Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-274/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid2 iştirakları ilə, xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, 9-cu sinif şagirdi, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura” idman kompleksində məşqdən çıxan zaman, paltardəyişmə otağındakı asılqandan asılmış, həmin kompleksə idman etmək üçün gələn Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol iç cibindən içərisində 600 manat nağd pulu olan 150 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 9cu sinif şagirdidir, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda atası Şahid2, anası X1 və qardaşı 2014-cü il təvəllüdlü X2 ilə birgə yaşayır. Evləri 4 otaqdan ibarətdir, yaşadığı evdə özünün ayrı otağı var, atası Şahid2 icarəyə götürdüyü restoranı işlədir, anası isə evdar qadındır, ailəyə xidmət göstərir. Evi atası dolandırır, atasının qazancı yeməklərinə, gəzməklərinə, geyinməklərinə və digər xərclərinə çatır. O 74 saylı tam orta məktəbə gedir, dərsə davamiyyəti yaxşıdır, dərslərini yaxşı oxuyur.Boş vaxtlarında idmana gedir. Valideyinlərinin diqqətləri üzərindədir, həyat tərzinə xüsusi önəm verirlər. Zərərçəkmiş şəxs məşq etdiyi “Aura” idman kompleksinin idman zalında təxminən 2024-cü ilin iyun ayından görmüş, onu üzdən tanıyır, lakin onunla heç bir münasibətləri, ədavətləri və ya düşmənçilikləri yoxdur. 2021-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura” idman kompleksində idmanın kin-boks növü üzrə məşqə gedir. 2023-cü ildən xalası oğlu Şahid1 da onunla birgə məşqə getməyə başlamışdır. Nicatla birgə idmana həftədə 3 dəfə, həftənin tək günlərində, yəni 1 -ci, 3-cü və 5-ci günləri gedirlər, eyni idman üzrə, eyni zalda məşq edirlər. Məşqləri saat 19:00-da başlanır, saat 20:30-da bitir. İdmana gələrkən əvvəlcə, içərisində hamamı olan soyunub geyinmə otağında paltarlarını dəyişərək idman paltarını geyinirlər. Soyunub geyinmə otağında rəflər yoxdur, hər kəs paltarlarını asılqanlardan asır. Məşqi bitirdikdən sonra yenidən zaldan çıxaraq soyunub geyinmə otağına qayıdırlar. Məşq etdikləri zalla soyunub geyinmə otağı eyni mərtəbədə, yəni 1-ci mərtəbədə yerləşirlər. xx.xx.2024-cü il tarixdə saat 19:00-da xalası oğlu Şahid1lə birgə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura” idman kompleksinə getmişlər. Soyunub geyinmə otağında paltarlarını dəyişərək idman zalına daxil olmuşlar. Onlarla birgə zalda təxminən 15 nəfər məşq edirmiş, Zərərçəkmiş şəxs da zalda məşq edənlərin içərisində olmuşdur. Saat 20:30-da məşq bitdikdən sonra hər biri soyunub geyinmə otağına getmiş, Zərərçəkmiş şəxs və 4-5 nəfər şəxs zalda qalaraq əlavə məşq etmişlər. O, soyunub geyinmə otağında paltarını dəyişərkən asılqandan asılmış sonradan Zərərçəkmiş şəxs məxsus olmasını bildiyi gödəkcəyə qolu toxunarkən hiss etmişdir ki, gödəkcənin cibində bərk əşya var. Onun üçün maraqlı olduğundan Zərərçəkmiş şəxs gödəkcəsinin sol iç cibindən həmin bərk əşya olan pul kisəsini götürərək idman çantasına qoymuşdur. Bundan sonra paltarını dəyişərək soyunub geyinmə otağından çıxıb kompleksin həyətində Nicatın paltarını dəyişməsini gözləmişdir. Nicat da paltarını dəyişdikdən sonra Nicatla birgə kompleksin həyətindən çıxmış və birlikdə piyada evlərinə qayıtmışlar. O, yolda idman çantasından pul kisəsini çıxardaraq Nicata bildirmişdir ki, soyunub geyinmə otağında olarkən orada asılmış gödəkcənin cibindən götürmüşdür. Nicat ona irad bildirmiş, demişdir ki, gödəkcənin cibindən pul kisəsini götürərkən onun hərəkətlərini görmüş, lakin ağlına belə gəlməmişdir ki, o, oğurluq edir. Nicat bildirmişdir ki, bu hərəkətlərinə görə onu tuta bilərlər. O, küçədə pul qabına baxarkən görmüşdür ki, içərisində -6 ədəd 100 manatlıq pul əskinazları, yəni 600 manat nağd pul, “Kapital Bank’’a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, "ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank’a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB"-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, Zərərçəkmiş şəxs şəxsiyyət və sürücülük vəsiqələri var. O, 600 manatı, kartları, şəxsiyyət və sürücülük vəsiqələrini götürərək pul kisəsini Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 74 nömrəli məktəbin qarşısındakı zibil yeşiyinə tullamışdır. Kartların üzərindəki Zərərçəkmiş şəxs yazısından başa düşmüşdür ki, kartlar və vəsiqələr Səməd müəllimə məxsusdur. Zərərçəkmiş şəxs Qarabağ veteranı və müəllim kimi hörməti olduğundan kartları və vəsiqələri tullamamış, düşünmüşdür ki, növbəti dəfə idmana gedərkən soyunub geyinmə otağına qoyar ki, tapan şəxs Zərərçəkmiş şəxs qaytarsın. O, Nicatdan ayrılaraq evinə, Nicat isə avtobusla yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişdir. Növbəti gün atası ilə birgə Sabunçu RPİ 13-cü PŞ-nə getmişlər. PŞ-də olarkən hadisəni olduğu kimi danışmış, Zərərçəkmiş şəxs 600 manatını, kartlarını və vəsiqələrini könüllü olaraq təhvil vermişdir. Əməlindən peşmandır, səhvini başa düşmüşdür, xahiş edir ki, bağışlanılsın. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid2 bildirdi ki, 3 övladı olmuş, oğlanlarından biri 12 yaşında 2 il əvvəl üzərinə qapı düşərək vəfat etmişdir, ola bilsin ki, Gümrah bu hadisədən sonra travma almışdır. Xahiş edir ki, oğlu cinayət məsuliyyətindən azad edilsin. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.1966-cı il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, ali təhsillidir, məhkum olunmamışdır, təqaüdçüdür, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs məşq etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura’' idman kompleksində görüb tanımış, Gümrahla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi yoxdur. Həftədə 3 dəfə, həftənin tək günlərində, yəni 1-ci, 3-cü və 5-ci günləri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura” idman kompleksində, Gümrahla eyni idman növü üzrə, eyni zalda məşq edirlər. Məşqi saat 19:00-da başlanır, saat 20:30-da bitir. O, da hamı kimi idmana gələrkən əvvəlcə, içərisində hamamı olan soyunub geyinmə otağında paltarlarını dəyişərək idman paltarını geyinir. Soyunub geyinmə otağında rəflər yoxdur, lakin uzun illərdir getdiyi “Aura” idman kompleksində heç vaxt oğurluq olmadığından hər kəs xüsusi rəflər olmayan soyunub geyinmə otağında arxayınlıqla paltarını asa bilir. Məşqləri bitdikdən sonra yenidən zaldan çıxaraq soyunub geyinmə otağına qayıdır. Məşq etdiyi zalla soyunub geyinmə otağı eyni mərtəbədə, yəni 1-ci mərtəbədə yerləşirlər. xx.xx.2024-cü il tarixdə saat 19:00-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən "Aura” idman kompleksinə getmişdir. O, soyunub geyinmə otağında paltarlarını dəyişərək şalvarını, poliverini, köynəyini və gödəkcəsini asılqandan asmışdır. Həmin vaxt içərisində, -6 ədəd 100 manatlıq pul əskinazları, yəni 600 manat nağd pulu, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank"a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank"a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartları, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, şəxsiyyət və sürücülük vəsiqələri olan 150 manat dəyərində pul kisəsini gödəkcəsinin iç sol cibinə qoymuşdur. O, idman paltarlarını geyinərək idman zalına daxil olmuş, zalda təxminən 15 nəfər məşq edirmiş. Saat 20:30-da məşq bitdikdən sonra məşqə gələnlər çimmələri və paltarlarını dəyişmələri üçün soyunub-geyinmə otağına getmişlər. O, həmişə olduğu kimi 4-5 nəfərlə zalda qalaraq əlavə məşq etmişdir. Həmin tarixdə saat 21 radələrində məşqini bitirib soyunub geyinmə otağında paltarını dəyişərkən görmüşdür ki, məşqə girərkən asılqandan asdığı gödəkcəsinin sol iç cibindən, içərisində -6 ədəd 100 manatlıq pul əskinazları, yəni 600 manat nağd pulu, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank’’ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, şəxsiyyət və sürücülük vəsiqələri olan 150 manat dəyərində pul kisəsi oğurlanıb. Oğurlanan kartlarını pulsuz əldə etmiş, heç bir dəyəri, həmçinin kartlarında pulu və ya bonusu olmamışdır. O, bu barədə “Aura” idman kompleksinin işçilərinə və DİN-in “102” Xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xalası oğludur, Zərərçəkmiş şəxs isə məşq etdiyi “Aura” idman kompleksinin idman zalında məşq edən şəxs kimi üzdən tanıyır, Gümrah 2021-ci ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura” idman kompleksində idmanın kin-boks növü üzrə məşqə gedir, 2023-cü ildən o, da xalası oğlu Gümrahla birgə məşqə getmişdir. Məşqə həftədə 3 dəfə, həftənin tək günləri, yəni 1-ci, 3-cü və 5-ci günləri gedir, eyni idman növü üzrə, eyni zalda Gümrahla birgə məşq edirlər. Məşqləri saat 19:00-da başlanır, saat 20:30-da bitir. İdmana gələrkən əvvəlcə, içərisində hamamı da olan soyunub geyinmə otağında paltarlarını dəyişərək idman paltarını geyinirlər. Soyunub geyinmə otağında paltar asmağa rəflər yoxdur, hər kəs paltarlarını asılqanlardan asır. Məşqləri bitdikdən sonra yenidən zaldan çıxaraq soyunub geyinmə otağına qayıdırlar, məşq etdikləri zalla soyunub geyinmə otağı eyni mərtəbədə, yəni 1-ci mərtəbədə yerləşir. xx.xx.2024-cü il tarixdə saat 19:00-da xalası oğlu Gümrahla birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən “Aura” idman kompleksinə getmişlər. Soyunub geyinmə otağında paltarlarını dəyişərək idman zalına daxil olmuşlar. Onlarla birgə zalda təxminən 15 nəfər məşq etmiş, Zərərçəkmiş şəxs da zalda məşq edənlərin içərisində olmuşdur. Saat 20:30-da məşq bitdikdən sonra hər biri soyunub geyinmə otağına getmiş, Zərərçəkmiş şəxs və 4-5 nəfər şəxs zalda qalaraq məşqlərini davam etdirmişlər. Soyunub geyinmə otağında paltarını dəyişərkən Gümrahın asılqandan asılmış sonradan Zərərçəkmiş şəxs məxsus olmasını bildiyi gödəkcənin sol iç cibindən pul kisəsi götürərək idman çantasına qoymasını görmüşdür. Onun ağlına gəlməmişdir ki, Gümrah oğurluq edə bilər, odur ki, hadisəyə əhəmiyyət verməmişdir. Gümrah paltarını dəyişərək soyunub geyinmə otağından çıxıb kompleksin həyətində gözləmiş, o, da paltarını dəyişdikdən sonra Gümrahla birgə kompleksdən çıxaraq piyada evlərinə qayıtmışlar. Yolda Gümrah idman çantasından pul kisəsini çıxardaraq bildirmişdir ki, soyunub geyinmə otağında olarkən orada asılmış gödəkcənin cibindən götürmüşdür. Həmin vaxt başa düşmüşdür ki, Gümrah həmin pul kisəsini oğurlamışdır. O, Gümraha irad bildirərək demişdir ki, gödəkcənin cibindən pul kisəsini götürərkən hərəkətlərini görmüş, lakin ağlına gəlməmişdir ki, oğurluq edə bilər. Gümraha bildirmişdir ki, pul kisəsini qaytarsın, Gümrahı tuta bilərlər. İradına baxmayaraq Gümrah küçədə pul kisəsini açmış, içərisində 6 ədəd 100 manatlıq pul əskinazları, yəni 600 manat nağd pul, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko" bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart" gediş kartı, “Araz” marketə aid bonus kartı, Zərərçəkmiş şəxs şəxsiyyət və sürücülük vəsiqələri olmuşdur. Gümrah 600 manatı, kartları, şəxsiyyət və sürücülük vəsiqələrini götürərək pul kisəsini Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 74 nömrəli məktəbin qarşısındakı zibil yeşiyinə tullamışdır. Kartların üzərindəki Zərərçəkmiş şəxs yazısından başa düşmüşdür ki, kartlar və vəsiqələr Səməd müəllimə məxsusdur. Gümrah bildirmişdir ki, Zərərçəkmiş şəxs Qarabağ veteranı və müəllimdir, odur ki, kartları və vəsiqələri tullamamış, demişdir ki, növbəti dəfə idmana gedərkən soyunub geyinmə otağına qoyacaq ki, kartları və vəsiqələri görən şəxs Səməd müəllimə qaytarsın. O, Gümrahdan ayrılaraq avtobusla yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsinə getmiş, Gümrah da öz evinə qayıtmış, 600 manat, kartlar və vəsiqələr Gümrahda qalmışdır. Növbəti gün Gümrahın oğurluğu barədə polisin məlumatı olduğundan onu da Sabunçu RPİ 13-cü PŞ-nə dəvət etmişlər, PŞ-də olarkən Gümrah 600 manatı, kartları və vəsiqələri könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr 2024-cü il tarixli protokoldan və foto şəkildən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən Aura idman kompleksinə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, baxış zamanı fotoşəkil çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.04-05); Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus “Kapital Bank’a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 6 ədəd “C63841388”, “a67648563”, “a05507804”, “c69284223”, "c71764875” və “c45108849” nömrəli 100 manatlıq pul əskinazları, yəni, 600 manat nağd pul həmin tarixdə götürülmüş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.12-13); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus “Kapital Bank’a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 6 ədəd “C63841388”, “a67648563”, “a05507804”, “c69284223”, "c71764875” və “c45108849” nömrəli 100 manatlıq pul əskinazları, yəni, 600 manat nağd pul iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs geri qaytarılmışdır(i.v.20-26); Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.73); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur(i.v.86); Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 750 manat ziyan tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və vəsatəti yoxdur, gələcəkdə də heç bir tələbi olmayacaq, xahiş edir ki, ərizəsi nəzərə alınsın. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir, onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq ibtidai araşdırma orqanı tərəfindən CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən CM-nin 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. CM-nin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad etmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmiş, oğurlamış əmlakı zərərçəkmiş şəxsə qaytarmış, yəni ona vurduğu zərəri tam aradan qaldırmış, onunla barışıq əldə etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsini və həmin maddənin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında nəzərdə tutulmuş məhkəmənin böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad etməsi hüququnun olduğunu, təqsirləndirilən şəxsin hazırki cinayət əməlini on dörd yaşında törətdiyini, hazırda on beş yaşı olduğunu, orta məktəbin 9-cu sinifində təhsil almasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəyərək onunla barışmasını, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia yoxdur. Maddi sübutlar- “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 6 ədəd “C63841388”, “a67648563”, “a05507804”, “c69284223”, "c71764875” və “c45108849” nömrəli 100 manatlıq pul əskinazları, yəni, 600 manat nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Maddi sübutlar- “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7416 7520 5213 nömrəli, “ATB” banka aid üzərində Zərərçəkmiş şəxs yazılmış 5213 6751 5710 4549 nömrəli, “Kapital Bank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7377 0881 7446 nömrəli, “Kapital Bank”ın “Birbank”a aid üzərində Zərərçəkmiş şəxs yazılmış 4169 7388 3589 8101 nömrəli, “ABB”-yə aid 4127 2211 2968 2789 nömrəli, “Leobank”a aid 4098 5844 5061 5933 nömrəli, “Uni” banka aid 5243 7544 4707 5795 nömrəli, “Umiko” bonus *** **** 4446 nömrəli kartlar, ictimai nəqliyyatın “BakıKart” gediş kartı, “Araz” marketə aid bonus kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 6 ədəd “C63841388”, “a67648563”, “a05507804”, “c69284223”, "c71764875” və “c45108849” nömrəli 100 manatlıq pul əskinazları, yəni, 600 manat nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-274/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-274/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver