Məhkəmə qərarları › İş №1(008)-283/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-283/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-283/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Sabunçu bazarı» adlanan ticarət mərkəzində Məmməd-zadə Gülnarə Tücər qızının əynində olan gödəkcəsinin cibindən birlikdə 500 manat dəyərində olan 01 ədəd «İphone 7» markalı mobil telefon aparatını üzərindəki 10 manat dəyərində mobil operator nömrə kartı ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 510 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski 6 ünvanda yerləşən bazarda X3 əynindəki gödəkcəsinin cibindən 200 manat dəyərində olan 1 ədəd «Samsung» markalı «A10S» modelli telefon aparatını üzərindəki 5 manat dəyərində mobil operator nömrə kartı ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 205 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 fevral 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində 3 saylı Bakı şəhəri Klinik xəstəxanasının yanında 204 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda vətəndaş Zərərçəkmiş şəxs8 Gülyar qızının əynindəki gödəkcəsinin cibindən 295 manat dəyərində olan 1 ədəd «Redmi 9» markalı mobil telefon aparatını üzərindəki hər biri 5 manat dəyərində olan 2 ədəd mobil operator nömrə kartı ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 305 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 mart 2022-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində 160 nömrəli marşrut xətti ilə hərəkət dən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs6 əynindəki gödəkcəsinin cibindən 1850 manat dəyərində olan 1 ədəd «İphone 12» markalı modelli telefonu üzərindəki 3 manat dəyərində 1 ədəd mobil operator nömrə kartı, 15 manat dəyərində kobura və 10 manat dəyərində qoruyucu üzlüklə birlikdə çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1878 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Savalan yaşayış massivində yerləşən mal bazarında Zərərçəkmiş şəxs1 əynindəki gödəkcəsinin cibindən içində 500 manat nağd pulu içinə yerləşdirdiyi 10 manat dəyərində pul qabı ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 545 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” marketin yaxınlığında 214 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda vətəndaş Zərərçəkmiş şəxs7 üst geyiminin cibindən üzərindəki 1 ədəd 1110 manat dəyərində olan 1 ədəd «Samsunq» markalı «A52» modelli telefon aparatını üzərində 1 ədəd 10 manat dəyərində mobil operator nömrə kartı ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1120 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Buzovna yolunun kənarındakı «Araz» market mağazanın yanında Zərərçəkmiş şəxs2 Aqil oğlunun idarə etdiyi “VAZ 2106” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının üzərində olan 640 manat dəyərində 1 ədəd «Samsunq» markalı «Qalaxy A23» modelli telefon aparatını 10 manat dəyərində 1 mobil operator nömrə kartı ilə birlikdə götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 650 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 may 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Stimul” tibb mərkəzinin yaxınlığında 105 nömrəli marşrut xəttində işləyən avtobusda Zərərçəkmiş şəxs4 əl çantasından ona məxsus içərisində 200 manat pul olan 10 manat dəyərində pul qabısını çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 210 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində 252 nömrəli orta məktəbin yaxınlığında 55 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda Zərərçəkmiş şəxs3 çantasından ona məxsus və içərisində 235 manat nağd pul, balansında 257 manat pul vəsaiti olan 10 manat dəyərində 1 ədəd «Kapitalbank»ın **********287569 nömrəli plastik kartı, 1 ədəd 2 manat dəyərində «Bakınəqliyyat» kartı, 10 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 257 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən 252 nömrəli orta məktəbin yaxınlığında 55 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda Zərərçəkmiş şəxs3 çantasından çıxartmaqla gizli olaraq taladığı pul qabından 235 manat nağd pul, 1 ədəd 2 manat dəyərində «Bakınəqliyyat» kartı ilə birlikdə olan, balansında 257 manat pul vəsaiti olmuş 10 manat dəyərində 1 ədəd «Kapitalbank»ın 4169 7413 0128 7569 nömrəli plastik kartı vasitəsi ilə Bakıxanov qəsəbəsi 17 ünvanında yerləşən maketdə saat 18:56-da 19 manat, saat 18:57-də 19 manat, saat 18:58-də 21,74 manat, saat 19:02-də 58,24 manat, saat 19:06-da 56,38 manat, saat 19:08-də 34.31 manat, saat 19:09-da 20.00 manat məbləğlərdə təmassız ödənişlər edib ərzaq, siqaret və içkilər alaraq, cəmi 228,67 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə elektron məlumat daşıycılarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 23 dekabr 2021-ci il tarixli amnistiya qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) ay azadılmışdır. Həbsdən çıxdıqdan sonra işsiz olduğu maddi çətinlikləri yaranmışdır. O, 10 iyun 2022-ci il tarixdə, saat 18 radələrində avtobusda olan sərnişin sıxlığından istifadə edərək oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 55 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmiş, avtobus bir qədər hərəkət etdikdən sonra onun qarşısında dayanmış, sonradan ad və soyadını bildiyi X1 qoluna keçirdiyi çantasının açıq olduğunu görərək əlini gizlincə çantaya salaraq çantadakı pul qabını götürmüşdür. O, daha sonra növbəti dayanacaqda avtobusdan enmiş, bir qədər irəlilədikdən sonra pul qabını açmış, pul qabının içərisində 235 manat nağd pulun, “Kapitalbank”a məxsus plastik kartın, metro kartının və qapı açarının olduğunu görmüşdür. “Kapitalbank”a məxsus plastik kartı və 235 nağd pulu götürdükdən sonra pul qabını içərisində olan digər əşyalarla birlikdə yol kənarına atmışdır. Daha sonra X2 məxsus bank kartı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazalardan alış-veriş etmiş, 235 manat nağd pulu şəxsi ehtiyaclarına sərf etmişdir. İttiham aktında, müxtəlif vaxtlarda tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə oğurluq etdiyi qeyd olunsa da, həmin oğurluq hadisələri onun tərəfindən törədilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 30 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində bazarlıq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzinə gəlmiş, həmin vaxt, özünə məxsus “İphone7” markalı mobil telefon əynində olan gödəkcənin cibində olmuşdur. Bir müddət sonra telefon vasitəsi ilə ailə üzvlərinə zəng etmək məqsədi ilə əlini gödəkcənin cibinə salmış, lakin, özünə məxsus mobil telefonun cibində olmadığını görmüşdür. O, mobil telefonunun oğurlandığını düşündüyü üçün ətrafda olan şəxslərin mobil telefonu ilə həyat yoldaşı Ədalət Abdullayevə zəng edərək məlumat vermiş, daha sonra, Ədalət Abdullayev bununla bağlı, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış mobil telefonun üzərindəki 50 ***-**-** GSM nömrəsinin qiyməti təxminən 10 manat, telefonun qiyməti isə 500 manat olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 510 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayında “İphone 12” markalı, **********84596 və **********99537 İMEİ kodlu mobil telefonu 1850 manata almış, üzərində ***-***-**-** GSM nömrəsindən istifadə etmişdir. 28 mart 2022-ci il tarixdə, saat 07:35 radələrində yaşadığı evin yaxıqlığındakı dayanacaqda Koroğlu metrostansiyasına gedən 160 saylı marşrut avtobusuna minib sürücü tərəfdə ayaq üstə dayanmış, mobil telefonunu əynindəki krem rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin zaman avtobusda çox sıxlıq olmuşdur. Təxminən 10 dəqiqə keçdikdən sonra avtobusda olan zaman əlini cibinə salanda telefonunun cibində olmadığını, oğurlandığını aşkar etmişdir. Bundan sonra o, rəfiqəsinin nömrəsilə telefonuna zəng vurmuş, zəng çatsa da, telefonu açan olmamışdır. Daha sonra isə zəng vurulanda telefona zəng çatmamışdır. Telefonunun arxa hissəsində 15 manat dəyərində şəffaf rəngli üzlük, üzərində 10 manat dəyərində şüşə qoruyucu olmuşdur, odur ki, telefonunun oğurlanması nəticəsində ona ümumilikdə 1878 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 17 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində həyat yoldaşı Xəlfəli Rəcəbovla birlikdə quzu almaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindəki mal bazarına getmiş, həmin vaxt, özünə məxsus pul qabında 700 manat pul olmuş, pul qabını əynində olan gödəkcənin yan cibinə qoymuşdur. Onlar quzu aldıqdan sonra satıcıya 200 manat ödəniş etmiş, daha sonra, pul qabını yenidən gödəkcəsinin yan cibinə qoymuşdur. Bir müddət sonra onun arxasınca gələn 35-40 yaşlarında arıq bədənli oğlan müvazinətini itirərək yıxılmaması üçün onun çiynindən tutmuş, o, özünü saxlaya bilməyərək dizlərinin üstünə çökmüşdür. Daha sonra həmin şəxs onu yerdən qaldıraraq ondan üzr istəmiş, oradan uzaqlaşmışdır. Bir neçə saniyə sonra əlini gödəkcəsinin cibinə salmış, lakin, özünə məxsus pul qabının cibində olmadığını müəyyən etmişdir. O, yıxılarkən pul qabının cibindən düşdüyünü fikirləşdiyi üçün həmin yeri axtarmış, amma, özünə məxsus pul qabını tapa bilməmişdir. Onu yerdən qaldıran oğlanın ona məxsus pul qabını oğurladığını anladığı üçün polisə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 545 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 23 may 2022-ci il tarixdə günorta vaxtı şəxsi işi ilə əlaqədar Sabunçu rayonu Bakıxanov qəsəbəsinə gəlmiş, təxminən saat 18 radələrinədək lazım olan əşyaları alıb digər işlərini görüb qurtarmış və evinə qayıtmaq üçün Bakıxanov qəsəbəsində yerləşən «Aygün Mall» ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağına gələrək Balaxanı qəsəbəsinə gedən 105 saylı marşrut avtobusa minmişdir. Avtobusda oturacaqlar tutulduğuna görə orta hissədə ayaq üstə dayanmışdır. Salonda sərnişin sıxlığı olmuşdur. Təxminən 15-20 dəqiqə ərzində avtobus Bakıxanov qəsəbəsində yerləşən «Stimul» hospitalın qarşısındakı dayanacağa çatmışdır. Orada mən əl çantasına baxarkən görmüşdür ki, çantaya qoyduğu pulqabısı çantada yoxdur. Halbu ki, evdən çıxarkən bəzi şeylər alacağına görə pulunu həmin pul qabına qoymuş və bazarlıq edəndə onun içindəki pul çıxarıb ödəniş etmişdir. Ən sonda pul qabında iki yüz manat pulu qalmışdı. Bundan başqa avtobusa minəndə də bir daha çantasına baxıb pul qabının içində olduğunu yoxlamışdır. Həmin pul qabının içində əri X6, oğlu X5 şəxsiyyət vəsiqələri, qayınatası X7 adına olan BMW markalı 50DX866 dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu da olmuşdur. O, həmin sənədləri özü ilə götürüb, hamısının Bakıxanov qəsəbəsində kserosurətlərini çıxarıb yenidən pulqabısına qoymuşdur. Nəticədə ona pulqabının özünün 10 manat dəyəri ilə birlikdə 210 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 10 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsindəki yaşayış binasında yerləşən dayəlik etdiyi evdən çıxıb həmin binanın qaşısındakı dayanacağa gəlmiş, oradan 55 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayıldov küçəsində yerləşən evinə gələrkən avtobusda oturacaqlar tutulduğuna görə orta hissədə ayaq üstə dayanmış, salonda sərnişin sıxlığı olmuşdur. Təxminən 30 dəqiqə sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 saylı orta məktəbin yaxınlığındakı dayanacaqda avtobusdan enərək bir qədər irəlilədikdən sonra əl çantasına baxarkən çantasına qoyduğu mənzilinin açarının, «Rahat» marketdə verilmiş bonus kartının, özünə məxsus metro kartının, 235 manat nağd pulun və balansında 257 manat pul olan «Kapital» banka aid 4169 7413 0128 7569 nömrəli plastik kartı olan pul qabının çantadan oğurlandığını müəyyən etmişdir. Daha sonra 10 iyun 2022-ci il tarixdə ona məxsus bank kartından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 17 ünvanında yerləşən qida və içki mağazasında 18:56-da 19 manat, 18:57-də 19 manat, 18:58-də 21,74 manat, 19:02-də 58,24 manat 19:06-da 56,38 manat, 19:08-də 34.31 manat, 19:09-da 20.00 manat ödənişlər olunduğunu öyrənmişdir. Növbəti gün, Kapital banka gedərək özünə məxsus bank kartını bloklatmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 485 manat 67 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 06 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən «Sabunçu bazarı» adlanan ticarət mərkəzinə gedərək aldığı tərəvəz və ərzaqları torbalara yığaraq bazarı gəzmiş, həmin vaxt, özünə məxsus «Samsung» markalı, «A10S» modelli mobil telefon gödəkcəsinin cibində olmuşdur. Bazardan çıxdıqdan sonra zəng etmək məqsədi ilə əlini gödəkcənin cibinə salmış, lakin, mobil telefonunun gödəkcəsinin cibində olmadığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 205 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Gülyar qızı ifadəsində göstərmişdir ki, o, 09 fevral 2022-ci il tarixdə, saat 13:10 radələrində yaşadığı evin yaxınlığındakı dayanacaqda 204 nömrəli marşrut avtobusa minib Koroğlu metrostansiyası istiqamətinə gedərkən avtobusun oturacaqları tutulduğuna görə orta hissədə ayaq üstə dayanmış, salonda sərnişin sıxlığı olmuşdur. Avtobus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 67 saylı orta məktəbin yanındakı dayanacağa çatarkən bir qədər əvvəl gödəkcəsinin cibinə qoyduğu «Redmi 9» markalı **********57161 və **********57179 İmei kodlu mavi rəngli mobil telefonunun cibində olmadığını aşkar etmişdir. Dərhal, yanındakı digər sərnişinlərin telefonları ilə özünün telefonunun üzərində olan ***- ***-**-** və ***-***-**-** GSM nömrələrimə zəng etmiş, lakin, telefon söndürüldüyü üçün nömrələrə zəng çatmamışdır. Bundan sonra avtobusda olarkən özünə məxsus mobil telefonun oğurlandığını anlamış, bununla bağlı, polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 305 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 24 aprel 2022-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən dayanacaqlardan birində 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minərək oturacaqlardan birində əyləşmiş, təxminən saat 18:00 radələrində avtobus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Pətək» marketin yanındakı dayanacağa yaxınlaşarkən oturacaqdan qalxıb sürücüyə yaxınlaşmış, həmin vaxt, əlində saxladığı «Samsung» markalı, A52 modelli iki nömrəli mobil telefonunu əynindəki üst geyiminin sağ cibinə qoymuş, daha sonra cibindən pul çıxarmış, gediş haqqını ödəyərək avtobusdan enmişdir. Bir neçə addım irəlilədikdən sonra mobil telefonunu götürmək məqsədi ilə əlini cibinə salmış, lakin, mobil telefonunun cibində olmadığını müəyyən etmişdir. O, mobil telefonunu avtobusda düşürdüyünü düşündüyü üçün sürücüyə səslənərək avtobusu saxlatmış, sürücü ilə birlikdə avtobusun salonunu axtarmalarına baxmayaraq telefonunu tapa bilməmişdir. O, dayanacaqda onunla birlikdə avtobusdan enərək sürətlə oradan uzaqlaşan oğlandan şübhələndiyi üçün bu barədə polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1120 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Aqil oğlu ifadəsində göstərmişdir ki, o, 28 aprel 2022-ci il tarixdə, günorta saatlarında idarə etdiyi “VAZ 2106” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evinə gedərkən özünə məxsus olan «Samsunq» markalı «QalaxyA23» modeli mobil telefonu avtomobilin qabaq sağ oturacağın üzərinə qoymuş, avtomobil ilə hərəkətdə olarkən yol kənarında dayanmış, əvvəllər tanımadığı şəxs avtomobilini saxlaması üçün ona əli ilə işarə etmiş, avtomobili saxladıqdan sonra həmin şəxs onu Sabunçu rayonu, Maştağa qəsəbəsinə aparmasını xahiş etmişdir. O, həmin şəxs avtomobilin qabaq sağ oturacağına əyləşdikdən sonra yoluna davam etmiş, Buzovna yolundakı «Araz» marketin qarşısında avtomobildə sərnişin qismində əyləşmiş şəxs gedəcəyi yerə çatdığını bildirərək avtomobildən enmişdir. O, evə çataraq avtomobildən endiyi zaman özünə məxsus mobil telefonun avtomobildə olmadığını görmüşdür. Avtomobilinə sərnişin qismində əyləşmiş şəxsin mobil telefonunu oğurladığını düşündüyü üçün hadisə barədə polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 650 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqəsində 01 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 211-213-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-570/2022 nömrəli, 02 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 iyul 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 68-70-ci vərəqəsində olan 30 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 3-cü cildinin 89-91-ci vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-558/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətiylə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-112/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) ay azadılmışdır. Cinayət işinin 3-cü cildinin 82-85-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 04 (dörd) ay 22 (iyirmi iki) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun elektron məlumat daşıyıcılarından istifadə etməklə, zərərçəkmiş şəxsin cibindən və çantasından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzasını yüngülləşdirən halların olmamasını nəzərə alır, cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 01 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 01 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar