Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-281/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" X3” Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük atıcı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" X3” Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük atıcı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə "xxxx" X3” Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük atıcı vəzifəsində işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əldə olunmuş birgə razılığa əsasən bir qrup şəxs halında 19 dekabr 2024-cü il tarixdə saat 21:09-da xidmətdə olduqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr 106 ünvanında yerləşən "xxxx" X4” QSC-nin Bakı Cihazqayırma Zavodunun inzibati ərazisində, "xxxx" MMC-nin anbarının balansında saxlanılan 01 metrin dəyəri 51 manat təşkil edən 400 metr ölçüdə “Kabel Mis 1/240” adlı 20 metr kabelini kəsib zavodun ərazisindən çıxarmaqla, gizli olaraq talayıb "xxxx" X4” QSC "xxxx" MMC-yə ümumilikdə 1.020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə "xxxx" X3” Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük atıcı vəzifəsində işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əldə olunmuş birgə razılığa əsasən bir qrup şəxs halında 19 dekabr 2024-cü il tarixdə saat 21:09-da xidmətdə olduqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr 106 ünvanında yerləşən "xxxx" X4” QSC-nin Bakı Cihazqayırma Zavodunun inzibati ərazisində, "xxxx" MMC-nin anbarının balansında saxlanılan 01 metrin dəyəri 51 manat təşkil edən 400 metr ölçüdə “Kabel Mis 1/240” adlı 20 metr kabelini kəsib zavodun ərazisindən çıxarmaqla, gizli olaraq talayıb "xxxx" X4” QSC "xxxx" MMC-yə ümumilikdə 1.020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayından etibarən "xxxx" X3» Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük atıcı vəzifəsində işləyir. Vəzifə borcu idarəetmə şöbəsinin ərazisinə daxil olan və çıxan əməkdaşların və malların qeydiyyatı, müşahidəsi və nəzarət edilməsindən ibarətdir. Övladının ayağının baş barmağında anadangəlmə travma olduğundan müayinə və müalicəsinə daimi pul lazım olur. Aylıq əmək haqqı az olduğundan maddi çətinliyi yaranmışdır. Böyük atıcı Təqsirləndirilən şəxs2 2023-cü ildən etibarən tanımış, aralarında səmimi münasibətləri var. Kamranla son iki ayda eyni gündə növbədə olurdular. Kamran da banklara kredit borcu olması, övladı xəstə olduğundan müayinə və müalicələrinə pul lazım olduğu barədə ona demişdir. 18 dekabr 2024-cü ıl tarixdə növbəni axşam təhvil verəndə zavod ərazisində saxlanılmış təmir üçün nəzərdə tutulan transformatorun yanında təzə elektrik kabelin olduğunu görüb Kamranla ümumi razılığa gəlmişdirlər ki, səhəri gün növbədə olanda kabeldən təxminən 20 metr kəsib oğurlasınlar və pulu aralarında bölsünlər. 19 dekabr 2024-cü il tarixdə saat 20:00-da növbəni təhvil alıb "xxxx" X3» QSCnin Bakı Cihazqayırma Zavodunun inzibati binasının girişindəki 3-cü postda xidmət aparırdı. Kamran isə 1-ci postda xidmətdə olmuşdur. 19 dekabr 2024-cü il tarixdə saat 21 radələrində qarovul rəisi Şahid 2-ci postda olmasından istifadə edərək Kamran postu tərk edib onun olduğu 3-cü posta gəldikdən sonra onlar birlikdə transformatorın yanına getmişdirlər. Saat 22 radələrində o, təmir məqsədi ilə zavodun açıq ərazisində saxlanılmış "xxxx" MMC-nin anbarının balansında olan kabelin təxminən 20 metrini yerdən götürdüyü dəmir qırıntısı ilə kəsmiş və Kamranla birlikdə həmin kabeli götürüb 3-cü postun arxasındakı hasara tərəf aparıb zavodun ərazisindən kənara atmışdırlar. Kabeli kəsdiyi dəmir qırıntısını kənara atmışdır. Kabelin satılmasını öz üzərinə götürdüyü üçün saat 07 radələrində komanda rəisi Vanur Məlikovdan evdə xəstəsi olduğunu deyib icazə almışdır. Bundan sonra zavodun arxasına keçib “Yangoo” proqramı vasitəsi ilə taksi sifariş vermiş, yerdən kabeli götürüb sifariş əsasında gələn taksi avtomobilə qoyub Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı metal qəbulu yerinə aparmışdır. Metal qəbulu yeri bağlı olduğundan kabeli avtomobildən düşürüb, taksi sürücüsünə gediş haqqını ödəmiş, sürücü çıxıb getmiş özü isə orada gözləmişdir. Saat 09:40 radələrində məntəqə açılmış, kabelin mis materialı tərəzidə çəkilərək 27,5 kiloqram olduğu müəyyən edilərək ona 189 manat pul verilmiş, pulu götürüb evə aparmışdır. Sonradan «Million» ödəmə terminalı vasitəsi ilə Kamranın bank kartına 83 manat pul göndərmiş, ödəniş qəbzini isə cırıb atmışdır. Taksi xərci çıxıldıqdan sonra hər birinə 83 manat pul çatmışdır. Pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənildiyini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayının 23-dən "xxxx" X3» Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük atıcı vəzifəsində işləyir. Böyük atıcı Təqsirləndirilən şəxs1 işə başladığı vaxtdan tanımış, araların səmimi münasibət var. Övladı asma-bronxit xəstəliyindən əziyyət çəkdiyi üçün müalicəsinə daimi dərmanlar lazım olur, maddi çətinlik çəkdiyindən dərmanlarını ala bilmir. Təqsirləndirilən şəxs1 son iki ayda onunla eyni günlərdə növbəyə çıxırdı. Vüsal ilə söhbət zamanı Vüsala bildirmişdir ki, maddi ehtiyacı çoxdur, belə ki, həm banklara kredit borcu var, həm də övladının xəstəliyi ilə əlaqədar pula ehtiyacı var. 18 dekabr 2024-cü il tarixdə növbəni axşam təhvil verəndə zavod ərazisində saxlanılmış təmir üçün nəzərdə tutulan transformatorun yanında təzə elektrik kabelin olduğunu görüb Vüsal ilə ümumi razılığa gəlmişdirlər ki, səhəri gün növbədə olanda kabeldən təxminən 20 metr kəsib oğurlasınlar və pulu aralarında bölsünlər. 19 dekabr 2024-cü il tarixdə saat 20:00-da növbəni təhvil alıb "xxxx" X4» QSC-nin Bakı Cihazqayırma Zavodun inzibati binasının girişindəki 1-ci postda xidmət aparırdı. Vüsal isə 3-cü postda xidmətdə olmuşdur. Vüsal bildirmişdir ki, kabeli özü təhvil verib pulu aralarında böləcəkdir. Beləliklə də razılaşmışdırlar. 19 dekabr 2024-cü il tarixdə saat 21 radələrində qarovul rəisi Şahid 2-ci postda olmasından istifadə edərək postu tərk edib Vüsalın olduğu 3-cü posta getmişdir. Birlikdə zavodun ərazisində transformatorun yanına getmişdirlər. Saat 22 radələrində Vüsal təmir məqsədi ilə zavodun açıq ərazisində saxlanılmış "xxxx" MMC-nin anbarının balansında olan kabelin təxminən 20 metrini nə iləsə kəsmiş və birlikdə həmin kabeli götürüb 3-cü postun arxasındakı hasara tərəf gətirib zavodun ərazisindən kənara atmışdırlar. Vüsal demişdir ki, səhərə yaxın icazə alıb kabeli bildiyi yerə apararaq satacaqdır. Beləliklə də Vüsal səhərə yaxın komanda rəisi Vanur Məlikovdan evdə xəstəsi olduğunu deyib icazə almışdır. Bundan sonra Vüsalın həmin kabeli necə aparıb və hara təhvil verməsindən məlumatı olmamışdır. 20 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Vüsal onun adına olan bank kartına 83 manat pul göndərmişdir. O, da həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənildiyini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" X3 QSC "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 "xxxx" X3» QSC "xxxx" MMC-də böyük atıcı vəzifəsində işləyirlər. Hər ikisi Sabunçu rayonu Zabrat-1 qəsəbəsində yerləşən “Bakı Cihazqayırma Zavodu”nda xidmət aparıblar. 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Bakı Cihazqayırma Zavodu”nda xidmətdə olarkən zavodun ərazisində yerləşən cərəyan transformatorun təmiri məqsədi ilə saxlanılmış "xxxx" MMC-nin anbarının balansında olan 1 metrin dəyəri 51 manat təşkil edən 20 metr yeni elektrik mis kabelini gecə növbəsində mühafizə xidmətində olarkən kəsib zavod ərazisindən çıxarmaqla gizli olaraq talayıb oğurlamışdırlar. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə 1.020 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxs "xxxx" X3 QSC "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslərlə barışdıqlarını, MMC-yə vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2011-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində müxtəlif mühafizə xidmətlərində işləmiş, tutduğu vəzifədə isə hadisədən təxminən 2 ay əvvəl işləməyə başlamışdır. Vəzifə borcu idarəetmə şöbəsinin ərazisinə daxil olan və çıxan şəxslərin və malların qeydiyyatı, müşahidəsi və nəzarət edilməsindən ibarətdir. 19 dekabr 2024-cü il tarixdə saat 20:00 radələrində növbəni qəbul edib xidmətə başlamış, xidməti növbəti gün saat 08:00-da təhvil verib evinə getmişdir. Həmin müddətə əsas girişdəki 1-ci postda Təqsirləndirilən şəxs2, 2-ci postda Sənan Dadaşov, 3-cü postda isə Təqsirləndirilən şəxs1 xidmət aparmışdırlar. Özü isə müvafiq qaydada postları yoxlayırdı. Təqsirləndirilən şəxs2 müşahidə kameralarının qarşısında oturub görüntüləri izləyirdi. Xidmət zamanı qeyri qanuni hərəkətlərin baş verməsindən xəbərsiz olmuşdur. 21 dekabr 2024-cü il tarixdə işə gəldikdə eşidmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 dekabr 2024-cü il tarixdə saat 21 radələrində xidmətdə olarkən 3-cü postun ərazisində olan, elektrik kabelin təxminən 20 metrini kəsib oğurlamışdırlar. Şəxsən bu hadisənin şahidi olmamışdır. Cinayət işinin 18-ci vərəqində olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, 5167********4007 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə **********285 nömrəli terminal payment vasitəsi ilə 83.0 AZN məbləğində pul göndərilmişdir. Cinayət işinin 29-cu vərəqində olan “Baxış keçirilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərini rəhbər tutub 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülüb "xxxx" X3» QSC "xxxx" MMC-dən material ilə birlikdə Sabunçu RPİ-yə göndərilmiş videogörüntüyə xidməti otağındakı «HP» markalı kompyuterin oxuyucusuna daxil etməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirmişdir. Baxış zamanı yaddaş daşıyıcısında «VİD-202501O6- WAO0O0» adlı qovluğun olduğu müəyyən edilmişdir. Qovluq açıldıqda 20 saniyə davam edən videogörüntünün olduğu, görüntünün havanın qaranlıq saatlarında qeydə alındığı, iki nəfər şəxsin kabeli qaçaraq ərazidən çıxartmaları, görüntünün 19 dekabr 2024-cü il saat 21:09-a qeydə alındığı əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişdirlər ki, görüntüdə əks olunan şəxslər onlardır, ərazi isə işlədikləri Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi Oktyabr 106 ünvanında yerləşən "xxxx" X3» QSC-nin Bakı Cihazqayırma Zavodun inzibati ərazisidir. Həmin görüntüdə onların 19 dekabr 2024-cü il tarixdə saat 21:09-da ərazidən kabel oğurlamaları qeydə alınmışdır. Cinayət işinin 51-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 52-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 61-ci vərəqində olan xx.xx.2025-ci il tarixli "xxxx" MMC-yə vurulan ziyanın ödənilməsi barədə 01 nömrəli təhvil-qəbul aktından görünür ki, "xxxx" MMC-nin baş mühasibi Nağıyev Babək, aparıcı mütəxəsis (hüquqşünas) Nümayəndə, anbar təsərrüfatın müdiri Orxan Məmmədov, anbardar Kanan Mustafayev və ziyan vuranlar "xxxx" MMC-nin Təhlükəsizlik və Mühafizə Xidmətinin işçiləri: böyük atıcı Təqsirləndirilən şəxs2, böyük atıcı Təqsirləndirilən şəxs1 bu aktı ondan ötrü tərtib etmişdirlər ki, həqiqətən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-dən oğurlanan 20 metr uzunluqda, 1x240 mis kabeli müəssisəyə vurulan ziyanı ödəyərək həmin uzunluqda və həmin göstərici ilə mis kabeli "xxxx" MMC-yə təqdim etmişdirlər. Cinayət işinin 62-68-ci vərəqələrində olan 01 mart 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə anını əks etdirən 01 ədəd yaddaş daşıyıcısına köçürülüb istintaqa təqdim olunmuş 01 ədəd DVD yaddaş daşıyıcısının iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işinin 89-90-cı vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 112-113-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" X3” QSC "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 09/330 nömrəli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurduqları zərəri (ziyanı) tam ödəmişlər, aralarında barışıq olmuşdur, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etdikləri əmələ görə üzr istəyib peşman olduqlarını bildirmişdirlər. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan – hadisə anını əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat, cəmi 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat, cəmi 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – hadisə anını əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat, cəmi 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat, cəmi 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(008)-281/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-281/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver