Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-287/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs Əliyev Rəfail Dadaş oğlunun iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikasının, Kriovakan şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., Nərimanov rayonu, Azadlıq pros., ev 150A, mənzil 45 ünvanda qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Əfəndiyev küç., nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz olaraq darvazadan aşma yolu ilə daxil olub, evin taxta pəncərəsinin şüşəsinin qırıq olmasından istifadə edərək əlini içəri salıb pəncərənin cəftəsini açaraq evə keçmiş, oradan 1 ədəd 15,0 manat dəyərində istifadədə olmuş «Lider» markalı «İD13B1» modelli balaca ölçülü drel, 1 ədəd 35,0 manat dəyərində təzə vəziyyətdə «Elite» markalı 100 metr 2,5-lik elektrik naqili, 1 ədəd 10,0 manat dəyərində istifadədə olmuş odun baltası, 1 ədəd 5,0 manat dəyərində istifadədə olmuş dəmir balta, 1 ədəd 5,0 manat dəyərində istifadədə olmuş kəlbətin, 1 ədəd 5,0 manat dəyərində istifadədə olmuş su tərəzisi, 1 ədəd 10,0 manat dəyərində istifadədə olmuş qida bloku «220W-12W.» 1 ədəd 15,0 manat dəyərində istifadədə olmuş 50 metrlik 1x4 mm naqilli elektrik uzadıcı, 1 ədəd 15,0 manat dəyərində olan istifadədə olmuş 15 metrlik 2x6 mm naqilli elektrik uzadıcı, 1 ədəd 4,0 manat dəyərində istifadədə olmuş 20 metr uzunluğunda antena naqili, 1 dəst 3,0 manat dəyərində olan istifadədə olmuş qapı zəngi, 50 metr uzunluğunda 25,0 manat dəyərində təzə vəziyyətdə elektrik 1x4 mm elektrik naqili, 2 ədəd (qiymətsiz) 0,0 manat uzun müddət istifadədə olmuş istifadəyə yararsız vəziyyətdə olan qapı kilidi, 12 ədəd 6,0 manat dəyərində istifadədə olmuş elektrik prizi, 7 ədəd 17,50 manat dəyərində təzə vəziyyətdə toxunmalı su borusu, 2 qutu 2,0 manat dəyərində olan istifadədə olmuş skob şurup, propka, 12 ədəd 18,0 manat dəyərində olan istifadədə olmuş radiator krantları, 12 ədəd 18,0 manat dəyərində olan istifadədə olmuş radiator bağlayıcıları, 6 metr uzunluğu 9,0 manat dəyərində istifadə olunmuş 2x6 m elektrik naqili, 1 ədəd (qiymətisz) 0,0 manat istifadədə olmuş zədəli vəziyyətdə olan istifadəyə yararsız su krantı, 1 ədəd 3,0 manat dəyərində olan istifadədə olmuş çəkic oğurlayaraq Zərərçəkmiş şəxs 220,50 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 06:00 radələrində evdə olduğu vaxt pulun olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evdən çıxaraq, yaxınlıqda Bakı şəh., Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən tikintisi başa çatmayan evi izləməyə başlamışdır. Bir müddət həmin evi izlədikdən sonra işıqların yanmadığını, orada heç kəsin olmamasını yəqin etdiyi üçün qanunsuz olaraq darvazadan aşaraq həyətə daxil olmuşdur. Daha sonra evin qabaq tərəfində yerləşən taxta pəncərəsinin şüşəsinin qırıq olan yerindən əlini içəri salıb, pəncərənin cəftəsini əliylə açmışdır. Bundan sonra içəri daxil olmuşdur. Pəncərədən içəri daxil olan kimi düşdüyü otaqdan 1 top kabel, 1 ədəd direl aparatı, 1 ədəd çəkic və müxtəlif cür tikinti alətləri və materialları götürərək oradan çıxmışdır. Əfəndiyev küçəsi ilə gedən zaman özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib oğurluq cinayətinə görə şübhəli olduğunu bildirərək 12-ci PŞ-nə dəvət etmişlər. O da onlara etiraz etməyərək polis şöbəsinə getmiş və etdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən tikintisi tam başa çatmayan ev ona məxsusdur. xx xxx 2020-ci il tarixdə, saat 10:00 radələrində polis əməkdaşları ona zəng edərək evindən oğurluq olduğunu və ona məxsus əşyaların 12-ci PŞdə olduğunu bildirərək onu oraya çağımışlar. O polis şöbəsində əşyalarına baxan zaman adının sonradan Rafael olduğunu bildiyi oğrunun ona məxsus, 1 ədəd 80 manat dəyərində Lider markalı drelin, 1 top 30 manat dəyərində lider markalı 100 metr olan elektrik naqilin, 1 ədəd 10 manat dəyərində odun baltasının, 1 ədəd 10 manat dəyərində baltanın, 1 ədəd 4 manat dəyərində kəlbətinin, 1 ədəd 4 manat dəyərində su tərəzisinin, 1 ədəd 25 manat dəyərində qida blokunun 220W-12W, biri 7 manat 50 qəpik olan 2 ədəd 15 manat dəyərində elektrik uzadıcının, biri 2 manat 50 qəpik olan 2 ədəd 5 manat dəyərində olan yarımçıq top antena naqilinin, biri 10 manat olan 2 ədəd 20 manat dəyərində qapı zənginin, 1 ədəd 25 manat dəyərində olan elektrik naqilinin, biri 7 manat 50 qəpik olan 2 ədəd qapı 15 manat dəyərində kilidin, biri 8 manat olan 96 manat dəyərində 12 ədəd elektrik prizinin, biri 4 manat olan 21 manat dəyərində 7 ədəd su borusunun, 25 manat dəyərində 2 qab 15 manat dəyərində skob şurup, propkanın, biri 5 manatdan olmaqla 12 ədəd radiator krantların və bağlayıcıların 60 manat dəyərində, 15 manat dəyərində 6 metr-lik güc elektrik naqilinin, 1 ədəd 10 manat dəyərində su krantının, 1 ədəd 5 manat dəyərində çəkicin oğurlanması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə gecə ərazini cinayətkarlığa qarşı mübarizədə profilaktika məqsədilə gəzən zaman səhərə yaxın saat 06:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində bir nəfərin içində tikinti alətləri olan qutunu gəzdirdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşıb polis işçisi olduğunu deyərək özünü təqdim etmişdir. Ona bu vaxtı küçədə nə işi olması və əlindəki əşyalar barədə suallar verdikdə özünü Rafael kimi təqdim edən şəxs özünü itirərək şübhəli cavablar vermişdir. Ona görə də həmin şəxsi 12-ci PŞ-nə dəvət etmişdir. Sabunçu RPİ-in 12-ci PŞ-də olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması və əlindəki əşyaları Əfəndiyev küçəsində yerləşən evdən oğurlaması müəyyənləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1612 saylı, 04 iyun 2020-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220.50 manat müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəh., Nizami Rayon Məhkəməsinin 1(007)113/18 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından 20 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəh., Sabunçu rayon İcra və Probasiya şöbəsin tərəindən verilmiş 1338 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli hökmü ilə təyin edilmiş 01 il islah işləri cəzasını çəkməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qəhrəman oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərinolmadığı vaxt, yaxud həmin şəxslərolsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,22). Cinayət işinin materiallarında olan 12 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Hacıyev X2 Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 41). Cinayət işinin materiallarında olan 4(008)258/2020 saylı, 12 may 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Qəhərəman oğlu barəsində xx xxx 2020-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 68). Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hacıyev X2 Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun cəza çəkmə müddətinin başlanğıcı «10» may 2020-ci il tarixdən hesablanmalıdır. Hacıyev Rafael Qəhrəman oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki,Hacıyev X2 Məcəlləsinin56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. İş üzrə maddi sübutlar-1 ədəd «Lider» markalı «İD13B1» modelli balaca ölçülü drel, 1 ədəd «Elite» markalı 100 metr 2,5-lik elektrik naqili, 1 ədəd odun baltası, 1 ədəd dəmir balta, 1 ədəd kəlbətin, 1 ədəd su tərəzisi, 1 ədəd qida bloku «220W-12W.», 1 ədəd 50 metrlik 1x4 mm naqilli elektrik uzadıcı, 1 ədəd 15 metrlik 2x6 mm naqilli elektrik uzadıcı, 1 ədəd 20 metr uzunluğunda antena naqili, 1 dəst qapı zəngi, 50 metr uzunluğunda elektrik 1x4 mm elektrik naqili, 2 ədəd qapı kilidi, 12 ədəd elektrik prizi, 7 ədəd su borusu, 2 qutu skob şurup, propka, 12 ədəd radiator krantları, 12 ədəd istifadədə olmuş radiator bağlayıcıları, 6 metr uzunluğu istifadə olunmuş 2x6 m elektrik naqili, 1 ədəd zədəli vəziyyətdə olan istifadəyə yararsız su krantı, 1 ədəd çəkicin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alımalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Qəhrəman oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə müdki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Qəhrəman oğluna Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəh., Nizami Rayon Məhkəməsinin 1(007)113/18 saylı, 20 fevral 2018-ci il tarixli hökmü ilə təyin olunmuş qazancından 20 % məbləğində dövlət nəfinə pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 04 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla 03 ay hesablansın, həmin cəza təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Qəhrəman oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «10» may 2020-ci il tarixdən hesablanılsın. İş üzrə maddi sübutlar-1 ədəd «Lider» markalı «İD13B1» modelli balaca ölçülü drel, 1 ədəd «Elite» markalı 100 metr 2,5-lik elektrik naqili, 1 ədəd odun baltası, 1 ədəd dəmir balta, 1 ədəd kəlbətin, 1 ədəd su tərəzisi, 1 ədəd qida bloku «220W-12W.», 1 ədəd 50 metrlik 1x4 mm naqilli elektrik uzadıcı, 1 ədəd 15 metrlik 2x6 mm naqilli elektrik uzadıcı, 1 ədəd 20 metr uzunluğunda antena naqili, 1 dəst qapı zəngi, 50 metr uzunluğunda elektrik 1x4 mm elektrik naqili, 2 ədəd qapı kilidi, 12 ədəd elektrik prizi, 7 ədəd su borusu, 2 qutu skob şurup, propka, 12 ədəd radiator krantları, 12 ədəd istifadədə olmuş radiator bağlayıcıları, 6 metr uzunluğu istifadə olunmuş 2x6 m elektrik naqili, 1 ədəd zədəli vəziyyətdə olan istifadəyə yararsız su krantı, 1 ədəd çəkicin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Qəhrəman oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-287/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-287/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver