Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-292/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Mirzəyev Təyyar Balarza oğlunun iştirakı ilə xx xxxxxx 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil ünvanda qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Nazim oğlu xx xxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində tanışı Şahid3 əvəzsiz, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.250 qram narkotik vasitə olan heroini əldə edib ağız boşluğunda saxlamaqla daşımış, xx xxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən həmin ünvanda saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş, bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən ağız boşluğunda saxladığı, 01 (bir) ədəd, siqaret qutusunun gümüşü rəngli iç kağızına bükülmüş 0.250 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əkbərov X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 aprel 2020-ci il tarixdə, axşam saatlarında tanışı Mürsəlin qohumunun Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbin yaxınlığında olan evində yeyib-içmişlər. Daha sonra onlar Mürsəlin gətirdiyi «kakos» kimi tanıdığı narkotik vasitə heroinin tüstüsünü nəfəslə çəkmək yolu ilə istifadə etmişdir. Qalan narkotik vasitə olan heroini özü ilə götürmüş və saat 21:30 radələrində Mürsəllə sağollaşıb ayrılmışdır. Götürdüyü narkotik vasitə heroini ağız boşluğunda gizlətmişdir. Yaşayış binasının giriş qapısından çıxanda iki nəfər polis formasında olan şəxs özlərini təqdim edərək Post-Patrul Xidmətinin əməkdaşları olduqlarını bildirmiş, üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. O şəxsiyyətini təsdiq edən sənədin olmadığını deyib və məsuliyyətə cəlb olunacağından qorxduğu üçün qaçmağa başlamışdır. Lakin həmin polis əməkdaşları ona imkan verməmiş, onu saxlayaraq 13-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsinə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra ona üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu zaman o özünə məxsus «Kgtel» markalı mobil telefonu, ağız boşluğunda gizlətdiyi bir ədəd, siqaret qutusunun gümüşü rəngli iç kağızına bükülmüş «kakos» kimi tanıdığı narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarının sorğu-sualına o cavab olaraq, ağız boşluğundan aşkar edilərək götürülmüş narkotik vasitə heroinin Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanışı Mürsəllə yeyib-içdikdən sonra ondan götürdüyünü bildirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində polis nəfəri Şahid2la birlikdə xidmətdə olarkən bir nəfər kişi cinsli şəxsin onlara yaxınlaşdığını görmüşdür. Onun karantin rejiminin qaydalarına riayət edib-etməməsini yoxlamaq üçün həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri olduqlarını bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənədi və küçəyə çıxmaq üçün icazəsini təqdim etməsini istəmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə üzərində şəxsiyyətini təsdiq edən sənədlərin olmadığını bildirib onlardan yayınaraq qaçmağa çalışmışlar. Lakin onlar onun uzaqlaşmağına imkan verməyərək onu saxlayıb, nə üçün yayınaraq qaçmağa çalışdığını soruşmuşlar. Həmin şəxs suala cavab verməyib, bununla yanaşı ağız boşluğunda nəsə gizlətməyə çalışmışdar. Ondan şübhələnərək onu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxsin E.N.Ələkbərov olduğu məlum olmuşdur. Daha sonra Polis Bölməsində xidməti otaqların birində E.N.Ələkbərova onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Bu zaman onun üzərindən mobil telefon, ağız boşluğunda saxladığı bir ədəd, siqaret qutusunun gümüşü rəngli iç kağızına bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx xxxxx 2020-ci il tarixində axşam saatlarında Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsinin yaxınlığında tanışı Mürsəldən öz istifadəsi üçün pulsuz aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elçin oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında qohumunun Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbin yaxınlığında olan evində tanışı Emil ilə birlikdə yeyib-içmişlər. Daha sonra Emil onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. O özündə «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu demişdir. Onlar birlikdə həmin narkotik vasitədən tüstüsünün nəfəslə çəkmək yolu ilə istifadə etmişlər. Bundan sonra bir qədər narkotik vasitə heroin qalmışdır. Emil onun götürülməsi barədə Mürsəldən xahiş etmişdir. O da etiraz etməmiş və Emil həmin narkotik vasitə heroini götürərək siqaret qutusunun kağızına büküb, çıxıb getmişdir. Təxminən bir saat sonra o siqaret almaq üçün mağazaya getmişdir. Mağazadan qayıtdıqda polis əməkdaşları onu saxlamış, karantin qaydalarını pozduğu üçün onu 13-cü Polis Bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/493 saylı, 21 aprel 2020-ci il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «vət.Təqsirləndirilən şəxs Nazim oğlunun üzərindən aşkar olunmuş maddə» yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasınını qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində» dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. Heroinin təmiz çəkisi 0.250 qram, sərf edildi 0.05 qram, qalıq 0.200 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator X1 1290 saylı, 13 may 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Nazim oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsiistehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş video görüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Nazim oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-cuil tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,18). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Əkbərov X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 78). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında xx xxxxx 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 93). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 98). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılmasıcəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52- 1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nazim oğlunun şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Nazim oğlunun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddətnəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.200 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 114 manat ekspertiza xərci Əkbərov Emil Nazim oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Nazim oğlunun 20 aprel 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası təqsirləndirilən şəxs Əkbərov Emil Nazim oğlunun yaşayış yeri üzrə Bakı şəh., Sabunçu rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Əkbərov Emil Nazim oğlunun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.200 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 114 manat ekspertiza xərci təqstirləndirilən şəxs Əkbərov Emil Nazim oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-292/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-292/2020
31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver