Məhkəmə qərarları › İş №1(008)-298/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-298/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-298/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qurbanəli oğlunun, 07 saylı vəkil bürosunun vəkil Əliyev Səməd Eyyub oğlunun, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı ilə 27 iyul 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küç., döngə 02, ev 04, mənzil 17 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Əliyev Adil Aydın oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxxxx 2020-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakoviski küç., döngə 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus 1 saylı mənzilin daş hasarından aşaraq evin həyətinə düşmüş, sonra isə həyətdəki evin yataq otağının plsatik pəncərəsini əli ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağından özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 700 manat olan bir ədəd 21 dioqanallı «LG» markalı televizoru, dəyəri 300 manat olan xrusdal qab dəstlərini, dəyəri 200 manat olan qadın geyim paltarlarını, hər birinin qiyməti 180 manat olan, 360 manat dəyərində iki cüt «Vaqon» markalı ayaqqabını, qonaq otağından qiyməti 450 manat olan bir ədəd «Samuray» markalı velosipedi, qiyməti 80 manat olan bir ədəd velosipedi, qiyməti 7 manat olan bir ədəd qazanı, qiyməti 17 manat olan bir ədəd «Cem» markalı tavanı, qiyməti 10 manat olan bir ədəd «Papilla» markalı tavanı, hamam otağndan qiyməti 150 manat olan su qızıdırıcısmı (Pitiminutkanı), qiyməti 60 manat olan zambaq formalı əl-üz yuyan dəstini, hər birinin qiytməti 60 manat olan, 120 manat dəyərində iki ədəd paltar yığmaq üçün səbəti gizli talayaraq Zərərçəkmiş şəxs 2.454 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Əliyev Adil Aydın oğlu ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün 9 ay azadlıqdan məhrum edilmişdir. 2019-cu ilin may ayında azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra iş axtarmağa başlamış, bir müddət avtoyuma məntəqəsində işləmiş, sonradan xəstəliyi ilə əlaqədar işləməmişdir. Arada bir narkotik vasitə heroindən istifadə edirdi. Heç-bir yerdə işləmədiyi üçün maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 06:00 radələrində oğurluq etmək məqsədi ilə qonşusu Ləmanın yaşayış olmayan evinin qarşısına gələrək oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra evin daş hasarından həyətinə tullanmış, sonra isə evin yataq otağının plastik pəncərəsini əli ilə açaraq evə daxil olmuş, oradan iki ədəd velosipedi, bir ədəd «LG» markalı teklevizor, xrusdal qab dəstlərini, bir ədəd qazanı, iki ədəd tavanı, qadın geyim paltarları, iki cüt ayaqqabı, hamam otağmdan su qızıdırıcısı (Pitiminutkanı) və əl-üz yuyanı gizli götürmüş, evin giriş qapısını evdən tapdığı açarla açaraq bir-bir çölə çıxardaraq yaşadığı binanın blokuna gətirib orada gizlətmişdir. Həmin gün bir neçə saat sonra oğurladığı bir ədəd velosipedi, bir ədəd «LG» markalı televizoru, xrusdal qab dəstlərini, qadın geyim paltarlarını və iki cüt ayaqqabıları bir-bir Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Rus bazarı deyilən yerə aparmış, orada velosipedi 30 manata, «LG» markalı televizoru 15 manata, xrusdal qab dəstini 30 manata, qadın geyim paltarlarını və iki cüt ayaqqabıları 100 manata tanımadığı şəxsə satmışdır. Bir ədəd böyük velosipedi isə Sabunçu qəsəbəsi ərazisində yaşayan Adil adlı şəxsə 50 manata satmışdır. Su qızıdırıcısı (Pitiminutkanı) və əl-üz yuyanı isə satmaq üçün Sabunçu qəsəbəsi ərazisində yaşayan tanıdığı Arif adlı şəxsə vermişdir. Arif də, su qızdırıcısı və əl-üz yuyanı Rus bazarının yaxınlığında yerləşən dükana 40 manata satmış, həmin 40 manatı ona vermiş, o da bunun müqabilində Arifə 10 manat vermişdir. Oğurluq yolu ilə əldə etdiyi pulun bir qismini şəxsi ehtiyaclarına xərcləmiş, bir qismini isə tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə oğurladığı qazanı və tavanı satmağa apararkən yaşadığı evin yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, əlində olan torbanın içərisində nə olduğunu soruşmuşlar, o torbanın içərisində iki ədəd tava və bir ədəd qazan olduğunu deyərək özünə məxsus olduğunu bildirmişdir. Lakin həmin polis əməkdaşları ona inanmadıqları üçün onu Sabunçu RPİ-in 12-ci PŞ-nə gətirmişlər. Məhkəmədən ona yüngül cəza təyin olunmasını və mülki iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakoviski küç., döngə 2 ünvanda yerləşən bir mərtəbəli, iki otaqdan ibarət 1 nömrəli mənzili var. Lakin o həmin mənzildə yaşamasa da, əşyaları və paltarları evdə olduğundan arada-bir evə baş çəkməyə gedirdi. xx xxx 2020-ci il tarixdə səhər saatlarında istifadə etdiyi mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü ona Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşı olduğunu və Sabunçu qəsəbəsi,Mayakoviski küç., döngə 2 ünvanda yerləşən 1 nömrəli mənzilindən oğurluq olmasını deyərək, həmin oğurluq hadisəsnini törədən şəxsi tutduqlarını bildirmişdir. Bundan sonra mənzilə gəlmiş, həmin vaxt evin giriş qapısının və yataq otağının plsatik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evə daxil olduqda naməlum şəxs və ya şəxslərin evin plastikdən hazırlanmış pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq, evin qonaq otağından dəyəri 450 manat olan bir ədəd «Samuray» markalı velosipedin, dəyəri 80 manat olan, bir ədəd markasını bilmədiyi velosipedin, dəyəri 7 manat olan bir ədəd qazanın, dəyəri 17 manat olan bir ədəd «Cem» markalı tavanın, dəyəri 10 manat olan bir ədəd «Papilla» markalı tavanın, yataq otağından dəyəri 700 manat olan bir ədəd 21 dioqanallı, «LG» markalı teklevizorun, dəyəri 300 manat olan xrusdal qab dəstlərinin, dəyəri 200 manat olan özünə məxsus qadın geyim paltarlarının, hər birinin dəyəri 180 manat olan iki cüt «Vaqon» markalı ayaqqabının, hamam otağından dəyəri 150 manat olan su qızıdırıcısın (Pitiminutkanı), dəyəri 60 manat olan zambaq formalı əl-üz yuyan dəstinin, hər birinin dəyəri 60 manat olan iki ədəd paltar yığmaq üçün səbətin oğurladıqlarını aşkar etmiş və həmin gün bu barədə Sabunçu RPİ-in 12-ci PŞ-nə yazılı ərizə vermişdir. Polis şöbəsində ona evdən oğurluq cinayətini törədən şəxsin qonşuluqda yaşayan Adil olduğunu bilmişdir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunması və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid Əşrəf oğlu ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən Adil adlı şəxş özünə məxsus velosipedi satmaq istədiyini bildirmişdir. O, Adil adlı şəxsin satmaq istədiyi velosipedə baxış keçirib yoxladıqdan sonra xoşu gəlmiş və qiymətini soruşmuşdur. Adildə velosipedi 50 manata satdığını demişdir. Həmin ərəfələrdə azyaşlı uşağına velosiped almalıydı. Adil də, velosipedi ucuz qiymətə satdığı üçün 50 manat verib markalı velosipedi ondan götürmüşdür. Adildən velosipedi aldıqdan bir neçə gün sonra Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları onun yaşadığı evə gələrək, Adilin ona satdığı «Samuray» markalı velosipedi oğurluq yolu ilə əldə edib ona satdığını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1609 saylı, 24 iyun 2020-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların istifadədə olması nəzərə alınmalqa 2020-ci ilin aprel ayına olan bazar qiymətlə ümumi dəyəri təxminən 177.00 manat müəyyən edilir. «Samuray» markalı velosiped 160 manat, bir ədəd «Cem» markalı tava 5 manat, bir ədəd tava 2 manat, qazan 10 manat. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Əliyev Adil Aydın oğlu Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş - oğurluq, yəni özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Aydın oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 02 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,23). Cinayət işinin materiallarında olan 04 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Əliyev X2 Məcəlləsinin 177.2.3-cü maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 50). Cinayət işinin materiallarında olan 4(008)238/2020 saylı, 04 may 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində xx xxx 2020-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(səh., 81). Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev X2 Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «02» may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Əliyev X2 Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər - «ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Bir ədəd «Samuray» markalı velosipedin, bir ədəd «Cem» markalı, bir ədəd «Papilla» yazısı olan tavaların və bir ədəd qazanın zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızına qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə mülki iddiaçı-Zərərçəkmiş şəxs təqsirlndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təqsirləndirilən şəxs 2.454 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməəsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququna bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakın məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə cinayət prosesinin qanunvericiliyin mükli iddiaya aid yuxarıda salanan normaları rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını, təqdim edilmiş sübutları və cinayət işinin mülki iddiya aid materialları nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, 1.970 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs İlqar qızının xeyrinə tutulmalı, 10 manat dövlət rüsumu isə mülki iddiaçı Tağıyeva Ləman İlqar qızına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Əliyev Adil Aydın oğluna Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02» may 2020-ci il tarixdən hesablanılsın. Bir ədəd «Samuray» markalı velosipedin, bir ədəd «Cem» markalı, bir ədəd «Papilla» yazısı olan tavaların və bir ədəd qazanın zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızına qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin olunsun. 1.970 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs İlqar qızının xeyrinə tutulsun, 10 manat dövlət rüsumu isə mülki iddiaçı Zərərçəkmiş şəxs İlqar qızına aid edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar