Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-29/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, 03 saylı vəkidl bürosunun vəkili Müdafiəçi2, X1 iştirakı ilə xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi ev 73, mənzil 20-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: qsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 43.865 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Sabunçu dəmir yolu stansiyası ərazisinə daşımış və bir ədəd nömrəsi silinmiş, 7.62 mm olmaqla zavod üsulu ilə SSRİ dövlətində, 1970-ci ildə istehsal olunmuş «Kalaşnikov konstruksiyalı AKM modelli odlu yivli silahı, texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı avtomatı, 28 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların döyüş sursatları, atəş üçün yararlı patronları və bir ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların kompleks hissəsi texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı darağı qanunsuz olaraq əldə edib, daşıyaraq Sabunçu dəmir yolu stansiyası ərazisində yerləşən, yaşayış olmayan tikilidə gizlətməklə saxlamış, 20 yanvar 2022-ci il tarixdə, saat 11:15 radələrində Sabunçu st. XPŞ-in əməkdaşları tərəfindən alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Maykovski küçəsində yerləşən Sabunçu dəmir yolu vağzalının inzibati binasının birinci mərtəbəsində Təqsirləndirilən şəxs saxlanılaraq, həmin tarixdə saat 11:25 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Maykovski küçəsində yerləşən Sabunçu st.XPŞ-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli qolları cızıqlı gödəkçənin sol iç döş cibindən şəffaf sellofan torbadan təmiz çəkisi 43.865 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və göy rəngli cins şalvarının sol yan cibindən döyüş sursatı hesab edilən bir ədəd 7.62 mm kalibrli patron aşkar olunaraq götürülmüşdür. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün, saat 17:30-da DYNPİ-in Sabunçu st.XPŞ-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sabunçu- Zabrat 2 dəmir yolu mənzilinin 14-cü km Piket 1-in kənarında yerləşən, yaşayış olmayan tikilidə gizlətdiyi ağ rəngli sellofan torbanın içərisindən bir ədəd nömrəsi silinmiş, 7.62 mm olmaqla zavod üsulu ilə SSRİ dövlətində 1970-ci ildə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı AKM modelli odlu yivli silahı, texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı avtomatı, 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların döyüş sursatları və atəş üçün yararlı patronları və bir ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların kompleks hissəsi texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində heç bir narkotik vasitə tiryək və patron olmamışdır. 20 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri qurmadır. Onun avtomat silahdan, patronlardan xəbəri olmamışdır. Sadəcə o əvvələr məhkum olunmuşdur. Polis əməkdaşları isə ondan qisas almışlar. İttiham sübuta yetmir. Onun barəsində bəraət hökmü çıxaorılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. əhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə göstərmişdir ki, 20 yanar 2022-ci il tarixdə «Vadim» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-in rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Vadim» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün saat 11:15 radələrində Sabunçu dəmiryolu stansiyasının inzibati binasına gəlmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Vadim» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-in əməkdaşları olmalarını bildirərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət etmişlər, XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində göy rəngli qolları cızıqlı gödəkçənin iç döş cibindən şəffaf sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin sellofan torba açıldıqda içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd güllə çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəkinin narkotik vasitə olan tiryək olmasını və 2021-ci ilin dekabr ayında «Şərq» bazarının yaxınlığında söküntü işləri apararkən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin söküntü aparılan ərazidə 2021-ci ilin dekabr ayının əvvəllərində bir ədəd odlu silah da tapmasını, 20 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının «Qanlı Yanvar» hadisəsi ilə bağlı tədbirdə olduqlarını güman edib satmaq məqsədi ilə Sabunçu bazarına gətirmişdir. Əli adlı tanışını tapa bilmədiyi üçün Sabunçu dəmiryolu stansiyasının yaxınlığındakı tikilinin tavanında gizlətdiyini, güllənin də həmin silaha aid olmasını və həmin yeri göstərə biləcəyini bildirmişdir. Daha sonra həmin gün saat 17:30 radələrində Sabunçu dəmiryolu stansiyasının ərazisinə getmişlər və orada olan tikilini Təqsirləndirilən şəxs göstərərək odlu silahı həmin tikilinin tavanında gizlətdiyini bildirmişdir. Bundan sonra həmin tikiliyə baxış keçirilən zaman torbaya bükülmüş vəziyyətdə bir ədəd avtomat, bir sandıqça və sandıqçanın içərisindən 27 ədəd patronlar aşkar edilmişdir. əhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 20 yanar 2022-ci il tarixdə «Vadim» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-in rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Vadim» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün saat 11:15 radələrində Sabunçu dəmiryolu stansiyasının inzibati binasına gəlmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Vadim» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-in əməkdaşları olmalarını bildirərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət etmişlər, XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində göy rəngli qolları cızıqlı gödəkçənin iç döş cibindən şəffaf sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin sellofan torba açıldıqda içərisində tünd qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd güllə çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəkinin narkotik vasitə olan tiryək olmasını və 2021-ci ilin dekabr ayında «Şərq» bazarının yaxınlığında söküntü işləri apararkən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin söküntü aparılan ərazidə 2021-ci ilin dekabr ayının əvvəllərində bir ədəd odlu silah da tapmasını, 20 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının «Qanlı Yanvar» hadisəsi ilə bağlı tədbirdə olduqlarını güman edib satmaq məqsədi ilə Sabunçu bazarına gətirmiş, Əli adlı tanışını tapa bilmədiyi üçün Sabunçu dəmiryolu stansiyasının yaxınlığındakı tikilinin tavanında gizlətmiş, güllə də həmin silaha aid olmasını və həmin yeri göstərə biləcəyini bildirmişdir. Daha sonra həmin gün saat 17:30 radələrində Sabunçu dəmiryolu stansiyasının ərazisinə getmişlər və orada olan tikilini Təqsirləndirilən şəxs göstərərək odlu silahı həmin tikilinin tavanında gizlətdiyini bildirmişdir. Bundan sonra həmin tikiliyə baxış keçirilən zaman torbaya bükülmüş vəziyyətdə bir ədəd avtomat, bir ədəd avtomatın sandıqçası və sandıqçanın içərisindən 27 ədəd patronlar aşkar edilmişdir. əhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 22/65 R saylı, 21 yanvar 2022-ci il tarixli ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd nömrəsiz silah, 7.62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1970-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 28 ədəd patronlardan 12 ədədi keçmiş SSRİ dövlətində 16 ədədi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-daraqdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/134 saylı, 24 fevral 2022-ci il tarixli məhkəmə ballsitik ekspertizası, odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə, 1970-ci ildə keçmiş SSRİ-də İjevsk mexaniki zavodunda istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, 7.62 mm kalibrli AKM markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «H..», qaz borusunun üzərində «...2» və rejim keçiricinin üzərində «...62» zavod işarələri olan avtomat silahldır-yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, silahı döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 25 (iyirmi beş) ədəd patron zavod üsulu ilə istehsal edilmişlər, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7.62 kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında o cümlədəndə tədqiqata təqdim edilmiş «AKM» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «H..», qaz borusunun üzərində «...2» və rejim keçiricinin üzərində «...62» zavod işarələri olan avtomat silahdanda istifadə etmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş bir ədəd sandıqça «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/389 saylı, 20 yanvar 2022-ci il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusonrlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Şübhəli şəxs Təqsirləndirilən şəxs ...» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 43.865 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryəkin ümumi təmiz çəkisi 43.865 qram, tədqiqata sərf olundu-0.2 qram, qalıq-43.665 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X14 Ambulator X2 1002 saylı, 28 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkaloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertiza X12 Şəxsin 431 saylı, 21 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəlik hazırda remissiya (yaxşılaşma) vəziyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən 01 ay, 29 gün cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli bəraət hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə məsuliyyətdən azad edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinə əsasənqanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Şəxsi axtarış və götürmə barədə video disklərə baxış keçirilərkən müəyyən oldu ki, heç bir qanun pozuntusuna yol verilməmiş, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə məhkəmə iclasında dindirilmiş şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videodisk və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X7 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 02 saylı silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən silah dedikdə canlı qüvvəni və digər obyektləri, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvələrin və digər obyektlərin məhv edilməsində istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 20 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,36). Cinayət işinin materiallarında olan 21 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X9 Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmiş, dindirilmişdir (cild 01, səh., 93). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 4(008)57/2022 saylı, 21 yanvar 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 133). Məhkəmə, Təqsirləndirilən şəxs Anaotoyleviçin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin DYNPİ-in Sabunçu st. XPŞ-in saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 43.665 qram tiryək məhv edilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalı, bir ədəd 7.62 mm olmaqla zavod üsulu ilə SSRİ dövlətində, 1970-ci ildə istehsal olunmuş «Kalaşnikov konstruksiyalı AKM modelli odlu yivli silahı, texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı avtomat, bir ədəd daraq və 22 ədəd 7.62 mm kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 178 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin DYNPİ-in Sabunçu st. XPŞ-in saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 43.665 qram tiryək məhv edilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın, bir ədəd 7.62 mm olmaqla zavod üsulu ilə SSRİ dövlətində, 1970-ci ildə istehsal olunmuş «Kalaşnikov konstruksiyalı AKM modelli odlu yivli silahı, texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı avtomat, bir ədəd daraq və 22 ədəd 7.62 mm kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilsin. 178 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-29/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-29/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver