Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-291/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-cı ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, orta təhsilli, İsmayıllı rayonu Mican kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-59/2024 saylı hökmü ilə 02 il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «Realme» markalı «RMX1941» modelli, «**********56971, **********56963», imei kodlu mobil smartfonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 055 ******* nömrəli danışıq kartı vasitəsi ilə "WhatsApp» proqramını tətbiq etməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 051 ******* və 055 ******* №-li telefonlara zənglər edərək qohumu Şahid5, atası X2 ilə əlaqə saxmaqla və kamerada həbsdə saxlanılan digər məhkumların videoyazısını etməklə yanaşı, digər şəxslərlə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2023-cü il tarixdə saat 15-15 radələrində həmin smartfon daxilində qeyd edilən danışıq kartı ilə birlikdə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 01 saylı rejim korpusun 66 saylı kamerasında yatdığı çarpayının üstündə olan döşəyüin altında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə həmin maddələrlə təqsirli bilinərək həbsə alınmış və xx.xx.2021-ci il tarixdən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılmışdır, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-59/2024 saylı hökmü ilə 02 il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsində qüvvəsində saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:15 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 1 saylı rejim korpusunun 66-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada axtarış-baxış tədbirləri keçirmiş, bu zaman yatdığı çarpayının üstündə olan döşəyin altından məhkumlar və həbsdə saxlanılan şəxslər üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan bir ədəd «Realme» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonun daxilində "xxxx" danışıq kartı olmuşdur. Həmin mobil telefon aparatı ona məxsusdur. Bu telefon vasitəsilə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə təcridxananın əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Həbsdə saxlanıldığı təcridxanada həbsdə saxlanılan şəxslərə hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısı elan edilmişdir. Bütün təqsirləndirilən şəxslər və məhkumlar bilir ki, mobil telefon həmin qadağan edilmiş əşyalardandır və onun saxlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Həmin mobil telefonu hansısa məhkəmədə olarkən, dəqiq yadında deyil, çünki bir neçə məhkəmələrə getmiş və orada adını çəkmək istəmədiyi tanışı ona «şaurmanın» içində həmin mobil telefonunu daxilində danışıq kartı ilə birlikdə vermişdir. O, həmin telefonu ayaqqabısının içində gizlədərək istintaq təcridxanasına keçirtmiş, bu zaman diqqətlə yoxlanılmamışdır. Tanışı şəxsiyyət vəsiqəsini itirdiyi üçün ona öz adına olan telefon danışıq kartı ala bilməmiş, buna görə onunla bir kamerada saxlanılan Ramin Mikayılov öz əmisi oğlunun telefon nömrəsini ona vermiş və o, bu telefon nömrəsini çöldə olan tanışına bildirmiş və sonuncu həmin adamdan 055 ******* nömrəli danışıq kartını almışdır, lakin Ramin Mikayılovun əmisi oğlu həmin danışıq kartının istintaq təcridxanasına ötürülməsini bilməmişdir. O, bu telefondan istifadə edərək əmisi oğlu Şahid5 ilə sonuncunun 051 ******* nömrəli və atası Müsənnif Məmmədov ilə sonuncunun 055 ******* №-li telefonla danışmış, söhbətləri ümumi xarakter daşımış, haləhval tutmuşlar. Həmçinin bu telefonla kamerada çörək yeyən zaman videoçəkiliş etmişdir. O, əsasən internet vasitəsilə sosial şəbəkələrə daxil olaraq müxtəlif filmlərə və başqa şeylərə baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 66-cı kamerasında Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 133.2.3, 145.2.4, 181.2.1, 182.2.2, 182.2.3, 133.2.6-cı maddələri ilə təqsirli bilinərək həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılan şəxslər üçün saxlaması və istifadəsi qadağan olunmuş mobil telefonun olması ilə əlaqədar həmin kamerada axtarış- baxış tədbirləri keçirilməsi üçün hal şahidi qisməndə iştirakı üçün iki nəfər dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, bundan sonra həmin kameraya qəfləti daxil olaraq keçirilmiş baxış-axtarış zamanı həbsdə saxlanılan Təqsirləndirilən şəxs yatdığı çarpayının üstündə olan döşəyinin altında ona məxsus daxilində «Cin» danışıq kartı olan 1 ədəd «Realmi» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, telefon ona məxsusdur və bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. İzahatı alınmış Təqsirləndirilən şəxs həmin telefondan istifadə etdiyini etiraf etmişdir. İstintaq təcridxanasında saxlanılan bütün şəxslərə qanunvericiliyin tələbləri izah edilərək bildirilmişdir ki, həbsdə saxlanılan şəxslərə və məhkumlara qadağan olunmuş əşyalardan saxlamaqla istifadə etməsi qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 66-cı kamerasında axtarış-baxış tədbirləri keçirilməsi üçün hal şahidi qismində iştirakı üçün dəvət olunmuş, həmin kameraya qəfləti daxil olaraq keçirilmiş, "xxxx" MMCdən daxil olmuş 1 ədəd diskdə olan məlumatlara baxışla müəyyən edilmişdir ki, qeyd edilən mobil smartfonda olan 055 ******* №-li telefon danışıq kartından xx.xx.2023-cü il tarixdə 2 dəfə 055 ******* nömrəli telefona zənglər edilmiş, bundan əlavə smartfon əsasən internet vasitəsilə istifadə edilmişdir. Şahid qismində dindirilmiş Şahid6 oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.75-77); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 18 avqust 2023-cü il tarixdə, təxminən saat 15:15 radələrində, əvvəlcədən alınmış əməliyyat əsasında Bakı istintaq təcridxanasının 01 saylı rejim korpusunun 66-cı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada saxlanılan, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonunda olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvəllər olunmuş, hazırki iş üzrə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X4 və Təhqiqat İdarəsi tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonradan cinayət işinə AR CM-nin 133.2.3, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3, 133.2.6-cı maddələri əlavə olunmuş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yatdığı çarpayının üstündə olan döşəyinin altından ona məxsus daxilində “Cin” danışıq kartı olan 01 (bir) ədəd “Realmi” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Sonra həbs olunmuş şəxs Təqsirləndirilən şəxs müəssisənin əməliyat şöbəsinin xidməti otağına dəvət olundu və söhbət zamanı bildirdi ki, müəssisə əməkdaşları tərəfindən saxlanıldığı kamerada hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman onu yatdığı çarpayının üstündə olan döşəyinin altından aşkar olunmuş daxilində “Cin” danışıq kartı olan 01 (bir) ədəd “Realmi” markalı mobil telefon aparatı ona məxsusdur və bir neçə dəfə yaxınları ilə əlaqə saxladığını bildirdi (i.v.8); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kompüter texniki ekspertizasının 5/1247 nömrəli 05 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Realme” markalı “RMX1941” modelli “**********56971”, “**********56963” “imei” kodlu mobil smarfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.
2. Təqdim edilmiş “Realme” markalı “RMX1941” modelli mobil smartfonun yaddaşından toplanmış (telefon kitabçası, kontaktlar, SMS mesajlar, foto, audio və video fayllar) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1247” adlı qovluqda bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu.
3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Realme” markalı “RMX1941” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
4. Təqdim edilmiş “Realme” markalı “RMX1941” modelli mobil smartfonun yaddaşında “+1 (737) 296-9736” abonent nömrəsi, “Amerikada” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında 18 (on səkkiz) ədəd kontaktla və “+994 55 521 06 74” abonent nömrəsi, “ramil mikayilov3535” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında 11 (on bir) ədəd kontaktla aparılmış məlumat mübadiləsi müəyyən edilsə də, rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə və “Bluetooth” texnologiyası vasitəsilə əldə edilməsinin mümkün olmaması səbəbindən həmin məlumatları xarici yaddaş qurğusuna köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. (i.v.26-30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədli X3 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş; xx.xx.2015-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə qalmış; xx.xx.2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4 bəndi hökmdən xaric edilib və cəzası 4 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası saxlanılmış; xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş; xx.xx.2019-cu ildə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə üzərində saxlanılmış 3000 manat miqdarında cərimə cəzasından və cinayət məsuliyyətindən azad edilmiş və məhkumluğu olmayan hesab edilmişdir, xx.xx.2020-ci ildə cəzadan azad edildiyi üçün qeydiyyatdan çıxarılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.44; 58-70); Baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, tədqiq olunan «Realme» markalı «RMX1941» modelli mobil smartfonun yaddaşında kontaktlar, SMS mesajlar, foto, audio, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə fayllar mövcud olan məlumatlar müəyyən olunmuşdur. Həmin rəyin videoyazı bölməsini açdıqda müəyyən olunmuşdur ki, həmin faylda 591 ədəd müxtəlif mövzuda videoyazı var, onlardan 17 videoyazısı istintaq təcridxanasının kamerasında Təqsirləndirilən şəxs saxlanıldığı kamerasında çəkilmiş, belə ki, həmin videoyazılarda Təqsirləndirilən şəxs digər həbsdə saxlanılan şəxslərlə və özünün çəkdiyi videoyazılar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmışdır. Bundan əlavə kontaklar bölməsində 149 kontaktın olması qeydiyyata alınmış və Təqsirləndirilən şəxs qohumu Şahid5 051 ******* telefon nömrəsi ilə habelə xx.xx.2023cü il tarixdə atası X1 məxsus 055 ******* nömrəli telefonla olan kontakt qeydiyyata alınmışdır (i.v.136); Baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən mobil smartfonda olan 055 ******* №-li telefon danışıq kartından xx.xx.2023-cü il tarixdə 2 dəfə 055 ******* nömrəli telefona zəngləri edilmiş, bundan əlavə smartfon əsasən internet vasitəsilə istifadə edilmişdir (i.v.137); Maddi sübut kimi tanıma və işə əlavə edilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd mobil smartfon, daxilində danışıq kartı ilə birlikdə, habelə, ekspertiza rəyinə əlavə edilmiş 1 ədəd DVD-R disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən kağız daşıyıcıda telefon danışıqlarına dair və "xxxx" MMC-dən diskdə olan məlumtlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir (i.v.138); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.154-155); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, ona CM-nin 133.2.3 və 133.2.6cı maddələri ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 181.2.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1793/2024 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra qanuni qüvvəyə mindiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, (CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan əvvəlki hökmləri üzrə olan məhkumluqları CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-59/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5, 66.4), barəsində “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), 55 (əlli beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), maddi sübut 01 ədəd “Realme” markalı “RMX1941” modelli mobil smartfon danışıq kartı ilə birlikdə dövlət nəfinə müsadirə edilməli, 2 ədəd disk iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-59/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut 01 ədəd “Realme” markalı “RMX1941” modelli mobil smartfon danışıq kartı ilə birlikdə dövlət nəfinə müsadirə edilsin. 2 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Elnurə Rəcəbova