Məhkəmə qərarları › İş №1(008)-277/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-277/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-277/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Nəcəf oğlunun iştirakı ilə 31 dekabr 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Nizami rayonu, M.İbrahimov küç., ev 10 ünvanda qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Cavadov Ziyad Elmar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Elmar oğlu xx xxxxx 2020-ci tarixdə Bakı şəh., Nərimanov rayonu, Nərimanov metrostansiyasının yanından istintaqa məlum olmayan mənbədən 30 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.623 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.425 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üstündə daşımaqla, əynində olan qara rəngli gödəkcənin sağ cibində kibrit qutusunda saxlamış və 25 aprel 2020-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəh., Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsində ağ rəngli «Saipa» markalı, «az ** PZ ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman saxlanılmış və 13-cü PB-nə gətirilmiş, onun üzərinə baxış keçirilən zaman 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.623 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.425 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli gödəkcənin sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavadov Ziyad Elmar oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci tarixdə Bakı şəh., Nərimanov rayonu, Nərimanov metrostansiyasının yanından istintaqa məlum olmayan mənbədən 30 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.623 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.425 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üstündə daşımaqla, əynində olan qara rəngli gödəkcənin sağ cibində kibrit qutusunda saxlamışdır. 25 aprel 2020-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməkdaşları tərəfindən Bakı şəh., Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsində ağ rəngli «Saipa» markalı, «az ** PZ ***» dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılmış və 13-cü PBnə gətirilmişdir. Onun üzərinə baxış keçirilən zaman 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.623 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.425 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli gödəkcənin sağ cibindən aşkar edilərək götürülmüşdür. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Nadir Müslüm oğlu ifadəsində göstərmişdir ki, vət.A.Əsədovanın «az ** PZ ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən təhqir olunması barədə şikayət ərizəsinin araşdırılması ilə bağlı 25 aprel 2020-ci il tarixdə Bakı şəh., Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində həmin avtomobil tərəflərindən müəyyən olunmuşdur. 25 aprel 2020-ci il tarixdə, saat təxminən 15:30 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və səs küy yaranan zaman orada olan, polis işçisi kimi kömək məqsədilə yaxınlaşan Nizami RPİ-in 23-cü PB-in polis sahə inspektoru, polis leytenantı M.Mirzəyevin köməkliyi ilə Bakı şəh., Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsində zahiri görkəm əlamətlərinə uyğun gələn şəxs, həmin avtomobilin sürücü hissəsində olan zaman həmin şəxs qaçmağa cəhd göstərdiyi üçün tərəflərindən fiziki qüvvə tətbiq olunaraq tutulub 13-cü PB-nə gətirilmişdir. Sabunçu RPİ-in 13-cü PB-də olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və özünü şübhəli apardığı üçün üzərinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı xx xxxxx 2020-ci il tarixdə narkotik vasita almaq üçün Bakı şəh., Nərimanov rayonuna getdiyini bildirmişdir. Nərimanov metrostansiyasının yanında üzdən tanıdığı, adını ünvanını və anket məlumatları barədə məlumatı olmayan, balaca boylu, üzü tüklü, arıq bədən quruluşlu, təxminən 20-25 yaşlarında olan şəxsdən 15 manata «Şüşə» adlanan narkotik vasitə və 15 manata isə «Kakos» adlanan narkotik vasitəni kibrit qutusunda alaraq əynində olan qara rəngli gödəkcənin sağ cibinə qoymuşdur. Sabunçu RPİ-in 13-cü PB-də onun üzərinə videoçəkilişlə baxış keçirilən zaman özü könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sağ cibində kibrit qutusunda saxladığı narkotik vasitələr olan «şüşə» deyilən maddə və «kakos» deyilən maddəni ümumilikdə 30 manat pul ödəməklə Nərimanov metrostansiyasının yaxınlığından əldə edərək üstündə daşıdığını deyərək təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavadov Sənan Maarif oğlu Məmmədov Nadir Müslüm oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1549 saylı, 26 aprel 2020-ci il tarixli narkotik və psixotrop maddələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «vət. Cavadov Ziyad Elmar oğlunun üzərindən aşkar olunmuş……» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.623 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0.425 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri», metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin təmiz çəkisi 0.425 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.375 qram, heroinin təmiz çəkisi 0.623 qram, tədqiqata sərf edildi 0.050 qram, qalıq 0.573 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 1356 saylı, 20 may 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Cavadov Ziyad Elmar oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində açıllıq sindromu (narkomaniya xəstəliyi)aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Cavadov Ziyad Elmar oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Cavadov Ziyad Elmar oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Cavadov Ziyad Elmar oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cavadov Ziyad Elmar oğlunun törətdiyi əməldən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Cavadov Ziyad Elmar oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 25 aprel 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Cavadov Ziyad Elmar oğlu 25 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,11). Cinayət işinin materiallarında olan 27 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Cavadov Ziyad Elmar oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 50). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında Bakı şəh., Sabunçu rayon prokurorunun 27 aprel 2020-ci il tarixli qərardan görünür ki, Cavadov Ziyad Elmar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (səh.,75). Bakı şəh., Nizami Rayon Məhkəməsinin 4(007)157/2020 saylı, 17 avqust 2020-ci il tarixli qərardan görünür ki, Cavadov Ziyad Elmar oğlu barəsində 15 avqust 2020-ci il tarixdən hesablanmaqla 03 ay, 21 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Cavadov Ziyad Elmar oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cavadov Ziyad Elmar oğlunun 25 aprel 2020-ci il tarixdən 27 aprel 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınmalıdır. Cavadov Ziyad Elmar oğlunun cəza çəkmə müddətinin başlanğıcı «30» noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Cavadov Ziyad Elmar oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və onun həbsdə olması nəzərə alınmalıdır. Cavadov Ziyad Elmar oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cavadov Ziyad Elmar oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.375 qram metamfetamin, 0.573 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 114 manat ekspertiza xərci Cavadov Ziyad Elmar oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlunun 25 aprel 2020-ci il tarixdən 27 aprel 2020-ci il tarixə şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlunun üzərində qəti olaraq 11 (on bir ) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Elmar oğlunun cəza çəkmə müddətinin başlanğıcı «30» noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs CavadovZiyad Elmar oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.375 qram metamfetamin, 0.573 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 114 manat ekspertiza xərci təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Cavadov Ziyad Elmar oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar