Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-273/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə Laçın rayonu, Korcabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, 27 aprel 2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şuşa rayonu, Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 42-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, bina 450, mənzil 2-də yaşayan, barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərar ilə «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sonuncunun bacısı Şahid ləğv edilmiş İİ qrup əlillik dərəcəsini bərpa etdirib yenidən əlilliklə bağlı pensiya almasını təmin edəcəyi barədə yalan vədlər verib aldadaraq 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən «Qaxac» restoranında 3500 manat, 12 yanvar 2022-ci il tarixdə Göyçay şəhəri, Nizami küçəsində yerləşən «Bolluq» mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə cinayətdən məlumatı olmayan qızı X1 adına açılmış "xxxx" ASC-nin kart hesabına 500 manat göndərilməsinə nail olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə İİİ dərəcəli əlilliyinin yoxlanılması prosesində əlillik dərəcəsinin ləğv edilməməsini təşkil edəcəyi ilə bağlı tanışı X7 yalan vədlər verib onu aldadaraq, 2021 -ci ilin noyabr ayının birinci 10 günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Zəfəran» kafesinin qarşısında 1000 manat, 2021 -ci ilin noyabr ayının ikinci 10 günlüyündə Bakı şəhəri, Xəzər rayonunda yerləşən Milli Aviasiya Akademiyasının qarşısında 1700 manat, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yanında 150 manat nağd qaydada, 25 noyabr 2021 -ci ildə Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən “X16”da quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə cinayətdən məlumatı olmayan qızı X1 adına açılmış "xxxx" ASC- nin ******************** saylı bank hesabına göndərilmiş 60 manat, 2022-ci ilin yanvar ayının ikinci 10 günlüyündə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yanında 20 manat, 2022-ci ilin yanvar ayının ikinci 10 günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Zəfəran» kafesinin qarşısında 500 manat, cəmi 3430 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 3430 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 bacısı Şahid ləğv edilmiş İİ qrup əlillik dərəcəsini bərpa etdirib yenidən əlilliklə bağlı pensiya almasını təmin edəcəyi barədə vəd vermiş, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən «Qaxac» restoranında 3500 manat və Şahid şəxsiyyət vəsiqəsini almış, 12 yanvar 2022-ci il tarixdə qızı X1 adına açılmış "xxxx" ASC-nin kart hesabına 500 manat göndərilmişdir, ümumilikdə Zərərçəkmiş şəxs1 4000 manat pul almışdır. Bundan başqa, İİİ dərəcəli əlilliyinin yoxlanılması prosesində əlillik dərəcəsinin ləğv edilməməsini təşkil edəcəyi ilə bağlı tanışı Zərərçəkmiş şəxs2 2021-ci ilin noyabr ayının birinci 10 günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Zəfəran» kafesinin qarşısında 1000 manat, hərbi biletini, şəxsiyyət vəsiqəsini, hərbi komissiyanın qərarını (epikrizi), 2021-ci ilin noyabr ayının ikinci 10 günlüyündə Bakı şəhəri, Xəzər rayonunda yerləşən Milli Aviasiya Akademiyasının qarşısında 1700 manat, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yanında 150 manat nağd qaydada almış, 25 noyabr 2021-ci ildə 60 manat pulu qızı X1 adına açılmış "xxxx" ASC-nin ******************** saylı bank hesabına göndərilmişdir, 2022-ci ilin yanvar ayının ikinci 10 günlüyündə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yanında 20 manat, 2022-ci ilin yanvar ayının ikinci 10 günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Zəfəran» kafesinin qarşısında 500 manat, cəmi 3430 manat mehmandan pul almışdır. İstintaq dövründə X3 aldığı 3400 manat pulu tam olaraq qaytarıb onun özünə vermişdir. X3 aldığı hərbi bileti, şəxsiyyət vəsiqəsi, hərbi komissiyanın qərarı (epikrizi), Şahid aldığı şəxsiyyət vəsiqəsini sonradan onların özlərinə qaytarmışdır. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında tanımışdır. 1992-1995-ci illərdə Xüsusi Təyinatlı Polis dəstəsində xidmət etmişdir. İ Qarabağ müharibəsi zamanı sağ əlinin 3 barmağı qəlpə yarası nəticəsində xəsarət almış, bununla bağlı ona İİİ dərəcəli əlillik təyin edilmişdi. Əlilliyə görə hər ay 485 manat pensiya alırdı. 2021-ci ilin oktyabr ayında əlillik dərəcələrinin yoxlanılması prosesi başlanmış və bir çox əlillərin əlillik dərəcələri ləğv edilmişdir. Bu da onu narahat etmişdir. Çünki o da müəyyən prosedurlardan keçmiş və ona bildirilmişdir ki, 15 gün ərzində əlilliyinin ləğv edilməsi və yaxud qüvvəsində saxlanılacağı barədə məlumat veriləcəkdir. Düşünmüşdür ki, onun da əlillik dərəcəsi ləğv oluna bilər. 2021-ci ilin oktyabr ayında əlillik dərəcələrinin ləğv olunması ilə əlaqədar bacısının əri X13 ilə aralarında olan söhbət zamanı Bəkir ona bildirmişdir ki, bir tanışına Xanoğlan adlı şəxs bu kimi məsələlərdə köməklik etmişdir. Həmin şəxsin mobil telefon nömrəsini ona tapıb verməsini Bəkirdən xahiş etdiyi üçün Bəkir Xanoğlanın istifadə etdiyi ***-***-**-**, ***-***-**- ** saylı mobil nömrələrini öyrənib ona demişdir. Təqsirləndirilən şəxs zəng edərək danışmış və tanışlıq vermişdir. Danışıq zamanı Xanoğlana problemindən bəhs etmişdir. Xanoğlan da ona görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. 2021-ci ilin noyabr ayının ilk günlərində Xanoğlanla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Zəfəran» kafesində görüşüb bu barədə məlumat vermişdir. Xanoğlan isə ona pul vermək lazım olacağına və bunların hamısı buna işarə etdiyini bildirib, onun gətirdiyi sənədlərə baxdıqdan sonra əlilliyinin qüvvəsində saxlanılması üçün 5000 manat pul vermək lazım olduğunu demişdir. Xanoğlana həmin məbləğdə pulu olmadığını dedikdə Xanoğlan yanında kiminləsə telefonla danışmış və ən aşağı qiymətə bunu neçəyə həll etmək mümkün olduğunu soruşmuşdur. Danışıqdan sonra Xanoğlan ona bildirmişdir ki, 2500 manat versə, əlilliyini qüvvəsində saxlatdıra biləcək. Xanoğlana 1000 manat əvvəl digər hissəsini isə bir qədər sonra verməyi təklif etmişdir. Xanoğlan razılaşmış və 2-3 gün sonra o, Xanoğlanla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Zəfəran kafesinin qarşısında görüşüb ilkin olaraq 1000 manat pul vermişdir. Xanoğlan ondan hərbi biletini, şəxsiyyət vəsiqəsini, hərbi komissiyanın qərarını və müvafiq epikrizi götürüb «arxayın ol, sənin işin düzələcək, pulun qalanını da düzəlt və tez bir zamanda mənə ver» demişdir. Bir neçə gün sonra Xanoğlan onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq əlavə 1500 manat yox, 1700 manat pul vermək lazım olacağını, 200 manatı işlərin həlli üçün müəyyən arayışlar alınmasına sərf ediləcəyini demişdir.Təxminən 1 həftə sonra Xanoğlanla Bakı şəhəri, Xəzər rayonunda yerləşən Milli Aviasiya Akademiyasının qarşısında görüşüb ona 1700 manat pul vermişdir. Xanoğlan bildirmişdir ki, noyabr ayının sonunda ona əlilliyin qüvvəsində saxlanılması ilə bağlı cavab gələcəkdir. 2021-ci ilin noyabr ayının ortalarında internet vasitəsi ilə yoxladıqda müəyən etmişdir ki, onun İİİ dərəcəli qrpu əlilliyi ləğv edilmişdir. Dərhal Xanoğlana zəng edib ondan bu barədə soruşduqda, Xanoğlan hazırkı yoxlamada adını siyahıya saldıra bilmədiyini, sənədlər tam hazır olmadığını, növbəti yoxlama zamanı adını siyahıya saldıracağını və əlilliyinin qüvvəsində saxlanılması ilə bağlı cavab göndəriləcəyini, bu da həmin ilin sonlarına qədər həllini tapacağını demişdir. Bundan təxminən 1 həftə sonra Xanoğlan ona zəng edərək əlavə 150 manat lazım olduğunu demiş və o, Xanoğlanla həmin gün Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yanında görüşüb, Xanoğlandan nə səbəbə 150 manat lazım olduğunu soruşduqda, Xanoğlan ona bu işlərin həllini tapması üçün əlavə olaraq mütləq 150 manat pul lazım olduğunu demişdir. Üzərində olmuş 150 manat pulu Xanoğlana vermiş və xahiş etmişdir ki, iş artıq öz həllini tapsın. Xanoğlan darıxmamağı, danışdığını, yanvar ayının sonlarına qədər məsələ öz həllini tapacağını və əlilliyinin qüvvəsində saxlanılması ilə bağlı cavab göndəriləcəyini vəd etmişdir. Təxminən 1 həftə sonra Xanoğlan ona zəng edərək bu işlərin həlli üçün hansısa sənəd aldığını və 60 manat ödədiyini deyərək, ondan əlavə 60 manat pul istəyib X2 adına olan plastik bank kartının şəklini ona göndərmişdir. O da həmin bank kartına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “X16”da olan “Milli Ön” ödəniş terminalı vasitəsilə 60 manat pul göndərmişdir. Həmin gün Xanoğlan onunla əlaqə saxlayaraq pulu götürdüyünü bildirmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Xanoğlana zəng edib soruşduqda, Xanoğlan narahat olmamağı, 2022-ci ilin yanvar ayında məsələ öz həllini tapacağını demişdir. 2022-ci ilin yanvar ayının ikinci yarısında Xanoğlan onu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yanına dəvət etmiş və orada ondan 20 manat pul alaraq həmin iş üçün müəyyən sənədlərə lazım olduğunu bildirmişdir. Xanoğlan bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati binasına daxil olmuş və çox keçmədən binadan çıxıb yanına gələrək işin öz həllini tapdığını, artıq razılığın alındığını, nəticə olaraq 500 manat pul lazım olduğunu, daha bundan sonra heç bir xərci çıxmayacağını bildirmişdir. Xanoğlana inanıb həmin gün saat 16 radələrində onunla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Zəfəran kafesinin qarşısında görüşüb 500 manat pul vermişdir. Xanoğlan arxayın olmağı, ayın sonunda müsbət cavab alacağını və pensiyanı ala biləcəyini demişdir. Həmin ayın sonlarında da əlillik dərəcəsinin qüvvəsində saxlanılması ilə bağlı heç bir cavab gəlməmişdir. Xanoğlanla danışdıqda o, müxtəlif bəhanələr gətirmişdir. Artıq Xanoğlan tərəfindən aldadıldığını anlayıb ondan ümumilikdə verdiyi 3430 manat pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Xanoğlanın verdiyi vədi əməl etmədiyini və pulunu qaytarmadığını görüb 26 may 2022-ci il tarixdə Sabunçu rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, bacısı Şahid mədə xorası xəstəliyi ilə bağlı İİ qrup əlillik dərəcəsinə görə pensiya almışdır, lakin təxminən 3-4 il əvvəl həmin əlillik dərəcəsi ləğv edilmişdir. İşlədiyi xəstəxanaya tez-tez Xanoğlan adlı şəxs gəlib-getmişdir. Eşitdiyinə görə Xanoğlan əlillik dərəcəsi təyin etdirmək və ləğv edilmiş əlillik dərəcələrini bərpa etdirmək kimi işlərlə məşğul olmuşdur. Buna görə də bacısı Bəstinin ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirmək məqsədi ilə Xanoğlanın mobil telefonuna zəng edib ondan bu işdə köməklik göstərməsini xahiş etmişdir. Xanoğlan elə bu kımı işlərlə məşğul olduğunu, həmin işin onun üçün çox asan olduğunu, 5.000 manat lazım olacağını demişdir. Xanoğlanla 4.000 manata razılaşıb bu barədə bacısı Bəstiyə demiş və onun razılığını almışdır. Bundan sonra Xanoğlan pulu Bakı şəhərinə gətirməsini bildirdiyi üçün "xxxx" ASC-dən kredit götürüb 11 yanvar 2022-ci il tarixdə bacısı Bəsti ilə birlikdə Bakı şəhərinə getmişdir. Həmin günü Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən X5 yaxınlığındakı kafedə Xanoğlanla görüşüb Bəstinin yanında 3500 manat və Bəstinin şəxsiyyət vəsiqəsini Xanoğlana vermişdir. Xanoğlana qalan 500 manatı da qısa vaxt ərzində verəcəyini söz vermişdir. Xanoğlan pulu və şəxsiyyət vəsiqəsini işi həll edən X6 çalışan, adını və vəzifəsini demədiyi şəxsə verəcəyini bildirmişdir. Həmin günü Göyçay rayonuna qayıtmışdırlar. Qalan 500 manatı Göyçay rayonu Nizami küçəsində yerləşən «Bolluq» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Xanoğlanın ona göndərdiyi kart hesabına göndərmişdir. Xanoğlan onlara vəd etmişdir ki, ən geci 2022-ci ilin fevral ayında Bəstinin əlillik dərəcəsi bərpa olunacaq və pensiya alacaqdır. Lakin Xanoğlan sonradan müxtəlif bəhanələr gətirərək gözləmələrini təklif etmişdir. Sonradan Xanoğlan onlara elektron növbə götürüb X6 qəbula saldıracağını deyib, xatırlamadığı tarixdə Xanoğlanın çağırışı ilə Bakı şəhərinə gedib Xanoğlanla görüşmüşdürlər. Xanoğlanın təklifi ilə X5 inzibati binasına daxil olmuşdurlar. Orada onlardan online növbənin kodu istənilmiş, lakin Xanoğlan şifrənin digər mobil telefonunda qaldığını bildirdiyinə görə müayinədən keçə bilməmişdirlər. Bundan bir müddət sonra Xanoğlan onlara bildirmişdir ki, elektron növbə götürüb və onları 23 iyun 2022-ci il tarixə Bakı şəhərinə dəvət etmişdir. Onlar qeyd edilən tarixdə Bakı şəhərinə gedib yenə Xanoğlanla görüşüb, X9 daxil olmuşdurlar. Lakin oradan bildirilmişdir ki, Bəstiyə əlillik dərəcəsi düşmür. Ona görə də onlar aldadıldıqlarını başa düşüb Xanoğlandan pullarını geri tələb etsələr belə, Xanoğlan pullarını qaytarmamışdır. Xanoğlana verilmiş pul ona məxsus olmuşdur. Xanoğlan kimin və ya kimlərin vasitəsi ilə bacısı Bəstinin əlillik dərəcəsini təyin etdirəcəyini deməmişdir. Hesabına pul göndərdiyi kart sahibi eşidib bildiyinə görə Xanoğlanın qızına məxsus olub, onu tanmayıb və onunla heç bir əlaqəsi olmayıbdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.164-167); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır( i.v.1); Hadisə yerinə baxış keçirilməsi barədə 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi Kordioloji sanatoriya üzbəüz Zəfəran çay evinin qarşısına zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi CMnin 178.1-ci maddəsinə tövsfif edilərək CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəriməni tam ödəmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdən Xəzər rayon məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. ( i.v.35- 37); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır( i.v.38); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir ( i.v.40); Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilməsi qərara alınmışdır (i.v.42); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək icraat dayandırılmışdır(i.v.44); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir(i.v.45); Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.55); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur( i.v.69-70); Təqsirləndirilən şəsxin saxlanıldığı MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Vəliyev X8 rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.82-83); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 20 may 2023-cü il tarixli qərardan görünür ki, CPM-nin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır(i.v.83-84); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir(i.v.86-87); Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq aparılmışdır ( i.v.102-103); Hadisə yerinə baxış keçirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqəd rayonu 6-cı mkr, M.Kazımovski 130 ünvanında yerləşən Qaxac kafesinin önünə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.127-129); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, CPM-nin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır(i.v.178- 179); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.183-184); 03 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsini təsdiq edib, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində bir daha ifşa etmişdir (i.v.212-213); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1ci madəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v.275-277); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v.279-280); Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.292-294); Baxış keçirilməsi haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 25 noyabr 2021-ci ildə saat 15:29-da Bakı şəhəri Xəzər rayonu Bilgəh qəsəbəsi “X17” mağazasında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 60 manat pul X1 adına açılmış "xxxx" ASC-nin ******************** saylı bank hesabına köçürülmüşdür (i.v.304); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, CPM-nin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır(i.v.305-307); Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.345-347); Sübutların qiymətləndirilməsi haqqında 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır(i.v.362-370); Mülki iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat, cəmi 4060 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayonu ərazisində saxlanılaraq AR ƏN PX-nin 3 X4 təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə cinayət əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-nin 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir epizodun böyük ictimai təhlükə törətməyən cinayət olmasını, hər bir epizod üzrə cinayətin törədildiyi gündən iki il keçməsini, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin - təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilmələrinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməli, barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vermiş olduğu mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 vermiş olduğu mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-273/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-273/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver