Məhkəmə qərarları › İş №1(008)-29/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-29/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-29/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi - X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bərdə rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu OLMAYAN, «Bakıxanov» çörək zavodunda çilingər işləyən, orta təhsilli, Bərdə rayonuNUN Qullar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 22 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus «VAZ 21074» markalı Az **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə Bakıxanov dairəsinə doğru hərəkətdə olub yerüstü piyada keçidi ilə yolu keçən piyadalara yol vermək üçün hərəkət sürətini saatda 10 kilometr sürətinə qədər azaltmış və piyadaları buraxdıqdan sonra hərəkət sürətini 30-40 km/saata qədər artırıb «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkəti üçün təhlükə yaranan andan sürətini tam dayanma həddinə qədər azatlmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməmiş, Yavər Əliyev küçəsini yolu soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs Paşa oğlunun onun hərəkəti üçün təhlükə yaratdığı halda hadisənin qarşısının alınması üçün texniki imkanın olmasına baxmayaraq, sürətini tam dayanma həddinə qədər azatlmadan cinayətkarcasına səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan piyada İ.P.Mövsümovu avtomobilin qabarıq hissəsi ilə vuraraq sonuncuya döş qəfəsinin hər iki yarısında pnevmotoraks (döş boşluğuna sərbəst havanın yığılması), oturaq və qasıq sümüklərinin yerdəyişmiş, sağ baldır sümüklərinin qapalı, çoxqəlpəli sınıqları, sidik kisəsi ətrafı sahənin geniş ölçülü hematoması, sağ təpə nahiyYəsinin əzilmiş yaraları, sağ alın, sağ bazu, qarın sağ baldır, sağ və sol iç topuq nahiYyələrinin sıyrıqları, sağ baldır nahiYyəsinin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs aldığı travma kompleksi nəticəsində Səhiyyə Nazirliyi 3 saylı şəhər klinik xəstəxanasına aparıldİqdan sonra xx.xx.2020-ci il saat 05:55-də ölməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il saat 21-22 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Şərq şirniyyat” evinin qarşısından keçərək işlədiyi çörək zavoduna tərəf 30-40 km/saat sürətlə hərəkət etmişdir. Orada yerləşən piyada keçidində piyadaları buraxmaq üçün sürəti azaltmış və piyadalar tam keçib qurtardıqdan sonra avtomobilin sürətini artıraraq hərəkətini davam etdirmiş, təxminən 10 metr hərəkət etdikdən sonra yolun sağ kənarında dayanmış sərnişin avtobusunun qarşısından qəfildən bir nəfər adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi piyada yolu sağdan sola keçmək məqsədi ilə avtomobilinin qabağına keçərək avtomobilin sağ künc və sağ fara hissəsinə çırpılaraq yerə yıxılmışdır. O, dərhal əyləci basaraq avtomobili dayandırmış və avtomobilində qabaq sağ oturacaqda sərnişin kimi əyləşən iş yoldaşı Şahid5 Nazim oğlu ilə birgə dərhal avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Həmin vaxt piyada sərxoş vəziyyətdə olmuş və əlində sınmış vəziyyətdə araq butulkasının baş hissəsi olmuşdur. Orada olan Elçin adlı şəxs onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs avtomobilə mindirməyə köməklik etmişdir. O və Ramal həyacanlı vəziyyətdə olduqlarından avtomobili Elçini sürmüş və onlar İlqarı Sabunçu rayon xəstəxanasına apararaq ora yerləşdirmiş, orada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanaya aparılarkən İlqar öz telefonu ilə kimlərəsə zəng vurub avtomobil tərəfindən vurulduması və Sabunçu xəstəxanasına aparıldığı barədə məlumat vermşdir. İlqarı sarğı otağına saldıqdan bir-neçə dəqiqə sonra həmin otağa iki nəfər şəxs girmiş, sonra onların İlqarın dostlarının olduğu ona məlum olmuşdur. İlqara sarğı otağında ilkin tibbi yardım göstərildikdən sonra həkimlər sonuncunu liftlə palataya aparmışlar. Bundan sonra, xəstəxanaya gələn polis əməkdaşları onu və Ramalı Sabunçu Rayon Polis İdarəsinə aparmışlar. Həmçinin o, bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində piyadanın da günahı olmuşdur. Çünki, piyada Y.Əliyev küçəsində sərnişin avtobusunun qarşı hissəsindən anidən qaçaraq yola çıxmış, aralarındakı məsafə çox az olduğundan o, hadisənin qarşısını ala bilməmişdir. ƏMƏLİNDƏN SƏMİMİ PEŞMANDİR, HAZİRDA ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARSİ İLƏ BARİŞARAQ ONA DƏYMİŞ ZİYANİ ÖDƏMİŞDİR. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Paşa oğlu onun qardaşıdır. Zərərçəkmiş şəxs ailə qurmadığı üçün onunla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs avtoqəza keçirməsi və xəsarət alması barədə sonuncunun dostu Aydın ona məlumat vermiş, o, dərhal qızı Mehriban ilə birlikdə 3 saylı şəhər klinik xəstəxanasına getmiş və həmin vaxtı qardaşı İlqar rentgen otağından liftə salınaraq palataya aparılmışdır. Onlar palataya girdiyi zaman İlqarın dostları Aydın, Mansur, eləcə də, bir-neçə nəfər qadın və kişi cinsli şəxslər orada olmuşdur. Həmin zaman o, bilmişdir ki, orada olan şəxslərdən biri onun qardaşını avtomobili ilə vuran sürücü, qadınlardan biri isə onun həyat yoldaşıdır. Daha sonra, polis əməkdaşları gələrək Seymuru özləri ilə birlikdə aparmışlar. Daha sonra hamı dəhlizə çıxmış, dəhlizdə olarkən o, hadisənin nəcə baş verməsi ilə maraqlanmış, orada olan kişilərdən biri bildirmişdir ki, Seymur avtomobil ilə üzü Sabunçu rayonu, Bakıxanov çörək zavoduna tərəf hərəkətdə olarkən piyada keçidində yolu keçən İlqarı görməmiş və maşını qaçırda bilmədiyi üçün sonuncunu vurmuşdur. xx.xx.2020-ci il saat 03 radələrində qardaşının yanına palataya keçdiyi zaman İlqar bildirmişdir ki, dostları Aydın və Mansurla çörək yeyib Sabunçu rayonu, Sabunçu qəsəbəsində 40 nömrəli marşruta minib Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmiş və yaşadığı Suraxanı rayonuna getmək üçün Bakıxanov stansiyasının yanındakı təzə salınmış park tərəfdə avtobusdan enərək 113 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək üçün piyada keçidi ilə yolu soldan sağa doğru keçərkən yolun sağ kənarına bir-neçə ADDİM qalmış sağ tərəfdən hərəkət edən avtomobil tərəfindən vurulmuşdur. Seymur adlı sürücünün hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi, yəni piyadanın yolu sağdan sola doğru keçməyi barədə məlumatların sonuncu tərəfindən təhrif olunmuş, mərhum qardaşı İlqar hadisə nəticəsində xəsarətlərin hamısını bədəninin sağ tərəfindən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Paşa oğlu onun dayısıdır və onlarla birlikdə yaşamışdır. xx.xx.2020-ci il saat 23 radələrində dayısının dostu Aydın onun anasına zəng vuraraq İlqarın yolu keçərkən avotomobil tərəfindən vurulması və 3 saylı Şəhər klinik xəstəxanasında olması barədə məlumat vermişdir. O, dərhal anası ilə birlikdə həmin xəstəxanaya getmiş, həmin vaxtı Zərərçəkmiş şəxs rentqen otağından liftə salınaraq palataya aparılmışdır. Onlar palataya keçən zaman orada İlqarın dostları Aydın, Mansur, əvvəllər tanımadığı bir-neçə nəfər qadın və kişi olmuşdur. Daha sonra, onlara məlum olmuşdur ki, həmin şəxslərdən biri onun dayısını avtomobili vuran şəxs Təqsirləndirilən şəxs, qadınlardan biri isə həmin sürücüdünün yoldaşıdır. Daha sonra, hamı palatadan dəhlizə çıxmış və anası hadisənin nə cür baş verməsi ilə maraqlanmış, orada olan kişilərdən biri bildirmişdir ki, Seymur avtomobil ilə üzü Sabunçu rayonu, Bakıxanov çörək zavoduna tərəf hərəkətdə olarkən piyada keçidində yolu keçən İlqarı görməmiş və maşını qaçırda bilmədiyi üçün sonuncunu vurmuşdur. Bir müddət sonra palataya dayısının yanına getmiş, ondan hadisənin necə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs ona bildirmişdir ki, yaşadığı Suraxanı rayonuna getmək üçün Bakıxanov stansiyasının yanındakı təzə salınmış park tərəfdə avtobusdan enərək 113 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək üçün piyada keçidi ilə yolu soldan sağa doğru keçərkən yolun sağ kənarına bir neçə metr qalmış sağ tərəfdən hərəkət edən avtomobil tərəfindən vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Paşa oğlunu təxminən 20 il olar ki tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. xx xxxxxx 2020-ci il axşam saat 19 radələrində o, Sabunçu qəsəbəsində kafedə tanışı Mansurla birlikdə olarkən İlqar ona zəng vurub harada olduğunu soruşmuş, o, olduğu yer barədə İlqara məlumat verdikdən sonra təklif etmişdir ki, İlqar da, onlarla birlikdə şam yeməyi etsin. Təxminən yarım saatdan sonra İlqar onların Mansurla oturduqları «Zamir» adlı kafeyə gəlmiş və onlar oturub şam yeməyi etmişlər. O və Mansur araq içmiş, İlqar isə 1 bokal pivə içmişdir. Təxminən saat 21:30 radələrində İlqar onlarla sağollaşıb getmişdir. Həmin gün təxminən saat 22:30 radələrində İlqar ona öz nömrəsindən zəng vuraraq 3 saylı şəhər klinik xəstəxanada olduğunu bildirmiş və onunda ora gəlməyini xahiş etmiş, İlqar şokda olduğundan onun nə baş verməsi ilə bağlı suallarına aydın cavab verməmişdir. O, Mansurla birlikdə xəstəxananın qəbul şöbəsinə yaxınlaşmış, Onlara İlqarın sarğı otağında olduğunu və başına tikiş qoyulduğu bildirlmişdir. Həmçinin İlqarın sağ ayağı dizdən aşağı hissədə sınmışdır. Orada İlqarın yanında tanımadığı üç nəfər şəxs olmuş, onların kim olduğunu və İlqarın niyə görə xəstəxanaya gətirildiyini soruşduqda ona məlum olmuşdur ki, İlqar kafedə onlardan ayrılandan sonra Bakıxanov qəsəbəsində piyada yolu keçərkən avtomobil tərəfindən vurulmuş və İlqarın yanında olan şəxslərdən biri İlqarı vuran avtomobilin sürücüsüdür. O, həmin sürücüdən hadisənin təfərrüatları soruşanda sürücü iş yoldaşı ilə birlikdə işdən çıxıb idarə etdiyi avtomobil ilə şirniyyat evindən üzü Bakıxanov çörək zavoduna tərəf hərəkətdə olarkən yolu keçən İlqarı piyada keçidindən sonra vurduğunu bildirmişdir. Həmin axşam İlqar palataya köçürüldükdən sonra o, sonuncunun bacısı Elmiraya zəng vurub hadisə barədə məlumat vermiş, Elmira da xəstəxanaya gəlmişdir. Səhər saat 06 radələrində İlqar dərmanların təsiri altında yuxulamış və onunla Mansur İlqarın vəziyyətin qənaətbəxş olduğunu hesab edərək xəstəxanadan evə getmişlər. Həmin gün saat 07:30 radələrində Elmira ona zəng vurub İlqarın vəziyyətin kəskinləşməsi və sonuncunun yenidən reanimasiyaya aparıldığı barədə məlumat vermişdir. O, dərhal evdən çıxıb xəstəxanaya gəlmiş və artıq İlqarın aldığı travma nəticəsində öldüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Sabunçu rayonunda yerləşən “Bakıxanov” çörək zavodunda işləyir. xx xxxxxx 2020-ci il saat 21:30 radələrində Seymura məxsus «VAZ 21074» markalı Az **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş, Seymur avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Şərq şirniyyat” evinin qarşısından keçərək işlədiyi çörək zavoduna tərəf 30-40 km/saat sürətlə hərəkət etmiş, orada yerləşən piyada keçidində piyadaları buraxmaq üçün sürəti azaltmış və piyadalar tam keçib qurtardıqdan sonra avtomobilin sürətini artıraraq hərəkətini davam etdirmişdir. Təxminən 10 metr hərəkət etdikdən sonra yolun sağ kənarında dayanmış sərnişin avtobusunun qarşısından qəfildən piyada yolu sağdan sola keçmək məqsədi ilə avtomobilinin qabağına keçərək avtomobilin sağ künc və sağ fara hissəsinə çırpılaraq yerə yıxılmışdır. Seymur dərhal əyləci basaraq avtomobili saxlamış, onlar avtmobildən düşərək həmin şəxsə yaxınlaşmışlar. Həmin piyadanı Seymurun avtomobilinə qoyaraq Sabunçu rayon xəstəxanasına aparmışlar və orada həmin şəxsə ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, həmin piyada Zərərçəkmiş şəxsdur. Bundan sonra, xəstəxanaya gələn polis əməkdaşları onu və Seymuru Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 46-51-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X6 Sabunçu Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 04 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin hər iki yarısında pnevmotoraks (döş boşluğuna sərbəst havanın yığılması), oturaq və qasıq sümüklərinin yerdəyişmiş, sağ baldır sümüklərinin qapalı, çoxqəlpəli sınıqları, sidik kisəsi ətrafı sahənin geniş ölçülü hematoması, sağ təpə nahiyəsinin əzilmiş yaraları, sağ alın, sağ bazu, qarın sağ baldır, sağ və soli ç topuq nahiyələrinin sıyrıqları, sağ baldır nahiyəsinin qançırı, həyatı olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na daxil olmasından (xx.xx.2020-ci il saat 22:25) az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malki olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlərin ağırlaşması nəticəsində inkişaf etmiş ağciyər arteriyasının tromboemboliyası ilə əlaqədar baş vermiş kəsin ağciyər-ürək çatmamazlığı olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 05:55-də xəstəxanada baş vermişdir. Məhrum Zərərçəkmiş şəxs adİNa 3 saylı ŞKX-da doldurulmuş xəstəlik tarixində onun xəstəxanaya qəbul edilərkən ağzından alkoqol iyinin gəlməsi qeyd edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2495 saylı rəyindən görünür ki, «VAZ 21074» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 137-138-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AE 211006 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 210-214-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X6 Sabunçu Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, T137/2020 saylı ekspert rəyindən görünür ki, ilkin zərbə mərhum Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinə yetirilmiş, toqquşma zamanı zərərçəkmiş vertikal və ya buna yaxın vəziyyətdə olmuş, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə görə hərəkətdə olan avtomaşının qabaq hissəsi ilə vurulma nəticəsində yaranmışlar. Xəsarətlərin piyadanın yolu sağdan sola və soldan sağa doğru keçməsi zamanı yaranması istintaq yolu ilə araşdırılmalıdır. Cinayət işinin 247-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 248-250-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/722 saylı rəyindən görünür ki, «VAZ 21074» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 8/1652 saylı rəyindən görünür ki, «VAZ 21074» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 311-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün QİSMƏN etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “X5 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini qismən etiraf edərək səmimi peşman olmasını, ƏVVƏLLƏR MƏHKUM OLUNMAMASİNİ cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar