Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-280/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Çünəxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Çünəxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, Dəyirman yolu, yeni tikili bina, mənzil 78 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixli tikinti podrat müqaviləsinin 2.2.3-cü bəndi əsasında podratçı kimi ona texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmasına baxmayaraq Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirmədən tikilməkdə olan fərdi yaşayış evinin ikinci mərtəbəsində sütunların betonlanması işini tapşırdıqda, həmin işin təhlükəsizlik aparılması üçün işçinin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləməsini təmin etmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları’nın 3.1, 5.27.3 və 5.27.4 bəndlərinin tələblərini pozmuş və nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs 01 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1456 saylı bağ evinin ikinci mərtəbəsindəki sütunları taxtalarla bərkidib betonlaması işini gördüyü zaman 3 metr hündürlükdən həyətin beton döşəməsinin üzərinə yıxılaraq ağır dərəcəli travmatik şokla müşayiət olunan alın və xəlbir sümüklərinin yerini dəyişməyən, sağ bud sümüyünün, sağ diz qapağının, burun sümüklərinin yerini dəyişən, qapalı, qəlpəli sınıqları; sağ qaş və üst dodaq nahiyələrinin əzilmiş yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Cəlilabad rayonu, Çünəxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, Dəyirman yolu, yeni tikili bina, mənzil 78 ünvanında yaşayır. Bakı şəhərinə gəldiyi vaxtdan etibarən tikinti sahəsində divar hörgüsü və beton ustası kimi işləmişdir. 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində “Bakir” adlı şəxsə məxsus bir mərtəbə və mansardan ibarət olan fərdi yaşayış evində rekonstruksiya və tikinti işləri görülməsi barədə razılığa gəlmişdür. Həmin işin görülməsi üçün beton tökülməsi məqsədi ilə sütun quraşdırmaq üçün usta lazım olmuş, bununla bağlı, qonşusu olan Şahid1 məlumat vermiş, Azər qəlibçi usta olmasına baxmayaraq səhhəti ilə əlaqədar işləyə bilməyəcəyini, Tərlan adlı usta tanışına məlumat verəcəyini bildirmişdir. O, etiraz etməyərək 01 oktyabr 2022-ci il tarixdə onlarla Xırdalan qəsəbəsi, Dəmir yolu adlanan ərazidə görüşüb avtomobilə əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-1 bağ sahəsi, 1456 saylı bağ evinə gəlmişlər. Bağ evinə girdikdən sonra Azər tanışı Tərlana tikilinin ikinci mərtəbəsindəki sütunları taxtalarla bərkidib betonlayacağı barədə məlumat vermiş, o isə, həmin vaxt onların yanlarında dayanmışdır. Tərlanla iki gün ərzində görəcəyi iş müqabilində 60 manat pul verəcəyini söyləmiş, Tərlan razılaşaraq onlardan aralanıb hazırlıq işlərinə başlamışdır. O, Azərlə birlikdə çay və şirniyyat almaq məqsədi ilə mağazaya getmiş, təxminən 10 dəqiqə sonra bağ evində işləyən adını hal-hazırda xatırlamadığı fəhlələrdən biri ona zəng vuraraq Tərlanın hündürlükdən yıxılaraq xəsarət aldığını bildirmişdir. Onlar dərhal bağ evinə geri qayıtmış, bağ evinə çatdıqları zaman Tərlanı evin həyətində yerdə oturduğunu, bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını görmüşlər. X2 idarə etdiyi dövlət qeydiyyat nişanı xatırlamadığı avtomobilə əyləşdirib Həsən Əliyev küçəsində yerləşən “City Hospital’-a gətirmiş, orada Tərlana ilkin tibbi yardım göstərilmişdir. Tərlandan hadisənin necə baş verdiyini soruşduqları zaman, Tərlan, ikinci mərtəbədəki sütunları (kolonları) bərkitmə işini görmək üçün kolonun üstünə ayaqaltı kimi istifadə etmək üçün qoşa taxta qoyduğunu, əli ilə ikinci mərtəbənin tavanının bitən hissəsindən tutub həmin qoşa taxtaların üstünə çıxan zaman sol ayağı boşa keçərək taxta ayağının altından sürüşmüş, oradan evin qarşısındakı pilləkənlərin və beton üzərinə yıxıldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamamış, lakin işə başlamışdan əvvəl şifahi şəkildə ehtiyatlı olmasını, dəbilqə və qoruyucu kəmər taxması barədə xəbərdarlıq etmiş, lakin, Tərlan onun sözlərinə əhəmiyyət verməyib taxmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər fərdi qaydada tikintilərdə beton tökmə işləri görən usta kimi işləmişdir. Şahid1 bir neçə ildir ki, tanıyır. 30 sentyabr 2021-ci il tarixdə Şahid1 ona zəng vuraraq fərdi yaşayış evində beton tökmə işlərini görmək üçün 2 günlük köməklik istəmiş, işsiz olduğu üçün Azərin təklifi ilə razılaşmış, lakin, görüləcək işin müqabilində hansı məbləğdə pul alacağı barədə danışmamışdır. O, 01 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Dəmir yolu keçidi adlanan ərazidə Azərlə görüşmüş, birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evinə yollanmışlar. Avtomobildə onunla Azərdən başqa, Təqsirləndirilən şəxs və 2 nəfər adlarını xatırlamadığı şəxs olmuşdur. ünvan 2 ünvanda iki mərtəbəli yarımtikili yaşayış evini olduğunu görmüşdür. Evin həyətinə daxil olduqda Azər ona görəcəyi işlər barədə məlumat vermişdir. Belə ki, razılığa əsasən onun işi tikilinin ikinci mərtəbəsindəki sütunları taxtalarla bərkidib betonlamaqdan ibarət olmuşdur. O, iş paltarlarını geyinib görəcəyi işlə bağlı hazırlığa başlamış, Elçin və Azər bağ evinin həyətindən çıxaraq çay, şirniyyat almaq üçün mağazaya getmişlər. O, görməli olduğu işə başlamış, bu məqsədlə ikinci mərtəbədəki sütunları (kolonları) bərkitmə işini görmək üçün kolonun üstünə ayaqaltı kimi istifadə etmək üçün qoşa taxta qoyaraq əli ilə ikinci mərtəbənin tavanının bitən hissəsindən tutub həmin qoşa taxtaların üstünə çıxan zaman sol ayağı boşa keçmiş, taxta ayağının altından sürüşmüşdür. O, oradan evin qarşısındakı pilləkənlərin üzərinə ağzı üstə yıxılaraq sağ ayağı, sağ əlinin baş barmağı və burun sümüyünün sınması kimi xəsarətlər almışdır. Bu zaman bağ evində işləyən digər fəhlələr onun yıxılmasını görüb Elçingilə zəng edərək məlumat vermiş, Elçingil geri qayıdaraq onu Azərin idarə etdiyi dövlət qeydiyyat nişanı xatırlamadığı avtomobilə əyləşdirib Həsən Əliyev küçəsində yerləşən “City Hospital’-a gətirmiş, orada bir həftə müalicə aldıqdan sonra evə buraxılmışdır. Müalicə xərclərinin bir qismini Elçin tərəfindən, bir qismi isə özü tərəfindən ödənilmişdir. Əlavə olaraq, Azər ona işləyə bilmədiyi üçün 1000 manat əmək haqqı kimi ödəniş etmişdir. Lakin, o, bir müddət sonra onun səhhəti ilə maraqlanmadıqları üçün şikayət etmək qərarına gəlmiş, onun texniki-təhlükəsizlik və əmək mühafizəsi tələbləri ilə lazımı təmin etməyən şəxslər barədə qanuni tədbir görməsini xahiş etmişdir. Ona iş başlamamışdan əvvəl hər hansı bir təlimat keçilməmiş və təhlükəsizlik vasitələri ilə təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tikinti sahəsində divar hörgüsü və gəlibçi kimi işləmişdir. 2021-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs ona zəng vuraraq gəlibçi kimi iş təklif etmiş, o, səhhətində problemlər olduğu üçün işləyə bilmədiyini, lakin, Tərlan adlı tanışının ona köməklik edə biləcəyini bildirmişdir. 30 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək 2 günlük iş olduğunu, görəcəyi işin müqabilində ona 60 manat veriləcəyini bildirmiş, Tərlan onun təklifi ilə razılaşmışdır. Onlar 01 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Dəmir yolu adlanan yerdə görüşərək onun idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 1456 saylı bağ evinə getmişlər. O, Elçinlə birlikdə dayanaraq Tərlana tikilinin ikinci mərtəbəsindəki sütunları taxtalarla bərkidib betonlayacağı barədə məlumat vermişdir. Daha sonra Elçinlə birlikdə çay və şirniyyat almaq məqsədi ilə mağazaya getmiş, mağazada olduqları zaman bağ evində işləyən adını xatırlamadığı fəhlələrdən biri zəng edərək Tərlanın hündürlükdən yıxılaraq xəsarət aldığını bildirmişdir. Onlar dərhal bağ evinə geri qayıtmış, bağ evinə çatdıqları zaman Tərlanı evin həyətində yerdə oturduğunu, bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını görmüşlər. Onlar Tərlanı onun idarə etdiyi avtomobilə əyləşdirib Yasamal rayonunda yerləşən “City Hospital’-a gətirmiş, orada Tərlana ilkin tibbi yardım göstərilmiş, daha sonra Tərlan orada 7 gün müalicədə olmuşdur. Tərlandan hadisənin necə baş verdiyini soruşduqları zaman, Tərlan, ikinci mərtəbədəki sütunları (kolonları) bərkitmə işini görmək üçün kolonun üstünə ayaqaltı kimi istifadə etmək üçün qoşa taxta qoyduğunu, əli ilə ikinci mərtəbənin tavanının bitən hissəsindən tutub həmin qoşa taxtaların üstünə çıxan zaman sol ayağı boşa keçərək taxta ayağının altından sürüşmüş, oradan evin qarşısındakı pilləkənlərin və beton üzərinə yıxıldığını bildirmişdir. Zərərçəkmiş şəxs işə başlamazdan əvvəl işin xarakterinə uyğun təlimat keçirilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Socar ASC-nin “Hidroİnşaat” zavodunda mühafizəçi işləyir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki tanıyır. 2021-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 1456 saylı bağ evinə fəhlə kimi işləməyə dəvət etmişdir. 01 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Dəmir yolu adlanan yerdə işə getmək üçün Elçinlə görüşmüş, həmin zaman avtomobildə ondan başqa, Təqsirləndirilən şəxs, Şahid1 və sonradan adını bildiyi usta Zərərçəkmiş şəxs olmuşdur. Şahid1 o, Elçinin dostu kimi tanımış, lakin, Zərərçəkmiş şəxs həmin gün ilk dəfə görmüşdür. Elçinin bildirdiyinn görə Tərlan qəlibçi kimi işləməli, o isə Tərlana fəhlə kimi köməklik etməli olmuşdur. Onlar Azərin idarə etdiyi nömrə və markasını xatırlamadığı avtomobillə işlədiyi evə gəlmişlər. O, bağ sahəsinə daxil olduqdan sonra iş paltarlarını geyinmək üçün xidməti otağa keçmişdir. Bu zaman Elçin, Azər və Tərlan evin qarşısında dayanaraqTərlanın görəcəyi iş barəsində danışmışlar. Bir neçə dəqiqə sonra o, iş paltarlarını dəyişib çölə çıxmışdır. Daha sonra, Elçin və Azər bağ evinin həyətindən çıxaraq çay, şirniyyat almaq üçün mağazaya getmiş, Tərlan əynini dəyişib geri qayıtmışdır.Tərlan kələpçə taxtaları kəsməyə getmiş və bir neçə dəqiqə sonra geri dönmüşdür. O, Tərlanla ikinci mərtəbədəki sütunları (kolonları) bərkitmə işini görmək üçün evin ikinci mərtəbəsinə qalxmış, Tərlan sütunların yanında dayanıb ayaqaltı kimi istifadə etmək üçün qoşa taxta qoyaraq ondan kələpçə taxtaları bir-bir ötürməsini xahiş etmişdir. Tərlan taxtanın üzərinə qalxdıqdan sonra əli ilə ikinci mərtəbənin tavanının bitən hissəsindən tutmuş, o, Tərlana yerdən kələpçə taxtaları ötürmüşdür. Tərlan sütunun alt hissəsində həmin taxtaları mismarla bərkitmiş, bundan sonra yuxarıya, yəni, sütunun üst hissəsinə kələpçə taxta vurmaq istəmişdir. O,Tərlana taxtanı ötürmüş, həmin taxtanı sütunun yuxarısına vuran zaman sol ayağının altında ki taxta sürüşmüş və Tərlan oradan evin qarşısındakı pilləkənlərin üzərinə ağzı üstə yıxılaraq çoxsaylı xəsarət almışdır. O dərhal birinci mərtəbəyə düşərək Tərlana ilkin yardım göstərərək Elçinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddət sonra Elçingil geri qayıdaraq Tərlanı, Azərin idarə etdiyi dövlət qeydiyyat nişanı xatırlamadığı avtomobilə əyləşdirərək xəstənaya aparmışlar. Zərərçəkmiş şəxs işlə təmin edərkən Təqsirləndirilən şəxs ehtiyatlı olması, kaska və kəmər taxması barədə şifahi məlumat vermiş, lakin Tərlan nə kaska nə də qoruyucu kəmər taxmışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs işlə təmin edərkən Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsini başqa qaydalarına riayət edilməsi barədə təlimat keçirməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-1 bağ sahəsi, 1456 saylı bağ evi Şahid4 məxsusdur. O, həmin bağ evində təxminən 2 ildir ki, bağban işləyir. Belə ki, gün ərzində həmin bağ evinə gedərək ağaclara sulayıb, evin səliqə-səhmanına, həmçinin əşyaların oğurlanmamasına nəzarət edir. 2021-ci ilin sentyabr ayında Şahid4 həmin evin təmirinə başlamış, evin təmirini Elçin adlı şəxsə tapşırmışdır. O, hər səhər bağ evinə gələrək evin qapısını açıb Elçinlə birlikdə gələn usta və fəhlələri evə buraxmış, ustalar işini bitirdikdən sonra bağ evinin qapısını kilitləmişdir. 01 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında bağ evin qapısını açaraq Elçinlə birlikdə gələn usta və fəhlələri həyətə buraxmış, onlar işə başladıqdan sonra evinə ərzaq almaq məqsədi ilə oradan çıxmışdır. Bir neçə dəqiqə sonra Elçin ona zəng edərək evdə işləyən Tərlan adlı ustanın yıxılaraq xəsarət aldığını bildirmiş, o, bağ evinə geri qayıtmışdır. Həyətdə daxil olduğu zaman iki nəfər fəhlə görmüş, həmin şəxslər ona Tərlan adlı ustanın ikinci mərtəbənin sütunlarını bərkidən zaman yıxılaraq xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxs ilə əmək və ya digər müqavilə bağlanıb-bağlanmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1456 saylı bağ evi ona məxsusdur. 2021-ci ilin sentyabr ayında bağ evində təmir işləri aparmaq qərarına gəlmiş, bu məqsədlə, Təqsirləndirilən şəxs ilə tikinti podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs 6 ay müddətində onun bağ evində tikinti təmir işləri aparmalı olmuşdur. Həmin tikintidə kimlərin işləməsi, həmçinin, hansı işləri görməsi barədə heç bir məlumatı olmamış, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 01 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını bildirmişdir. O, koronavirus xəstəliyi ilə əlaqədar xəstəxanaların çoxu dolu olduğu üçün, o xəstəxana axtarmış və “City Hospital”-a zəng etmişdir. Həmin xəstəxana onun xahişini nəzərə aldıqdan sonra Zərərçəkmiş şəxs qeyd olunan xəstəxanaya yerləşdirmişlər. O, Zərərçəkmiş şəxs daim diqqət göstərmiş, mütəmadi həkimlərlə əlaqə saxlamışdır. Bütün müalicə xərcləri tərəflərindən qarşılanmışdır. Hətta zərərçəkmişin dayısı ona zəng edərək göstərdiyi dıqqətə görə minnətdarlığını bildirmişdir. Zərərçəkmiş şəxs müalicəsi üçün 12000 manat pul xərcləmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında əmək və ya digər müqavilə bağlanıb-bağlanmaması barədə məlumatı yoxdur. Qeyd edir ki, podrat müqaviləsinə əsasən bütün təhlükəsizlik məsələlərinə cavabdeh Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin 31-34-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 30 aprel 2022-ci il tarixli, 775 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağır dərəcəli travmatik şokla müşayiət olunan alın və xəlbir sümüklərinin yerini dəyişməyən, sağ bud sümüyünün, sağ diz qapağmm, burun sümüklərinin yerini dəyişən, qapalı, qəlpəli sınıqları; sağ qaş və üst dodaq nahiyələrinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 01 oktyabr 2021-ci il tarixdə və şəraitdə hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 50-51-ci vərəqəsində olan 15 sentyabr 2021-ci il tarixli tikinti podrat müqaviləsindən görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında tikinti-inşaat işlərinin yerinə yetirilməsinə dair tikinti podrat müqaviləsi bağlanmışdır. Cinayət işinin 74-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 102 (yüz iki) manat müəyyən edilmişdir. Cinayət işinin 75-77-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 10/4871 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qoruyucu kəmərlə təmin edilmədən hündürlükdə işlərin görülməsinə cəlb olunduğuna və həmin işlərin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 3.1, 5.27.3 və 5.27.4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Zərərçəkmiş şəxs qoruyucu kəmərlə təmin edilmədən hündürlükdə yerləşən iş sahəsində təmir-inşaat işlərinin aparılmasına cəlb olunduğuna və həmin işin təhlükəsiz aparılması üçün işçinin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləməsi təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 3.1, 5.27.3 və 5.27.4 bəndlərinin tələbləri 15 sentyabr 2021-ci il tarixli “Tikinti podrat Müqaviləsinin tələblərinə görə tikintiinşaat işlərinin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi öhdəliyi üzərinə qoyulmuş podratçı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxs qoruyucu kəmərlə təmin edilmədən hündürlükdə işlərin görülməsinə cəlb olunduğunu və həmin işin təhlükəsiz aparılması üçün texniki tərkibli təhlükəsizlik tədbirlərinin təşkil edilmədiyini nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Cinayət işinin 127-129-cu vərəqələrində olan 16 noyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 148-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…O, dəbilqə və qoruyucu kəmər taxması barədə Tərlan şifahi xəbərdarlıq etmiş, lakin, Tərlan onun sözlərinə əhəmiyyət verməyib taxmamışdır......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 162.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təmir-tikinti işlərinin aparılması hüququndan məhrum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə təmir- tikinti işlərinin aparılması hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Abşeron rayon hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-280/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-280/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver