Məhkəmə qərarları › İş №1(008)-282/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-282/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-282/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1985-ci il tarixdə Kəlbəcər rayonu, Zar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Kəlöbəcər rayonu, Zar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etmək məqsədilə 14 iyun 2022-ci il tarixdə gecə saat 04:00 radələrində əvvəllər məcburi köçkün kimi məskunlaşaraq yaşadığı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin Baytarlıq X1 X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Mehdiabad yolunun 25-ci km-də yerləşən 40.9 kv.m sahəsi olan bir otaqdan ibarət bir mərtəbəli inzibati binanı özü ilə gətirdiyi istintaqa məlum olmayan alışdırıcı maddə ilə qəsdən yandıraraq zərərçəkmiş hüquqi şəxsə 5.726 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 1993-cü ildə Kəlbəcər rayonunda məcburi köçkün düşmüş və bundan sonra ailəsi ilə birlikdə Mingəçevir şəhərində məskunlaşmışlar. 2007-ci ildə o Elxan adlı şəxslə rəsmi olaraq ailə həyatı qurmuş və onun Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evinə köçüb orada yaşamışdır. 2011-ci ildə o Elxandan boşanmışdır. 2014-cü ilə qədər oğlu Hüseynlə birlikdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində müxtəlif ünvanlarda yaşamağa başlamışlar. O özü həmin ərəfələrdə müxtəlif yerlərdə fərdi işlərdə işləyib özünü və oğlunu dolandırırdı. Sonradan yaşadıqları yerlərdə çətinlik olduğu üçün 2014-cü ildə Pirşağı qəsəbəsində yolun kənarında bir idarə görmüşdür. Həmin idarə istifadə olunmurdu. Sonra o bilmişdir ki, həmin idarə Kənd Təsərrüfat Nazirliyinin balansında olan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəznindədir. Həmin idarənin müdiri Ramin adlı şəxsdir. Ramin müəllim ona həmin binada yaşamağa icazə vermişdir. Təxminən 2020-ci ildə həmin bina nazirliyin balansından çıxdığı üçün sökmüşlər. Həmin ərəfədə o Mingəçevir şəhərinə getmiş və qayıdıb yaşadığı yerin söküldüyünü görmüşdür. Daha sonra Ramin müəllim öz ofisində ona yaşamağa icazə vermişdir. Həmin ofisdə onun yaşadığı yerin yanında olmuşdur. O da oranı yavaş-yavaş təmir edib yaşamağa başlamışdır. 2022-ci ildə dövlət tərəfindən ona yaşamaq üçün Pirallahı qəsəbəsində, S.Vurğun küçəsi, 1 mənzil 24 saylı bir otaqdan ibarət ev verilmişdir. Bundan sonra həmin mənzilə köçməyə başlamışdır. Həmin vaxt qonşuları ona əşyalarını aparmağı bildirmişlər. O da əvvəl yaşadığı yerin qapı pəncərəsini söküb satıb əlində olmasını istəyirdi. Həmçinin evdə müəyyən əşyalarıda qalmışdır. 13 iyun 2022-ci il tarixdə gündüz saatlarında tapdığı adlarını bilmədiyi və tanımadığı fəhlələr ilə həmin qalan əşyalarını evdən çıxara bilmişdir. Lakin ətrafda olan qonşular və idarənin müdiri Ramin müəllim ona qapı və pəncərəni söküb aparmağa icazə verməmişlər. O da bunların bu hərəkətlərinə qıcıqlanaraq əsəbləşmişdir. 14 iyun 2022-ci il tarixdə, saat 04:00 radələrində yenidən Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən məskunlaşdığı evə qayıdıb əşyaları dağıtmış, evdə olan istilik cihazı aşmış və paltarlar həmin cihazın üstünə tökülmüşdür. Alışıb yanmağa başladığını görmüşdür. Buna heç bir əhəmiyyət verməmişdir, çünki heç kimə qalmaması üçün yanmağını fikirləşmişdir. Bundan sonra idarənin bütün binası yanmağa başlamış o da bunu görüb qarşısını almaq üçün heç bir tədbir görməyərək oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin Baytarlıq X2 rayonu, Pirşağı qəsəbəsində, Fatmai-Pirşağı yolunun 25-ci km-də yerləşən Abşeron Eksperimental, Dayaq Məntəqəsinin direktoru vəzifəsində işləyir. Sevinci o ora müdir təyin olunan gündən tanıyır, onunla onun normal münasibəti olmuşdur. Direktor kimi təyin olunanda Sevinc anası ilə birlikdə qaçqın kimi həmin ərazidə məskunlaşdığını görmüşdür. Həmin sovxozda Sevincin anası daha sonra Mingəçevir şəhərinə köçmüş, Sevinc isə dövlətdən başqa bir ev almaq üçün ora getməmişdir. Sevincə Pirallahı rayonu, Ümid qəsəbəsində ev verilmişdir. Bundan sonra o 13 iyun 2022-ci il tarixdə öz əşyalarını yığıb aparmaq üçün gəlmişdir. Lakin gecə saatlarında gəlib oranın qapı pəncərəsinin söküb aparmaq istəyəndə, orada yaşayan və gözətçi işləyən Nağı buna imkan verməmişdir. Daha sonra Sevinc 14 iyun 2022-ci il tarixə keçən gecə qəsdən həmin yerə benzin tökərək yandırmış və sonradan evə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sevinclə normal münasibətləri olmuşdur. Onlar qonşuluqda yaşamışlar. Sevinclə aralarındada heç bir düşmənçilik və ədavət olmamışdır. Sevinc özü məcburi köçkün kimi Sabunçu rayonu, Pirşağı qəsəbəsində, 2 nömrəli sovxozda məskunlaşmışdır. Sevinci bir ara oradan çıxartmaq istəyirdilər. Lakin o oradan səs küy salaraq çıxmaq istəməmişdir. Sonradan Ramil ona öz otağını yaşamaq üçün vermişdir. Sevinc həyat yoldaşından boşanmış və himayəsində bir uşağı var. Ramil Sevincə öz otağını verdikdən sonra o bir müddət orada yaşamağa başlamışdır. Sonradan dövlət tərəfindən Sevincə Pirallahı rayonu, Ümid qəsəbəsində yaşamaq üçün ev verilmişdir. Sevincə əşyalarını evinə aparması deyilmişdir. Bundan sonra bir neçə dəfə Sevinci oradan köçürtmək istəmişlər. Lakin Sevinc heç kimi yaxın buraxmamışdır. 13 iyun 2022-ci il tarixdə, saat 14:00 radələrində Sevinc bir «Qazel» markalı avtomobillə gəlmiş və öz əşyalarını yığmağa başlamışdır. Əşyalarını yığdıqdan sonra öz evinə çıxıb getmişdir. Bundan sonra Sevinc yenidən gecə saat 23:00 radələrində gəlmiş və həmin «Qazel»dən iki nəfər şəxs düşmüşlər. Daha sonra dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ 21074» markalı avtomobil gəlmiş və bir nəfərdə həmin avtomobildən düşmüşdür. O bu barədə atasına məlumat vermişdir, atası isə çıxıb soruşmişdir ki, «yenidən nəyə görə gəlmisiniz». Həmin oğlanların biri pəncələri sökmək üçün gəldiyini demişdir. Atası isə orada gözətçi işlədiyini bildirmişdir. Həmin gələn oğlanlar üzr istəyərək, Sevincin əşyalarını onların daşıdığını, o da pul əvəzi bu pəncərələri onlara verdiyini demişlər. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Bu zaman Sevinc orada atasına nəyə görə sökməyə qoymadığını soruşmuşdur. 14 iyun 2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində o Sevincin yaşadığı otaqda kiminsə gəzdiyini görmüşdür. Baxarkən Sevincin polisdən çıxıb ora gəldiyini görmüşdür. Lakin atası hələ gəlməmişdir. Bir qədər sonra atasıda gəlmiş və onlar çay içib yatmışlar. Saat 04:05 radələrində o yuxudan oyanmış və çölə çıxarkən Sevincin pəncərəsinin ağzında içəri tərəfdən dayandığını görmüşdür. Oğluda çöl tərəfdən dayanmışdır. Sevinc həmin vaxt oğluna «yanacağın ona verməsini demişdir. Bütün pəncərələrə yanacaq tökmüş və kibritlə yandırmışdır. O da qışqıraraq evdəkiləri oyatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X3 Könül Nağı qızının ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/42xxxx/4338 saylı, 05 avqust 2022-ci il tarixli məhkəmə yanğın texniki ekspertizası, yanğın və texnoloji partlayışların tədqiqi, məhkəmə mühəndis tikinti ekspertizası, tikinti texniki obyektlərinin tədqiqi ekspertizasının rəyindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, avtomobil yolunun kənarında, X8 məntəqəsində yerləşən tikilidə baş vermiş yanğının mənbəyi, tkilinin daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək tiklinin bütün sahələrinə yayılmışdır. Hadisənin baş vermə şəraitinə, təqdim edilmiş elektrik naqillərinin üzərində hər hansı elektrik təbiətli qəza halının aşkar edilmədiyinə, yanğının mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən cihaz və avadanlıqların olmadığına və mənbə zonasında yaranmış termiki təsir izlərinin xarakterinə əsasən yanğın, kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Sabunçu rayonu, Pirşağı qəsəbəsində, avtomobil yolunun kənarında, X8 məntəqəsində yerləşən tikilidə yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazır ki, mövcüd olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.726.00 manat məbləğində olduğu müəyyən olundu. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X9 Hüquqi şəxsin 3406 saylı, 20 dekabr 2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəailiyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 oktyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən-özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməyə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməyə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X10 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl və onun təqsirliyi qismən etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 29 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 60). Cinayət işinin materiallarında olan 31 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 80). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu rayon prokuroru tərəfindən 31 oktyabr 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 104). Cinayət işinin materiallarında olan 31 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 108). Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.4-ci maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.7-ci maddəsinə əsasən sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəisndə yetkinlik yaşına çatmayan uşağın olmasını nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkməkdən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarından görünür ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 150 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ0136 **********003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən «02» (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Məhkəmə Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulsun. 150 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ0136 **********003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar