Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-279/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, zərərçəkmiş şəxs – X6 (videokonfrans vasitəsi ilə), müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə yaşayan, barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “lalafo.az” internet səhifəsində guya 530 manata “İphone 11 Pro Max 512 Matte” markalı telefon satışı barədə yalançı elan yerləşdirdikdən sonra alıcı qismində elanda yerləşdirilmiş əlaqə vasitəsi +99***-***-**-** mobil nömrəsi ilə onunla əlaqə saxlamış X9 ilə telefonla danışıb özünü Aqşin Ağazadə kimi təqdim edib həmin şəxsə aid şəxsiyyət vəsiqəsinin şəklini göndərməklə həqiqətən telefon satdığına inandırıb onun etibarını qazandıqdan sonra özünün işdə olduğunu dəyərini “M10” ödəniş sistemi vasitəsi ilə ödədikdən sonra telefonu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Grandmart” adlı marketin yaxınlığında azyaşlı oğlundan götürə biləcəyini deyib aldadaraq təqdim etdiyi +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” mobil tətbiq hesabına 21 fevral 2024-cü il tarixdə saat 15:31-də ünvan 3 ünvanında yerləşən “Grandmart” adlı marketin içərisində olan “Milli Ön” elektron ödəmə terminalı vasitəsi ilə 530 manat pulun köçürülməsinə nail olub həmin pulu ələ keçirməklə zərərçəkmiş şəxs X8 530 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir cox restoran və şadlıq evlərində inzibatçı işləmiş və hazırda da həmin işini davam etdirir. O, 2024-cü ilin fevral ayında təcili pul lazım olduğu üçün sosial şəbəkdə mobil telefonların elanını yerləşdirmiş, onu ucuz satmaq fikrinə düşdüyü üçün bu istiqamətdə işlər görməyə başlamışdır. Bu məqsədlə də o, öz istifadəsində olan mobil telefonuna “lalafo” mobil tətbiqini yükləmiş və həmin tətbiqdə yerləşdirilmiş başqa elan səhifələrində gördüyü “İphone 11 pro Max, 512, Matte” mobil telefonunun bir neçə şəkillərini öz telfonuna yükləyərək, həmin şəkilləri özü üçün yaratdığı elan səhifəsinə qoymuş və 550 manata satmağı barədə məlumatlar yazmışdır. Bir neçə nəfər tanımadığı və yadında qalmayan mobil nömrələrdən ona zəng edərək 550 manatdan ucuz verməyini təklif etmişlər, lakin o, həmin şəxslər ilə razılaşmamışdır. O, telefon şəkli qoymaqda məqsədinin isə tanımadığı adamları aldatmaqla rahat yolla pul əldə etmək istəyinin olmasını bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə yerləşdirdiyi elanda telefonun qiymətini 530 manata endirdiyini və təcili satmağı barədə yazmışdır ki, elana baxan insanların diqqətini cəlb etsin. Həmin gün yəni 21 fevral 2024-cü il tarixdə günorta radələrində bir nəfər ona zəng edərək telefon barəsində maraqlanmış, maraqlanan şəxslərə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə şəxsiyyət vəsiqələrinin şəklini göndərməyi bildirdikdə həmin şəxslərdən bir neçəsi şəxsiyyət vəsiqələrinin şəkillərini göndərmişlər. O, da inandırıcı olmağı üçün X7 məxsus olan şəxsiyyət vəsiqəsinin şəklini özündə saxlamış və onunla danışan adamlara həmin tanımadığı şəxsin vəsiqəsini göndərmişdir. 21 fevral 2024-cü il tarixdə bir nəfər ona zəng edərək özünü X3 təqdim etmiş və telefonu almaq istədiyini bildirmişdir. O, da həmin şəxslə danışdıqdan sonra onu inandırmaq üçün X5 şəxsiyyət vəsiqəsini həmin şəxsin istifadəsində olan mobil nömrəyə göndərmişdir, daha sonra həmin şəxslə danışıb razılaşmışdır ki, telefonu əldə etmək üçün Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Grandmart” mağazasının yaxınlığına gəlsin, o, həmin şəxsə ***-***-**-** saylı mobil nömrəni qeyd edərək “m10” hesabına 530 manat pul göndərdikdən sonra 9 yaşlı uşağını həmin yerə göndərəcəyini və telofonu ona çatdıracağını bildirmişdir. Bundan sonra həmin şəxs onun “m10” hesabına 530 manat pul göndərmişdir. Bundan sonra pul onun hesabına oturan kimi o, həmin şəxsin telefon nömrəsini telefon siyahısında olan qara siyahıya salmış və nömrəni də qırıb atmışdır ki, həmin şəxs onunla əlaqə saxlaya bilməsin. Bundan sonra o, Binəqədi rayonunda yerləşən Nicat marketdəki, "xxxx" ASC-yə yaxınlaşmış və həmin pulu nağdlaşdırmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə “tap az” elan saytında “İphone 11 Pro Max” markalı mobil telefonun 530 manata satışı barədə elanı görmüşdür. Həmin elan onun diqqətini çəkdiyi üçün elanda qeyd olunmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Zəngə cavab verən şəxs özünü Aqşin Ağazadə kimi təqdim etmiş, həmin şəxsdən telefonu necə əldə edə biləcəyini soruşduqda, həmin şəxs ona Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Grandmart” adlı marketin yaxınlığına gəlməsini və orada görüşərək mobil telefonu alqı-satqısı etmələtini bildirmişdir. Bundan sonra o, həmin telefonla danışdığı şəxslə razılaşdıqdan sonra 21 fevral 2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Grandmart” adlı marketin yaxınlığına gedərək özünü Aqşin Ağazadə kimi təqdim edən şəxslə telefon əlaqəsi saxlamışdır. Danışıq zamanı həmin şəxs bildirdi ki, özü hazırda evdə yoxdur, ona göndərəcəyi “M10” hesabına mobil telefona görə nəzərdə tutulmuş 530 manat pulu köçürdükdən sonra övladı mobil telefonu gətirib ona verəcəkdir. O, həmin şəxsin dedikləri ilə razılaşaraq Zabrat qəsəbəsində yerləşən “Grandmart” adlı marketə daxil olub içərisində olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə özünü Aqşin Ağazadə kimi təqdim edən şəxsin ona göndərdiyi ***-***- **-** mobil nömrəsinə bağlı olan “M10” hesabına 530 manat pul vəsaitini köçürmüş və köçürmə ilə əlaqədar əldə etdiyi qəbzin fotoşəkilini həmin şəxsə “whatsapp” vasitəsi ilə göndərmişdir. Bundan sonra həmin şəxslə danışmaq üçün onun mobil telefon nömrəsinə zəng etdikdə həmin şəxsin onun mobil nömrəsini bloka qoyduğunu görmüş, onunla əlaqə saxlaya bilməmiş və başa düşdür ki, həmin şəxs onu aldadaraq 530 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Sonda zərərçəkmiş şəxs X9 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 43-45-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən “Grandmart” marketidir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin 85-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 113-115-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİnin İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilmləsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan «Qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X6 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X9 ilə barışmışdır, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir, həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə xüsusi ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə bildirir ki, hazırki cinayət işi üzrə əməl Təqsirləndirilən şəxs tərəfindən 21 fevral 2024-cü il tarixdə törədildiyinə görə, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin tələbləri Təqsirləndirilən şəxs münasibətdə nəzərə alına bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X9 ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X9 ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-279/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-279/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver