Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-297/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Vət.X7 ilə birgə nikahdan xx.xx.1995-ci ildə qızı X5 doğulmuşdur. F.Teymurova 2017-ci ildə Bakı şəhəri,Sabunçu rayonu,Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi 21 saylı evdə yaşayan X13 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin evə el adəti ilə gəlin köçmüşdür.Birgə nikahdan iki övladları doğulub. Bir müddət sakit yaşasalar da, sonradan Əli Abbasovun anası X3 F.Teymurovanı döyərək evdən qovmuş,evə qayıtmasına imkan verməmiş daha sonra Əli Abbasovun qardaşı ilə birgə həmin evdə olan cehiz əmlakını özbaşına avtomobilə yükləyərək gətirib Biləcəri qəsəbəsində evin qarşısında yerə atmışdır. Nəticədə əmlak talan edilmiş, ümumi qiyməti təxminən 15.000 manatdan çox olan əmlak talan edildiyinə görə polis orqalarmı şikayətlər edilmişdir. Beləliklə G.Abbasova faktiki olaraq ailəni dağılmasına nail olmuşdur. Ona görə də nikahın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissədə bölünməsi, aliment və s. iddia tələbləri ilə Şuşa rayon məhkəməsinə iddia ərizəsi verilmişdir. Şuşa rayon məhkəməsi əmlakla bağlı tələbləri tam şəkildə rədd etmiş, nikahı ləğv etmiş,alimentin ödənilməsini təmin etmişdir. Mülki iş məhkəmə icraatında olan dövrdə qarşı tərəf-Əli Abbasov və onun vəkili (barəsində ayrıca şikayət vermişdir) birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə edilmiş avtomobilin üzərində həbs qadağası olduğu halda özgəninkiləşdirilmiş və yeni dövlət qeydiyyat nişanı əldə etmişdir.(cinayət faktlarından ayrıca şikayətlər verilmişdir) .Verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2024-cü il tarixə işi baxışa təyin etmişdir. Bununla belə borclunun aliment borcu var,borcu ödəmir,mobil telefonla zənglər edib qızı F.Abbasovaya hədə qorxu-gəlir,əlindən azyaşlı uşaqları alacağı ilə şantaj edir və s. 2024-cü ilin mart ayının 2-si və 3-ü tarixlərində Bakı şəhər Baş Polis İdarəsindən Elçin adlı polis əməkdaşı mənim istifadəmdə olan 070-300-79- 73mobil nömrəmə zəng edərək bildirdi ki,məndən şikayət var izahat vermək üçün İdarəyə gəlməliyəm.xx.xx.2024-cü il tarixində Bakı şəhər Baş Polis İdarəsinə gedib öyrəndikdə məlum oldu ki,Xasay Abbasov (Əli Abbasovun qardaşı) özünün elektron poçtu vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazriri,X9rdaşı Əli Abbasovun adından şikayət göndərib.Şikayət xx.xx.2024-cü ildə DİNdə qeydiyyatdan keçib. Şikayətlə tanış olduqda məlum oldu ki,Əli Abbasov heç bir əsas olmadan mənə böhtan ataraq guya onun şantaj edirəm,yaşamasına imkan vermirəm,əsassız aliment tələb edirəm və Kontraktla MAXE vəzifəsində işlədiyi X1 işdən çıxarılmasını təşkil etmişəm,müharibə veteranıdır və s. Ayrıca qeyd etməliyəm ki,mənim işgüzar nüfuzuma zərbə vurmaq,şər və bötan atmaq məqsədi ilə göndərilmiş müraciət Xasay Abbasovun şəxsi kabnetindən göndərilsə də,şikayət Əli Abbasovun adından verilmişdir. Onun əsassız şikayətinə görə bir neçə saat izahat yazmalı oldum,qoyulmuş şullara cavab verdim.Həmin tarixdə şikayətlə bağlı xeyli vaxt itirdim. Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsində bildirdim ki,şikayəti məhkəməyə verib məsələni hüquq müstəvisində həll edəcəm,çünki barəmdə verilmiş şikayət yalan və böhtan xarakterlidir. Bundan başqa,bu şəxsin qanuna zidd hərəkətləri nəticəsində Bakı şəhər Baş Polis İdarəsinin vəzifəli şəxsləri, Rəisi və Rəis müvaini,eləcədə şikayəti araşdıran Elçin müəllim əbəs yerə xeyli vaxt sərf etmişlər.Beləki Ə.Abbasovun şikayəti DİN-nə daxil olduqdan sonra üzərinə dərkənar qoyaraq araşdırılması məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsinə göndərmiş,İdarə rəisi Şöbə rəisinə,o,isə araşdırılması üçün şikayəti tabeliyində olan müstəntiqin icraatına vermişdir. Əli Abbasov barəmdə dəflərlə böhtan və təhqirlər yazıb qızım Fəxrəndə Teymurovanın mobil telefonuna göndərmişdir.O, sonuncu dəfə böhtan və yalan yaydığına görə böyük narahatçılıq və həyacan keçirmişəm, həyat yoldaşımın təzyiqi qalxmışdır.Mən polisə çağrılan gün həyat yoldaşıma görə yaşadığım mənzilə həkim cağrılmış,həkim müdaxiləsindən sonra təziyiqi düşmüşdür. Əli Abbasovun yalan və böhtan xarakterli şikayət ərizəsi özümə,ailəmə iztirab və əzab vermişdir.Həmin tarixlərdə güclü mənəvi sarsıntı keçirdiyimə görə heç bir iş görə bilməmiş,işlərim pozulmuşdur. Bir neçə dəfə Əli Abbasovu yaşdığım Qarant şəhərciyində görmüş,onun bu şəhərcikdə yaşamadığını və heç bir yaxının olmadığını bildiyim üçün məni izlədiyini,daima metroların çıxışlarında dayanaraq müşahidə etdiyini,onun xüsusi xidmət və polislə əməkdaşlıq etdiyini düşünüb narahat olmuşam. Barəsində xüsusi ittiham qaydasında şikayət etyim şəxs-Əli Abbasov əsassz,böhtan xarakterli ərizə və şikayətləri ilə mənə həm maddi,həmdə mənəvi ziyan vurmuşdur.Beləki mənə böhtan atmaqla işgüzar nüfuzuma ölçüyəgəlməz zəzər vurmuşdur. X17 barəmdə yazdığı böhtan və təhqirlər başqaları tərəfindən oxunduğuna görə,yazılara münasibət bildirilmişlər. Hesab edirəm vət.Əli Abbasovun qanunsuz hərəkətləri nəticəsində şərəfim,ləyaqətim və işgüzar nüfuzum ciddi ləkələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli “xüsusi ittiahm qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi “haqqında Qərarının 5-ci bəndinin ikinci abzasında müəyyən edilir ki,CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtan,yəni yalan olduğunu bilə -bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə,yəni şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçatmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki,təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda,kütləvi nümayiş edilən əsərdə ,kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə,hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə,eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür”.Onun böntan xarakterli şikayətini nəinki iki şəxs,ən azı on vəzifəli şəxs oxumuşdur. Vət.Əli Abbasovun barəmdə şərəf və ləyaqətimi alçaldan yalan -böhtan xarakterli şikayəti Azərbaycan Respublikası DİN-ri X15,DİN-in yüksək rütbəli zabit və texinki əməkdaşları,Bakı şəhər Baş Polis İdarəsinin və rəhbərliyi və şəxsi heyyətin əksəriyyəti oxuyub biliblər,bu məlumatlar çoxlu şəxslər arasında yayılıb.Vəzifəli şəxslərin ən azı 3nəfəri məni şəxsən tanıyır,bu mənim işgüzar nüfuzuma zərər vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli Qərarında göstərilir ki,-Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir:məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi:-həmin məlumatınn doğru olmaması:-bu məlumatların yayılması.Göründüyü kimi Əli Abbsovun yazıdığı şikayət doğuru olmamaqla yanaşı, mənim şərəf və ləyaqətimi ləkələmişdir. Vət.Əli Abbasovun barəmdə yazdığı şikayət dorğu deyil,böhtan və yalandır.Ali Məhkəmə Plenumun qərarında göstərilən bütün 3 hal mövcuddur və onlara məcmnu halında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 .-ci maddəsinə əsasən,böhtan yəni yalan olduğunu bilə -bilər hər hansı şəxsin şərəf və ləyaqətini və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə ,kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saat müddətədək ictimai işlər və ya bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vət.Əli Abbsov yalan olduğunu bilə-bilə barəmdə şərəf və ləyaqətimi alçaldan böhtan xarakterli şəkayətlərini Azərbaycan Respublikası DİN-nə, və oradan Bakı şəhər Baş Polis İdarəsinə verdiyinə görə əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dörd əlaməti var,o,bu cinayətin subyektidir,ona görədə altı ay müddətinə azadlıqdan məhrum edilməlidir.Yuxarıda göstərilənlərə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş,Şuşa rayonu,Şuşa şəhəri Dədə Qorqud küçəsi ev 30,mənzil 9-da qeyiyyatda olan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay həbs cəzasına məhkum edilməsi barədə höküm çıxarılmasını xahiş edir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi Müdafiəçi şikayətin aidiyyatı üzrə Şuşa rayon məhkəməsinə göndərilməsini və ya məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Lakin, X6 məhkəməyə təqdim etdiyi şikayət ərizəsində doğulduğu ili, məşğuliyyət növü və vəzifəsini göstərməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət ərizəsində X6 barəsində şikayət verdiyi Əli Abbasovun elektron poçt vasitəsilə barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nə şikayət göndərdiyini göstərsə də, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Halbuki, CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-297/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-297/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver