Məhkəmə qərarları › İş №1(008)-290/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-290/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-290/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, onun nümayəndəsi və vəkili “Leqal” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2və onun nümayəndəsinin xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları xx.xx.2023-ci il tarixdə “Patrul.az”-da “Baku.ES"-də “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir ” başlığı altında 06:56 dəqiqəlik kadrda yalan və böhtan xarakterli məlumatlar yaymaqla X4 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, 21,09.2020-ci il tarixdə “BAKU.ES” internet kanalında “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir:— başlıqlı X3 həmin İnternet kanala yerdiyi müsahibəsi əsasında şər və böhtan dolu bir yayım olmuşdur. Həmin müsahibənirfqısa xülasəsi belədir; "Səfərov Ramin və Səfərov Ramil qardaşları Hamlet adlı şəxsdə torpaq satışda olduqlarını bildirib, Elçin Rzayevdə həmin ərazrini 30000 manata almağa razılaşıb , satış zamanı 20000 manat nağd şəkildə 100000 manat isə Elçin Rayevə məxsus avtomobil verilib.Sonra həmin ərazidə avtomobil yuma məntəqəsi tikir.Lakin tikinti bibəndən sonra torpaq sahəsinin sənədləşməsini tələb edəndə mübhisələr başlayır.Bundan sonra Ramin və Ramil qardaşlarının anası Sitarə Zeynalova DİN -ə şikayər edir və DİN -də tərəflər dinlənildikdən sonra Elçin Rzayevin haqlı olmalına qərar verilir. Və onun avtomobili özünə qaytarılıb, məsələ dərindən araşdırılması üçün ərazi üzrə Nizami rayon Polis İdarəsinə yönləndirilib.Lakin 200000 manat buğünədək qarşı tərfdə qalib.Hələ bu azmış kimi Ramil və X6 ayrı ayrı vaxtlarda Elçin Rzayevdən 98000 manat müxtəlif iş görmək adı ilə alıblar.Bİr neçə gün əvvəli isə ərazini satan Ramin və Ramil Səfərov qardaşlarının göndərdiyi şəxslər gəlib qapıdakı qıfılları qırıb və kassadakı pulları götürüblər .Hətta bu prosesslər zamanı KİV nümayəndələri çaəöröb əllərində heç bir rəsmi sənəd olmaya olmaya özlıərini ərazinin sahibi kimi təqdim ediblər. Elçin Razyev müsahibə verərk bildirib ki, 09 avqust da mənim obyektimə tanımadığım şəxlər tərəfindən basqın olunub.Basqın olunarkən obyektdə olmadığımdan tanımadığımız şəxslər və media qururmları qarşı tərəfi dinləmədən heç bir şeyi araşdırmadan mənim barəmdə və Validə xanım barəsində qərəzli informasiya yayılıb.Qeyd etmək istəyirəm ki,obyekti şəxsən mən özüm oranı inşa etmişəm oranı mənə Ramin Səfərov adlı vətəndaş əvvəllər məhkum olunmuş dələduzluqdan il yarım məhkum olunmuş və məni Hamlet müəllimlə o obyekti tanış edib .Mustafayev Hamlet mənə həmin obyektin sənədləri olması barədə məlumat vermiş , biz razılaşdıqdan sonra səs yazı və video görüntüdə var mən Hamletə və Raminə 200000 manat və Mersedes S klass markalı ümumi 300000 manat mən pul ödəmişəm.Eyni zamanda 6 ay müddətində onlar mənə snədləri təqdim etməli idilər lakin təqdim eləmədilər .Nizami rayon Keşlə bələdiyyəsindən icarə müqavilkəsi bağlamışam , texniki şərti, asan kommunaldan işığa qaza suya , sonra Vergi orqanında qeydiyyata durmuşam 2 aydı 2 kvartallığ 6 aylıq mən vergi ödəmişəm, FHN dən sənəd almışam həmin obyektlə bağlı, eyni zamanda da Ramin Səfərovun qardaçı Ramil Səfərov məndən hamisi təstiq edəcəm məndən 980000 manat məbləğində pul almışlar.Mən sonradan bilmişəm ki, mən aldanmişam, obyektimə basqın ediblər, görüntüləridə təqdim edəcəm ictimaiyyətə oranı qıraraq özlərini obyekt sahibi kimi qələmə verərək mənim obyektimi qırıb və ordan 4370 manat Rəşad adlı şəxs pulu götürərək mənim orda yaxınım Rəfail adlı şəxs iştirak edib və şahidlik edib.23-cü Polis Bölməsində də ifadə vermişik .Qeyd edirəm ki, pulu götürüb mənimsəyib və oranı qırıb özbaşınaliq ediblər. X1 X5 barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil və tamamilə böhtan xarakterlidir. Göründüyü kimi, X3 21 sentyabr 2020-ci il tarixdə ““Patrul.az”-da “Baku.ES-də “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir ” başlığı altında : İDDİA’’ başlıqlı müsahibədə dediklərinin yalan olduğunu bilə-bilə Ramil Səfərovu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan atmışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixli ““Patrul.az”-da “Baku.ES-də “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir ” başlığı altında verdiyi müsahibədə Ramil Səfərovu “dələduzluqda" və “mənimsəmə və israf etmədə” günahlandırmaqla, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3cü və 179.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham etmişdij:. Bununla da, X3 Azərbaycan Respublikasının CM-nin147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə şikayət vermiş şəxsi, onun nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, şikayət ərizəsində onun tərtib edildiyi tarix göstərilsə də, tərtib edildiyi yer göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Həmçinin, məhkəmə qeyd edir ki, X3 barəsində X5 tərəfindən eyniməzmunlu xüsusi ittiham qaydasında verilmiş şikayəti Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)- 861/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən icraata qəbul edilməsindən imtina edilmiş, xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən çatışmazlığın olması qeyd edilsə də, göstərilən çatışmazlıq aradan qaldırılmadan şikayət ərizəsi yenidən məhkəməyə verilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2və onun nümayəndəsinin xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar