Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-295/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda AR ƏN PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi ilə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 22:45 radələrində ünvan 3 ünvanında yerləşən “Badu Kubə” şadlıq sarayının qarşısında alkoqol sərxoşluğu vəziyyətində ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgə yaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onunla birlikdə markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə oturmalarını və onları aparacağını bildirdikdə Zərərçəkmiş şəxs2 onun bu təklifinə etiraz etməsini cüzi səbəb kimi bəhanə edərək heç bir səbəb olmadan əvvəlcə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 qəsdən vurub ona üst dodağın selikli qişa səthinin əzilmiş səthi yarası, sol yanağın selikli qişa səthinin əzilmiş səthi yarası və ənsə nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirdikdən sonra xuliqanlıq hərəkətlərini inadla davam etdirib qohumu Zərərçəkmiş şəxs2 köməyinə gəlmiş ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs Zərərçəkmiş şəxs3 qarşı zor tətbiq edib əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona sol yanaq nahiyəsinin qançırla müşayiət olunan selikli qişa səthinin əzilmiş yarası, alın və döş qəfəsi nahiyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 24 noyabr 2024-cii il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə Ramana qəsəbəsi isitqamətində idarə etdiyi “Toyota” markalı, “Prius” modelli, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman həmin yolda ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər haıısı bir əsaslı səbəb olmadan, yəni həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi "Opel” markalı, “Astra” modelli, **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə tanışı Şahid1 Azər qızının olduğunu görüb yolun hərəkət hissəsində avtomobilini Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin ön tərəfinə hərəkət etdirərək Zərərçəkmiş şəxs1 avtomobilinin hərəkət etməsinə maneə yaratdıqda Zərərçəkmiş şəxs1 onun bu hərəkətlərinə məhəl qoymayıb avtomobilini geriyə doğru hərəkət etdirib oradan uzaqlaşdqda o, avtomobilini Zərərçəkmiş şəxs1 avtomobilinin arxasınca hərəkət etdirib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana küçəsində yerləşən "Buta” aptekin qarşısında idarə etdyi avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin sol yan hissəsindən vurduqdan sonra Zərərçəkmiş şəxs1 avtomobilini dayandırmasına nail olmuş, daha sonra xuliqanlıq hərəkətlərini davam etdirərək avtomobildən düşüb Zərərçəkmiş şəxs1 avtomobilini əl və ayaq zərbəlləri ilə vurmuş Zərərçəkmiş şəxs1 avtomobilini yenidən hərəkət etdirdiyini görüb silah qismində istifadə etdiyi yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs1 məxsus avtomobilin arxa şüşəsini sındıraraq yararsız hala salıb məhv edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 1060 manat məbləğində maddi ziyan vurub təkrar xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Lətafət və Ramidə adlı şəxsləri tanımır. xx.xx.2024-cü il tarixdə “Badu Kubə” şadlıq sarayında toyda olmuşdur. Həmin gün ilk öncə Gəncə şəhərinə gedib orada yas mərasimində iştirak etmişdir. Axşam tərəfi isə qeyd etdiyi şadlıq sarayına toya getmişdir. İçkili olacağını düşündüyündən atasına zəng edərək maşını ondan götürməsini bildirmişdir. Atası da həmin yerə gələrək avtomobili oradan aparmışdır. Toyda spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxslərə qarşı nalayiq ifadə işlətməsini, onlara xəsarət yetirməsini xatırlamır. Ümumiyyətlə o, elə bir tərbiyə almamışdır ki, kiminsə anasına, bacısına qarşı nalayiq ifadə işlətsin. O, növbəti gün Komsomol dairəsində skamyada ayılmışdır. Oraya necə gedib çıxmasını xatırlamır. Üzərində nə telefonu, nə pul qabı, nə saatı, nə ayaqqabısı olmuşdur. Daha sonra onları toy sahibindən götürmüşdür. Digər epizod üzrə isə Şahid1 onun tanışı olmuşdur. Zərərçəkmiş şəxs1 tanımır. xx.xx.2024-cü il tarixdə avtomobil idarə edərkən Aqşin onun avtomobilini vurmuş, o da ona görə onu təqib etmişdir. Daha sonra polis əməkdaşı onları saxladıqdan sonra yerdən tapdığı daşla Aqşinin avtomobilini zədələmişdir. Adi yol nəqliyyat hadisəsi olmuşdur. Polislər isə onu avtoxuliqan kimi onu tutmuşlar, maşını da cərimə meydançasına salınmış, 15 gün orada qalmışdır. Məhkəmədən ailəli olmasını, himayəsində uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində qardaşının övladı Leyla və qardaşının həyat yoldaşı Ramidə ilə qonşusunun toy məclisinə getmişlər. Həmin məclis Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində fəaliyyət göstərən “Badu kubə” restoranında keçirilmişdir. Həmin tarixdə saat 23 radələrində toy məclisindən çıxarkən restoranın qarşısında əvvəlcədən çağırdıqları taksiyə minmək üçün hərəkət etdikləri zaman bir nəfər tanımaqdıları kişi onlara yaxınlaşıb onlara onun idarə etdiyi avtomobilə əyləşmələrini və onları aparacağını bilidmirşdir. Bu zaman Ramidə həmin şəxsi itələyib bildirmişdir ki, onlardan uzaq dursun. Bu zaman onun özü taksiyə əyləşmiş. Leyla ilə Ramidənin də yaxınlaşmasını gözləmişdir. Lakin bir də baxmışdır ki. həmin naməlum şəxs yumruq zərbəsi ilə Ramidənin ağzından vurmuşdur. Bu zaman o, Ramidəyə köməklik göstərmək məqsədi ilə gedib Ramidəni vuran şəxsin əlindən Ramidəni almaq istəmişdir. Dostları kişini saxlayaraq onun əllərindən tutub arxaya doğru aparmaq istədikdə kişi təpik zərbəsi ilə onun sinə nahiyəsindən vurub onu yerə yıxmışdır. Onun epilepsiya xəstəliyi olduğundan yerə yıxılmış və qalxa bilməmişdir. Daha sonra ətradakı şəxslər onları onun əlindən almışlar. Hadisə zamanı həmin ərazidə onun özü, qardaşının arvadı Ramidə, qardaşı qızı Leyla, restorandan çıxan qonaqlar, orada dayanan taksilər və yoldan keçən tanımadığı xeyli sayda şəxslər olmuşdur. Hadisə təqribən 10 dəqiqə davam etmişdir. Həmin şəxsi tanımasalar da ətrafda olan şəxslər onları vuran şəxsi Rahib deyə səsləndirmişlər və buna görə də həmin şəxsin adının Rahib olduğunu düşünür. Hadisə zamanı həmin şəxs onları vurduğundan və qışqıraraq ona, Ramidəyə, onların nəslinə, kökünə söyüşlər söydüyündən hadisə yerinə xeyli sayda tanımadıqları şəxslər toplaşaraq həmin şəxsi sakitşləşdirməyə çalışırmışlar. Onlar sifarişləri ilə əlaqədar gələn taksiyə nəzər yetirdikdə həmin şəxs onlara yaxınlaşıb onları aparmağı təklif etmişdir. Bu zaman onlar ona taksinin gəldiyini və həmin takisiniıı onları evə aparacağını bildirmişlər. Bu zaman həmin şəxs onlara “belə də ki, mən sizi istədiyim yerə də apararam, məndən yaxşı birisi ilə getməyəcəksiniz’' deyə bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Onların ünvanına işlətdiyi bütün nalayiq ifadələri öz doğmalarını yığıb onların ünvanına desə ondan şikayətçi olmaz. Orada onların, ailə üzvlərinin ünvanına çox nalayiq ifadələr, söyüşlər etmişdir. Ona görə də təqsirləndirilən şəxsi bağışlamır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində qızı Leyla və baldızı Lətafət ilə qonşusunun toy məclisinə getmişdir. Həmin məclis Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində fəaliyyət göstərən “Badu kubə” restoranında keçirilmişdir. Həmin tarixdə saat 23 radələrində toy məclisindən çıxarkən restoranın qarşısında əvvəlcədən çağırdıqları taksiyə minmək üçün hərəkət etdikləri zaman bir nəfər tanımadıqları kişi onlara yaxınlaşıb onun idarə etdiyi avtomobilə əyləşmələrini və onları aparacağını bildirmişdir. Bu zaman həmin kişinin onun qızına yaxınlaşdığını və təkidlə onları avtomobilinə aparmaq istədiyini görüb həmin kişini itələmişdir ki, onlardan uzaq dursun. Bu zaman onu baldızı Lətafət xəstə olduğundan çağırdıqları taksiyə oturmuşdur. Lakin həmin an kişinin onu yumruqla vurmasını görüb Lətafət də taksidən düşərək onlara yaxınlaşaraq araya girmişdir. Baldızı Lətafət həmin kişiyə nə etməsini və onun ailə üzvlərinə qarşı eyni hərəkət edildiyi halda qəbul edib etməyəcəyini soruşduqda həmin kişi Lətafətə, ona və ailə üzvlərinə küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Bu zaman Lətafət onu vuran şəxsin üzərinə getmişdir. Lətafət kişinin üzərinə gələn zaman dostları kişini saxlayaraq onun əllərindən tutub arxaya doğru aparmaq istədikdə kişi təpik zərbəsi ilə Lətafətin sinə nahiyəsindən vuraraq Lətafəti yerə yıxmış və söyüşlər söyməyə davam etmişdir. Bundan sonra ətradakı şəxslər həmin mənzərəni görüb adı sonradan onlara məlum olan Rahibin dostları ilə birlikdə onları Rahibin əlindən almışlar. Hadisə zamanı həmin ərazidə onun özü, baldızı Lətafət, qızı Leyla, restorandan çıxan qonaqlar, orada dayanan taksilər və yoldan keçən tanımadığı xeyli sayda şəxslər olmuşdur. Hadisə təqribən 10-15 dəqiqə davam etmişdir. Rahib onları vurduğundan və qışqıraraq ona, Ramidəyə, onların nəslinə, kökünə söyüşlər söydüyündən hadisə yerinə xeyli sayda tanımadığı şəxslər toplaşaraq Rahibi sakitşləşdirməyə çalışmışlar. Təqsirləndirilən şəxsdən hər hansı maddi tələbləri yoxdur, lakin onların, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən, onlara xəsarət yetirdiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əlyev prospektindən Ramana qəsəbəsi istiqamətinə gedən yol ilə idarə etdiyi özünə məxsus “Opel” markalı, “Astra” modelli **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə tanışı Şahid1 ilə birlikdə hərəkətdə olan zaman Ramana qəsəbəsindən tanıdığı Rahib adlı şəxs idarə etdiyi “Toyota” markalı, “Prius” modelli **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun avtomobilinin qarşısında saxlayaraq onun avtomobilinə yaxınlaşmaq istəmişdir. Bu zaman avtomoildə onun yanında olan Banu Rahibin ona görə gəldiyini və problemli bir şəxs olduğunu ona bildirdikdə o, avtomobilini arxaya hərəkət etdirib hərəkət istiqamətini dəyişərək oradan uzaqlaşmış və DİN-niıı 102 xitmədinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər oradan uzaqlaşaraq üzü komsomol dairəsi istiqamətində hərəkətdə olan zaman Rahib gəlib ona çataraq idarə etdiyi avtomobilin sağ hissəsini onun idarə etdiyi avtomobilin sol hissəsinə 2 dəfə çırpmışdır. Bundan sonra oradan uzaqlaşmaq istəsə də Rahib avtomobilini onun avtomobilinin qarşısında saxlayaraq onu dayandırmışdır. O, avtomobilini saxladıqdan sonra Rahib idarə etdiyi avtomobildən düşüb onun avtomobilinə tərəf gələrək qapını açmaq istəmiş, lakin qapıları içəridən kilitlədiyi üçün Rahib onun avtoobilinin qapısını aça bilməmişdir. Bundan sonra Rahib onun avtomobilinin şüşəsinə yumruq-təpik zərbələri vuraraq sındırmağa çalışmış, sonra isə o, avtomobilini hərəkətə gətirərək oradan uzaqlaşmaq istədikdə Rahib yerdən daş götürərək onun avtomobilinin arxa şüşəsinə vuraraq atomobilin arxa şüşəsini sındırmışdır. Baş vermiş hadisə nəticəsində ona təqribən 1060 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə özündən əlavə 2 qız və 1 oğlan olmuşdur Onun idarə etdiyi avtomobildə isə tanışı Şahid1 olmuşdur. Hadisə 24 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi, “Döneretto” dönər evinin qarşısında olan işıqforda baş vermişdir. Hadisə Təqsirləndirilən şəxs onun avtomobilini vuraraq onun arxasınca düşməsindən YPX əməkdaşının onlara saxla əmri verməsinə və Rahibin onun avtomobilinə hücum çəkməsinə qədər olan müddətdə təxminən 15-20 dəqiqə ərzində olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ərazidən yalnız üzdən tanımışm, əvvəllər Rahiblə onun arasında hər hansısa bir dava-dalaş və ya mübahisə baş verməmişdir. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Bundan başqa hadisə yolda baş verdiyi üçün hərəkət dayanmış, ətralda xeyli sayda onun tanımadığı şəxslər hadisənin şahidi olmuşlar. Həmin daş parçası onun avtomobilinə dəydikdə idarəetməni itirməmək üçün sükandan bərk tutmuş və hadisə yerindən uzaqlaşmışdır. Bu səbəbdən də daş parçasının hara düşməsini bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə axşam sallarında tanışı Aqşinlə görüşmüş, saat 22 radələrində Aqşinin idarə etdiyi 01-CJ-9Ü2 dövlət qeydiyyat nömrə nişanlı, "Opel” markalı, "Astra” modelli avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindən Ramana qəsəbəsi istiqamətinə gedən yol ilə hərəkətdə olan zaman əvəllər münasibəti olduğu Rahib adlı şəxs onu görüb, idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı "Toyota” markalı, "Prius” modelli avtomobili ilə onun sərnişin qismində oturduğu avtomobilin qarşısında saxlayaraq avtomobilə yaxınlaşmaq istədikdə bu zaman o, Aqşinə Rahibin problem yaradacağını bildirmişdir. Aqşin də onunla eyni fikirdə olduğundan avtomobili arxaya hərəkət etdirib hərəkət istiqamətini dəyişərək oradan uzaqlaşmağa cəhd etmişdir. Ancaq Rahib onların arxasınca təqib edərək yenə gəlib avtomobilini Aqşinin avtomobilinin qarşısına vermiş və hətta idarə etdiyi avtomobili ilə Aqşinin avtomobilinə ziyan vurmuşdur. Bundan sonra Aqşin avtomobili saxlamışıdr. Rahib isə avtomobilə yaxınlaşaraq Aqişinə düşməsini tələb etmişdir. Aqşin isə qapılan kilidlə bağlamış və avtomobildən düşməmişdir. Bu zaman Rahib ona tərəf olan qapıdan avtomobilə yaxınlaşmış, ancaq qapını aça bilməyib daha da hiddətlənərək avtomobilin şüşələrinə və kuzovuna yumruq-təpik zərbələri vuraraq sındırmağa çalışmışdır. Bundan sonra Aqşin avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaq istədikdə Rahib yerdən daş götürərək Aqşinin avtomobilinin arxa alın şüşəsinə vuraraq avtomobilə ziyan vurmuşdur. Rahibin onları təqib etməyə başladığı an Aqşin DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə özündən əlavə 2 qız və 01 oğlan var idi. Onun sərnişini olduğu avtomobildə isə onun özü və Aqşin olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Doneretto” dönər evinin qarşısında yerləşən işıqforda baş vermişdir. Hadisə Təqsirləndirilən şəxs onları görüb yaxınlaşdığı andan avtomobilə daş atdığı anadək təqribən 15-20 dəqiqə ərzində davam etmişdir. Hadisənin baş verməsinə səbəb Rahibin daha əvvəllər onunla münasibət qurmaq istəməsi, lakin onun bu münasibətə yaxın durmamağı olmuşdur. Rahib onu narahat etdiyi üçün bir neçə dəfə 12-ci PŞ-nə müraciət belə etmiş, lakin nəticə olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Bəşir oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin YPX inspektoru vəzifəsində xidmət edir. 24 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əlyev prospektindən Ramana qəsəbəsi istiqamətinə gedən yolda yolpatrul avtomobili ilə xidmətdə olan zaman şəxsiyyəti barədə sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel“ markalı, “Astra” modelli **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol-hərəkəti qaydalarının tələblərinə əməl etməklə hərəkətdə olarkən şəxsiyyəti barədə ona sonradan məlum olan Təqsirləndirilən şəxs həmin ünvanda idarə etdiyi “Toyota” markalı, “Prius” modelli **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol-hərəkəti qaydalarının tələblərini pozaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə yaxınlaşaraq qəza şəraiti yaratdığından Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilini saxlayıb geriyə doğru hərəkətin davam etdirmişdir. “Toyota” markalı, “Prius” modelli **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən yol-hərəkətləri qaydalarının tələbləri pozulduğundan həmin avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq o, onun qanuni tələblərinə əməl etməyib avtomobili Zərərçəkmiş şəxs1 avtomobilinin arxasınca Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana istiqamətində olan Ramana - Yeni Ramana şossesində yerləşən “Doneretto” adlı dönər evinin qarşısına qədər idarə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili ilə Zərərçəkmiş şəxs1 avtomobilinin sol tərəfindən vurub avtomobilini idarə edərək Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobilini saxladıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşüb Zərərçəkmiş şəxs1 avtomobilinə tərəf gələrək qapını açmaq istəmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 avtomobilini idarə edib hərəkətini davam etdirən zaman Təqsirləndirilən şəxs yerdən daş götürüb Zərərçəkmiş şəxs1 avtomobilinin arxa şüşəsinə vurmuşdur. Hadisə qısa zaman kəsiyində baş verdiyindən o, hadisəyə müdaxilə edə bilməmişdir. Buna baxmayaraq sonra Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Suraxanı RPİ-nin DYPŞ-nə gətirilmiş, onun idarə etdiyi avtomobilin cərimə meydançasına yerləşdirilməsi təmin edilmişdir. “Opel” markalı. “Astra” modelli **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müraciəti əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma aparıldığından və həmin fakt Sabunçu RPİ-nin 12-ci PŞ-də qeydiyyata alındığından Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-də həmin faktıa bağlı hər hansı bir araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsinə baxış keçirilmiş, baxış zamanı müşahidə kameralarına rast gəlinməmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Avtomaşına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yolda “Opel Astra” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilə havanın suni işıqlı vaxtı baxış keçirilmiş, baxış zamanı avtomobilin şüşəsi, sol arxa qapısı, sağ ön qapı şüşəsinin əzildiyi müəyyən edilmiş, fotoşəkillər çəkilmiş protokola əalvə olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” minik, **-CJ-*** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən 1060 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, AR CM-nin 221.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi AR CM-nin 221.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilməsi və cinayət işinin istintaq materiallarının və Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 221.2.2 və 221.3-cü maddələrinə tövsif edilməsi, cinayət işi üzrə istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində fəaliyyət göstərən “Badu-Kübə” restoranının qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 xx.xx.2024-cü il tarixli 2414 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol yanaq nahiyəsinin qançırla müşayiət olunan slikli qişa səthinin əzilmiş yarası, alın və döş qəfəsi nahiyələrinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 xx.xx.2024-cü il tarixli 2415 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 üst dodağın selikli qişa səthinin əzilmiş səthi yarası, sol yanağın selikli qişa səthinin əzilmiş səthi yarası və ənsə nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 221.2.2 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 140 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasını qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır; Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 adlı iki uşağı vardır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Oa görə də təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxışında təklif etmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 221.2.2-ci maddəsinin xaric edilməsini, həmin epizodun ittihamın mahiyyətində saxlanılmaqla CM-nin 221.3-cü maddəsi ilə əhatə olunmasını nəzərə alaraq CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəza verilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq cinayətinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 221.2.2-ci maddəsi xaric edilməli və həmin maddəni nəzərdə tutan əməl ittihamın mahiyyətində saxlanılmaqla AR CM-nin 221.3-cü maddəsi ilə əhatə olunması nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təkrarən eyni xarakterli cinayəti törətməsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 24 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə dair rəqəm ifadəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 4 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 24 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra keçirilən məhkəmə iclasları zamanı isə sərf etdiyi 16 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 176 manat məbləğində vəsait, cəmi 200 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-295/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-295/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver