Məhkəmə qərarları › İş №1(008)-296/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-296/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-296/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-222/2022 saylı hökmünə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində cərimə cəzası təyin edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı olan qeyrisinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin icra nümayəndəliyində qeydiyyatsız evlərin siyahıya alınması işlərinə könüllü kimi cəlb olunduğunu bilib sonuncu ilə bu sahədə, eləcə də, dövlət tərəfindən güzəştli mənzil verilməsi işlərində köməkliklə bağlı müraciət edən şəxslərin etibarını qazanaraq aldadıb pullarını ələ keçirmək barədə razılığa gəlib əvvəlcədən və ya sonradan bilavasitə görüşdə iştirak edib zərərçəkmiş şəxsin etibarını möhkəmləndirmək, aldadılmasından şübhələnməməsi üçün zəruri hərəkətləri yerinə yetirmək öhdəliyini götürüb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2022-ci ilin fevral ayında qeyrisi Sabunçu rayonu Ramana qəsəbəsində siyahıya alma işlərini həyata keçirən zaman həmin qəsəbədə Südçülük Sovxozu, E.Məhərrəmli küçəsi, dalan 14, ev 12 ünvanında olduğu zaman Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 309 nömrəli sərəncamı ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş İİİ qrup “Vətən müharibəsi” əlili Kənan Seyidovun atası Zərərçəkmiş şəxs oğlu üçün 1 otaqlı deyil daha çox otaqlı mənzil əldə etməsindən ötrü köməkliyə ehtiyacı olması ilə bağlı xahişini əlverişli fürsət kimi dəyərləndirib cinayətkar niyyətini həyata keçirmək üçün aralarındakı razılığa əsasən qeyrisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olmasını və onların vasitəsi ilə güzəştli kateqoriyadan olan şəxslərə mənzil verdirmək imkanının olduğunu bildirib Zərərçəkmiş şəxs inandıraraq etibarını qazandıqdan sonra aldatma yolu ilə 2022-ci ilin fevral ayında qrup üzvü qeyrisi vasitəsi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 3 ünvanın yaxınlığında 3.000 manat pulunu almaqla ələ keçirib həmin pulu bölərək aralarındakı razılığa əsasən Zərərçəkmiş şəxsla şəxsən görüşüb sonuncunun yaşadığı yerin yaxınlığında tikiləcək binadan 3 otaqlı mənzil verdirəcəyinə inandırıb əminlik yaradaraq Zərərçəkmiş şəxs 3.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ondan pul alanadək tanımamış, Nadiri isə 2012-ci ildən tanıyır. Tanışından pul alaraq qaytarmadığına görə 2022-ci il tarixdə barəsində Suraxanı RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmış, xəbərdar edilmişdir ki, əgər 2022-ci ilin mart ayının əvvəlinədək ziyanı ödəməsə həbs ediləcək. Odur ki, bütün gücü ilə çalışmışdır ki, haradansa pul aldə edib ziyanı ödəsin. Bu səbəbdən hər kəsə bildirmişdir ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı var, pensiyanı artıra bilər, əlilliyi bərpa edə, Qarabağda döyüşənlərə qazilik almağa köməklik göstərə və digər istənilən işləri görə bilər. 2022-ci ilin fevral ayında tanışı Nadir ona zəng vuraraq bildirmişdir ki, Sabunçu rayonunun Ramana kənd nümayəndəsi Arif Qasımov sənədsiz evlərin siyahıya alınması ilə bağlı Nadiri işlədiyi kənd nümayəndəliyinə dəvət edib, 2 aylıq, yəni fevral və mart aylarında bu sahədə köməklik göstərməsini xahiş edib. Nadir demişdir ki, Ramana sovxozunda evləri qeydiyyata alan zaman Zərərçəkmiş şəxs adlı vətəndaş qarabağ qazisi olan oğluna veriləcək 1 otaqlı mənzili 2 və ya 3 otaqlıya dəyişdirmək istəyir. O, Nadirə demişdir ki, Zərərçəkmiş şəxs desin ki, 3.000 manat verərsə 10-15 günə 1 otaqlı mənzilin əvəzinə Vüqarın oğlu Kənana 3 otaqlı mənzil təşkil edə bilər. O, Nadirə bildirmişdir ki, 500-600 manatda Nadirə hörmət edəcək, Nadirə demişdir ki, qazi Kənan Seyidovun şəxsiyyət vəsiqəsini də atası Zərərçəkmiş şəxs alsın ki, Vüqar işinin düzələcəyinə əmin olsun. Bir neçə gün sonra, yəni 2022-ci ilin fevral ayının sonlarında ünvan 4 ünvanda yerləşən RPİ-nin 12-ci Polis şöbəsinin qarşısında Nadirlə görüşmüş, Nadir, Zərərçəkmiş şəxs aldığı 3000 manatı və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O, həmin puldan 600 manatını ayıraraq Nadirə vermiş, qalan 2.400 manatını şəxsi problemlərinə xərcləmiş, Nadirə bildirmişdir ki, narahat olmasın, Zərərçəkmiş şəxs işini və ya pulunu tələb etsə cavabdeh o, olacaq. Bir müddət sonra Zərərçəkmiş şəxs Nadirə zəng edib işin həll olunmasını tələb etmiş, Nadir ona bu barədə dedikdə bildirmişdir ki, Vüqara desin ki, işlə məşğuldur, qısa müddətdə həll edəcək. Sonrakı dövrlərdə Vüqar onu və Nadiri tələsdirməməsi üçün Nadirə demişdir ki, Zərərçəkmiş şəxs desin ki, guya Vüqarın yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda qazilər üçün ev tikiləcək, Vüqarın oğluna evi həmin ünvandan alacaqlar, bu səbəbdən gözləməsi lazımdır. Bu minvalla Zərərçəkmiş şəxs bir müddət də gözlətmişlər. 2022-ci ilin iyun ayının sonlarında Nadir bildirmişdir ki, Vüqar ondan əl çəkmir. O, Nadirə təklif etmişdir ki, Vüqarla görüşlərini təşkil etsin, Vüqarla özü söhbət edəcək. O, Nadirlə birgə Vüqarın yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna getmişdir. Vüqarın evində olarkən Vüqara demişlər ki, qısa müddət ərzində qazi olan oğluna 3 otaqlı mənzil verdirəcəklər. 2022-ci ilin iyul ayının əvvəllərində yenidən Nadir və Zərərçəkmiş şəxsla birgə Sabunçu rayonu, Buzovna qəsəbəsində yerləşən "Dostluq" adlanan restoranda görüşmüşlər. O, və Nadir vaxt udmaları üçün Zərərçəkmiş şəxs bildirmişlər ki, səbirli olsun qazi olan oğluna qısa müddətdə 3 otaqlı mənzil verdirəcəklər. Vüqar evdən imtina edib ondan və Nadirdən 3.000 manatını geri istəmiş, o, və Nadir bildirmişlər ki, qısa müddətdə evi təşkil edəcəklər, edə bilməsələr 3.000 manatı qaytaracaqlar. 2022-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs onun və Nadirin barəsində şikayət etmiş, o, və Nadir Bakı şəhər Baş Polis İdarəsində hadisə barəsində izahat vermiş, həmin dövrdə Vüqara söz vermişlər ki, pulunu qaytaracaqlar. 2022-ci ilin sentyabr ayının əvvələrində o, izahat verməsi üçün Sabunçu RPİ-yə dəvət olunarkən işlərinin istintaqda olduğunu başa düşüb Zərərçəkmiş şəxs evinə getmiş, Vüqara 1600 manat təklif etmiş, bildirmişdir, ki, pulun bir qismi Nadirdədir. Vüqar bildirmişdir ki, pulu cəm halda, yəni 3000 manat gətirməsələr qəbul etməyəcək. O, hazırda qohumlarının vasitəsi ilə 3.000 manat ziyanı ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Nadiri və Natiqi 2022ci ilin fevral ayında tanımışdır. 2002-ci ildən Bakı şəhəri, ünvan 5 ünvanda həyat yoldaşı Şahid1, oğlu Natiq Seyidov və kiçik oğlu Kənan Seyidovla birgə yaşayır. Oğlu 1998-ci il təvəllüdlü Kənan Seyidov “44 X6”nin iştirakçısı olmuş, yaralanması nəticəsində “sol yuxarı ətrafın immobilizasiyasından sonrakı kafi bitişmiş sınıqlar; sol bazu oynağının çapıq əzələ və artrogen kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə sol bazu oynağında hərəkət məhdudluğu, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə dövlət tərəfindən Kənan Seyidova "qazi" statusu verilmişdir. Hazırda oğlu Kənan Seyidov yeriyə bilmir. Kənan Seyidov yaralanması nəticəsində qazi olduğundan Əmək və Sosial Müdafiə Nazirliyində ev almaq üçün Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 309 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul olunmuşdur. Ona bildirilmişdir ki, Kənana dövlət tərəfindən 1 otaqlı mənzil veriləcək. Lakin o, çalışmışdır ki, 1 otaqlı yox, 3 otaqlı mənzil verilsin. 2022-ci ilin fevral ayında yaşadığı evində, yəni ünvan 5 ünvanda olan zaman, sonradan adını bildiyi Nadir adlı şəxs evinin qapısını döyərək bildirmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi icra nümayəndəliyindən gəlib, evləri siyahıya alır. O, razılıq verdikdən sonra Nadir həyətə daxil olmuş, özünü Ramana qəsəbəsi icra nümayəndəliyinin işçisi kimi təqdim etmişdir. Aralarında olan söhbət zamanı o, Nadirə oğlu Kənan Seyidovun “44 X6”nin iştirakçısı olmasını və yaralandığı üçün dövlət tərəfindən Kənana "qazi" statusu verilməsini, oğlu Kənan Seyidovun mənzil növbəsinə yazılmasını, veriləcək 1 otaqlı mənzilin əvəzinə 3 otaqlı mənzil istəməsini bildirmişdir. Nadir adlı şəxs ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı olan var, həmin şəxslə danışıb çalışar ki, ona köməklik etsin. Növbəti gün, yəni 2022-ci ilin fevral ayının ortalarında Nadir ona demişdir ki, qohumunun vasitəsi ilə 3.000 manata dövlətdən Kənana 3 otaqlı mənzil almaq imkanı var. O, Nadirə inanaraq razılaşmış, həmin məbləği düzəltmək üçün Nadirdən bir gün vaxt istəmiş, Nadir razılaşaraq bildirmişdir ki, növbəti gün özü gəlib 3.000 manatı götürəcək, pulla birgə Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini də hazırlasın. Növbəti gün, Nadir onun evinə gəlmiş, o, küçəyə çıxaraq yaşadığı ünvan 5 ünvanın qarşısında Nadirə təklikdə 3.000 manat nağd pul və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Nadir bildirmişdir ki, narahat olmasın, 10-15 gün müddətində oğlu Kənan Seyidovun adına 3 otaqlı mənzil təşkil etdirəcək. Həmin vaxtdan başlayaraq 2- 3 gündən bir Nadirlə əlaqə yaratmağa başlamış, hər dəfə Nadir ona 3 otaqlı mənzil veriləcəyini deyib həmin işlə tanışı Təqsirləndirilən şəxslə birgə məşğul olmasını bildirmişdir. Bir müddət sonra Nadir zəng edib işin həll olunmasını tələb etdikdə, Nadir ona demişdir ki, söz veriblər, oğluna yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tikiləcək binadan 3 otaqlı mənzil veriləcək, bu səbəbdən bir müddət gözləməlidir. O, bu xəbərə çox sevinmiş, demişdir ki, nə qədər desələr gözləyər. Bu minvalla 2 aydan çox Nadirdən xəbər gözləmiş, lakin heç bir nəticə olmamışdır. 2022-ci ilin iyun ayının sonlarında Nadirə dirənmişdir ki, işini tezləşdirsin. Həmin ərəfədə Nadir, Təqsirləndirilən şəxs götürüb onun yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı evinə gəlmişdir. Evində olarkən Nadir Təqsirləndirilən şəxs onunla tanış etmiş, Nadir ona bildirmişdir ki, Natiqlə birgə qazi olan oğlu Kənan Seyidova 3 otaqlı mənzil düzəldirlər, iş yekunlaşmaq üzrədir, 10 günə 3 otaqlı mənzil veriləcək, bu qədər dözmüşlərsə bir qədərdə dözsünlər, qısa müddət ərzində qazi olan oğluna 3 otaqlı mənzil verdirəcəklər. O, Nadirə və Təqsirləndirilən şəxs inanaraq demişdir ki, narahat olmasınlar gözləyər, təki işləri düzəlsin. O, 15 gün gözlədikdən sonra, yəni 2022-ci ilin iyul ayının əvvəllərində Nadir adlı şəxslə və Təqsirləndirilən şəxslə səhv etmirsə sonuncunun işlətdiyi Sabunçu rayonu, Buzovna qəsəbəsində yerləşən "Dostluq" adlı restoranda görüşmüşlər. Bu dəfədə Natiq və Nadir ona bildirmişlər ki, səbirli olsun, oğlu Kənan Seyidova qısa müddətdə 3 otaqlı mənzil verdirəcəklər. O, Nadirin və Natiqin onu aldatmalarını hiss edib Natiq və Nadirdən 3.000 manatını geri istəmişdir. Natiq və Nadir bildirmişlər ki, pulunu 5- 10 günə qaytaracaqlar. 2022-ci ilin iyul ayında o, pulunun ələ keçirilməsi ilə bağlı Bakı şəhər Baş Polis idarəsinə şikayət etmiş, müraciəti ilə bağlı o, Nadir və Natiq izahat vermiş, Natiq və Nadir ona söz vermişlər ki, pulunu 10 günə qaytaracaqlar. 2022-ci ilin sentyabr ayının əvvəllərində işləri Sabunçu RPİ-də olarkən Təqsirləndirilən şəxs təkcə onun evinə gələrək ona 1600 manat təklif etmiş, bildirmişdir ki, pulunun bir qisminidə Nadirdən alıb verəcək, o, demişdir ki, pulunu cəm halda, yəni 3000 manat gətirməsə qəbul etməyəcək. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.37-40); Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana-ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs 2012-ci ildən, Zərərçəkmiş şəxs isə 2022-ci ilin fevral ayından tanıyır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin noyabr ayınadək Sabunçu rayon Bələdiyyəsində işlədiyindən Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu rayonu, Ramana qəsəbəsi, İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Osmanovu tanıyır. 2021-ci ilin dekabr ayında ölkə başçısının sərəncamı olmuşdur ki, respublika ərazisində ev təsərrüfatının uçotu aparılsın, yəni rayon ərazisində qanunsuz tikili evlər siyahıya alınsın. Sabunçu rayon İcra Hakimiyyətindən göstəriş verilmişdir ki, 20 gün müddətində icra nümayəndələri yaşayış evlərinin qeydiyyatını başa çatdırsınlar. İcra nümayəndəliyində işçi sayı az olduğundan könüllülər cəlb edilmiş, daxili imkanları hesabına 350-400 manat ödənişlər etmişlər. Həmin ərəfədə o, icra nümayəndəsi Arif Osmanova müraciət etmiş, onu könüllülər siyahısına yazaraq ona vəsiqə vermişdir ki, ünvanlara gedərkən vətəndaşlara təqdim etsinlər ki, könüllüləri həyətlərinə buraxsınlar. 2022-ci ilin fevral ayında ünvan 5 ünvanda olan zaman, sonradan adını bildiyi ev sahibi Zərərçəkmiş şəxs bildirmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi icra nümayəndəliyindən gəlmiş, evləri siyahıya alır. Vüqar razılıq verdikdən sonra həyətinə daxil olmuş, vəsiqə göstərib Ramana qəsəbəsi icra nümayəndəliyindən gəldiyini demişdir. Aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Kənan Seyidov “44 X6”nin iştirakçısı olmuş və yaralandığı üçün dövlət tərəfindən Kənana "qazi" statusu verilmiş, mənzil üçün oğlu Kənan Seyidov növbəyə yazılmış, oğlu Kənana 1 otaqlı mənzil veriləcək, lakin 3 otaqlı mənzil verilməsini istəyərdi. Həmin günlərdə, yəni 2022-ci ilin fevral ayının ortalarında tanışı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışları var, pensiyanı artıra bilir, əlilliyi bərpa etdirir, Qarabağda döyüşənlərə qazilik almağa köməklik göstərir və digər istənilən işi görə bilir. O, Natiqə istinad edərək Zərərçəkmiş şəxs demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumları var, qohumları ilə danışıb həll edər. Həmin gün tanışı Təqsirləndirilən şəxs zəng vuraraq bildirmişdir ki, Sabunçu rayonu Ramana qəsəbəsində evləri siyahıya alarkən Zərərçəkmiş şəxs adlı vətəndaş Qarabağ qazisi olan oğluna veriləcək 1 otaqlı mənzili 3 otaqlıya dəyişdirmək istəyir. Natiq ona demişdir ki, Vüqara desin ki, 3.000 manat verərsə 10-15 günə 1 otaqlı mənzilin əvəzinə həmin şəxsə 3 otaqlı mənzil təşkil edə bilər. Natiq bildirmişdir ki, 3.000 manatın 2.500 manatını Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinə verəcək, qalan 500 manatı onun payına düşən puldur, həmin puldan ona da hörmət edəcək. Natiq bildirmişdir ki, 3.000 manatla birgə qazi Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətinidə alsın. Növbəti gün, o, Zərərçəkmiş şəxs demişdir ki, tanışı vasitəsi ilə 3.000 manata dövlətdən Kənana 3 otaqlı mənzil almaq imkanı var. Zərərçəkmiş şəxs onunla razılaşaraq həmin məbləği düzəltmək üçün bir gün vaxt istəmişdir. Növbəti gün Vüqarın yaşadığı məhəllədə evləri siyahıya alarkən Vüqarla yaşadığı Ramana qəsəbəsi, Südçülük Sovxozu, E.Məhərrəmli küçəsi dalan 14 ev 12 ünvanın qarşısında görüşmüş, Vüqar ona təklikdə 3.000 manat və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, Vüqara bildirmişdir ki, 10-15 gün müddətində oğlu Kənanın adına 3 otaqlı mənzil təşkil etdirəcək. 2022-ci ilin fevral ayının sonlarında ünvan 4 ünvanda yerləşən RPl-nin 12-ci Polis şöbəsinin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 3.000 manatı və Kənan Seyidovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Natiq ondan 3.000 manatı qəbul edib həmin puldan 250 manatını ona vermişdir. Həmin vaxtdan başlayaraq 2-3 gündən bir Vüqar onu yığaraq evlə maraqlanmağa başlamış, o, Vüqara bildirmişdir ki, narahat olmasın, 3 otaqlı mənzil verdirəcək. Bir müddət sonra Vüqar ondan işin həll olunmasını tələb edərkən Vüqara demişdir ki, X7 rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tikiləcək binadan 3 otaqlı mənzil verdirəcək, bu səbəbdən məsələ bir müddət uzanacaq. Vüqar sevinərək demişdir ki, nəqədər desələr gözləyəcək. Bu minvalla Vüqar onunla Natiqi 2 aydan çox gözləmişdir. 2022-ci ilin iyun ayının sonlarında Vüqarın dirənişinə görə Təqsirləndirilən şəxslə birgə Vüqarın yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı evinə getmişlər. O, Vüqarla Natiqi tanış etmiş, Vüqara bildirmişdir ki, qazi olan oğlu Kənan Seyidova 3 otaqlı mənzili təşkil edəcəklər, iş yekunlaşmaq üzrədir, 10 günə 3 otaqlı mənzil veriləcək, bu qədər dözmüşdürsə bir qədərdə dözsün, qısa müddət ərzində qazi olan oğluna 3 otaqlı mənzil verdirəcəklər. Vüqar demişdir ki, narahat olmasınlar, gözləyər, təki işi düzəlsin. 10-15 gün sonra, yəni 2022-ci ilin iyul ayının əvvəllərində Vüqar onu ardıcıl yığdığından Vüqarla birgə Natiqin işlətdiyi, Sabunçu rayonu, Buzovna qəsəbəsində yerləşən "Dostluq" restoranına getmişlər. Bu dəfədə Vüqara bildirmişlər ki, səbirli olsun Kənan Seyidova qısa müddətdə 3 otaqlı mənzil verdirəcəklər. Vüqar onlardan 3.000 manatını geri istəmiş, o, və Natiq bildirmişlər ki, pulu 5-10 günə qaytaracaqlar. 2022-ci ilin iyul ayında Vüqar onlardan Bakı Baş Polis idarəsinə şikayət etmiş, müraciətlə bağlı o, və Natiq izahat vermiş, pulu 10 günə qaytaracaqlarına söz versələr də qaytarmamışlar(i.v.42-44); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.10-13); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.23-24); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v.50-51); İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.52); Şəxsin könüllü gəlməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə könüllü olaraq istintaqa gəlmişdir (i.v.53); Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.54); Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.63); Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs qardaşı X1 olaraq təqdim etdiyi 30 ədəd 100 manatlıq olan 3.000 manat iş üzrə Zərərçəkmiş şəxs ödənilməsi üçün qəbul edilmişdir(i.v.77); Əşyanın təqdim olunması haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs qardaşı X1 olaraq təqdim etdiyi 30 ədəd 100 manatlıq olan 3.000 manat iş üzrə Zərərçəkmiş şəxs verilmişdir(i.v.78); Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Əliyev X5 RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.80); Qətimkan tədbirinin seçilməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.81-82); Sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmiş, ona yeni məzmunda həmin maddə ilə ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır (i.v.84-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir(i.v.92-93); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə tqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(i.v.104-105); Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, digər şəxs barəsində CMnin 178.2.1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir(i.v.117); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-222/2022 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzasının ödənilməmiş 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləği Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində cərimə cəzası müəyyən edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində cərimə cəzası saxlanılmış, 1.493 (min dörd yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik miqdarında cərimə cəzasının müstəqil icra olunması göstərilmişdir; Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əliyev X4 RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X2 saxlanılır; Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində icraat təzələnmişdir; Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-17569/3 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-222/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarədə qeydiyyata alnmış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının 03 ayını çəkmiş, çəkilməmiş cəzası 02 il 02 ay 26 gün təşkil edir; Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası əmək pensiyasına yönəldilmiş, xx.xx.2021-ci il tarixdən etibarən hər ay tutulmuş və xx.xx.2023-cü il tarixdə ödəniş tam başa çatmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)222/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)222/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs tərəfindən müstəqil icra olunması göstərilən 1493(min dörd yüz doxsan üç) manat 44(qırx dörd) qəpik miqdarında cərimə cəzasının tam ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13), əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-60.1), Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-222/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-68.1.1-1), 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək, 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-222/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03(üç) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) ay 15(on beş) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM- 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə həbsdə saxlanması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək, 08 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-222/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03(üç) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) ay 15(on beş) gün müddət ona təyin edilmiş 02(iki) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 11(on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə həbsdə saxlanması nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar