Məhkəmə qərarları › İş №1(008)-286/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-286/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-286/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 14-15 radələrində X2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti 25 ünvanda yerləşən «Kapital Bank»a məxsus bankomatdan plastik kartla pul çıxarmasında çətinlik çəkməsindən istifadə edib tamah niyyəti ilə ona yaxınlaşaraq köməklik təklif etmiş, Gülara Zəkiyeva razılıq verdikdən sonra pin kodu daxil etmiş, Təqsirləndirilən şəxs onun çıxarmaq istədiyi məbləğin 300 manatı sorğu edib Gülara Əliyevanın görməməsini zənn edib pulu gizli götürmüş, ona isə hesabda pulun olmaması barədə yalan məlumat vermişdir. Pulun bankomatdan götürülməsini görmüş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə pulun qaytarılmasını tələb etsə də, Təqsirləndirilən şəxs pulu qaytarmamış və özündə saxlayaraq idarə etdiyi “VAZ 2106” markalı **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə həmin yerdən uzaqlaşaraq özgənin əmlakını 300 manatını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində istintaqla müəyyən olunmamış şəxsdən 5 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroindən 1 ədəd şəffaf sellofandan hazırlanmış xırda bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda 0,446 qram əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2020-ci il saat 12 radələrində Sabunçu RPİ-nin 15-ci PBnin əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat dairəsində avtomobilində soyğunçuluq cinayəti törətməsində şübhəli olduğu üçün saxlanılaraq polis bölməsinə gətirilmiş və üstündə aparılan şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarının sol yan cibində 1 ədəd şəffaf sellofandan hazırlanmış bağlamada həmin çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin öz qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamlarda qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, qohumuna məxsus “VAZ 21063” markalı, **-FU-*** nömrəli avtomobillə etibarnamə əsasında taksi kimi fəaliyyət göstərir. xx.xx.2020-ci il saat 14-15 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 saylı ünvandan keçərkən avtomobilini saxlamış, “Muğan bank”a məxsus əvvəl işlədiyi iş kartından pul çıxarmaq məqsədi ilə bankomata yaxınlaşmışdır. Həmin vaxt bankomatın qarşısında adını sonradan bildiyi “Gülara” adlı qadın dayanmış, qadının kartından pul çıxarmaqda çətinlik çəkdiyini görüb, ona kömək edə biləcəyini bildirmişdir. Qadın onun təklifi ilə razılaşmış, kartını ona vermiş, kodunu isə özü yığmışdır. O, sonrakı əməliyyatları icra edərkən orada pul olduğunu görüb, pula ehtiyacı olduğundan 300 manat məbləğ yazıb pulu çıxarmaq istəmiş, həmin qadına bankomatda pul olmadığını bildirmişdir. Sonra düyməni basıb pulu çıxarmış, puldan öncə çıxan kartı isə qadına vermişdir. Bu zaman o, qadının oradan uzaqlaşdığını zənn edib, arxasını qadına çevirib pulu oradan çıxararaq pulları gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Daha sonra, həmin qadın ona bankomatdan pul çıxdığını gördüyünü demiş, o isə qadına pul çıxmadığını deyərək oradan uzaqlaşımış və avtomobilinə minmişdir. Həmin qadın israrla ondan bir daha bankomatdan pul çıxıb-çıxmadığını soruşmuş, o, isə avtomobilinə minərək oradan uzaqlaşmışdır. xx xxxxx 2020-ci il saat 12 radələrində Sabunçu rayonu, Zabrat dairəsində avtomobili ilə dayanmış, həmin zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb, özlərini təqdim edərək ona özünü təqdim etməsini bildirmiş, üzərində şəxsiyyət vəsiqəsi olmadığından, eləcə də, həyəcanlıdığı üçün onu Sabunçu RPİ-nin 15 PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə getmişdir. Polis bölməsində üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynindəki tünd göy rəngli şalvarının sol yan cibində 1 ədəd şəffaf sellofandan hazırlanmış bağlamada narkotik vasitə heroini və qadından ələ keçirdiyi 300 manatı çıxararaq təqdim etmişdir. Qeyd olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra o protokolun düzgünlüyün öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ittihamda soyğunçuluq etməsi, yəni özgənin əmlakını açıq talaması qeyd olunsa da, o, zərərçəkmiş şəxs Gülara Zəkiyevaya qarşı soyğunçuluq etmədiyini, zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. Əməllərindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, hal-hazırda Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-də təhqiqatçı Zaur Quliyevin yazdığı, PB-nin rəisinin dərkənar etdiyi tapşırıq ona həvalə edildiyindən əməliyyataxtarış tədbirləri nəticəsində Gülara Zəkiyevaya qarşı soyğunçuluq edən şəxsi və onun idarə etdiyi avtomobili müəyyən etmişdir. Bununla bağlı bölmə rəisinə raportla müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixində saat 12 radələrində iş yoldaşı Şahid2la birlikdə Sabunçu rayonu, Zabrat dairəsində həmin şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edimişdir. Polis bölməsində ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofandan hazırlanmış bağlamada həmin çəkidə narkotik vasitə heroini və 300 manatı çıxararaq təqdim etmişdir. Qeyd olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. “VAZ 21063” markalı, **-FU-*** nömrəli avtomobil ona məxsusdur və bir neçə aydır etibarnamə əsasında taksi fəaliyyəti ilə məşğul olması üçün Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2020-ci il tarixdə ona Salmanın Sabunçu rayonu, Zabrat qəsəbəsində bir qadının 300 manat nəğd pulunu açıq yolla talaması, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən puldan əlavə narkotik vasitədə aşkar olunduğu deyilmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, xx xxxxx 2020-ci il saat 12 radələrində oğluna məxsus pul kartını götürmüşdür ki, içərisində olan 320 manat pulu çıxarıb evə bazarlıq etsin. Saat 14-15 radələrində evdən çıxıb yaxınlıqda olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 saylı ünvanda yerləşən “Kapital bank” bankomatına yaxınlaşmışdır. Oradan 300 manat pul çıxarmaq istəmiş, həmin zaman çantasında olan digər kartı səhvən bankomata taxıb kodunu yığmış, lakin pulu çıxara bilməmişdir. Bu zaman ona hündür boylu, 43-45 yaşlı bir kişi yaxınlaşmış və bankomatdan pul çıxarmaqda ona kömək edə biləcəyini bildirmişdir. O, həmin şəxsə artıq 2 dəfə kartın kodunu yalnış daxil etdiyini, 3-cü dəfə yalnış kod daxil edilərsə kartın bloka düşəcəyini bildirmişdir. Həmin şəxs ona kartla bağlı hər hansı bir problemin yaranmayacağını bildirmiş, o isə bankomata daxil etməsi üçün bank kartını ona vermişdir. Təqsirləndirilən şəxs kartı bankomata daxil etmiş, şifrəni isə özü yığmışdır. Daha sonra o, bankomatdan pul çıxdığını görmüş, pulu götürmək istəsə də, həmin vaxt Təqsirləndirilən şəxs arxasını ona çevirib pulu bankomatdan götürərək göy rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq ona bankomatda pul olmadığını bildirmişdir. O, həmin şəxsə bankomatdan çıxan pulu cibinə qoyduğunu gördüyünü, həmin pulun ona qaytarmasını bildirsə də, həmin zaman şəxs özünü həm sərxoş, həm də, qeyri-adekvat aparırmışdır. Təqsirləndirilən şəxs ona bankomatda pul olmadığını bildirərək oradan uzaqlaşıb, yolun kənarında dayanan “VAZ 21063” markalı avtomobilə yaxınlaşmışdır. O, qorxduğundan ona çox yaxınlaşmamış, lakin arxasıyca gedərək pulları cibinə qoymasını görüdüyünü, pulunu geri qaytarmasını bildirmiş, lakin həmin şəxs onun sözlərinə əhəmiyyət verməyərək cəld şəkildə avtomobilə minib oradan uzaqlaşmışdır. Daha sonra, baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. İstintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Gülara Zəkiyeva onun anasıdır. xx xxxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 saylı ünvanda yerləşən “Kapital bank” bankomatın qarşısında Təqsirləndirilən şəxs onlara məxsus bank kartındakı pulu talayaraq anasına qarşı soyğunçuluq etmişdir. 2020-ci ilin may ayında anası vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmədə zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan şəxsi axtarış və götürmənin aparılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə olan kiçik ölçülü bükülü, 3 ədəd 100 manatlıq kağız pul əskinasları aşkar edilərək götürülmüşdür. (i.v. 44-45) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (i.v. 55) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/377 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə ümumi təmiz çəkisi ümumi 0,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,396 qramdır. (i.v. 56-57) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus 300 manat pul zərərçəkmiş şəxs Gülara Zəkiyevaya geri qaytarılmışdır.(i.v. 60) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli maddi sübut tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxışın videogörüntülərini əks etdirən 01 ədəd disk, ondan aşkar edilərək götürülmüş 300 manat pul, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmışdır. (i.v. 83) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli maddi sübut tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 0,396 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.(i.v. 84) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 188/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəkəməsinin 4(103)-276/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-188/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarı Müdafiəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (i.v. 133-136) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzi Ambulator X1 məhkəmə-narkoloci ekspertizasının xx xxx 2020-ci il tarixli, 1227 saylı rəyində görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibindən saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 155-156) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli qanunun tətbiq edilərək hökmlə təyin olunmuş cəzadan azad olunmuşdur. (i.v. 126-127) Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs “zərərçəkmiş şəxs Gülara Zəkiyevaya qarşı soyğunçuluq etmədiyini, zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etdiyini” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, özünün istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadə ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrinin tərkibi vardır və əməli düzgün tövsif olunmuşdur. Həmin əməllərin cinayət olmasını istisna edən hallar, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyil. Təqsirləndirilən şəxs həmin əməlləri törətməkdə təqsirlidir və bu səbəbdən qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərini qismən etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxx 2020ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan, qalıq çəkisi 0,396 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxışın videogörüntülərini əks etdirən və hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus 300 manat pul zərərçəkmiş şəxs Gülara Zəkiyevaya geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan, qalıq çəkisi 0,396 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus 300 manat pul zərərçəkmiş şəxs Gülara Zəkiyevaya geri qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar