Məhkəmə qərarları › İş №1(008)-275/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-275/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-275/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 23 oktyabr 1947-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küç., ev 18 A-da qeydiyyatda olan və yaşayan barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Babayev Baba Məhərrəm oğlu xx xxxxxx 2020-ci il tarixdə, saat 07:00 radələrində «AC 748267» nömrəli, «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «Opel Astra» markalı, «az ** XT ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesinin yaxınlığında yerləşən «ABU» YDM-in qarşısı ilə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində sürəti lazımınca azaldaraq yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaqla bağlı tələbləri pozaraq piyada keçidi ilə yolu keçən Zərərçəkmiş şəxs vurmuş, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, sol beyin yürımkürəsi üzərində subdural hematoma, sol bazu sümüyünün İİİ, İV, V bel fəqərələrinin, oma və sol oturaq sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol təpə-gicgah, alın, sol diz oynağı nahiyyələrinin sıyrıqları, sol budun qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1980-cı il tarixindən sürücülük vəsiqəsi almışdır. Sonradan sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün 2019-cu il tarixində yenidən 2021-ci il tarixədək müddətə «B» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Hazırda idarə etdiyi «Opel Astra» markalı, «az ** XT ***» dövlət qeydiyyat nişanlı avtomobili 2010-cu ildə almışdır. Aldığı avtomobildən əsasən hər gün səhər saatlarında Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan nəvələrini məktəbə gətirmək üçün istifadə edirdi. xx xxxxxx 2020-ci il tarixdə, saat 06:50 radələrində yaşadığı evdən çıxaraq Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsinə doğru istiqamət almışdır. Sabunçu qəsəbəsində yerləşən «Sabunçu yolu» ilə saatda 50 km surətlə hərəkətini davam etdirmişdir. «Sabunçu yolu» ilə hərəkət etdiyi zaman yolun sağ hissəsində yerləşən «ABU» YDM-in qarşısına çatmağına bir neçə metr qalmış, piyada keçidinin üzərindən keçdiyi zaman avtomobilin sol burun hissəsi ilə kiməsə dəydiyini görmüşdür. Dərhal avtomobili saxlayaraq aşağı düşmüş və bu zaman yolu keçən piyada qadını vurduğunu görmüşdür. Ətrafda olan insanların köməkliyi ilə həmin qadını orada olan şəxslərdən birinin avtomobilinə qoyaraq 3 saylı X3 göndərmişdir. Özü də avtomobilinə oturaraq Xəstəxanaya gəlmişdir. Xəstəxanada avtomobili ilə vurduğu şəxsin Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Daha sonra xəstəxanada oturaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra özünü təqdim edərək piyadanı vurduğunu bildirmişdir. Hal-hazırda onlar barışmışlar. Ona qarşı heç bir şikayət tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 06:50 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Y.Saratov küç., ev 13dən çıxaraq hadisə baş verən günə qədər işlədiyi «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən şirniyyat sexinə getmişdir. Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesində, «ABU» YDM-in yanından yolu Bakı şəhərinin mərkəzinə gedən yol tərəfə keçmək istəmişdir. Piyada keçidi ilə yolu əks tərəfə keçdiyi zaman üzü Zabrat qəsəbəsinə doğru hərəkət edən qırmızı rəngli «Opel» markalı avtomobil zərbə ilə onu vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış və bu zaman baş nahiyyəsindən xəsarət almışdır. Bundan sonra nə baş verdiyini anlamamışdır. Özünə gəldiyi zaman isə xəstəxanada olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən şirniyyat sexində işləyirdi. Bu səbəbdən hər gün saat 06:30 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küç., ev 13-dən çıxaraq işə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 06:45 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs işə getmək üçün evdən çıxmışdır. Həyat yoldaşı evdən çıxdıqdan təqribən 25-30 dəqiqə sonra onun mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs 3 saylı X2 əməkdaşı olduğunu bildirərək Zərərçəkmiş şəxs nəyi olduğunu soruşmuşdur. O, həmin şəxsə Zərərçəkmiş şəxs həyat yoldaşı olduğunu bildirmişdir. Bundan sonra zəng edən şəxs həyat yoldaşını avtomobillə vurulduğunu, bu səbəbdən 3 saylı X3 yerləşdirildiyini bildirmişdir. O, dərhal 3 saylı X3 gəlmiş və həyat yoldaşını Sabunçu qəsəbəsi, şəhər şossesində yerləşən «Abu» X1 yaxınlığında «Opel» markalı avtomobilin vurduğunu, hadisə nəticəsində həyat yoldaşının ayağında, qollarından və başından xəsarət aldığını, xəsarətlərə görə cərrahi əməliyyatında olduğunu öyrənmişdir. Həyat yoldaşı cərrahi əməliyyatı olunmuş, bir neçə gün reanimasiyada qalmış və daha sonra otağa yerləşdirilmişdir. Həyat yoldaşı otağa yerləşdirildikdən bir müddət sonra danışmağa başlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Əflan oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı Zeynəb «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən şirniyyat sexində işləyirdi. Bu səbəbdən hər gün saat 06:30 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küç., ev 13-dən çıxaraq işə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 06:45 radələrində bacısı Zeynəb işə getmək üçün evdən çıxmışdır. Təqribən saat 08:00 radələrində onun mobil telefonuna yeznəsi Əşrəfdən zəng gəlmişdir. Telefona cavab verdiyi zaman yeznəsi bacısı Zeynəbin avtomobillə vurulduğunu, bu səbəbdən 3 saylı X3 yerləşdirildiyini bildirmişdir. Dərhal 3 saylı X3 gəlmiş və bacısının Bakı şəh., Sabunçu qəsəbəsi, şəhər şossesində yerləşən «Abu» X1 yaxınlığında «Opel» markalı avtomobillə vurduğunu, hadisə nəticəsində bacısının ayağından, qollarından və başından xəsarət aldığını öyrənmişdir. Xəsarətlərə görə bacısı bir neçə gün reanimasiyada qalmış və daha sonra otağa yerləşdirilmişdir. Bacısı otağa yerləşdirildikdən bir müddət sonra danışmağa başlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Əşrəf qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən şirniyyat sexində işləyirdi. Bu səbəbdən hər gün saat 06:30 radələrində yaşadıqları Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küç., ev 13-dən çıxaraq işə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 06:45 radələrində anası Zərərçəkmiş şəxs işə getmək üçün evdən çıxmışdır. Anası evdən çıxdıqdan təqribən 25-30 dəqiqə sonra onun mobil telefonuna atasından zəng gəlmişdir. Telefona cavab verdiyi zaman atası anası Zərərçəkmiş şəxs avtomobillə vurulduğunu, bu səbəbdən 3 saylı X3 yerləşdirildiyini bildirmişdir. Dərhal 3 saylı X3 gəlmiş və anasını Sabunçu qəsəbəsi, şəhər şossesində yerləşən «Abu» X1 yaxınlığında «Opel» markalı avtomobilin vurduğunu, hadisə nəticəsində anasının ayağında, qollarından və başından xəsarət aldığını bilmişdir. Xəsarətlərə görə bir neçə gün reanimasiyada qalmış və daha sonra otağa yerləşdirilmişdir. Anası otağa yerləşdirildikdən bir müddət sonra danışmağa başlamışdır. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 3010 saylı, xx xxxxxx 2020-ci il tarixli yol nəqliyyat hadisələri məhkəmə eskpertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən «Opel Astra» markalı, «az ** XT ***» d.q.n. avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X7 Sabunçu rayon şöbəsinin 205 saylı, 02 mart 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs Əflan qızında baş beyinin ağır dərəcəli əzilməsi, sol beyin yarımkürəsi üzərində subdural hematoma, sol bazu sümüyünün, İİİ, İV, V bel fəqərələrinin oma və sol oturaq sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol təpə-gicgah, alın, sol diz oynağı nahiyyələrinin sıyrıqları, sol budun qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə Psixatrik Ekspertiza X6 Şəxsin 730 saylı, 16 aprel 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs yaddaş pozuntusu, danışığında hərəkət və davranışını iradı olaraq tənzimlənməsində, psixi vəziyyətində hərhansı normaya uyğun olmayan dəyişiklik, pataloji əlamətlər qeydə alınmadığından o, hazırda barəsində edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs özündə uydurmağa pataloji meyillik əlamətləri aşkar olunmur, nümayişkaranəliyi, inadkarlığı, özünü yaddaş pozuntulu şəxs kimi təqdim etməyə çalışdığı, qəsdən səhv cavablar verdiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 12 mart 2020-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs AC 748267 saylı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Babayev X4 Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 88). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Məhərrəm oğluna Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmışdır (səh.,170). Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuşcinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inziabti xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlbedilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması ilə əlaqədar məhkəmənin qərarının icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Sabunçu RPİ-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs Məhərrəm oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsuəməlində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən aidiyyəti araşdırma aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Sabunçu RPİ-nə həvalə edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Məhərrəm oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar