir.Sonrakı zamanda Anar daha 1000 manat pul lazım olmasını bildirmişdir,2021 -ci ilin may ayının ortalarında adını unutduğu taksi vasitəsilə Anara 1000 manat pul yollamışdır, həmin sürücü Anara aparıb Bakı şəhəri,Nizami rayonu ərazisində əlbəəl pulu Anar adlı şəxsə vermişdir, Anar oraya Mercedes markalı 05-BX- 465 dövlət nömrə nişanlı avtomobillə gəlmişdi. Həmin sürücü avtomobilin şəkilini ona vatsapla yollamışdı. Sonrakı zamanda o tez-tez Bakıya gəlmiş, Cavidlə,Ceyhunla görüşmüş, onlar bir daha dönə-dönə onu inandırmış, arxayın etmişlər ki, yaxın zamanda iş tam həllini tapacaq, sonrakı günlərdə, yəni 2021 -ci ilin iyun ayının əvvəllərində bacanağı X12 və Cavidlə Sabunçu qəsəbəsi, Bünyadov küçəsində yerləşən Çinarlı restoranında görüşmüş, işin tam həll olunması üçün ona əlbəəl Anar adlı şəxsə 1500 manat pul vermiş, çay içmiş, sonra oradan onun avtomobili ilə çıxıb getmişlər, Anar restoranda qalmış, təxminən restorandan aralanıb 200 metr gedəndən sonra **-HD-*** nömrə nişanlı Mercedes markalı avtomobildə Cavid ona burada işinin olmasını,getməli olmasını demişdir.O da avtomobili saxlamış və Cavid avtomobildən düşüb aralanmış, güzgüdən baxarkən onun restorana getməsini Vahidlə görmüş, həmin zaman Anar adlı şəxs restoranda idi. Anar adlı şəxs və Cavid eləcə də Ceyhun telefonla sonrakı günlərdə ona demişdir ki, “Eldar kostyumda səliqəli şəkildə geyinib 10 gün sonra gəlsin”. Sonra isə Anarla Cavid öz aralarında nəsə danışmışdır. Daha sonrakı günlərdə isə onların telefonuna zəng çatmamışdır. O da məcbur olub avqust ayında polisə müraciət etmişdir. Ona dəyən ziyan 9500 manatdır. Onun hissə-hissə ümumilikdə 9500 manat pulumu, son dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Sabunçu rayonu ərazisində olmaqla Məmmədov Ruslan, Təqsirləndirilən şəxs və Şahid8 adlı şəxslər alıb onu aldatmışlar. Pulun verilməsinin şahidi, oğlu Şahid1 və Məmmədəliyev Vahid olmuşdur, eləcə də kart vasitəsilə yolladığı pulun çekini ərizəsinə əlavə etmişdir. Onların hər üçü oğlu Eldarı FHNnin Gəncə şəhəri Regional idarəsinə işə düzəltmək adı ilə vəd vermişdir. Eləcədə oğlunun şəxsiyyət vəsiqəsinin əsli də Ruslanda qalmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında birlikdə üçü görüşən zaman Cavid Zərərçəkmiş şəxs3 adlı əslən Gəncə şəhərindən olan tanışının olmasını ona və Ceyhuna demiş, Elmarın həmin zaman hərbi xidmətdə olan Eldar adlı oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini və əlində təxmini 8000-10000 manat pulunun olmasını bildirmişdi. Fövqəladə Hallar Nazirliyinin yanında 2021-ci ilin may ayının əvvəllərində Elmar, Eldar, Ceyhun və Cavidlə görüşmüş, Elmara adını “Anar” kimi təqdim etmişdir.Sonra isə onlar birlikdə “Qurd Qapısı” restoranına getmiş, orada restoranda çay içmişlər.Söhbət zamanı o, Elmara onun oğlunu FHN-nin Gəncə Regional İdarəsinə işə düzəltmək vədini vermiş və ümumilikdə bu işin təxmini 10.000 manata başa gələcəyini demiş, ilkin olaraq elə orada 6000 manat nağd pulu Elmardan orada almışdır. Həmin zaman Ceyhunla Cavid də Elmarı və oğlunu tam inandırmışdı ki, bu iş alınacaq, Elmar da hər üçünə inanıb, ona pulu vermişdi. O, müxtəlif vəzifələrdə işləyən tanışlarının olmasını, geniş əlaqələrinin olmasını telefonla danışan zaman Elmara daima demişdir. Həmin restorandan çölə çıxmış, çöldə Cavidə 6000 manat pulun 3000 manatını vermiş, sonra yenidən restorana qayıtmış, eləcə də Eldarın sənədlərinin surətini və şəkilini işin düzəlməyi üçün almışdır. Sonrakı günlərdə Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2021 tarixində Elmar daha 1000 manat pul yollamış, sonra isə ona taksi vasitəsilə 1000 manat pul mayın ortalarında göndərmiş,həmin pulu “Mercedes” markalı avtomobiliylə gedib Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında almışdır. 2021-ci ilin iyun ayının əvvəllərində isə Şahid1 FHN-nə əmrinin verilməsi üçün 1500 manat pulu Elmardan “Çinarlı” restoranının içində Elmarın qohumu Vahidin və Cavidin yanında almış, sonra isə Cavid oraya onlar gedəndən sonra qayıtmış, pulun hamısını Cavidə vermişdir. 9500 manat pulu aralarında bərabər şəkildə bölmüşlər. Hər üçü Eldarla atası Elmarı inandıraraq onun 9500 manat pulunu ələ keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunda ifadə vermişdir. Şahid X8 məhkəməyə teleqram vuraraq məhkəmə prosesində bəzi səbəblərdən iştirak edə bilmədiyi üçün istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmənin onsuz keçirilməsinə razı olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid X8 ifadəsində göstərmişdir ki, Aysel onun rəfiqəsidir. Səftər isə Ayselin qeyri-rəsmi yaşadığı şəxsdir. Zərərçəkmiş şəxs1 isə Səftərin dostudur. Elmar adlı tanışının ad günündə, yəni 11 sentyabr 2021 -ci il tarixində Hacıkənd qəsəbəsində olarkən oraya Cavid də qeyd edilən şəxslər də həmçinin Sarı da gəlmişdir. Buna qədər dəfələrlə Sarı ona qardaşı Şahid3 2020-ci ildə olan müharibədə iştirakına görə veteranlıq almaq istədiyini, aylıq ona pul verilə biləciyini demiş, o da onu ad günündə özünü ona qazi kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış etmiş, Cavid onun yanında ad günündə Sarının qardaşı Əliyə kömək edə biləcəyini Sarıya söz vermişdir. Sonrakı günlərdə o, xəbər tutmuşdur ki, Cavid Sarının ümumi 2500 manat pulunu bir neçə gün aralığında Gəncə şəhəri ərazisində ələ keçirmiş və Sarını aldatmış, onun qardaşına veteranlıq düzəltmək vədini vermiş, lakin vədini yerinə yetirməmişdir. Dəfələrlə 2021-ci ilin sonlarında və 2022-ci ilin yanvar-mart ayları aralığında Cavidə zəng etsə də, o, bu günsabah deyib, onu aldatmağa başlamışdır, sonra isə mart ayında Zərərçəkmiş şəxs1 Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə gedib ərizə yazmağa məcbur olmuşdur. Təqsirləndirilən şəxs Şahid8 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Ağdaş rayonunda yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilmir. İşə onun iştirakı olmadan baxılmasını xahiş edir. Təqsirləndirilən şəxs Şahid8 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə yaşayır, hazırda məhkumluğu yoxdur,orta təhsilli, subay,Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsində yerləşən 2-ci Qarabağ müharibəsinin iştirakçılarının yığışdığı yerdən 2021-ci ilin əvvəllərindən tanımış,onun vasitəsilə də Məmmədov Ruslanı tanıyıb, onlar birlikdə kafedə tanış olmuş, daima yeyib-içmişlər. Həmin ərəfədə o, “Khazar” markalı avtomobili icarəylə idarə etmiş, taksi kimi işlətmişdir. Sonrakı aylarda birlikdə Cavidin vasitəsilə Zərərçəkmiş şəxs3 adlı şəxsi tanımış, Zərərçəkmiş şəxs3 həmçinin Məmmədov Ruslanla da tanış olmuşdur, təklikdə olarkən onlar Ceyhuna plan qurub Elmarı aldadacaqlarını, guya onun Eldar adlı müharibə iştirakçısı olan oğlunu Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional İdarəsinə işə düzəldəcəyini deyərək, bildirmişlər ki, birlikdə bu cinayəti edərək, pulları ələ keçirərlər, o da onlarla razılaşaraq, hər dəfə Elmarla və onun Eldar adlı oğluyla görüşəndə üçü də vəd vermişdir ki, bu iş alınacaq, Elmara Ruslan özünü “Anar” kimi təqdim etmişdir. Sonrakı zamanda birlikdə Qurd Qapısı restoranına gedib, orada çay içmiş, hər üçü Elmara və oğluna vəd vermişlər ki, oğlunun işini düzəldəcək,tez bir zamanda oğlu işə çıxacaq. Ruslan Eldara orada olarkən demişdir ki, onunla gedib yaxınlıqda ¾ ölçülü 6 ədəd şəkil çəkdirsin, bir də doğum haqqında şəhadətnamənin surətini çıxartdırsın, oğlu da onunla oradan çıxıb getmişdir. Deyilənləri edərək, Ruslanın geniş əlaqələrinin olmasını, Cavidlə və onunla birlikdə 4-5 nəfər şəxsi Fövqəladə Hallar Nazirliyinin başqa-başqa rayonlarındakı idarələrinə işə düzəltməsini bildirib, onu inandıraraq, inamını qazanmışlar. O, Cavidin yanında “Anar”a, yəni Ruslan Məmmədova 6000 manat pul vermiş, sonra o, onun oğluyla gələrək və sənədlərlə şəkilləri Ruslana vermişdir. Sonrakı dəqiqələrdə Ruslan işə getməli olmasını bildirərək sağollaşıb getmişdir. Bir daha orada Cavid və o Elmarı və oğlunu arxayın etmişdir ki, bu işi onlar düzəldəcək, bir ay ərzində oğlunun əmri olacaqdır. Sonrakı zamanda o, tez-tez Bakıya gəlmiş, Cavidlə və onunla görüşərək, arxayın ediblər ki, yaxın zamanda iş tam həllini tapacaq. O, hissə- Assə olmaqla Elmarın 9500 manat pulunu son dəfə “Çinarlı” restoranın həyətində 2021-ci ilin yay aylarında almış, həmin pullardan ona cəmi 1500 manat pul çatmışdır. Etdiyi əməldən peşmandır, özü 2-ci Qarabağ müharibəsinin iştirakşısıdır. O olmadan Cavidlə Ruslan onun daha 3500 manatını ələ keçirmiş, lakin onun da bu işdən xəbəri olubdur, daima hamısıyla əlaqədə olmuşdur .O Zərərçəkmiş şəxs3 onun Eldar adlı oğlunu işə düzəltmək adı ilə X15 və Təqsirləndirilən şəxs ilə birlikdə aldadıb, Elmarın 9500 manatını ələ keçirmişdir. Elmarın pulları 2021-ci ilin may-iyun ayları aralığı olan müddət ərzində ələ keçirilibdir. 08 oktyabr 2021 tarixdə isə Moskva şəhərinə çıxıb getmişdir,əməlindən peşmandır, Cavidlə və Ruslanla digər cinayətlərdə əlbir olmamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, X9 H.Z.Tağıyev adına Nefy-Qaz çıxarma idarəsinin baş geoloqu, rəis müavini Rauf Məmmədovun müraciəti əsasında Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa Buzovna yolunun sağ tərəfində yerləşən 1220 saylı neft quyusunun cənub hissəsində quyudan 20-25 metr aralıda baxış keçirilmiş və baxış zamanı orada kürsülü bir mərtəbəli evin tikildiyi, onun sağ, sol və ön tərəfinin boş torpaq sahəsi, arxa hissəsinin isə yaşayış olan evin hasarı olduğu müəyyən edilmişdir. Evin dam örtüyü paket formasında qurulmuş, pəncərə və dəmir qapı qoyulmuşdur. Qapı bağlı olduğundan evin daxilinə baxış keçirmək mümkün olmamışdır. Bundan başqa qeyd olunan quyunun şimal hissəsində təxminən 50- 60 metr məsafədə yerləşən 12m x 15 m ölçüdə olan torpaq sahəsi Azər Cəbrayılov tərəfindən mişar daşları ilə hasarlanmış, əlavə olaraq orada tikintinin davam etdirilməsi üçün mişar daşları boşaldılmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 şikayət ərizəsi əsasında toplanmış materiala əsasən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 şikayət ərizəsi əsasında Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən “Grass avtoyuma” məntəqəsinin ikinci mərtəbəsində yerləşən “SHAMS” çay evinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da saxlanılaraq Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində olan adsız marketin içərisində yerləşən e-manat ödəniş terminalı olan hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Elektron məhkəmə informasiya sistemi” də Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, o, ailəlidir, himayəsində xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2023-cü il təvəllüdlü X26 adlı iki övladı vardır. DVD diskə baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində göy rəngli qısa qol yay köynəyi və əynində olan cins şalvarı var və Əli adlı şəxsin müharibədə iştirakına görə əlillik dərəcəsi düzəltdirmək üçün Zərərçəkmiş şəxs1 hər biri 100 manatlıq əskinaslardan ibarət 1500 manat pul alır və pulu sayıb əynində olan cins şalvarın sol qabaq cibinə qoyur. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Videogörüntüyə baxış keçirilməsi haqqında 03 may 2021-ci il tarixli protokoldan görünür ki, “qazi altında reketlik edənlər-Bakı TV” adlı videogörüntülərə baxış keçirilən zaman görüntünün 08:45 dəqiqə davam etdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Azər Osmanov bildirmişdir ki, əynində tünd qırmızı rəngli köynək və göy rəngli parça gödəkçə, əlində əsa olan şəxsin Sərxan Musayev, əynində dəri gödəkçə, arıq bədən quruluşlu, əlində əsa olan şəxsin Zavur Abbasov, görüntüdə Zavur Abbasovun sol tərəfində olan əynində tünd rəngli parça gödəkçə olan şəxsin isə İlyas Şamilov olduğunu bildirdi və həmin şəxslərin Bakı şəhərinin müxtəlif ərazilərində özbaşına tikinti işlərinin apardıqlarını bildirdi. Görüntünün sonrakı dəqiqələrində əyinlərində hərbi geyim olan şəxslərdə görünür, baxışda iştirak edən Azər Osmanov bildirdi ki, həmin şəxslərdən biri “Qara” təxəllüsü ilə tanınan Ceyhun, onun yanında olan digər şəxslərin isə Təqsirləndirilən şəxs və Orxan adlı şəxslərin olduğunu bildirdi. Görüntünün 00:24 dəqiqəsində 1220 saylı işlək neft quyusunun yaxınlığında görünən dam örtüyü qırmızı rəngli olan mişar daşından tikilmiş bir mərtəbəli yaşayış evinin H.Z.Tağıyev adına NQÇİ-nin əməkdaşı X2 müraciətində qeyd edildiyi yaşayış evi olduğunu, həmin evi özlərini qazi kimi təqdim edən şəxslərin himayədarlığı ilə Azər Cəbrayılov tərəfindən inşa edildiyini bildirdi. Həmçinin 1220 saylı işlək neft quyusunun yanında olan mişar daşlarının da Azər Cəbrayılov tərəfindən 2021-ci ilin mart ayında tökülərək özbaşına hasarlandığını bildirdi. 29 sentyabr 2021-ci il tarixli kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə 01 yanvar 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlara baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə X18 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 03 mart 2021-ci il tarixdə saat 15:51 radələrində qeydə alınmış, 21 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq zənglər qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. . 08 mart 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış verilmi və cinayət işi üzrə icraat ayrılaraq dayandırılmışdır. AR ƏN Bakı İstintaq Təcridxanasının 03 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 188.1, 32.5, 188.2, 32.5, 222-2.1, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxışında bildirmişdir ki, CM-nin 32,5 188.1-ci maddəsi ilə razı deyil. Belə ki, CM-nin 188.2-ci maddəsi CM-nin 188.1-ci maddəsini əhatə edir. Təqsirləndirilən şəxsin xeyrinə xüsusi norma kimi qəbul edilməlidir. CM-nin 188.1-ci maddəsi torpaq sahəsini qanunsuz zəbt etməni nəzərdə tutur. CM-nin 188.2-ci maddəsi isə orada tikinti işlərini aparmanı nəzərdə tutur. Torpaq sahəsini zəbt etmədə niyyəti orada tikinti işlər aparmaq olduğundan onun əməli CM-nin 188.2-ci maddəsi ilə tam əhatə olunur. Ona görə də təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan CM-nin 188.1-ci maddəsi hissəsində imtina edirik. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan CM-nin 32,5 188.1-ci maddəsinin xaric edilməsini təklif edirik. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan AR CM-nin 32,5 188.1-ci maddəsi xaric olunmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, yəni AR CM-nin 32,5 188.2, 32,5 222-2.1, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü AR CM-nin 32,5 188.1, 32.5, 222-2.1-ci maddələri ilə təqsirli bilməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək hesab edir ki, o, bu məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında İmanzadə Rəşid və Cəbrayılov Azəri tanımadığını bildirsə də, iş materillarında olan telefon danışıqlarının çıxarılmasına dair məlumatlardan görünür ki, onun hadisə baş verən ərəfədə X19 mütəmadi olaraq zəngləri qeydə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32,5 188.2, 32,5 222-2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamda Zərərçəkmiş şəxs2 2000 manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs1 isə 2500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etməsi epizodları üzrə hokmün qanuni qüvvəyə minənədək cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin epizodların xitam edilməsinə razılığının olmasını nəzərə alaraq hesab edir ki, həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə görə, ictimai təhlükəsizlik əleyhinə olan cinaytələr kateqoriyasına daxil olduğuna görə, CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 32,5 222- 2.1-ci maddəsi ilə əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32,5 188.1, 32,5 222-2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi AR CM-nin 32,5 222-2.1-ci maddəsi üzrə maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası, digər maddələr üzrə isə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki gününü azadlığın məhdudlaşdırılmasının 1 gününə bərabər tutmaqla hesablamaqla azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınaraq təyin olunmuş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal azad olunmalı, barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə b-1, sahə 18 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 188.1, 32,5 222-2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri X7 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Azərbaycan Respublikası CM-nin 32.5, 188.1-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5, 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5, 222-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki gününü azadlığın məhdudlaşdırılmasının 1 gününə bərabər tutmaqla hesablayaraq 01 il müddətinə islah işləri cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs barəsində ona 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 08 mart 2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi, məhəllə b-1, sahə 18 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal azad olunsun, barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait, Müdafiəçi isə sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-27/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-27/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver