Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-272/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X26 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 1,263 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 06 sentyabr 2023-cü il tarixdə, saat 13:30 radələrində Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, 15-ci polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi 1,263 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 06 sentyabr 2023cü il tarixdə o, atası, anası və qardaşı ilə birlikdə yaşadığı evdə yatdığı zaman səhər saat 11-12 radələrində polis əməkdaşlarının səsinə oyanmış, oyanan zaman polis əməkdaşlarının evdə olduqlarını görmüşdür. Bundan sonra Polis əməkdaşları onu yatdığı yerdən götürərək darvazadan çöldə gözləyən xidməti avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, əvvəllər narkotik vasitə aludəçisi olsa da, uzun müddətdir ki, narkotik vasitələrdən istifadəni dayandırmış, işləməyə başlamış və normal həyat tərzinə qayıtmışdır. Onu bölməyə apardıqdan sonra polis əməkdaşlarından biri ona narkotik vasitə verərək cibinə qoymasını və təhqiqatçının otağında çıxaraq özünə məxsus narkotik vasitə kimi təqdim etməli olduğunu, əks təqdirdə ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham veriləcəyini bildirmişdir. O, qorxduğundan polis əməkdaşnın dediklərini yerinə yetirmişdir. 02 gündən sonra onu MSY-dən buraxdıqdan sonra o, qonşusunun müşahidə kameraları ilə qeydə alınmış görüntüləri telefonuna çəkərək özündə saxlamışdır. Həmin görüntülərdən “Niva” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillərin onun yaşadığı evin darvazasının yanında dayanması, avtomobillərdən ümumi 6-7 nəfər mülki geyimli şəxslərin enməsi, onlardan birinin darvazanı yoxlayaraq bağlı olduğunu müəyyən etməsi, daha sonra hasardan tullanaraq həyətə düşüb darvazanı açması, daha sonra hamısının içəri daxil olmaları, bir qədər sonra onlardan birinin geri dönərək avtomobildən qandal götürməsi, ondan bir az sonra onun sağ və solunda polis əməkdaşları qoluna girməklə darvazadan çıxarılaraq “Niva” markalı avtomobilə otuzdurulması müəyyən edilmişdir. O, həmin görüntüləri qardaşının telefonunda saxlamışdır. İstintaq zamanı o, həmin görüntünü müstəntiqə göndərmiş, bir müddət sonra müstəntiq ona görüntünün silindiyini bildirərək yenidən göndərilməsini istəmiş, o, yenidən həmin görüntünü müstəntiqə göndərmişdir. Müstəntiq ona demişdir ki, “özün bilərsən istəyirsən bu görüntünü məhkəməyə təqdim et, amma təqdim edib bəraət alsan sonra səni ağır maddə ilə yükləyib aparacaqlar” demişdir. O, məhkəmə iclasında tutulacağını güman etmədiyindən hazırlıq iclasında bu barədə heç nə deməmiş, lakin məhkəmənin hazırlıq iclasından həbsə alındıqdan sonra həqiqətləri məhkəməyə söyləmək qərarına gəlmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hazırda məhkəməyə təqdim etdiyi videogörüntüdə onun üzünün dəqiq düşmədiyini, həmin videonun qonşuya məxsus monitordan telefonla çəkildiyindən bir az bulanıq olduğunu, həmin yerin onların yaşadığı ev olub-olmamasını müəyyən etmək üçün məhkəmənin həmin yerə baxış keçirmək imkanının olduğunu, görüntünü monitordan telefonla yaxınlaşdırıb çəkdiyindən videoda olan tarixin görüntüdən görünmədiyini, həmin vaxt evdə atası, anası və qardaşının olduğunu, onu polis bölməsində heç kəsin döymədiyini, sadəcə əvvəl də məhum olunduğuna görə əgər dediklərini etməzsə ona daha ağır, AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham veriləcəyinin bildirildiyini və bununla da ona psixoloji təzyiq göstərildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə işlədiyi Sabunçu RPİ-nin 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilərək təsdiq olunmuşdur. Əməliyyatın keçirilməsində ondan başqa 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 13:30 radələrində ünvan 1 ünvanının yaxınlığında bir nəfər tanımadıqları şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü onlara təqdim etsə də, lakin üzərində heç bir sənəd olmadığını bildirmişdir. Bir qədər onunla söhbət etdikdən sonra ona narkotik vasitələri əldə edərək üzərində saxlamasında, daşımasında və qəbulu ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu işlədikləri Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşmış və onu qeyd etdiyi polis bölməsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs bölməyə gətirilməsi ilə bağlı raportla bölmənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 15-ci polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Faiq Bədəlova həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Faiq Bədəlov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm açıldıqda içərisindən qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Cavidi xidmət etdiyi ərazidən çoxdan tanıdığını, hətta onu daha əvvəl AR CM-nin 234.1-ci maddəsi ilə olan işi üzrə də özünün saxladığını, Cavidin narkotik vasitə aludəçisi olmasından məlumatlı olduğunu, Cavidin qanunsuz olaraq narkotik vasitə daşıması barədə əməliyyat məlumatının şəxsən onun özünə daxil olduğunu, bu barədə rəhbərliyə məruzə olunduğunu, özündən və Şahid2 ibarət əməliyyat qrupunun yaradıldığını, Cavidi yaşadığı evin yaxınlığında Kürdəxanı qəsəbəsində saxladıqlarını, Cavidi götürmək üçün xidməti avtomobillə deyil, özünə məxsus “Nissan Maksima” markalı avtomobillə getdiklərini, idarələrində “Niva” markalı, 943 dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı, 212 dövlət qeydiyyat nişanlı avtomobillərin olduğunu, Cavidin təqdim etdiyi videonun bu işə hər hansı aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Sabunçu RPİ-nin 15-ci polis bölməsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat məlumatı əsasında bölməyə məxsus AP seriyalı, “Niva” markalı avtomobillə getdiklərini, həmin avtomobilin Şahid1 təhkim olunduğunu, idarədə AP 943 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin olduğunu, hadisə günü Təqsirləndirilən şəxs tutmaq üçün getdikləri avtomobilin nömrəsini dəqiq xatırlamadığını, Şahid1 Kürdəxanı ərazisində xidmət etdiyini və Təqsirləndirilən şəxs ərazidən tanıdığını, adı çəkilən videodakı əməliyyatdan məlumatsız olduğunu və hasardan aşmaqla şəxsin yaşadığı evə girilməsi ilə bağl tədbirdə iştirak etmədiyini bildirmişdir. Şahidlərin hər biri dindirildən sonra məhkəmə iclasında ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs onun evdən aparan polis əməkdaşları arasında Şahid1 və Şahid2 da olduqlarını bildirmiş və bu xüsusatı şahidlərin üzünə qarşı demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, təqsirləndiriən şəxs onun qardaşıdır. Hadisə günü o, evdə yatmışdır. Həmin gün evdə valdeynləri və qardaşı Cavid olmuşdur. O, yatdığından evə başqa şəxslərin daxil olmasını görməmişdir. Yatdığı zaman anası qəfildən onu çağıraraq qardaşına ayaqqabı gətirməsini bildirmiş, o, çöl darvazaya çıxarkən qardaşının kənar şəxslər tərəfindən aparıldığını görmüş, qardaşının ayağı yalın olduğundan ona başmaqlarını vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X15 gələn şəxslərin neçə nəfər olduqlarını dəqiq xatırlamadığını, darvazanın qarşısında iki avtomobilin dayandığını, həmin avtomobillərdən birinin rənginin ağ rəndə və “Niva” markalı avtomobil olduğunu xatırladığını, uzun zaman keçdiyindən digər avtomobilin rəngini və markasını xatırlamadığını, sonradan həmin şəxslərin polis əməkdaşları olduğunu bildiyini, Cavidi maşına otuzdurub apardıqdan sonra anasının Cavidin arxası ilə ağladığını, 02 gündən sonra Cavidin evə qayıtdığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Sentyabr ayında, dəqiq xatırlamadığı bir gündə, səhər saat təxminən 10:30-10:35 radələrində həyətə çıxaraq hamamdan paltarları götürməyə getmişdir. Həmin vaxt həyat yoldaşı Vahid həyətdə ağacları sulayaraq yenicə evə qayıdaraq evdə uzanmış, övladları Mirəli və Cavid isə evdə yatırmışlar. O, həyətdə olarkən birdən guppultu səsi eşitmişdir. Darvaza tərəfə gələrək həyətdə bir neçə tanımadığı kişi cinsindən olan şəxsləri görmüş, onlar biri demişdir ki, “həyətinizə adam tullanıb”, o isə həmin şəxsə səhərdən həyətdə olduğunu və belə bir şey görmədiyini bildirmişdir. Həmin şəxslərdən biri ondan soruşmuşdur ki, “bu evdə kim yaşayır?”, o isə cavabında “mən yaşayıram” demiş, daha sonra həmin şəxs “kiminlə yaşayırsan?” soruşmuş, o cavabında ailəsi ilə yaşadığını bildirmiş, bu zaman həmin şəxs “oğlanlarının adı nədir”” deyə soruşmuş, o, oğlunun adını demək istəyən zaman həmin şəxs” “Cavid?” deyə soruşarkən evdən həyat yoldaşı Vahid “kimdir” deyə səsləndikdə həmin şəxslər dərhal evə daxil olmuşlar. Onlar Cavidin yatdığı çarpayıya yaxınlaşaraq onu götürən zaman özünün halı pisləşmişdir. O, polis əməkdaşlarına bu formada evə daxil daxil olub adam götürülməsinin doğru olmadığını bildirən zaman onlardan biri “bibi, narahat olma, kənddə adam bıçaqlanıb, Cavid isə bunu görüb, ona görə Cavidi aparırıq” demişdir. Daha sonra həmin şəxslərdən biri darvazadan çölə çıxaraq qandal gətirərək geri gəlmiş, Cavidin əllərini qandallayıb tələm-tələsik alt paltarında çölə çıxarmışlar. Bu zaman digər oğlu Mirəliyə qardaşına ayaqqabı və şalvar gətirməsini demiş, Mirəli də Cavidin şalvarını və bir cüt başmağı gətirərək çöldə qardaşına vermişdir. Bundan sonra Cavidi avtomobilə otuzdurub aparmışlar, o isə oğlunun arxası ilə ağlaya-ağlaya qalmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X4 onun evinə gələn polis əməkdaşlarının mülki geyimdə olduqlarını, özü bütün günü evdə olduğundan həmin şəxslərin heç birini tanımadığını, ərazidə xidmət göstərən əməliyyatçının kim olmasını bilmədiyini, Cavidi darvazanın qarşısında dayanmış ağ avtomobilə otuzduraraq apardıqlarını, məhkəməyə təqdim edilmiş görüntüləri qonşusundan götürdüklərini bildirmişdir. Təqsirləndirilən şəxsin atası məhkəmə proseslərində ilk gündən iştirak etdiyindən və məhkəmə iclasında deyilənlərə şahid olduğundan məhkəmə obyektivliyin təmin edilməsi naminə onu dindirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı evlə qonşuluqda yaşayır. Dəqiq tarix hazırda yadında olmasa da, səhər saat 10-11 radələrində o, evdə səhər yeməyi yeyərkən çöldə quraşdırılmış kamera görüntülərini canlı göstərən monitorun qarşısında əyləşmişdir. Birdən iki ağ rəngli avtomobilin qonşusunun həyətinin qarşısında saxladığını görmüşdür. Təxminən 6-7 nəfər avtomobillərdən enmiş, onlardan biri hasardan tullanaraq darvazanı açmışdır. Bir qədər sonra isə Cavidi alt paltarında çıxararaq avtomobilə otuzdurub apardıqlaını görmüşdür. Bundan sonra o, çölə çıxmış və Cavidin anası Sümayənin ağladığını görərək ona yaxınlaşmışdır. Sümayə ona Cavidi polislərin evdən apardığını demişdir. Daha sonra Cavidlə anası ondan kamera görüntülərini götürərək sübut kimi özündə saxlamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 İslamovun təqdim etdiyi görüntülərin hazırda kameranın yaddaşında qalmadığını, 1 aydan sonra avtomatik silindiyini, lakin Cavidin onların monitorundan həmin görüntüləri telefona çəkdiyini, həmin görüntülərin həqiqətən də onların kamerasının yaddaşında qeydə alınmış görüntülər olduğunu, onun özünün hadisə günü Cavidin evdən aparılmasına monitor arxasında canlı olaraq şahidlik etdiyini, tarix dəqiq yadında olmasa da, səhər saat 10-10:30 radələri olmasının dəqiq yadında olduğunu, özünün Dadaş Vasif küçəsində Cavidgilin evindən iki qapı aralıda yaşadığını, onların həyətində bir, çölə baxan tərəfdə isə iki kameranın olduğunu, həmin kameralardan birinin məhz Cavidgilin evinin qarşısında olan küçəni çəkdiyini, Cavidgilin evinin qarşısına gələn avtomobillərdən birinin ağ cip, digərinin isə ağ niva olduğunu, kamera görüntülərində tarixin yuxarıda qeyd olunduğunu, telefonla yaxınlaşdırılıb ekrandan çəkildiyindən tarixin telefondakı çəkilişə düşməməsinin mümkün olduğunu, Cavidi avtomobilə otuzdurub aparandan sonra çölə çıxdığını, Cavidin anasının ağlayaraq polislərin onun oğlunu apardığını, lakin hansı səbbədən apardıqlarını bilmədiyini dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı evə qonşuluqda yaşayır. Belə ki, onların evi Cavidgilin evinin yanındakı fərdi yaşayış evidir. Hər iki ev Dadaş Vasif küçəsində yerləşir. Hadisə günü tarix dəqiq yadında olmasa da, isti aylar idi. Təxminən səhər saat 11 radələri olardı. O, yan tərəfdən səs-küy eşidərək çölə çıxmış, çöldə Cavidin anası ilə atasını görmüşdür. Həmin vaxt Cavidin anası qışqırıb ağlayırdı. O, nə məsələ olduğunu soruşduqda Cavidin valideynləri ona Cavidi polis əməkdaşlarının gəlib evdən götürərək apardıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir (i.v.19). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Faiq Bədəlov, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm təhqiqatçı Faiq Bədəlov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanmışdır (i.v. 30-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4728 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161... ” dairəvi möhür əksi və “...Saxlanılan şəxs:Təqsirləndirilən şəxsimza, iştirakçılar: iki- imza, Tərtib etdi:F.Bədəlov -imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 1,263 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir (i.v.36-40). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.83-85). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.86-88). “Maddi sübut kimi tanınma haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,263 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 1,213 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.93). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 15 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə qəti olaraq 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.96-97). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2022-ci il, 1(008)-48/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.98-103). “Axtarışda olan şəxsin tutulması haqqında” 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə Sabunçju rayonu, Kürdəxanı qəsəbəsində tutularaq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək MSY-nə təhvil verilmişdir (i.v.122). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (i.v.130-133). Məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 8069 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələr və psixotrop maddələrin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.134-135). “Sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.147-154). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videodiskdə olan görüntüdən görünür ki, həyət evlərinin qarşısında olan küçəyə iki avtomobil daxil olur. Həmin avtomobillərdən biri ağ rəngli “Kia Sportage” markalı, digəri isə ağ rəngli “Niva” markalı avtomobillərdir. 3 nəfər mülki geyimli şəxs “Kia Sportage” markalı avtomobildən, 3 nəfər mülki geyimli şəxs isə “Niva” markalı avtomobildən enərək mavi rəngli darvazası olan həyət evinə tərəf gedirlər, onlardan biri həyətin qapısının bağlı olduğunu gördükdən sonra həyətin hasarından qalxaraq həyətə tullanır, içəridən həyətin qapısını açır, bundan sonra digər şəxslər həmin darvazadan içəri daxil olurlar. 01 dəqiqə 25 saniyədən sonra həmin şəxslərdən biri tələsərək qapıdan çölə çıxaraq ağ rəngli “Niva” markalı avtomobilin sol arxa qapısını açaraq qapıda olan saxlanc hissəsindən nəyisə götürərək qaçaraq qapından həyətə daxil olur, 55 saniyədən sonra bir nəfər şəxs qapıdan çıxır, onun arxası ilə isə iki nəfər şəxs bir nəfərin sağ və sol qolundan tutaraq “Niva” markalı avtomobilin arxa oturacağına əyləşdirərək hərəsi onun bir tərəfində əyləşərək qapını bağlayır və avtomobil hərəkət edərək uzaqlaşır. Həyətdən çıxan iki nəfər şəxs isə tələsik formada “Kia Sportage” markalı avtomobilə tərəf gedib biri sürücünün, digəri isə onun yanındakı otucağa əyləşirlər, daha sonra iki nəfər də həmin avtomobilin arxa oturacağına əyləşdikdən sonra həmin avtomobil də hərəkətə başlayaraq oradan uzaqlaşır. Həyətin qapısının qarşısında bir qadın, iki kişi dayanır, qadın nəsə deyərək özünü döyməyə başlayır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin videogörüntü monitordan çəkilməklə orada olan avtomobillərin dövlət qeydiyyat nişanları və şəxslərin üzləri aydın olmadığından məhkəmə tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(008)-272/2024 saylı qərarı ilə həmin videogörüntüdə olan avtomobillərin dövlət qeydiyyat nişanlarının və videoda olan şəxslərin üzlərinin aydınlaşdırılması, yəni aydın hala gətirilməsi məqsədi ilə “Videoyazıların məhkəmə ekspertizası” təyin edilmişdir. “Videoyazıların məhkəmə ekspertizası”nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-4/438 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “SOKCK” markalı, “DVD-R” diskdə olan videogörüntüdəki şəxslərin hər birinin üzlərinin və “Kia Sportage” və “Niva” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının müəyyən edilməsi səviyyəsində görüntülərin yaxşılaşdırılması mümkün olmamışdır. Rəyin təsviri hissəsində bunun səbəbi kimi təkraryazmada istifadə olunan yazı qurğusunun ayırdetmə qabiliyyətinin və kodekin kodlaşma imkanının aşağı olması göstərilmişdir. Həmin rəyi vermiş ekspertin dindirilməsi məqsədi ilə rəyi vermiş ekspert Sevinc Quliyeva məhkəmə iclasına dəvət olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəsmi məktubla ekspert X5 analıq məzuniyyətində olması səbəbindən onun məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirmişdir. “Videoyazıların məhkəmə ekspertizası” vasitəsi ilə görüntünün aydınlaşdırılması mümkün olmadığından məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan küçəyə, həyətin darvazasına, kameranın görüntüləri qeydə aldığı əraziyə baxış keçirilməsi qərara alınmışdır və məhkəmə istintaqı zamanı 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısına baxış keçirilərək tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, baxış zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan ərazi həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın qarşısıdır. Həqiqətən də təqsirləndirilən şəxsin yaşadığı ünvanın darvazası mavi rəngdə olmaqla həyətin ətrafı daş hasarla örtülmüş, hasarın üzərindən dəmir turbalar keçir və darzanın sol tərəfində işıq dərəyi vardır. Həmin darvazadan 15 metr aralıda məhkəməyə təqdim edilmiş rakursda həqiqətən də üzbəüz sırada yerləşən həyət evinin hasarının yanında olan dirəyə videmüşahidə kamerası bərkidilmiş, kamera işlək vəziyyətdədir və həmin kamera məhkəməyə təqdim edilmiş görüntülərin məhz məhkəməyə təqdim edilmiş bucaqdan çəkmək üçün uyğun yerdədir. X19, X13 və X8 (təqsirləndirilən şəxsin qonşuları) tərəfindən məhkəməyə ünvanlanmış yazılı ərizədən görünür ki, onlar həqiqətən də 06 sentyabr 2023-cü il tarixdə, saat 10:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən polislər tərəfindən aparılmasının şahidi olduqlarını təsdiq etdiklərini bildirirlər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə Tabe olan Avtomobil Təsərüüfatından daxil olmuş 05 iyun 2024-cü il tarixli, 3-13-28-1/2-437/2024 saylı məktubdan görünür ki, **- AP-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı və **-AP-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2121” markalı nəqliyyat vasitələri Sabunçu Rayon Polis İdarəsinin 15ci polis bölməsinin xidməti istifadəsindədir, həmin nəqliyyat vasitələri 2023-cü ilin senyabr və avqust aylarında-“Kia Sportage” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil-X9, “VAZ-2121” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 təhkum olunmuşdur. Məhkəmənin “Kia Sportage” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və ağ rəngli, “Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri daxilində həmin avtomobillərin hərəkət trayektoriyalarının məhkəməyə təqdim edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə ünvanlanmış sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 3/2-14110/24 saylı məktubdan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nə 2023-cü ildə Təqsirləndirilən şəxs ilə bağlı 06 sentyabr 2023-cü il tarixdən başqa hər hansı tarixdə əməliyyat-axtarış tədbirinin keçirilib-keçirilməməsi ilə sorğu ünvanlanmış, polis idarəsi tərəfindən məhkəməyə tamamilə başqa şəxs (X20) barəsində məlumat verilmiş, bu səbəbdən məhkəmətə tərəfindən təkrarən sorğu ilə Bakı şəhəri Sabunçu RPİ-nə müraciət olunmuş, həmin sorğunun polis idarəsində rəsmi qaydada qəbul edilməsinə baxmayaraq (soğrunun üzərindəki qeydlə həmin sorğunun xx.xx.2024-cü il tarixdə Məmmədova soyadlı şəxs tərəfindən qəbul edilməsi təsdiq olunur) 02 aydan müddət keçsə də, polis idarəsi tərəfindən sorğuya cavab verilməmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 03 fevral 2024-cü il qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən bölməyə evində yatdığı yerdən qanunsuz olaraq aparıldığını, aparılan zaman üzərində heç bir qanunsuz predmetin olmadığını, alt paltarında evdən çıxarılaraq avtomobilə otuzdurulduğunu, qardaşı tərəfindən ona verilmiş şalvarı yolda geyindiyini, həmin şalvarın cibində narkotik vasitə olmadığını, polis bölməsində ona psixoloji təzyiq göstərilərək ona daha ağır maddə ilə ittiham irəli sürüləcəyi ilə hədəliyindən təqdim edilmiş bütün sənədləri oxumadan imzaladığını, ifadələrinin komputer vasitəsi ilə yazıldığını və oxumasına şərait yaradılmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiq edən sübut kimi onun tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan görüntülərə proses iştirakçılarının iştirakları ilə baxış keçirilmiş, həmin görüntülərdən müəyyən olunmuşdur ki, həyət evlərinin qarşısında olan küçəyə iki avtomobil daxil olur. Həmin avtomobillərdən biri ağ rəngli “Kia Sportage” markalı, digəri isə ağ rəngli “Niva” markalı avtomobillərdir. 3 nəfər mülki geyimli şəxs “Kia Sportage” markalı avtomobildən, 3 nəfər mülki geyimli şəxs isə “Niva” markalı avtomobildən enərək mavi rəngli darvazası olan həyət evinə tərəf gedirlər, onlardan biri həyətin qapısının bağlı olduğunu gördükdən sonra həyətin hasarından qalxaraq həyətə tullanır, içəridən həyətin qapısını açır, digər şəxslər həmin qapıdan içəri daxil olurlar. 01 dəqiqə 25 saniyədən sonra həmin şəxslərdən biri tələsərək qapıdan çölə çıxaraq ağ rəngli “Niva” markalı avtomobilin sol arxa qapısını açaraq qapıda olan saxlanc hissəsindən nəyisə götürərək qaçaraq qapından həyətə daxil olur, 55 saniyədən sonra bir nəfər şəxs qapıdan çıxır, onun arxası ilə isə iki nəfər şəxs bir nəfərin sağ və sol qolundan tutaraq “Niva” markalı avtomobilin arxa oturacağına əyləşdirərək hərəsi onun bir tərəfində əyləşərək qapını bağlayır və avtomobil hərəkət edərək uzaqlaşır. Həyətdən çıxan iki nəfər şəxs isə tələsik formada “Kia Sportage” markalı avtomobilə tərəf gedib biri sürücünün, digəri isə onun yanındakı otucağa əyləşirlər, daha sonra iki nəfər də həmin avtomobilin arxa oturacağına əyləşdikdən sonra həmin avtomobil də hərəkətə başlayaraq oradan uzaqlaşır. Həyətin qapısının qarşısında bir qadın, iki kişi dayanır, qadın nəsə deyərək özünü döyməyə başlayır. Həmin görüntülərə təqsirləndirilən şəxsin iştirakı ilə məhkəmə iclasında baxılan zaman o, həmin görüntüləri qonşuları X13 və X6 həyətində olan kameradan onların monitorunda baxan zaman monitordan telefona çəkərək özündə saxladığını, müstəntiq tərəfindən ona tutulmayacağı deyildiyindən məhkəmənin hazırlıq iclasında hazırki videodiski təqdim etmədiyini, lakin hazırlıq iclasında həbs edildyindən həqiqətləri söyləmək qərarına gəldiyini, onu evdən aparmağa gələn polis əməkdaşlarının 6-7 nəfər olduqlarını, onların “Niva” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillərlə gəldiklərini, onu evdən alt paltarından çıxararaq “Niva” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək bölməyə apardıqlarını, şalvarını yolda avtomobilin içərisində geyindiyini, həmin vaxt üzərində heç bir qanunsuz predmetin, narkotik vasitənin olmadığını, onu bölməyə aparan şəxslər arasında Şahid1 və Şahid2 da olduqlarını, göstərilən halları həm ailə üzvlərinin, həm də qonşularının təsdiq edə biləcəyini, ona bölmədə verilmiş narkotik vasitənin çəkiliş zamanı ona məxsus olduğunu bildirmədiyi təqdirdə ona daha ağır maddə ilə ittiham veriləcəyinin deyildiyini, bu səbəbdən qorxaraq ona deyilənləri etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü monitordan yaxınlaşdırılmaqla çəkildiyindən və videogörüntünün qeydə alındığı dəqiq tarix görünmədiyindən, o cümlədən, görüntüdə olan şəxslərin üzləri, avtomobillərin dövlət qeydiyyat nişanları aydın olmadığından məhkəmə həmin videogörüntünün həqiqətən də hazırki işlə əlaqəsinin olub-olmaması istiqamətində zəruri və mümkün olan bütün tədbirləri görmüş, məhkəmə istintaqı çərçivəsində araşdırılması mümkün olan bütün halları araşdırmışdır. İlk növbədə məhkəmə tərəfindən təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntü tam aydın olmadığından, görüntüdə olan şəxslərin üzləri və avtomobillərin dövlət qeydiyyat nişanları görünmədiyindən görüntünün aydınlaşdırılması məqsədi ilə “Videoyazıların məhkəmə ekspertizası” təyin edilmış, lakin ekspertiza vasitəsi ilə görüntünün yaxşılaşdırılması mümkün olmamış və bununla bağlı müvafiq ekspert rəyi məhkəməyə təqdim edilmişdir. “Videoyazıların məhkəmə ekspertizası” vasitəsi ilə görüntünün aydınlaşdırılması mümkün olmadığından məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan küçəyə, həyətin darvazasına, kameranın görüntüləri qeydə aldığı əraziyə baxış keçirilməsi qərara alınmış və məhkəmə istintaqı zamanı 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısına baxış keçirilərək təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan ərazinin həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın qarşısı olması, həqiqətən də təqsirləndirilən şəxsin yaşadığı ünvanın darvazasının mavi rəngdə olmaqla həyətin ətrafının daş hasarla örtülmüş olması, hasarın üzərindən dəmir turbaların keçməsi və darzanın sol tərəfində işıq dərəyinin olması, həmin darvazadan 15 metr aralıda məhkəməyə təqdim edilmiş rakursda həqiqətən də üzbəüz sırada yerləşən həyət evinin hasarının yanında olan dirəyə videmüşahidə kamerasının bərkidildiyi, kameranın işlək vəziyyətdə olması və həmin kameranın məhkəməyə təqdim edilmiş görüntülərin məhz məhkəməyə təqdim edilmiş bucaqdan çəkmək üçün uyğun yerdə olması müəyyən edilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqdim etdiyi sübutun mənbəyini göstərərək həmin görüntüləri qonşuları X13 və X6 birgə yaşadıqları həyət evinin həyətində olan dirəyə quraşdırılmış videomüşahidə kameralarından əldə etdiyini, onların monitorunda izləyərək monitordan telefon vasitəsi ilə çəkdiyini və qeydə aldığını bildirmişdir. Göstərilən xüsusatın araşdırılması, yəni məhkəməyə təqdim edilmiş sübutun mənbəyinin həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə X13 və X8 məhkəmə iclasına dəvət edilmişlər. X13, X8 və X19 (təqsirləndirilən şəxsin qonşuları) yazılı ərizə ilə məhkəməyə müraciət edərək həqiqətən də 06 sentyabr 2023-cü il tarixdə, saat 10:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən polislər tərəfindən aparılmasının şahidi olduqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən X1 İslamovun yaşadığı evlə qonşuluqda yaşadığını, dəqiq tarix hazırda yadında olmasa da, səhər saat 10-11 radələrində o, evdə səhər yeməyi yeyərkən çöldə quraşdırılmış kamera görüntülərini canlı göstərən monitorun qarşısında əyləşdiyini, birdən iki ağ rəngli avtomobilin qonşusu Cavidgilin həyətinin qarşısında saxladığını gördüyünü, təxminən 6-7 nəfərin avtomobillərdən endiyini, onlardan birinin hasardan tullanaraq darvazanı açdığını, bir qədər sonra isə Cavidi alt paltarında çıxararaq avtomobilə otuzdurub apardıqlaını gördüyünü, bundan sonra özünün də çölə çıxdığını və Cavidin anası Sümayənin ağladığını görərək ona yaxınlaşdığını, Sümayənin ona Cavidi polislərin evdən apardığını dediyini, daha sonra Cavidin ondan kamera görüntülərini götürərək sübut kimi özündə saxladığını bildirmiş, ona ünvanlanmış suallara cavab olaraq isə şahid Təqsirləndirilən şəxs təqdim etdiyi görüntülərin hazırda kameranın yaddaşında qalmadığını, 1 aydan sonra avtomatik silindiyini, lakin həmin görüntüləri Cavidin onların evində olan monitordan həmin görüntüləri telefona çəkdiyini, həmin görüntülərin həqiqətən də onların kamerasının yaddaşında qeydə alınmış görüntülər olduğunu, onun özünün hadisə günü Cavidin evdən aparılmasına monitor arxasında canlı olaraq şahidlik etdiyini, tarix dəqiq yadında olmasa da, səhər saat 10-10:30 radələri olmasının dəqiq yadında olduğunu, özünün Dadaş Vasif küçəsində Cavidgilin evindən iki qapı aralıda yaşadığını, onların həyətində bir, çölə baxan tərəfdə isə iki kameranın olduğunu, həmin kameralardan birinin məhz Cavidgilin evinin qarşısında olan küçəni çəkdiyini, Cavidgilin evinin qarşısına gələn avtomobillərdən birinin ağ cip, digərinin isə ağ Niva olduğunu, kamera görüntülərində tarixin yuxarıda qeyd olunduğunu, telefonla yaxınlaşdırılıb ekrandan çəkildiyindən tarixin telefondakı çəkilişə düşməməsinin mümkün olduğunu, Cavidi avtomobilə otuzdurub aparandan sonra çölə çıxdığını, Cavidin anasının ağlayaraq polislərin onun oğlunu apardığını, lakin hansı səbəbdən apardıqlarını bilmədiyini dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində özünün Təqsirləndirilən şəxs yaşadığı evə qonşuluqda yaşadığını, evinin Cavidgilin evinin yanındakı fərdi yaşayış evi olduğunu, hər iki evin Dadaş Vasif küçəsində yerləşdiyini, hadisə günü tarix dəqiq yadında olmasa da, isti aylar və təxminən səhər saat 10-11 radələri olduğunu, yan tərəfdən səs-küy eşidərək çölə çıxdığını, çöldə Cavidin anası ilə atasını gördüyünü, həmin vaxt Cavidin anasının qışqıraraq ağladığını, nə məsələ olduğunu soruşduqda Cavidin valideynlərinin ona Cavidi polis əməkdaşlarının evdən götürərək apardıqlarını dediklərini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 hadisə günü evdə yatdığını, həmin gün evdə valdeynləri və qardaşı Cavidin olduğunu, yatdığından evə başqa şəxslərin daxil olmasını görmədiyini, yatdığı zaman anasının qəfildən onu çağıraraq qardaşına ayaqqabı gətirməsini bildirdiyini, çöl darvazaya çıxarkən qardaşının kənar şəxslər tərəfindən aparıldığını gördüyünü, qardaşının ayağı yalın olduğundan ona başmaqlarını verdiyini bildirmiş, ona ünvanlanmış suallara cavab olaraq şahid X15 gələn şəxslərin neçə nəfər olduqlarını dəqiq xatırlamadığını, darvazanın qarşısında iki avtomobilin dayandığını, həmin avtomobillərdən birinin rənginin ağ rəngli markasını xatırlamadığı avtomobil, digərinin isə ağ rəngli, “Niva” markalı avtomobil olduğunu xatırladığını, uzun zaman keçdiyindən digər avtomobilin markasını xatırlamadığını, sonradan həmin şəxslərin polis əməkdaşları olduğunu bildiyini, Cavidi maşına otuzdurub apardıqdan sonra anasının Cavidin arxası ilə ağladığını, 02 gündən sonra Cavidin evə qayıtdığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, sentyabr ayında, dəqiq xatırlamadığı bir gündə, səhər saat təxminən 10:30-10:35 radələrində həyətə çıxaraq hamamdan paltarları götürməyə getdiyini, həmin vaxt həyat yoldaşı Vahidin həyətdə ağacları sulayaraq yenicə evə qayıdaraq evdə uzandığını, övladları Mirəli və Cavidin isə evdə yatdıqlarını, həyətdə olarkən birdən guppultu səsi eşitdiyini, darvaza tərəfə gələrək həyətdə bir neçə tanımadığı kişi cinsindən olan şəxsləri gördüyünü, onlardan birinin “həyətinizə adam tullanıb” dediyini, həmin şəxsə səhərdən həyətdə olduğunu və belə bir şey görmədiyini bildirdiyini, həmin şəxslərdən birinin ondan “bu evdə kim yaşayır?” soruşduğunu, özünün isə cavabında “mən yaşayıram” dediyini, daha sonra həmin şəxsin “kiminlə yaşayırsan?” soruşduğunu, ailəsi ilə yaşadığını bildirdiyini, bu zaman həmin şəxsin “oğlanlarının adı nədir”” deyə soruşduğunu, oğlunun adını demək istəyən zaman həmin şəxsin “Cavid?” deyə soruşarkən evdən həyat yoldaşı Vahidin “kimdir” deyə səsləndikdə həmin şəxslərin dərhal evə daxil olaraq Cavidin yatdığı çarpayıya yaxınlaşaraq onu götürdüklərini, daha sonra həmin şəxslərdən birinin darvazadan çölə çıxaraq qandal gətirərək geri gəldiyini, Cavidin əllərini qandallayıb tələm-tələsik alt paltarında çölə çıxardıqlarını, bu zaman digər oğlu Mirəliyə qardaşına ayaqqabı və şalvar gətirməsini dediyini, Mirəlinin də Cavidin şalvarını və bir cüt başmağı gətirərək çöldə qardaşına verdiyini, bundan sonra Cavidi avtomobilə otuzdurub apardıqlarını bildirmiş, ona ünvanlanmış suallara cavab olaraq şahid onun evinə gələn polis əməkdaşlarının mülki geyimdə olduqlarını, özü bütün günü evdə olduğundan həmin şəxslərin heç birini tanımadığını, ərazidə xidmət göstərən əməliyyatçının kim olmasını bilmədiyini, Cavidi darvazanın qarşısında dayanmış ağ avtomobilə otuzduraraq apardıqlarını, məhkəməyə təqdim edilmiş görüntüləri qonşusundan götürdüklərini qeyd etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdə olan ərazinin həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı ünvan olması, həmin ünvandan 15 metr aralıda məhkəməyə təqdim edilmiş rakursda həqiqətən də üzbəüz sırada yerləşən həyət evinin hasarının yanında olan dirəyə videmüşahidə kamerasının bərkidildiyi, kameranın işlək vəziyyətdə olması və həmin kameranın məhkəməyə təqdim edilmiş görüntülərin məhz məhkəməyə təqdim edilmiş bucaqdan çəkmək üçün uyğun yerdə olması həmin ərazidə əyani olaraq məhkəmə tərəfindən dəqiq müəyyən edilmiş, həmin xüsusat məhkəmə iclasında dindirilmiş şahid ifadələri (şahidlər X2, X10, X12 və X3) ilə də tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə adı çəkilən şahidlərin ifadələri arasında ziddiyyətlərin olmamasını, onların hər birinin digərinə uyğun olmaqla, məhkəməyə təqdim edilmiş videodiskdə olan görüntü ilə uzlaşan ifadələr verməsini nəzərə alaraq dindirilmiş şahidlərin ifadələrinin həqiqiliyinin şübhə altına alınması üçün əsas görmür. Bu isə onu deməyə əsas verir ki, , sözügedən, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqdim etdiyi videogörüntü və onun əsasında müəyyən edilmiş hallarla iş materiallarında olan ibtidai istintaq orqanının istinad etdiyi bütün sübutların mötəbərliyi şübhə altına alınmışdır. Bununla yanaşı, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin iş materiallarında ayrı-ayrı tarixlərdə yazılmış ifadələri, o cümlədən, onun həmin ifadələri ilə iş materiallarında olan şahid ifadələri əlaqəli şəkildə tədqiq edilmiş və həmin ifadələr arasında uyğunsuzluqların olması, həmin uyğunsuzluqlara ibtidai araşdırmanı aparan şəxslər tərəfindən əhəmiyyət verilmədən ifadələr arasındakı ziddiyyətlərin aradan qaldırılmadığı və formal olaraq iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman onun cibindən çıxararaq təqdim etdiyi maddəni 01 gün əvvəl, yəni 05 sentyabr 2023-cü il tarixdə, axşam radələrində əldə etdiyini bildirməsinə baxmayaraq elə həmin gün şübhəli şəxs qismində dindirilən zaman (i.v.42-45) üzərindən aşkar edilmiş narkotik vasitəni 06 sentyabr 2023-cü il tarixdə, səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmiş, lakin təhqiqatçı tərəfindən göstərilən xüsusata əhəmiyyət verilmədən onun bir neçə saat öncə qeyd etdiyi halla dindirilən zaman göstərdiyi arasında olan ziddiyyət araşdırılmamışdır. Bundan bir gün sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilərkən (i.v.54- 57) şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni 05 sentyabr 2023-cü il tarixdə, təxminən saat 21 radələrində əldə etdiyi bildirmiş, lakin müstəntiq də onun 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən narkotik vasitəni saxlanıldığı gün, səhər radələrində əldə etməsinə dair göstərdiyi xüsusatı aydınlaşdıraraq ifadələr arasındakı ziddiyyəti aradan qaldırmaq zərurəti duymamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs komputer vasitəsi ilə yazılmış həm “Şübhəli şəxs qismində dindirmə protokolu” (i.v.54-57), həm də “Təqsirləndirilən şəxs qismində dindirmə” protokolunda (i.v.69-73) ifadələrində polis əməkdaşları ilə birikdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gedərkən yolda içərisində narkotik vasitə olan bükümü tullamaq istəməsi, lakin polis əməkdaşlarının buna imkan verməməsi göstərilsə də, həmin xüsusat şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə uzlaşmamışdır. Belə ki, şahid qismində dindirilmiş Şahid1 (i.v.104-107) və Şahid2 (i.v.108-111) ifadələrində belə bir xüsusat nəinki öz əksini tapmamış, əksinə polis əməkdaşları olan həmin şahidlər sözbəsöz birinin ifadəsi digərinin ifadəsi ilə eyni olan ifadələrində Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edərkən Təqsirləndirilən şəxs onlarla razılaşdığını və onu gətirərək polis bölməsinin növbətçi hissəsinə təhvil verdiklərini bildirmişlər, məhkəmə iclasında həmin şahidlərə Təqsirləndirilən şəxs saxlanılan zaman onlardan yayınması, hər hansı müqavimət göstətməsi və ya digər hərəkətlər edibetməməsi ilə bağlı sual ünvanlanan zaman polis əməkdaşları belə halların olmadığını, Təqsirləndirilən şəxs onlarla razılaşaraq polis bölməsinə gətirildiyini göstərmişlər. Göstərilən bu detallar xırda xüsusatlar kimi görünsə də, təqsirləndirilən şəxsin ifadələrini oxumadan imzalamasına və formal olaraq ifadələrinin onun adından yazılmasına dair göstərdiyi halın həqiqiliyinə, istər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrinin ibtidai araşdırmanı aparan şəxslər tərəfindən öz mülahizələri ilə yazılmasına dair məhkəmədə inam yaratmaqla tərtib edilmiş sənədlərin şablon formada, formal olaraq tərtib edilməsinə, təhqiqatçı və müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətlərinin göstəricisidir. -Bununla yanaşı, məhkəmə istintaq orqanının istinad etdiyi digər sübut növlərindən olan şahid ifadələrinin təhlil edilməsi və onlara qiymət verilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntülərin məhz hazırki cinayət işi ilə əlaqədar olmaqla Təqsirləndirilən şəxs saxlanıldığı 06 sentyabr 2023-cü il tarixə aid olması qənaətinə gələrkən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Bakı şəhər Sabunçu RPİ-nin 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrindəki xüsusatları və onların ifadələri arasında olan ziddiyyətləri və məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular ünvanlanmaqla əldə edilmiş sənədləri nəzərə alır. Belə ki, məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat məlumatı əsasında bölməyə məxsus AP seriyalı, “Niva” markalı avtomobillə getdiklərini, həmin avtomobilin Şahid1 təhkim olunduğunu, idarədə AP 943 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin olduğunu, hadisə günü Təqsirləndirilən şəxs tutmaq üçün getdikləri avtomobilin nömrəsini dəqiq xatırlamadığını, Şahid1 Kürdəxanı ərazisində xidmət etdiyini və Təqsirləndirilən şəxs ərazidən tanıdığını, adı çəkilən videodakı əməliyyatdan məlumatsız olduğunu və hasardan aşmaqla şəxsin yaşadığı evə girilməsi ilə bağlı tədbirdə iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Cavidi xidmət etdiyi ərazidən çoxdan tanıdığını, hətta onu daha əvvəl AR CM-nin 234.1-ci maddəsi ilə olan işi üzrə də özünün saxladığını, Cavidin narkotik vasitə aludəçisi olmasından məlumatlı olduğunu, Cavidin qanunsuz olaraq narkotik vasitə daşıması barədə əməliyyat məlumatının şəxsən onun özünə daxil olduğunu, bu barədə rəhbərliyə məruzə olunduğunu, özündən və Şahid2 ibarət əməliyyat qrupunun yaradıldığını, Cavidi yaşadığı evin yaxınlığında Kürdəxanı qəsəbəsində saxladıqlarını, Cavidi götürmək üçün xidməti avtomobillə deyil, özünə məxsus “Nissan Maksima” markalı avtomobillə getdiklərini, Sabunşu Rpi-nin 15-ci bölməsinə təhkim edilmiş “Niva” markalı, 943 dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı, 212 dövlət qeydiyyat nişanlı avtomobillərin olduğunu, Cavidin təqdim etdiyi videonun bu işə hər hansı aidiyyətinin olmadığını, ola bilər ki, həmin videonun başqa əməliyyat zamanı qeydə alındığını bildirmişdir. Məhkəmə qeyd edir ki, şahidlərdən Şahid2 məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdən məlumatsız olduğundan ona ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat məlumatı əsasında bölməyə məxsus AP seriyalı, “Niva” markalı avtomobillə getdiklərini, həmin avtomobilin Şahid1 təhkim olunduğunu səmimi olaraq bildirmiş, lakin elə həmin iclasda suallara cavab verdikdən sonra ona Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi video haqqında məlumat verilməklə görüntü nümayiş etdirildiyindən və artıq növbəti məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyə gələrkən həmin görüntüdən məlumatlı olduğundan məhkəməni yayındırmaq üçün Cavidi götürmək üçün xidməti avtomobillə deyil, özünə məxsus “Nissan Maksima” markalı avtomobillə getdiklərini bildirməklə həm digər Şahid2 ifadəsindəki halla uzlaşmayan ifadə vermiş, həm də açıq-aşkar ifadəsində səmimi olmamasını nümayiş etdirmişdir. Məhkəmə dövlət qeydiyyat nişanları təqsirləndirilən şəxs tərəfindən dəqiq ifadə olunmaqla videogörüntüdə olan “Niva” və “Kia Sportage” markalı avtomobillərin həqiqətən də Sabunçu RPİ-nin 15-ci bölməsinə təhkim edilib-edilməməsinin dəqiq müəyyən edilməsi məqsədi ilə müvafiq sorğu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə Tabe olan Avtomobil Təsərüüfatına müraciət etmiş və həmin idarədən daxil olmuş cavab məktubu ilə **-AP-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı və **-AP-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2121” markalı nəqliyyat vasitələrinin Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin xidməti istifadəsində olmaları, həmin nəqliyyat vasitələri 2023-cü ilin senyabr və avqust aylarında-“Kia Sportage” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9, “VAZ-2121” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Şahid1 təhkum olunduğu müəyyən edilmişdir. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 06 sentyabr 2023-cü il tarixli, saat 14:55-dən 15:00-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2023-cü il tarixli protokolda şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümü 01 gün əvvəl, yəni 05 sentyabr 2023-cü il tarixdə, axşam radələrində əldə etdiyini bildirməsi göstərilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və müəyyən edilən hallar onu deməyə əsas verir ki, şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə, düşünülmüş ssenariyə uyğun tərtib edilməsinin göstəricisidir. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 06 sentyabr 2023-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 14:40-da tərtib olunmuş protokolla o və müdafiəçisi Müdafiəçi elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, Müdafiəçi həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçinun imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından bu hal özü də Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsini yolverilməz edir. Bundan savayı, hazırkı işin hallarından göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə, saat 13:30-da saxlanılmış, üzərinə baxış isə təxminən 14:55-də keçirilməyə başlamışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bir saatdan artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2023-cü il tarixə, 3-16-16/2-6/4728 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin işkin həqiqi halları ilə uzlaşmadığı, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 dekabr 2023-cü il tarixli, 8069 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi, yaranmış bütün şübhələrin onun xeyrinə şərh olunması qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X21 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan heroinin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,263 qram çəkidə narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,213 qram heroin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq və məhkəmə istintaqı zamanı sərf edilmiş cəmi 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-272/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-272/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver