Məhkəmə qərarları › İş №1(008)-275/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-275/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-275/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 1,132 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 19 sentyabr 2024-cü il tarixdə saat 20:30-da Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən yaşıl sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 1,132 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,123 qram, 0,088 qram, 0,236 qram olmaqla ümumi təmiz çəkisi 0,447 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə təmiz çəkisi 0,046 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 28 oktyabr 2024-cü il tarixdə saat 16:00-da Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 ilə piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,123 qram, 0,088 qram, 0,236 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,447 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,046 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,018 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 25 dekabr 2024-cü il tarixdə saat 15:55-də Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 2 ilə piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,018 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün bir bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə olan heroini almış və istifadəsi üçün üzərində saxlamışdır. Həmin günün səhəri yəni, 19 sentyabr 2024-cü il tarixdə saat 20:30-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında piyada hərəkətdə olan zaman bir nəfər mülki geyimdə, digəri isə polis geyim formasında olan şəxs ona yaxınlaşmış, özlərini Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərdikdən sonra ondan ad, soyadını soruşub, üzərində şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin həmin vaxt üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından və cibində “kokos” kimi tanıdığı heroin olduğundan tez bir zamanda oradan yayınmağa cəhd etmiş, polis əməkdaşları isə buna imkan verməmişlər. Bu zaman anlamışdır ki, polis əməkdaşları onun üzərində narkotik vasitə olmasından məlumatları var. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələri, əldə etməyi, üzərində saxlamağı və daşımağı barədə əməliyyat məlumatlarının olduqlarını bildirmiş və ona birlikdə 15-ci Polis Bölməsinə getməyini təklif etmişlər, o da razılaşıb polis əməkdaşları ilə birlikdə 15-ci Polis Bölməsinə getmişdir. 15-ci Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyədə əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində saxlanıldığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı vəkil dəvət etmiş, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişlər. Lakin videoçəkilişlə üzərinə axtarış keçirilməmişdən qabaq vəkilin iştirak etməsinə etiraz etmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşı üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. O da əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd yaşıl rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən şəxsi istifadəsi üçün aldığı “kokos” aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kokos” olduğunu demiş, həmin maddəni Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan başqa 28 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Maştağa qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat pul verməklə şəxsi istifadəsi üçün 03 büküm psixotrop maddə olan metamfetamin və 01 büküm narkotik vasitə olan heroin almış, həmin bükümləri açılıb bağlanan güzgünün içərisinə qoymuşdur. 28 oktyabr 2024-cü il tarixdə saat 16:00 radələrində Maştağa qəsəbəsi, B.Bağırov küçəsi ilə piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Üzərində narkotik vasitə və psixotrop maddə olduğundan özünü itirmiş və onlardan yayınmağa cəhd göstərmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirmişlər. 14-cü Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarına üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, lakin üzərində narkotik vasitə olan heroin və metamfetamin olduğundan vəkilin videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməsini istəməmişdir. Sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən açılıb bağlanan güzgünü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin açılıb bağlanan güzgünü açmış, içərisindən 03 ədəd ağ rəngli kağıza bükülmüş bükülünün nə olduğunu soruşduqda həmin bükümlərdə olan kütlələrin metamfetamin olduğunu demiş, bundan sonra təhqiqatçı digər gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü açmış və ondan həmin kütlənin nə olduğunu soruşduqda isə səmimi olaraq etiraf etmişdir ki, həmin kütlə narkotik vasitə heroindir. Təhqiqatçıya həmin maddələri 28 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Maştağa qəsəbəsindən üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 (on) manat əlbəəl pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş ümumilikdə 04 ədəd bükülü qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və tərəflərindən imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq imzalanmışdır. Bundan başqa 24 dekabr 2024-cü il tarixdə axşam saatlarında İnşaatçılar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat pul verərək 01 ədəd bükümdə narkotik vasitə heroin almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlamışdır. 25 dekabr 2024-cü il tarixdə saat 15:55 radələrində Maştağa qəsəbəsi, B.Bağırov küçəsi dalan 6 ünvanında piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş, ondan adını, soyadını soruşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin həmin vaxt üzərində heç bir sənəd olmadığından, həmçinin üzərində narkotik vasitə “heroin” olduğundan tez bir zamanda oradan yayınmağa cəhd göstərmişdir. Buna baxmayaraq polis əməkdaşları buna imkan verməmiş, onu şübhəli olduğu üçün 14-cü Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarına üzərində narkotik vasitə heroin olduğunu demişdir. Polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, lakin üzərində narkotik vasitə heroin olduğundan vəkilin videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməsini istəməmişdir. Daha sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükülünü açmış və içərisindəki kütlənin nə olduğunu soruşduqda həmin kütlənin heroin olduğunu və onu 24 dekabr 2024-cü il tarixdə şəxsi istifadəsi məqsədilə Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat verməklə aldığını demişdir. Bundan sonra ondan aşkar edilmiş 01 ədəd bükülü qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və tərəflərindən imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilərək həmin protokol ucadan oxunmuş və imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 19 sentyabr 2024-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o, 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə saat 20:30-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumata malik olduqlarını bildirərək 15-ci Polis Bölməsinə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə Polis Bölməsinə getmişdir. Bundan sonra Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs videoçəkilişlə keçirilən şəxsi axtarışda vəkilin iştirakına etiraz etdiyini bildirərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim edilməsi xahiş edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kokos” olduğunu deyərək həmin maddəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2024-cü il tarixdə iş yoldaşı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə inspektoru Şahid2 ilə birlikdə inzibati ərazidə ünvan 2 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olubolmadığını soruşmuşlar. Lakin həmin şəxs şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmiş və yayınmağa cəhd göstərmişdir. Bundan sonra o iş yoldaşı Şahid3 ilə birlikdə həmin şəxsi 14-cü Polis Şöbəsinə gətirmişlər. 14-cü Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs 14-cü Polis Şöbəsinin xidməti otağında şübhəli şəxs qismində tutulduqdan sonra dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aparılacaq şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd açılıb bağlanan dairəvi formalı güzgünü təqdim etmiş, təhqiqatçı tərəfindən həmin açılıb bağlanan güzgü açıldıqda içərisində 04 ədəd büküm olması müəyyən edilmiş, təhqiqatçı həmin bükümlərin nə olduğu soruşduqda, Təqsirləndirilən şəxs 03 ədəd ağ rəngli kağıza bükülmüş bükülünün içərisində metamfetamin, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində isə heroin olduğunu deyib, onları Maştağa qəsəbəsi, B.Bağırov küçəsində üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat verməklə şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və tərəflərindən imzalanmışdır. Ekspertizanın tədqiqatından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkarlanmış maddələr psixotrop maddə metamfetamin və narkotik vasitə heroindir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid5 Azər oğlu ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə iş yoldaşı Sabunçu rayon Polis İdarəsinin 14cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə inzibati ərazidə ünvan 2 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşmış və özlərini təqdim edərək həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olub-olmadığını soruşmuşlar. Lakin həmin şəxs şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmiş və onlardan yayınmağa cəhd göstərmişdir. Bundan sonra o, iş yoldaşı Şahid4 ilə birlikdə həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 14-cü Polis Şöbəsinin xidməti otağında şübhəli şəxs qismində tutulduqdan sonra dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aparılacaq şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan kütlə aşkarlanıb götürülmüşdür. Videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu və həmin maddəni 24 dekabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindən üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat verməklə şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və tərəflərindən zərf imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 24-25-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı X7, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında, xidməti iş otağında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid5 Azər oğlu və Şahid4 iştirakları ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan torbada bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik maddə olan heroin olduğunu, bu narkotik maddəni 24 dekabr 2024-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı bükülünü açdıqda həmin bükülüdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə aşkar edildi. Aşkar olunmuş 01 ədəd sellofan torbanın içərisindəki tünd qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin İ cildinin 32-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 6/5578 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,018 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin İ cildinin 65-67-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,018 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut hesab olunması, tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 0,918 qram qalığının saxlaınlması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin təhqiqatçısı X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 25 dekabr 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd «DVD» diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işinin İ cildinin 94-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 105-106-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı X2, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında, xidməti iş otağında Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Şahid2 və əməliyyat müvəkilli Şahid3 iştirakları ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli isti gödəkcənin sol yan cibindən 01 ədəd açılıb bağlanan ağ rəngli güzgünün içərisində 04 ədəd bükümlərdən 03 ədəd ağ rəngli kağız bükümünün içərisində metamfetaminə bənzər və 01 ədəd gümüşü rəngli siqaret kağız bükümündə narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd ağ rəngli kağız bükümünün içərisində metamfetamini və 01 ədəd gümüşü rəngli siqaret kağız bükümündə narkotik vasitə olan heroini Maştağa qəsəbəsi, B.Bağırov küçəsində adını və yaşadığı ünvanı bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd ağ rəngli kağız bükümünün içərisində metamfetamini və 01 ədəd gümüşü rəngli siqaret kağız bükümündə narkotik vasitə olan heroinə bənzər maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin İ cildinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli, 6/5034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 100” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr; Saxlanılan /imza/ Təqsirləndirilən şəxs; İştirak etdi: /imza/ Şahid3; /imza/ Şahid2; Qablaşdırdı: /imza/ S.Allahverdiyev” əl yazıları olan zərfdəki 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,123 qr; 0,088 qr; 0,236 qram; ümumi təmiz çəkisi: 0,447 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi: 0,046 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin İ cildinin 153-156-cı vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 157-158-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 167-169-cu vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,123 qr; 0,088 qr; 0,236 qram; ümumi təmiz çəkisi: 0,447 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut hesab olunması, tədqiqata 0,12 qram sərf edilməsi nəzərə alınmaqla 0,327 qram qalığın saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,046 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut hesab olunması, tədqiqata 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 0,026 qram qalığın saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin baş təhqiqatçısı X1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 28 oktyabr 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd «DVD» diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işinin İ cildinin 225-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 238-239-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı X10, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında, xidməti iş otağında Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkilli Zərərçəkmiş şəxs və əməliyyat müvəkilli Şahid1 iştirakları ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofana bükülmüş qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı bükülünü açdıqda həmin bükülüdə tünd qəhvəyi rəngli, spesifik iyə bir ədəd yaşıl rəngli sellofana bükülümüş qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş bir ədəd yaşıl rəngli sellofana bükülümüş qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin İ cildinin 246-248-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 6/4639 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 161” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən çıxan maddi sübut; 15 PB-nin b/ə müvəkkili polis b/lt Şahid1 /imza/; 15 PB-nin ə/müvəkkili polis lt Zərərçəkmiş şəxs /imza/; vətəndaş Təqsirləndirilən şəxs /imza/; 15-ci PB-nin təhqiqatçısı polis kapitanı X11 /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,132 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin ll cildinin 33-35-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 21 sentyabr 2024-cü il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nadir Heydərovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin ll cildinin 36-37-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İl cildinin 46-48-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,132 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut hesab olunması, tədqiqatdan sonra qalıq qalmış 1,032 qram hissəsinin saxlaınlması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 19 sentyabr 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd «DVD» diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işinin ll cildinin 65-67-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin İl cildinin 68-74-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-24/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdən 11 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılması, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 03 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin ll cildinin 110-115-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 05 dekabr 2024-cü il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin ll cildinin 116-119-cu vərəqələrində olan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 oktyabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin dəyişdirilərək barəsində daha ciddi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin ll cildinin 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin Ambulator X3 dair xx.xx.2024-cü il tarixli, 7647 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bənddinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin ll cildinin 193-203-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-771/2024 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində 02 ay 28 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə olma müddətinin əvvəlinin 25 dekabr 2024-cü il saat 15:55 tarixindən hesablanması qərara alınmıışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 19 sentyabr 2024-cü il tarixli 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofana bükülmüş qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər maddənin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 28 oktyabr 2024-cü il tarixli 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd açılıb bağlanan ağ rəngli güzgünün içərisində 03 ədəd kağız bükümünün içərisində metamfetaminə bənzər və 01 ədəd gümüşü rəngli siqaret kağız bükümündə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 25 dekabr 2024-cü il tarixli 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər madddənin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə və 2ci siyahının 67-ci bəndinə əsasən müvafiq olaraq narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,132 qram və psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi isə 0,447 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2023cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 19 sentyabr 2024-cü il, 28 oktyabr 2024-cü il və 25 dekabr 2024-cü il tarixlərində törətmiş və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşı 60dan yuxarı (61 yaş) olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşının 60-dan yuxarı (61 yaş) olması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,918 qram, 0,026 qram və 1,032 qram olan narkotik vasitə olan heroin və 0,327 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 201 (iki yüz bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar