Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-280/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yeri və yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə üzgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 29 dekabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan şəxslə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 546 nömrəli bağ evinin həyətinə qanunsuz daxil olaraq orada yerləşən saxlanc yeri hesab edilən tikilinin qapısını alt hissəsindən dəmir alətlə qaldırıb petlələrdən ayırıb qanunsuz daxil olmaqla oradan ümuii dəyəri 175 manat təşkil edən 350 ədəd Nərgiz güllərini, 500 manat dəyərində 1 ədəd qaynaq aparatı, 160 manat dəyərində xüsusi qabında olan 1 ədəd perferator, 100 manat dəyərində 1 ədəd büyük laqonda, 60 manat dəyərində 1 ədəd kiçik laqonda, 80 manat dəyərində 1 ədəd böyük direl, 40 manat dəyərində 1 ədəd kiçik direl, 100 manat dəyərində 1 ədəd parket yonan elektrik cihaz, 105 manat dəyərində başlığı ilə birlikdə 01 ədəd su nasosu, həmçinin əl damına bitişik digər tikilinin və dəmir barmaqlıqlı qapısı əvvəlcədən açıq olan otağa daxil olaraq oradan dülgər dəzgahının alt hissəsinə bərkidilmiş 400 manat dəyərində 4,5 kiiovatlıq mühərriki, habelə damı olmayan otaqdan iç içə dəmir qapısı açıq olan balaca otağa daxil olmaqla oradan 150 manat dəyərində reduktoru ilə birlikdə 40 kiloqram tutumlu qaz balonunun, 10 manat dəyərində 01 ədəd torpaq beli, 20 manat dəyərində 1 ədəd 150X5 ölçüdə dəmir link və hər birinin dəyəri 5 manat təşkil edən 120x12x6 sm ölçüdə 4 ədəd taxtanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 1920 manat məbləğində zərər vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə üzgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 527 nömrəli bağ evinə plastik giriş qapısını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd 150 manat dəyərində «Samsung» markalı televizor,01 ədəd 80 manat dəyərində samovar və 01 ədəd 50 manat dəyərində qaz balonunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 280 məbləğində zərər vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 aiddi hissədə özünü təqsirli, Zərərçəkmiş şəxs1 aiddi hissədə isə özünü təqsirli bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs2 məxsus əşyaları evə bitişik qapalı “bisetkadan” götürmüşdür. Zərərçəkmiş şəxs2 həyətində işləmişdir, Zərərçəkmiş şəxs2 ona “bisetka”ya daxil olmağa icazə verməmişdir, qapısı açarla bağlı olmuş, açar özlərində olmuşdur. Həmin gün açar qapının üzərində olmuşdur. Zərərçəkmiş şəxs2 xəbəri olmadan əşyaları götürüb, öz evinə aparmışdır. İbrahim müəllimə məxsus televizor, bir ədəd samovar və bir dəd qaz balonu həqiqətəndə onun evindən aşkar edilmişdir, həmin əşyaları o satmaq adı ilə aparmışdır və sonradan problemin olmadığı halda satacaqdı. Hal-hazırda əşyaların hamısı Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Rəhim müəllimin evindən heç bir oğurluq etməmişdir. Ondan aşkar edilən və Rəhimin tanıdığı əşyalar onun atasına məxsus olmuşdur. Evinin əşyaları 14-cü bölmədədir. Ordakı əşyalar özünündür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs qrupu tanımadığını, qrupda iştirak etmədiyini, Rəhim müəllimin əşyalarının hansı olduğunu bilmədiyini, onunla qonşu olduğunu, münasibətlərinin yaxşı olduğunu, evindən oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Azərişıq ASC-də mühəndis vəzifəsində işləyirmiş, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalı yaşayış massivində 546 nömrəli bağ evi varmış, həmin bağ evinə arada bir bir özü gedib baş çəkirmiş, amma qardaşı Rafael Rəhimov orada yaşayırmış. 29 dekabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək qardaşı Rafael yeni il bayramı ilə əlaqədar onun yaşadığı evə gəlmişdir. 10 yanvar 2023-cü il tarixdə isə qardaşı Rafaeli həmin bağ evinə qaytarmış, lakin evə nəzər yetirməmişdir. 18 fevral 2023-cü il tarixdə bağ evində olan zaman həyətdə Nərgiz güllərinin yığmaq üçün həyətə keçmiş, lakin həyətdə 10 ədədi 5 manat təşkil edən 350 ədəd Nərgiz güllərinin dərildiyini və aparıldığını görmüşdür. Qardaşı Rafaeldən güllərin aqibətini soruşduqda o, 2 gün əvvəl güllərin yerində olduğunu gördüyünü demiş və telefonunda kontur olmadığı üçün ona bu barədə məlumat verə bilməmişdir.belə hallar tez-tez olduğu üçün o buna əhəmiyyət verməmiş və polis orqanlarına müraciət etməmişdir.Bağ evini nəzərdən keçirdikdə əl damından 500 manat dəyərində 1 ədəd qaynaq paratı, 160 manat dəyərində xüsusi qabında olan 1 ədəd perferator, 100 manat dəyərində 1 ədəd böyük laqonda, 60 manat dəyərində 1 ədəd kiçik laqonda, 80 manat dəyərində 1 ədəd böyük drel, 40 manat dəyərində 1 ədəd kiçik direl, 80 manat dəyərində 1 ədəd plastik boru yapışdıran ütü, 100 manat 1 ədəd parket yonan elektrik cihaz, 105 manat dəyərində başlığı ilə birlikdə 1 ədəd su nasosunun oğurlandığını aşkar etmişdir. Daha sonra digər otaqdan dülgər dəzgahının alt hissəsinə bərkidilmiş 400 manat dəyərində 4,5 kv mühərrikli 17-lik boltaçanla açaraq aparıldığını görmüş, daha sonra başqa otaqdan 150 manat dəyərində reduktoru ilə birlikdə 40 kiloqram tutumlu qaz balonunun, 10 manat dəyərində 1 ədəd torpaq beli, 20 manat dəyərində 1 ədəd 150X5 ölçüdə dəmir link və hər birinin dəyəri 5 manat təşkil edən 120X12X6 sm ölçüdə 4 ədəd taxta oğurlanmışdır. Bu barədə o polis orqanlarına şikayət etmişdir. O, qaynanası Ofelya xanımın evinə baxan İlkindən şübhələnmişdir. Elmanı yalnız üzləşdirmə zamanı görmüşdür, ibtidai istintaq dövründə müstəntiqə də İlkindən şübhələndiyini, onun evindən dəfələrlə oğurluq etdiyini bildirmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, Elmandan da şübhələnmişdir, ibtidai istintaq dövründə bildirmişdir, hal-hazırda Elmandan şikayətçi deyil, evindən oğurlanmış əşyalar ona qaytarılıb. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən zərər tam ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaqı aparılması üçün icraata qəbul edilmişdir(i.v.1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 dair epizodla bağlı hadisə yeri ünvan 2 ünvanıdır (i.v.4-7). “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 2-ci Albalılıq y/m nömrəsiz evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qırmızı rəngli laqonda, bir ədəd göy rəngli laqonda, bir ədəd su nasosu və bir sarı rəngli aparat aşkar edilərək götürülmüşdür(i.v.11). “Maddi sübutun tanınması” haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 bölmədə olan maddi sübutlar təqdim edildikdə o həmin əşyaların içərisindən bir ədəd qırmızı rəngli laqonda, bir ədəd göy rəngli laqonda, bir ədəd su nasosu və bir ədəd sarı rəngdə parket yonan aparatı göstərib tanıyaraq ona məxsus olduğunu bildirmişdir(i.v.12-13). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 dair epizodla bağlı hadisə yeri Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq y/m yerləşən 527 nömrəli bağ ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evidir. Hadisə baş verdiyi yer evin arxa hissəsində olan plastik qapının açma yolu ilə evdən oğurluq hadisəsi baş vermişdir (i.v.31-34). “Baxış keçirmə və götürmə haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq 1 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 01 ədəd qaz balonu, yaşadığı evdən 01 ədəd samovar, 01 ədəd Samsung markalı televizor maddi sübut olmaqla iştirakçılar tərəfindən götürülmüşdür(i.v.40-45). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunmuş əşyaları nəzərdən keçirib bildirmişdir ki, 01 ədəd Samsung markalı televizor, 01 ədəd samovar və 01 ədəd qaz balonu ona məxsusdur(i.v.55). Məhkəmə-əmtəşünaslıq ekspertizasının 9/1446 saylı 30 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 1 ədəd Samsung markalı UE32J400 modelli televizor 150 manat, 01 ədəd 6-7 litrlik odun samovarı 80 manat, 01 ədəd qırmızı rəngli 50 litrlik qaz balonu 50 manat, həmin malların istifadədə olması nzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280,0 manat müəyyən edilir(i.v.97-99). 20 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən oğurluq etmədiyini bildirmiş və Zərərçəkmiş şəxs1 İlkin adlı şəxsdən şübhələndiyini, amma Elmandan aşkar edilən parket yonan elektrik cihazın ona məxsus olduğunu, oğurluq əməlinin bir neçə nəfər şəxsin işi olduğunu hesab etdiyini bildirmişdir (i.v.128-129). “Sübutların qiymətləndirilməsi, cinayət işindən başqa bir cinayət işinin ayrılması, iş üzrə əməlin tövsif edilməsi və maddi sübut hesab edilməsi barədə” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, ********* nömrəli cinayət işindən istintaqa İlkin kimi məlum olan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başqa bir cinayət işi ayrılmış və icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmiş, ayrılmış cinayət işi üzrə istintaq ********* nömrəsi altında davam etdirilmiş, iş üzrə bir ədəd Samsung markalı televizor, 01 ədəd samovar, 01 ədəd qaz balonu və 01 ədəd plastic boru yapışdıran ütü maddi sübut hesab edilmiş və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs elan ediləcək ittihama əlavələr edilməklə Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1446 saylı rəyində göstərilən qiymətlər daxil edilmişdir(i.v.131-135). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.64). “Təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.73- 74). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.86-88). “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.89-91). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində mülki-hüquqi öhdəliklərin İcrasından yayınan borclu kimi 05,01.2016-cı il tarixdə axtarış elan edilmişdir (i.v.92-93). 17 may 2023-cü il və 15 mart 2023-cü il tarixli qərarlarla cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.25,95). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 01 iyul 2023-cü il tarixli qərardan və 01 iyul 2023-cü il tarixli cinayət işinin təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında bir icraatda istintaqı davam etdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir(i.v.100-102). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur(i.v.103-104). 01 iyul 2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.107-108). 20 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir(i.v. 110-111). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur(i.v.136-138). “Vəsatətə baxılması haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir(i.v.146-147). 25 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.150-151). 05 mart 2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir(i.v. 152-153). Zərərçəkmiş şəxs2 İsmail oğlu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər tam ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayətdə təqsirli bilməyərək oğurluq etmədiyini, ondan aşkar edilən və Rəhimin tanıdığı əşyalar onun atasına məxsus olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verilmiş ifadəsini özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında və məhkəməyədək olan icraat dövründə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilmiş əmlakların ona məxsus olmasını qeyd etmiş, həmin əşyaların məhz ona məxsus olduğunu israrla bildirmişdir. Bundan əlavə zərərçəkmiş ifadəsində oğurluq hadisəsindən Təqsirləndirilən şəxs də şübhələndiyini qeyd edərək bunu üzləşmə protokolunda, əşyanın tanınması istintaq hərəkətində və məhkəmə iclasında bir daha qeyd etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə məxsus əşyaların Təqsirləndirilən şəxs məxsus evdən çıxması onu deməyə əsas verir ki, həmin əşyalar onun tərəfindən oğurlanmışdır. Bundan savayı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ilkin izahatında(i.v. 14-15) “ümumiyyətlə o heç bir yerdən oğurluq hadisəsi etməməsini” qeyd etmiş, lakin istintaqın sonrakı gedişində və məhkəmə iclasında Zərərçəkmiş şəxs2 evindən oğurluq etməsini etiraf etmişdir. Bunlar təqsirləndirilən şəxsin qeyri-səmimi olmasına dəlalət edir və onun Zərərçəkmiş şəxs1 evindən oğurluq etməməsini bildirməsi özünü müdafiə xarakterlidir. Bundan əlavə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, onlar barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapmaqla onun məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillər qeyd olunan sübutlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib edilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması ( məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 , 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini(CM-nin 59.1.13), törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları(zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini,, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını) nəzərə alır və onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 , 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 1 ədəd Samsung markalı televizor, 1 ədəd samovar, 1 ədəd qaz balonu, 1 ədəd plastik boru yapışdıran ütünün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-280/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-280/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver