Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-282/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1961 -ci il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «BCD» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Karsan Atak” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı 40 nömrəli sərnişin daşıma avtobusunu 20 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətindən, Heydər Əliyev prospekti istiqamətinə saatda 50 km/saat sürətlə idarə edərkən, Şəhər şossesi küçəsi, Döngə 5 ünvanının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtobusu manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtobusu manevr etdirməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtobusun dayanması üçün heç bir tədbir görməyib avtobusu orta zolaqdan sağ zolağa doğru manevr etdirməklə həmin yol-hərəkət qaydalarını pozması və bu zaman ehtiyatsızlıqdan idarə etdiyi avtomobusun qabaq sağ hissəsinin qarşıda onunla eyni istiqamətdə sağ zolaqda 20 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi “Kamaz 55111” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa sol hissəsi ilə toqquşmasına, nəticədə avtobusda olan sərnişin X13ma ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid ikitərəfli hemotoraks (döş boşluğuna sərbəst qan yığılması), ağciyərlərin əzilmiş-cırılmış yaraları və hematomaları, sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX yerini dəyişən, döş sümüyünün və sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları, ürək əzələsində və qaraciyərdə ocaqlı qansızmalar, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, döş qəfəsinin qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən 21 sentyabr 2023-cü il tarixdə X8 ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 31 ildir ki, sərnişin daşıma avtobusu idarə edir və "xxxx" MMC-də avtobus sürücüsü işləyir. Avtobus və avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də var. Hal-hazırda "xxxx" MMC- yə məxsus Karsan Atak markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı, 40 saylı sərnişin daşıma avtobusu yol vərəqəsi ilə idarə edir. 20 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində yol vərəqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus Karsan Atak markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı sərnişin daşıma avtobusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə Balaxanı qəsəbəsi istiqamətindən, Heydər Əliyev prospekti istiqamətinə saatda 50 km. sürətlə yolun sağdan ikinci zolağıyla hərəkət edirmiş. Həmin vaxt avtobusun arxa oturacağında bir nəfər tanımadığı orta yaşlı qadın sərnişin oturmuşdur. Hərəkətdə olarkən nəsə təzyiqi qalıxmış, gözləri yolu yaxşı görməmiş, Şəhər şossesi küçəsi, Döngə 5 ünvanının qarşısına çatdıqda, yolun sağ tərəfində Kamaz markalı avtomobil görmüş, lakin həmin Kamaz markalı avtomobilin hərəkətdə olub-olmamasını və yaxud yolun sağında dayanmış vəziyyətdə olmasını dəqiq görməmişdir. Kamaz markalı avtomobili görən kimi, dərhal avtobusun tormoz əyləcini basıb avtobusu sola istiqamətləndirmiş, lakin buna baxmayaraq avtobusun sağ tərəfini Kamaz markalı avtomobilin arxa sol hissəsinə vurmuş, həmin vaxt avtobus dayanmış və hadisə nəticəsində avtobusda olan tanımadığı qadın sərnişin yıxılmışdır. Bundan sonra o, avtobusdan yerə düşmüş, Kamaz markalı avtomobilin sürücüsü və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə xəsarət alan qadın sərnişinə köməklik göstərib onu yerə düşürmüşlər. Bundan sonra ətrafda olan tanımadığı şəxslərdən biri «103» Xidmətinə zəng edərək hadisə yerinə X16 briqadasının həkimlərini çağırmış, Kamaz markalı avtomobilin sürücüsü isə DİN-nin «102» Xidməti- Zəng mərkəzi sisteminə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə X16 Briqadasının həkimləri gəlmişlər, xəsarət alan qadını X16 Briqadasının həkimləri ilə birlikdə X10 aparmışlar. Sonra "xxxx" MMCnin qəza xidmətinin rəhbəri Elməddin adlı şəxs xəstəxanaya gəlmiş, xəstəxanada qadının səhəti normal olmuşdur. "xxxx" MMC-nin qəza xidmətinin rəhbəri Elməddin və o, xəsarət alan qadına baxan həkimdən qadının vəziyətinin necə olmasını soruşmuşlar və bildirmişlər ki, “əgər xəstənin vəziyəti ağırdırsa, özəl klinikalardan birinə aparaq”. Həkim isə qadının üç qabırğasının sındığını və yapışdırdığını deyib başqa xəstəxanaya aparmağa ehtiyac olmadığını, xəstəni evə apara biləcəklərini bildirmişdir. Onlar isə həkimdən xəsarət alan qadının bir geçə gün xəstəxanada qalmasını xahiş etmişlər, həkimdə etiraz etməmiş və xəsarət alan qadın xəstəxanada müalicəsini davam etdirmişdir. Bundan sonra o, hadisə yerinə qayıtmış, hadisə yerinə gələn Sabunçu Polis İdarəsinin əməkdaşları onu Polis İdarəsinə dəvət etmişlər, o, da polisin dəvəti ilə Sabunçu Rayon Polis İdarəsinə gəlmişdir. 20 sentyabr 2023-cü il tarixdən, 21 sentyabr 2023-cü il tarixə keçən gecə xəsarət alan qadın sərnişinin səhəti ilə maraqlanmaq üçün müalicə aldığı X10 getmiş, Tibb Mərkəzinin həkimləri sonradan adı ona məlum olan idarə edtiyi avtobusda xəsarət alan sərnişin X5 aldığı bədən xəsarətlərindən öldüyünü bildirmişlər. Bundan sonra X10 polis məkdaşları gəlmişlər, hadisə nəticəsində ölmüş X9 rayon MTE-nın meyitxanasma təhvil vermişlər. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verilmiş ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü X11 onun doğma anasıdır. X17 ölən günə qədər onunla birlikdə eyni ünvanda, yəni ünvan 2nvanında kirayədə yaşamışdır. X17 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində sərnişini olduğu Karsan Atak markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı 40 nömrəli sərnişin daşıma avtobusun sürücüsü Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq X10 yerləşdirilmişdir. Lakin aldığı bədən xəsarətlərindən 21 sentyabr 2023-cü il tarixdə X8 ölmüşdür. Sabunçu rayon MTE-nm meyitxanasında X17nın meyiti müayinə oldunduqdan sonra dayısı X7 təhvil verilmişdir. Hazırda vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin hazırlıq iclasında da zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 28 ildir ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də var. 20 sentyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə ilə idarə etdiyi Kamaz 55111 markalı yük avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə Balaxanı qəsəbəsi istiqamətindən, Heydər Əliyev prospekti istiqamətinə saatda 20 km. sürətlə yolun sağdan birinci zolağıyla hərəkət edirmiş, Kamazın yük hissəsində 15 ton qum var imiş, qumu Xəzər rayonu, Şüvəlan qəsəbəsinə aparmalıymış, hərəkətdə olarkən Kamazın arxa sol hissəsindən nəyinsə dəydiyini his etmiş, dərhal Kamazı yolun sağ tərəfində salxamış və yerə düşmüşdür. Yerə düşəndə görmüşdür ki, sərnişin avtobusu Kamazın arxa sol hissəsindən vurub. Hadisə vaxtı avtobusun sürücüsü xəsarət almasa da, avtobusda olan bir nəfər tanımadığı orta yaşlı qadın xəsarət almışdır. Həmin qadını avtobusun adını bilmədiyi sürücüsü və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə avtobusdan yerə düşürmüşlər, qadın qarın nahiyyəsini göstərib ağrılarının olduğunu bildirmişdir. Bundan sonra ətrafda olan tanımadığı şəxslərdən biri hadisə yerinə X16 briqadasının həkimlərini çağırmış, o, isə DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə X16 Briqadasının həkimləri gəlmişlər, xəsarət alan qadını X16 Briqadasının həkimləri 3 saylı şəhər Kilinik Xəstəxanasına aparmışlar. Sonradan hadisə yerinə gələn polis əməkdaşları onun və avtobusun sürücüsünün iştirakı ilə hadisə yerinə baxış keçirmişlər və hər ikisini Sabunçu Rayon Polis İdarəsinə dəvət etmişlər. Hadisə vaxtı idarə etdiyi Kamaz markalı avtomobildə özü tək olmuş, hadisə vaxtı heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 3 ünvanının qarşısıdır. Yolun işlək hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa bütöv ağ xətt vardır. Yol sahəsi şəhər elektrik işığı və əhatədəki obyektlərdən düşən işıqlarla işıqlandırılmışdır. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı Kamaz markalı nəqliyyat vasitəsinin yolun sağ tərəfində birinci hərəkət zolağında üzü H.Əliyev prospekti istiqamətində dayanmış vəziyyətdə olması, sərnişin avtobusunun isə “Kamaz” markalı nəqliyyat vasitəsinin arxa sol tərəfində dayanmış vəziyyətdə olması müəyyən edilmişdir (i.v.8-15). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 21 sentyabr 2023-cü il tarixli, 2/34226 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.26). DİN-in BDYPİ tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 3-13-16/2- 135221/2023 nömrəli məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1961 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ciil tarixdə (xx.xx.2031 -ci il tarixədək etibarlı olan) BB 317271 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.56). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X18 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 259 nömrəli rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. İkitərəfli hemotoraks (döş boşluğuna sərbəst qan yığılması). Ağciyərlərin əzilmiş-cırılmış yaraları və hematomaları. Sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX yerini dəyişən, döş sümüyünün və sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları. Ürək əzələsində və qaraciyərdə ocaqlı qansızmalar. Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Döş qəfəsinin qançırları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşylar) təsirindən mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 23:00) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X3 ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 01:20-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X3 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (i.v.57-62). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 8/3801 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Karsan Atak markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Kamaz 55111” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin (i.v.69-72). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.55). “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.114-115). Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş notarial ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-282/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-282/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver