Məhkəmə qərarları › İş №1(008)-283/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-283/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-283/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Nihal Yusif oğlu Nurinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında olan cinayətkar razılığa uyğun olaraq özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi, H.Cavid küçəsində yerləşən nömrəsiz fərdi evin həyətinə darvazanın açıq olmasından istifadə edərək qanunsuz daxil olduqdan sonra həmin həyətdə saxlanılan 100 manat dəyərində diametri 100 mm, uzunluğu 4 metr olan beş ədəd dəmir borunu, 70 manat dəyərində bir ədəd odun peçini, 160 manat dəyərində qırx metr uzunluqda 40x40 metr ölçüdə dəmir profili, 50 manat dəyərində bir ədəd dəmir barmaqlığı, 20 manat dəyərində bir ədəd dəmir çarpayını, 150 manat dəyərində bir ədəd dəmir darvazanı və 100 manat dəyərində bir ədəd dəmir seyfi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında olan cinayətkar razılığa uyğun olaraq özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi, H.Cavid küçəsində yerləşən nömrəsiz fərdi evin həyətinə darvazanın açıq olmasından istifadə edərək qanunsuz daxil olduqdan sonra həmin həyətdə saxlanılan 100 manat dəyərində diametri 100 mm, uzunluğu 4 metr olan beş ədəd dəmir borunu, 70 manat dəyərində bir ədəd odun peçini, 160 manat dəyərində qırx metr uzunluqda 40x40 metr ölçüdə dəmir profili, 50 manat dəyərində bir ədəd dəmir barmaqlığı, 20 manat dəyərində bir ədəd dəmir çarpayını, 150 manat dəyərində bir ədəd dəmir darvazanı və 100 manat dəyərində bir ədəd dəmir seyfi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxslər AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Şuşa şəhərciyində müxtəlif ünvanlarda fəhləlik edərək gündəlik ehtiyaclarını ödəmişdir. Onunla birlikdə iş yoldaşı Təqsirləndirilən şəxs2 da həmin ünvanlarda işləyib fəhləlik etmişdir. O, Sabunçu rayonu Şuşa şəhərciyi H.Cavid küçəsində yerləşən fərdi evdə işləyən zaman qonşuluqda yarımçıq tikilinin olduğunu və həmin tikilinin həyətində dəmir əşyalarının olduğunun şahidi olmuşdur. 17 noyabr 2023-cü il tarixdə saat 21 radələrində o, Salehlə birlikdə darvazanın qapısının açıq olmasından istifadə edərək həyətə daxil olmuşdur. O, Salehlə birlikdə diametri 100 mm, uzunluğu dörd metr olan beş ədəd dəmir borunu, bir ədəd dəmir odun peçini, qırxm metr uzunluqda 40x40 ölçüdə dəmir profili, bir ədəd dəmir barmaqlığı, bir ədəd dəmir çarpayını, bir ədəd dəmir darvazanı və bir ədəd dəmir seyfi götürmüşlər. O, Salehlə birlikdə götürdükləri dəmir əşyalarını yolla keçən dövlət qeydiyyat nişanını bilmədiyi “Qazel” markalı avtomobilə yükləyib aparmışlar. “Qazel” markalı avtomobilin sürücüsü dəmir əşyaları barədə soruşduqda o və Saleh dəmirləri ev sahibinin lazımsız əşya kimi onlara verdiklərini bildirmişlər. “Qazel” markalı avtomobilin sürücüsü tikinti işləri gördüləri üçün dəmir əşyalarını onlardan istəmişdir. O və Saleh həmin dəmir əşyalarını dəmir seyf və dəmir borulardan başqa həmin şəxsə 300 manata satmışlar. Həmin şəxs seyf və dəmir boruları almaqdan imtina etmişlər. O və Saleh əldə etdikləri pulu bölmüş, Saleh ona 100 manat pul vermişdir. O, Salehlə birlikdə dəmir seyfi Şuşa şəhərciyinə aparmış və boş sahədə gizlətmişlər. Onlar seyfi baha qiymətə satmaq üçün ağ rəngli boya alaraq boyamışlar. Həmin vaxt ərazidə fəhlə işləyən Şirxan adlı şəxs onlara qonşuluqda yaşayan Ruhin adlı şəxsin həyətindən oğurluq olduğunu və polisə müraciət edəcəyini demişdir. Bu səbəbdən o, Salehlə birlikdə dəmir seyfi və dəmir boruları yolla keçən tanımadığı şəxsin idarə etdiyi “VAZ-2104” markalı avtomobillə aparıb Ruhinə qaytarmışlar. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Şuşa şəhərciyində müxtəlif ünvanlarda fəhləlik edərək gündəlik ehtiyaclarını ödəmişdir. Onunla birlikdə iş yoldaşı Təqsirləndirilən şəxs1 da həmin ünvanlarda işləyib fəhləlik etmişdir. O, Sabunçu rayonu Şuşa şəhərciyi H.Cavid küçəsində yerləşən fərdi evdə işləyən zaman qonşuluqda yarımçıq tikilinin olduğunu və həmin tikilinin həyətində dəmir əşyalarının olduğunu görmüşdür. 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Mahir onu köməyə çağıraraq müxtəli növ dəmir əşyaları yolla keçən dövlət qeydiyyat nişanını bilmədiyi “Qazel” markalı avtomobilə yükləməyə kömək etməsini xahiş etmişdir. “Qazel” markalı avtomobilin sürücüsü tikinti işləri gördükləri üçün dəmir əşyalarını istəmiş, Mahir həmin dəmir əşyaları, dəmir seyf və dəmir borulardan başqa həmin şəxsə 300 manata satmış, həmin puldan ona da kömık etməsi müqabilində az məbləğdə vəsait vermişdir. O, həmin vaxt həmin əşyaların oğurluq olmasını bilməmişdir. Özünü ona elan edilmiş ittihamda təqsirli bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi Hüseyn Cavid küçəsində yerləşən həyət evi var. Ev tam hazır vəziyyətdə olmadığı üçün yaşayış olmamışdır. O, bəzi vaxt həmin evə gedərək nəzarət etmişdir. 19 noyabr 2023-cü il tarixdə günorta saatlarında o, həmişə olduğu kimi yenə də həmin evinə getmişdir. Həmin vaxt o, həyətdə olan 100 manat dəyərində diametri 100 mm, uzunluğu 4 metr olan beş ədəd dəmir borunun, 70 manat dəyərində bir ədəd odun peçinin, 160 manat dəyərində qırx metr uzunluqda 40x40 metr ölçüdə dəmir profilin, 50 manat dəyərində bir ədəd dəmir barmaqlığın, 20 manat dəyərində bir ədəd dəmir çarpayının, 150 manat dəyərində bir ədəd dəmir darvazanın və 100 manat dəyərində bir ədəd dəmir seyfin yerində olmadığını görmüşdür. O, həyətinə naməlum şəxslərin daxil olub həmin əşyaları oğurladığını bilmişdir. O, bu barədə qonşuluqda yaşayan şəxslərə məlumat vermişdir. Qonşular həyətindən dəmir əşyalarını kimin oğurladıqlarını görmədikərini demişlər. Bu səbəbdən o, telefonla 102-yə zəng edərək məlumat vermişdir. Hadisə yerinə Bakı şəhərinə Binəqədi rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları gəlmişlər. O, əşyalarının oğurlanması ilə bağlı ərizə yazmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Həmin vaxt evindən dəmir əşyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı müəyyən edilmişdir. Mahir və Saleh oğurladıqları əşyalardan bir ədəd dəmir seyfi və beş ədəd borunu qaytarsalarda da, digər əşyaları qaytarmamışlar. Hadisədən sonra maddi ehtiyacı olduğu üçün o, bir ədəd dəmir seyfi və beş ədəd borunu satmışdır. Ona məxsus oğurlanmış əmlakının ümumilikdə dəyəri 650 manat olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Hüseyn Cavid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evidir. Ev yarımtikili vəziyyətdədir (i.v.6-9). “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v.125-129). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs1 etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək oğurluq cinayətində iştirakının olmadığını, Mahirin oğurluq başa çatdıqdan sonra ona əşyaları maşına yükləməyə kömək etməsini xahiş etdiyini, həmin vaxt əşyaların oğurluq olmasından məlumatsız olduğunu bildirsə də, məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hadisə ilə təfərrüatlı və digər təqsirləndirilən şəxsin ifadələləri ilə uzlaşan ifadələr verməsini də nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu Şuşa şəhərciyi H.Cavid küçəsində yerləşən fərdi evdə işləyən zaman qonşuluqda yarımçıq tikilinin olduğunu və həmin tikilinin həyətində dəmir əşyalarının olduğunun şahidi olmuşdur. 17 noyabr 2023-cü il tarixdə saat 21 radələrində o, Mahirlə birlikdə darvazanın qapısının açıq olmasından istifadə edərək həyətə daxil olmuşdur. O, Mahirlə birlikdə diametri 100 mm, uzunluğu dörd metr olan beş ədəd dəmir borunu, bir ədəd dəmir odun peçini, qırxm metr uzunluqda 40x40 ölçüdə dəmir profili, bir ədəd dəmir barmaqlığı, bir ədəd dəmir çarpayını, bir ədəd dəmir darvazanı və bir ədəd dəmir seyfi götürmüşlər. O, Mahirlə birlikdə götürdükləri dəmir əşyalarını yolla keçən dövlət qeydiyyat nişanını bilmədiyi “Qazel” markalı avtomobilə yükləyib aparmışlar. “Qazel” markalı avtomobilin sürücüsü dəmir əşyaları barədə soruşduqda o və Mahir dəmirləri ev sahibinin lazımsız əşya kimi onlara verdiklərini bildirmişlər. “Qazel” markalı avtomobilin sürücüsü tikinti işləri gördüləri üçün dəmir əşyalarını onlardan istəmişdir. O və Mahir həmin dəmir əşyalarını dəmir seyf və dəmir borulardan başqa həmin şəxsə 300 manata satmışlar. Həmin şəxs seyf və dəmir boruları almaqdan imtina etmişlər. O və Mahir əldə etdikləri pulu bölmüş, Mahir ona 100 manat pul vermişdir. O, Mahirlə birlikdə dəmir seyfi Şuşa şəhərciyinə aparmış və boş sahədə gizlətmişlər. Onlar seyfi baha qiymətə satmaq üçün ağ rəngli boya alaraq boyamışlar. Həmin vaxt ərazidə fəhlə işləyən Şirxan adlı şəxs onlara qonşuluqda yaşayan Ruhin adlı şəxsin həyətindən oğurluq olduğunu və polisə müraciət edəcəyini demişdir. Bu səbəbdən o, Mahirlə birlikdə dəmir seyfi və dəmir boruları yolla keçən tanımadığı şəxsin idarə etdiyi “VAZ-2104” markalı avtomobillə aparıb Ruhinə qaytarmışlar. Digər Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək cinayəti Təqsirləndirilən şəxs2lə birlikdə törətdiyini göstərmişdir. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs həyətindən oğurlanmış əşyaların ağır olduğunu və tək nəfər tərəfindən aparılmasının mümkün olmamasını göstərmişdir ki, belə olan halda oğurlanmış əşyaların zərərçəkmiş şəxsin həyətindən Təqsirləndirilən şəxs1 tərəfindən təkbaşına darvazadan çölə daşınması və yalnız bundan sonra yaxınlıqda fəhlə işləyən Salehi həmin əşyaları yük avtomobilinə yükləmək üçün köməyə çağırması inandırıcı və real deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs2 həqiqətən də cinayətdə iştirakı olmamış olsa idi, o, Təqsirləndirilən şəxs1 müvafiq əmlakları avtomobilə yükləməyə kömək etdikdən sonra işinin başına geri dönərdi. Lakin məhkəmə iclasında hər iki təqsirləndirilən şəxs birlikdə yük avtomobilinə əyləşərək əmlakları satmağa getdiklərini, hətta satışdan əldə edilmiş məbləğdən Mahirin Salehə də pul verdiyini bildirmişlər ki, göstərilən bu xüsusatlar Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin həqiqi hallarına uyğun olmayan ifadə verməsinə dəlalət edən hallardır. Belə ki, cinayətdə iştirakı olmayan şəxsin hər hansı şəxsin öz əmlakını satmağa apararkən onunla birlikdə getməsi, satışdan əldə edilmiş vəsaitdən ona təqdim edilən pulu qəbul etməsi heç bir məntiqə sığmır. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 cinayətin törətmədiyini bildirməsinə münasibətdə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 özü cinayət işi başlandıqdan sonra onun yanına gələrək əməlindən peşman olduğunu bildirərək onu bağışlamasını xahiş etmişdir. Göstərilən bu hallar Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət məsuliyyətindən yayınmaq üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişməsinin göstəricisidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 noyabr 2023-cü il tarixdə, saat 19:00-da tutulmuşdur (i.v.33). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.70-73). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.75-76). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.111-112). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 150.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2017-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Amnistiya aktına əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəzadan azad edilmişdir (i.v.120-122). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.123-124). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(008)-20/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)- 107/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli, 83806-21- 1/3-4411-9 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(008)-2022 saylı hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 may 2022-ci il tarixdə Probasiya İdarəsində qeydiyyata alınmış, 04 mart 2024-cü il tarixdə cəzasının 01 il 09 ay 26 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 08 ay təşkil edir. İ-5193, İ-1734, İ-7669 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu babayev Baxış Saleh oğlu “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13), oğlunun Vətən uğrunda canından keçməyi gözə alaraq X1 iştirak etməsini və müxtəlif medallarla təltif olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs1 oğluna hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-107/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CMnin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), dəymiş ziyan ödənilməklə cinayətin ictimai təhlükəliliyinin əhəömiyyətli dərəcədə azalması nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-107/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmalı, şübhəli şəxs qismində saxlanıldığı müddətlər cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM 69.3), cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət 17 noyabr 2023-cü il tarixdə, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(008)-20/2022 saylı hökmündən sonra törədildiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(008)-20/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), öz doğma oğlunun X1 iştirakçısı olması, dəymiş ziyan ödənilməklə cinayətin ictimai təhlükəliliyinin əhəömiyyətli dərəcədə azalması onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, AR CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(008)-20/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(008)-107/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki iş üzrə 21 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübjəli şəxs qismində saxlandığı 02 gün müddət, o cümlədən, 1(008)-107/2024 saylı cinayət işi üzrə ibtidai istintaq zamanı saxlanıldığı 05 gün müddət, cəmi 07 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(008)-20/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 16 gün hissəsi hazırkı hökmlə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar