Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-281/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1961 -ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində müştəri qismində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində fəaliyyət göstərən «Mario Butik» uşaq geyimləri mağazasına keçib, mağazada başqa saxlanc yeri olan masanın siyirtməsinə qanunsuz daxil olub oradan mağazanın sahibi Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu və masanın üzərində daxilində 10 manat dəyərində 055- 582- 53-38 saylı mobil nömrə olmuş 01 ədəd 575 manat dəyərində **********70640 İMEİ kodlu «Samsung A41» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2085 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, AR CM-nin 177.1-ci maaddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 sentyabr 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq edib pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin günü saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ilə hərəktdə olarkən həmin küçədə fəaliyyət göstərən «Mario Butik» uşaq geyimləri mağazasına daxil olub oradan şərait yaranarsa oğurluq etmək niyyətinə düşmüşdür. Bu məqsədlə mağazanın açıq vəziyyətdə olmuş giriş qapısından müştəri qismində içəri daxil olmuşdur. Mağazaya ətraflı diqqət yetirmiş, müştəri olmadığından və mağazada işləyən əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı Zərərçəkmiş şəxs bir anlığına mağazadan çıxmasını görüb mağazada olmuş masanın üzərində 01 ədəd «Samsung» markalı mobil telefonu və qara rəngli sellofan bükümü görmüşdür. Bükümü açdıqda içərisində pul olduğunu aşkar etmişdir. Pulu və mobil telefonu gizli olaraq götürüb cibinə qoyub mağazadan tərk etmişdir. Oğurladığı mobil telefonun içərisində olmuş 01 ədəd mobil nömrəni xatırlamadığı ünvanda çıxarıb sındırıb atmış, sellofan bükümdə olmuş pulu saydıqda 1500 manat pul olduğunu görmüşdür. Həmin günü mobil telefonu Bakı şəhəri Nəsimi rayonu 3-ün dairəsi adlanan ərazidə işləyən Rəfail və Vasif adlı adlı şəxslərə şəxsiyyət vəsiqəsi təqdim etmədən 50 manata satmışdır. Rəfail və Vasifə telefonun oğurluq olduğunu demişdir. Rəfail və Vasif oğurluq mobil telefonların alaraq xarici ölkələrə göndərirlər. Onlara satılan oğurluq mobil terlefonlar Azərbaycan Respublikasında istifadə edilmir. Bir neçə dəfə oğurladığı mobil telefonları Rəfail və Vasifə satmışdır. Həmin faktlarla bağlı barəsində cinayət işləri istintaq edilib. Telefonun satışından əldə etdiyi pulu və oğurladığı 1500 manat pulu öz ehtiyyaclarına xərcləmişdir. O, zərərçəkmiş şəxsə məxsus əmlakları mağazada olan masanın siyirməsindən deyil, masanın üzərindən götürnüşdür. Bu səbəbdən onun əməli AR CM-nin 177.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə tövsif edilməli idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayından Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində fəaliyyət göstərən «Mario Butik» uşaq geyimləri mağazasını işlədir. 05 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində mağazada olarkən bir nəfər əvvəllər tanımadığı, ədavət və düşmənçiliyi olmadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs mağazanın giriş qapısından içəri müştəri qismində daxil olub satışda olan paltarla baxmış, sonra bir qədər mağazanın içərisində dayanıb gözləmişdir. Ondan nə üçün dayandığını soruşduqda Təqsirləndirilən şəxs arvadını gözlədiyini və arvadı mağazaya gəldikdə paltar seçəcəyini demişdir. Ona inanıb mağazadan çıxmış və az bir müddətdən sonra geri qayıtmışdır. Qayıtdıqda artıq Təqsirləndirilən şəxs mağazada görməmişdir. Mağazada olmuş masaya yaxınlaşıb masanın üzərinə baxdıqda özünə məxsus 01 ədəd 575 manat dəyərində «Samsung A41» markalı mobil telefonun və həmin masanın siyirtməsində olmuş qara rəngli sellofana bükülmüş 1500 manat nağd pulun yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun bir anlığına mağazadan çıxmasından istifadə edib pulu və telefonu oğurlamışdır. Telefonun daxilində 01 ədəd 10 manata aldığı ***-***-**-** saylı mobil nömrə olmuşdur. Nömrədə kontur olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2085 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən “Mario Butik” uşaq geyimi mağazasıdır (i.v. 8-9). “Baxış keçirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində yerləşən “Mario Butik” uşaq geyimi mağazasına yaxın ərazidə yerləşən “Oba” marketdə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış görüntülərə baxış keçirilmiş, baxış zamanı görüntüdə bir nəfər 50- 60 yaşlarında kişinin hadisə baş verən ünvanın yaxınlığında həyəcanlı hərəkət etməsi və ətrafa diqqət yetirməsi diqqəti cəlb etdiyi üçün həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə görüntü 01 ədəd CD yaddaş daşıyıcısına köçürülüb götürülmüşdür (i.v.35-36). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli, 20/2-14094/23 saylı məktubdan görünür ki, “Üztanıma” sistemi vasitəsi ilə aparılan araşdırmalar nəticəsində naməlum şəxsin xx xxxx 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (i.v.38). “Üzləşdirmə aparılması haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin üzünə qarşı ifadəsindəki xüsusatları demiş, təqsirləndirilən şəxs də zərərçəkmiş şəxsə məxsus əmlakı oğurladığını etiraf etmişdir (i.v.80-81). “Sübutların qiymətləndirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə ona yenidən ittiham elan edilmiş, barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, “Oba” marketdə olan müşahidə kamerası görüntülərini özündə əks etdirən diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v 169-176). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, müvafiq ekspert rəyi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndində göstərilmişdir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilərək ittihamda qeyd olunan zərərçəkmiş şəxsə məxsus əmlakları mağazadə olan masanın siyirtməsindən deyil, üzərindən götürdüyünü bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətini yüngülləşdirmək naminə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs ilkin ərizəsindən bu günədək verdiyi ifadələrində ona məxsus olan pulun masanın siyirtməsindən oğurlandığını göstərmişdir. Məhkəmə qeyd edir ki, mağazada satıcı işləyən və daim mağazaya kənar şəxslərin gəlib-getdiyini bilən şəxsin 1500 manat məbləğində pulu masanın üzərində saxlaması və pulu masanın üzərində qoyaraq rahatlıqla masanı tərk etməsi real və inandırıcı deyildir ki, belə olan halda məhkmə təqsirləndirilən şəxsin pul məbləğini masanın üzərindən götürməsinə dair verdiyi ifadəsini işin həqiqi hallarına uyğun olmayan ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Tutma haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 18:50-də tutulmuşdur (i.v.54). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.85-87). “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.88-89). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2018ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 mart 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022ci il tarixli hökmünə əsaəsn AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 384 saat ictimai işlər cəzasına məhkum edilmişdir (i.v.102-105). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(008)-107/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 384 saat ictimai işlər cəzasına məhkum edilmişdir (i.v.147-151). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(008)- 24/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 06 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 06 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-34/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 06 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası il qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 07 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(007)-52/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-34/2024 saylı hökmü ilə təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun hər iki cinayət işi üzrə həbsdə saxlandığı 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 01 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını, əməlindən peşman olmasını (AR CMnin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza ona Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(007)-52/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, onun həm Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(007)-52/2024 saylı hökmünə əsasən, həm də hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut- 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ona Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(007)-52/2024 saylı hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(007)-52/2024 saylı hökmünə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti kimi müəyyən edilmiş 06 gün müddət, hazırki iş üzrə 18 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 02 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və başqa cinayət işi üzrə həbsdə olmaqla cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-281/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-281/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver