Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-292/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs evini satdığını və əlində pul vəsaitinin olduğunu bildikdən sonra özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldadıb Zərərçəkmiş şəxs gələcəkdə icarəyə verməkdən ötrü almaq istədiyi «Opel Meriva-A minik» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili güya onun adına rəsmiləşdirəcəyi halda bu daha ucuz başa gələcəyini bildirməklə Zərərçəkmiş şəxs avtomobilin alınması üçün 8700 manat məbləğində pulu ödədikdən sonra 26 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ünvan 3sında avtomobili adına rəsmləşdirib, üzərində sərəncam vermək hüququnu əldə edərək, faktiki olaraq avtomobili heç bir şəxsə icarəyə vermədən özü idarə etdiyi halda, etibar və inamını möhkəmləndirmək məqsədi ilə yaxın etibarlı tanışına aylıq 500 manata icarəyə verdiyini bildirərək 19 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məlumatı olmadan avtomobili dəyərindən az qiymətə digər şəxsə satıb əldə etdiyi pulunu ələ keçirərək Zərərçəkmiş şəxs 8700 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı Şahid3 xalası qızıdır. ünvan 4 ünvanında yerləşən həyət evi ona məxsus olmuşdur. 2022-ci ilin dekabr ayında arvadı Sevdanın xalası Şahid4 və anası X1 həmin ünvanda yaşamışdırlar. Onun özü də arvadı Sevda ilə ara-sıra həmin evə gedib orada qalmışdırlar. Həmin dövrdə özünə məxsus iki ədəd avtomobili olmuş, onları taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə vermişdir. Bu barədə Mətanətin xəbəri olmuşdur. 2022-ci ilin dekabr ayında Mətanət ona evini satmağı və əldə olunmuş pula minik avtomobilləri alıb taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib pul qazanmağı təklif etmişdir. Mətanətə bunun gəlirli iş olduğunu deyib, işin gedişatını ona ətraflı izah etmişdir. Bundan sonra Mətanət Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində yerləşən həyət evini 52.500 manata satmışdır. 15 dekabr 2022-ci il tarixdə o, «Chevrolet Aveo» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı internet səhifələrindən birindən tapıb, bu barədə Mətanətə demiş və Mətanət razılaşdıqdan sonra həmin avtomobili 8.050 manata alıb Mətanətin adına rəsmiləşdirmişdirlər. Mətanətin razılığı ilə ilkin ödəniş olaraq 350 manat alıb Mətanətə verdikdən sonra avtomobili onun təklifi ilə 26 aylıq və hər ay 500 manat olmaqla sonda isə avtomobili icarəyə götürən şəxsə qalmaq şərti ilə X5 2022-ci ilin təxminən son günlərində vermişdir. Şaiq 2023-cü ilin yanvar ayından eşidib bildiyinə görə hər ay 500 manat olmaqla 9 ay cəmi 4.500 manat ödəmişdir. Şaiq əsasən icarə haqqını Mətanətin özünə ödəmiş bəzi hallarda isə Mətanətə çatdırmaq üçün ona vermişdir. Sonradan Şaiq avtomobili vurub əzdiyi üçün 2023-cü ilin sentyabr ayının əvvəlində X11 verilən etibarnaməni ləğv etdirmiş və avtomobili Masazır qəsəbəsi ərazisində yerləşən duracaqdan götürmüşdür. Avtomobil ilə yol hərəkəti qaydası pozulmasına görə ümumilikdə 1.000 manat cərimə və 1.000 manat yararsız vəziyyətə düşməsinə görə Mətanət ondan 2.000 manat pul tələb etmişdir. Lakin həmin avtomobildən gəlir əldə etmədiyi üçün Mətanətə pul ödəməkdən imtina etmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayının 26-da Mətanət üçün eyni qaydada «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobil tapmış, Mətanət avtomobili bəyəndikdən sonra həmin avtomobili 8.700 manata razılaşıb almışlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən 16 saylı notariat kontorunun qarşısında 8.700 manat pul satıcıya verildikdən sonra avtomobili Mətanətin razılığı əsasında adına rəsmiləşdirmişdir. Həmin avtomobili təxminən 4-5 ay Mətanətin razılığı ilə özü idarə etmişdir. Həmin müddətdə Mətanətin özü də harada gedərkən onu həmin avtomobillə aparmışdır. Əvvəllər dostundan aldığı borcu dostu anasının əməliyyat olunması ilə əlaqədar təcili istədiyindən o, çıxılmaz vəziyyətdə qalmış və Mətanətin avtomobilini ondan xəbərsiz 7.000 manata tanımadığı şəxsə satmışdır. Həmin puldan 3500 manatını dostuna verərək borcunu qaytarmış, 3500 manata isə taksi kimi fəaliyyət göstərməsi üçün köhnə iki avtomobil götürmüş, Mətanətə isə onun avtomobilini satdığını deməmiş, guya həmin avtomobili icarəyə başqa şəxsə verdiyini və həmin şəxsin ayda ona 500 manat verəcəyini demişdir. O, Mətanətə guya avtomobildən gələn gəlir kimi ümumilikdə 1500 manat pul vermiş, sonradan götürdüyü avtomobillərin motorları yandığından pul verə bilməmiş, bu səbəbdən Mətanət aylıq pulu tələb etməyə başlamış, aylıq pul verilmədiyi halda avtomobili verdiyi şəxsdən geri alınmasını tələb etmişdir. Bu zaman o, məcbur qalaraq Mətanətin avtomobilini satması barədə arvadına demiş, arvadı isə bu barədə Mətanətə məlumat verməyi məsləhət görmüşdür. Bundan sonra arvadı ilə birlikdə Mətanətə onun avtomobilini 06 aydır ki, başqa şəxsə satdığını demişdir. Bundan sonra Mətanət ondan şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan onun tərəfindən tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs «Opel Meriva» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili almağa gedərkən avtomobilin onun adına alınması fikrinin olmadığı və notariusa avtomobili məhz Mətanətin adına almaq üçün getdiklərini, bu səbəbdən də Mətanətin də onunla birlikdə getdiyini, notariusda olarkən orda olan işçilərdən birinin avtomobilin gələcəkdə rahatlıqla Mətanətin adına keçirilə bilməsinin mümkün olması üçün etibarnamə ilə satılan avtomobilin başqa şəxsin adına alınmasının daha məqsədəuyğun olduğunu bildirdiyini, bu barədə Mətanətə deyən zaman Mətanətin avtomobilin onun adına alınmasına etiraz etmədiyini, sonralar evdən köçmək, torpaq almaq məsələləri ilə bağlı danışıqlar olduğundan və Mətanət “ola bilər ki, «Opel Meriva» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili sataq və icarəyə verməyək” dediyindən avtomobili icarə vermədiyini və 4-5 ay özünün həmin avtomobili Mətanətin razılığı ilə idarə etdiyini, onlar bir evdə yaşadıqlarından Mətanətin hər gün avtomobilin onun istifadəsində olduğunu gördüyünü, hətta bir yerə gedən zaman Mətanəti həmin avtomobillə özünün apardığını, bir müddət sonra əvvəllər borc aldığı dostunun anasının əməliyyat olunacağını və pulu qaytarmasını istədiyini, bu zaman pulu olmadığından məcburiyyət qarşısında qalaraq Mətanətin avtomobilini sataraq dostunun borcunu qaytardığını, qalan məbləğə isə iki köhnə avtomobil götürərək icarəyə verdiyini, Mətanətə avtomobilin satılması barədə bir söz demədiyini, avtomobili icarə verdiyini dediyini, ümumilikdə 1500 manat məbləğində pulu Mətanətə guya həmin avtomobilin icarəsindən əldə edilmiş icarə haqqı kimi verdiyini, lakin sonradan digər iki avtomobilin motorlarında problem olduğundan gəlir əldə bilmədiyini və bu səbəbdən də Mətanətə pul verə bilmədiyini, Mətanətin artıq hər dəfə icarə pulu istədiyini gördükdən sonra Mətanətə avtomobili satdığını bilirdiyini, avtomobili aprel ayında satsa da, bu barədə Mətanətə sentyabr ayında məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsus olmuşdur. 2022-ci ilin dekabr ayınadək həmin ünvanda onunla birlikdə xalası X2, X1, eyni zamanda Leyanın qızı Şahid3 və onun əri Təqsirləndirilən şəxs yaşamışlar. 2022-ci ilin dekabr ayında o, evini satmaq qərarına gəlmişdir. Həmin vaxt Ümüd evin satışından əldə olunmuş pula minik avtomobilləri alıb taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü icarəyə verməyi təklif etmişdir. Ümüd bu işin gəlirli olduğunu bildirdiyi üçün evini satdıqdan sonra Ümüdlə birlikdə avtomobil almaq qəarrına gəlmişlər. 15 dekabr 2022- ci il tarixdə Ümüd «Chevrolet Aveo» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili tapmış və o, həmin avtomobili bəyənib 8.050 manata alıb öz adına rəsmiləşdirmişdir. Həmin avtomobili Ümüd Şaiq adlı .əxsə icarəyə vermişdir. Sonradan Şaiq həmin avtomobillə qəzaya uğradığından avtomobil pis vəziyyətə qalmışdır. Bundan başqa 2022-ci ilin dekabr ayının 26-da Ümüd ona «Opel Meriva» markalı, 90-UN- 812 dövlət qeydiyyat nişanlı avtomobil tapmış, həmin avtomobili 8.700 manata razılaşıb almışlar. Həmin avtomobili alan zaman sonradan avtomobilin onun adına rahat keçirilməsini təmin etmək üçün avtomobil onun öz razıllığı ilə Ümüdin adına rəsmiləşdirilmişdir. Ümüd bir müddət, təxmindən 06 aya yaxın müddət ərzində avtomobili özü idarə etmişdir. O, buna etiraz etməmiş, düşünmüdür ki, Ümüd də onlarla yaşayır və avtomobilin evin avtomobili kimi Ümüd tərəfindən idarə olunur. Belə ki, evdə olan şəxsləri, o cümlədən, onun özünü harasa aparmaq lazım olanda Ümüd onları həmin avtomobillə aparırmış. Bir müddət sonra Ümüd ona avtomobili icarəyə verdiyini və icarə haqqı kimi ona ayda 500 manat ödəniş ediləcəyini bildirmişdir. Lakin 06 ay keçməsinə baxmayaraq Ümüd ona cəmi 1500 manat məbləğində pul vermişdir. Belə olan halda o, Ümüddən avtomobili həmin şəxsdən geri almasını istəmiş, bu zaman Ümüd ona həqiqiətləri deyəırək avtomobili bir neçə ay öncə özünün kiməsə borcu olması səbəbindən satdığını bildirmişdir. O, Ümüdin onu aldatmasından hiddətlənərək bununla bağlı polis orqanına şikayət vermişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Ümidin təxminən 06 aya yaxın müddətdə «Opel Meriva» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini, havalar soyuq olduğundan və Ümid onun ailəsinin bir üzvü olduğundan Ümidin avtomobili özünün idarə etməsinə etiraz etmədiyini, Ümidin onu da bir yerə gedən zaman həmin avtomobillə apardığını, bir müddət sonra avtomobili həyətdə görmədiyindən Ümiddən bu barədə soruşduqda Ümidin avotomobili ayda 500 manat icarə haqqı ilə başqa şəxsə icarəyə verdiyini bildirdiyini, lakin bir neçə ay icarə haqqı verilmədiyini gördükdə Ümiddən icarəyə verdiyi şəxsdən avtomobili alıb geri gətirməsini tələb etdiyini, bu zaman Ümidin ondan sanki qaçdığını hiss etdiyini, daha sonra Ümidin ona avtomobili satdığını bildirdiyini, Ümidin ondan avotmobili icazə almadan satmasının ona pis təsir etdiyini, ilkin olaraq Ümüdə pulun qaytarılması üçün vaxt verdiyini, lakin Ümüdün pulu qaytarmadığını, bu səbəbdən də ondan həmin vaxt şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı ilə birlikdə bir müddət xalası qızı Mətanətlə birlikdə yaşamışlar. 2022-ci ildə Mətanət özünün evini satmaq istədiyini bildirmiş, həmin vaxt Ümid ona yaxşı gəlir əldə etmək istəyərsə həmi puldan avtomobillər alıb icarəyə verə biləcəyini demişdir. Mətanət isə onunla razılaşmşdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Mətanətin vəsaiti hesabına Ümüddən eşidib bildiyinə görə bir avtomobil alıb Mətanətin adına rəsmiləşdirməklə, icarəyə vermişdirlər. X12 arasında olan ticarət münasibətlərindən məlumatı olmamışdır. 2022-ci ilin dekabr ayının 26-da Mətanətin vəsaiti hesabına ikinci, yəni «Opel Meriva» markalı avtomobil Ümüdin vasitəçiliyi ilə alınmışdır. Eşidib bildiyinə görə həmin avtomobil 8.700 manata alınmış və Mətanətin razılığı ilə Ümüdin adına etibarnamə verilmişdir. Ümüd bir neçə ay həmin avtomobili idarə etmiş və Mətanətin özünün də bundan məlumatı olmuşdur. Sonradan Ümüd avtomobili icarəyə verdiyini bildirmişdir. Bir müddət sonra Mətanət Ümüddən icarə haqqını tələb etməyə başlamşdır. Bu zaman Ümüd ona demişdir ki, avtomobili icarəyə verməmiş, həmin avtomobili 7.500 manata satmış və pulun bir hissəsi ilə dostuna olan borcunu ödəmiş, qalan hissəsinə isə iki avtomobil götürüb icarəyə vermişdir ki, Mətanətin aylıq icarə pulunu ödəyə bilsin. O, Ümüdə Mətanətə yalan danışıb, onun xəbəri olmadan «Opel» markalı avtomobili satıb pulunu xərclədiyinə görə iradını bildirmiş, hətta buna görə aralarında narazılıq da yaranmışdır. Sonradan onlar birlikdə Mətanətin yanına getmişlər, bu zaman Ümüd mətanətə doğrunu söyləyərək avtomobili satdığını bildirmişdir. Bundan sonra Mətanət br qədər pulun qaytarılmasını gözləsə də, sonradan şikayətlə polis orqanına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs oğlu Ümüdün arvadı Şahid3 xalası qızıdır. Onların arasında heç bir vaxt narazılıq, ədavət və düşməçilik olmamış və yoxdur. Təxminən 2022-ci ilin sonlarında Ümüddən eşidib bilmişdir ki, o, Zərərçəkmiş şəxs ilə avtomobil alıb taksilik fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə verib pul qazanmaq niyyətindədir. O, bu işə razı olmadığını bildirmişdir. Lakin oğlu onun sözünü diqqətə almamışdır. Bu səbəbdən sonradan Ümüdlə Mətanət arasında olan danışıqlardan, birgə maşın almalarından və ya satmalarından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, mülkiyyətində olan «Opel Miriva A», **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin dekabr ayının ortalarında şəxsi ehtiyacları ilə bağlı satmaq qərarına gəlmiş, bununla bağlı «Turbo.az» alqı-satqı internet saytında avtomobili 8.500 manata elana yerləşdirmişdir. 25 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ona zəng edib avtomobil ilə maraqlanmış və avtomobilə baxmaq istədiyini demişdir. Həmin gün, saat 21:30-da Bakı şəhəri Sabunçu rayoun Bakıxanov qəsəbəsində Ümüdlə görüşmüş, Ümüd avtomobilə baxıb bəyənmişdir. Həmin vaxtı Ümüdin yanında adını bilmədiyi dostu kimi təqdim ediyi bir nəfər şəxs olmuşdur. Ümüd avtomobili alacağını, lakin hazırda üzərində pulu olmadığını, bir gün əvvəl rayonların birində avtomobil elanları vasitəsi ilə bir avtomobil tapdığını və avtomobil sahibinin kart hesabına 200 manat pul göndərdiyini, lakin səhərisi gün həmin şəxsin onun zənglərinə cavab vermədiyini, beləliklə də 200 manat itirdiyini deyib xahiş etmişdir ki, ona 200 manat endirim etsin. Enidirim etmiş və avtomobili 8.300 manata satılmasına razılıq vermişdir. Maşının əlavə xərcləri olduğundan notariusda 200 manatı Ümidgilə qaytarmışdır. 26 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsinə gələrək Ümüd xalası kimi təqdim etdiyi, əvvəllər tanımadığı, münasibəti olmadığı, araşdırma zamanı adını bildiyi Zərərçəkmiş şəxs adlı qadınla gəlib avtomobilə baxıb xalası da avtomobili bəyəndikdən sonra Sabunçu rayonu ərazisində yerləşən 16 saylı notariat ofisinə getmişdirlər. Orada Ümüddən etibarnamənin kimin adına verəcəyini soruşduqda, Ümüd xalasına gələcəkdə adına keçirmək asan olmaqdan ötrü etibarnamənin onun adına verilməsini təklif etmişdir. Xalası razılıq verdikdən sonra Ümüdin adına etibarnamə vermişdir. Sonra notariat kontorunun qarşısında avtomobildə Ümüdin xalası pulu sayıb Ümüdə 8300 manat, Ümüd isə həmin pulu ona vermişdir. Sonra Ümüdlə avtomobildən düşmüş Ümüdə 200 manat qaytarmışdır. 200 manat pulun Ümüdə qaytarıldığını xalası görməmişdir. Təqsirləndirilən şəxs 8.700 manat deyil avtomobili 8.100 manata satmışdır. Ümüdün xalasına hansı qiymətə avtomobili aldığını, xalasından hansı məbləğdə pul almasını bilmir, onların arasında olan söhbətdən məlumatı olmamışdır. 2023-cü ilin aprel ayının 19-da Ümüd ona zəng edib Gəncə şəhərində olduğunu, ondan aldığı həmin avtomobili başqa şəxsə satdığını, lakin alan şəxs etibarnamə müddətinin çox olması üçün avtomobilin mülkiyyətçisnin özünjən etibarnamə alınması istədiyini deyib xahiş etmişdir ki, həmin şəxsin adına etibarnamə versin. Ümüdə inanıb həmin avtomobilə dair mobil notariat tətbiqi vasitəsi ilə onlayn qaydada Şahid5 adından etibarnamə vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məlumatı olmadan «Opel Miriva A», **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili digər bir şəxsə sataraq pulunu ələ keçirib ona qarşı dələduzluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. Şahid X3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı qızı, Ümüd bacısı Leyla Mustafayevanın kürəkəni, Leylanın qızı Sevda Ümüdin arvadıdır. 2022ci ilin dekabr ayında Ümüd Mətanətə təklif etmişdir ki, avtomobil alıb onları taksi xidməti ilə məşğul olan şəxslərə icarəyə verməklə gəlir əldə etsinlər. Mətanət də Ümüdə inanıb Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən evini satıb, əldə olunmuş puldan 01 ədəd «Chevrolet» markalı bir müddətdən sonra isə 01 ədəd «Opel» markalı avtomobilləri Ümüdin vasitəçiliyi ilə almışdır. Avtomobillər Mətanətin vəsaiti hesabına alınmışdır. «Chevrolet» markalı avtomobil icarəyə verilmiş, lakin sonradan icarəyə götürən şəxslə narazılıqlar yarandığından Mətanət həmin avtomobili geri almışdır. «Opel» markalı avtomobilə dair etibarnamə Ümüdə verilmiş və Ümüd bir müddət həmin avtomobili idarə etdikdən sonra kiməsə icarəyə verdiyini demişdir. Lakin sonradan məlum olmuşdur ki, Ümüd Mətanəti aldadıb Mətanətin xəbəri olmadan «Opel» markalı avtomobili satıb pulunu isə xərcləmişdir. Bu barədə Mətanətdən eşidib bilmişdir. Bununlda bağlı Ümüdə iradını bildirdikdə Ümüd həmin avtomobili həqiqətən satıb pulunu xərclədiyini etiraf edib, iradından heç bir nəticə çıxarmamış Mətanətin pulunu qaytarmamışdır. Ümüdin «Chevrolet» markalı avtomobili konkret olaraq kimə, hansı məbləğə, hansı müddətə icarəyə verdiyini, icarəyə götürən şəxsin hansı müddətdə, hansı məbləğdə icarə haqqını ödəməsi, Ümüdin aldığı həmin icarə pulundan Mətanətə hansı məbləğdə pul verməsi, avtomobillərin hansı məbləğə alınması və Ümüdin «Opel» markalı avtomobili hansı qiymətə satması barədə ətraflı məlumatı yoxdur. Şahid5 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamış və yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə 19 aprel 2023-cü il tarixdə Gəncə şəhərində «Opel Miriva A», **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən görüb tanımışdır. Belə ki, 2023-cü ilin aprel ayının 2-ci ongünlüyündə internet səhifələrin birində «Opel Miriva A», **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı barədə elan yerləşdirildiyini görüb orada olan elan sahibinin, yəni Təqsirləndirilən şəxs telefon nömrəsi ilə əlaqə saxlayıb avtomobil barədə məlumatlar əldə etmişdir. Avtomobilin dəqiq hansı qiymətə elana yerləşdirildiyini xatırlamır, həmin avtomobili o, 8.500 manata almışdır. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxs avtomobili onun xahişi ilə Gəncə şəhərinə gətirmişdir. Axşam saatları olduğu üçün notariat kontorları işləmədiyindən, eyni zamanda avtomobilin mülkiyyətçisdən birbaşa etibarnamə almaq istədiyini dediyi üçün Ümüd avtomobilin mülkiyyətçisi, tanımadığı, heç bir münasibəti olmadığı Seymur adlı şəxslə əlaqə saxlamış və ondan xahiş etmişdir ki, onun adına mobil notariat vasitəsi ilə onlayn qaydada etibarnamə versin. Seymur etiraz etməmiş və mobil notariat vasitəsi ilə onlayn qaydada etibarnamə vermişdir. Sonradan ehtiyyacı olduğu üçün avtomobili satmışdır. Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamış və yoxdur. Təqsirləndirilən şəxs hər hansı bir şəxsi aldadıb, qeyd olunan avtomobili satıb pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmsəi barədə məlumatı olmamışdır. Avtomobilin sənədlərdə mülkiyyətçisi Seymur adlı şəxs qeyd olunmuşdur. Mətanət adlı şəxslə Təqsirləndirilən şəxs arasında nə kimi münasibətlərin olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs nə üçün 7.000 manata avtomobili ona satdığını dediyini başa düşmür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamdan görünür ki, o, yazılı şəkildə Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi 8700 manat pul vəsaitinin 4000 manatını 27 noyabr 2023-cü il tarixdə, saat 09:30-da ödəməyə söz verdiyini bildirmişdir (i.v.52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli, 3-13-16/2-182540/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur (i.v.104). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 3-13-162-182812/2023 saylı məktubdan görünür ki, “Opel Meriva- A” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş, 19 aprel 2023-cü il tarixdən nəqliyyat vasitəsinə sərəncam hüququ etibarnamə əsasında Şahid5 keçmişdir (i.v.105-107). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, üzləşmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı, Təqsirləndirilən şəxs isə ifadəsindəki xüsusatları Zərərçəkmiş şəxs üzünə qarşı demişdir (i.v.212-215). Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı, o isə öz ifadəsindəki xüsusatları şahidin üzünə qarşı demişdir (i.v.216-218). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində həmin maddənin deyil, AR CM-nin 179.2.4-cü maddəsinin tərkibinin olması həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin ifadəsi, həm də şahid ifadələri ilə təsdiq olunduğundan onun əməli AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 179.2.4cü maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. AR CM-nin 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Hazırda məhkəmə iclasında tədqiq edilmiş ifadələr və iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus «Opel Meriva» markalı avtomobili talama niyyətinin avtomobili etibarnamə ilə təqsirləndirilən şəxsin adına rəsmiləşdirilən zaman deyil, avtomobil təqsirləndirilən şəxsə etibar edildikdən bir müddət sonra yaranması müəyyən olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin hələ ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobili Mətanətlə birlikdə 8700 manata razılaşıb almışlar, Mətanətin razılığı ilə avtomobil onun adına rəsmiləşdirilmiş, həmin avtomobili Mətanətin razılığı ilə 2-3 ay özü idarə etmiş, lakin sonradan öz avtomobilləri yararsız hala düşdüyündən və pula ehtiyacı olduğundan Mətanətin avtomobilini ondan xəbərsiz satmaq qərarına gələrək 7000 manata tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs həm sərbəst ifadəsində, həm də ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onlar Mətanətlə birlikdə «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobili satın almağa gedərkən həmin avtomobili bundan öncə aldıqları avtomobil kimi Mətanətin adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdiricəklərini düşünmüşlər. Lakin notariat kontorunda avtomobili satan şəxsin avtomobili etibarnamə əsasında satması müəyyən edildiyindən onlar Mətanətlə razılaşmışlar ki, avtomobili ilkin olaraq onun adına rəsmiləşdirsinlər ki, daha sonra Mətanətin mülkiyyətinə verilən zaman Mətanətin adına keçirilməsi rahat olsun. Avtomobil alındıqdan sonra təxminən 4-5 ay ərzində Mətanətin razılığı ilə onun tərəfindən idarə edilmiş, Mətanətin özünü də bir yerə aparmaq lazım olan zaman Mətanəti də həmin avtomobillə gedəcəyi yerə aparmışdır. Bir müddət avtomobili idarə etdikdən sonra əvvəllər borc aldığı dostu anasının əməliyyat olunacağını deyərək ondan borcunu tələb etmiş, həmin vaxt onun borcu qaytarmağa imkanı olmadığından düşünmüşdür ki, Mətanətin avtomobilini sataraq dostunun borcunu ödəsin. O, avtomobili 7000 manata sataraq dostunun borcunu ödəmiş, qalan məbləğə isə iki ədəd köhnə avtomobil götürərək icarəyə vermişdir. Mətanətə isə «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobili icarəyə verdiyini deyərək ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1500 manat pul verərək avtomobilin icarəsindən gələn pul kimi təqdim etmişdir.Daha sonra isə Mətanətə pul verə bilmədiyindən özü Mətanətə həqiqəti deyərək avtomobili satması barədə məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar, yəni daha öncə də Ümüdlə Mətanətin birlikdə avtomobil alaraq icarəyə verdikləri, həmin avtomobili alqı-satqı müqaviləsi ilə aldıqlarından birbaşa Mətanətin öz adına rəsmiləşdirdikləri, «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobili satın almağa gedərkən həmin avtomobili də Mətanətin adına rəsmiləşdirəcələrini düşündükləri, notariusda olan zaman satıcının avtomobili etibarnamə əsasında satması müəyyən edildikdən sonra avtomobilin zərərçəkmiş şəxsin razılığı ilə Ümüdün adına rəsmiləşdirilməsi, həmin avtomobilin təxminən 4-5 ay ərzində Ümüdün özü tərəfindən idarə olunması və evdə olan hər kəsi bir yerə aparmaq lazım olan zaman həmin avtomobillə aparması, Ümüdün ailəsi ilə Mətanətin bir evdə yaşamaları və onların bir ailə kimi olmaları, bu səbəbdən avtomobilin aylar ərzində Ümüd tərəfindən idarə olunmasına etiraz etməməsi, təxminən 4-5 aydan sonra zərərçəkmiş şəxsin Ümüdün həmin avtomobili idarə etdiyini görməməsi və avtomobilin harada olması barədə soruşduqda Ümüdün avtomobili başqa şəxsə icarəyə verməsini bildirməsi, bundan təxminən 5 ay sonra Ümüdün ona avtomobili ehtiyacı olduğundan satması barədə məlumat verməsi Zərərçəkmiş şəxs ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobildən öncə də başqa avtomobili zərərçəkmiş şəxslə birlikdə alarkən avtomobilin zərərçəkmiş şəxsin adına rəsmiləşdirilməsinin, «Opel Meriva» markalı, **-UN- *** dövlət nömrə nişanlı avtomobili zərərçəkmiş şəxslə almağa gedərkən avtomobilin Ümüdün adına rəsmiləşdirmək kimi bir danışığın olmamasının, əksinə zərərçəkmiş şəxsin öz adına alınmasına dair planlarının olmasının, alqı-satqı zamanı avtomobilin mülkiyyətçisinin etibarnamə ilə satışı həyata keçirməsi səbəbindən zərərçəkmiş şəxsin razılığı ilə avtomobilin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsinin və bundan sonra uzun müddət ərzində avtomobilin zərərçəkmiş şəxsin razılığı ilə təqsirləndirilən şəxs tərəfindən idarə olunmasının, avtomobilin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsindən uzun müddət sonra özünün pul ehtiyacı olması səbəbindən həmin avrtomobili zərərçəkmiş şəxsə deməsi satmasının öz təsdiqini tapması Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını ələ keçirərkən talama niyyətinin olmasını istisna etməklə onda talama niyyətinin əmlakın ona etibar olunmasından xeyli müddət sonra yaranmasına dəlalət edən hallardır. Belə ki, əgər həqiqətən də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əmlakını öncədən talamaq niyyəti olsa idi, həmin avtomobili öz adına rəsmiləşdirmək üçün daha öncədən zərərçəkmiş şəxsi razı salardı və həmin avtomobili adına rəsmiləşdirildikdən sonra uzun müddət sonra deyil (Belə ki, zərərçəkmiş şəxs istənilən zaman avtomobilin alqı-satqı ilə öz adına rəsmiləşdirilməsini tələb edə bilərdi), əldə etdikdən dərhal və ya qısa müddət sonra sataraq zərərçəkmiş şəxsə avtomobili danışdıqları kimi icarəyə verdiyini bildirməklə onu aldadardı. Məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs «Opel Meriva» markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobil onun adına zərərçəkmiş şəxsin razılığı ilə rəsmiləşdirilən zaman həmin avtomobili satmaq və ya başqa formada talamaq niyyəti olmamış, o, bir neçə ay zərərçəkmiş şəxsin razılığı ilə zərərçəkmiş şəxsin bildiyi və gördüyü şəraitdə (nəzərə alınsa ki, həmin vaxtlar zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs eyni evdə yaşamışlar) idarə etmiş, bir neçə ay sonra pula ehtiyacı olduğundan başqa şəxsə məxsus olduğunu bildiyi halda sahibliyinə və istifadəsinə etibar olunaraq verilmiş avtomobili talamaq niyyəti yaranmış, bundan sonra avtomobili zərərçəkmiş şəxsin razılığı olmadan sataraq əldə edilmiş vəsait üzərində sərəncam vermişdir ki, bu da təqsirləndirilən şəxsin əməlində dələduzluq deyil, məhz mənimsəmə cinayətinin əlamətlərinin olmasının göstəricisidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Təqdim edilmiş pulun təhvil verilməsi və təhvil alınması haqqında” 30 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası 8700 manat puldan 1000 manat pulu təhqiqata təqdim etmişdir (i.v.61). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.93). “Axtarışda olan şəxsin könüllü gəlməsinə dair” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 13-cü PŞ-nə gəlmiş və Sabunçu RPİ-nin MSY-nə təmin edilmişdir (i.v.112). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 4(008)- 65/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.149-155). Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 4(103)-128/2024 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 4(008)-65/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (i.v.165-169). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli, 4(008)- 105/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə uzadılmışdır (i.v. 180-183). 1607 və 3330 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2018-ci il təvəllüdlü (X8) və 06 may 2021-ci il təvəllüdlü (X7) uşaqları var (i.v.188). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4(008)- 125/2024 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(008)- 292/2024 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilərək onun məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onun Ümüd Allhaverdiyevə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını (CM-59.1.12), cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək törətdiyi əməli boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun həbsdə və ev dustaqlığında saxlandığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 06 ay 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-292/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-292/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver