Məhkəmə qərarları › İş №1(008)-276/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-276/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-276/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bədiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1970-ci il tarixdə Ermənistan, Basarkeçərdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cı il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Saleh Hüseynzadə küçəsi, nömrəsiz evdə ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs üz və bədən nahiyəsindən qəsdən sillə və yumruq ilə vurub, ona sol göz konyuktivasında və ağlı qişasında qansızma ilə müşayiət olunan gözyuvasıətrafı-almacıq-yanaq-çənə nahiyəsinin dərialtı hematoması, sol bazu və sağ bazu oynağı nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, 2008-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və həmin nikahdan 3 övladı vardır. Özü fəhləlik ilə məşğul olur. O, təsadüfi hallarda içki qəbul edir. Zərərçəkmiş şəxs ilə 2025-ci ilin fevral ayının 2-sindən bəri yola getmirlər. Zərərçəkmiş şəxs onun başqası ilə münasibətdə olduğunu iddia edir, lakin, o, belə hallara qətiyyən yol vermir. Zərərçəkmiş şəxs cari ilin fevral ayının əvvəllərindən qonşuluqda yaşayan əvvəldən tanımadığı qadının evinə gedərək qadının Təqsirləndirilən şəxs ilə münasibətdə olduğunu bildirmişdir Lakin, elə söhbət yoxdur. Zərərçəkmiş şəxs olmayan söhbətləri danışdığı üçün qonşuluqda yaşayan qadında öz növbəsində bu məsələni ərinə danışmış və nəticədə əri ilə birgə onların ünvanına yaxınlaşmışlar. Həmin şəxslər onların evinə gələn zaman Zərərçəkmiş şəxs qorxusundan yaşadıqları evdən balaca qızını götürərək qaçıb getmiş, lakin, bir müddət sonra geri qayıtmışdır. Zərərçəkmiş şəxs bir neçə həftə olar ki, evə ərzaq məhsulları ilə gəlirmiş, o da pullarının olmadığını nəzərə alaraq sonuncuya ərzaqları hansı pul ilə aldığını sual etmişdir. Zərərçəkmiş şəxs isə cavab olaraq “Bakı Abadlıq” şirkətində Vəli adlı şəxsin onların ailəsinə yardım etdiyini bildirmişdir. Lakin, o, buna inanmır və kiminsə əvəzsiz qaydada yardım edəciyini də düşünmür. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı evə içki və kolbasa alaraq gəlmişdir. O, özü üçün yaşadığı evdə olan zaman bir qədər içki qəbul etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamış və onun üzərinə əsassız şərlər atmışdır. O, buna qəzəblənib axşam 21 radələrində yaşadığı evin yataq otağında Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona bir neçə dəfə sillə və yumruq zərbəsi endirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-cı il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin nikahdan 3 övladı vardır. Təqsirləndirilən şəxs içki aludəçisidir, tez-tez içki içir və evdə əsassız söz-söhbətlər salır, içki içərkən özündə olmur, onu döyür və təhqir edir. Təqsirləndirilən şəxs evə içki içmək məqsədilə dostlarını gətirir və onların yanında onu təhqir edir. Ailə həyatı qurduqları gündən bəri evlərində aramlıq yoxdur. Evdə 3 qız uşağı vardır. Təqsirləndirilən şəxs içki içdikdən sonra evdə söz-söhbət salır və buna görə də qız uşaqlarının da psixologiyaları pozulur. "Bakı Abadlıq" şirkətində işləyən Vəli adlı şəxs var və həmn şəxs onların ailəsinə maddi yardımlar edir. Təqsirləndirilən şəxs hər dəfə içki içdikdən sonra onun Vəli adlı şəxs ilə münasibətdə olduğunu deyir və buna görə onu döyür. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs evdən çıxaraq mağazaya gedib bir kolbasa və 1 araq alaraq evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs içki təsiri altında onunla mübahisə yaratmış və buna görə üzərinə hücum edərək yaşadıqları evin yataq otağında onun üz və bədən nahiyəsindən bır neçə dəfə sillə, yumruq zərbələri endirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında baş vermişdir. -İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 386 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol göz konyuktivasında və ağlı qişasında qansızma ilə müşayiət olunan gözyuvasıətrafı- almacıq-yanaq-çənə nahiyəsinin dərialtı hematoması, sol bazu və sağ bazu oynağı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xəsarətlər xx.xx.2025-ci i! tarixdə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cətimə cəzası 350 saat ictimai işlər cəzası ilə əvəz olunmuş, xx.xx.2018-ci il tarixdə cəza sonu ilə qeydiyyatdan çıxarılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 ilə barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraatda və məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar