Məhkəmə qərarları › İş №1(008)-278/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-278/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-278/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - X1нун, Zərərçəkmiş şəxs2нун, Zərərçəkmiş şəxs4 оьлунун, Zərərçəkmiş şəxs5нун, Zərərçəkmiş şəxs6нун və Zərərçəkmiş şəxs8, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Lerik rayonuнун Birkandul kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəсi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2019-cu il saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən hasara alınmış torpaq sahəsinin hasarından aşaraq, qanunsuz olaraq həyətə düşmüş, özü ilə gətirdiyi dəmir linglə 1200 manat dəyərində həyət darvazasını söküb, gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 cəmi 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən təmirsiz evin hasarından aşaraq qanunsuz olaraq həyətə düşmüş, özü ilə gətirdiyi dəmir linglə 800 manat dəyərində evin həyət darvazasını söküb, gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evin hamamın nəfəsliyindən yaşayış sahəsinə qanunsuz olaraq hamamdan 800 manat dəyərində “Samsung” markalı paltaryuyan maşını, 3 ədəd hərəsi 50 manat dəyərində uşağın çimizdirməsi üçün nəzərdə tutulmuş plastmas vannaları, mətbəxdən 450 manat dəyərində “Çinar” markalı 2 kameralı soyuducunu, 600 manat dəyərində qab-qacaqları, 4 ədəd hərəsi 50 manat dəyərində dəmir qazanları, 1 ədəd Çin istehsalı olan 50 manat dəyərində elektrik çaydanı, 2 ədəd hərəsi 100 manat dəyərində elektrik ütünü, 3 ədəd hərəsi 150 manat dəyərində ət çəkən maşını, qonaq otağından hərəsi 80 manat dəyərində 6 ədəd taxta oturacağı, 300 manat dəyərində 3x4 metrə ölçüdə yerli istehsallı xalçanı, həmin otaqdan hərəsi 15 manat dəyərində 11 ədəd yaşıl rəngli plastmasdan olan oturacaqları, həmin otaqdakı iki divanın alt hissəsindən 300 manat dəyərində 2 gödəkçə və 2 dəst idman formalarından ibarət qış paltarları, həmin otağın girəcəyində sağ tərəfdə olan kağız qutusunun içərisindən hər cütü 150 manat olan 2 cüt rolikləri, həmin otağın divarüstü rəflərin üzərində olan hərəsi 100 manat dəyərində 2 ədəd oğlan və qızın təsvirindən ibarət keramik fiqurları, evin yataq otağından 3 ədəd hərəsi 50 manat dəyərində çemodanla birlikdə içərisindəki 400 manat dəyərində geyim əşyaları, həmin otaqdakı dolabın içərisindən 2 dəst hərəsi 500 manat dəyərində “Detch” markalı şalvar və pencəyini, həmin dolabdan 150 manat dəyərində axşam paltarları, digər yataq otağından bir ədəd 130 manat dəyərində “Panasonik” markalı vetnilyatoru, hərəsi 125 manat dəyərində 2 ədəd elektriklə işləyən “Geepas” markalı yağ radiatorları, hərəsi 2 manat dəyərində 30 ədəd 1 litr tutumlu bankalarda olan meyvə kompotları, 05 ədəd 1 litr tutumlu bankalarda çiyələkdən olan, 05 ədəd 1 litr tutumlu bankalarda ərik və şaftalıdan olan mürəbbələri, 2 ədəd hərəsi 80 manat dəyərində ayı təsvirində yumşaq oyuncaqları, 1 ədəd 3x4 metr ölçüdə 250 manat dəyərində xalçanı, digər yataq otağındakı paltar dolabından 300 manat dəyərində donu, 5 ədəd hərəsi 100 manat dəyərində koftaları, həmin dolabdan 150 manat dəyərində örtüyü, hərəsi 120 manat dəyərində iki otağın pərdəsini, otaqdakı çarpayının üstündə olan 90 manat dəyərində yun döşəkləri, 1500 manat dəyərində büllur qabları, 1 ədəd 200 manat dəyərində “Bosch” markalı buxarla işləyən ütünü, bağ evinin bayır hissəsində hamama bitişik şəkildə quraşdırılmış üzərindəki 50 manat dəyərində reduktorla birlikdə 120 manat dəyərində qaz balonunu gizli talayıb Zərərçəkmiş şəxs5 cəmi 10365 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 982A saylı bağ evində heç kimin olmadığını müəyyən etdikdən sonra hasardan aşaraq həyətə düşmüş, həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını söküb, plastik pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin divarına bərkidilmiş 640 manat dəyərində elektrik naqillərini, bir ədəd 70 manat dəyərində laqondanı, bir ədəd 45 manat dəyərində elektrik samovarını və 35 manat dəyərində elektrik avtomatlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 790 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən təmirsiz evin hasarından aşaraq qanunsuz olaraq həyətə düşmüş, özü ilə gətirdiyi dəmir linglə 700 manat dəyərində evin həyət darvazasını və 700 manat dəyərində qaraj darvzasını söküb, gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Albalılıq aşayış massivində yerləşən 789 saylı bağ evinin hasarında aşaraq həyətə düşmüш, evin giriş qapısının kilidini sındırmaqla оradan qanunsuz olaraq evə daxil olaraq evdən bir ədəd 300 manat dəyərində “Shivaki” markalı balaca ölçülü soyuducunu, 100 manat dəyərində 1 dəst plastmas stol-stulu (6 ədəd plastmas stul, 1 ədəd masa), 1 ədəd 100 manat dəyərində ümumilikdə 600 manat dəyərində 6 ədəd mebel yumşaq stulunu, 1 ədəd 100 manat dəyərində yağla işləyən radiatoru, 1 ədəd 50 manat dəyərində ütünü, 1 ədəd 100 manat dəyərində laqondanı, 1 ədəd 200 manat dəyərində Samsung markalı duos mobil telefonu, 1 ədəd 40 manat dəyərində dəmir nərdivanı gizli yolla talayıb, Zərərçəkmiş şəxs6 cəmi 1490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cу il saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən təmirsiz evin hasarından aşaraq qanunsuz olaraq həyətə düşmüş, özü ilə gətirdiyi dəmir linglə 650 manat dəyərində evin həyət darvazasını söküb, gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 cəmi 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evində heç kimin olmadığını müəyyən etdikdən sonra hasardan aşaraq həyətə düşmüş, həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını söküb, plastik pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən bir ədəd 1500 manat dəyərində “İmmergas” markalı kombi aparatını, üç ədəd hər biri 120 manat dəyərində ümumilikdə 360 manat dəyərində kombi aparatının radiatorunu, bir ədəd 500 manat dəyərində elektrik qaynaq aparatını, bir ədəd 200 manat dəyərində taxta kəsən elektrik mişarını, bir ədəd 150 manat dəyərində preferatoru, iki ədəd hər biri 150 manat dəyərində ümumilikdə 300 manat dəyərində laqondanı, bir ədəd 100 manat dəyərində dreli, bir ədəd 120 manat dəyərində plastmas borunu qaynaq edən ütünü, bir ədəd 150 manat dəyərində od samovarı, bir ədəd 20 manat dəyərində qaz balonunu, bir ədəd 120 manat dəyərində su mоtorunu, bir ədəd 120 manat dəyərində elektrik vint açanı və iki ədəd hər biri 10 manat dəyərində ümumilikdə 20 manat dəyərində işıq lampalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 оьлуна cəmi 3660 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərин ifadəsi, işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyətinin pis olması səbəbindən oğurluq etmək qərarına gəlmiş, əlverişli şəraitdə oğurluq etmək məqsədilə xx.xx.2019-cu il saat 23 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən bağ evlərindən birinin işığının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, buna görə də, hasardan aşaraq həyətə düşmüş və evin həyətində olan armatur parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını sökərək oradan evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra evdən bir ədəd laqonda, bir ədəd elektrik samovarını və bir neçə ədəd elektrik avtomatlarını özü ilə gətirdiyi torbaya yığaraq oradan çıxıb getmişdir. Oğurladığı əşyaları xx.xx.2019-cu il saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarında” ümumilikdə 80 manata tanımadığı şəxsə özünə məxsus olduğunu bildirərək satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə, saat təxminən 01 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evlərindən birinin işığının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, evin daş hasarından aşaraq həyətə düşmüş və evin həyətində olan dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını sökərək oradan evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra bir ədəd kombi aparatını, 3 ədəd kombi aparatının radiatorlarını, bir ədəd dreli, bir ədəd laqondanı, bir ədəd preferatoru, bir ədəd elektrik mişarını, bir ədəd qaynaq aparatını, bir ədəd plastmas qaynaq edən ütünü, bir ədəd samovarı və bir ədəd qaz balonunu götürüb evin həyətinə yığmış, daha sonra oradan çıxaraq yoldan keçən taksiyə minib “Neftçilər” metro stansiyasının yaxınlığına getmişdir. Təxminən saat 04 radələrində “Reno” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinə yaxınlaşıb ona bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən evində əşyalar var onları 8-ci km bazarına aparmaq lazımdır. Həmin taksi sürücüsü ondan 25 mаnat xidmət haqqı alacağını bildirmiş, o isə 22 manat verə biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmış və onlar həmin avtomobil ilə oğurluq etdiyi Sabunçu rayonu, Albalılıq yaşayış massivinə yerləşən evinə getmişlər. Qeyd olunan bağ evinə çatdıqdan sonra o, taksidən düşüb, həyətə yığdığı oğurluq malları takisiyə yükləmişdir. Təxminən 1 km məsafə getdikdən sonra ərazidə xidmət aparan polis əməkdaşları onları saxlamış və sürücüdən avtomobildə nə olduğunu soruşmuşlar. Sürücü onlara bildirmişdir ki, avtomobilidə müştərinin əşyaları var. Polis əməkdaşları avtomobilin yük yerinə baxdıqdan sonra onlara birlikdə polis bölməsinə getməli olduqlarını bildirmiş və onların avtomobilinə minmişdir. Polis bölməsinə getdikləri zaman o, avtomobildən düşərək qaçmış, daha sonra yaşadığı evə getmişdir. İttiham aktında xx xxxxxx 2019-cу il saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə, xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Albalılıq aşayış massivində yerləşən 789 saylı bağ evində, xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə, xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evində, xx xxxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə, xx xxxxxxxx 2019-cu il saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi гясябясиндяки сащядя baş vermiş oğurluq hadisələrinin onun tərəfindən törədildiyi qeyd olunsa da, o, həmin oğurluq hadisələrini törədilməmişdir. Polis əməkdaşları tərəfindən dəfələrlə döyülməsi nəticəsində özünə qarşı izahat verib hansısa sənədləri imzalamışdır. О, иттищамда эюстярилян оьурлуг щадисяляринин баш вердийи вахтларда яввялки щюкмя ясасян Пенитенсиар Хидмятин 14 сайлы Мянтягя типли Ъязачякмя Мцяссисясиндя гейдиййатда олмасына бахмайараг мцяссисянин Елхан адлы ямякдашына айда 100 манат пул вермякля фактики ъяза чякмямиш вя евдя олмушдур. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yarımtəmirli vəziyyətdə olan evi vardır və həmin evdə hal-hazırda təmir işləri aparılır. Sonunъu dəfə, o, xx.xx.2020-ci il tarixdə həmin evdə olmuş, xx.xx.2020-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları ona zəng edərək evindən oğurluq edilməsi barədə məlumat vermişlər. O, özünə məxsus evə getdiyi zaman darvaza qapısının və evin pəncərəsinin dəmir barmaqlığını açıq olduğunu görmüşdür. Evə daxil olaraq evi nəzərdən keçirmiş, evdən bir ədəd 1500 manat dəyərində “İmmergas” markalı kombim aparatının, üç ədəd hər biri 120 manat dəyərində kombi aparatının radiatorunun, bir ədəd 500 manat dəyərində elektrik qaynaq aparatının, bir ədəd 200 manat dəyərində taxta kəsən elektrik mişarının, bir ədəd 150 manat dəyərində preferatorun, iki ədəd hər biri 150 manat dəyərində laqondanın, bir ədəd 100 manat dəyərində drelin, bir ədəd 120 manat dəyərində plastmas borunu qaynaq edən ütünün, bir ədəd 150 manat dəyərində od samovarının, bir ədəd 20 manat dəyərində qaz balonunun oğurlandığını müəyyən etmiş, bu barədə 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Еvindən oğurluq edən şəxs əşyaları taksи ilə aparan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, lakin oğurluğu törədən adam qaçıb getmişdir. Daha sonra, o, evi nəzərdən keçirən zaman bir ədəd 120 manat dəyərində su mоtorunun, bir ədəd 120 manat dəyərində elektrik vint açaныn və iki ədəd hər biri 10 manat dəyərində işıq lampalarının da oğurlandığı aşkar etmişdir. Baş vermiş oğurluq zamanı ona 3640 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 982A nömrəli bağ evi ona məxsusdur. xx.xx.2019-cu il səhər saatlarında bağ evinə gəldiyi zaman evin pəncərəsinin dəmir barmaqlığının söküldüyünü, pəncərənin açıq olduğunu görmüşdür. O, evə daxil olmuş və baxış keçirdikdən sonra müəyyən etmişdir ki, evin divarına bərkidilmiş təxminən 640 manat dəyərində elektrik naqilləri, bir ədəd 70 mamat dəyərində laqonda, bir dədə 45 manat dəyərində elektrik samovarı, 35 manat dəyərində elektrik avtomatları oğurlanmış вя o, baş vermiş hadisə barədə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə müraciət etmişdir. Evin edilmiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 790 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, yeni yaşayış massivində iki mərətəbli yeni tikilmiş fərdi yaşayış evi vardır. Həmin evdə təmir işləri aparılır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə o, həmin evdə olmuş və oradan hansısa əşyanın oğurlanmasını aşkar etməmişdir. xx.xx.2019-cu il saat 15 radələrində həmin evə baxmağa gələn zaman evin həyət darvazasının oğurlandığını aşkar etmiş, bununla bağlı o, dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və daha sonra Saunçu RPİ-nin 15-ci polis bölməsinə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evi ona məxsusdur. 2019-cu ilin avqust ayının axırlarında ailəsi ilə birlikdə özünə məxsus Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzilə köçmüşdür. xx xxxxxxxx 2019cu il saat 15 radələrində qonşusu Elbəy ona zəng vuraraq bağ evimin darvazasının açıq vəziyyətdə olduğunu, evin həyətindən ağ rəngli “QAZ 24” markalı, nömrəsiz avtomobilin çıxdığı zaman Əmirxan adlı digər qonşusu ilə birlikdə həmin avtomobilin qarşısını kəsərək avtomobilin salonundan ona məxsus 2 skamyanın çuqun tərkibli 6 hissələrini götürdüklərini, sürücünün isə avtomobili ilə birlikdə oradan çıxıb uzaqlışdığı demişlər. О, dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və özünə məxsus bağ evinə getmişdir. O, bağ evinə çatdığı zaman polis əməkdaşları orada olmuş, həyətin darvazasının asma qıfılının qırılmış vəziyyətdə, darvazanın isə açıq olduğunu görmüşdür. O, həyətə daxil olduğu zaman orada olmuş 3 skamyadan 2-nin taxtalarının və çuqun tərkibli hissələrinin evin qarşısındakı hissədə, 1 skamyanın taxtalarının isə evin arxasındakı hissədə olduğunu görmüşdür. O, müəyyən etmişdir ki, 1 skamyanın çuqun hissələri naməlum şəxslər tərəfindən sökülərək oğurlanmışdır. Digər iki skamyanın çuqun hissələrin talanmasının qonşularımın səyi nəticəsində qarşısı alınmışdır. Bundan sonra o, bir neçə dəfə özünə məxsus bağ evinə gedib-gəlmiş və eyni zamanda darvazaya başqa qıfıl asmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində qonşusu Əmirxanın nəvəsi həyat yoldaşına zəng vuraraq yenidən evlərinə kimlərinsə daxil olub oğurluq etmələri barədə məlumat vermişdir. O, dərhal DİN-nin 102 məlumat xidmətinə hadisə barədə məlumat vermişdir. Bağ evinin qarşısına çatdığı zaman qıfılın sındırıldığını, darvazanın giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, əməliyyat qrupu ilə birlikdə evin həyətinə daxil olmuş, evin seyf giriş qapısının açıq olduğunu, qapının iç üzlüyünün və kilid sisteminin içəridən qırılmış vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqdan ətrafa nəzər yetirmiş, naməlum şəxs və ya şəxslərin evə hamamın nəfəsliyindən daxil olduqlarını müəyyən etmişdir. Evin bütün yaşayış və qeyri yaşayış sahəsində evin əşyaları dağılmış vəziyyətdə olmuşdur. Evə baxış keçirdikdən sonra ona məlum olmuşdur ki, hamamdan 800 manat dəyərində Samsung markalı paltaryuyan maşın, 3 ədəd hər biri 50 manat dəyərində plastmass vannalar, mətbəxdən 450 manat dəyərində “Çinar” markalı 2 kameralı soyuducu, 600 manat dəyərində qab-qacaqlar, 4 ədəd hər birinin dəyəri 50 manat olan dəmir qazanlar, Çin istehsalı olan markasını xatırlamadığı 50 manat dəyərində elektrik çaydan, 2 ədəd markasını bilmədiyi hər birinin dəyəri 100 manat olan elektrik ütü, 3 ədəd markalarını bilmədiyi hər birinin dəyəri 150 manat olan ətçəkən maşın, qonaq otağından hər birinin dəyəri 80 manat olan 6 ədəd taxta oturacaq, 300 manat dəyərində 3x4 metrə ölçüdə yerli istehsallı xalça, otağın küncündə yığdığı hər birinin dəyəri 15 manat olan 11 ədəd yaşıl rəngli plastmasdan olan oturacaqlar, hər birinin dəyəri 300 manat olan 2 ədəd gödəkçə və 2 dəst idman formalarından ibarət qış paltarları, otağın girəcəyində sağ tərəfdə olan kağız qutusunun içərisindəki nəvəsinə aldığı hər cütü 150 manat dəyərində olan 2 cüt roliklər, otağın divarüstü rəflərinin üzərində olan ona məxsus hərəsi 100 manat dəyərində 2 ədəd oğlan və qızı təsvirindən ibarət keramik fiqurlar, oğlunun yataq otağından 3 ədəd hər birinin dəyəri 50 manat çemodanla birlikdə içərisindəki 400 manat dəyərində oğluna aldığı geyim əşyaları, həmin otaqdakı dolabın içərisindən oğluna aldığı hər birinin dəyəri 500 manat olan 2 dəst Detch markalı şalvar və pencək, həmin dolabdan gəlininə məxsus 150 manat dəyərində paltarlar, orta yataq otağından bir ədəd 130 manat dəyərində “Panasonic” markalı ventilyatoru, hər birinin dəyəri 125 manat olan 2 ədəd elektriklə işləyən “Geepas” markalı yağ radiatoru, 30 ədəd 1 litr tutumlu bankalarda olan, hərəsi 2 manata hesabladığı evdə bağlanmış meyvə kompotları, 05 ədəd 1 litr tutumlu bankalarda çiyələkdən olan, 05 ədəd 1 litr tutumlu bankalarda isə ərik və şəftalı mürəbbələri, qızma aldığı 2 ədəd hərəsi 80 manat dəyərində ayı təsvirində yumşaq oyuncaqları, 1 ədəd 3x4 metr ölçüdə 250 manat dəyərində Gəncə xalçası, onun yataq otağındakı paltar dolabından qızının xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş toy məclisində geyinmək üçün yoldaşına 300 manata aldığım don, 5 ədəd hərəsi 100 manat dəyərində yoldaşına aldığı koftalar, həmin dolabdan hərəsi 150 manat dəyərində örtük, hərəsi 120 manat dəyərində iki otağın pərdəsi, otaqdakı çarpayının üstündə olan hərəsi 90 manat dəyərində yeni alınmış yun döşəklər, qızının cehizinin bir hissəsi olan 1500 manat dəyərində Xrustal qablar və 200 manat dəyərində Bosch markalı buxarla işləyən ütünün, həmçinin də evin bayır hissəsində hamama bitişik şəkildə quraşdırılmış üzərindəki 50 manat dəyərində reduktorla birlikdə 120 manat dəyərində qaz balonun oğurlanmasını aşkar etmişdir. Bundan əlavə o, evin giriş qapısının bərpasına və evin darvazasının asma qıfılın alınmasına 180 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 bağ sahəsi, 789 nömrəli bağ evinдя sonuncu dəfə xx xxxxxx 2019-ъу il tarixində olmuş, xx.xx.2019-cu il saat 10 radələrində bağa gəldiyi zaman müəyyən etmişdir ki, hasardan keçərək naməlum şəxs evin qapısının dəmir kilidini, plastik qapısının kilidini sındırmaqla evə daxil olmuş və evdən oğurluq etmişdir. Evə baxış keçirdiyi zaman müəyyən etmişdir ki, ona məxsus 300 manat dəyərində “Shivaki” markalı balaca ölçülü soyuducu, 1 komplekt stol-stul 100 maant dəyərində, biri 100 manat olan 6 ədəd mebel yumşaq stul, ümumilikdə 600 manat dəyərində, 1 ədəd 100 manat dəyərində yağla işləyən radiator, 50 manаt dəyərində 1 ədəd ütü, 100 manat dəyərində 1 ədəd laqonda, l ədəd Samsung markalı duos **********57667 imei kodlu 200 manat dəyərində mobil telefon, 40 manat dəyərində dəmir nərdivan oğurlanmışdır. Hadisə nəticəsində ona 1490 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayaış massivində bir mərətəbli yeni tikilmiş fərdi yaşayış evi vardır. Sonuncu dəfə xx xxxxxx 2019-cу il tarixdə o, həmin evdə olmuşdur. xx.xx.2019-cu il səhər saat 09 radələrində həmin evlə qonşuluqda yaşayan adını bilmədiyi şəxs ona zəng vuraraq evin həyət darvazasını yerində olmadığını ona bildirmişdir. O, həmin ünvana getmiş və evin həyət darvazasının oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci polis bölməsinə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ona 650 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində iki mərətəbli yeni tikilmiş fərdi yaşayış evi vardır. Həmin ev təmirsizdir və həmin evdə heç kim yaşamır. xx xxxxxx 2019-cu il tarixdə oğlu Kamil Əliyev həmin evə nəzərdən keçirən zaman evin giriş darvazasının və qarajın darvazasının oğurlandığını aşkar etmiş və bu barədə ona xəbər vermişdir. Həmin vaxtı o, Naxçıvan MR-da olduğu üçün oğlu Kamil Əliyevə demişdir ki, baş vermiş hadisə barədə polisə məlumat versin. Kamil də həmin hadisə ilə bağlı 15-ci polis bölməsinə ərizə yazmışdır. O, özü də həmin evə gələn zaman evin bir ədəd 700 manat dəyərində giriş darvazasın və bir ədəd 700 manat dəyərində həyət darvazasının oğurlandığını müəyyən etmiş, ona ümumilikdə 1400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən ona məxsus 5 sot boş torpaq sahəsinə dörd tərəfi hasara alınmış, hasara quraşdırılmış eni 4 metr hündürlüyü 3,5 olan şabalıdı rəngli iki laydan ibarət 1 ədəd 1200 manat dəyərində dəmir darvazanı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin xx.xx.2019-cu il tarixli 073-34592-1219 №-li, məktubu vasitəsi ilə, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq y/m 376 saylı bağ evi ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2019-cu il tarixdə DİN-in KTlyə daxil olmuşdur. Həmin əl izləri KTl-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bazasına BƏSİİ-dən daxil ojan) xx.xx.1986-cı il tarixdə Lerik rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin baş barmağı ilə eynilik təşkil etmişdir. Cinayət işinin 1-ci cildinin 98-101-ci vərəqəsində olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-97/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə olma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 146-154-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2017 saylı, xx xxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 247-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 75 (yetmiş beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 262-264-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4113 saylı rəyindən görünür ki, bir ədəd üzrəində “İmmerqaz EOLO STAR 24 4E” markalanması olan, karton qutuya qabşaldırılmış təzə kombi aparatı 1000 manat; bir ədəd üzərində “Aluminevie i derevo rezki, 1400 vt, 210 mm, 5000min” markalanması olan, karton qutuya qablaşdırlmış təzə elektrik sirkul mişarı 220 manat; bir ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş qaz balonu 25 manat; -bir ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş, təxminən 7 L su tutumlu olan od samovarı 120 manat; 3 ədəd eni 80 sm olan karton qutuya qablaşdırılmış təzə radiator, 210 manat; bir ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş, plastmas boruları bir-birinə yapışdıran ütü 20 manat; bir ədəd üzərində “Zubr EDA-18-KN” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş drel 35 manat; bir ədəd üzərində “Ciaxtion 30 S1600v” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş preferator 40 manat; bir ədəd üzərində “Siemens”, 115 mm” markalanması olan, xarici görünüşünə görə uzun müddət istismar olunmuş laqonda 25 manat; bir ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 220v ilə işləyən qaynaq aparatı 100 manatdır. Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və elektrik avadanlıqlarının satışı mağazarında mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin hazırkи vəziyyətdə, xx xxxxxx 2020ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti təxminən 1795 manat müəyyən olunur. Cinayət işinin 1-ci cildinin 265-266-cı vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanan 01 ədəd "İmmergas" markalı kombi aparatı, 01 ədəd elekterik mişarı, 01 ədəd qaz balonu, 01 ədəd od samovarı, 03 ədəd kombi aparatının radiatoru, 01 ədəd qaynaq ütüsü, 01 ədəd drel, 01 ədəd pereferator, 01 ədəd laqonda və 01 ədəd qaynaq aparatı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 217-219-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli 20/200R saylı rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evində baş vermiş oğуruluq faktı ilə əlaqədar hadisə yerinin müayinə zamanı götürülmüş 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.1986-cı il tarixdə Lerik rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izinin DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əskləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 223-238-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan zərf maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 142-144-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli tələbnamədən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penиtensiar Xidmətin 14 saylı X2 Müəssisəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə müəssisəyə daxil olmuş və qeydiyyata alınmış, təkrar cinayət törətməsi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə isə müəssisənin qeydiyyatından çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs müəssisədə çəkilməmiş qalan cəzası 03 (üç) ay 24 (iyirmi dörd) gün təşkil edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəсi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəсi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs «…xx xxxxxx 2019-cу il saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə, xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Albalılıq aşayış massivində yerləşən 789 saylı bağ evində, xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə, xx xxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evində, xx xxxxxxx 2019-cu il saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə, xx xxxxxxxx 2019-cu il saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi гясябясиндяки сащядя baş vermiş oğurluq hadisələrinin onun tərəfindən törədildiyi qeyd olunsa da, o, həmin oğurluq hadisələrini törədilməmişdir. Polis əməkdaşları tərəfindən dəfələrlə döyülməsi nəticəsində özünə qarşı izahat verib hansısa sənədləri imzalamışdır» deməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərин ifadələri, ekspertiza rəyləri və maddi sübutlarla tam təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi йухарыдакы ifadəsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, əksinə təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə тяряфиндян Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən щал ашкар едилмямиш, лакин əməlində cinayətin resedivi olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə məhkum olunduqdan sonra Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə zərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penиtensiar Xidmətin 14 saylı X2 Müəssisəsinə daxil olmuş və qeydiyyata alınmış, təkrar cinayət törətməsi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə isə müəssisənin qeydiyyatından çıxarılmış və чякилмямиш галан 03 ай 24 эцн ъязасы галмышдыр. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəсinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləcəyini nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəсində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2017 saylı, xx xxxx 2017-ci il tarixli ilə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 24 (iyirmi dörd) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanan 01 ədəd "İmmergas" markalı kombi aparatı, 01 ədəd elekterik mişarı, 01 ədəd qaz balonu, 01 ədəd od samovarı, 03 ədəd kombi aparatının radiatoru, 01 ədəd qaynaq ütüsü, 01 ədəd drel, 01 ədəd preferator, 01 ədəd laqonda və 01 ədəd qaynaq aparatının Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan zərf cinayət işi materiallarında saxlanılmalı, ekspertiza xərci 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəсi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2017 saylı, xx xxxx 2017-ci il tarixli ilə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 24 (iyirmi dörd) günü, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanan 01 ədəd "İmmergas" markalı kombi aparatı, 01 ədəd elekterik mişarı, 01 ədəd qaz balonu, 01 ədəd od samovarı, 03 ədəd kombi aparatının radiatoru, 01 ədəd qaynaq ütüsü, 01 ədəd drel, 01 ədəd preferator, 01 ədəd laqonda və 01 ədəd qaynaq aparatının Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində yerləşən 376 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan zərf cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar