Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-282/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi– Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan MR Şərur rayonu Şəhriyar Ə/D, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Şəhriyar Ə/D Şəhriyar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan. Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgə əmlakını həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayaraq təkrarən soyğunçuluq etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə etməklə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 18 aprel 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov” Ticarət Mərkəzinin yaxınlığında əvvəlcədən müştəri qismində avtomobilin arxa sağ oturacağında əyləşdiyi Zərərçəkmiş şəxs1 məxsus “Mercedes" markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Zərərçəkmiş şəxs1 20 manat pulunu ona verməsini tələb edib özgənin əmlakını açıq talamaya yönəldilmiş hərəkətlərini inadla davam edərək Zərərçəkmiş şəxs1 baş nahiyəsinə yumruq zərbəsi vurub əli ilə əynində olan köynəyi arxa tərəfdən cıraraq həyatı və sağlamlığı üçün təhlükləli olmayan fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs1 təpə, sağ gözyuvasıaltı və çiyin nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək avtomobilin sürətlər qutusunun yanında olan saxlanc yerindən 20 manat nağd pulu və 01 ədəd 570 manat dəyərində "Samsung A30" markalı mobil telefonu götürdükdən sonra Zərərçəkmiş şəxs1 pulunu və mobil telefonunu geri qaytarmasını tələb etməsinə baxmayaraq qanunazidd hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 590 manat dəyərində maddi ziyan vuraraq özgənin əmlakını həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə etməklə açıq talayıb soyğunçuluq etmiş və heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarına saymamazlıq göstərərək qışqır-bağır salıb, qadın paltarında olmasını və qeyri-etik formada etdiyi bədən hərəkətlərini yoldan keçən şəxslərə qəsdən qabarıq şəkildə nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlə təhqir edib, 25-30 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan hərəkətlər edərək cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etməklə və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən Zərərçəkmiş şəxs1 məxsus “Mercedes" markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun saxlanc yerindən götürdüyü 570 manat dəyərində 01 ədəd “Samsung A30” markalı mobil telefonu yerə çırpıb sındıraraq əmlakı məhv etmiş, avtomobilin sürətlər qutusunun yanında olan saxlanc yerindən götürərək silah qismində istifadə etdiyi avtomobilin kondisionerinin ehtiyyat hissəsi hesab edilən kondsatrla avtomobilin ön şüşəsini vurub sındırması və avtomobilin arxa sağ qapısını zədələməsi nəticəsində 200 manat dəyərində maddi ziyan vurmaqla əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 15 may 2023-cü il tarixdə saat 06:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən "Bravo" marketin yaxınlığında əvvəlcədən sifariş verdiyi müştəri qismində əyləşdiyi “Bolt" taksi xidmətində fərdi qaydada taksi fəaliyyət ilə məşğul olan Zərərçəkmiş şəxs2 məxsus "Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən gediş haqqı pulunu verməkdən imtina edərək Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edərək əynindəki qolsuz gödəkçəsini dartıb iki dəfə yumruqla baş nahiyəsinə vuraraq ona sağ ənsə nahiyəsinin qançırı ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək həyatı və sağlamlığı üçün təhlükləli olmayan fiziki zor tətbiq edib avtomobilin sürətlər qutusunun yanında olan saxlanc yerindən 15 manat nağd pulu götürdükdən sonra Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmasını tələb etməsinə baxmayaraq qanunazidd hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs2 ümumilikdə 15 manat dəyərində maddi ziyan vuraraq özgənin əmlakını həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə etməklə açıq talayıb soyğunçuluq etmiş və heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarına saymamazlıq qışqır-bağır salıb, qadın paltarında olmasını və qeyri-etik formada etdiyi bədən hərəkətlərini yoldan keçən şəxslərə qəsdən qabarıq şəkildə nümayiş etdirməklə göstərərək Zərərçəkmiş şəxs2 nalayiq söyüşlərlə təhqir edib, 5-10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan hərəkətlər edərək cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etməklə və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prius" markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadını və arxa sol qapısını təpik zərbələri ilə vurmuş, yerdən götürdüyü silah qismində istifadə etdiyi daş parçasını Zərərçəkmiş şəxs2 üstünə atıb sağ əl barmaqlarının sıyrığı ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat dəyərində maddi ziyan vurub silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə üzərinə zor tətbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətləri ilə təkrar xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o salonda işləyir, cinsi azlıq nümayəndəsidir. Hadisə 2023-cü ildə baş vermişdir. Zərərçəkmiş şəxs2 taksi sürücüsüdür, o, onun taksisinə minmişdir, getdiyi ünvan yadında deyil, gediş haqqı 3 manat olmuşdur, lakin avtomobildən düşəndə taksi sürücüsü 3 manatla razılaşmamış “benzin işlətdiyini” bildirib ondan 5 manat pul tələb etmişdir, o da pulu taksi sürücüsünün üzərinə atıb düşmüşdür. Avtomobildə taksi sürücüsünə vurmamışdır, düşdükdən sonra taksi sürücüsü ona çəlik atmış, xəsarət almamış, o da taksi sürücüsünə daş atmış, daş Zərərçəkmiş şəxs2 qoluna dəymişdir, lakin avtomobilə dəyməmişdir. Əsəbləşdiyinə görə avtomobilə təpiklə zərbələr yetirmişdir. Kənarda insanlar var idi, lakin heç kim yaxınlaşmamış, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yolun üstündə baş vermişdir. Bu hadisədən sonra o çıxıb getmişdir. Hadisə 10 dəqiqə davam etmiş, saat təxmini 18:00 olmuşdur. Zərərçəkmiş şəxs2 pulunu götürməmiş, onun paltarlarını cırmamışdır. Zərərçəkmiş şəxs2 yumruq, təpik vurmamışdır. Sürücüdən 15 manat pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 tanımır, onunla bağlı heçnə xatırlamır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2023-cü ilin fevral ayında oğurluq cinayəti törətdiyinə görə Nərimanov rayon məhkəməsi tərəfindən 1 ay müddətinə həbs cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və azadlığa buraxılmışdır. O, cinsi azlıq nümayəndəsidir və pul müqabilində kişi müştərilərlə görüşür. Onu dostları "Günay” kimi tanıyıb çağırırlar. O, 18 aprel 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Rüstəmov küçəsində yerləşən "Bravo” market ilə üzbəüzdə yolda dayanıb müştəri gözləyən zaman "Mercedes” markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomobil gələrək yanında saxlamış və onunla pul müqabilində görüşmək istədiyini bildirmişdir. Həmin şəxslə görüşməyi 20 manata razılaşmışlar və o həmin şəxsin avtomobilinin qabaq oturacağında əyləşmişdir. Həmin şəxs avtomobili hərəkət etdirərək Bakıxanov qəsəbəsində Ticarət Mərkəzinin yaxınlığında heç kimin olmadığı bir yerə gəlmişlər. Həmin şəxs ətrafda heç kimin olmadığından avtomobilin arxa oturacağına əyləşmiş və o da arxa oturacaqda əyləşmişdir. O həmin vaxt avtomobildə həmin şəxsin cinsiyyət üzvünü ağzına alaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyri-təbii cinsi əlaqədə olub qurtardıqdan sonra həmin şəxs avtomobildən yerə düşmüşdür. O həmin şəxsə xidmət haqqı olan 20 manat pulunu verməsini bildirmişdir. Həmin şəxs ona heç bir pul verməyəciyini bildirmişdir. Bu vaxt o əsəbiləşərək onunla mübahisə etməyə başlamış və həmin şəxs də ona avtomobilindən yerə düşməyini tələb edirmiş. O, əsəbi olduğundan elə avtomobilin içərisində oturan halda həmin şəxsi söyərək onu təhqir edirmiş və əl-ayaq darı ilə ona zərbələr vururmuş. Həmçinin əli ilə arxadan həmin şəxsin köynəyini cırmışdır. Çünki həmin şəxs onu məcbur avtomobilindən yerə düşürtmək istəyirmiş. O da həmin şəxsə onun 20 manat pulunu verəndən sonra gedəcəyini deyirmiş. Daha sonra o əsəbi olduğundan avtomobilin sağ və sol oturacağının yanında yerləşən saxlanc yerini əli ilə açmış və oradan markasını bilmədiyi mobil telefonu götürərək yerə çırpmışdır. Hadisə vaxtı ətrafda tanımadığı şəxslər olduğunu görmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra o avtomobildən düşərək polis əməkdaşları ilə birlikdə 13-cü polis şöbəsinə gətirilmiş və orada izahatı alınandan sonra çıxıb getmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, "Mercedes" markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1dur. O, orada olarkən əlində saxladığı 20 manat pulu polis əməkdaşına təqdim etmişdir. Bundan başqa o, 15 may 2023-cü il tarixdə səhər 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Scorpion” kafenin yanında dayanıb müştəri gözləyən zaman bir nəfər tanımadığı şəxs markasını və dövlət nişanını bilmədiyi avtomobil ilə yanında saxlamış və onunla görüşmək istədiyini bildirmişdir, O həmin avtomobilə əyləşmiş, həmin tanımadığı şəxsin tələbatını ödəmişdir. Həmin tanımadığı şəxs onu Nizami rayonu, Şərq küçəsində düşürtmüşdür. O həmin tanımadığı şəxsdən “Scorpion” kafenin yanına getmək üçün mobil telefonu olmadığından taksi sifariş verməsini xahiş etmişdir. Onun mobil telefonu və nömrəsi yoxdur. Həmin şəxs də onun üçün "Bolt” taksi proqramı ilə taksi sifariş vermiş və gedəcək yolun gediş haqqısının 1 manat 60 qəpik olmasını bildirmiş və həmin şəxs çıxıb getmişdir. Təxminən saat 06:20 radələri imiş. Bir qədər keçdikdən sonra “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı “Bolt” taksi sürücüsü deyilən ünvana yaxınlaşmış və o avtomobilin arxa sağ oturacağında əyləşdmişdir. Belə ki, təxminən saat 06:40 radələri olarmış ki, onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən “Scorpion” kafenin yaxınlığında yəni, “Bravo” marketin qarşısına çatarkən sürücüdən avtomobili saxlamasını bildirmişdir. Həmin sürücü də avtomobili kənara çəkib saxlamışdır, O həmin vaxt taksi sürücüsünə gediş haqqı olan 1 manat 60 qəpik pulu verməyərək çıxıb getmək istəmişdir. Həmin vaxt taksi sürücüsü ondan gediş haqqının 5 manat olduğunu demiş və həmin pulu ondan istəmişdir. O da həmin taksi sürücüsünə etirazını bildirmişdir. Bu vaxt taksi sürücüsü onun anasını nalayiq söyüşlə təhqir etmişdir. Həmin sürücü anasını söyüşlə təhqir etdiyi üçün o onun qolsuz gödəkçəsindən tutub özünə tərəf dartmış və avtomobilin sürət ötürücüsünün yanında saxlanc yerindən sonradan bildiyi 6 manat pulu götürüb avtomobildən düşmüşdür. O, taksi sürücüsünə əsəbi olduğu üçün avtomobilinin qabaq sağ qanadını və arxa sol qapısını təpiklə vuraraq zədələmişdir, Həmin vaxt avtomobilin sürücüsünün əlində çəlik var imiş, onu həmin çəliklə vurmaq istə də, vura bilməmişdir. Həmin taksi sürücüsü ona məxsus pulunu geri qaytarmağını ona bildirmişdir. O da onun çağırışlarına məhəl qoymayaraq ona məxsus 6 manat pulu da cibinə qoyaraq oradan uzaqlaşaraq kirayə yaşadığı evə getmişdir, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, qeyd etdiyi birinci hadisə 18 aprel 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin yaxınlığında və ikinci hadisə isə 15 may 2023-cü il tarixdə saat təxminən 06:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən “Bravo” marketin yanında baş vermişdir. Bildirmişdir ki, Eltun yalan danışır. O, Eltunun avtomobilinin üzərində taksi yazısı olduğunu görsə də onu taksi kimi harasa getmək üçün saxlatdırmamışdır. O, cinsi azlıq nümayəndəsi olduğundan müxtəlif şəxslərlə pul müqabilində görüşdüyü üçün 18 aprel 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yerləşən “Bravo” marketin qarşısında dayanan zaman o, özü avtomobili ilə ona yaxınlaşmış, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o da ona 20 manat pul müqabilində görüşdüyünü bildirmişdir. O da onunla razılaşmışdır. Bundan sonra o onun avtomobilinə əyləşmişdir. Eltun avtomobili hərəkət etdirərək Bakıxanov qəsəbəsi Ticarət Mərkəzinin yaxınlığında heç kimin olmadığı bir yerə gəlmiş, özü avtomobilin arxa oturacağına əyləşmiş və o da arxa oturacaqda əyləşmişdir. O həmin vaxt avtomobildə Eltunun cinsiyyət üzvünü ağzına alaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyri-təbii cinsi əlaqədə olub qurtardıqdan sonra Eltun avtomobildən yerə düşmüşdür. O, Eltuna onun xidmət haqqı olan 20 manat pulunu verməsini bildirmişdir. Eltun ona heç bir pul verməyəcəyini bildirmişdir. Bu vaxt o əsəbiləşərək onunla mübahisə etməyə başlamış və Eltun ona avtomobildən yerə düşməyini tələb edirmiş. O, əsəbi olduğundan elə avtomobilin içərisində oturan halda Eltunu söyərək onu təhqir edirmiş və əl-ayaqıları ilə ona zərbələr vururmuş. Həmçinin əli ilə arxadan Eltunun köynəyini cırmışdır. O, onun avtomobilindən 20 manat pulu götürməmişdir. O həmin vaxt çox əsəbi olduğundan avtomobilin sağ və sol oturacağının yanında yerləşən saxlanc yerini əli ilə açmış və oradan markasını bilmədiyi mobil telefonu götürərək yerə çırpmışdır. Eltunun avtomobilinin şüşəsi sındırmağı ilə bağlı bildirmişdir ki, o həmin vaxt özündə deyilmiş və çox əsəbi olduğundan avtomobilin şüşəsini sındırmağı yadında qalmamışdır. O, Eltuna onun xidmət haqqı olan 20 manat pulunu verməsini bildirmiş, Eltun ona heç bir pul verməyəciyini bildirmiş, bu vaxt o əsəbiləşərək onunla mübahisə etməyə başlamış və Eltun ona avtomobildən yerə düşməyini tələb edirmiş. O, əsəbi olduğundan elə avtomobilin içərisində oturan halda Eltunu söyərək onu təhqir etmiş və əl-ayaqları ilə ona zərbələr vurmuşdur. Həmçinin əli ilə arxadan Eltunun köynəyini cırmışdır. O, onun avtomobilindən 20 manat pulu götürməmişdir. O həmin vaxt çox əsəbi olduğundan avtomobilin sağ və sol oturacağının yanında yerləşən saxlanc yerini əli ilə açmış və oradan markasını bilmədiyi mobil telefonu götürərək yerə çırpmışdır. Eltunun avtomobilinin şüşəsini sındırmağı ilə bağlı bildirmişdir ki, onun avtomobildən yerə düşməyi yadına gəlir, lakin həmin vaxt özündə olmamışdır. Eltun onun 20 manat pulunu vermədiyi üçün onu əl və ayaqları ilə vurmuş, onu avtomobildən düşürtməyə çalışdığı üçün onun köynəyini əli ilə dartıb cırmışdır. Əlində olan 20 manat pul isə onun öz pulu imiş. Belə ki, o həmin pulu çantasından çıxararaq Eltuna göstərib demək istəyirmiş ki, o ondan başqa da kişi müştərilər iiə görüşmüş və onlar onun pulunu heç bir mübahisə olmadan vermişlər, o isə onun pulunu vermir. O, ona görə həmin 20 manat pulu əlində saxlamışdır. Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı ətrafda çoxlu tanımadığı şəxslər var imiş, yolda oian avtomobillərin hərəkəti bir qədər dayanmışdır, həmin avtomobillərdə olan şəxslər onlara baxaraq tamaşa edirmişlər. Həmçinin Eltun əlində mobil telefon ilə onu çəkirmiş. Hadisə təxminən 25-30 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs1 ona heç bir xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixdə saat 06:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində “Scorpion" kafesinin yaxınlığında “Bravo" marketin yanında olan zaman avtomobili saxladaraq fikirləşmişdir ki, həmin sürücüyə gediş haqqını verməsin və çıxıb getsin. Bundan sonra həmin sürücü ondan gediş haqqı üçün 5 manat pul istəmiş və o ona etiraz eləmişdir. Bu vaxt taksi sürücüsü onun anasını nalayiq söyüşlə təhqir eləmişdir. O həmin sürücünün qara qolsuz gödəkçəsindən tutub özünə tərəf dartmışdır, lakin onu yumruqla vurmamış və avtomobilin sürət ötürücüsünün yanında saxlanc yerindən sonradan bildiyi 6 manat pulu götürüb avtomobildən düşmüşdür. O, taksi sürücüsünə əsəbi olduğu üçün onun avtomobilinin qabaq sağ qanadını və arxa sol qapını təpiklə vuraraq zədələmişdir. Həmin vaxt avtomobilin sürücüsünün əlində çəlik var imiş, onu vurmaq istə də, lakin vura bilməmişdir. Həmin taksi sürücüsü ona məxsus pulunu geri qaytarmağını ona bildirmişdir. O da onun çağırışlarına məhəl qoymayaraq ona məxsus 6 manat pulu da cibinə qoyaraq oradan uzaqlaşaraq kirayə yaşadığı evə getmişdir. Taksi sürücüsü Zərərçəkmiş şəxs2 ona heç bir xəsarət yetirməmişdir. O, taksi sürücüsü Zərərçəkmiş şəxs2 avtomobilində pulu götürüb gedən zaman orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 06:15-də özünə məxsus “Mercedes” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsindən bir nəfər şəxsin avtomobilinə əl edərək avtomobilini saxlamağını istəmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğundan müştəri olduğunu görüb avtomobili kənara çəkib saxlamışdır. O, avtomobilini saxladıqdan sonra həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu görmüş və həmin şəxs qadın geyimində imiş. Həmin şəxs Bakıxanov qəsəbəsində olan “80" nömrəli orta məktəbin yaxınlığında yerləşən "xxxx" ASC-nə getmək istədiyini bildirmişdir. O, ona gediş haqqının nə qədər olacağını deməmiş, fikirləşmişdir ki, çatdığı ünvanda gediş haqqını verər. Belə ki, həmin şəxs avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin şəxs avtomobilə əyləşdikdən sonra Neftçilər metrostansiyası yaxınlığına sürməyini istəmiş, o da onun dediyi kimi etmiş, daha sonra isə yenidən Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin qarşısına sürməyini demiş və o da yenə də onun dediyi kimi edərək Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin qarşısına getmişdir. Həmin vaxt saat 07 radələri imiş. Onlar orada olan zaman cinsi azlıq nümayəndəsi olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs gediş haqqını verməyərək ondan 20 manat pul tələb etmiş və vermədiyi halda özünə xəsarət yetirib onun etdiyini polisə məlumat verəcəyini demişdir. O da ondan hansı səbəbdən ona 20 manat verməli olduğunu bildirmişdir. Bu vaxt anidən Təqsirləndirilən şəxs avtomobildə arxa oturacaqdan üzərinə hücum edib yumruqla başına zərbə vurmuş və həmçinin əl-qol atdığı üçün əli sağ gözünə də dəymişdir. O dərhal avtomobilindən yerə düşmüş və Təqsirləndirilən şəxs əli ilə onun köynəyini dartaraq cırmış və arxa kürəyində Təqsirləndirilən şəxs dırnaqlarının izi qalmışdır. O, Təqsirləndirilən şəxs əməllərini sübuta yetirmək məqsədi ilə özünə məxsus “Redmi” markalı mobil telefonunu çıxarıb onun etdiyi hərəkətləri video ilə qeydə almağa başlamışdır. Həmin vaxt ətrafda çoxlu tanımadığı adamlar var imiş, yolda keçən bütün avtomobillər saxlayaraq onlara tamaşa edirmişlər. Onun ətrafında çoxlu tanımadığı şəxslər olduğundan onlardan birinə öz mobil telefonunu verərək videoda onun hansı halda olduğunu sübut etmək onu və Təqsirləndirilən şəxs çəkməyini xahiş etmiş, həmin tanımadığı şəxs də ondan mobil telefonu alaraq video çəkməyə başlamışdır. O, Təqsirləndirilən şəxs avtomobilindən yerə düşməsini deyirmiş. Lakin Kənan onun sözlərinə məhəl qoymayaraq avtomobilin arxa sağ oturacağından nalayiq söyüşlərlə onu təhqir edirmiş və avtomobilindən yerə düşməyəcəyini deyirmiş. Həmçinin avtomobilin arxa sağ qapısını güclü zərbə ilə çırpırmış. O həmin vaxt görmüşdür ki, Təqsirləndirilən şəxs avtomobilinin sürət qutusunun yanında olan saxlanc yerindən ona məxsus 20 manat pulunu və ona məxsus “Samsung A30” markalı mobil telefonunu götürüb əlində saxlamışdır. Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağında salonun içərisini əl və qolu ilə dağıdırmış, həmçinin təpiklə avtomobilin salonuna vururmuş. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sürətlər qutusunun yanında olan saxlanc yerində saxladığı avtomobilinin kondisionerinin ehtiyyat hissəsi olan dəmir kondsatrı avtomobilin arxa oturacağından avtomobilin ön şüşəsinə vurmuş və avtomobilinin ön şüşəsi çartlatmışdır. O isə Təqsirləndirilən şəxs heç bir yolla sakitləşdirə bilmədiyini görüb dərhal DİN-nin 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onlar Təqsirləndirilən şəxs onun avtomobilindən düşürüb Sabunçu RPİ-nin 13-cü polis bölməsinə aparmışlar. Polis bölməsində onların izahatları alınmış, orada olan zaman Təqsirləndirilən şəxs ona məxsus 20 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Lakin mobil telefon ona qaytarılmamışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, gediş haqqı 5 manata razılaşmışlar, lakin şəxs avtomobili saxlayan zaman ondan pul tələb etmişdir, nalayiq ifadələr işlətmiş, boynunda olan dəmir aləti arxadan onun boynuna sıxmış, boyun hissəsindən vurmuş, əl izləri qalmışdır. Maşını tərk etməsini bildirdikdə şəxs avtomobildən düşməmiş, avtomobilin içərisinə zərbələr yetirmiş, dağıtmışdır. avtomobilinin kondisionerinin ehtiyyat hissəsi olan dəmir kondsatrı avtomobilin arxa oturacağından avtomobilin ön şüşəsinə vurmuş və avtomobilinin ön şüşəsi çartlatmışdır, daha sonra dəmir kondsatrı onun üzərinə atmışdır. Hamısı telefonla çəkilmişdir, ətrafda insanlar baxmış, telefonla video qeydə almışlar. O, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamış, aralarında heç bir təklif olmamışdır. Avtomobilə ümumilikdə 250 manat ziyan dəymiş, işlənmiş mobil telefonu götürüb qaytarmamışdır. Ümumilikdə ona 400 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada özünə məxsus “Toyota Prius" markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, “Uber" və “Bolt” taksi xidmətlərindən proqram vasitəsi ilə sifariş götürərək icra edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 06:20 radələrində Nizami rayonu ərazisindəki Şərq küçəsindən 077-627- 27-21 saylı mobil nömrədən sifariş gəlmişdir. O həmin sifarişi qəbul edərək icra etmək üçün Nizami rayonu ərazisindəki Şərq küçəsində müştərinin olduğu ünvana getmişdir. Bir qədər gözlədikdən sonra qadın geyimində olan bir nəfər şəxs avtomobilinin arxa sağ oturacağında əyləşmiş və ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən “Bravo” marketin yanma getdiyini bildirmişdir. O da sifarişi icra etmək üçün hərəkətə başlamışdır. Təxminən saat 06:40 radələrində “Bravo” marketin qarşısına çatmamış “Scorpion” kafenin yanında müştəri avtomobili saxlatdırmışdır. O, avtomobili saxladıqdan sonra gediş haqqını ödəməsini bildirmiş, həmin müştəri pulunun olmadığını ona demişdir. Bu zaman həmin müştəri arxadan əynindəki qolsuz gödəkçəsini tutub dartaraq 2 dəfə yumruqla baş nahiyəsindən vurmuşdur. Daha sonra ona əl atıb avtomobilin sürət qutusunun yanında olan təxminən 1 manatlıq və 5 manatlıq pul əskinazlarından ibarət 15-18 manat pulunu götürüb avtomobildən düşmüşdür. O da avtomobildən düşərək həmin şəxsdən xahiş etmişdir ki, gediş haqqını verməsə də olar, onun pulunu geri qaytarsın. Həmin şəxs onu təhqir edərək avtomobilin ətrafına fırlanmağa başlamış və fırlandıqca avtomobilinin qabaq sağ və arxa sol qapını təpiklə vuraraq zədələmişdir. Belə olduqda o yenə həmin şəxsə yalvarmışdır ki, əlil adamam pulumu qaytar və avtomobilimi zədələmə. Həmin şəxs əyilib yerdən daş götürərək ona tərəf atmışdır. Bu zaman o özünü qorumaq üçün sağ əlini başına tərəf tutmuşdur, həmin daş onun sağ əlinin 3 barmağına dəyib zədələmişdir. O həmin şəxsi nə qədər çağırsa da həmin şəxs çağırışlarına fikir verməyək avtomobilindən götürdüyü puluda cibinə qoyaraq çıxıb getmişdir. O, bundan sonra Sabunçu RPİ-nin 13-cü PB-nə gedərək baş vermiş hadisə barədə ərizə yazmışdır. Avtomobilinə dəymiş maddi ziyanın qiyməti 500 manat təşkil edir. Onun təmir ilə əlaqədar 700 manat xərci çıxmışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, 15-18 manat pul götürmüşdür, şəxs arxada sağda oturmuş, gediş haqqı 2 manat neçəsə qəpik olmuşdur. O, həmin şəxsdən gediş haqqından artıq pul tələb etməmişdir. Avtomobildən düşməmiş pul ödəməsini tələb edən zaman başından iki yumruq zərbəsi vurmuş, çiynindən dartmışdır. Daha sonra maşının saxlanc yerindən pulları götürüb, maşından düşüb qışqırmağa başlamışdır. Nalayiq sözlər işlətmiş, avtomobili təpikləməyə başlamışdır. Maşında hələdə xəsarətlər qalıb. Ondan gediş haqqından artıq pul istəməmişdir. Yalnız bir nəfər görmüşdür, ondan kömək etməsini xahiş etmişdir, lakin həmin şəxs ona baxmayıb getmişdir. İstintaq dövründə üzləşdirmə olmamışdır. İstintaq dövründə avtomobilə dəymiş ziyan təqribi hesablanaraq 500 manat yazılmışdır, 700 manat xərci çıxmışdır. Hal-hazırda şikayətçidir, dəymiş ziyanı tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(i.v 1). Hadisə yerinə baxış keçirmə və götürmə haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində yerləşən “Bakıxanov” Ticarət Mərkəzinin yanıdır, baxış zamanı hadisə yerindən hər hansı maddi sübut aşkarlanaraq götürülməmişdir(i.v 5-9). CD diskin könüllü təqdim edilməsi və baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 01 ədəd CD diski könüllü şəkildə təqdim edərək həmin diskdə hadisənin videogörüntülərinin olduğunu bildirmişdir. Diskdə olan görüntülərə baxış zamanı Zərərçəkmiş şəxs1 hadisə vaxtı paltarının cırıq olması, cinsi azlıq nümayəndəsi olan Təqsirləndirilən şəxs ona məxsus Mercedes markalı, 10SZ663 dövlət nömrə nişanlı avtomobilin arxa oturacağında əyləşərək avtomobildən düşməməsi, Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə söyüb təhqir etməsi, avtomobilin saxlanc yerindən 20 manat pul götürməsi, avtomobildən mobil telefonun yerə atması və ətrafda çoxlu sayda insanların olması müəyyən edilmişdir(i.v 15-16). “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “20” manatlıq “A66269661” seriya nömrəli pul əskinazı olmaqla Azərbaycan Respublikasına məxsus pul vahididir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən götürməsini təsdiq etmişdir(i.v 24-25). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxs Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 791 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 təpə, sağ gözyuvasıaltı və çiyin nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v 25-26). Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 33-34). “maddi sübutun tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikasına məxsus pul vahidi olmaqla 01 ədəd “20” manatlıq “B19027888” seriya nömrəli pul əsginası maddi sübut kimi tanınmışdır(i.v 43). “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, cinayət təqibi ********* nömrəsi altında istintaq davam etdirilmişdir(i.v 45- 46). “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(i.v 49). “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsidir. Hadisə yerinin yaxınlığında sağ tərəfdə “Scorpion” kafe, bir qədər irəlidə sol tərəfdə “Bravo” market fəaliyyət göstərir(i.v 56-58). “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “1” manatlıq "B19027888” seriya nömrəli və bir ədəd “5” manatlıq “A56646338” seriya nömrəli əsginaslardan ibarət ümumilikdə 6 manat olmaqla Azərbaycan Respublikasına məxsus pul vahidləridir(i.v 75-76). Tutma haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v 91). Zərərçəkmiş şəxs kimi tanınma haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır(i.v 102). Üzləşdirmə haqqında 16 may 2023-cü il tarixli protokoldan görünür ki, İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs Asən oğlu ilə olan üzləşməsində də təsdiq etmişdir(i.v 110-112). Maddi sübutun tanınması haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “1” manatlıq “B19027888” seriya nömrəli və bir ədəd “5” manatlıq “A56646338” seriya nömrəli Azərbaycan Respublikasına məxsus pul əskinazları maddi sübut kimi tanınmışdır(i.v 113). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 115- 116). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır(i.v 143-145). “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v 146-147). Üzləşdirmə haqqında 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə olan üzləşməsində də təsdiq etmişdir(i.v 173-176). “cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 180.2.2 və 221.1-ci maddələrinə tövsif edilmişdir(i.v 177-178). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.2 və 221.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 180-182). “qətimkan tədbirinin seçilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v 199-200). 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v 218). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinsi müəyyənləşdirmənin pozuntusu hesab edilən transseksualizm müəyyən edilir. Qeyd edilən cinsi müəyyənləşdirmənin pozuntusu şəxsi öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (18 aprel 2023 və 15 may 2023-cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür(i.v 221-223). 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 180.2.2 və 221.1-ci maddələri ilə olan ********* №-li cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaq edilmişdir(i.v 224-225). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxs Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 1039 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sağ ənsə-təpə nahiyəsinin qançırı və sağ əl barmaqlarının sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v 228-229). “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir(i.v 232-233). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir(i.v 239-241). Qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmaqla nəzərə alınmışdır(i.v 260-262). Sübutların qiymətləndirilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən ona Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş xx.xx.2025-ci il tarixli ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “1” manatlıq “B19027888” seriya nömrəli və 01 ədəd “5” manatlıq “A56646338” seriya nömrəli pul əskinazları sabiq müstəntiq Ruhid Tağıyev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “20” manatlıq “A66269661” seriya nömrəli pul əskinazı sabiq müstəntiq Ruhid Tağıyev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178, 181, 186 və 322-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 128-ci maddəsi ilə əlavə ittiham elan edilməmiş, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş,təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə,hadisə yerinə baxış, maddi sübutlar, götürmə və baxış protokolları və işdə olan aigər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmuş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilərək rədd edilməsi nəzərə alınmışdır(i.v 265-278). xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Bəhram oğlu 5 manatlıq “A56646338” seriyalı pul əskinasını təhvil almışdır(i.v 287). xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 20 manatlıq “A66269661” seriyalı pul əskinasını təhvil almışdır(i.v 289). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Əsgərov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3,69.3-cü maddəsi ilə 01 il 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunub, CM-nin 180.2.2, 221.1-ci maddələri ilə Sabunçu RPİ cinayət işi olun və məhkəməyə göndərilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(008)-614/2024 saylı qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 01 il 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 11 gün dəyişdirilərək 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Yasamal RPİ-nin İŞ-də barəsində CM-nin 181.2.5-ci maddəsi ilə cinayət işi icraatdadır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə 01 il 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v 153-159). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(008)-614/2024 saylı qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 1 (005)-119/2023 saylı hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 11 gün dəyişdirilərək 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-113/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 1(008)-282/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-113/2025 saylı qərarı ilə həbsdə olmağı nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl CM-nin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin Qərarın 10-cu bəndinə əsasən xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Əlavə olaraq həmin qərarda hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı ifadəsində qeyd etdiklərinə qiymət verilməlidir. Belə ki, o məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 taksi sürücüsüdür, onun taksisinə minmiş, getdiyi ünvan yadında olmamış, gediş haqqı 3 manat olmuşdur, lakin avtomobildən düşəndə taksi sürücüsü 3 manatla razılaşmamış “benzin işlətdiyini” bildirib ondan 5 manat pul tələb etmişdir, o da pulu taksi sürücüsünün üzərinə atıb düşmüşdür. Avtomobildə taksi sürücüsünə vurmamışdır, düşdükdən sonra taksi sürücüsü ona çəlik atmış, xəsarət almamış, o da taksi sürücüsünə daş atmış, daş Zərərçəkmiş şəxs2 qoluna dəymişdir, lakin avtomobilə dəyməmişdir. Əsəbləşdiyinə görə avtomobilə təpiklə zərbələr yetirmişdir. Kənarda insanlar olmuş, lakin heç kim yaxınlaşmamış, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yolun üstündə baş vermişdir. Bu hadisədən sonra o çıxıb getmişdir. Hadisə 10 dəqiqə davam etmiş, saat təxmini 18:00 olmuşdur. Zərərçəkmiş şəxs2 pulunu götürməmiş, onun paltarlarını cırmamışdır. Zərərçəkmiş şəxs2 yumruq, təpik vurmamışdır. Sürücüdən 15 manat pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 tanımır, onunla bağlı heçnə xatırlamır. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 dair epizodu ilə bağlı qeyd edir ki, məhkəməyədək icraat dövründə əməli törətməsini etiraf etmiş, 1 manatlıq B19027888 seriya nömrəli və bir ədəd 5 manatlıq A56646338 seriya nömrəli əskinasları təqdim edərək onları Zərərçəkmiş şəxs2 Bəhram oğluna məxsus avtomobildən götürdüyünü qeyd etmişdir(i.v 76). Bundan əlavə iş materiallarında olan üzləşmə haqqında protokoldan da görünür ki, Zərərçəkmiş şəxs2 baş verənləri eyni ilə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir(i.v.110-112). Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxs Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 1039 nömrəli rəyi, hadisə yerinə baxış protokolu və biri-digərini tamamlayan sübutlarla Təqsirləndirilən şəxs törətdəyi əməlləri təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 dair epizodu ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs bununla bağlı heçnə xatırlamadığını bildirsə də, iş materiallarında özünün, zərərçəkmiş şəxsin ifadələri, üzləşmə protokolları, təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokol, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxs Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 791 nömrəli rəyi, video yazı, hadisə yerinə baxış keçirilməsi haqqında və iş üzrə digər birbiri ilə ziddiyyət təşkil etməyən sübutlarla Təqsirləndirilən şəxs törətdəyi əməlləri təsdiq edir. İş materiallarında olan diskdə olan görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Mercedes markalı, 10SZ663 dövlət nömrə nişanlı avtomobilin arxa oturacağında əyləşərək avtomobildən düşməyərək, dayanmadan uca səslə qışqırmaqla nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs1 söyüb təhqir etməsi, avtomobilin arxa qapısını çırpmaqla bağlaması, həmin vaxt axtomobilin saxlanc yerini qarışdırmaqla orda olan əşyaları götürməyə çalışması, bu zaman Zərərçəkmiş şəxs1 əşyalarıma toxunma deyərək avtomobilin ön qapısı açması, həmin anda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu yerə çırpması, Təqsirləndirilən şəxs yenidən dayanmadan nalayiq ifadələr işlətməsi, hadisələr baş verən zaman avtomobil yolun kənarında dayanmış vəziyyətdə olması, ətrafda başqa bir nəfər şəxsin baş verən hadisəni mobil telefonla videoya çəkməklə qeydə alması, həmin şəxs “Eltuna belə müştəriləri niyə maşınına mindirirsən” deyərək səslənməsi, hadisə zamanı avtomobilin ətrafının qadın işçi tərəfindən təmizlənməsi, yolda başqa şəxslərin hərəkət etməsi və çevrilib hadisəyə baxması, Zərərçəkmiş şəxs1 hadisə vaxtı köynəyinin arxadan çırılmış vəziyyətə olması müəyyən olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “Mercedes" markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun saxlanc yerindən götürdüyü 570 manat dəyərində 01 ədəd “Samsung A30” markalı mobil telefonu yerə çırpıb sındıraraq əmlakı məhv etmiş, avtomobilin sürətlər qutusunun yanında olan saxlanc yerindən götürərək silah qismində istifadə etdiyi avtomobilin kondisionerinin ehtiyyat hissəsi hesab edilən kondsatrla avtomobilin ön şüşəsini vurub sındırması və avtomobilin arxa sağ qapısını zədələməsi nəticəsində 200 manat dəyərində maddi ziyan vurmaqla əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bununla da təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməklə, öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmuş, özgənin əmlakının zədələməklə bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək, qalmaqal salmış, bu hərəkətlərin qarşısına almağa çalışan zərərçəkmiş şəxsdən qisas almaqla telefonunu yerə çırpmaqla, silah qismində istifadə etdiyi avtomobilin kondisionerinin ehtiyyat hissəsi hesab edilən kondsatrla avtomobilin ön şüşəsini vurub sındırmaqla və avtomobilin arxa sağ qapısını zədələməsi nəticəsində 200 manat dəyərində maddi ziyan vurmaqla əmlakının zədələnməsi(məhv edilməsi) ilə müşayiət edilən hərəkətlərə yol vermişdir. Məhkəmə bu səbəbdən də hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı heçnə xatırlamaması, gətirliyi dəlillər cinayət işi materailları ilə təkzib olunur və özünümüdafiə, cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini(CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(008)-614/2024 saylı qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 1 (005)-119/2023 saylı hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 11 gün dəyişdirilərək 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzaçəkmə müəssisinin növünə münasibətdə hesab edir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “a” hissəsinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmə cəzanın həddinə münasibətdə hesab edir ki, cəza təyin edilərkən cinayət əməllərinin ayrı-ayrı şəxslərə qarşı törədilməsi, zərərçəkmiş şəxslərin şikayət şikayət, tələblərinin olması və təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb etməsi, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar(59.1.13) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.2), şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(008)-113/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), 1 ədəd “CD” diskin iş materiallarında saxlanılmalı, maddi sübutlar pul əsginaslarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-113/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar 01 ədəd 1 manatlıq “B19027888” seriya nömrəli, 01 ədəd 5 manatlıq “A56646338” seriya nömrəli pul əsginaslarının Zərərçəkmiş şəxs2, 01 ədəd 20 manatlıq A66269661 seriya nömrəli pul əsginasının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı sərf edilmiş 42 iş saatına(22s*6m=132m, 20s*11m=220m) görə 352 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-282/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-282/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver