Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-28/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-30 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, döngə 3, nömrəsiz fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında cəza çəkən, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsa verilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid5, Şahid4, Şahid6, Şahid7 və Şahid3 ilə bir qrup şəxs halında əvvəllər əslən Ağdam və Füzuli rayonundan olan şəxslərin bir-birilərinə qarşı olan yerli pərəstlik söhbəti əsasında yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədilə 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən “Horadiz” marketin qarşısına gələrək Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan sonuncuların ünvanına uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 yumruq və təpiklə vurub fiziki ağrı yetirərək zor tətbiq etməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, məqsədi dava etmək olmamış, sözlə mübahisə etmiş, mübahisə baş vermiş, lakin sonradan aralarında razılaşma olmuşdur. Mübahisə Aruzla marketin qarşısına yığışmaqları ilə bağlı sözlə olmuş, Aruz niyə ora yığışdığını soruşmuş və nəticədə dava düşmüşdür. Lakin dava etmək məqsədləri olmayıb. X5 rayonu söhbəti olmamışdır. Verilmiş sullara cavabında isə burada dediklərini müstəntiqə də bildirdiyini, onu MSY-də saxladıqları, gözü görmədiyi və oxuya bilmədiyi üçün ifadəsinə imza çəkdiyini bildirmişdir. Aruzu vurmamış, Aruza yumruq atmış, lakin dəyməmişdir. Həmin vaxt kənarda sözlə mübahisə etmişlər, yol bağlanmamış, kütləvi dava olmamışdır. Əvvəldən mübahisə olmamış və mübahisənin səbəbini xatırlamır. Son sözündə məhkəmədən onun əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi olduğunu, müstəntiq tərəfindən əməlinin ağırlaşdırılaraq CM-nin 221.2.1-ci maddəsi verilməsini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələnndə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs görüb ona yaxınlaşıb bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə iradını bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmış və Aruz onu söyərək təhqir edib üzərinə hücum etdikdə o, Aruzun sifət nahiyəsindən yumruqla zərbə endirmiş, zərbənin təsirindən Aruz müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman Aruzun qardaşı Şahid1 və bacısı oğlu Şahid2 mübahisəyə müdaxilə edib, ona əl və ayaqları ilə zərbə endirmişdirlər. Həmin vaxtı yanında olmuş qohumları Şahid5, Şahid4, Şahid7, X2 və Şahid6 da ona köməklik etmək məqsədi ilə mübahisəyə müdaxilə edib yumruq və təpiklə Aruzun, Cavidin və Fərmanın bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmişdirlər. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Kütləvi şəkildə dava-dalaş olduğu üçün konkret olaraq kim kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğunu dəqiq görə bilməmişdir. Şəxsən ciddi xəsarət almamış, ona görə də heç bir tibb müəssisəsindən müayinədən keçməmişdir. Özünü müdafiə etmək üçün üzərinə hücum edən şəxsləri əl və ayaqları ilə vurub onları özündən kənarlaşdırmağa çalışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacı oğlu Fərman ilə mübahisəsi olmuşdur. O, marketə alış-veriş etməyə getmişdir. Marketin qarşısında onlar yığışmış, o da marketdən çıxanda mübahisə yaranmışdır. Aralarında dava olmuş, sonra barışıq olmuş və şikayətçi olmamışdır. Verilən suallara cavabında isə bildirmişdir ki, hadisə 2023-cü ildə axşam tərəfi saat 6 radələrində Sabunçu rayonu Elşən Mehdiyev küçəsində “Horadiz” marketin qarşısında olmuşdur. Marketə tək getmiş, uşaqlar çöldə olmuşdur. Alış-veriş etmiş, çöldəki uşağın atası gəlib demişdir ki, söhbət edəcəklər. Bacısı oğlundan soruşmuş və bilmişdir ki, onunla mübahisə etməyə gəliblər. Çölə çıxmış və nəticədə mübahisə yaranmışdır. X7 arasında mübahisə olmuş, biri deyib Füzuli yaxşıdı, digəri deyib Ağdam yaxşıdı. Mübahisə ondan yaranıb. O marketdən çıxanda Elçinlə Fərman söhbət edirmişlər. Elçin Fərmandan axşam niyə elə söhbət etdiyini soruşmuş, o söhbətə qatılanda Elçin həmin anda ona yumruq atmışdır. Yumruq gözlənilmədən olmuş, lakin o geri çəkildiyi üçün ona dəyməmişdir. 7-8 nəfər onun üstünə düşmüş və yerə yıxılmışdır. Videonu kimsə “tiktok” sosial şəbəkəsində paylaşmışdır. Sabunçuda ekspertizadan keçmiş, başında xəsarətlər olduğunu demişlər. Hadisə 5-10 dəqiqə çəkmiş, onları 5-6 nəfər ayırmışdır. Elçin onu vurmayıb, bacısı oğlu ilə mübahisəsi olmuşdur. Zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin qarşısında dayandığı zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyini bəhanə edib, ona buna görə iradını bildirdiyi üçün aralarında mübahisə yaranmış və Elçin qəflətən sifət nahiyəsindən yumruqla zərbə endirmiş, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs yanında olmuş qohumları Şahid5, Şahid4, Şahid7, X2 və Şahid6 da mübahisəyə müdaxilə edib Elçinə köməklik etmək məqsədi ilə onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Hadisəni görmüş qardaşı Şahid1 və bacısı oğlu Şahid2 həmin şəxsləri ondan aralamaq üçün yanına gəldikdə Elçin və onun qohumları Aruzla Fərmanı da əl və ayaqları ilə vurub fiziki zor tətbiq etmişlər. Kütləvi şəkildə dava-dalaş yarandığından dəqiq kimin nə ilə və bədənlərinin hansı nahiyəsindən vurduğunu dəqiq görə bilməmişdir. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Heç bir tibb müəssisəsindən müayinədən keçməmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də aparılmış araşdırma zamanı təhqiqatçı Tural Təhməzli tərəfindən ona məhkəmə-tibbi müayinədən keçmək üçün qərar verilsə də, sonradan dalaşdığı şəxslərlə barışacağını düşünüb məhkəmə-tibbi müayinədən keçməmişdir. Hadisədən xeyli müddət keçdiyi üçün və bədənində hazırda xəsarətlər qalmadığından məhkəmə-tibbi müayinədən keçməkdən imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, sözsöhbət olduğunu görüb yaxınlaşaraq ayırmışdır. Elçin onun qonşusu, Aruz isə qardaşıdır. Mübahisənin səbəbini bilmir, o gələndə mübahisə başlamış və o ayırmışdır. Elçinin Aruzu hansı nahiyəsindən vurduğunu görməmiş, qardaşının yerə yıxıldığını və orda olan şəxslərin qardaşı Aruzu təpik və yumruqda vurduğunu görmüşdür. Mübahisə zamanı onu da vurmuşlar. Söhbətin yerli məsələsi olduğunu sonradan eşitmişdir. Ekspertizadan keçməkdən özü imtina etmişdir. Şahid1 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Xudafərin» marketin reklam işlərini icra edərkən yaxınlıqda yerləşən «Horadiz» marketin qarşısında qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs uca səslə mübahisə etdiklərini, qəflətən Təqsirləndirilən şəxs Aruzun sifət nahiyəsindən yumruqla zərbə endirdiyini görüb onları aralaşdırmaq məqsədi ilə bacısı oğlu Şahid2 ilə onlara yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs kənarda olmuş çox sayda qohumları mübahisəyə müdaxilə edib onu, qardaşı Aruzu, bacısı oğlu Fərmanı əl və ayaqları ilə vurmağa başlamışlar. Aruz və Fərmanla birlikdə özlərini müdafiə etmək üçün üzərlərinə hücum etmiş şəxsləri əl və ayaqları ilə vurmuşdurlar. Kütləvi şəkildə dava- dalaş baş verdiyindən kimin konkret olaraq kimi və bədənin hansı nahiyəsindən nə ilə vurmasını deməkdə çətinlik çəkir. Onunla, qardaşı Aruzla, bacısı oğlu Fərmanla dava edənlər Təqsirləndirilən şəxs və onun qohumları Şahid5, Şahid4, Şahid6, Şahid7, Şahid3 olmuşdurlar. Sonradan Aruzdan eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs ona yaxınlaşıb bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyini bəhanə edib ona buna görə iradını bildirmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Heç bir tibb müəssisəsindən müayinədən keçməmiş və uzun müddət keçdiyindən bədənində xəsarət və ya xəsarət izi qalmadığı üçün müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə-tibbi müayinədən keçməsi üçün qərar verilsə də, sonradan dalaşdığı şəxslərlə barışacağını düşünüb məhkəmə-tibbi müayinədən keçməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Aruz onun dayısı, Təqsirləndirilən şəxs isə qonşularıdır. Marketdən çölə çıxanda dayısı Aruzla Elçinin mübahisə etdiyini görmüşdür. Elçin dayısı Aruza yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Mübahisə adi zarafatdan başlayıb, rayon söhbətinə keçmişdir. Söhbəti kimin başladığı yadında deyil. Söhbət Elçinlə onun arasında olmuş, Elçin onunla dalaşmışdır. Dayısı ona görə mübahisəyə müdaxilə etmişdir. Verilən suallara cavabında Füzuli Ağdam söhbətinin zarafatdan olduğunu bildirmişdir. Şahid2 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, «Horadiz» marketin qarşısında dayısı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs uca səslə mübahisə etdiklərini, qəflətən Təqsirləndirilən şəxs Aruzun sifət nahiyəsindən yumruqla zərbə endirdiyini görüb onları aralaşdırmaq məqsədi ilə onlara yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs kənarda olmuş çox sayda qohumları mübahisəyə müdaxilə edib onu, dayıları Aruz və Cavidi əl və ayaqları ilə vurmağa başlamışdırlar. Aruz və Cavid birlikdə özlərini müdafiə etmək üçün üzərlərinə hücum etmiş şəxsləri əl və ayaqları ilə vurmuşdurlar. Kütləvi şəkildə dava- dalaş baş verdiyindən kimin konkret olaraq kimi və bədənin hansı nahiyəsindən nə ilə vurmasını deməkdə çətinlik çəkir. Onlarla dava edənlər Təqsirləndirilən şəxs və onun qohumları Şahid5, Şahid4, Şahid6, Şahid7, Şahid3 olmuşdurlar. Sonradan Aruzdan eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs ona yaxınlaşıb bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları. Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyini bəhanə edib ona buna görə iradını bildirmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Dava-daiaş təxminən 10 dəqiqə davam etmişdir. Heç bir tibb müəssisəsindən müayinədən kefməmiş və uzun müddət keçdiyindən bədənində xəsarət və ya xəsarət izi qalmadığı üçün müayinədən keçmək istəmir. Ona məhkəmə-tibbi müayinədən keçməsi üçün qərar verilsə də, sonradan dalaşdığı şəxslərlə barışacağını düşünüb məhkəmə-tibbi müayinədən keçməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, mübahisə marketin qarşısında olmuş, mübahisəni aralamaq üçün yaxınlaşmış, öz aralarında dava-dalaş olmuş və sonradan barışmışlar. X9 arasında olmuş, o kənarda olmuş, söhbəti eşitməmişdir. Hər ikisi dalaşmış o və məhlədəki digər şəxslər ayırmaq üçün yaxınlaşmışlar. Elçin və Aruzu ayırmış, həmin vaxt Aruzu kimin vurduğunu görməmişdir. O, Aruzu vurmamışdır. Verilən suallara Fərmanla Elçinin dalaşmasını görmədiyini, Elçinlə Aruz dalaşdığını görmüş, Elçin Aruzu necə vurduğu yadında deyil, ancaq yaxın olduqlarını görmüşdür. Elçinin yumruğunun Aruza dəydiyini görməmişdir. X4 əl atdığını, lakin harasına dəydiyini bilmir. Şahid6 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin yaxınlığında olarkən qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə «Horadiz» marketin qarşısında dayanıb söhbət etdiklərini və ani bir zamanda uca səslə mübahisə etməyə başladıqlarını, daha sonra Aruzun nəlayiq ifadələr işlətdiyi üçün Elçinin yumruqla Aruzun sifətindən vurub onu yerə yıxdığını, bu zaman Aruzun qardaşı Cavid və qohumu Fərman da onlara yaxınlaşıb mübahisəyə müdaxilə etdiklərini və Elçinlə mübahisə etdiklərini görüb, o yanında olmuş digər qohumları Şahid5, Şahid4, Şahid7 və Şahid3 ilə Aruzgilə yaxınlaşıb mübahisəyə müdaxilə etmişdirlər. Nəticədə aralarında dava-dalaş yaranmış, bir-birilərini əl və ayaqla vurmuşdurlar. Kütləvi dava-dalaş yarandığı üçün kimin kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğuna diqqət yetirə bilməmişdir. Sonradan Elçindən eşidib bilmişdir ki, Aruz bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə Elçin iradını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Fərmanla Elçinin mübahisəsi olmuşdur. Elçin Fərmanı mübahisə etmək məqsədilə çölə çağırmış və Aruz marketdən çıxmışdır. Elçin Aruzu gözləmədən yumruq atmış, lakin dəyməmişdir. Sonra onlar müdaxilə edib, araya girmiş və dalaşmışlar. Sonra onları ayırmışlar və böyüklər barışdırmış, hal-hazırda münasibətləri yaxşıdır. Verilən suallara cavabında hadisənin 2023-cü ildə Sabunçu rayonu Elşən Mehdiyev küçəsində “Horadiz” marketin qarşısında olduğunu, ətrafda qonşuların olduğunu, Aruz marketdən çıxdığını, nə dediyini bilmədiyini, Elçin yumruq atdığını, Aruza dəymədiyini, birlikdə dalaşdıqlarını, sonra qonşuların onları ayırdıqlarını bildirmişdir. Hadisənin 5-10 dəqiqə çəkdiyini, istintaq zamanı ifadəsinin düzgün yazılmadığını, Elçinin Aruza yumruq atdığını, lakin dəymədiyini, mübahisənin səbəbini bilmədiyini qeyd etmişdir. Şahid3 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin yaxınlığında olarkən qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə «Horadiz» marketin qarşısında dayanıb söhbət etdiklərini və ani bir zamanda uca səslə mübahisə etməyə başladıqlarını, daha sonra Aruzun nəlayiq ifadələr işlətdiyi üçün Elçinin yumruqla Aruzun sifətindən vurub onu yerə yıxdığını, bu zaman Aruzun qardaşı Cavid və qohumu Fərman da onlara yaxınlaşıb mübahisəyə müdaxilə etdiklərini və Elçinlə mübahisə etdiklərini görüb, o yanında olmuş digər qohumları Şahid5, Şahid4, Şahid7 və Şahid6 ilə Aruzgilə yaxınlaşıb mübahisəyə müdaxilə etmişdirlər. Nəticədə aralarında dava-dalaş yaranmış, bir-birilərini əl və ayaqla vurmuşdurlar. Kütləvi dava-dalaş yarandığı üçün kimin kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğuna diqqət yetirə bilməmişdir. Sonradan Elçindən eşidib bilmişdir ki, Aruz bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə Elçin iradını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur. Hadisə Sabunçu rayonu Elşən Mehdiyev küçəsində Fərmanın marketinin qarşısında olmuşdur. Fərmanla Elçin arasında mübahisə olmuş, onlar söhbət edəndə o da yanlarında olmuşdur. Mübahisə zamanı Aruz marketdən çıxmış, hadisəyə müdaxilə etmək istəmiş, Elçin təxmin etmişdir ki, Fərmanın qohumu olduğuna görə onu vurar, ona görə də Aruza yumruq atmış, vura bilməmiş, həmin vaxt dava düşmüş, qonşular, məhlədəki adamlar yaxınlaşmış, mübahisə 7-8 dəqiqə davam etmişdir. Heç kim heç kimi vura bilməmiş, ancaq dartışmalar olmuşdur. Hadisədən 1-2 saat sonra böyükləri onları bir yerə yığıb barışdırmışlar. Verilən suallara cavabında mübahisənin Elçinlə Fərman arasında olduğunu, əlbəyaxa olmadıqlarını, Aruzun marketdə olduğunu, Elçinlə Fərmanın söhbət etdiyini, məsələnin nə olduğunu bilmədiyini, özünün kənarda dayandığını bildirmişdir. Aruz Fərmanın yanına Elçinlə söhbət etməyə gəlmiş, Elçin həmin vaxt onu vura biləcəyinə görə yumruq atmışdır. Hadisə 7-8 dəqiqə olmuş, qarışıqlıq olmuş, amma bir birini vuran olmamışdır. Şahid5 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin yaxınlığında olarkən qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə «Horadiz» marketin qarşısında dayanıb söhbət etdiklərini və ani bir zamanda uca səslə mübahisə etməyə başladıqlarını, daha sonra Aruzun nəlayiq ifadələr işlətdiyi üçün Elçinin yumruqla Aruzun sifətindən vurub onu yerə yıxdığını, bu zaman Aruzun qardaşı Cavid və qohumu Fərman da onlara yaxınlaşıb mübahisəyə müdaxilə etdiklərini və Elçinlə mübahisə etdiklərini görüb, o yanında olmuş digər qohumları X2, Şahid4, Şahid7 və Şahid6 ilə Aruzgilə yaxınlaşıb mübahisəyə müdaxilə etmişdirlər. Nəticədə aralarında dava-dalaş yaranmış, bir-birilərini əl və ayaqla vurmuşdurlar. Kütləvi dava-dalaş yarandığı üçün kimin kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğuna diqqət yetirə bilməmişdir. Sonradan Elçindən eşidib bilmişdir ki, Aruz bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə Elçin iradını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur, mübahisə Sabunçu rayonu Elşən Mehdiyev küçəsində Horadiz marketin qarşısında olmuşdur. Elçin və Fərmanın mübahisəsi olmuş, Aruz müdaxilə etmiş, Elçin Aruza yumruq atmış, vura bilməmişdir. Onlar da araya girmiş, kütləvi dava olmuş, kimin kimi vurduğunu bilməmişdir. Verilən sualla cavabında bildirmişdir ki, Elçin Aruzu vurmağa cəhd etmiş, lakin dəyməmişdir. Mübahisənin səbəbini bilmir, mübahisə 3-4 dəqiqə olmuşdur. Qohumlar gəlib ayırmış, sonra barışıq olmuşdur. Şahid4 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin yaxınlığında olarkən qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə «Horadiz» marketin qarşısında dayanıb söhbət etdiklərini və ani bir zamanda uca səslə mübahisə etməyə başladıqlarını, daha sonra Aruzun nəlayiq ifadələr işlətdiyi üçün Elçinin yumruqla Aruzun sifətindən vurub onu yerə yıxdığını, bu zaman Aruzun qardaşı Cavid və qohumu Fərman da onlara yaxınlaşıb mübahisəyə müdaxilə etdiklərini və Elçinlə mübahisə etdiklərini görüb, o yanında olmuş digər qohumları X2, Şahid5, Şahid7 və Şahid6 ilə Aruzgilə yaxınlaşıb mübahisəyə müdaxilə etmişdirlər. Nəticədə aralarında dava-dalaş yaranmış, bir-birilərini əl və ayaqla vurmuşdurlar. Kütləvi dava-dalaş yarandığı üçün kimin kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğuna diqqət yetirə bilməmişdir. Sonradan Elçindən eşidib bilmişdir ki, Aruz bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə Elçin iradını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Elçinlə Fərmanın mübahisəsi yaranmış, mübahisənin səbəbini xatırlamır. Sabahı gün Elçin marketin qarşısına gəlmiş, Elçinlə Fərman söhbət etmişlər. Aruz marketdən çıxmış, Elçin Aruzun müdaxilə edəcəyini düşünüb, Aruza yumruq atmış, vura bilməmiş, sonra onlar araya girmiş və mübahisə yaranmışdır. Mübahisə 8-10 dəqiqə çəkmış, cəmi bir saat sonra barışmışlar. Şahid7 ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən «Horadiz» marketin yaxınlığında olarkən qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə «Horadiz» marketin qarşısında dayanıb söhbət etdiklərini və ani bir zamanda uca səslə mübahisə etməyə başladıqlarını, daha sonra Aruzun nəlayiq ifadələr işlətdiyi üçün Elçinin yumruqla Aruzun sifətindən vurub onu yerə yıxdığını, bu zaman Aruzun qardaşı Cavid və qohumu Fərman da onlara yaxınlaşıb mübahisəyə müdaxilə etdiklərini və Elçinlə mübahisə etdiklərini görüb, o yanında olmuş digər qohumları X2, Şahid5, Şahid4 və Şahid6 ilə Aruzgilə yaxınlaşıb mübahisəyə müdaxilə etmişdirlər. Nəticədə aralarında dava-dalaş yaranmış, bir-birilərini əl və ayaqla vurmuşdurlar. Kütləvi dava-dalaş yarandığı üçün kimin kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğuna diqqət yetirə bilməmişdir. Sonradan Elçindən eşidib bilmişdir ki, Aruz bir müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə Elçin iradını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən “Horadiz” marketin qarşısında olmuşdur(İ cild i.v. 24-27). Baxış keçirilməsi və götürmə aparılması haqqında 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə müşahidə kamerasından götürülmüş 01 ədəd CD diskə baxış keçirilərək götürülmüşdür(İ cild i.v. 24-27). DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı 09 noyabr 2023-cü il tarixdə Sabunçu RPl-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən hadisə yerinə baxış keçirilən zaman Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış, dava-dalaşı əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcına köçürülərək, materiallarla birlikdə istintaqa təqdim olunmuş videogörüntüyə Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı diskdə «VİD_20231109_WA0004» adlı qovluq olduğu, qovluq açıldıqda 01 dəqiqə 14 saniyə davam edən videogörüntünün olduğu, baxış keçirdikdə görüntüdə gecə salatlarında yol kənarındakı dükanın qarşısında çoxsayda şəxslərin kütləvi şəkildə bir-biriləri ilə dalaşdıqları müəyyən edilmişdir. Görüntüdə sağ küncdə 2023.10.16 17:51:41 rəqəmləri qeyd olunmuşdur. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs həmin görüntünü nəzərdə keçirib görüntüdə qara rəngli qısa qol maykada olan şəxs onun özü, onunla qarşı-qarşıya dayanmış şəxs isə Zərərçəkmiş şəxs olduğunu, əvvəllər əslən Ağdam və Füzuli rayonundan olan şəxslərin bir-birilərinə qarşı olan yerli pərəstlik söhbəti əsasında yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədilə 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən “Horadiz” marketin qarşısında Zərərçəkmiş şəxsla görüşdükdə ona buna görə iradını bildirdirdikdə Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə söyüb təhqir etdiyini, bu səbəbdən yumruqla Aruzun sifət nahiyyəsindən vurub yerə yıxdığını, mübahisəyə yaxınlıqda olmuş qohumları Şahid5, Şahid4, Şahid6, Şahid7, Şahid3 və Aruzun qardaşı Şahid1la, bacısı oğlu Şahid2 müdaxilə etdiklərini, bir-birilərini yumruq və təpiklə vurduqlarını, nəticədə kütləvi dava- dajgş baş verdiyini, sonradan kimin kimi nə ilə və bədənin hansı nahyəsindən vurduğunu görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisə saat 20 radələrində baş vermiş, videogörüntünün sağ küncündə əks olunan saat, yəni 17:51:41 səhvdir. Ola bilsin ki, müşahidə kamerasında saat düzgün quraşdırılmamışdır(İ cild i.v 130). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(İ cild i.v 219-220). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(İ cild i.v 221-222). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(İ cild i.v 223-224). “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işininin materiallarından Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 barələrində başqa cinayət işi ayrıca icraata ayrılıb istintaq aparılması, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 əməlinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, ayrıca icraata ayrılmış cinayət işində Zərərçəkmiş şəxs 10 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barasinda «polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 ifadələri, üzləşdirmədə dindirmə, müşahidə kamerasının qurğusuna baxış keçirilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilməsi, baş vermiş dava-dalaşı əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı iş üçün əhəmiyət kasb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınması, əsli ********* nömrəli cinayət işinə, surəti digər yaddaş daşıyıcısına köçürülməklə ayrıca icraata ayrılmış cinayət işinə əlavə olunması, səhvən Məmmədov kimi qeyd olunmuş istintaq sənədlərində Elçin Tahir oğlunun soyadı Muradov kimi oxunması, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və qeyriləri arasında dava-dalaşın 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində baş verdiyi nəzərə alınması qərara alınmışdır(İ cild i.v 244-251). Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işininin materiallarından Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılıb icraata qəbul edilmiş, ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müvafiq sənədlərin əsli saxlanılmaqla kserosurətləri ayrılmış cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair müvafiq sənədlərin əsli ayrılmış cinayət işinə, kserosurətləri isə ********* nömrəli cinayət işinə əlavə edilmişdir(İ cild i.v 253-255). Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyil(İİ cild i.v. 30). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İşdə olan sənədlər: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraata Azərbaycan respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İ cild i.v. 91). xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(İ cild i.v. 100). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir(İ cild i.v. 131-132). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan edilmişdir (İ cild i.v. 145-146). Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə saat 16:00-da təhvil verilmişdir(İ cild i.v. 98-99). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-83/2024 saylı 10 fevral 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, X6 barəsində 01 ay 26 gün müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlama müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır(İ cild i.v. 168-180). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-84/2024 saylı 10 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, Zərərçəkmiş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir(İ cild i.v. 181-193). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(İ cild i.v. 226). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(İ cild i.v. 229-230). Qətimkan tədbirinin seçilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(İ cild i.v. 232-233). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(İ cild i.v. 237-238). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(İ cild i.v. 241-242). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X12 15 yanvar 2024-cü il tarixli 19/51-457 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdur(İ cild i.v 68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 16 yanvar 2024-cü il tarixli 1/157 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsinə son 10 ildə stasionar müalicə üçün müraciət etməyib(İ cild i.v 69). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X11 Şəxs «Ağdam rayon Mərkəzi Xəstəxanasının» 22 yanvar 2024-cü il tarixli 50 nömrəli məktubundan görünür ki. Təqsirləndirilən şəxs rayon poliklinika şöbəsinin narkoloji, həmçinin psixiatrik kabinetlərində qeydiyyatda yoxdur(İ cild i.v 70). Sabuçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli ********* saylı məktubundan görünür ki, ayrılmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat xx.xx.2025-ci ildə təzələnməklə hazırda istintaqı davam edir. xx.xx.2025-ci il tarixli DİN BƏSİİ-nə alınmış tələbnamədən görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdov göstərmişdir ki, şahidlər idarəyə gəliblər, anket məlumatları alınıb, hüquq və vəzifələri izah olunub və ifadə veriblər o da yazmışdır. Özləri ifadələri oxuyublar imzaları ilə təsdiq olunub. Zərərçəkmiş şəxs şübhəli şəxs qismində axtarışa verilib, MSY-də vəkilin iştirakı ilə ilkin ifadəsi alınıb, digər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Dindirmə qaydasına uyğun bir bir dindiriliblər. Nə ifadə veriblər o da yazılıb. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün -ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.2.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndinə əsasən şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda, qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq, Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsiqərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrində iş üçün əhəmiyyət kəsb edən hallarla bağlı ziddiyyətin olmasını nəzərə alaraq onların ifadələrinin ziddiyyətli hissəsində tədqiqinə zərurət görür. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs ifadəsindəki məqamlara münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsində hadisənin olmasını inkar etməyək, sadəcə məqsədi dava etmək olmadığını, sözlə mübahisə etdiklərini, mübahisənin səbəbinin Aruzla marketin qarşısına yığışmaqla bağlı olduğunu, Aruza yumruq atdığını, lakin ona dəymədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü məhkəmə istintaqı zamanı təqsirli bilməsə də, ibtidai istintaq dövründə özünü ona elan edilmiş ittihamla təqsirli bilərək əməli törətməsini etiraf etmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs davamlı olaraq eyni ifadələri vermiş, ilkin olaraq xx.xx.2023-cü il tarixli izahatında(İ Cild i.v. 12-13), şübhəli şəxs kimi xx.xx.2024-cü il tarixli ifadəsində(İ cild i.v. 128-129), DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda(İ cild i.v 130), təqsirləndirilən şəxs kimi xx.xx.2024-cü il tarixli ifadəsində(İ cild i.v 154-155), barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən xx.xx.2024-cü il tarixli ifadəsində(İ cild i.v. 168-180), üzləşmə protokollarındakı ifadələrində(İ cild i.v. 219-224) eyni məzmunlu ifadələr verərək özünü təqsirli bilərək əməli törətməsindən səmimi peşman olduğunu, “Horadiz” marketin qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs görüb ona yaxınlaşıb bır müddət əvvəl Füzuli rayonu ilə Ağdam rayon sakinlərinin arasında fərq qoyduğu, yəni Füzulilərin Ağdamlılardan səviyyəcən üstün olmaları, Ağdam sakinlərinin qorxaq və yalançı olmaları barədə fikir söylədiyinə görə iradını bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmış və Aruz onu söyüb təhqir edib üzərinə hücum etdikdə o, Aruzun sifət nahiyəsindən yumruqla zərbə endirmiş, zərbənin təsirindən Aruz müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman Aruzun qardaşı Şahid1 və bacısı oğlu Şahid2 mübahisəyə müdaxilə edib, ona əl və ayaqları ilə zərbə endirmişdirlər. Həmin vaxtı yanında olmuş qohumları Şahid5 Şahid4, Şahid7, X2 və Şahid6 da ona köməklik etmək məqsədi ilə mübahisəyə müdaxilə edib yumruq və təpiklə Aruzun, Cavidin və Fərmanın bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmişdirlər. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Kütləvi şəkildə dava-dalaş olduğu üçün konkret olaraq kim kimi, nə ilə və bədənin hansı nahiyəsindən vurduğunu dəqiq görə bilməmişdir” demişdir. Məhkəmə hesab edir ki, şəxsin bir neçə dəfə davamlı olaraq eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona verilmiş suallara cavabında ibtidai araşdırma zamanı ona qarşı hər hansı təzyiq, döymə və psixoloji təsir olmadığını, sadəcə ifadəsini oxumadan imza atdığını bildirmişdir. Bunun əksinə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə davamlı olaraq bir neçə ifadəsini sərbəst surətdə, şübhəli və təqsirləndirilən şəxs kimi ifadəsini isə müdafiəçisinin iştirakı ilə vermişdir. Bu onu deməyə əsas verir ki, təqsirləndirilən bir deyil, bir neçə dəfə ifadəsini oxumadan imzalaması inadırıcı hesab edilə bilməz. Belə olan halda təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə bir neçə dəfə eyni məzmunlu ifadələr verməsi və məhkəmə iclasında ifadələrini “oxumadan imza etməsi” ilə əsaslandırması ağlabatan və məntiqli hesab edilə bilməz. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən onun əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətinin olduğunu qeyd etməklə, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsində ziddiyyətli məqamlar özünü müdafiə xarakteri daşıyır. Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində “mübasibənin olduğunu, mübahisənin Fərmanla Elçin arasında Füzuli yaxşıdı, Ağdam yaxşıdı söhbətindən doğduğunu təsdiq etmiş, mübahisə zamanı Elçinin ona yumruq atdığını lakin dəymədiyini bildirmişdir. Məhkəmə bunula bağlı qeyd edir ki, zərərçəkmiş şəxs ərizə ilə müraciətində, ilkin izahatında(İ cild i.v. 5, 6-7), xx.xx.2024-cü il tarixli ifadəsində(İ cild 114-115), xx.xx.2024-cü il tarixli ifadəsində(İ cild 143-144), qətimkan tədbiri məsələsinə baxılarkən məhkəmə iclasında verilmiş ifadəsində(İ Cild i.v. 181-193), üzləşdirmə protokolunda dediklərində(İ cild i.v.219-220) bir daha məhkəməyədək icraat dövründə dediklərini təsdiq etmişdir. Bu səbəbdən də zərəçəkmiş şəxsin məhkəmə baxışı zamanı dedikləri ziddiyyətli məqamlar sonradan onlar arasında barışıq olduğundan və bir-birilərini tanıdıqlarından təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına yönəldilmiş addım kimi qiymətləndirilməlidir. Şahidlərin məhkəmə iclası zamanı verdiyi ifadələrində olan ziddiyyətli məqamlarla bağlı məhkəmə qeyd edir ki, onların ilkin izahatları(İ Cild i.v. 8-23), ifadələri(i.v. 198-218) ilə üst üstə düşdüyündən onların məhkəməyədək icraat dövründə olan ifadələri əsas götürülməlidir. Məhkəmə iclasında şahidlər ifadələrində hadisənin baş verməsini inkar etməmiş, hadisənin baş verməsi və təqsirləndirlən şəxsin yumruq atmasını, lakin Zərərçəkmiş şəxs dəyməməsini, hadisənin davam etməsi ilə bağlı ziddiyyətli şəkildə ifadələr vermişlər. Belə ki, şahidlərin təqsirləndirilən şəxs ilə qohumluq və tanışlıq münasibətlərində olması, onların barəsində də xx.xx.2024-cü il tarixli qərarla başqa cinayət işinin ayrılması onu deməyə əsas verir ki, həmin şəxslərin məhkəmə iclasında verdikləri ifadələrindəki ziddiyyətli məqamlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına xidmət edir. Şahidlərdən Şahid1 və Şahid2 məhkəməyədək izahat və ifadələrində dediklərini Təqsirləndirilən şəxsla üzləşmə protokollarında bir daha təsdiq etmişlər(İ Cild i.v. 221-224). Əlavə olaraq Şahid1 və Şahid2 məhkəmə dövründə onlara verilən suallara cavabında mübahisənin “Füzuli yaxşıdı, Ağdam yaxşıdı” söhbətindən doğduğunu təsdiq etmişlər. Bundan əlavə iş üzrə dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdov göstərmişdir ki, şahidlər idarəyə gəlmiş, anket məlumatları alınaraq, hüquq və vəzifələri izah olunmuş və verdikləri ifadələrinə uyğun yazılmışdır. İfadələri oxuyaraq, imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş hadisənin görüntülərini özündə əks etdirən videodiskdə olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, “Horadiz” marketin qarşısında bir neçə şəxs dayanmış, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə edirlər, qəfildən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruq zərbəsi vurur, o, müvazinətini itirərək meyvə-tərəvəz stendinin üzərinə yıxılır, bundan sonra Təqsirləndirilən şəxs yanında olan qırmızı köynəkli şəxs Aruzun üzərinə hücum edərək onu vurmağa davam edir, yaşlı kişi davanın qarşısını almağa çalışan zaman Təqsirləndirilən şəxs maneəni aşaraq Zərərçəkmiş şəxs yenidən vurmağa cəhd edir, sonra digər şəxlər də Zərərçəkmiş şəxs vurmağa başlayırlar, bundan sonra onu meyvə-tərəvəz stendinin üzərindən asfaltın üzərinə yıxaraq təpik və yumruqla vurmağa davam edirlər, o, durmağa çalışan zaman ona imkan verməyib yenidən yerə uzadaraq zərbələr endirməyə davam edirlər. Hadisə zamanı avtomobil yolunda gedən nəqliyyat vasitələrinin mübahisənin baş vermə yerinə görə bağlanması(hərəkətinə maneə olması), münaqişə zamanı başqa şəxslərin hadisənin şahidi olması, normal qaydalarının pozulması, münaqişənin davam etməsi ilə digər şəxslərin hərəkətlərinə maneələrin olması, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər olmaqla uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olmuşdur. Bununla da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarların ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər baş vermişdir. Göründüyü kimi mübahisənin Təqsirləndirilən şəxs təşəbbüsü ilə başlanmış(Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəfildən yumruq zərbəsi vurması) və daha sonra mübahisəyə digər şəxslər müdaxilə etmişlər. Bundan əlavə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsində baş verənlər iş üzrə digər sübutlar, video görüntü, üzləşmə protokolları, məhkəmə istintaqı zamanı və iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə zərərçəkmiş şəxsin xəsarətləri ilə bağlı hissədə qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, xəsarətlər olmuş lakin “dalaşdığı şəxslərlə barışdığından, hadisədən xeyli müddət keçdiyindən və bədənində xəsarətlər qalmadığından məhkəmətibbi müayinədən keçməkdən imtina etmişdir”. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə-təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi(59.1.12) cəzasını yüngülləşdirən hal hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə 16 iyul 2024-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində və ev dustaqlığında saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut hesab olunan DVD disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs «02» il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı cinayət işi üzrə 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, hazırki iş üzrə 01 ay 26 gün ev dustaqlığında saxlandığı müddət, cəmi 01 ay 28 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı “16” iyul 2024-cü il tarixdən hesablansın(Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-498/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş). Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altında vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-28/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-28/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver