Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-273/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,829 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Məmmədli qəsəbəsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi, giriş 99A ünvanında yerləşən «Araz» marketinin yaxınlığınadək daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 15:10-da həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində xeyli miqdarda, təmiz çəkisi 0,829 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını, ünvanını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manat pul müqabilində «şüşə və patı» adlanan psixotrop maddə «metamfetamin» almışdır. O, həmin bükümü şalvarının cibinə qoyaraq özünə fərdi tikintilərdə iş axtarmaq üçün piyada yol ilə Zabrat-Kürdəxanı şossesi ilə yolun kənarı ilə Zabrat qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, saat 15 radələrində həmin qəsəbə ərazisində yerləşən «Araz Market» dükanının qarşısında iki nəfər şəxs mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsinin əməkdaşları olduqlarını, barəsində məlumat daxil olduğunu və bununla əlaqədar onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmişlər. Orada xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «şüşə və patı» adlanan psixotrop maddə metamfetamin olmasını təsdiq etmişdir. Narkotik vasitə aludəçisi deyil. Bir səhv etmişdir, əməlindən çox peşmandır. Məhkəmədən ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bölmələrinə Təqsirləndirilən şəxs inzibati ərazi bölgüsünə əsasən Bölmələrinin inzibati ərazisinə daxil olan Abşeron rayonu Məmmədli qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Polis Bölməsinin CA-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2024-cü il tarixdə Məmmədli qəsəbəsinə yollanaraq saat təxminən 15:10 radələrində məlumatda göstərilən Təqsirləndirilən şəxs oradakı «Araz» marketinin yaxınlığında müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 15-ci PB-nin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra saxlanılan şəxs üzərində psixotrop maddə olmasını etiraf edərək əlini əynindəki qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi sellofan büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli kütlənin olması müəyyən olunmuşdur. Saxlanılan şəxs həmin sellofan bükümün içərisində aşkar olunmuş kütlənin «patı» adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün tərəflərindən saxlanılmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin dəqiq anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir.: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “Araz” marketin yanında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2024-cü il tarixdə saat 16:10-dan başlayaraq saat 16:15-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada olan narkotik vasitəyə oxşar maddəni çıxararaq könüllü təqdim etmiş, həmin vasitəni 20 manata Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, təbii işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; - tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,829 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. CD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd CDyə köçürülmüş bir ədəd səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “VİD- 20240915-WA0055.mp4” adlı “MP4 Video File (VLC) (.mp4)” tipli 40,3 MB (42 266 624 bayt) həcmli 04 dəqiqə 32 saniyyə müddətli videogörüntüdə xidməti otağa üç nəfər mülki geyimli şəxslərin daxil olmaları əks olunur, otaqda masa arxasında əyləşmiş polis polkovnik-leytenantı geyimində olan şəxs özünü təqdim edib Sabunçu RPİ-nin 15-ci PBnin təhqiqatçısı Faiq Bədəlov olmasını bildirərək, otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra təhqiqatçı saxanılan şəxsə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, sonuncu etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 57-ci saniyəsində saxlanılan şəxs əlini əynindəki qara rəngli şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı təqdim olunan bükümü açaraq içərisindəki ağ rəngli kristal şəkilli kütləni videokameraya və iştirakçlara təqdm etməklə həmin kütlənin nə olmasına və haradan əldə olunmasına dair saxlanılan şəxsə suallar verir. Saxlanılan şəxs bildirir ki, təqdim etdiyi bükümün içərisindəki kütlə “patı” adlanan psixotrop maddədir, onu öz istifadəsi üçün Balaxanı qəsəbəsi ərazisindən 20 manata tanımadığı şəxsdən almışdır. Daha sonra təhqiqatçı polis əməkdaşlarına göstəriş verir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı saxlanılan şəxsin üzərindən heç nə aşkar edilmir. Təhqiqatçı təqdim olunan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 01 ədəd sellofan bükümü həmin zərfin içərisinə qablaşdırmaqla yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Daha sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirməklə videoçəkilişin dayandırılmasını elan edir. Baxış başa çatdıqdan sonra 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş, cinayət işi üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal həbsdə saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. 24 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Şükürov X5 RPİ-nin MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2025-ci il tarixli, 389 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs psixostimulyatorların istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, lakin müayinə zamanı abstinensiya, kəskin intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən X2 “F15.2” (psixostimulyatorların qəbulu) diaqnozu ilə dispanser qeydiyyatındadır. Ünvan portalına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıldığı yer kimi Abşeron rayonu, Məmmədli qəsəbəsi ünvanı deyil, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şossesi giriş 99 A ünvanı qəbul edilməli, ilkin tədqiqat və istintaq materiallarında qeyd olunan Abşeron rayonu, Məmmədli qəsəbəsi, ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat- Kürdəxanı şossesi, giriş 99A ünvanı kimi oxunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Şükürov X3 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ciil tarixdə cəza müdəti başa çatmışdır; Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu İİ tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu məhkəmə hökmünə əsasən az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış, həmin tarixdən hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi xx.xx.2024-cü il tarixədək 02 il 02 ay 19 gün müddəti keçmişdir, yəni az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 il müddəti artıq keçmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Maddi sübut kimi tanıma haqqında 16 sentaybr 2024-cü il tarixli qərardan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.829 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.779 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Elektron məhkəmə informasiya sistemindən təqsirləndirilən şəxsin qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6 adlı bir uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,829 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il (iki) 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0.779 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-273/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-273/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver