Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-283/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili İsmayılov İlqar Vəli oğlunun iştirakı ilə 03 sentyabr 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-da qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Muxtarov Adəm Əli Kərim oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1.5 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, heroinin 1.390 qram hissəsini yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-da, 0.110 qram hissəsini isə üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-un yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.065 qram və 0.045 qram, ümumi təmiz çəkisi 0.110 qram, həmçinin yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-na baxış keçirilən zaman isə zirzəmidə olan masanın üzərindən bir ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 1.390 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Ehtiyacı üçün narkotik və psixotrop maddələri Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən üzdən tanıdığı, yaşadığı yeri bilmədiyi İsmayıl adlı şəxsdən alır. Bir neçə gün əvvəl İsmayıl adlı şəxslə görüşmüş, ondan üç büküm narkotik vasitə olan heroin, dörd büküm psixotrop maddə hesab edilən metamfetamin almışdır. Narkotik vasitələri alaraq yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-a getmişdir. Aldığı üç büküm narkotik vasitə heroindən bir bükümünü, dörd büküm psixotrop maddə metamfetamindən üç bükümü yaşadığı evin zirzəmisində olan masanın üzərinə qoymuşdur. İki büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini isə üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-un yaxınlığında dayandığı zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə bölməyə gəlmişdir. Polis Bölməsində ona şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirərək etirazının olub-olmamasını soruşmuşdur. O, etiraz etməmiş və bundan sonra videoçəkiliş başlamışdır. Təhqiqatçı videoçəkiliş başladıqdan sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində daşınması, saxlanması qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu halda təqdim etməyi təklif etmişlər. Polis əməkdaşlarının təklifini qəbul etmiş və əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən iki bükümdə narkotik vasitə heroin, bir büküm psixotrop maddə olan metamfetamini, əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən isə 14 manat nəğd pulu, 1 ədəd «Davidof» markalı siqareti və bir ədəd alışqanı çıxardaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ondan üç bükümdə olan maddələrin nə olduqlarını, haradan əldə etdiyini soruşmuşlar. O, təqdim etdiyi bükülülərdən iki ədədinin heroin olduğunu, bir ədədinin isə metamfetamin olduğunu, öz istifadəsi üçün Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan İsmayıl adlı şəxsdən aldığını demişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə evinə baxış keçirmişlər və Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-un zirzəmisində olan masanın üzərində qoyduğu bir büküm narkotik vasitə heroini və üç büküm psixotrop maddə metamfetamini götürmüşlər. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əli oğlu ifadəsində göstərmişdir ki, 27 mart 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan A.Ə.Muxtarovun qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Bakı şəh., Sabunçu rayon Pİ-in 15-ci PB-in əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Məlumatla bağlı aparılmış ilkin araşdırma zamanı A.Ə.Muxtarovun Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-un yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında 11:30 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəh., Kürdəxanı qəsəbəsi, İ.Quliyev küç., ev 10-un yaxınlığına gəlmişlər. Ünvana çatdıqları zaman A.Ə.Muxtarovun dayandığını görərək ona yaxınlaşıb saxlamışlar və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman A.Ə.Muxtarov özünü təqdim etmişdir. Onlar A.Ə.Muxtarova qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmə və satmada şübhəli bilindiyinə görə saxlanıldığını bildirib, onu Bakı şəh., Sabunçu rayon Pİ-in 15-ci PB-nə dəvət etmişlər. A.Ə.Muxtarov onlara etiraz etməyərək bölməyə gəlmişdir. Bölmədə A.Ə.Muxtarov barəsində baş təhqiqatçı, polis mayoru A.Kərimov tərəfindən tutma qərarı qəbul edilmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edilməklə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra A.Ə.Muxtarova videoçəkilişlə onun üzərində axtarış aparılacağını izah edərək, ondan videoçəkilişlə üzərində axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuşdur. A.Ə.Muxtarov heç bir etirazının olmadığını bildirdikdən sonra axtarış və götürmə aparılmasından əvvəl onunla qəbul edilmiş qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra A.Ə.Muxtarov əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən üç büküm siqaretin gümüşü rəngli kağızında olan bükülünü, əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 14 manat nəğd pulu, bir qutu «Davidoff» markalı siqareti, bir qutu kibriti təqdim etmişdir. A.Ə.Muxtarovun təqdim etdiyi üç büküm siqaretin gümüşü rəngli kağızında olan bükülüyə baxış keçirilmişdir. Baxış zamanı bükülülərin iki ədədinin içərisində qəhvəyi rəngli, toz şəkilli maddə, bir ədədində isə ağ rəngli, kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. A.Ə.Muxtarovdan aşkar edilmiş maddələrin nə olması, haradan, neçəyə və nə məqsədlə əldə etməsi soruşulmuşdur. O, aşkar edilmiş maddələrdən qəhvəyi rəngli olanların narkotik vasitə olan «kokos», ağ rəngli olanın isə «şüşə» olduğunu, onları Kürdəxanı qəsəbəsindən üzdən tanıdığı, yaşadığı ünvanı dəqiq bilmədiyi Süleyman adlı şəxsdən öz istifadəsi üçün bükümün bir ədədini 05 manata aldığını bildirmişdir. Əlavə olaraq suallara cavab olaraq A.Ə.Muxtarov üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən başqa onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra onlar A.Ə.Muxtarovun yaşadığı evə getmişlər. Ona yaşadığı evdə saxladığı narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra A.Ə.Muxtarov yaşadığı evin zirzəmisinə gəlmiş və zirzəmidə olan masanın üzərindən bir ədəd şəffaf sellofanda, üç ədəd isə bənövşəyi rəngli siqaret kağızında olan bükülüləri təqdim etmişdir. Bir ədəd şəffaf sellofandakı, üç ədəd bənövşəyi rəngli siqaret kağızındakı bükülülərə baxış keçirilən zaman şəffaf sellofanda qəhvəyi rəngli toz şəkilli maddə, bənövşəyi rəngli siqaret kağızında isə ağ rənglin kristal şəkilli maddələr aşkar edilmişdir. A.Ə.Muxtarovdan aşkar edilmiş maddələrin nə olması, haradan, neçəyə və nə məqsədlə əldə etməsi soruşulduğu zaman o, aşkar edilmiş maddələrdən qəhvəyi rəngli olanın narkotik vasitə olan «kokos», ağ rəngli olanların isə «şüşə» olduğunu, onları Kürdəxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yurif oğlu oğlu Şıxəliyev Asif Əli oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/314 saylı, xx xxxx 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata iki ədəd zərfdə təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs...yaşadığı evdən götürülmüş... » və s. qeydlər olan zərfdəki üç ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.035 qr., 0.045qr., 0.030 qram, ümumi təmiz çəkisi 0.110 qram olan ağ rəngli kristal hissəciklərindən ibarət maddələr tərkibinə görə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən eyni tərkibli psixotrop maddə-metamfetamindir. Həmin zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.390 qram olan qəhvəyi rəngli maddə isə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində «vət. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş... » və s. qeydlər olan zərfdəki iki ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.065 qr. və 0.045 qram, ümumi təmiz çəkisi 0.110 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Həmin zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.030 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən eyni tərkibli psixotrop maddəmetamfetamindir. A.Ə.Muxtarovun mənzilindən götürülməsi qeyd edilən zərfdəki metamfetaminlərlə heroin, üzərindən götürülməsi qeyd edilən zərfdəki metamfetmin və heroinlərlə tərkiblərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 1.5 qram, sərf edildi 0.1 qram, qalıq 1.4 qramdır. Metamfetaminin təmiz çəkisi 0.140 qram, sərf edildi 0.060 qram, qalıq 0.080 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X12 X4 Tibbi Yoxlamanın 1061 saylı, 24 aprel 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kərim oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetaminlərdən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədəngörünür ki,Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.2, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinib, 04 il, 06 ay müddətinə azadlıqdan məhorum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi A.Ə.Muxtarovun məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Kərim oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də CinayətProsessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Muxtarov X11 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Muxtarov Adəm Əli Kərim oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, ocümlədəncəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxsKərim oğlunun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının qanunsuz dövriyyəsinə daircinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmişcinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,12). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 54). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)175/2020 saylı, 28 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,69). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı- «ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «27» mart 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.4 qram heroin, 0.080 qram metamfetamin məhv edilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 108.46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Muxtarov X13 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «27» mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-1.4 qram heroin, 0.080 qram metamfetamin məhv edilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 108.46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Muxtarov Adəm Əli Kərim oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-283/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-283/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver