Məhkəmə qərarları › İş №1(008)-28/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-28/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-28/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özünə etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədi ilə əldə edərək saxlamış, habelə həmin dərman vasitələrinin satışını həyata keçirmiş, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları tamah və sair niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2016-cı il tarixdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 182/396Ş nömrəli əmrlə “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks Birliyi haqqında Əsasnamənin”nin 5.11-ci bəndinə əsasən şöbəyə rəhbərlik edərək onun fasiləsiz işini təşkil etmək, dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışını təşkil etmək və əldə olunmuş vəsaitlərin aidiyyəti üzrə köçürülməsini təmin etmək, şöbə üzrə tədbirlər planının işlənib hazırlanmasını təmin etmək və onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, hüquqi və fiziki şəxsləri, o cümlədən onların nümayəndələrini qəbul edərək onların şöbənin səlahiyyətlərinə daxil olan məsələlərlə əlaqədar müraciətlərinə baxılmasını təmin etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1800-013/0xxxx/000191 nömrəli müşayiət məktubu ilə hüquqi qiymət verilmədən qanunsuz olaraq Birliyin anbarına təhvil verilmiş və özünə etibar edilmiş daxili bazarda 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30.000 manat olan 5.000 (beş min) qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsini israf etməklə talamaq məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikasının ərazisində istehsalına, satışına və istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, həmin Qanunun 6.5-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatı tələb olunmayan dərman vasitələrinin siyahısına uyğun gəlməyən, yəni qeyd olunan qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitələrini satış məqsədilə saxlamaqla, istintaqla şəxsiyyəti araşdırılan Həmzə adlı şəxs vasitəsi ilə Birliyə müraciət edən İran İslam Respublikası vətəndaşı Şahid10 və onun həyat yoldaşı Şahid9 5.000 (beş min) qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsini 10.000 manata onlara satılması barədə bilavasitə özünə müraciətlərinə razılıq verdikdən sonra "xxxx" MMC-yə dərman vasitələrinin faktiki dəyərindən daha ucuz qiymətə hərrac yolu ilə satışını təşkil etmə barədə 14 mart 2022-ci il tarixli, 2300-014/0xx-xx/00293 nömrəli məktubla müraciət edərək qabaqcadan əlbir olduğu Birliyin direktoru Şahid1 ilə birlikdə Birliyə daxil olan pul vəsaitini yüksəltməklə özünü Komitənin rəhbərliyi qarşısında peşəkar işçi kimi göstərməkdən ibarət şəxsi niyyətlə, faktiki olaraq hərrac keçirilmədiyi halda "xxxx" MMC-nin direktoru Şahid7 17 mart 2022-ci il tarixdə cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 103/11A ünvanında yerləşən ofisində Şahid9 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edib guya həmin şəxsin alıcı qismində hərracda iştirak edərək qalib olmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək tərtib edilmiş rəsmi sənəd hesab olunan 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə Protokol”un Şahid7 tərəfindən tərtib olunaraq özünə təqdim olunduqdan sonra, istintaqla şəxsiyyəti araşdırılan Həmzə adlı şəxs vasitəsi ilə Şahid10 və Şahid9 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinə görə 10.000 manat məbləğində pul vəsaitini 18 mart 2022-ci il tarixdə Birliyin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, Sol kənar 3 ünvanında yerləşən inzibati binasında yerləşən xidməti otağında qəbul edib həmin pul vəsaitini Birliyin "xxxx" ASC-də olan AZ78PAHA38090AZNHC********** nömrəli bank hesabına mədaxil etdikdən sonra istintaqla şəxsiyyəti araşdırılan Həmzə adlı şəxs vasitəsi ilə Şahid10 və Şahid9 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin təhvil verilməsi və 10.000 manat məbləğində ödəniş olunmasına dair XXĞ 058889 nömrəli “malların fiziki şəxslərə təhvil–qəbul qəbzi”ni tərtib edib “Təhvil aldım” qrafasında imza etdirərək bilavasitə sonunculara təhvil verməklə, “Azərterminalkompleks” Birliyinə məxsus olmaqla özünə etibar edilmiş cəmi 20.000 manat (iyirmi min) məbləğində özgə əmlakını Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədi ilə əldə edərək saxlamaqla həmin dərman vasitələrinin satışını həyata keçirmiş, həmin hərəkətləri ilə Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Birliyin qarşısında qoyulmuş vəzifələri layiqincə və düzgün icrasını həyata keçirməyərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin qanunla qorunan əmlak və digər hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sair niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, “Azərterminalkompleks” Birliyinə məxsus olmaqla özünə etibar edilmiş əmlakı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək təkrarən mənimsəmə və israf etməklə talamaq məqsədilə, Şahid11 və tanışı Şahid8 Birliyin Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən anbarında saxlanılan 41 ədəd istifadəyə yararsız və 1 ədəd istifadəyə yararlı nəqliyyat vasitələrinin onlara satılması barədə 2022-ci ilin mart ayında Birliyə şifahi müraciətləri ilə əlaqədar sonuncularla razılaşaraq 29 aprel 2022-ci il tarixli, 2300-014/0xx-xx/000386 nömrəli məktubla "xxxx"” MMC-yə nəqliyyat vasitələrinin hərrac yolu ilə satışını təşkil etmə barədə müraciət etdikdən sonra 24 may 2022-ci il tarixdə Birliyin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, Sol kənar 3 ünvanında yerləşən inzibati binasında yerləşən xidməti otağında Şahid8 cəmi 42 ədəd nəqliyyat vasitəsinə görə 22.000 manat məbləğində pul vəsaitinin ödənilməsini zəruri olduğunu bildirərək sonuncudan həmin pul vəsaitini qəbul edib nəqliyyat vasitələrinin sahibsiz elan edilməsi barədə Dövlət Gömrük Komitəsinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə etdiyi 25 may 2022-ci il tarixli, 1000-210/0xxxx/008769 nömrəli müraciəti üzrə icraat aparılmasına və yekun qərar qəbul edilməməsinə baxmayaraq Birliyin direktoru Şahid1 ilə birlikdə digər şəxslər qarşısında şəxsi nüfuzunu qorumaq və özünü nümayiş etdirmək, habelə Birliyə daxil olan pul vəsaitini yüksəltməklə özünü Komitənin rəhbərliyi qarşısında peşəkar işçi kimi göstərməkdən ibarət şəxsi niyyətlə, sonuncu ilə birlikdə "xxxx"” MMC-nin direktoru Şahid6 cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 ünvanında yerləşən ofisində Şahid11 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edib faktiki olaraq hərrac keçirilmədiyi halda guya sonucunun alıcı qismində hərracda iştirak edərək qalib olması və Dövlət Gömrük Komitəsi üzrə “qiymətli metalların, o cümlədən qiymətli metal və qiymətli daşlardan hazırlanan malların gömrük hərracında satılması işinin təşkili haqqında” xx.xx.2021-ci il tarixli, 1000/107 nömrəli sərəncamı ilə yaradılmış özünün və hərrac komissiyasının cinayətdən xəbərsiz üzvləri Dövlət Gömrük Komitəsinin X2 və Ödənişləri Baş idarəsinin rəisinin 1-ci müavini Şahid2, Komitənin Maliyyə və Təchizat idarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid3, “Azərterminalkompleks” Birliyinin Maliyyə-iqtisad şöbəsinin inspektoru Şahid4 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi X4 iştirakları ilə hərracın keçirilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək tərtib edilmiş rəsmi sənəd olan 2 ədəd hərracın nəticələrinə dair yekun protokol ilə, o cümlədən 02 iyun 2022-ci il tarixli, G05-4/22 nömrəli “Hərracın nəticələrinə dair yekun Protokol” ilə satışı həyata keçirilən 41 ədəd istifadəyə yararsız nəqliyyat vasitəsindən 35 ədədini faktiki qiymətindən az məbləğə, yəni daxili bazarda qiyməti 1.200 manat təşkil edən “Audi Q7” (A004BA44) markalı istifadəyə yararsız avtomobili 410 manata, daxili bazarda qiyməti 500 manat təşkil edən “Audi Q7” markalı istifadəyə yararsız avtomobili 410 manata, daxili bazarda qiyməti 500 manat təşkil edən “Chevrolet Lanos” markalı istifadəyə yararsız avtomobili 460 manata, daxili bazarda qiyməti 850 manat təşkil edən “Citroen C5” markalı istifadəyə yararsız avtomobili 490 manata, daxili bazarda qiyməti 720 manat təşkil edən “Daewoo Nubira” markalı istifadəyə yararsız avtomobili 420 manata, daxili bazarda qiyməti 650 manat təşkil edən “Qazel” markalı istifadəyə yararsız avtomobili 450 manata, daxili bazarda qiyməti 600 manat təşkil edən “QAZ2705” markalı istifadəyə yararsız avtomobili 370 manata, daxili bazarda qiyməti 550 manat təşkil edən “QAZ3102” markalı istifadəyə yararsız avtomobili 410 manata, daxili bazarda qiyməti 600 manat təşkil edən “QAZ31105” markalı istifadəyə yararsız avtomobili 410 manata, daxili bazarda qiyməti 870 manat təşkil edən “Honda Fit” markalı istifadəyə yararsız avtomobili 470 manata, daxili bazarda qiyməti 990 manat təşkil edən “X19” markalı istifadəyə yararsız avtomobili 790 manata, daxili bazarda qiyməti 1.020 manat təşkil edən “Rang Rover” markalı istifadəyə yararsız avtomobili 820 manata, daxili bazarda qiyməti 650 manat təşkil edən “Mercedes E-class” (XTT877) markalı istifadəyə yararsız avtomobili 610 manata, daxili bazarda qiyməti 650 manat təşkil edən “Mercedes E-class” (AA488RR) markalı istifadəyə yararsız avtomobili 610 manata, daxili bazarda qiyməti 650 manat təşkil edən “Mercedes C-class” markalı istifadəyə yararsız avtomobili 610 manata, daxili bazarda qiyməti 900 manat təşkil edən “Mercedes Vito” markalı istifadəyə yararsız avtomobili 680 manata, daxili bazarda qiyməti 400 manat təşkil edən “Opel Omeqa” markalı istifadəyə yararsız avtomobili 315 manata, daxili bazarda qiyməti 980 manat təşkil edən “Opel Astra” markalı istifadəyə yararsız avtomobili 315 manata, daxili bazarda qiyməti 900 manat təşkil edən “Setra S-213” markalı istifadəyə yararsız avtomobili 330 manata, daxili bazarda qiyməti 500 manat təşkil edən “VAZ 2106göy” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 600 manat təşkil edən “VAZ 2106yaşıl” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 500 manat təşkil edən “VAZ 2106bej” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 400 manat təşkil edən “VAZ 2107qırmızı” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 400 manat təşkil edən “VAZ 2107ağ” (o302bm35) markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 450 manat təşkil edən “VAZ 2107ağ” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 550 manat təşkil edən “VAZ 2107qırmızı” (o331yx150) markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 550 manat təşkil edən “VAZ 2107göy” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 400 manat təşkil edən “VAZ 2105” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 390 manat təşkil edən “VAZ 21099” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 450 manat təşkil edən “VAZ 2110” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 550 manat təşkil edən “VAZ 2110sarı” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 890 manat təşkil edən “VAZ 2107qırmızı” markalı istifadəyə yararsız avtomobili 320 manata, daxili bazarda qiyməti 750 manat təşkil edən “Wolkswagen passat” markalı istifadəyə yararsız avtomobili 560 manata, daxili bazarda qiyməti 790 manat təşkil edən “Wolkswagen sharan” markalı istifadəyə yararsız avtomobili 560 manata, daxili bazarda qiyməti 1.000 manat təşkil edən “Wolkswagen transporter” markalı istifadəyə yararsız avtomobili 620 manata, “Ford Escort” markalı istifadəyə yararsız avtomobili daxili bazar qiymətinə uyğun 685 manata, “QAZ24” markalı istifadəyə yararsız avtomobili daxili bazar qiymətinə uyğun 370 manata, “X22” markalı istifadəyə yararsız avtomobili daxili bazar qiymətinə uyğun 810 manata, “VAZ 2104” markalı istifadəyə yararsız avtomobili daxili bazar qiymətinə uyğun 320 manata, “Ford” (RAT946) markalı istifadəyə yararsız avtomobili daxili bazar qiymətinə uyğun 680 manata, “DAF SB3000” markalı istifadəyə yararsız avtomobili daxili bazar qiymətinə uyğun 1.260 manata, cəmi daxili bazarda qiyməti 27.475 manat təşkil edən 41 ədəd avtomobili 19.405 manata və 2 iyun 2022-ci il tarixli G05-5/22 nömrəli “Hərracın nəticələrinə dair yekun Protokol” ilə satışı həyata keçirilən daxili bazarda qiyməti 2.900 manat təşkil edən “Hyundai Elantra” markalı istifadəyə yararlı avtomobili 2.000 manata, ümumilikdə daxili bazarda qiyməti 30.375 manat təşkil edən 41 ədəd yararsız və 1 ədəd yararlı avtomobili 21.405 manata, yəni qeyd olunan markalı nəqliyyat vasitələrinin daha baha qiymətə satılmasının mümkün olmasına və həmin satışın əməkdaşı olduğu Birlik üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək Birliyə məxsus olmaqla özünə etibar edilmiş əmlakı israf etməklə talamaq məqsədilə 8.970 manat daha aşağı qiymətə satılması barədə tamah və sair niyyətlə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək tərtib edilmiş rəsmi sənəd olan “Hərracın nəticələrinə dair yekun Protokol”ların Şahid6 tərəfindən tərtib olunaraq özünə təqdim olunmasından sonra, qabaqcadan əlbir olduğu Şahid1 ilə birlikdə 24 may 2022-ci il tarixdə Cavid Əliyevdən əldə edərək özündə saxladığı 22.000 manat pul vəsaitindən 21.405 manat olan hissəsini 6 iyun 2022-ci il tarixdə Birliyin "xxxx" ASC-də olan AZ78PAHA38090AZNHC********** nömrəli bank hesabına mədaxil etdikdən sonra Şahid11 avtomobillərin alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizəsində “İmza” qrafasında, həmin tarixli 41 ədəd avtomobilə 19.405 manat ödəniş olunmasına dair XXĞ 058873, XXĞ 058874 və 1 ədəd avtomobilə 2.000 manat ödəniş olunmasına dair XXĞ 058872 nömrəli malların fiziki şəxslərə təhvil–qəbul qəbzlərində “Təhvil aldım” qrafalarında, o cümlədən Birlikdə saxlanılan xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli və xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli Hərracın nəticələrinə dair yekun protokollarda “Qalib (alıcı): Şahid11” qrafalarında Şahid11 əvəzindən istintaqa məlum olmayan yerdə və şəraitdə imza edərək 13 iyun 2022-ci il tarixdə Birliyin inzibati binasında xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli və xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli hərracın nəticələrinə dair yekun protokolları Cavid Əliyevə təqdim edib 22.000 manat ödənişdən 21.405 manatı avtomobillərin ödənişi üçün Birliyin balansına mədaxil edərək qalan 595 (beş yüz doxsan beş) manat hissəsini Birliyin hesabına mədaxil etməyərək əlbir olduğu Şahid1 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək Birliyə məxsus olmaqla özünə etibar edilmiş cəmi 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaitini ziyan vurmaqla mənimsəyərək talamış, habelə Birliyin bank hesabına mədaxil edilməli olan 8.970 (səkkiz min doqquz yüz yetmiş) manat məbləğində əmlakı Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə təkrarən talamış, həmin hərəkətləri ilə Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Birliyin qarşısında qoyulmuş vəzifələri layiqincə və düzgün icrasını həyata keçirməyərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin qanunla qorunan əmlak və digər hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah və sair niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 182/396Ş nömrəli əmrlə “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir, hazırda sərəncamdadır, rütbəcə gömrük xidməti polkovnikidir. 2018-ci ilin avqust ayından “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinə Şahid1 təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks Birliyi haqqında Əsasnamənin”nin 5.11-ci bəndinə əsasən vəzifələrinə şöbəyə rəhbərlik edərək onun fasiləsiz işini təşkil etmək, dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışını təşkil etmək və əldə olunmuş vəsaitlərin aidiyyəti üzrə köçürülməsini təmin etmək, şöbə üzrə tədbirlər planının işlənib hazırlanmasını təmin etmək və onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, hüquqi və fiziki şəxsləri, o cümlədən onların nümayəndələrini qəbul edərək onların şöbənin səlahiyyətlərinə daxil olan məsələlərlə əlaqədar müraciətlərinə baxılmasını təmin etmək və digər vəzifələr aid olmuşdur. Birliyin Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən anbarında saxlanılan 45 ədəd nəqliyyat vasitəsinin yararlı olubolmamasını müəyyən etmək üçün Birlik tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuş, ekspertizanın xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 45 ədəd nəqliyyat vasitəsi təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətini müəyyən etmək mümkün olmamışdır. 2022-ci ilin fevral ayında dəqiq tarixini xatırlamadığı vaxt Birliyin direktoru Şahid1 onu xidməti otağına dəvət edərək anbarda saxlanılan 41 ədəd yararsız və 1 ədəd yararlı nəqliyyat vasitələrinin alıcı Əflatun adlı şəxsə satılmalı olduğunu, bu barədə komitə rəhbərliyi tərəfindən göstəriş verildiyini bildirmişdir. O, həmin nəqliyyat vasitələrinin satışı üçün müvafiq məhkəmə qərarı olmasının zəruri olmasını bildirsə də, Şahid1 ona bununla bağlı məhkəməyə müraciət olunduğunu, heç bir problem olmadığını və Komitə rəhbərliyinin tapşırdığı şəxslərin onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin ərəfədə Cavid adlı şəxs onunla əlaqə yaradaraq həmin nəqliyyat vasitələrinin onlara satılması barədə ona bir söz deyilib-deyilmədiyini soruşmuş, o da Cavidə Birliyin direktoru tərəfindən ona tapşırıq verildiyini deyərək Birliyə dəvət etmişdir. Cavid ilə arasında olan söhbət zamanı 41 ədəd nəqliyyat vasitəsinin 20.000 manata, 1 ədəd “Hyundai” markalı nəqliyyat vasitəsini isə 2.000 manata, ümumilikdə 42 avtomobilə görə avtomobillərin anbardan çıxarılma xərcləri də daxil olmaqla 22.000 manata ona satılması barədə razılıq əldə etmişlər. Məhkəmə qərarı olmadığı üçün hərracın keçirilməsi vaxtını müxtəlif bəhanələrlə qəsdən bir neçə ay uzatmış, həmin ərəfədə Cavid ona zəng edərək narazılığını bildirmişdir. 2022-ci ilin may ayında Birliyin direktoru Ehtiram onu yanına dəvət edib irad tutaraq təcili olaraq nəqliyyat vasitələrinin həmin vətəndaşa satılmalı olduğunu bildirmişdir. Bundan sonra Cavid ilə əlaqə saxlayaraq 2022-ci ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə onu Birliyə dəvət etmiş, Birlikdə xidməti otağında Cavid ümumilikdə 42 nəqliyyat vasitəsinə görə 22.000 manat pulu ona təqdim etmiş və həmin pul vəsaitini qəbul edərək özündə saxlamışdır. Daha sonra hərracın keçirilməsində başqa alıcı iştirak etməsin deyə hərrac barədə kütləvi informasiya vasitələrində hər hansı bir məlumat vermədən əməkdaşlıq etdikləri "xxxx" MMC-nin direktoru Şahid6 müraciət edərək alıcı Şahid11 şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək həmin şəxsin adına formal olaraq guya ki, hərracın keçirilməsinə dair 2 ayrı-ayrı hərrac protokolunun tərtib edilərək ona təqdim edilməsini xahiş etmişdir. Şahid6 da ona heç bir etiraz etməyərək 02 iyun 2022-ci il tarixli 2 ayrı-ayrı hərracın nəticələrinə dair protokolları təqdim etmişdir. Həmin protokollarda İsgəndər özü imza etsə də, Birliyin direktoru və alıcı qrafalarında imza olunmamışdır. 6 iyun 2022-ci il tarixdə 41 ədəd nəqliyyat vasitəsinə görə 19.405 manat və 1 ədəd nəqliyyat vasitəsinə görə 2.000 manat olmaqla həmin pul vəsaitlərini Birliyin bank hesabına keçirmişdir. Pul vəsaitlərinin ödənilməsinə dair 07 iyun 2022-ci il tarixli təhvil-qəbul qəbzlərini Cavidə təqdim etmişdir. Həmçinin, Cavidə təqdim etdiyi protokol və qəbzlərdə alıcı Şahid11 adının qarşısında olan imza qrafalarını boş qoyaraq həmin yerə Əflatunun imzalamalı olması bildirmişdir. Birlikdə saxlanılan Şahid11 avtomobillərin alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizəsində “İmza” qrafasında, həmin tarixli 41 ədəd avtomobilə 19.405 manat ödəniş olunmasına dair XXĞ 058873, XXĞ 058874 və 1 ədəd avtomobilə 2.000 manat ödəniş olunmasına dair XXĞ 058872 nömrəli malların fiziki şəxslərə təhvil–qəbul qəbzlərində “Təhvil aldım” qrafalarında, o cümlədən Birlikdə saxlanılan xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli və xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli Hərracın nəticələrinə dair yekun protokollarda Şahid11 əvəzindən kimin imza etdiyini xatırlamır. Bundan başqa, anbarda olan avtomobillərin oradan çıxarılması üçün evakuator xərcləri ilə bağlı Şahid8 595 manat artıq pul almış, həmin pulun hamısını maşınların çıxarılması, birinin digərindən ayrılması üçün göstərilmiş xidmətlər üçün xərcləmiş və bundan Şahid8 xəbəri olmuşdur. O, həmin puldan nə Şahid1 verməmiş, nə də özünə götürməmişdir. Bundan başqa Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləmiş Şahid1 tapşırığına əsasən Cənub Ərazi Baş Gömrük idarəsi tərəfindən Birliyə təhvil verilmiş 5.000 qutu “Xyla-P” adlı dərman vasitəsinin "xxxx" MMC vasitəsi ilə formal hərrac yolu ilə Şahid9 adlı şəxsə satılaraq əldə edilmiş 10.000 manat məbləğində pul vəsaiti birliyin bank hesabına köçürülmüşdür. Dərman vasitələrinin qiymətinin Sədərəkdə 4 manat, 4 manat 50 qəpiyə olduğunu eşitmiş və qiymətləndiriciyə də həmin dərmanın bir ədədini 2 manatdan qiymətləndirməsini demişdir. Belə ki, düşünmüşdür ki, onlar dərmanları topdan satdıqlarından alan şəxs üzərinə pul qoyaraq 4-4.50 manata sata bilsin O, satıqları həmin kremin dərman vasitəsi olmasını bilməmiş, onların kosmetik krem olduğunu düşünmüşdür. O, rəhbərliyin göstərişi ilə hərəkətləri etsə də, həmin göstərişlərin qanunsuz olduğunu bilmişdir və qanunsuz göstərişi yerinə yetirdiyinə görə əməlindən peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs müsadirə olunmuş mallarla bağlı müsadirə olunmuş malların qəbulu şöbəsi tərəfindən malların qəbul edildiyini, həmin mallar satışa yararlı hesab olunarsa malların kommersiya şöbəsinə verildiyini, həm avtomobilləri, həm də kremləri satması barədə ona kommersiya şöbəsinin rəisi Şahid1 tərəfindən göstəriş verildiyini, Şahid1 ona həmin göstərişin ona Komitə rəhbərliyi tərəfindən verildiyini dediyini, həmin göstərişin Komitə rəhbərliyi tərəfindən verilməsi deyildiyindən Şahid1 həmin qanunsuz göstərişi ilə yuxarı rəhbərliyə məlumat verməsinin mənasız olduğunu düşündüyünü, bu səbəbdən də yuxarı rəhbərə müraciət etmədən həmin göstərişi icra etdiyini, yekun protokolda Əflatun adlı şəxsin adının qarşısında olan imzanın kim tərəfindən icra edildiyini bilmədiyini, həmin protokolu Əflatuna imzalatdırması üçün Şahid8 verdiyini, Şahid8 verdiyi əlavə 595 manat pulu aldadaraq ələ keçirmədiyini və həmin puldan nə Şahid1 pul vermədiyini, nə də özünə pul götürmədiyini, müstəntiqə o məzmunda ifadə vermədiyini, həmin pulu alarkən Şahid8 həmin pulu avtomobillərin anbarda bir-birindən ayrılması (Belə ki, avtomobillər biri digərinin üzərində, biri digərinin içərisinə keçmiş formada olmuşlar) və oradan çıxarılması üçün evakuator və avtocar şirkətinə verilməli olduğunu dediyini və Şahid8 etiraz etməyərək razılaşdığını, həmin məbləğin 340 manatını evakuatora, 250 manatını avtocara verdiyini, qalan 5 manata isə su alaraq daşıma şirkətinin işçilərinə verdiyini, həmin məbləği elə Şahid8 yanında xərclədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinə təyin edilmiş və 2022-ci ilin iyun ayında vəzifədən azad olunmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində barəsində Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə cinayət işinin istintaqı aparılır, CM-nin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda ev dustaqlığındadır. İşlədiyi müddət ərzində 2021-ci ilin sonlarında Cavid adlı şəxsin Komitə rəhbərliyinə olan müraciətinə əsasən Birliyin anbarında saxlanılan 41 ədəd istismara yararsız və 1 ədəd istismara yararlı nəqliyyat vasitələri qiymətləndirmə baş tutduqdan sonra Birliyin Kommersiya şöbəsinin rəisi Təqsirləndirilən şəxs vasitəsi ilə Cavid adlı şəxsə satılmış, sonuncu da avtomobillərin dəyərini Birliyin bank hesabına ödəmişdir. Həmin nəqliyyat vasitələrinin dövlət nəfinə keçirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, hərracın hansı qaydada keçirilməsi, depozit hesaba pul vəsaitinin hansı qaydada ödənilməsindən məlumatı olmamış, qeyd olunan məsələləri Təqsirləndirilən şəxs icra etməklə həmin məsələlərlə əlaqədar məsul şəxs olmuşdur. Nəqliyyat vasitələrinin satışından əldə olunan pul vəsaitindən ona hər hansı məbləğdə pul vəsaiti təqdim olunmamışdır. Qeyd olunan kremlərlə bağlı isə onu deyə bilər ki, o, həmin kremin dərman vasitəsi olduğunu bilməmişdir. Belə ki, “Azərterminalkompleks” X20 Müharibəsindən bu günədək dərman vasitələrinin satışını həyata keçirməmiş, anbarda olan bütün dərmanlar müharibə vaxtı hərbi hissələrə göndərilmişdir. Həmin kremin satılması barədə göstəriş də ona rəhbərlik tərəfindən verilmişdir. O, da öz növbəsində rəhbərliyin göstərişini Təqsirləndirilən şəxs çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirmişdir. Bundan sonra bütün məsələlərlə Təqsirləndirilən şəxs özü məşğul olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid ona verilmiş göstərişlərin və anbarda olan malların real olaraq hərrac keçirilmədən satışının həyata keçirilməsinin qanunsuz olduğunu bildiyini, rəhbərliyin göstərişini icra etməkdən başqa çarəsinin olmadığını, nəqliyyat vasitələrinin satışı ilə əlaqədar Təqsirləndirilən şəxs ona nəinki 500 manat, ümumiyyətlə hər hansı məbləğdə pul vermədiyini, satışdan əldə edilmiş bütün vəsaitin Gömrük Komitəsinin büdcəsinə keçirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin X2 və Ödənişləri Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyir, rütbəsi gömrük xidməti polkovnikidir. Dövlət Gömrük Komitəsinin “qiymətli metalların, o cümlədən qiymətli metal və qiymətli daşlardan hazırlanan malların gömrük hərracında satılması işinin təşkili haqqında” xx.xx.2021-ci il tarixli, 1000/107 nömrəli sərəncamı ilə yaradılmış hərrac komissiyasının sədri təyin edilmiş, komissiyanın üzvləri isə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid3, “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin rəisi Təqsirləndirilən şəxs, həmin Birliyin Maliyyə-iqtisad şöbəsinin inspektoru Şahid4 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi Feyruz Tağıyev olmuşdur. Komissiyanın adından da göründüyü kimi qiymətli metalların, o cümlədən qiymətli metal və qiymətli daşlardan hazırlanan malların gömrük hərracında satılmasında komissiya üzvü kimi iştirak etmiş, digər halda isə hər hansı mal və ya nəqliyyat vasitələrinin hərrac yolu ilə satılması prosesində heç bir vaxt iştirak etməmişdir. "xxxx" MMC-nin Hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli yekun protokollarından məlumatsızdır, belə ki, görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də nəqliyyat vasitələrinin satışı, o cümlədən 41 ədəd nəqliyyat vasitəsinin cəmi 19.405 manata və 1 ədəd nəqliyyat vasitəsinin 2.000 manata alıcı Şahid11 satılması ilə əlaqədar hər hansı bir hərracda iştirak etməmiş, həmin hərracın keçirilmə yeri və vaxtı barədə ona hər hansı bir məlumat verilməmiş, adının hansı səbəbdən həmin protokollara daxil edilməsindən məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Mühasibat uçotu şöbəsinin rəisi Şahid3 və “Azərterminalkompleks” Birliyinin Maliyyə-iqtisad şöbəsinin inspektoru Şahid4 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də nəqliyyat vasitələrinin satışı, o cümlədən 41 ədəd nəqliyyat vasitəsinin cəmi 19.405 manata və 1 ədəd nəqliyyat vasitəsinin 2.000 manata alıcı Şahid11 satılması ilə əlaqədar hər hansı bir hərracda iştirak etmədiklərini, həmin hərracın keçirilmə yeri və vaxtı barədə onlara hər hansı bir məlumat verilmədiyini, adlarının hansı səbəbdən həmin protokollara daxil edilməsindən məlumatsız olduqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 09 iyul 2018-ci il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunaraq Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara” gömrük postunun inspektoru vəzifəsinə təyinat alıb hazırki vaxtadək həmin vəzifədə çalışır, rütbəsi gömrük xidməti kapitanıdır. Vəzifələrinə “Astara” gömrük postuna daxil olan və gömrükdə bəyan olunan idxal yüklərinə gömrük nəzarətini həyata keçirmək, yüklərin bəyannamə ilə eyniləşdirilməsini həyata keçirərək uyğun olub-olmamasını yoxlamaq, uyğunluq olduğu halda yükün sərbəst dövriyyəyə buraxılmasını təmin etmək, uyğunsuzluq aşkar olunduğu halda isə müvafiq protokol tərtib etmək və rəhbərliyə məruzə edərək bəyan olunmamış, gömrük nəzarətindən gizlədilmiş yükləri protokol və onun əsasında tərtib edilmiş raport ilə birlikdə hüquqi qiymət verilməsi üçün Cənub Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinə təhvil vermək olmuşdur. Qeyd olunan prosedurlar gömrük orqanlarında istifadə olunan X1 Sistemində qeydlər aparılmaqla həyata keçirilir. 30 dekabr 2021-ci il tarixdə **********0939 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən malların yük nəqliyyat vasitəsindən boşaldılmasına gömrük nəzarətinin həyata keçirilməsi həmin gün ona həvalə edilmişdir. X5 məxsus İran İslam Respublikasından həmin ölkənin vətəndaşı X9 idarə etdiyi “Volvo” markalı, “24A965/866-10” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə olan yük hissənin plombunu açdıqdan sonra bəyannamə ilə uyğunluğu tərəfindən yoxlanılarkən 9 mal mövqeyi üzrə bəyan edilmiş malların 8 mövqe üzrə düzgün olması, 9cu mal mövqeyi üzrə isə 23 qutu (yer) 180 kiloqram olaraq bəyan edilən yapışqan məhsulunun yük hissəsində olmadığı, həmin qutu və çəki üzrə qablaşdırılması dəyişdirilmiş formada, yapışqan adı altında paketlənmiş və kamuflyaj olunmuş formada gömrük nəzarətindən gizlədilmiş 5.000 ədəd “Lidocaine/Prilocaine” adlı dərman preparatı aşkar edilmişdir. Müəyyən olunan qanunazidd fakt ilə əlaqədar post rəhbərliyinə məruzə etmiş, raport tərtib edilərək müvafiq sənədlər, o cümlədən 5.000 ədəd “Lidocaine/Prilocaine” ilə birlikdə tərəfindən elə həmin gün Cənub Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhiqat şöbəsinə təhvil verilmişdir. Aşkar olunan qanun pozuntusu ilə əlaqədar sonrakı günlərdə hər hansı bir tədbir görülməmiş və əmələ hüquqi qiymət verilmədən dərman vasitələri qanunsuz olaraq “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 2021-ci ilin avqust ayından etibarən hazırki vaxtadək "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmaqdadır. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi ilə direktoru olduğu cəmiyyət arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydaları”na uyğun olaraq sifarişçinin sifarişi əsasında təqdim edilən mallar və ya nəqliyyat vasitələri üzrə hərraclar keçirilmişdir. Qaydalara uyğun olaraq hərraclar Komitə sədrinin əmri ilə təsdiq edilmiş komissiya üzvlərinin iştirakı ilə həyata keçirilmişdir. 29 aprel 2022-ci il tarixdə 2300-014/0xx-xx/000386 nömrəli məktubla Birliyin direktoru Şahid1 imzası ilə məktub daxil olaraq 41 ədəd və 1 ədəd nəqliyyat vasitəsinin satışı üçün hərracların keçirilməsinin təşkil olunması xahiş olunmuşdur. Məktub daxil olduqdan sonra qaydalara uyğun olaraq 1 ay sonra 2 iyun 2022-ci il tarixdə təyin edilən hərraca komissiya üzvü Birliyin Kommersiya şöbəsinin rəisi Təqsirləndirilən şəxs gələrək Şahid11 məxsus şəsiyyət vəsiqəsinin surətini gətirərək həmin şəxs ilə danışıldığını, 41 ədəd avtomobili 19.405 manata və 1 avtomobili 2.000 manata həmin şəxsə satmaq istədiklərini demişdir. Təqsirləndirilən şəxs alıcının və komissiya üzvlərinin hərracda mütləq qaydada iştirak etməli olduğunu bildirsə də, o heç bir problem olmadığını, Birliyin rəhbərliyinin bundan məlumatlı olduğunu bildirmişdir. Bundan sonra Xosrova heç bir etiraz etməmiş, 41 ədəd yararsız və 1 ədəd yararlı avtomoblərin alıcı Şahid11 satışına dair 2 iyun 2022-ci il tarixli Hərracın nəticələrinə dair 2 ədəd yekun prptpkolları tərtib edərək Xosrova təqdim etmişdir. Bir neçə gün sonra satılmış əmlakın dəyərinin 2 faizi miqdarında hərrac mərkəzinin "xxxx" ASC-də olan bank hesabına Birlik tərəfindən rəsmi xidmət haqqı ödənişi olunmuşdur. Hər 2 hərrac protokolunda komissiya üzvlərinin və alıcının iştirakı göstərilsə də, faktiki olaraq hərracda heç biri iştirak etməmiş, protokol 3 nüsxədə tərtib edilərək "xxxx" MMC-nin direktoru qrafasında özü imzalamaqla qalan 2 qrafada, yəni Birliyin direktoru və alıcı qrafasında Xosrov özü imza etdirməklə ona qaytarmalı olsa da, hazırki vaxtadək imzaladıb ona qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 2017-ci ilin iyun ayından hazırki vaxtadək "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışır, cəmiyyətin direktoru Tuqay Rəhimlidir. Cəmiyyətin direktoru məzuniyyətdə olduğu vaxtlarda isə direktor vəzifələrini müvəqqəti olaraq özü icra etmişdir. 2022-ci ilin mart ayında cəmiyyət ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi ilə arasında əməkdaşlıq müqaviləsi bağlanılmışdır. 2022-ci ilin mart ayında direktor Tuqay Rəhimli məzuniyyətdə olduğu vaxt direktor vəzifələrini müvəqqəti olaraq icra etidiyi ərəfədə Birliyin direktoru Şahid1 imzası ilə məktub daxil olaraq bir ədədinin qiyməti 2 manat olmaqla 5.000 ədəd dərman preparatının satışının təşkil olunması xahiş olunmuşdur. Bundan sonra tərəflərindən mətbuatda hərrac barədə məlumat verilmişdir. 17 mart 2022-ci il tarixdə təyin olunmuş hərraca Birliyin Kommersiya şöbəsinin rəisi Təqsirləndirilən şəxs gələrək Şahid9 məxsus şəxsiyyət vəsiqəsinin surətini gətirərək həmin şəxs ilə danışıldığını, bir ədədinin qiyməti 2 manat olmaqla 5.000 ədəd dərman preparatını 10.000 manata alacağı barədə razılıq əldə etdiklərini bildirərək iştirakı olmadan hərracı keçirməyi xahiş etmişdir. Ona heç bir etiraz etməmiş, alıcı Şahid9 iştirak etmədən guya ki, keçirilən hərracın qalibi olması formasında rəsmiləşdirmə aparmış və 5.000 ədəd dərman preparatını alıcı Şahid9 satışına dair 17 mart 2022-ci il tarixli 11 nömrəli Hərracın yekunları barədə Protokolu tərtib etmişdir. Bir neçə gün sonra satılmış əmlakın dəyərinin hazırda xatırlamadığı miqdarında hərrac mərkəzinin "xxxx" ASC-də olan bank hesabına xidmət haqqı olaraq Birlik tərəfindən rəsmi ödəniş olunmuşdur. Protokolda alıcının iştirakı göstərilsə də, faktiki olaraq iştirak etməmiş, protokolu 3 nüsxədə tərtib edərək "xxxx" MMC-nin direktoru qrafasında özü imzalamaqla qalan 2 qrafada, yəni Birliyin direktoru və alıcı qrafasında imza etmək üçün Xosrova təqdim etmişdir, o da öz növbəsində sənədləri imzaladaraq qaytarmalı olsa da, hazırki vaxtadək cəmiyyətə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Şahid11 Sadiq oğlu ilə 8 ilə yaxın müddətdir ki, yaxın dostluq münasibətləri var, Şahid11 avtomobil, o cümlədən onun ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmuşdur. 2022-ci ilin yanvarfevral aylarında dostu X14 Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında avtomobillər olduğunu, həmin avtomobillərin satılacağını, onları almaqda ona köməklik göstərməyi və sonradan həmin avtomobilləri sataraq qazanc əldə edə biləcəklərini deyərək köməklik göstərməsini xahiş etmişdir. Bununla əlaqədar “Azərterminalkompleks” Birliyi ilə əlaqə saxladıqda həmin avtomobillərin alışının çətin olduğunu görmüş, tanışları vasitəsi ilə əlaqə quraraq “Azərterminalkompleks” Birliyinin anbarında müsadirə olunaraq saxlanılan və gələcəkdə satışı nəzərdə tutulan avtomobillərin onlara satılmasında köməklik göstərilməsini xahiş etmişdir. 2022-ci ilin mart ayının ilk günlərində Əflatun ilə birlikdə Birliyin Məmmədli kəndi ərazisində yerləşən anbarına gedərək avtomobillərə baxmış, daha sonra Birliyin əməkdaşı Xosrov ilə görüşmüşdür. Görüş zamanı Xosrov 41 ədəd avtomobili onlara sata biləcəklərini, həmin avtomobillərin sənədlərinin olmadığını, qeydiyyatsız avtomobillər olduğunu, yalnız metallom kimi istifadə oluna biləcəyini demişdir. Avtomobillər həqiqətən də Xosrovun təsvir etdiyi formada olmuşlar. Belə ki, avtomillərin əksəriyyəti köhnə VAZ, QAZ avtomobilləri, yeni dövrə aid avtomobillər isə, o cümlədən Land-Cruiser, Audi, Volsvagen markalı avtomobillər qəzalı və tam yararsız vəziyyətdə olmuşdur. 2022-ci ilin mart ayının əvvələrindən may ayının ortalarına qədər bir neçə dəfə Xosrov ilə əlaqə saxlasa da o sənədləşdirmə işlərinin bitmədiyini, xəbər edəcəyini bildirirmişdir. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs sənədsiz və yararsız 42 ədəd avtomobillərin anbardan çıxarılma xərcləri də daxil olmaqla 22000 manata onlara satıla biləcəyini bildirmişdir. Əflatunla məsləhətləşdikdən sonra razılaşaraq avtomobilləri almaq qərarına gəlmişlər. 24 may 2022-ci il tarixdə Birliyin inzibati binasında 2-ci mərtəbədə yerləşən Təqsirləndirilən şəxs xidməti otağında 22.000 manat pulu sayaraq ona təqdim etmiş, Xosrov da heç bir problem olmayacağını, sənədləşdirmə işini surətləndirərək yaxın müddətdə avtomobilləri onlara təhvil verəcəyini demişdir. Bir müddət keçdikdən sonra 13 iyun 2022-ci il tarixdə Xosrovun dəvəti ilə Əflatun ilə birlikdə Birliyə getmiş, orada Xosrov ayrı-ayrı olan 2 ədəd hərrac sənədini təqdim etmiş, onlardan biri 41 ədəd yararsız avtomobilə aid, digəri isə 1 ədəd Hyundai markalı avtomobilə aid olmuşdur. Hyundai markalı avtomobilə aid hərrac sənədi və qəbzdə məbləğ düzgün olaraq ödədikləri 2.000 manat, digər hərrac sənədində məbləğ 19.405 manat müəyyən edilərək göstərilmişdir. Qalan 595 manatı isə Xosrov avtomobillərin anbardan çıxarılması, orada biri digərinin içərisinə keçmiş avtomobillərin aralanması ilə əlaqədar göstərilən xidmətlərə xərcləyəcəyini demişdir. O da Xosrovla razılaşmış, həqiqətən də həmin vəsait hesabına göstərilmiş evakuasiya xidməti sayəsində avtomobillər anbardan çıxarılmışdır. 595 manatı vəsaiti Təqsirləndirilən şəxs onu aldadaraq almamışdır, o, həmin pulun hara xərclənəcəyini bilərək Xosrova vermiş və həmin məbləğ təyinatı üzrə xərclənmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid8 əslində həmin avtomobillərin anbardan çıxarılması üçün özlərinin başqa xidmət göstərən şirkətə müraciət etdiklərini, həmin şirkətin həmin iş üçün 2000 manat pul istədiyini, bu səbəbdən 595 manat artıq verməklə Xosrovun həmin vəsait hesabına evakuator çağıraraq avtomobilləri anbardan çıxarması ilə bağlı təklifi ilə razılaşdığını və həqiqətən də həmin vəsait hesabına həmin avtomobillərin anbardan çıxarıldığını, Xosrovun onu aldatmadığını, avtomobillərin Əflatuna satılması ilə bağlı tanışları vasitəsi ilə Gömrük Komitəsinin sədr müavininə xahiş olunduğunu, həmin şəxsin “Azərterminalkompleks” Birliyinin rəhbərinə zəng edərək avtomobillərin onlara satılmasını tapşırdığını, ilk olaraq Şahid1la görüşdüklərini, daha sonra Xosrovla tanış olaraq bu məsələ ilə əlaqədar danışdıqlarını, lakin Xosrovun avtomobillərin satılması prosesini uzatdığından yenidən komitə sədrinin müavininə müraciət etdiklərini, ondan sonra prosesin sürətləndirildiyini və avtomobillərin Şahid11 satıldığını, onların heç bir hərracda iştirak etmədiklərini, yekun protokolda Şahid11 adının qarşısında olan imzanın kim tərəfindən icra edildyini bilmədiyini, bu haldan istintaq zamanı xəbər tutduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, əvvəllər tanıdığı və şəxsiyyətini dəqiq bilmədiyi Həmzə adlı şəxs vasitəsi ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyindən aldığı hər birinin qiməti 2 manata olmaqla aldığı cəmi 5.000 qutu “Xyla-P” adlı kosmetik kremlərə görə 10.000 manat məbləğində pul vəsaiti ödəmiş, həmin dərman vasitələrini sonradan təxminən 4 manata olmaqla satışını həyata keçirmişdir. O, 28 ildir ki, kosmetik vasitə və avadanlıqların satışı ilə məşğuldur. Sadəcə VÖEN həyat yoldaşının adına olduğundan yekun protokolda Şahid9 adı göstərilmişdir. Məhkəmə iclasında verlimiş suallara cavab olaraq Şahid10 “Xyla-P” preparatının dərman olmadığını, onun tərkibində cəmi 5% lidokain olduğunu, həmin kremin kosmetik vasitə olmaqla bütün marketlərdə, kosmetoloji məhsullar satılan mağazalarda hazırda da satışda olduğunu, 2022-ci ildə həmin kremi 4 manata satsalar da, hazırda 3 manat 20 qəpiyə satışda olduğunu, onun və həyat yoldaşının hərracda iştirak etmədiklərini, yekun protokolu sonradan apararaq həyat yoldaşına imzalatdırdığını bildirmişdir. Şahidlər Şahid9 və Şahid11 məhkəmə iclaslarında iştirak etmədiklərindən onun ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir. Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2004-cü ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə adıma **********2 nömrəli VÖEN açmaqla həyat yoldaşı İran İslam Respublikası vətəndaşı Şahid10 ilə birlikdə fərdi sahibkarlıqla, o cümlədən kosmetik dərman vasitələrinin satışı ilə məşğul olmuşdur. 2022-ci ilin mart ayında həyat yoldaşı Şahid10 tanışı Həmzə adlı şəxs vasitəsi ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyindən 5000 ədəd “Lidocaine” preparatının hər birini 2 manata, cəmi 10000 manata olmaqla almışdır. Həmin dərman vasitələrinin satışı ilə əlaqədar hər hansı bir hərracda, o cümlədən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə keçiridiyi hərracda iştirak etməmiş, yoldaşının yaşadıqları mənzilə gətirdiyi bəzi sənədlərə imza etmişdir, lakin həmin sənədlərin məzmunundan məlumatsız olmuşdur. Ona təqdim olunan "xxxx" MMC tərəfindən keçirildiyi qeyd edilmiş hərracın qalibi elan olunmağına dair xx.xx.2022-ci il tarixli, 11 №-li protokol və “Azərterminalkompleks” Birliyinə aid XXĞ seriyalı, 058859 nömrəli “Malların iziki şəxslərə təhvil-qəbul qəbzi”ndə olan imzalar ona məxsusdur. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi dövlət qurumu olduğu üçün həmin dərman vasitələrinin qanunsuz satılmasından, habelə həmin dərman vasitələrinin qeydiyyatdan keçirilmədən satışından şübhə etməmişlər, ona görə də qeyd olunanlar ilə əlaqədar hər hansı bir araşdırma aparmamışdırlar. Şahid11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1998-ci ildən avtomobil, o cümlədən onun ehtiyat hissələrinin alqı-satqısı fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmişdir. Şahid8 ilə 8 ilə yaxın müddətdir ki yaxın dostluq münasibətləri vardır. 2022-ci ilin yanvar-fevral aylarında dostu Şahid8 Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında köhnə istismara yararsız avtomobillərin olduğunu, həmin avtomobillərin satılacağını bildirmişlər. Bu barədə ona danışanda nəqliyyat vasitələri almaqda ona köməklik göstərməyi və sonradan həmin avtomobilləri sataraq qazanc əldə edə biləcəklərini deyərək köməklik göstərməsini xahiş etmişdir. Cavid bununla əlaqədar “Azərterminalkompleks” Birliyi ilə əlaqə saxladıqda həmin avtomobillərin alışının çətin olduğunu görmüş, ortaq tanışları vasitəsi ilə əlaqə quraraq “Azərterminalkompleks” Birliyinin anbarında müsadirə olunaraq saxlanılan və gələcəkdə satışı nəzərdə tutulan avtomobillərin onlara satılmasında köməklik göstərilməsi üçün xahiş etmişdir. Anbarda saxlanılan nəqliyyat vasitələrinin onlara satılması üçün Birliyin direktoru Şahid1 Birliyin Kommersiya şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs müvafiq göstəriş vermiş, bundan sonra Cavid həmin vəzifəli şəxs ilə əlaqə saxlayaraq Birliyin Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən inzibati binasına dəvət edilmişdir. 2022-ci ilin mart ayının ilk günlərində Cavid ilə birlikdə Birliyin Məmmədli kəndi ərazisində yerləşən anbarına gedərək avtomobillərə baxmış, daha sonra dostu Cavid Birliyin əməkdaşı Xosrov ilə görüşmüşdür. Görüş zamanı Xosrov 41 ədəd avtomobili onlara sata biləcəklərini, həmin avtomobillərin sənədlərinin olmadığını, qeydiyyatsız avtomobillər olduğunu, yalnız metallom kimi istifadə oluna biləcəyini demişdir. Avtomobillər həqiqətən də Xosrovun təsvir etdiyi formada olmuşdur. Belə ki, avtomillərin əksəriyyəti köhnə VAZ, QAZ avtomobilləri, yeni dövrə aid avtomobillər isə, o cümlədən Land-Cruiser, Audi, Volsvagen markalı avtomobillər qəzalı və tam yararsız vəziyyətdə olmuşdur. 2022-ci ilin mart ayının əvvələrindən may ayının ortalarına qədər Cavid bir neçə dəfə Xosrov ilə əlaqə saxlasa da o sənədləşdirmə işlərinin bitmədiyini, xəbər edəcəyini bildirirmişdir. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs sənədsiz və yararsız 41 ədəd avtomobilə görə 20.000 manat, anbarda saxlanılan 1 ədəd Hyundai markalı avtomobilə görə isə 2.000 manat ödəniş müqabilində həmin avtomobilləri də onlara sata biləcəklərini bildirmişdir. Cavid onunla məsləhətləşdikdən sonra razılaşmış və almaq qərına gəlmişlərdir. 24 may 2022-ci il tarixdə Cavid Birliyin inzibati binasında Təqsirləndirilən şəxs xidməti otağında 22.000 manat pulu Xosrova təqdim etmişdir. O da heç bir problem olmayacağını, sənədləşdirmə işini surətləndirərək yaxın müddətdə avtomobilləri onlara təhvil verəcəyini demişdir. Bir müddət keçdikdən sonra 13 iyun 2022-ci il tarixdə Xosrovun dəvəti ilə Cavid ilə birlikdə Birliyə getmiş, orada Xosrov Cavidə ayrı-ayrı olan 2 ədəd hərrac sənədini təqdim etmiş, onlarda biri 41 ədəd yararsız avtomobilə aid, digəri isə 1 ədəd Hyundai markalı avtomobilə aid olmuşdur. Hyundai markalı avtomobilə aid hərrac sənədi və qəbzdə məbləğ düzgün olaraq ödədikləri 2.000 manat göstərilsə də, digər hərrac sənədində məbləğ 19.405 manat müəyyən edilərək göstərilmişdir. Qalan 595 manatı isə Xosrov işi surətləndirmək üçün aldığını bildirmişdir. Cavid isə ona heç bir etiraz etməyərək həmin gün avtomobillərin bir hissəsini, qalan hissəsini isə 16 iyun 2022-ci il tarixdə anbardan birlikdə qəbul edərək götürmüşdür. xx.xx.2022-ci il tarixli ərizəsində “İmza” qrafasında, həmin tarixli 41 ədəd avtomobilə 19.405 manat ödəniş olunmasına dair XXĞ 058873, XXĞ 058874 və 1 ədəd avtomobilə 2.000 manat ödəniş olunmasına dair XXĞ 058872 nömrəli malların fiziki şəxslərə təhvil–qəbul qəbzlərində “Təhvil aldım” qrafalarında, o cümlədən Birlikdə saxlanılan xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli və xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli Hərracın nəticələrinə dair yekun protokollarda adının qarşısında olan imzalar ona məxsus deyil, tərəfindən icra olunmamış, həmçinin qeyd olunan hərracların keçirilməsində iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000-210/0xx-xx/008769 nömrəli ərizəsindən görünür ki, “Azərterminalkompleks” Birliyinə məxsus anbarda saxlanılan nəqliyyat vasitələrinin sahibsiz elan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş və ərizə həmin tarixdə icraata qəbul edilmişdir (cild 01; i.v.28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli, 9/7600 saylı ekspert arayışından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 45 adda avomobillər, motosikletlər və avtobuslar hazırda təyinatı üzrə istifadəyə yararsız olduğundan həmin avtomobillərin qiymətini müəyyən etmək mümkün olmamışdır (cild 01; i.v.63-67). Dövlət Gömrük Komitəsi üzrə “qiymətli metalların, o cümlədən qiymətli metal və qiymətli daşlardan hazırlanan malların gömrük hərracında satılması işinin təşkili haqqında” xx.xx.2021-ci il tarixli, 1000/107 nömrəli sərəncamdan görünür ki, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlət mülkiyyətinə keçirilmiş qiymətli metalların açıq gömrük hərracında “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalar”ına uyğun olaraq satılımasını təşkil etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin X2 və Ödənişləri Baş idarəsinin rəisinin 1-ci müavini Şahid2, Komitənin Maliyyə və Təchizat idarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid3, “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin rəisi Təqsirləndirilən şəxs, həmin Birliyin Maliyyə-iqtisad şöbəsinin inspektoru Şahid4 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi X3 ibarət tərkibdə hərrac komissiyası yaradılmışdır (cil 01; i.v.68-69). xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli Hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, “Azərterminalkompleks” Birliyinin xx.xx.2022-ci il tarixli, 2300-014/0xxxx/000386 nömrəli sifariş məktubu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən keçirilən hərracda 41 ədəd istismara yararsız nəqliyyat vasitəsi cəmi 19.405 manat məbləğində pul vəsaitinə hərracın qalibi Şahid11 satılmışdır (cild 01;i.v.120-122). xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli Hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, “Azərterminalkompleks” Birliyinin xx.xx.2022-ci il tarixli, 2300-014/0xxxx/000386 nömrəli sifariş məktubu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən keçirilən hərracda 1 ədəd istismara yararlı nəqliyyat vasitəsi cəmi 2.000 manat məbləğində pul vəsaitinə hərracın qalibi Şahid11 satılmışdır (cild 01, i.v.123-124). xx.xx.2022-ci il tarixli, XXĞ 058873 və XXĞ 058874 nömrəli “Malların fiziki şəxslərə təhvil–qəbul qəbz”lərindən görünür ki, həmin tarixdə 41 ədəd istismara yararsız nəqliyyat vasitəsi Şahid11 təhvil verilmiş və dəyəri olan 19.405 manat pul vəsaiti ödənilmişdir (cild 01; i.v.125-126). xx.xx.2022-ci il tarixli, XXĞ 058872 nömrəli “Malların fiziki şəxslərə təhvil–qəbul qəbzi”ndən görünür ki, həmin tarixdə 1 ədəd istismara yararlı nəqliyyat vasitəsi Şahid11 təhvil verilmiş və dəyəri olan 2.000 manat pul vəsaiti ödənilmişdir (cild 01;i.v.127). 06 iyun 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 21.405 manat məbləğində pul vəsaiti həmin tarixdə Birliyin "xxxx" ASC-də olan AZ78PAHA38090AZNHC********** nömrəli bank hesabına mədaxil edilmişdir (cild 01; i.v.128). Şahid11 “Azərterminalkompleks” Birliyinə yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Birliyin anbarında saxlanılan nəqliyyat vasitələrinin ona satılmasını xahiş etmişdir (cild 01, i.v.129). Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 182/396Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 20 may 2016-cı il tarixdə Komitənin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir (cild 01; i.v. 132). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks Birliyi haqqında Əsasnamə”sinin 5.11-ci bəndindən görünür ki, şöbəyə rəhbərlik edərək onun fasiləsiz işini təşkil etmək, dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışını təşkil etmək və əldə olunmuş vəsaitlərin aidiyyəti üzrə köçürülməsini təmin etmək, şöbə üzrə tədbirlər planının işlənib hazırlanmasını təmin etmək və onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, hüquqi və fiziki şəxsləri, o cümlədən onların nümayəndələrini qəbul edərək onların şöbənin səlahiyyətlərinə daxil olan məsələlərlə əlaqədar müraciətlərinə baxılmasını təmin etmək Birliyin şöbə rəisinin vəzifələrinə aid edilir (cild 01; i.v.133-134). Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə olunmuş qiymətləndirmə barədə rəydən görünür ki, “Audi Q7” (A004BA44) markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 1.200 manat, “Audi Q7” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 500 manat, “Chevrolet Lanos” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 500 manat, “Citroen C5” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 850 manat, “Daewoo Nubira” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 720 manat, “Qazel” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 650 manat, “QAZ2705” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 600 manat, “QAZ3102” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 550 manat, “QAZ31105” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 600 manat, “Honda Fit” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 870 manat, “X19” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 990 manat, “Rang Rover” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 1.020 manat, “Mercedes E-class” (XTT877) markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 650 manat, “Mercedes Eclass” (AA488RR) markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 650 manat, “Mercedes C-class” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 650 manat, “Mercedes Vito” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 900 manat, “Opel Omeqa” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 400 manat, “Opel Astra” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 980 manat, “Setra S-213” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 900 manat, “VAZ 2106göy” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 500 manat, “VAZ 2106yaşıl” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 600 manat, “VAZ 2106bej” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 500 manat, “VAZ 2107qırmızı” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 400 manat, “VAZ 2107ağ” (o302bm35) markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 400 manat, “VAZ 2107ağ” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 450 manat, “VAZ 2107qırmızı” (o331yx150) markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 550 manat, “VAZ 2107göy” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 550 manat, “VAZ 2105” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 400 manat, “VAZ 21099” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 390 manat, “VAZ 2110” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 450 manat, “VAZ 2110sarı” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 550 manat, “VAZ 2107qırmızı” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 890 manat, “Wolkswagen passat” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 750 manat, “Wolkswagen sharan” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 790 manat, “Wolkswagen transporter” markalı istifadəyə yararsız avtomobilin daxili bazarda qiyməti 1.000 manat, “Ford Escort” markalı istifadəyə yararsız avtomobilin daxili bazar qiyməti 685 manat, “QAZ24” markalı istifadəyə yararsız avtomobilin daxili bazar qiyməti 370 manat, “X22” markalı istifadəyə yararsız avtomobilin daxili bazar qiyməti 810 manat, “VAZ 2104” markalı istifadəyə yararsız avtomobilin daxili bazar qiyməti 320 manat, “Ford” (RAT946) markalı istifadəyə yararsız avtomobilin daxili bazar qiyməti 680 manat, “DAF SB3000” markalı istifadəyə yararsız avtomobilin daxili bazar qiyməti 1.260 manat, “Hyundai Elantra” markalı istifadəyə yararlı avtomobilin daxili bazar qiyməti 2.000 manat təşkil edir (cild 01; i.v.136- 141). Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1800-013/0xx-xx/000191 nömrəli məktubundan görünür ki, 5.000 qutu “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi “Azərterminalkompleks” Birliyinin anbarına qəbul edilməsi üçün təhvil verilmişdir (cild 01, i.v.245). "xxxx" MMC-nin 17 mart 2022-ci il tarixli 11 nömrəli “Hərracın yekunları barədə Protokol”undan görünür ki, “Azərterminalkompleks” Birliyinin xx.xx.2022-ci il tarixli, 2300- 014/0xx-xx/00293 nömrəli sifariş məktubu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 103/11A ünvanında yerləşən ofisdə keçirilən hərracda 5.000 qutu “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi 10.000 manat məbləğində pul vəsaitinə hərracın qalibi Şahid9 satılmışdır (cild 01, i.v.254). xx.xx.2022-ci il tarixli, XXĞ 058889 nömrəli “Malların fiziki şəxslərə təhvil–qəbul qəbzi”ndən görünür ki, həmin tarixdə 5.000 qutu “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi Şahid9 təhvil verilmiş və dəyəri olan 10.000 manat pul vəsaiti ödənilmişdir (cild 01, i.v.257). 18 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, 10.000 manat məbləğində pul vəsaiti həmin tarixdə Birliyin "xxxx" ASC-də olan AZ78PAHA38090AZNHC********** nömrəli bank hesabına mədaxil edilmişdir (cild 01, i.v.258). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1840 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, Şahid11 adından olan xx.xx.2022-ci il tarixli “Ərizə”dəki əlyazmalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli hərracın nəticələrinə dair yekun protokolunun 3-cü vərəqinin aşağı hissəsində “Alib: (alıcı)” qrafasında “Şahid11” yazılarının aşağısında olan imza, xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli hərracın nəticələrinə dair yekun protokolunun 2-ci vərəqinin aşağı hissəsində “Alib: (alıcı)” qrafasında “Şahid11” yazılarının aşağısında olan imza, xx.xx.2022-ci il tarixli XXĞ seriyalı 058872, 058873 və 058874 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərinin aşağı hissələrində “Təhvil aldım” qrafalarında “Şahid11” Yazılarının qarşılarında olan imzalar Şahid11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək olmamışdır (cild 02; i.v.101-104). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02; i.v.107). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X7” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-28-1/2-9420/2023 nömrəli məktubdan görünür ki, “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi “Dərman vasitələrinin dövlət reyestri”ndə yoxdur və dövlət qeydiyyatına alınmamışdır, həmin dərman vasitələrinin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur (cild 02; i.v.118). Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə olunmuş qiymətləndirmə barədə rəydən görünür ki, “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin orta bazar dəyəri 6 manat təşkil edir (cild 02; i.v.177-178). Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X23 tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 3-28-1/2-18261/2023 saylı məktubdan görünür ki, “Xyla-P” məlhəmi (tərkibi lidocaine+prilocaine) təsir mexanizmi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir, həmin dərman vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7189/2023 saylı rəyindən görünür ki, “XYLA-P” dərman preparatlarının 01 ədədinin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5,50 manat, topdan satış qiyməti isə 5 manat müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3-21/2-12712/2023 saylı məktubdan görünür ki, “XYLA-P” adlı məhsul dərman vasitəsi kimi dövlət qeydyyatına alınmadığına görə onun qiyməti ilə əlaqədar təhlil işləri aparılmamış və Tarif (Qiymət) Şurası tərəfindən qiymət tənzimlənməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Resublika Sanitariya-karantin Mərkəzi” X23 tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli. 48/12 nömrəli məktubdan görünür ki, “XYLA-P” adlı preparatın (məlhəm) dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nə müraciətlər daxil olmamışdır. İnternet məlumatlarında olan içlik vərəqələrində olan qeydlərə əsasən aydın olmuşdur ki, məhsul tərkibinə və təyinatına görə gigiyenik vasitə ola bilməz. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirildiyi əməl AR CM-nin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan AR CM-nin 308.1-ci maddəsi ittihamdan xaric edilməli, onun AR CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3 və 313-cü maddələri ilə təqsirli olması yuxarıda sadalanan ifadələr və sübutlarla öz təsdiqini tapsa da, ona AR CMnin 179 və 200-1-ci maddələri ilə verilmiş ittihamın həcmi düzgün müəyyən edilmədiyindən əməllərin tövsifinə təsir etməsə də təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi azaldılmalı, nəticədə Təqsirləndirilən şəxs AR CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3 və 313-cü maddələri ilə təqsirli bilinməli, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə başlanlmış cinayət təqibinə o, zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən AR CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə AR CM-nin 75.1.1-ci maddəsinə əsasən ciinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində AR CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət təqibinə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməli, AR CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri isə ona həmin maddənin sanksiyasının hədləri daxilində ədaləti cəza təyin edilməlidir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamdan AR CM-nin 308.1-ci maddəsinin xaric edilməsi ilə bağlı gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir və aşağıdakıları qeyd edir: Məlumdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət məsuliyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda yaranır. Həmin Məcəllənin 179.2.3-cü maddəsi ilə isə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən hər iki epizod üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əmlakını ayrı-ayrı üçüncü şəxslərin xeyrinə israf etməklə talamışdır. Məlumdur ki, AR CM-nin 179-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli tamah niyyəti və talama məqsədi ilə törədilən cinayətdir. Yəni, təqsirkarın həmin cinayətdə məqsədi talamadır. Bundan fərqli olaraq AR CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti isə tamamilə fərqli- vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə törədilir. Talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. İstintaq orqanının elan etdiyi ittihamda Təqsirləndirilən şəxs ittiham verilməsinin əsası kimi onun özünün digər şəxslər qarşısında şəxsi nüfuzunu qorumaq və özünü nümayiş etdirmək, habelə Birliyə daxil olan pul vəsaitini yüksəltməklə özünü Komitənin rəhbərliyi qarşısında peşəkar işçi kimi göstərməkdən ibarət şəxsi niyyətlə Komitənin əmlakını israf etməsi göstərilmişdir ki, ittiham aktında şəxsə ittiham verilməsinin əsası kimi istinad edilmiş hallar biri digəri ilə təzad təşkil etməklə işin həqiqi halları ilə uzlaşmamaqla müvafiq cümlələrin müstəntiq tərəfindən süni surətdə təqsirləndirilən şəxsin əməlində AR CM-nin 308.1-ci maddəsinin tərkibinin olması təəssüratı yaratmağa cəhd etməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə talama məqsədi ilə Komitənin əmlakını real dəyərindən aşağı sataraq Komitəyə maddi ziyan vurmaqla həmin əmlakı israf etməsinə dair ittihamla yanaşı həm də Birliyə daxil olan pul vəsaitini yüksəltməklə özünü Komitənin rəhbərliyi qarşısında peşəkar işçi kimi göstərməkdən ibarət şəxsi niyyətinin olmasından ibarət ittihamın verilməsi absurddur. Belə ki, şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək, yəni talama məqsədi ilə özgə əmlakını həqiqi dəyərindən aşağı satmaqla israf edib hüquqi şəxsə ziyan vurduğunu anladığı halda, guya Birliyə daxil olan pul vəsaitini yüksəltməklə özünü Komitənin rəhbərliyi qarşısında peşəkar işçi kimi göstərməkdən ibarət şəxsi niyyətinin olması təqsirləndirilən şəxsin bir məqsədinin digərinə zidd olmasının və bu halın isə özü-özlüyündə real və inandırıcı olmamasının göstəricisidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək 41 ədəd istifadəyə yararsız və 1 ədəd istifadəyə yararlı nəqliyyat vasitələrini üçüncü şəxs Şahid11 xeyrinə, 5000 ədəd dərman vasitəsini isə Şahid9 xeyrinə həqiqi dəyərindən aşağı qiymətə satmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əmlakını israf etməklə Komitəyə xeyli miqdarda ziyan vurmuşdur. Göründüyü kimi, istintaq orqanı özü də təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə edərək məhz özgə əmlakını talamaq niyyəti və tamah məqsədi ilə Dövlət Gömrük Komitəsinə maddi zərər vurduğunu qəbul etsə də, həmin maddə ilə müəyyən edilmiş ittihamın mahiyyəti ilə uzlaşmayan əsasla, yəni maddi ziyan vurduğu qurumun rəhbərliyi qarşısında özünü peşəkar işçi kimi göstərməkdən ibarət şəxsi niyyətinin olmasına istinad edərək şəxsin həm də AR CM-nin 308.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmiş, lakin həmin maddə ilə şəxsin təqsirliliyinə dair istinad edilmiş hal işin həqiqi halları ilə uzlaşmamış və həmin maddə təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmişdir. Məhkəmə ümumiyyətlə işlədiyi quruma maddi ziyan vuran şəxsin həmin əməlinə görə maddi zərərə məruz qalmış qurumun rəhbərliyi qarşısında özünü peşakar işçi kimi təqdim etmək niyyətinin olmasını qəbuledilməz və tamamilə təzadlı hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, AR CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi həm AR CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində göstərilən vəzifəli şəxslər, həm də vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən mümkün olduğundan, hazırki halda təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla həmin vəzifədən irəli gələn qulluq mövqeyindən istifadə edərək özgə əmlakını israf etməklə taladığından onun əməli AR CM-nin 179.2.3-cü maddəsi ilə tamamilə əhatə olunduğundan eyni əməlin əlavə olaraq AR CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsinə zərurət qalmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə AR CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin AR CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyət əleyhinə olan cinayət olmaqla eyni niyyətlə, yəni tamah niyyəti ilə, eyni məqsədlə, yəni talama məqsədi ilə törədilməsini nəzərə alaraq qeyd olunan Plenum qərarında AR CM-nin 178.2.3-cü maddəsi ilə müəyyən edilmiş mövqeyin AR CM-nin 179.2.3-cü maddəsinə münasibətdə də tətbiq edilməsinin qanuni və əsaslı olması qənaətindədir. Bununla yanaşı, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 39-cu bəndində açıq-aşkar göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Həmin qərarın 38-ci bəndində isə göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda göstərilənləri nəzərə alaraq hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlinin əməlinin əsassız olaraq cinayət qanunun həm AR CM-nin 179.2.3, həm də 308.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir və onun əməlinə düzgün şamil edilməmiş AR CM-nin 308.1-ci maddəsinin ittihamdan xaric edilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxsə AR CM-nin 179.2.4 və 200-1.2.3-cü maddələri ilə elan edilmiş ittihamın həcminin azaldılması ilə bağlı gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir: İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan birinci epizod üzrə istintaq orqanı tərəfindən vurulmuş zərər kimi müəyyən edilmiş məbləğlə razılaşmır və həmin hissədə ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, ibtidai istintaq orqanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə olunmuş qiymətləndirmə barədə rəyinə istinad edərək “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin orta bazar dəyərinin 6 manat olmasını əsas götürərək təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında 20000 manat məbləğində pul vəsaitini israf etməsi və külli miqdarda bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışını həyata keçirməsi qənaətinə gəlmişdir. Halbuki, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli rəydə qiymətləndirici tərəfindən ekspertiza təyin edilmədən, sadəcə 2023-cü il üzrə internetdə olan qiymətlər əsas götürülməklə məhsulun orta bazar qiyməti müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə ekspert qarşısında “Xyla-P” dərman preparatının 01 ədədinin 2022-ci ilin mart ayına olan orta bazar qiymətinin hansı məbləğdə olması ilə bağlı sual qoyulmuş və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/7189/2023 saylı rəyi ilə “XYLA-P” dərman preparatlarının 01 ədədinin 2022-ci ilin mart ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 5,50 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetininin 19 oktyabr 2012-ci il tarixli, 237 saylı “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması” Qaydalarının 1.3-cü bəndində göstərilmişdir ki, gömrük hərraclarında satışa çıxarılan malların ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir. Odur ki, məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmiş “XYLA- P” dərman preparatının 01 ədədinin 2022-ci ilin mart ayına olan orta bazar qiymətinin Respublika ərazisində yerləşən apteklərdə, internet saytlarında və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə müəyyən edildiyini və ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı digər sübutun olmamasını nəzərə alaraq müvafiq ekspert rəyində göstərilmiş qiymət nəzərə alınmaq təqsirləndirilən şəxsin əməlinə qiymət verilməsini düzgün hesab edir ki, belə olan halda istintaq orqanı tərəfindən müəyyən edilmiş “XYLA-P” dərman preparatların satışı nəticəsində əldə edilmiş vəsaitin israf edilməsi ilə bağlı müəyyən edilmiş məbləğ azaldılmaqla vurulmuş zərərin məbləği 17500 manat həddində müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi birinci epizod üzrə onun tərəfindən mənimsəmə (595 manat) cinayətinin törədilməsi ilə bağlı göstərilən ittihamla razılaşmır və həmin hissənin ittihamdan xaric edilərək birinci epizod üzrə müəyyən edilmiş ümumi zərərin məbləğinin də azaldılmasını əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən ikinci epizodda Şahid11 satılmış avtomobillərin müqabilində Şahid8 verdiyi 22.000 manat ödənişdən 21.405 manatı avtomobillərin ödənişi üçün Birliyin balansına mədaxil etsə də, qalan 595 (beş yüz doxsan beş) manat hissəsini Birliyin hesabına mədaxil etməyərək əlbir olduğu Şahid1 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək Birliyə məxsus olmaqla özünə etibar edilmiş cəmi 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaitini ziyan vurmaqla mənimsəyərək taladıqları göstərilsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin hissədə verilmiş ittiham öz təsdiqini tapmamış, əksinə həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələri ilə təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs komputer vasitəsi ilə yazılmış ifadəsində onun anbarda olan avtomobillərin Şahid11 satılması ilə bağlı sənədləşmə işlərinin aparılması üçün Şahid8 595 manat artıq vəsait aldığını, həmin puldan 500 manatını şəxsən Şahid1 təqdim etdiyini, 95 manatını isə özündə saxlayaraq idarədaxili lazım olan xərclərə sərf etdiyini bildirməsi göstərilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs müstəntiqə belə bir ifadə vermədiyini, Şahid8 verdiyi artıq 595 manatı avtomobillərin birinin digərindən ayrılması (belə ki, həm təqsirləndirilən şəxs, həm də Şahid8 özü məhkəmədə Şahid11 aldığı avtomobillərin birinin digərinin üzərində, digərinin içinə keçmiş vəziyyətdə olduğunu təsdiq etmişlər) və anbardan çıxarılması üçün evakuator çağıraraq bu xərclərin ödənilməsi məqsədi ilə xərclədiyini, bundan Şahid8 özünün də məlumatlı olduğunu, Şahid8 aldadaraq Şahid11 pulunu mənimsəmədiyini, həmin 595 manat məbləği öncədən razılaşdırılmış qaydada təyinatı üzrə xərcləndiyini, həmin puldan 1 manat belə özünə götürmədiyini bildirmişdir. İbtidai istintaq, o cümlədən, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ona nəqliyyat vasitələrinin satışı ilə əlaqədar hər hansı məbləğdə pul vermədiyini, nəqliyyat vasitələrinin satışı ilə əlaqədar qiymətləndirmə nəticəsində müəyyən edilmiş qiymət əsasında əldə edilmiş pul vəsaitinin Birliyin hesabına mədaxil etdiyini, həmin şəxslərdən hər hansı əlavə məbləğdə pul almadıqlarını bildirmişdir. Bundan savayı, istintaq orqanı tərəfindən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid11 Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında olan avtomobilləri hərrac yolu ilə satın alması müqabilində Təqsirləndirilən şəxs verdiyi 22000 manat pul vəsaitinin 595 manatını Xosrovun işi sürətləndirmək üçün özündə saxlandığını bildirdiyi göstərilsə də, məhkəmə iclasında dindirilmiş Rzayev X11 Vahabzadəyə verdiyi 22000 pul vəsaitindən 595 manatın Xosrovun avtomobillərin anbardan çıxarılması, orada biri digərinin içərisinə keçmiş avtomobillərin aralanması ilə əlaqədar göstərilən xidmətlərə xərcləyəcəyini dediyini, Xosrovla bu barədə razılaşdığını, həqiqətən də həmin vəsait hesabına çağırılmış maşınlar vasitəsi ilə avtomobillərin anbardan çıxarıldığını, 595 manat pul vəsaitini Təqsirləndirilən şəxs onu aldadaraq almadığını, həmin pulun hara xərclənəcəyini bilərək Xosrova verdiyini və həmin məbləğin təyinatı üzrə xərcləndiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid8 əslində həmin avtomobillərin anbardan çıxarılması üçün özlərinin başqa xidmət göstərən şirkətə müraciət etdiklərini, həmin şirkətin həmin iş üçün 2000 manat pul istədiyini, bu səbəbdən avtomobillərin pulundan əlavə 595 manat pul vəsaitini artıq verməklə Xosrovun həmin vəsait hesabına evakuator çağıraraq avtomobilləri anbardan çıxarması ilə bağlı təklifi ilə razılaşdığını və həqiqətən də həmin vəsait hesabına həmin avtomobillərin anbardan çıxarıldığını, Xosrovun onu aldatmadığını bir daha vurğulamışdır. Göründüyü kimi istintaq orqanı sözügedən 595 manat pul vəsaitinin hansı məqsədlə alındığını dəqiq müəyyən etmədən, Şahid8 istintaq zamanı Təqsirləndirilən şəxs həmin pul vəsaitini işlərin sürətləndirilməsi üçün almasını bildirdiyini göstərsə də, bununla bağlı hər hansı araşdırma aparmadan, Təqsirləndirilən şəxs dəqiqləşdirici suallar ünvanlamadan, Ehtiram Xəliovun həmin pul vəsaitindən ona hər hansı məbləğdə pul verilmədiyini göstərməsinə əhəmiyyət vermədən sadəcə Təqsirləndirilən şəxs komputer vasitəsi ilə yazılmış ifadəsindəki xüsusata istinad edərək onun ifadəsini inandırıcı hesab etmiş, başqa hər hansı sübut olmadan Təqsirləndirilən şəxs Şahid1la birlikdə bir qrup şəxs halında 595 manatı mənimsəyərək taladıqları qənaətinə gəlmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin pul vəsaitini mənimsəməsi nəinki təsdiq olunmamış, məhz həmin pulu Təqsirləndirilən şəxs vermiş Şahid8 ifadəsi ilə mənimsəmə cinayətinin törədilməsi istisna olunmaqla Təqsirləndirilən şəxs həmin pulu mənimsəməməsi, Şahid8lə razılaşdırılmış təyinat üzrə xərcələdiyi və bununla da təqsirləndirilən şəxsin əməlində mənimsəmə cinayətinin olmaması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmiş ikinci epizoddan “Təqsirləndirilən şəxs Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək Birliyə məxsus olmaqla özünə etibar edilmiş cəmi 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaitini ziyan vurmaqla mənimsəyərək talaması”na dair müddəalar xaric edilməli, həmin epizod üzrə israf etmə cinayəti nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə vurulmuş zərərin məbləği 8970 manat, birinci epizod üzrə isə vurulmuş zərərin məbləği məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi nəzərə alınmaqla 17500 manat həddində müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 06 may 2024-cü il tarixli qəbzdən görünür ki, onun tərəfindən cinayət nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə vurulmuş 26470 manat məbləğində zərər tam ödənilmiş, həmin zərərin 25% məbləğində olan vəsait, yəni 6617,5 manat məbləğində pul vəsaiti isə dövlət büdcəsinə ödənilmişdir. Zərərçəkmiş şəxs hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə müdafiə tərəfin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi AR CM-nin 313-cü maddəsinə münasibətdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunmuş, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, ona AR CM-nin 313-cü maddəsi ilə istinad olunan cinayət əməllərindən birincisi 17 mart 2022-ci il tarixdə, digəri isə 02 iyun 2022-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək AR CM-nin 313cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qanunvericiliyin tələblərini, o cümlədən, təqsirləndirilən şəxsin təqsirli bilindiyi AR CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin maddə ilə AR CM-nin 75.1.1-ci maddəsinə əsasən ciinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində AR CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət təqibinə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs AR CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli olması iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunduğundan və onun həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla AR CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 200-1.2.2 və 200-1.2.3-cü maddələrinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 200-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə min manatdan iki min manatadək olan məbləğ, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qeyd olunan kremlərin hərrac keçirilmədən satılmasının qanunsuz olmasını bilməsinə baxmayaraq sadəcə rəhbərinin göstərişini yerinə yetirdiyini, başqa çarəsinin olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qanunsuz olduğunu bildiyi halda qanunsuz əmri yerinə yetirməsi onun cinayət məsuliyyətindən kənarda qalmasına zəmin yaratmamaqla ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Belə ki, AR CM-nin 40.2-ci maddəsinə əsasən bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında “Xyla-P” adlı vasitənin dərman vasitəsi olmadığını, sadəcə krem olduğunu iddia etsə də, məhkəmə iclasında “Xyla-P” adlı vasitənin məhz dərman vasitəsi olub-olmaması tam və hərtərəfli araşdırılmış və həmin vasitənin dərman vasitəsi olması öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X7” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-28-1/2- 9420/2023 nömrəli məktubdan görünür ki, “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi “Dərman vasitələrinin dövlət reyestri”ndə yoxdur və dövlət qeydiyyatına alınmamışdır, həmin dərman vasitələrinin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X23 tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 3-28-1/2-18261/2023 saylı məktubdan görünür ki, “Xyla-P” məlhəmi (tərkibi lidocaine+prilocaine) təsir mexanizmi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir, həmin dərman vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Resublika Sanitariya-karantin Mərkəzi” X23 tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli. 48/12 nömrəli məktubdan görünür ki, “XYLA-P” adlı preparatın (məlhəm) dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nə müraciətlər daxil olmamışdır. İnternet məlumatlarında olan içlik vərəqələrində olan qeydlərə əsasən aydın olmuşdur ki, məhsul tərkibinə və təyinatına görə gigiyenik vasitə ola bilməz. Bununla yanaşı, məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 nümayəndələri X10 və X8 onlara ünvanlanmış suallara cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X16 hər hansı vasitənin dərman vasitəsi olub-olmaması ilə sorğu verildikdə bununla bağlı ekspertiza keçirildikdən sonra həmin vasitənin dərman vasitəsi olub-olmamasının müəyyən edildiyini, “Xyla-P” adlı vasitənin “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi olduğunu, lakin Azərbaycan Respublikasında qeydiyyata alınmadığını, “Dərman vasitələri haqqında” Qanuna əsasən hər bir vasitəsinin dövlət qeydiyyatına alınmaqla dərman vasitələrinin reyestrinə daxil edilməli olduğunu, dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin satışının qanunsuz olduğunu, “Xyla-P” dərman vasitəsi dövlət qeydiyyatına alınmaqla dərman vasitələrinin reyestrinə daxil edilmədiyindən Tarif Şurası tərəfindən qiymətinin müəyyən edilmədiyini bildirmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxsin “Xyla-P” adlı vasitənin dərman vasitəsi olmaması və bununla da əməlində AR CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin tərkibinin olmaması ilə bağlı irəli sürdüyü dəlil məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təkzib olunmuş və “Xyla-P” adlı vasitənin məhz dərman vasitəsi olması toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmiş 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən peşman olmasını, yaşlı olmasını, uzun illər ərzində gömrük orqanlarında qüsursuz xidmət edərək “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum etmə cəzası, əsas cəza qismində isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 11 nömrəli “Hərracın yekunları barədə Protokol”u, xx.xx.2022-ci il tarixli XXĞ 058889 nömrəli “malların fiziki şəxslərə təhvil–qəbul qəbz”i, xx.xx.2022-ci il tarixli Şahid11 ərizəsi, xx.xx.2022-ci il tarixli XXĞ 058873, XXĞ 058874 və XXĞ 058872 nömrəli malların fiziki şəxslərə təhvil–qəbul qəbzləri, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli və xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli “Hərracın nəticələrinə dair yekun protokol”lar cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə başlanlmış cinayət təqibinə o, zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən AR CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan AR CM-nin 308.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin, həmin maddə ilə AR CM-nin 75.1.1-ci maddəsinə əsasən ciinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində AR CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət təqibinə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 124 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar-"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 11 nömrəli “Hərracın yekunları barədə Protokol”u, xx.xx.2022-ci il tarixli XXĞ 058889 nömrəli “malların fiziki şəxslərə təhvil–qəbul qəbz”i, xx.xx.2022-ci il tarixli Şahid11 ərizəsi, xx.xx.2022-ci il tarixli XXĞ 058873, XXĞ 058874 və XXĞ 058872 nömrəli malların fiziki şəxslərə təhvil–qəbul qəbzləri, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, G05-4/22 nömrəli və xx.xx.2022-ci il tarixli, G05-5/22 nömrəli “Hərracın nəticələrinə dair yekun protokol”lar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar