Məhkəmə qərarları › İş №1(008)-273/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-273/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-273/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Ağdam rayonu Suma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu Suma kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmə məqsədilə 15 iyul 2022-ci il tarixdə saat 17:00 radələrində qeyri rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması səbəbindən sonuncuya məxsus birgə yaşadıqları ünvan 2 ünvanındakı sahəsi təxminən 60 kv/m olan, iki otaqdan ibarət bir mərtəbəli 7000 manat dəyərində təmiri olan fərdi yaşayış evini içərisində olan 1000 manat nağd pul, 500 manat dəyərində 2 nəfərlik çarpayı, 50 manat dəyərində uşaq çarpayısı, 70 manat dəyərində paltar şkafı, 60 manat dəyərində bir ədəd stol və dörd ədəd stuldan ibarət mətbəx dəsti, 60 manat dəyərində televizor, 20 manat dəyərində televizor altlığı, 30 manat dəyərində paltar üçün nəzərdə tutulmuş sandıq, 90 manat dəyərində soyuducu, 50 manat dəyərində qabqacaq üçün nəzərdə tutulmuş mətbəx şkafı, 50 manat dəyərində ütü, 75 manat dəyərlərində iki ədəd tozsoran, 35 manat dəyərində iki gözlü qaz sobası, 70 və 30 manat dəyərlərində iki ədəd xalça, ümumilikdə 120 manat dəyərində üç ədəd döşək, ümumilikdə 109 manat dəyərində doqquz ədəd yastıq, 40 manat dəyərində qoşa yorğan, ümumilikdə 60 manat dəyərində üç ədəd tək yorğan, ümumilikdə 120 manat dəyərində iki ədəd qoşa qalın yorğan, 40 manat dəyərində nazik yorğan, 150 manat dəyərində qaz qızdırıcısı, 35 manat dəyərində unitaz, 45 manat dəyərində hamam duşu, 15 manat dəyərində nazik uşaq yorğanı, ümumilikdə 70 manat dəyərində iki ədəd meyvə qabı, ümumilikdə 150 manat dəyərində konfet qabı, ümumilikdə 55 manat dəyərində altı ədəd billur qədəh dəsti, ümumilikdə 36 manat dəyərində dörd ədəd üç mərtəbəli ləpə qabı, 1200 manat dəyərində çaydan dəsti, ümumilikdə 99 manat dəyərində on səkkiz ədəd billur stəkan, ümumilikdə 65 manat dəyərində üç ədəd çaydan dəsti, ümumilikdə 18 manat dəyərində altı ədəd billur araq stəkanı, ümumilikdə 135 manat dəyərində üç cüt yataq dəsti, 60 manat dəyərində qəhvə dəsti, 40 manat dəyərində böyük dini sini, 60 manat dəyərində ət çəkən maşın, 20 manat dəyərində banka bağlayan qurğu, ümumilikdə 150 manat dəyərində beş ədəd çarpayı üzləri, ümumilikdə 27 manat dəyərində on səkkiz ədəd boşqab, ümumilikdə 20 manat dəyərində on iki ədəd nəlbəki, ümumilikdə 40 manat dəyərində on iki ədəd aş boşqabı, ümumilikdə 30 manat dəyərində iki ədəd qutuda dəsmal dəsti, ümumilikdə 12 manat dəyərində altı ədəd kasa, ümumilikdə 60 manat dəyərində dörd ədəd stol örtüyü, 50 manat dəyərində çəngəlbıçaq dəsti, ümumilikdə 10 manat dəyərində on iki ədəd limon qabı, ümumilikdə 9 manat dəyərində on səkkiz ədəd limon çəngəli, ümumilikdə 52 manat dəyərində iyirmi altı ədəd qab dəsmalı, ümumilikdə 65 manat dəyərində on iki ədəd əl-üz dəsmalı, ümumilikdə 62 manat dəyərində beş ədəd bədən dəsmalı, ümumilikdə 36 manat dəyərində on iki ədəd yastıq üzü, ümumilikdə 35 manat dəyərində beş ədəd iki nəfərlik döşək üzü, ümumilikdə 36 manat dəyərində səkkiz ədəd tək döşək üzü, ümumilikdə 150 manat dəyərində üç ədəd gödəkcə, ümumilikdə 200 manat dəyərində beş ədəd uşaq gödəkcəsi, ümumilikdə 46 manat dəyərində iyirmi üç ədəd təzə qalın qış corabı, ümumilikdə 76 manat dəyərində iyirmi iki ədəd təzə alt qadın paltarı, ümumilikdə 170 manat dəyərində altı ədəd əl çantası, ümumilikdə 60 manat dəyərində yeddi ədəd uşaq əl çantası, ümumilikdə 450 manat dəyərində iki ədəd pərdə, 35 manat dəyərində tava, ümumilikdə 130 manat dəyərində altı ədəd uşaq ayaqqabısı, ümumilikdə 100 manat dəyərində üç ədəd ayaqqabı, ümumilikdə 35 manat dəyərində iki ədəd uşaq idman ayaqqabısı, ümumilikdə 36 manat dəyərində uşaq yay ayaqqabısı, 20 manat dəyərində ayaqqabı, 35 manat dəyərində beş mərtəbə tərəvəz qabı, 25 manat dəyərində kompot qabı, ümumilikdə 16 manat dəyərində altı qədəh dəsti, ümumilikdə 160 manat dəyərində üç ədəd uşaq gəlincik geyimi, ümumilikdə 40 manat dəyərində iki ədəd süni şam ağacı, ümumilikdə 80 manat dəyərində dörd ədəd yay ayaqqabısı, ümumilikdə 85 manat dəyərində dörd ədəd idman ayaqqabısı, ümumilikdə 60 manat dəyərində iki ədəd ayaqqabı, 20 manat dəyərində elektrik samovar və 25 manat dəyərində elektrik çaydanı özü ilə gətirdiyi benzin yanacağı ilə qəsdən yandırmaqla zərərçəkmiş şəxsə 11463 manat xeyli miqdarda ziyan vurmaqla özgənin, Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeyri rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs və 2016-cı il təvəllüdlü qızı Zəhra Ələkbərzadə ilə birlikdə yaşayır. Ailəsini metal alqı-satqısı ilə məşğul olmaqla dolandırır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini o, cəzaçəkmə müəssisəsində olduğu zaman Zərərçəkmiş şəxs 12000 manata almışdır. Əvvəllər Dilşad ilə münasibəti yaxşı olsa da, sonradan şəxsi münasibətlər zəminində mübahisələri yaranmışdır. Belə ki, birinci nikahdan olan oğlu Cəsarət Bayramov qazidir, 2-ci Qarabağ müharibəsində xəsarət almışdır. Bununla bağlı 44 günlük müharibə zamanı Cəsarət Hərbi hospitala yerləşdirilərək stasionar müalicə alırmışdır. O da kömək məqsədi ilə o zaman oğluna 50 manat pul aparıb vermiş, həmçinin hospitalda müharibə nəticəsində xəsarət alaraq müalicə alan bir nəfər oğlan uşağı şəhid olduğundan onun ailə üzvlərinə pul yığmışlar. O, yardım etmək məqsədi ilə şəhid olanın ailə üzvlərinə yardım kimi 20 manat pul vermiş və buna görə özündə pul qalmamışdır. Bundan sonra o, evə getmiş və Dilşaddan pul istəmişdir. O da özündə pul olduğu halda ondan pul istəməyinə görə ona irad bildirdikdə, üstündə olan pulları xərclədiyini bildirmişdir. Dilşad bunu eşitdikdə həm onu təhqir etmiş, həm də pulu kimlərə vermiş onların da ünvanına nalayiq sözlər işlətmişdir. Bu səbəbdən Dilşad ilə aralarında mübahisə baş vermiş və həmin vaxtdan onunla aralarında münasibəti soyumuşdur. Növbəti dəfə də 10 iyul 2022-ci il tarixdə Dilşad evə gəlib əsassız yerə mübahisə yaratmış, o isə ona əhəmiyyət verməyərək bazarlıq etmək üçün mağazaya getmiş, evə qayıdanda giriş qapısının kilidli olduğunu və evdə heç kəsin olmadığını görmüşdür. Dilşadla telefon əlaqəsi saxladıqda sonuncu anasının evinə getdiyini bildirmişdir. Bundan sonra o, evin pəncərəsini qıraraq içəri daxil olmuşdur. Daha sonra 15 iyul 2022-ci il tarixdə iş yerindən evə gəldikdə stolun üzərində Dilşad tərəfindən vərəqdə yazılmış məktub görmüşdür. Dilşad məktubda onun ünvanına təhqiredici ifadələr işlətməklə evi bir dəfəlik tərk etməyini tələb etmişdir. Yazını oxuduqdan sonra əsəbləşib evdən çıxmış və Zabrat qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsindən 1 litr benzin, mağazadan isə spirtli içki araq alaraq evə qayıtmışdır. Evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra özüylə gətirdiyi benzini götürmüş və evin giriş qapısının qarşısına taxta döşəmənin üstünə tökmüşdür. Daha sonra alışqanla benzini yandırdıqdan sonra bayıra çıxmışdır. Bir qədər gözləmiş, evin tam yanmasını müşahidə edib əmin olduqdan sonra oradan uzaqlaşmışdır. Qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs evini qapısını bağlayıb getməsi səbəbindən ondan acıq çıxmaq məqsədi ilə evi yandırmışdır. Ev təxminən 40 kv.m-dən ibarət olmuşdur və ev Zərərçəkmiş şəxs məxsus olub, təmiri zəif idi. Həmin vaxt evdə 2 nəfərlik çarpayı, mətbəx stolu və stulları, soyuducu və televizor olsa da onlar işlək vəziyyətdə olmamışdır. Bundan başqa evdə sandıq və paltar şkafı olmuşdur. Həmçinin özünün, Dilşadın və azyaşlı uşağının gündəlik geyim paltarları olmuşdur. Əvvəllər elə düşünsə də, hazırda Zərərçəkmiş şəxs ilə üzləşəndən sonra bilmişdir ki, Dilşad ona verdiyi 2000 manat pulu gündəlik xərcləri üçün ondan almışdır. Təqsirini boynuna alır. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, bu mümkün olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 5 ünvanında qeyri rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs və birgə olan qızı Zəhra Ələkbərzadə ilə birlikdə yaşayır. Habil əvvəllər törətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə, 2016-cı ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini o, özü 17000 manata almışdır. 2018-ci ilin aprel ayında Habil cəzaçəkmə müəssisindən çıxdıqdan sonra onlarla birgə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmuş və sərxoş olduğu zamanlar özünü idarə edə bilməmiş və səbəbsiz yerə evdə münaqişələr yaratmışdır. Bu səbəbdən münasibətləri pozulmuşdur. Həmin müddət ərzində Habil bir neçə dəfə evi tərk edib müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 10 iyul 2022-ci il tarixdə Qurban bayramı günü yaşadığı evə gəldikdə görmüşdür ki, Habil qurbanlıq kəsilmiş ətlə spirtli içki qəbul edir. Bununla bağlı ona iradlarını bildirmiş, lakin Habil buna əhəmiyyət verməyərək içməyinə davam etmiş, hətta ona irad bildirdiyinə görə onu vurmuşdur. Sonra o, Habilin evdən çıxmağını gözləmiş, sonuncu getdikdən sonra özü də qızı Zəhranı götürüb evin qapısını açarla bağlayaraq anasının Zabrat qəsəbəsindəki yaşadığı evə getmişdir. 11 iyul 2022-ci il tarixdə yaşadığı evə gəldikdə pəncərə şüşəsinin və evin giriş qapısının sındırıldığını görmüş, lakin Habil evdə olmamışdır. Həmin vaxt qonşulardan Habilin gələrək evin qapı və pəncərəsini sındırıb evə daxil olması barədə məlumat əldə etmişdir. Növbəti dəfə də 13 iyul 2022-ci il tarixdə yenə yaşadığı evə gəldiyi zaman Habilin orada spirtli içki qəbul etməsi ilə əlaqədar aralarında mübahisə yarandıqda Habil ona evi yandıracağı ilə hədələmişdir. Bundan sonra o, evdən getmişdir. 15 iyul 2022-ci il tarixdə saat 14 radələrində evə gəlib Habilə məktub yazmış və anasıgilə çıxıb getmişdir. Məktubun məzmununda evi kirayə vermək istədiyini və bununla bağlı evi boşaltmağını Habildən tələb etməyini göstərmişdir. Həmin gün saat 18 radələrində evə qonşusu Ayna yaşadığı evdə yanğın hadisəsi baş verməsi barədə ona məlumat vermişdir. O, bunu eşitdikdə dərhal yaşadığı evə gəlmiş, lakin artıq evin yandığını və bütün ona məxsus əşyaların yanğın nəticəsində məhv olduğunu görmüşdür. Yanğının Habil tərəfindən törədilməsinə heç şübhəsi olmamışdır. Belə ki, qeyd etdiyi kimi baş vermiş hadisədən 2 gün əvvəl Habil evi yandıracağı ilə onu hədələmişdir. Həmin evi şifahi alqı-satqı müqaviləsi əsasında Aydın adlı şəxsdən 3-4 nəfər şahidlik edən şəxslərin iştirakı ilə 17000 manata almış və bütün vəsaiti özündən verdiyindən ev ona məxsusdur. Həmin ev təxminən 60 kv/m sahədə 1 mərtəbə və 2 otaqdan və az ölçüdə həyətyanı sahədən ibarətdir. Baş vermiş hadisə nəticəsində 17000 manat dəyərində olan ev, 1000 manat nağd pul, 500 manat dəyərində 2 nəfərlik çarpayı, 50 manat dəyərində uşaq çarpayısı, 70 manat dəyərində paltar şkafı, 60 manat dəyərində bir ədəd stol və dörd ədəd stuldan ibarət mətbəx dəsti, 60 manat dəyərində televizor, 20 manat dəyərində televizor altlığı, 30 manat dəyərində paltar üçün nəzərdə tutulmuş sandıq, 90 manat dəyərində soyuducu, 50 manat dəyərində qab-qacaq üçün nəzərdə tutulmuş mətbəx şkafı, 50 manat dəyərində ütü, 75 manat dəyərlərində iki ədəd tozsoran, 35 manat dəyərində iki gözlü qaz sobası, 70 və 30 manat dəyərlərində iki ədəd xalça, ümumilikdə 120 manat dəyərində üç ədəd döşək, ümumilikdə 109 manat dəyərində doqquz ədəd yastıq, 40 manat dəyərində qoşa yorğan, ümumilikdə 60 manat dəyərində üç ədəd tək yorğan, ümumilikdə 120 manat dəyərində iki ədəd qoşa qalın yorğan, 40 manat dəyərində nazik yorğan, 150 manat dəyərində qaz qızdırıcısı, 35 manat dəyərində unitaz, 45 manat dəyərində hamam duşu, 15 manat dəyərində nazik uşaq yorğanı, ümumilikdə 70 manat dəyərində iki ədəd meyvə qabı, ümumilikdə 150 manat dəyərində konfet qabı, ümumilikdə 55 manat dəyərində altı ədəd billur qədəh dəsti, ümumilikdə 36 manat dəyərində dörd ədəd üç mərtəbəli ləpə qabı, 1200 manat dəyərində çaydan dəsti, ümumilikdə 99 manat dəyərində on səkkiz ədəd billur stəkan, ümumilikdə 65 manat dəyərində üç ədəd çaydan dəsti, ümumilikdə 18 manat dəyərində altı ədəd billur araq stəkanı, ümumilikdə 135 manat dəyərində üç cüt yataq dəsti, 60 manat dəyərində qəhvə dəsti, 40 manat dəyərində böyük dini sini, 60 manat dəyərində ət çəkən maşın, 20 manat dəyərində banka bağlayan qurğu, ümumilikdə 150 manat dəyərində beş ədəd çarpayı üzləri, ümumilikdə 27 manat dəyərində on səkkiz ədəd boşqab, ümumilikdə 20 manat dəyərində on iki ədəd nəlbəki, ümumilikdə 40 manat dəyərində on iki ədəd aş boşqabı, ümumilikdə 30 manat dəyərində iki ədəd qutuda dəsmal dəsti, ümumilikdə 12 manat dəyərində altı ədəd kasa, ümumilikdə 60 manat dəyərində dörd ədəd stol örtüyü, 50 manat dəyərində çəngəl-bıçaq dəsti, ümumilikdə 10 manat dəyərində on iki ədəd limon qabı, ümumilikdə 9 manat dəyərində on səkkiz ədəd limon çəngəli, ümumilikdə 52 manat dəyərində iyirmi altı ədəd qab dəsmalı, ümumilikdə 65 manat dəyərində on iki ədəd əl-üz dəsmalı, ümumilikdə 62 manat dəyərində beş ədəd bədən dəsmalı, ümumilikdə 36 manat dəyərində on iki ədəd yastıq üzü, ümumilikdə 35 manat dəyərində beş ədəd iki nəfərlik döşək üzü, ümumilikdə 36 manat dəyərində səkkiz ədəd tək döşək üzü, ümumilikdə 150 manat dəyərində üç ədəd gödəkcə, ümumilikdə 200 manat dəyərində beş ədəd uşaq gödəkcəsi, ümumilikdə 46 manat dəyərində iyirmi üç ədəd təzə qalın qış corabı, ümumilikdə 76 manat dəyərində iyirmi iki ədəd təzə alt qadın paltarı, ümumilikdə 170 manat dəyərində altı ədəd əl çantası, ümumilikdə 60 manat dəyərində yeddi ədəd uşaq əl çantası, ümumilikdə 450 manat dəyərində iki ədəd pərdə, 35 manat dəyərində tava, ümumilikdə 130 manat dəyərində altı ədəd uşaq ayaqqabısı, ümumilikdə 100 manat dəyərində üç ədəd ayaqqabı, ümumilikdə 35 manat dəyərində iki ədəd uşaq idman ayaqqabısı, ümumilikdə 36 manat dəyərində uşaq yay ayaqqabısı, 20 manat dəyərində ayaqqabı, 35 manat dəyərində beş mərtəbə tərəvəz qabı, 25 manat dəyərində kompot qabı, ümumilikdə 16 manat dəyərində altı qədəh dəsti, ümumilikdə 160 manat dəyərində üç ədəd uşaq gəlincik geyimi, ümumilikdə 40 manat dəyərində iki ədəd süni şam ağacı, ümumilikdə 80 manat dəyərində dörd ədəd yay ayaqqabısı, ümumilikdə 85 manat dəyərində dörd ədəd idman ayaqqabısı, ümumilikdə 60 manat dəyərində iki ədəd ayaqqabı, 20 manat dəyərində elektrik samovar və 25 manat dəyərində elektrik çaydanı məhv olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin 28-ci vərəqəsində olan 28 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-73-cü vərəqələrində olan 30 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əl Məsimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-76-cı vərəqələrində olan 30 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 165 (yüz altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 102-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 10/47xx-xx/4719 nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin bütün sahələrinə yayılmışdır. Hadisənin baş vermə şəraitinə, yanğının mənbə zonasında döşəmə səviyyəsində işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən cihaz və avadanlıqların olmadığına və mənbə zonasında yaranmış termiki təsir izlərinin xarakterinə əsasən yanğın kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Yaşayış evində yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 7000 manat məbləğində olduğu müəyyən olundu. Cinayət işinin 105-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 18 avqust 2022-ci il tarixli, 221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 116-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 117-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 9/5183 nömrəli ekspert rəyindən görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.Bağırov küçəsi ev 1/3 ünvanda yerləşən evin yandırılması nəticədə əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə qərarda göstərillən 65 adda malların zədələnməmişdən əvvəlki istifadə olunmuş vəziyyətdə orta bazar qiyməti 3101 manat müəyyən edilir. Cinayət işinin 147-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təqsirli bilindiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilərək üzərində 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun cinayət əməlini səmimi etiraf etməsini, oturaq sümüyünün sınığı xəsarətindən əziyyət çəkməsini, övladı X1 Vətən Müharibəsi iştirakçısı olmaqla “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 28 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 265 (iki yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 265 (iki yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar