Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-277/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, prokuror-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Tərtər rayonu, Hacıqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, qəssab işləyən, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, o, 24 fevral 20254-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 78 ünvanda fəaliyyət göstərən “Park Plus” ticarət mərkəzinin qarşısında işlək vəziyyətdə saxlanılmış tanışı Zərərçəkmiş şəxs məxsus “Mitsubishi Mirage” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir birlərini 3-4 ay olar tanımışdır. O, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 78 ünvanda fəaliyyət göstərən “Park Plus” ticarət mərkəzinin yanındakı ət mağazasında qəssab işləmiş, Xaliq də həmin yerdə nəzarətçi işləyir. Aralarında normal münasibət vardır. Belə ki, onlar bəzən bir yerdə görüşüb yemək yeyib söhbət etmişlər. xx.xx.2025-ci il tarixdə havanın qarlı olması ilə əlaqədar axşam təxminən saat 22-23 radələrində “Park Plus” ticarət mərkəzindəki restoranda əyləşib yemək yemişlər. xx.xx.2025-ci il tarixə keçən gecə saat 01 radələrində Xaliq restorandan çıxıb getmiş, o da qalxıb getmək üçün həyətə çıxmışdır. Yoldan keçən bir neçə yol taksi avtomobillərinə əl etmiş, lakin, hava qarlı olduğu üçün taksi maşınlarından heç biri saxlamamışdır. O, görmüşdür ki, Xaliqə məxsus “Mitsubishi Mirage” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilinin “Park Plus” ticarət mərkəzinin qarşısında işlək vəziyyətdə olmasını, lakin, maşında heç kəsin olmadığını görmüşdür. O, Bakıxanov qəsəbəsindəki “Bakıxanov Mail” ticarət mərkəzinə gedib bir nəfəri götürüb gəlməli idi və ona görə də Xaliqə demədən avtomobilinə əyləşmişdir. Maşını sürüb gedən zaman Bakıxanov qəsəbəsindəki gedəcəyi yerə çatmağına az qalmış avtomobili yol kənarındakı səkiyə vurmaqla qəza törətmişdir. Qəza törədən kimi Xaliqə zəng vurub məlumat vermiş və Xaliq onun olduğu, yəni qəzanın baş verdiyi yerə gəlmişdir. O, bütün xərci özü çəkəcəyini demişdir. Sonra maşını Bakıxanov qəsəbəsindəki tanış ustaya aparmış, usta maşına baxıb 735 manat xərci olacağını demişdir. Orada usta ilə razılaşmışlar ki, pulu kartına atacaqdır. Lakin, maddi sıxıntıları olduğundan ustanın pulunu verə bilməmiş və Xaliq də ondan şikayət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs adlı şəxsə məxsus “Mitsubishi Mirage” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili “Park Plus” ticarət mərkəzinin qarşısından götürüb gedən zaman Xaliqə bu barədə deməmiş, onlar arasında yaxın münasibət olduğu üçün düşünmüşdür ki, tez gedib Bakıxanov Mall TM-in qarşısından adamı götürüb gələr. Bu səbəbdən avtomobili idarə etməyi üçün Xaliqə deməmişdir. Yəni, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs adlı şəxsə məxsus “Mitsubishi Mirage” markalı, **- BX-*** dövlət nömrə nişanlı avtomobili aparmaqda məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bakıxanov Mall ticarət mərkəzinin yanından tanışını götürüb gəlmək olmuşdur. Lakin, yolda qəza törətdiyi üçün tanışını da götürə bilməmişdir. Lakin, tanışını götürüb gəldikdən sonra bu barədə, yəni Xaliqə məxsus avtomobili götürüb getməsi barədə deyəcəkdir. Yolda qəza baş verdiyindən o, hadisə barədə qəzadan sonra Xaliqə zəng edib demişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 aya yaxındır Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 78 ünvanda fəaliyyət göstərən “Park Plus” ticarət mərkəzinin qarşısında nəzarətçi işləmişdir. Buna görə də yaxınlıqdakı obyekt işlədən şəxslərin bir çoxlarını tanımışdır. Onlardan biri də yaxınlıqda ət mağazasını işlədən Təqsirləndirilən şəxsdur ki, Orxanla münasibəti normaldır, aralarında hər hansı borc, alış veriş və ya şəxsi qərəzliyi yoxdur. O, işlədiyi qeyd olunan yerə gələndə özünə məxsus idarə etdiyi “Mitsubishi Mirage” markalı, 68- BX-929 dövlət nömrə nişanlı avtomobili “Park Plus” ticarət mərkəzinin qarşısında saxlamış və axşamlar işlərin sonunda avtomobillə yaşadığı evə gəlmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə işdə olan zaman özünə məxsus qeyd olunan avtomobilini “Park Plus” Ticarət Mərkəzinin qarşısında saxlamışdır. Artıq xx.xx.2025-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində havanın qarlı olması səbəbindən maşına yaxınlaşıb avtomobilin üzərində olan qarları təmizləmiş, maşını işlək vəziyyətə gətirmiş və isinməsini gözləmişdir. Maşından düşərək “Park Plus” ticarət mərkəzinin ikinci mərtəbəsinə qalxmış, digər nəzarət etdiyi obyektləri yoxlayandan sonra avtomobilə əyləşib getmək üçün həyətə düşmüşdür. Lakin, həyətə düşdükdə avtomobilinin yerində olmadığını aşkarlamışdır. Ətrafa nəzər salıb maşını axtarsa da, tapa bilməmişdir. Bu zaman orada gözətçi işləyən Etibar adlı şəxsdən maşını soruşmuş, Etibar bildirmişdir ki, Orxan adlı qəssab maşını sürüb getmişdir. Belə olduqda o, Orxana məxsus mobil telefona dəfələrlə zəng etsə də, Orxan zənglərə cavab verməmişdir. Bir qədər sonra yenə maşını yaxınlıqda axtarmağa başlamış, lakin tapa bilməmişdir. Təxminən bir saatdan sonra Orxan özü ona zəng edib bildirmişdir ki, avtomobillə Bakıxanov qəsəbəsində qəza törətmişdir. Sonradan o, maşının olduğu yerə getmiş və bu barədə Orxana iradını bildirmişdir. Orxan hətta etdiyi hərəkətinə bəraət qazandıraraq maşını təmir etdirəcəyini demişdir. Maşını ustaya aparmış və 4000- 4500 manat arası xərci olduğunu bildirmişdir. Orxan usta ilə danışıb maşının bütün xərclərini ödəyəcəyini demişdir. Maşını ustadan götürə bilməmiş, buna səbəb Orxanın ustanın pulunu verməməsi olmuşdur. Orxandan maşını düzəltdirməsini tələb etməyinə baxmayaraq düzəltdirmədiyi üçün o, məcbur qalıb polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs heç vaxt onun avtomobilini idarə etməmişdir. O, heç vaxt özünə məxsus avtomobili sürməsi üçün Təqsirləndirilən şəxs razılıq verməmişdir. Qeyd olunan tarixdə də Orxana maşını sürməsi üçün icazə verməmiş və Orxan da bu barədə ondan icazə istəməmişdir, Orxan da bu barədə ümumiyyətlə ona müraciət etməmişdir. Orxan avtomobili məndən icazəsiz işlək vəziyyətdə olan zaman götürüb sürüb qaçırmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01 radələrində ona məxsus avtomobili sürüb aparan zaman görməmiş, həmin vaxtı o, maşını işlək vəziyyətə gətirib isinməsini gözləmiş və isinənə qədər “Park Plus” ticarət mərkəzinin yuxarı mərtəbələrindəki nəzarət etdiyi obyektlərə bir daha nəzər salmaq üçün qalxmışdır. Onun maşını işlək vəziyyətə gətirib yuxarı mərtəbəyə qalxıb və yenidən maşının yanına qayıdıb gəlməyi 10-15 dəqiqə çəkmişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvandır (i.v.5-7). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 03 mart 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mitsubishi Mirage” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ qanadı dəyişdirilib, çaşka dəyişdirilib, ön buferdə, sağ fara üzərində təmir işləri görülüb, qabaq sağ təkər və diski zədələnib. Maşın hazırda təmirdədir (i.v.8-9). “Baxış keçirilməsi haqqında” 03 mart 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yer üzrə hərəkət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsinə gəlib çatır. Vətəndaş Təqsirləndirilən şəxs orada yol kənarındakı səkini göstərib bildimişdir ki, qeyd olunan tarixdə avtomobili qaçırdıqdan sonra hazırda qarşısında dayandığı səkiyə çırpmışdır. Hadisə yerinə baxış keçirən zaman səkinin üzərində, səkidən bir qədər aralıda olan dəmir barmaqlıqların üzərində hər hansı zədə işləri aşkar edilməmişdir(i.v.13-14). 06 mart 2025-ci il tarixli "xxxx" MMC-nin “Daşınar əmlakın qiymətləndirmə aktından” görünür ki, “Mitsubishi Mirage” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 15535 manat, avtomobilə dəymiş zərər məbləği 1655 manat, avtomobilin zərər çıxılmaqla yekun dəyəri 13880 manat müəyyən olunmuşdur(i.v.23-35). 24/2025 saylı xx.xx.2025-ci il tarixli hesab fakturadan görünür ki, hesabat üzrə xidmət haqqı 300 manat təşkil edir(i.v. 84). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 05 may 2018-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş, Tərtər RPŞ-nin 05 may 2018-ci il tarixli qərarı ilə məhkəməyədək sadələşdirilmiş icraat materialınin icraatına xitam verilmişdir(i.v. 67-68). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Tərtər Rayon Polis Şöbəsinin 11 aprel 2025-ci il tarixli 3-13-113/2-6239/2025 saylı məktuba əlavə edilmiş 05 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə zərəçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti olmadığından xitam verilmişdir. Ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs şikayət üzrə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat formasında araşdırılmasına etiraz etmirlər(i.v. 18-19). Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışı zamanı verilmiş ərizədən görünür ki, ona vurulmuş zərər tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 185.1-ci maddəsinə tövsif edilmiş və toplanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədən sadələşdirilmiş icraat materialı məhkəməyə göndərilməsindən ötrü Sabunçu rayon prokurorluğuna təqdim edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1 maddəsi ilə nəzərdə tutulmuş əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmiş, xx.xx.2025-ci il tarixli “Daşınar Əmlakın Qiymətləndirilmə Akt”-ı iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilərək materiala əlavə edilmiş, vət. Zərərçəkmiş şəxs qismində tanınması nəzərə alınmışdır (i.v. 69-61). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında dörd cəza növü nəzərdə tutulmuşdur(cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, 24/2025 saylı xx.xx.2025-ci il tarixli hesab faktura üzrə mütəxəssisə ödənilməli xidmət haqqı 300 manat Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı sərf etdiyi 25 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 5 iş saatına, cəmi 30 iş saatına görə 6 manat hesablanmaqla 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs 300 manat tutularaq "xxxx" MMC-nin hesabına “Hesablaşma hesabı: AZ40ACAB********************, Accessbank QSC kod 507309, VÖEN **********1, m/h AZ10NABZ********************, SWİFT:ACABAZ22, müştəri kodu **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-277/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-277/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver