Məhkəmə qərarları › İş №1(008)-274/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-274/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-274/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Xüsusi ittihamçı X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Mikayıl-zadə Arif Marif oğlunun və onun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 və onun vəkili Müdafiəçi1 iştirakları ilə, Mikayıl-zadə Arif Marif oğlunun və X16 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Mikayıl-zadə Arif Marif oğlunun və X16 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mikayıl-zadə Arif Maarif oğlu 6 ildir ki, qızı Zəhra Mikayıl-zadənin həyat yoldaşıdır. X28 və sonuncunun övladı Mikayıl-zadə Arif Maarif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət törətməsi onunla izah olunur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin xx.xx.2022-ci il tarixdə açmış olduğu canlı yayında Arif Mikayıl-zadə yoldaşı, yəni xüsusi ittihamçının qızı Zəhranı tutduracağı ilə hədələmiş, bunların olmaması üçün onun anası Zeybənin və özünün ayaqlarını yalayacağı təqdirdə bəlkə bağışlayacağını, X39 isə ayağını yalayacağı təqdirdə belə bağışlamayacaqlarını kütləvi informasiya vasitəsində, kütlə qarşısında bildirərək qızı Zəhraya hədə-qorxu gəlmiş və onun barəsində anası və özünün işlətdiyi ifadələrin onun şərəf və ləyaqətini ləkələmişdir. X29 ünvan 1 ünvanında yerləşən mənzilində, xx.xx.2022-ci il tarixdə, gecə saat 00:34 radələrində baş vermişdir. Zeybə Hacıyeva və oğlu X38-tok sosial informasiya şəbəkəsindəki kütləvi çıxışında onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu təhqir etmiş, bununla da Aazərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bunu iş materiallarına əlavə edilmiş 1 saylı videogörüntü onunla yaşayan həyat yoldaşı X9, qızı X6, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov 15/5 ünvanında yaşayan X32 təsdiq edir. Eyni zamanda həmin şəxslərin bu işə şahid və zərərçəkmiş şəxs qismində cəlb edilməsini xahiş edir. Zeybə Hacıyeva və oğlu Arif Mikayılzadə aşağıdakı böhtan xarakterli informasiyaları vermişdir: xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunan ona qarşı təhdid, hədə, böhtan xarakterli hərəkətlərin təsdiqi olaraq qızı X6, X32 barədə Suraxanı rayon 15-ci Polis Böməsinə böhtan xarakterli məlumat verərək guya ki, qızı Güllər Əliyeva və X45-Tok şəbəkəsində Zeybə Hacıyevanı təhqir etmişlər. Zeybə Hacıyeva onun həyat yoldaşı X10 və qızı Güllər Əliyeva barəsində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına şikayət etməklə onun və adları qeyd olunan şəxslər barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayaraq, adları sadalanan şəxslərə böhtan atmışdır. Guya ki, qızı Güllər Əlyeva və həyat yoldaşı X13 Nihad Qurbanovu döymüş, Nihad Qurbanova işgəncə vermişdir. Bu faktı şikayətə əlavə edilən 29 oktyabr 2022-ci il cinayət işinin başlanılmasmın rədd edilməsi barədə qərar və xx.xx.2022-ci Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edir. Bununla da Zeybə Hacıyeva və oğlu Arif Mikayıl zadə Aazərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. xx.xx.2022-ci il tarixdə qonşulardan və qohumlardan ona zənglər gələrək kürəkəni Arif Mikayıl-zadə tərəfindən X39nın tik tok şəbəkəsində açmış olduğu canlı yayında söylədikləri barədə məlumat verilmiş və həmin videogörüntü ona göndərilmişdir. O, videoçəkilişə baxdıqdan sonra mənəvi və psixoloji sarsıntı keçirmişdir. Video yazıda konkret olaraq Zeybe Haciyevanın yarışdığı və onu izləyən kütlənin içində kürəki X14 onu tutdurmağı ilə hədələməyi açıq aydın görünür. Sonra qızına “atan gələr anamın və mənim ayağimi yalayar bəlkə mən o zaman bağışlayaram” ifadəsin işlədir. X39 isə ayağını yalasa belə bağışlamayacaqlarını, onu tutdurmalarını, başqa çarələrinin olmamasını bildirərək onu qızının və onlayn şəbəkədə kütlə içində sərəf və ləyaqətini alçaldacağına məcbur edəcəyini acıq şəkildə ifadə edir. X15 kütləvi informasiya vasitəsində qızı Zəhraya hədə-qorxu gəlməsi, onun barəsində anas və özünün işlətdiyi ifadələr onun Şərəfini, ləyaqətini ləkələmişdir. Bu səbəbdən də, özünü cəmiyyətdən təcrid eləmiş, kənd və cəmiyyət arasına çıxmamış və ailəsini dolandırmaq üçün heç bir iş görə bilməmişdir. Zeybə Hacıyevanın “Tik-Tok” şəbəkəsində canlı yayın zamanı X20 ilə etdiyi söhbətdən aydın olur ki, Zeybə Hacıyeva və oğlu Mikayılzadə Arif onu və ailə üzvülərini şər-böhtanla tutdurmaq fıkirindədirlər. Canlı yayında bildirdikləri böhtan xarakterli məlumatlar verərək ona və ailə üzvülərinə qarşı əməllərini reallaşdırmışlar. Zeyba Hacıyeva barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsilə Sabunçu rayon Prokrorluğu tərəfindən cinayət işi başlanılıb və hal-hazırda Sabunçu Rayon Polis İdarəsində İŞ-də istintaqı aparılır. Zeyba Hacıyeva və oğlu Ruad Mikayılzadə barəsində xx.xx.2022 ci il tarixdə Azərbaycan Republikasi İXM-nin 206-cı ( Maddə 206-1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların hazırlanması, əldə edilməsi, saxlanılması, göndərilməsi və ya daşınması) maddəsilə Sabunçu Məhkəməsinin qərarı ilə hər biri 300 manat cərimə olunmuşlar. X20 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cii maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022 ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən barəsində hökmü çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq Mikayıl-zadə Arif Marif oğlunun və X16 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı X5 şikayətin məzmununa uyğun izahat verərək, Mikayıl-zadə Arif Marif oğlunun və X16 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair şikayətin məhkəmənin icraatına qəbul olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Mikayılzadə Arif Marif oğlu şikayətə etiraz edərək bildirmişdir ki, xüsusi ittihamçı X2 şikayət ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Onun tərəfindən xüsusi ittihamçı X3 ağır və ya xüsusilə ağır cinayət törədilməsində ittiham etməklə böhtan atılmamışdır. Bununla əlaqədar şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Mikayıl-zadə Arif Marif oğlunun vəkili X1-zadə Arif Marif oğlunun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsini bildirib həmin şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X28 şikayətə etiraz edərək bildirmişdir ki, xüsusi ittihamçı X2 şikayət ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Onun tərəfindən xüsusi ittihamçı X3 ağır və ya xüsusilə ağır cinayət törədilməsində ittiham etməklə böhtan atılmamışdır. Şikayətçi onun qudasıdır, məqsədi oğlu Arifin ailəsini dağıtmaqdır. Bu səbəbdən aralarında mübahisələr yaranmışdır. Xüsusi ittihamçının qızı Zəhra onun gəlini olmaqla hazırda onlarla birlikdə çox mehriban yaşayırlar. Bununla əlaqədar şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Eləcə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 vəkili X7 Zeybə Vaqif qızının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsini bildirib həmin şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. İş materiallarına əlavə edilmiş Xətai rayonu prokurorunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarının surətindən görünür ki, X18 pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Xətai RPİ-nin 37ci Polis Şöbəsində toplanmış 1518/22 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Sabunçu rayon prokurorunun 25 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında qərarı”nın surətindən görünür ki, X24 və X25 müraciəti əsasında toplanmış material üzrə Sabunçu RPİnin İŞ- nin müstəntiqi Cavid isayev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsassız olduğundan ləğv edilmiş və fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan Sabunçu rayon prokurorluğunun 27 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ının surətindən görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi mövcud olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 Saylı Qərarında qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri) Qərarda həmçinin qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57) Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli Umumdünya İnsan Hüquqları Bəyannaməsində və 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında ”Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqin və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 Saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Lakin, Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən şəxsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin yuxarıda istinad edilən dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulan cinayətin obyektiv tərəfinə daxil olan hərəkətlər zərərçəkmiş şəxsi “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma”da ifadə olunmalıdır. CM-nin 15.4-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.” CM-nin 15.5-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.” Azərbaycan Respublikası CPM-in 7.0.20-ci maddəsinə əsasən “ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.” CPM-nin 223.3-cü maddəsinin tələbinə əsasən ittihamın mahiyyətinə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər daxildir. Lakin xüsusi ittiham qaydasında şikayətin məzmununda yuxarıda şərh edilmiş qanunvericiliyin tələblərinə uyğun ağır və ya xüsusilə ağır cinayət barəsində məlumat öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Mikayıl-zadə Arif Marif oğlunun və X16 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, sonuncuların məhz xüsusi ittiham qaydasında şikayət verən şəxsin cinayət qanunverciliyinin hansı ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmasını nə şikayət ərizəsində, nə də məhkəmə hazırlıq iclasında göstərməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda əməlin məhz həmin şəxslər tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə və digər sübutlarla təsdiq edildiyi və şikayət vermiş şəxsin doğulduğu il və məşğuliyyət növü şikayətdə qeyd olunmamışdır. Odur ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Mikayıl-zadə Arif Marif oğlunun və X16 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Rzayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar