Məhkəmə qərarları › İş №1(008)-279/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-279/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-279/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Balarza oğlunun iştirakı ilə 14 aprel 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küç., ev 24 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Əmianağa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Babayev Vilayət Əmianağa oğlu 2015-ci ilin iyun ayının ortalarında Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən çimərlikdə qanunsuz olaraq bir ədəd, Tula silah zavodunda 1949-cu ildə istehsal edilmiş, 16 kalibrli, «TOZ-B» modelli, çaxmaqlı, patronunun uzunluğu 70 mm olan «54292» nömrəli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan, odlu silah hesab edilən, atəş açmaq üçün yararlı olan, lülələri uyğun modeldən olan «44848» nömrəli tüfəngin lülələri ilə komplektləşdirilmiş qoşalüləli tüfəng-hamarlüləli (yivsiz) odlu silahı əldə edib qardaşı Şahid1 məxsus Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsinə qədər daşımış və həyətyanı sahədə torpağa basdırmaqla gizlədib saxlamış, Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində saxlanılaraq Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparılmış və onun iştirakı ilə qardaşı Şahid1 məxsus Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsinə axtarış keçirilən zaman həyətyanı sahənin hasarının qarşısında, daş parçalarının altında torpağa basdırılmış, ağ rəngli sellofana bükülmüş vəziyyətdə qanunsuz saxladığı bir ədəd, Tula silah zavodunda 1949-cu ildə istehsal edilmiş, 16 kalibrli, «TOZ-B» modelli, çaxmaqlı, patronunun uzunluğu 70 mm olan «54292» nömrəli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan, odlu silah hesab edilən, atəş açmaq üçün yararlı olan, lülələri uyğun modeldən olan «44848» nömrəli tüfəngin lülələri ilə komplektləşdirilmiş qoşalüləli tüfəng-hamarlüləli (yivsiz) odlu silah aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərəkifadəsində göstərmişdir ki, 2015-ci ildə təxminən iyun ayının ortalarında Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən çimərlikdə olan zaman bir ədəd sellofan torba diqqətini cəlb etmiş və torbaya baxan zaman onun içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng olduğunu görmüşdür. Odlu silahlara marağı olduğundan torbaya bükülmüş həmin tüfəngi götürərək, həmin gün qardaşı Şahid1 məxsus Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsində həyətyanı sahənin hasarının içəri tərəfdən qarşısında ağ rəngli sellofan torbaya bükülmüş vəziyyətdə toprağa basdırmışdır. Bu barədə heç kimə, eləcə də qardaşı Şahid1 heç nə deməmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun qanunsuz olaraq odlu silah əldə edilməsində, saxlanılmasında, daşınmasında şübhəli olduğunu bildirərək, onu 42ci Polis Bölməsinə dəvət etmişlər. Təklif ilə razılaşaraq həmin polis əməkdaşları ilə birlikdə 42-ci Polis Bölməsinə gəlmişdir. Polis əməkdaşları tərəfindən ona qardaşı Şahid1 məxsus, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsində axtarış keçiriləcəyi, axtarışın video çəkilişlə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Onun və polis əməkdaşlı ilə birlikdə Şahid1 məxsus Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinə yollanmışlar. Onlar həmin bağ evinə giriş darvazasının qarşısında olarkən təhqiqatçı yenidən bağ evinin həyətyanı sahəsində axtarış keçiriləcəyini, axtarışın video çəkilişlə aparılacağı bildirib, iştirakçılardan, o cümlədən, onun və Şahid1 etirazının olub-olmaması soruşulmuşdur. Onlar heç bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun və qardaşı İ.Ə. Babayevin iştirakı ilə Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsində axtarış keçirmişlər. Axtarış zamanı qardaşı Şahid1 bağ evinin həyətyanı sahəsinin hasarının içəri tərəfdən qarşısında, daş parçalarının altında torpağa basdırdığı, ağ rəngli sellofan torbaya bükülmüş bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah tüfəng aşkar edilmişdir. O, bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah tüfəngi həmin yerə özünün basdırdığını, həmin tüfəngin özünə məxsus olduğunu, qardaşının isə bundan məlumatı olmadığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq silah əldə etməsi, gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onlan, Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid4, T.A.Baxşalıyevdən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Məlumat əsasında saat 13:00 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə getmişlər. Onlar təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs küçədə gördükdə, ona yaxınlaşıb saxlamış, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etdikdə, həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, gizlətmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib, onu Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 42-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxsa onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılacağı izah edilərək, ondan hal şahidlərinin iştirakı ilə, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra onun barəsində iki nəfər hal şahidlərinin iştirakı ilə şəxsi axtarış başlayıb və ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs bu zaman üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən onun üzərində yoxlanış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə, həmin odlu silahı qardaşı Şahid1 məxsus yaşayış olmayan, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evində gizlətməsi barədə əsaslı şübhələr olduğu ona bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bunun həqiqət olmadığını, qanunsuz olaraq odlu silah gizlətmədiyini demişdir. Belə olduqda Təqsirləndirilən şəxs qardaşı Şahid1 işdə iştirakı üçün onu Polis Bölməsinə dəvət etmək məqsədilə Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə gələrək Şahid1 olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edib onu Polis Bölməsinə dəvət etmişlər. Şahid1 etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə gəlmiş, 42-ci Polis Bölməsində qardaşı Təqsirləndirilən şəxs ona məxsus Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M. Əliyev küçəsində yerləşən nömrəsiz bağ evində qanunsuz olaraq odlu silah gizlətməsi barədə əsaslı şübhələr olduğu bildirilmişdir. Şahid1 bu barədə heç bir məlumatının olmadığını deyib. Bundan sonra təhqiqatçı, təşkil olunmuş əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinə getmişlər. Həmin bağ evinin qarşısında iştirakçılara, o cümlədən, Təqsirləndirilən şəxs və Şahid1 həmin bağ evinin həyətyanı sahəsinə baxış keçiriləcəyi, baxışın videoçəkilişlə müdafiəçinin iştirakı olmadan aparılacağı barədə məlumat verilib, onlardan hər hansı etirazlarının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs və Şahid1 həmin bağ evinin həyətyanı sahəsinə videoçəkilişlə müdafiəçinin iştirakı olmadan baxışın keçirilməsinə etirazlarının olmadığını bildiriblər. Bundan sonra istintaq hərəkəti iştirakçıları həmin bağ evinin həyətyanı sahəsinə daxil olmuş, əməliyyat qrupunun üzvləri tərəfindən həyətyanı sahəyə axtarış başlanılmışdır. Həyətyanı sahənin torpaq örtüyü, hasarının dibləri yoxlanılmış, həyətyanı sahənin bəzi hissələrində torpaq örtüyü nisbətən yumşaq olduğu üçün o torpağı kürək vasitəsilə qazıb, lakin torpaq örtüyündə hər hansı əşya aşkar edilməmişdir. Daha sonra o həyətyanı sahəyə giriş qapısı ilə üzbəüz hasarın içəri tərəfdən qarşısında yığılmış daş parçalarının ətrafı və altı yoxlanılarkən daş parçalarının altında torpağa basdırılmış içərisində bərk əşya olan bir ədəd ağ rəngli sellofan paket aşkar edilmişdir. Həmin paketi çıxararaq torpaq örtüyünün üzərinə qoyub və paketi açmışlar. Paketi açdıqda içərisində odlu silaha, tüfəngə bənzər qəhvəyi rəngli taxtadan və paslanmış metaldan ibarət əşya aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin əşyanın nə olduğu və mənbəyi barədə soruşulduqda o, həmin əşyanın lüləsi və qundağı kəsilmiş odlu silah olduğunu etiraf edib, həmin odlu silahı 2015-ci ilin yay aylarında Nardaran qəsəbəsində yerləşən çimərlik ərazisindən tapdığını, odlu silahlara xüsusi marağının olduğunu, bu barədə qardaşı İnşallaha heç bir məlumat vermədən həmin bağ evin həyətyanı sahəsinə hasardan düşərək oldu silahın aşkar edildiyi yerdə, yəni hasarın dibində torpağa basdırdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baxşəliyev Tamerlan Arzu oğu və Şahid4 Ədalət oğlu Şahid2 oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evi ona məxsusdur və həmin bağ evində heç kim yaşamır. Bağ evində yaşayış olmadığından özü də oraya getmir. xx xxxxx 2020-ci il tarixdə, saat 13:15 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi,Abşeron küçəsində olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib və onu Polis Bölməsinə dəvət etmişlər. Onların dəvəti ilə razılaşaraq həmin polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində polis əməkdaşları tərəfindən onunla aparılan söhbətlər zamanı qardaşı Təqsirləndirilən şəxs ona məxsus Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən bağ evinin həyətyanı sahəsində odlu silah gizlətdiyini və onun iştirakı ilə həmin bağ evinin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər.Daha sonra onun,Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə bağ evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ona məxsus, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Hacı M.Əliyev küçəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsində hasarın qarşısında daş parçalarının altında torpağa basdırılmış vəziyyətdə ağ rəngli sellofana bükülmüş bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah, tüfəng aşkar edilmişdir. Qardaşı Təqsirləndirilən şəxs aşkar olunan odlu silahın özünə məxsus olduğunu, 2015-ci ildə çimərlik ərazisindən tapdığını və orada basdırdığını, lakin bu barədə heç kimə heç nə demədiyini bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya Qərarının 4 bəndinə əsasən cəza 06 aya endirilmiş, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 14 iyun 2017-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, X2 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli ekspert arayışıdan görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd 54292 №li silah, Tula silah zavodunda 1949-cu ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli lüləsi və qundağı kəsilmiş, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yisviz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfəninin kəsiyidir-obrezidir, odlu yivsiz silahdır.silah texniki cəhətdən szdır və atəş üçün yararlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3/243 saylı, xx xxxxx 2020-ci il tarixli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah tula silah zavodunda 1949-cu ildə istehsal edilmiş, 16 kalibrli, «Toz-B» modelli, çaxmaqlı, patronluğunun uzunduğu 70 mm olan «54292» №li, lülələri uyğun modeldən olan «44848» №li tüfəngin lülələləri ilə komplektlşdirilmiş qoşalüləli tüfəngdir-hamarlüləli (yivsiz) odlu ov silahıdır, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatlı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət əməlinitörətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş eskpertiza arayış, rəyi, videogörüntü və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsiilə düzgün tövsif dilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən-qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzasınəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını,onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətdiyi əməldən peşman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli, 02 saylı silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən silah dedikdə canlı qüvvəni və digər obyektləri, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvələrin və digər obyektlərin məhv edilməsində istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel2020-ci il tarixdə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh.,23). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Babayev X3 Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 58). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)184/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə 04 aprel2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (səh., 82). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən-qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Babayev X3 Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» aprel 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Əminağa oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ-in saxlanc anbarında saxlanılmış bir ədəd, Tula silah zavodunda 1949-cu ildə istehsal edilmiş, 16 kalibrli, «TOZ-B» modelli, çaxmaqlı, patronunun uzunluğu 70 mm olan «54292» nömrəli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan, odlu silah hesab edilən, atəş açmaq üçün yararlı olan, lülələri uyğun modeldən olan «44848» nömrəli tüfəngin lülələri ilə komplektləşdirilmiş qoşalüləli tüfəng-hamar lüləli (yivsiz) odlu silahı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcələlsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Babayev Vilayət Əminağa oğluna Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Babayev Vilayət Əminağa oğlu cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» aprel 2020-ci il tarixdən hesablansın. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00 00003944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ-in saxlanc anbarında saxlanılmış bir ədəd, Tula silah zavodunda 1949-cu ildə istehsal edilmiş, 16 kalibrli, «TOZ-B» modelli, çaxmaqlı, patronunun uzunluğu 70 mm olan «54292» nömrəli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan, odlu silah hesab edilən, atəş açmaq üçün yararlı olan, lülələri uyğun modeldən olan «44848» nömrəli tüfəngin lülələri ilə komplektləşdirilmiş qoşalüləli tüfəng-hamarlüləli (yivsiz) odlu silahı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar