Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-296/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı Xaliq oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun” vəkili Əliyev Vüqar Həsən oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, təqsirləndirilən şəxsxx.xx.2007-ci ildə Zərdab rayonu, Sileyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Sileyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 oktyabr 2024-cü il tarixdən 23 noyabr 2024-cü il saat 17 radələrinədək olan dövr ərzində kirayədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsi ev 29 ünvanın həyətində yerləşən 10 saylı mənzilə qanunsuz daxil olub, mənzilin yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs məxsus 4.300 manat nağd pulu, yataq otağında olan güzgülü kamoddan 01 ədəd 660 manat dəyərində 585 əyyarlı 5,71 qram çəkidə qızıl qolbağı, 01 ədəd 1.350 manat dəyərində 750 əyyarlı 10 qram çəkidə qadın qızıl boyunbağısını, 01 ədəd 720 manat dəyərində 585 əyyarlı 6,34 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 1.200 manat dəyərində 750 əyyarlı ağ rəngli brilyant qaşlı 7 qram çəkidə qızıl üzüyü; 01 ədəd 180 manat dəyərində 585 əyyarlı ağac formasında 2 qram çəkidə qızıl kulonu, 01 ədəd 50 manat dəyərində 585 əyyarlı göy daşlarla olan 1 qram çəkidə «Pandora» qadın qızıl qolbağısını, 01 ədəd 7 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyyarlı gümüşdən hazırlanmış 1,37 qram çəkidə qaşları qiymətli qaşlara aid edilməyən kulonu, 01 ədəd 7 manat 50 qəpik dəyərində 925 əyyarlı gümüşü rəngli metaldan hazırlanmış, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşdən hazırlanmış 1,50 qram çəkidə boyunbağını, 01 ədəd 25 manat dəyərində göy rəngli qeyri metal tərkibli və 05 ədəd sarı rəngli 585 əyyarlı qızıldan hazırlanmış kürə formalı, sapa düzülmüş muncuqlardan ibarət 2,77 qram çəkidə qolbağını, 01 ədəd 3 manat dəyərində qırmızı və şəffaf rəngli qeyri metal tərkibli, sapa düzülmüş muncuqlardan ibarət, 5,40 qram çəkidə qolbağını, 01 ədəd 1 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, 3,37 qram çəkidə, qaşları qiymətli qaşlara aid edilməyən, qırıntı hesab olunan boyunbağını, 01 ədəd 1 manat dəyərində sarı rəngli metal, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 20,48 qram qırıntı hesab olunan boyunbağını, 01 ədəd 65 manat dəyərində narıncı rəngli qadın uzunqollu köynəyini, 01 ədəd 38 manat dəyərində qısa qol qadın cins köynəyini, 01 ədəd 40 manat dəyərində cins qadın pencəyini, 01 ədəd 59 manat dəyərində sarı rəngli qadın poliverini, 01 ədəd 25 manat dəyərində qara rəngli uzunqol qadın koftasını, 01 ədəd 89 manat dəyərində açıq sarı rəngli qadın qolsuz kətan köynəyini, 01 ədəd 55 manat dəyərində bənövşəyi rəngli qısa qol qadın köynəyini, 01 ədəd 35 manat dəyərində qara rəngli qadın yun jaketini, 01 ədəd 25 manat dəyərində qara rəngli qadın jaketini, 01 ədəd 60 manat dəyərində üzərində qəhvəyi rəngli sızıqları olan açıq sarı rəngli qadın poliverini, 01 ədəd 65 manat dəyərində rəngli sızıqları olan qadın qısaqol köynəyini, 01 ədəd 89 manat dəyərində qəhvəyi rəngli qadın cins şalvarını, 01 ədəd 52 manat dəyərində qara rəngli rəngli qadın klassik şalvarını, 01 ədəd 25 manat dəyərində ağ rəngli üzərində «Ukrayna» yazısı olan qadın köynəyini, 01 ədəd 22 manat dəyərində qırmızı kapüşonlu uzunqol qadın koftasını, 01 ədəd 12 manat dəyərində narıncı rəngli qısaqol qadın koftasını, 01 ədəd 12 manat dəyərində göy rəngli qısaqol qadın koftasını, 01 ədəd 130 manat dəyərində qırmızı rəngli qadın şifon koftasını, 01 ədəd 250 manat dəyərində açıq çəhrayı rəngli uzun donunu, 01 ədəd 85 manat dəyərində tonal kremini, 05 ədəd hər biri 12 manat olmaqla cəmi 60 manat dəyərində dodaq boyasını, 03 ədəd hər biri 18 manat olmaqla cəmi 54 manat dəyərində dodaq parıİdadıcısını, 06 ədəd hər biri 5 manat olmaqla cəmi 30 manat dəyərində qaş qələmini, 05 ədəd hər biri 7 manat olmaqla cəmi 35 manat dəyərində dodaq qələmini, 05 ədəd hər biri 15 manat olmaqla cəmi 75 manat dəyərində kiprik tuşunu, 01 ədəd 30 manat dəyərində «Nivea» üz kremini, 01 ədəd 135 manat dəyərində «Şanel» qadın ətrini, 01 ədəd 22 manat dəyərində üz kirşanını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 10.178 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu Sileyli kəndində qeydiyyatdadır, bir müddət ünvan 1 ünvanında əri Ömərlə birlikdə kirayədə yaşamışdır. Ömərlə ailə həyatı qurduqdan sonra 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhərinə gəlmiş və Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında əri Ömərlə 1 otaqlı evdə aylıq 170 manat icarə haqqı ödəyərək yaşamışdır. Əri Ömər hər gün saat 07:00-da işə getmək üçün evdən çıxıb saat 20:00- da evə qayıdırdı. Özü isə günün əksər saatlarında evdə tək olurdu. Qaldıqları otaq 1 otaqdan ibarət olmuş, Zeynəb isə öz ailəsi ilə birlikdə digər 2 otaqda yaşayırdı. Yaşadıqları ev bir həyətdə yerləşirdi. Həyətdən ev sahibi Zeynəbin evinə daxil olmaq üçün qapı vardır, Zeynəbin yaşadığı otaqdan onların yaşadığı otaq arasında pəncərə mövcud idi. Qapı arasıra, pəncərə isə hər zaman açıq vəziyyətdə olmuşdur. Zeynəb ona özünün bəzi əşyalarını vermiş, o da Zeynəbə bəzi əşyalarını vermişdir. O, Zeynəbin evindən heçnə oğurlamamış, Zeynəb özü könüllü şəkildə ona əşyalarını vermişdir. Zeynəb ona əlində ərinin video görüntülərinin olduğunu bildirmiş və onu həmin görüntülərlə hədələmişdir. Zeynəbin evinə gizlincə daxil olmaqda məqsədi həmin video görüntünü axtarıb tapmaq olmuşdur. Həmin video görüntüdə nə olduğunu bilmir.Əşyaları götürüb satmasına dair yazdığı əlyazma ilə bağlı bildirir ki, ona təzyiq göstərildiyi üçün o, elə bir məzmunda yazı yazmışdır. İttihamda qeyd edilən əşyaların heç birini görməmişdir. Məhkəmənin verəcəyi cəzanı çəkməyə hazırdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu Sileyli kəndində qeydiyyatdadır, bir müddət ünvan 3 ünvanında əri Ömərlə birlikdə kirayədə yaşamışdır. Ömərlə ailə həyatı qurduqdan sonra 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhərinə gəlmiş və təsadüfən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zeynəblə razılaşıb onun yaşadığı ünvan 3 ünvanında əri Ömərlə 1 otaqlı evində aylıq 170 manat icarə haqqı ödəyərək yaşamışdır. Əri Ömər hər gün saat 07:00-da işə getmək üçün evdən çıxıb saat 20:00- da evə qayıdırdı. Özü isə günün əksər saatlarında evdə tək olurdu. Qaldıqları otaq 1 otaqdan ibarət, Zeynəb isə öz ailəsi ilə birlikdə digər 2 otaqda yaşayırdı. Yaşadıqları ev bir həyətdə yerləşirdi. Həyətdən ev sahibi Zeynəbin evinə daxil olmaq üçün qapı vardır, Zeynəbin yaşadığı otaqdan onların yaşadığı otaq arasında pəncərə mövcud idi. Qapı ara-sıra, pəncərə isə hər zaman açıq vəziyyətdə olurdu. 2024cü ilin avqust ayında Zeynəb otaqda televizora möhkəm səs verdiyini bəhanə gətirib ona narazılığını bildirməyə başlamış, sonradan ərinin barəsində müxtəlif məlumatları olduğunu, əgər lazım olarsa həmin məlumatları yayacağı ilə hədələmişdir. 25 oktyabr 2024-cü il tarixdə əri Ömər işə getmiş, daha sonra Zeynəb də ailəsi ilə birlikdə evdən çıxdıqda o həyətə çıxmış və Zeynəbin evinin qapısı açıq olduğunu görmüşdür. Qapını açıb otağa daxil olmuş və yataq otağına boylandıqda evdə kimsənin olmadığını aşkar etmişdir. Zeynəbin onu əri ilə hədələdiyinə görə əsəbləşib ondan qisas almaq üçün Zeynəbin yaşadığı otağa daxil olmuş, yataq otağında olan rəfləri açıb baxdıqda, kosmetik əşyalar diqqətini cəlb etdiyindən onları götürüb öz qaldığı otağa qayıtmışdır. Bunu bir neçə dəfə təkrar etməyə başlamışdır. Daha sonra təkrar evə daxil olduqda qızıl-zinət əşyalarını götürmüşdür. Zeynəbin onun ərindən xoşu gəldiyini düşündüyündən onun qızıl-zinət əşyalarını götürüb bəzilərini evin arxasına atmış, boyunbağıları isə özündə saxlamışdır. Boyunbağlardan birini bəyənmədiyi üçün sındırıb qaldığı evin həyətindəki tualetdə unitaza atıb suyu çəkmişdir. 2024-cü ilin oktyabr ayında əri Ömərlə birlikdə valideynlərinin yaşadığı Zərdab rayonuna getmiş, özü ilə götürdüyü boyunbağıları həmin evdə gizlətmişdir. Noyabr ayında rayondan qayıtdıqdan sonra ev sahibi Zeynəbin evdə müşahidə kamerası quraşdırması ilə bağlı danışıqlar apardığını eşitmişdir. Oğurluq etməsindən şübhə etdiyini düşünmüş və bunu əri Ömərə deməsindən qorxaraq növbəti dəfə Zeynəbin evinə daxil olduqda ona məktublar yazaraq onu bağışlamasını xahiş edib onları evdən çıxartmasını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, birinci dəfə 25 oktyabr 2024-cü il tarixdə saat 14-15 radələrində Zeynəbin yaşadığı otağa açıq vəziyyətdə olmuş qapıdan daxil olub, yataq otağında güzgülü şkafın üzərində olmuş iki və ya üç ədəd ağ rəngli qolbağı və üzükdən ibarət bijuteriyaları gizli olaraq götürüb kirayədə qaldığı otağa keçmişdir. İkinci dəfə 27 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Zeynəbin yaşadığı otağa açıq vəziyyətdə olmuş qapıdan daxil olmuş, lakin heç bir əşya götürməmişdir. Üçüncü dəfə 23 noyabr 2024-cü il tarixdə saat 16-17 radələrində Zeynəbin yaşadığı otağa açıq vəziyyətdə olmuş qapıdan daxil olmuş, qonaq otağında olmuş şkafın rəfini açıb oradan müxtəlif qadın kosmetik əşyaları götürüb çıxmışdır. Qeyd etdiyi əşyaları gizli olaraq götürmüş, evdə həmin vaxtı heç kim olmamış, hadisə barədə heç kimin məlumatı olmamış, hadisə barədə sonradan heç kimə deməmiş, hadisəni tək törətmişdir. Zeynəbin evindən götürdüyü bijuteriyaları sonradan Zərdab rayonuna gedəndə yaşadığı evdə sandıqçada gizlətmişdir. Həmin əşyalar artıq araşdırma zamanı ailə üzvləri tərəfindən gətirilib polis şöbəsinə təqdim olunmuşdur. Zeynəbin evindən hər hansı bir məbləğdə nağd pul, paltar oğurlamamışdır. Götürdüyü kosmetik əşyaların dəyəri də 1.500 manat təşkil etməzdi. Qeyd olunan hadisədən başqa heç bir cinayət hadisəsi törətməmişdir. İzahatında fikrini düzgün izah etməyib səhvən evdən geyim əşyaları götürdüyünü bildirmişdir. Zeynəbin evindən götürdüyü əşyalardan heç kimə verməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında 2018-ci il tarixdən etibarən əri X4 və azyaşlı övladları Zeycan Ramazanlı və Sevgi Ramazanlı ilə birlikdə yaşayır. Onlara məxsus fərdi ev 4 otaqdan ibarətdir. Əlavə dolanışıq məqsədi ilə otaqlardan birini ayırıb kirayə verirlər. Həmin otağa çıxış onun yaşadığı mənzilin yataq otağındandır, lakin yaşadığı mənzilin yataq otağının qapısını bağlamışdılar, eyni zamanda pəncərə də vardır. Həmin mənzilə daxil olmaq üçün ayrı giriş qapısı mövcuddur. 2024-cü ilin iyun ayının sonlarında qonşuluqda yaşayan Xəyalə adlı qadın onun kirayə ev verdiyini bildiyindən ona yaxınlaşıb Ömər adlı qohumunun yeni ailə həyatı qurduğunu, bu yaxınlarda Bakı şəhərinə gələcəyini, ev axtardığını demişdir. Evin hazırda boş olduğunu, aylıq 170 manata kirayə haqqı verib qala biləcəklərini bildirmişdir. Danışıb razılaşdıqdan təxminən 2 gün sonra Ömər evə gəlib baxmış, mənzili bəyəndikdən sonra onunla razılaşmış və arvadı Gülayətlə birlikdə evdə yaşamaq istədiklərini bildirmişdir. Beləliklə onlar razılaşdıqdan sonra Ömər və Gülayət iyun ayının sonlarından 1 otaqlı mənzildə yaşamağa başlamışlar. Aylıq 170 manat kirayə haqqını isə avqust ayının 1-dən etibarən vaxtlı vaxtında ödəyirdilər. 2024-cü ilin oktyabr ayından etibarən evdə özünə məxsus geyim və kosmetik əşyaların yoxa çıxdığını aşkar etməyə başlamışdır. Belə ki, hər səhər işə getmək üçün üzünə makyaj etməyə başladıqda kosmetik əşyaların yerində olmadığını görmüşdür. Evində 2 azyaşlı qız övladının olmasına görə onların kosmetik əşyaları götürməsindən şübhələnib onlardan bu barədə soruşmuş, onlar heç bir əşyaya toxunmadıqlarını demişlər. Bu barədə əri Orxan Ramazanova danışdıqda o da bu barədə heç bir məlumatı olmadığını demişdir. Buna məhəl qoymadığından kosmetik əşyaların harada olması barədə düşünməmişdir. Bu hal bir neçə dəfə baş vermişdir. Belə ki, artıq geyim əşyalarının, azyaşlı övladlarının bujiteriya əşyalarının, həmçinin digər kosmetik əşyaların da olmadığını gördükdə bu barədə Masazır qəsəbəsində yaşayan bacısı Şahid2 ilə mobil telefonla danışarkən demiş, Mehriban evində kirayədə yaşayan Gülayətdən şübhələnmişdir. Gülayətin xətrini çox istədiyindən, həmçinin onun saf qız olduğuna inandığından Gülayətin onun evinə daxil ola biləcəyini əsla düşünməmiş, ondan şübhələnməmiş, hətta Gülayətə bəzi vaxtlarda geyinmədiyi geyim əşyalarını da vermişdir. 2024-cü ilin iyul ayında yaşadığı evin dam hissəsində bəzi işlər gördürmək istədiyindən "xxxx" ASC-yə müraciət edib 6.100 manat kredit götürüb bir hissəsini təmirə xərcləmişdir. Həmin puldan 4.300 manat pulu qalmışdır. Pulu evin yataq otağında yerləşən dolabın gözündə kağıza bükülmüş vəziyyətdə saxlamışdır. Həmin dolabda ərinə məxsus, onun tərəfindən öz vəsaiti hesabına ərinə hədiyə alınmış brilyant qaşlı ağ qızıl üzük, ona məxsus qızıl qolbaq, 2 ədəd qızıl boyunbağı, qızıl kulon və digər qızıl-zinət əşyaları olmuşdur. 4.300 manat pul ilə qızıl-zinət əşyalarını sonuncu dəfə oktyabr ayının 25-də dolabda yerində görmüşdür. Əri Orxan oktyabr ayının sonunda üzüyün dolabda olmadığını ona dedikdə onlar birlikdə yataq otağında olan dolaba baxıb və kağıza bükülmüş vəziyətdə 4.300 manat pul ilə ümumilikdə 3.800 manat dəyərində qızıl-zinət əşyaların yerində olmadığını aşkar etmişdirlər. Evlərində usta işləsə də, onlar evə daxil olmamışdır, sadəcə olaraq evin damında iş görmüşlər, ustalar işləyən vaxtda isə onlar evdə olmuşlar. Buna görə də o və ailə üzvləri artıq Gülayətdən şübhə etməyə başlamışlar. Gülayət ona hamilə olduğunu dediyi üçün ona və ya əri Ömərlə bu barədə söhbət aparmaqdan çəkinmişdir. Əri ilə məsləhət etdikdən sonra hüquq mühafizə orqanına müraciət etmək qərarına gəlmişdir, lakin sübutları olmadığından yaşadığı mənzilin otaqlarına gizli yerdə müşahidə kamerası quraşdırmaq qərarına gəlmişlər. Gülayət ilə onun əri Ömər ara-sıra valideynlərinin yaşadığı Zərdab rayonuna gedirdilər. 2024-cü ilin noyabr ayının 3-də Zeynəbgil rayona getmişlər, o da ayın 4- də öz mənzilinin otaqlarına gizlin yerdə müşahidə kamerası yerləşdirmişdir. Noyabr ayının 20-də kağızda oğurlanan əşyaları yerinə qoyması barədə yazı yazaraq mənzilin yataq otağında dolaba yapıştırmışdır. Gülayət və Ömər noyabr ayının 22-də rayondan gəlmişlər. 23 noyabr 2024cü il tarixdə səhər saatlarında onlar işə getmişlər. Gülayət isə günorta saatlarında onun qaldığı mənzilə daxil olmuş və evin qonaq otağında ev əşyalarını axtarmışdır. Yazı yazaraq onun bağışlamasını bildirib yataq otağında dolaba yapıştırıb getmişdir. Həmin görüntüyə 23 noyabr 2024-cü il tarixdə saat 23 radəiərində baxmışdır. Evinə qanunsuz daxil olan və oğurluq edən şəxsin Gülayət olduğuna tam əmin olmuşdur. 24 noyabr 2024cü il tarixdə bunu bacısı Mehribana demiş, o, da istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Gülayətin evindən oğurluq etməsini əks etdirən videogörüntünü yaddaş daşıyıcısına köçürüb 12-ci PŞ-də araşdırmanı aparan təhqiqatçıya təqdim etmişdir. Konkret olaraq evindən yataq otağından dolabdan 4.300 nağd pul, yataq otağında olan güzgülü kamoddan 01 ədəd 660 manat dəyərində 585 əyyarlı 5,71 qramlıq qızıl qolbaq, 01 ədəd 1.350 manat dəyərində 750 əyyarlı 10 qramlıq qadın qızıl boyunbağı; 01 ədəd 720 manat dəyərində 585 əyyarlı 6,34 qramlıq qızıl boyunbağı; 01 ədəd 1.200 manat dəyərində 750 əyyarlı ağ rəngli brilyant qaşlı 7 qramlıq qızıl üzük; 01 ədəd 180 manat dəyərində 585 əyyarlı ağac formasında 2 qramlıq qızıl boyunbağı kulonu; 01 ədəd 50 manat dəyərində 585 əyyarlı göy daşlarla olan 1 qrmalıq «Pandora» qadın qızıl qolbaq; 01 ədəd 60 manat dəyərində 925 əyyarlı 3 qramlıq qadın gümüş boyunbağı kulonu; 01 ədəd 20 manat dəyərində 925 əyyarlı 1 qramlıq qadın gümüş boyunbağı; 01 ədəd 90 manat dəyərində 925 əyyarlı 5 qramlıq göy rənglə boyanmış qadın gümüş qolbaq; 01 ədəd 50 manat dəyərində 925 əyyarlı 3 qramlıq qırmızı rəngə boyanmış qadın gümüş qolbaq; 01 ədəd 70 manat dəyərində 925 əyyarlı 4 qramlıq sarı rəngə boyanmış qadın gümüş boyunbağı; 01 ədəd 50 manat dəyərində 925 əyyarlı 3 qramlıq qadın gümüş boyunbağı; 01 ədəd 40 manat dəyərində 925 əyyarlı 2 qramlıq qadın gümüş boyunbağı; 01 ədəd 65 manat dəyərində narıncı rəngli qadın uzunqollu köynək; 01 ədəd 38 manat dəyərində qısa qol qadın cins köynək; 01 ədəd 40 manat dəyərində cins qadın pencək; 01 ədəd 59 manat dəyərində sarı rəngli qadın poliver; 01 ədəd 25 manat dəyərində qara rəngli uzunqol qadın koftası; 01 ədəd 89 manat dəyərində açıq sarı rəngli qadın qolsuz kətan köynək; 01 ədəd 55 manat dəyərində bənövşəyi rəngli qısa qol qadın köynək; 01 ədəd 35 manat dəyərində qara rəngli qadın yun jaket; 01 ədəd 25 manat dəyərində qara rəngli qadın jaketi; 01 ədəd 60 manat dəyərində üzərində qəhvəyi rəngli sızıqları olan açıq sarı rəngli qadın poliver; 01 ədəd 65 manat dəyərində rəngli sızıqları olan qadın qısaqol köynək; 01 ədəd 89 manat dəyərində qəhvəyi rəngli qadın cins şalvar; 01 ədəd 52 manat dəyərində qara rəngli rəngli qadın klassik şalvar; 01 ədəd 25 manat dəyərində ağ rəngli üzərində «Ukrayna» yazısı olan qadın köynək; 01 ədəd 22 manat dəyərində qırmızı kopüşonlu uzunqol qadın koftası; 01 ədəd 12 manat dəyərində narıncı rəngli qısaqol qadın koftası; 01 ədəd 12 manat dəyərində göy rəngli qısaqol qadın koftası; 01 ədəd 130 manat dəyərində qırmızı rəngli qadın şifon koftası; 01 ədəd 250 manat dəyərində açıq çəhrayı rəngli uzun don; 01 ədəd 85 manat dəyərində tonal krem; 05 ədəd hər biri 12 manat olmaqla cəmi 60 manat dəyərində dodaq boyası; 03 ədəd hər biri 18 manat olmaqla cəmi 54 manat dəyərində dodaq parıldadıcısı; 06 ədəd hər biri 5 manat olmaqla cəmi 30 manat dəyərində göz qələmi; 05 ədəd hər biri 7 manat olmaqla cəmi 35 manat dəyərində dodaq qələmi; 05 ədəd hər biri 15 manat olmaqla cəmi 75 manat dəyərində kiprik tuşu; 01 ədəd 30 manat dəyərində «Nivea» üz kremi; 01 ədəd 135 manat dəyərində «Şanel» qadın ətri; 01 ədəd 22 manat dəyərində üz kirşanı oğurlanmışdır Ümumilikdə oğurluq hadisəsi nəticəsində 10.178,50 manat ona maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların hamısı onun vəsaiti hesabına alınmışdır. Gülayətin onun evinə yalnız o, evdə olan müddətdə girib- çıxmasına icazəsi olmuşdur. Gülayət evində heç kim olmamasından istifadə edib əmlaklarını evinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Mülki iddiasını müdafiə edərək məhkəmədən 10.178,50 manat məbləğində maddi ziyanın əvəzinin, o cümlədən ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Ömər qızı Gülayətin həyat yoldaşı olmuşdur. Bir müddət Zərdab rayonu Sileyli kəndində yaşadıqdan sonra Bakı şəhərinə çıxıb getmişlər və bir müddət Sabunçu rayonu Əfəndiyev küçəsi ev 29 mənzil 10 ünvanında Zeynəb adlı şəxsin evində kirayədə yaşamışlar. Zeynəb də Gülayətgil ilə bir məhəllədə yaşayırdı. Zeynəb ailəsi ilə başqa otaqda, Gülayətlə Ömər isə digər otaqda yaşayırdılar. Təxminən 2024-cü ilin noyabr ayında Gülayətgil Zərdab rayonu Sileyli kəndinə qonaq gəlib bir müddət qalıb Bakıya qayıtmışlar. Təxminən 2024-cü ilin dekabr ayında Gülayətdən eşidib bilmişdir ki, ev sahibi Zeynəb onun barəsində şikayət edib, Gülayətin onun evindən oğurluq etdiyini bildirmiş, bununla bağlı araşdırmaya başlanılmışdır. Buna görə o, Bakı şəhərinə gəlib məsələ ilə maraqlandıqda Gülayət oğurluq etmədiyini, ona şər atıldığını bildirmişdir. İstintaq zamanı təqdim edilən bijuteriyalar Gülayətin qaynatasıgilin evindən aşkar olunmuşdur. Onun evindən aşkar olunmamışdır. Zərərçəkmiş şəxsin evinə quraşdırdığı müşahidə kameralarında görünən şəxs onun qızıdır. Qızı Gülayət həyat yoldaşına aid video görüntünü axtarmaq üçün evə daxil olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Ömər adlı əmisi nəvəsi Gülayəti sevdiyi üçün Zərdab rayon Sileyli kənd nümayəndəliyinin rəsmi icazəsi alındıqdan sonra Gülayətlə ailə qurmuş, birlikdə yaşamışdırlar. Bir müddət Zərdab rayonu Sileyli kəndində yaşadıqdan sonra Bakı şəhərinə çıxıb getmişdirlər və bir müddət Sabunçu rayonu Əfəndiyev küçəsi ev 29 mənzil 10 ünvanında Zeynəb adlı şəxsin evində kirayədə yaşamışdırlar. Zeynəb də Gülaytgil ilə bır məhəllədə yaşayırdı. Zeynəb ailəsi ilə başqa otaqda, Gülayətlə Ömər isə digər otaqda yaşayırdılar. Təxminən 2024-cü ilin noyabr ayında Gülayətgil Zərdab rayonu Sileyli kəndinə qonaq gəlib bir müddət qalıb Bakıya qayıtmışdırlar. Təxminən 2024-cü ilin dekabr ayında Gülayətdən eşidib bilmişdir ki, ev sahibi Zeynəb onun barəsində şikayət edib, Gülayətin onun evindən oğurluq etdiyini bildirmiş, bununla bağlı araşdırmaya başlanılmışdır. Buna görə o Bakı şəhərinə gəlib məsələ ilə maraqlandıqda Gülayət özü etiraf edib bildirmişdir ki, 2024-cü ilin oktyabr-noyabr aylarında bir neçə dəfə Zeynəbin evinə onun icazəsi olmadan gizli daxil olmuş və evdən Zeynəbə məxsus bir neçə bijuteriya, kosmetik əşyalar götürmüşdür. Artıq araşdırma gedişatında Gülayət törətdiyi cinayət əməlini etiraf edib, Zeynəbin evindən götürdüyü bijuteriyalardan bir qismini Zərdab rayonuna gələndə kənddə sandıqçanın içərisində qoyub saxladığını deyib xahiş etmişdir ki, onları gətirib polis orqanına təhvil versin. O, da 01 ədəd göy rəngli qolbağı, 01 ədəd qırmızı rəngli qolbağı, 01 ədəd sarı rəngli boyunbağı, 02 ədəd gümüşü rəngli boyunbağı, 01 ədəd gümüşü rəngli kulonu və 01 ədəd hissələrə ayrılmış gümüşü rəngli boyunbağı gətirib 12-ci PŞ-də araşdırmanı aparan polis əməkdaşına təhvil vermişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, ev sahibi evindən oğurluq olmasından şübhələndikdən sonra evdə müşahidə kamerası quraşdırıb və Gülayətin onun evinə gizli daxil olması, evindən oğurluq etməsi həmin kamera vasitəsi ilə qeydə alınmışdır. Buna görə bir ata kimi Gülayətə iradını bildirib onu tənbeh etmişdir. Gülayət də törətdiyi əmələ görə peşman olduğunu deyib bir daha bu cür hallara yol verməyəcəyini söz vermişdir. Gülayətin konkret olaraq Zeynəbin evində nə kimi əşya oğurlaması, onun oğurluq cinayətini dəqiq hansı tarixlərdə törətməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Zeynəb ünvan 5 ünvanında ailəsi ilə birlikdə 2018-ci il tarixdən etibarən əri X4 və azyaşlı övladları Zeycan Ramazanlı və Sevgi Ramazanlı ilə birlikdə yaşayır. Zeynəbgilə məxsus fərdi ev 4 otaqdan ibarətdir. Əlavə dolanışıq məqsədi ilə otaqlardan birini Zeynəbgıl ayırıb kirayə verirlər. Həmin otağa çıxış Zeynəbgilin yaşadığı mənzilin yataq otağındandır, lakin yaşadığı mənzilin yataq otağının qapısını bağlamışlar, eyni zamanda pəncərə də vardır. Həmin mənzilə daxil olmaq üçün ayrı giriş qapısı mövcuddur. 2024-cü ilin iyun ayının sonlarında qonşuluqda yaşayan Xəyalə adlı qadın Zeynəbin kirayə ev verdiyini bildiyindən ona yaxınlaşıb Ömər adında qohumunun olduğunu, onun yeni ailə həyatı qurduğunu, bu yaxınlarda Bakı şəhərinə gələcəyini deyib ev axtardığını demişdir. Zeynəb də evin hazırda boş olduğunu, aylıq olaraq 170 manat kirayə haqqı verib qala biləcəklərini demişdir. Onlar danışıb razılaşdıqdan təxminən 2 gün sonra Ömər evə gəlib baxmış, mənzili bəyəndikdən sonra Zeynəblə razılaşmış, arvadı Gülayət ilə birlikdə evdə yaşamaq istədiklərini bildirmişdir. Beləliklə onlar razılaşdıqdan sonra Ömər və Gülayət iyun ayının sonlarından 1 otaqlı mənzildə yaşamağa başlamışlar. Zeynəbdən sonradan eşidib bilmişdir ki, 2024-cü ilin oktyabr ayından etibarən evdə olan özünə məxsus geyim və kosmetika əşyaların yoxa çıxdığını aşkar etməyə başlamışdır. Evində 2 azyaşlı qız övladının olmasına görə onların kosmetika əşyalarını götürməsindən şübhələnib, onlardan bu barədə soruşmuş, onlar heç bir əşyaya toxunmadıqlarını demişlər. Bu barədə əri Orxan Ramazanova danışdıqda o da bu barədə heç bir məlumatı olmadığını demişdir. Zeynəb buna məhəl qoymadığından kosmetika əşyalarının harada olması barədə düşünməmişdir. Bu hal bir neçə dəfə təkrarlanmış, belə ki, artıq geyim əşyalarının, azyaşlı övladlarının bujiteriya əşyalarının, həmçinin digər kosmetik əşyalarının da olmadığını gördükdə bu barədə ona demişdir. O, Gülayətdən şübhələnib bu barədə Zeynəbə demişdir. X5 saf qız olduğuna inandığından Gülayətin onun evinə daxil ola biləcəyini əsla düşünməmişdir və onun sözlərinə əhəmiyyət verməmişdir. Sonradan Zeynəbin evindən pul və qızıl-zinət əşyalarının yoxa çıxdığını görən Zeynəb evində gizli müşahidə kamerası quraşdırmış və 23 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Gülayətin Zeynəbin evinə gizli daxil olub oğurluq etməsi həmin müşahidə kamerasına düşmüşdür. Bundan sonra Zeynəb tam əmin olmuşdur ki, evindən oğurluq edən Təqsirləndirilən şəxsdır. Artıq o da həmin videogörüntülərə baxıb əmin olub Zeynəbə təklif etmişdir ki, hadisə ilə bağlı hüquq mühafizə orqanına məlumat versin. Zeynəb razılaşmış və o bu barədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra Zeynəb hadisə ilə bağlı hüquq mühafizə orqanına dəvət olunub ərizə və izahatı alınmışdır. Sonradan eşidib bilmişdir ki, araşdırma zamanı Gülayət törətmiş olduğu cinayət əməlini qismən etiraf etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə AR CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilərək istintaq aparılmışdır. - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yeri olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 29, mənzil 10 ünvanına baxış keçirilərək fotoşəkillər çəkilmişdir. - Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 24 noyabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman ünvan 6 ünvanında quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış və 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülərək materiala əlavə olunmuş görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə «WhatsApp Video 2024-12-10 at 07.56.35»; «WhatsApp Video 2024- 12-10 at 07.56.40»; «WhatsApp Video 2024-12-10 at 07.57.09 (1)»; «WhatsApp Video 2024-12-10 at 07.57.09 (2)»; «WhatsApp Video 2024-12-10 at 07.57.09» adlı qovluqlar var. - «WhatsApp Video 2024-12-10 at 07.56.35» adlı qovluq açıldıqda 17 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış keçirildikdə görüntüdə boş otaq, otaqda 1 ədəd masa, masa ətrafında stulların, güzgülü siyirtməli kamodun, divan və kreslonun olduğu, həmin görüntünün 23 noyabr 2024-cü il saat 16:05-dən başladığı görünür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı görüntü aşkar edilməmişdir. - «WhatsApp Video 2024-12-10 at 07.56.40» adlı qovluq açıldıqda 06 dəqiqə 09 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış zamanı görüntünün 23 noyabr 2024-cü i! saat 16:05-dən başladığı görünür. Görüntüdə Təqsirləndirilən şəxs giriş qapısından otağa gizli baxdığı, otaqda kənar şəxsin olmamasına əmin olduqdan sonra asta addımlarla otağa daxil olduğu, ilk öncə kreslonun üzərində olan əşyaya baxıb yerinə qoyduğu, daha sonra otaqlarda olan əşyalara nəzər yetirdiyi, otaqda olan güzgülü kamoda yaxınlaşıb kamodun siyirtmələri açıb axtarış apardığı, siyirtmənin içərisindən kosmetik əşyalar götürdüyü, gizli olaraq otaqdan çıxıb getdiyi əks olunmuşdur. - «WhatsApp Video 2024-12-10 at 07.57.09 (1)» adlı qovluq açıldıqda 03 dəqiqə 01 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış zamanı görüntünün 23 noyabr 2024-cü il saat 16:22-dən başladığı görünür. Görüntüdə Təqsirləndirilən şəxs otaqların işıqlarını yanıdırıb axtarış aparması, və sonradan masaya yaxınlaşıb kağız üzərində yazı yazdığı əks olunmuşdur. - «WhatsApp Video 2024-12-10 at 07.57.09 (2)» adlı qovluq açıldıqda 05 dəqiqə 07 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış zamanı görüntünün 23 noyabr 2024-cü il saat 16.25-dən başladığı görünür. Görüntüdə Təqsirləndirilən şəxs masa arxasında stula söykənib kağız üzərində yazı yazması, daha sonra bir otaqdan digər otaqlara keçməsi, işıqları söndürməsi əks olunmuşdur. - «WhatsApp Video 2024-12-10 at 07.57.09» adlı qovluq açıldıqda 02 dəqiqə 26 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmişdir. Baxış zamanı görüntünün 23 noyabr 2024-cü il saat 16:19-dan başladığı görünür. Görüntüdə Təqsirləndirilən şəxs otağa daxil olub otaqdja işığı yandırıb, kağız parçası və qələm götürüb masa arxasında stula söykənib kağız üzərində yazı yazması əks olunmuşdur. - Maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Şahid1 1 ədəd göy rəngli qolbaq, 1 ədəd qırmızı rəngli qolbaq, 1 ədəd qızılı rəngli boyunbağı, 2 ədəd gümüşü rəngli boyunbağı, 1 ədəd hissələrə ayrılmış gümüşü rəngli boyunbağı, 1 ədəd gümüşü rəngli kulonu təhqiqat orqanına təqdim etmişdir. - AR DİN BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid1 tərəfindən təqdim olunmuş 1 ədəd göy rəngli qolbaq, 1 ədəd qırmızı rəngli qolbaq, 1 ədəd qızılı rəngli boyunbağı, 2 ədəd gümüşü rəngli boyunbağı, 1 ədəd hissələrə ayrılmış gümüşü rəngli boyunbağı, 1 ədəd gümüşü rəngli kulon tanınmaq üçün Zərərçəkmiş şəxs təqdim edilmişdir. Zərərçəkmiş şəxs ona təqdim olunmuş 1 ədəd göy rəngli qolbaq, 1 ədəd qırmızı rəngli qolbaq, 1 ədəd qızılı rəngli boyunbağı, 2 ədəd gümüşü rəngli boyunbağı, 1 ədəd hissələrə ayrılmış gümüşü rəngli boyunbağı, 1 ədəd gümüşü rəngli kulonu nəzərdən keçirib ona təqdim olunan əşyaları ölçülərinə, üzərilərində aparılmış qeydlərə və digər göstəricilərinə görə tanıyıb, həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid1 Məhbud oğlunun iştirakı ilə protokol tərtib olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman ünvan 7 ünvanından aşkar edilib götürülmüş üzərində əlyazmalar olan kağız parçasına Sabunçu RPİ-nin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 312 nömrəli xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı kağız parçası üzərində “Nolar məni polisə vermə yoldaşım öldürər məni nolar bacı yalvarıram bizi çıxart kirədən. Bir bəhanə elə çıxart nolar. Uşağım ölürdü qarnımda onları satıb uşağıma müalicə oldum. Bacı yalvarıram nolar bağışla gəl sabah oturaq söhbət edək, sənə başa salım” məzmununda yazının olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olduğunu, gizli olaraq qadın kosmetik əşyalar, bir neçə qızıl-zinət və bijuteriyalar götürdüyünü etiraf edib, törətdiyi əməldən peşiman olub sonradan həmin məzmunda məktubu yazıb Zərərçəkmiş şəxs evində qoymuşdur ki, Zeynəb onu bağışlasın. Həmin yazı onun tərəfindən xx.xx.2024-cü il tarixdə sonuncu dəfə Zeynəbin evinə daxil olarkən yazdığını bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli, 1/11 nömrəli məktubundan görünür ki, AR SN-nin 2 nömrəli X1 müdriyyəti xx.xx.2024-cü il tarixli 49/2-47640/24 nömrəli sorğunuza cavab olaraq bildirir ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün 2 nömrəli X2 müraciət etməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 15 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 3-28-29/2-479/2025 saylı, 18 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. - AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizası, trasoloji ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/384-3/136-9/530 saylı rəyindən görünür ki, 01 ədəd gümüşü rəngli metaldan boyunbağı -üzərində «925» əyyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşdən hazırlanmışdır, çəkisi 1,50 qramdır-7,50 manat; 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulon -üzərində «925» əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşdən hazırlanmışdır, çəkisi 1,37 qramdır, qaşları qiymətli qaşlara aid deyil -7,0 manat; 01 ədəd göy rəngli qeyri metal tərkibli və 5 ədəd sarı rəngli metaldan, kürə formalı, sapa düzülmüş muncuqlardan İbarət qolbaq-sarı rəngli metal kürələr 585 əyarlı qızıldan hazırlanmışdır, qolbaqın ümumi çəkisi 2,77 qramdır-25,0 manat; 01 ədəd qırmızı və şəffaf rəngli qeyri metal tərkibli, sapa düzülmüş muncuqlardan ibarət qolbaq -çəkisi 5,40 qramdır-3,0 manat; 01 ədəd sarı rəngli metaldan boyunbağı (kilid yeri yoxdur)-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 20,48 qramdır, qırıntı hesab olunur-1,0 manat; 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf olan boyunbağı (kilid yeri yoxdur, çox sayda qaş yerləri boşdur) -metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,37 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur-1,0 manat; 4 ədəd gümüşü rəngli metaldan məlumat hissəsi -metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 6,21 qramdır, qırıntı hesab olunur-qiymətləndirilmir. Tədqiqata təqdim edilmiş dörd ədəd qırılmış boyunbağı hissələrinin son kənarlarının ümumi əlamətlərə əsasən əvvəllər vahid bütövlük təşkil etməsi istisna edilmir. Tədqiqata təqdim olunmuş məmulatların 2024-cü ilin iyul-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 44,50 manat müəyyən edilir. - Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - AR SN “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 633 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə onunla istintaq hərəkətlərinin aparılması iqtidarındadır, emosionallıq, inadkarlıq, əsəbilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, cinayət əməlini törədən zaman öz hərəkətlərinin xarakter və mənasını anlamaq iqtidarında olmuş, cinayət əməlini törətməmişdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra onun psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamış, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir, törətmiş olduğu cinayət əməlinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olsa da, yetkinlik yaşına çatmadığından davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaya bilərmiş, özündən uydurmağa meyillilik aşkar edilmir, lakin, özünü müdafiə etməyə çalışaraq hadisə ilə bağlı öz xeyrinə uyğun tərzdə məlumat verə bilər. - Sübutların qiymətləndirilməsi haqqında 27 fevral 2025-ci il tarixli n görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman aşkar edilib götrülmüş 01 ədəd kağız parçası, hadisə anını əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülmüş videogörüntü, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyyarlı gümüşdən hazırlanmış, 1,37 qram çəkidə qaşları olan kulon, 01 ədəd 925 əyyarlı gümüşü rəngli metaldan hazırlanmış, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşdən hazırlanmış, 1,50 qram çəkidə boyunbağı, 01 ədəd 25 manat dəyərində göy rəngli qeyri metal tərkibli və 05 ədəd sarı rəngli 585 əyyarlı qızıldan hazırlanmış kürə formalı, sapa düzülmüş muncuqlardan ibarət 2,77 qram çəkidə qolbaq, 01 ədəd qırmızı və şəffaf rəngli qeyri metal tərkibli, sapa düzülmüş muncuqlardan ibarət, 5,40 qram çəkidə qolbaq, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağı, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, 3,37 qram çəkidə, qırıntı hesab olunan boyunbağı, 04 ədəd gümüşü rəngli, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 6,21 qram olan qırıntı hesab olunan metaldan məmulat hissəsi maddi sübut kimi tanınmış, 01 ədəd kağız parçası, 01 ədəd DVD yaddaş daşıyıcısı istintaq materiallarına əlavə olunmuş, digər əşyalar məhkəmənin hökmü qanuni qüvvəyə minənədək qorunub saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 1 ədəd göy rəngli qolbaq, 1 ədəd qırmızı rəngli qolbaq, 1 ədəd qızılı rəngli boyunbağı, 2 ədəd gümüşü rəngli boyunbağı, 1 ədəd hissələrə ayrılmış gümüşü rəngli boyunbağı, 1 ədəd gümüşü rəngli kulon təhvil alınmışdır. - “Med City” Regional Clinic tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müayinə sənədlərindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 23 həftəlik (5 gün) hamilədir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi təqdim edərək cinayət nəticəsində dəymiş maddi ziyanın, yəni 10178,50 manat məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, videogörüntü həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildiyindən Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını, hamiləliyini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. . Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən maddi sübut kimi tanınmış 01 ədəd kağız parçası, hadisə anını əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülmüş videogörüntü cinayət işinin materiallarında saxlanılmalı, CPM-nin 132.1.5-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyyarlı gümüşdən hazırlanmış, 1,37 qram çəkidə qaşları olan kulonun, 01 ədəd 925 əyyarlı gümüşü rəngli metaldan hazırlanmış, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşdən hazırlanmış, 1,50 qram çəkidə boyunbağının, 01 ədəd 25 manat dəyərində göy rəngli qeyri metal tərkibli və 05 ədəd sarı rəngli 585 əyyarlı qızıldan hazırlanmış kürə formalı, sapa düzülmüş muncuqlardan ibarət 2,77 qram çəkidə qolbağın, 01 ədəd qırmızı və şəffaf rəngli qeyri metal tərkibli, sapa düzülmüş muncuqlardan ibarət, 5,40 qram çəkidə qolbağın, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağının, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, 3,37 qram çəkidə, qırıntı hesab olunan boyunbağının, 04 ədəd gümüşü rəngli, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 6,21 qram olan qırıntı hesab olunan metaldan məmulat hissəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, zərərçəkmiş şəxs oğurluq nəticəsində ona vurulmuş 10178,50 manat məbləğində ziyanın və ödənilmiş 121 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materaillarından görünür ki, oğurlanmış əşyaların bir hissəsi qaytarılmış və ekspert rəyinə əsasən onların dəyəri 44.50 manat təşkil edir. Ona görə məhkəmə hesab edir, mülki iddia qismən təmin edilməli və 10.134 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 91 manat dövlət rüsumu, ümumilikdə 10.225 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs-mlüki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kağız parçası, hadisə anını əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülmüş videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyyarlı gümüşdən hazırlanmış, 1,37 qram çəkidə qaşları olan kulonun, 01 ədəd 925 əyyarlı gümüşü rəngli metaldan hazırlanmış, üzərində 925 əyyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşdən hazırlanmış, 1,50 qram çəkidə boyunbağının, 01 ədəd 25 manat dəyərində göy rəngli qeyri metal tərkibli və 05 ədəd sarı rəngli 585 əyyarlı qızıldan hazırlanmış kürə formalı, sapa düzülmüş muncuqlardan ibarət 2,77 qram çəkidə qolbağın, 01 ədəd qırmızı və şəffaf rəngli qeyri metal tərkibli, sapa düzülmüş muncuqlardan ibarət, 5,40 qram çəkidə qolbağın, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan boyunbağının, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, 3,37 qram çəkidə, qırıntı hesab olunan boyunbağının, 04 ədəd gümüşü rəngli, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 6,21 qram olan qırıntı hesab olunan metaldan məmulat hissəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin və Təqsirləndirilən şəxs 10134 manat pul və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 91 manat dövlət rüsumu, ümumilikdə 10225 manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 4 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 24 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra isə sərf etdiyi 20 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 220 manat məbləğində vəsait, cəmi 244 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-296/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-296/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver