Məhkəmə qərarları › İş №1(008)-298/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-298/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-298/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Cəbrayıl rayonu, Karxulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilii, subay, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-cİ il tarixli 2(008)- 1910/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 7360,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərəməKmiş şəxs Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikahı qeydiyyatdan keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsadar sonra xasiyyətləri düz gəlməmiş, Günayla birlikdə təxminən 2 il yaşamışdır. O, reklam işləri ilə məşğul olmuş, qazancı hər ay təxminən 1000,00 manat təşkil etmişdir. Ailədə mübahisələri olduğundan Günay uşağı götürərək anasının yanına getmişdir. O, imkanı daxilində uşağı ilə maraqlanmış və uşağın böyüdülməsi üçüq maddi yardım etmişdir, lakin Zərərçəkmiş şəxs aliment alınmasından ötrü məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001 )-1764/2018 saylf, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu qətnamə üzrə tərəfindən aliment borcu ram oiaraa edərilmişdir və bu səbəbdən həmin qətnamə üzrə icra işinə xx.xx.2021 -ci il tarixdə xitam verilmişdir. Zərərçəkmiş şəxs aliment miqdarının artırılması üçün yenə də məhkəməyə iddia ərizəsi :!s müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüavvəyə minmiş 2(008)-1910/2020 saylı xx.xx.2020-c il tarixli tarixli qətnaməsinə əsasən aliment miqdarı artırılaraq 170 manat müəyyən edilmişdir. O, imkanı daxilində aliment ödənişləri etmişdir Orııın barəsində Sabunçu rayon icra şöbəsində icra işi aparılmış Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzioatı qaydada həbs edilmişdir. O, hazırda reklam sahəsində işləyir, qazancı təxminən ***-**** manat təşkil edir. Ona məlumdur ki, Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş təqdimat əsasında onun ödənilməmiş aliment borcu 7360 manat təşkil edir. O, zərərçəkmiş şəxsə dəymiş zərərdən 1770 manat ödəniş etmiş, qalan məbləğin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə etmişdir. Zərrçəkmiş şəxs ondan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2009-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikahı qeydiyyatdan keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri normal olsada, sonra hələ uşaq dünyaya gəlməmiş Xalidin anası və bacıları ailə işlərinə mütamadi müdaxilə etmiş, bundan sonra Təqsirləndirilən şəxs da xasiyyəti dəyişmişdir. O, Təqsirləndirilən şəxsla təxminən 2 il birlikdə yaşamış, Təqsirləndirilən şəxs reklam işləri ilə məşğul olmuş, hər ay qazancı 1000,00 manatdan artıq olmuş, lakin pulu əsasən anasına vermiş və öz ehtiyaclarına xərcləmişdir. O, belə vəziyyətə daha dözə bilməmiş və uşağını götürərək anasının yanına getmişdir. Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün ona heç bir maddi vardım etməmiş, o, anasının hesabına uşağı saxlayır. Bu səbəbdən uşağın saxlanılması üçün aliment alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 1764/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin ona verilməsi qət edilmişdir. Sonradan o, al'ment məbləğinin artırılması üçün yenə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)- 1910/2020 say'ı, xx.xx.2020-cı ü tarixli qətnaməsinə əsasən aliment miqdarı artırılaraq 170 manat müəyyən edilmişd:r Təqsirləndirilən şəxs ona aliment ödəyəcəyini vəd versə də cüzi ödəniş etmişdir. O, Xalidə və sonuncuların valideyinlərinə dəfələrlə telefon vasitəsilə zəng edərək aiimentin ödənilməsini tələb etmiş, ləkin Xalid buna heç bir əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon icra şöbəsində icra işi aparılmış, lakin sonuncu aliment: ödəmirdi. Bu səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə gerə Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nirı 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. İcra üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin Təqsirləndirilən şəxs alimenti ödəməkdən yayınmışdır. Aliment borcundan 1270 manat ona istintaq zamanı, 500 manat isə bu gün ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, onun azadlıqda qalaraq qalan aliment məbləğinin hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1910/2020-003 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabir pu, məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Şöbənin icraatına dax;! olmuş, həmin tarixdə »craata başlamaq haqqında qərarı ilə icraata qəbul edilmişdir. Qərar və bildiriş borclu Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə X.Mərrmədov Şöbəyə dəvət olunmuş alimentin ödənilməsi tələb edilmiş, izahat aknmış və xəbərdarlıq məktubu təqdim edilmiş, qanunvericiliyin tələbləri sonuncuya izah edilmişd:r. icra so nəd: üxm tələbi təmin etməsi barədə xx.xx.2020- ci il, xx.xx.2021-ci «İ və xx.xx.2921-ci tarixli xəbərdarlıq məktubları borclu Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. 23.12 2022.-ci il tarixli izahatında işsiz olduğundan aliment borcundan heç bir ödəniş e*məc!?yini qeyd etmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs oarəshd? irzıbat xəta haqqında protokol tərtib edilərək, Sabunçu rayon məhkəməsinə müraciət" edilmişdir Sabunçu rayon məhkəməsinin 3(008)- 6869/2022 savlı, 23.12 2022-ci t.arixM qəmrma əsasən, borclu Təqsirləndirilən şəxs 15 gün müddətinə İnzibati caydaric həbs edilmişdir. AP ƏƏSM Nazirliyi yanında Dövlət Məşğulluq Xidmət' Sabunçu rayon Moşğulluo Mərkəzinin 27.01 2023-cü il tarixli məktubuna əsasən borclu Təqsirləndirilən şəxs öəbır oğlu işaxtaran kimi qeydiyyata alınmamışdır. xx.xx.2023-cü il, xx.xx.2023-cü il. 24 07.2023-cü il və xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktubları borclu Təqsirləndirilən şəxs şəxsən təqdim edilmiş və həmin tarixlərdə eyni məzmunlu izahatlar vermişdir. 24 iyul 2023cü il tarixdə borclu Təqsirləndirilən şəxs izahatı alınmış, qanunvericiliyin tələbləri ona izah olunmuş, yaranmış alimerıt borcunun ödənilməsi tələb edilmiş və xəbərdarlıq məktubu şəxsən özünə təqdirn edilmişdir. İcra sənədi üzrə Sabunçu rayon icra şöbəsinə təqdim edilən qəbzlərə əsasən Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 7360 (yeddi min üç yüz altmış) ma- at təşki' edir. Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmədiyi səbəbindən sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsilə cinayət məsukyyəiinə cəlb edilməsi məqsədilə barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(008)- 1910/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 10 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir (i.v.10-11). “İcraat başlama haqqında” 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(008)-1910/2020 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və həmin tarixdə qərar Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir (i.v.15). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 8(008)- 615/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.42-43). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agetntliyi 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən 26 yanvar 2023-cü il tarixədək işaxtaran kimi qeydiyyatda deyildir, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir (i.v.49). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 3(008)- 6869/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.63-65). Aliment ödənişləri cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2020-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək 7990 manat aliment məbləğindən cəmi 630 manat ödəniş etmişdir (i.v.72-73). “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmışdır (i.v.178-181). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs icra şöbəsində verdiyi izahatlarda və məhkəmə iclasında maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəyə bilməməsi və həmin məbləği ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs ötən illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, özünün də qeyd etdiyi kimi işləməsinə, sabit olmasa da gəlirinin olmasına və bununla da qətnamənin icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qətnaməsini qanunamüvafiq qaydada icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.105). “Axtarışda olan şəxsin tutulması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 10:00-da yaşadığı evin yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin MSY-nə yerləşdirilməsi üçün 13-cü PŞ-nin NHnə təhvil verilmişdir (i.v.113). “Qətimkan tədbiri seçmək haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 133). “Müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (i.v.135). “mpay” vasitəsi ilə ödənişi təsdiq edən 21 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən 1000 manat məbləğində aliment ödənişi edilmişdir (i.v.138). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 1(008)- 298/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 49/2-21861/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, ona aliment borcundan 1770 manat ödənilmiş, o, təqsirləndirilən şəxsdən şikayətçi olmamaqla qalan məbləğin ayda 200 manat olmaqla ödənilməsinə etiraz etmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsə qismən ödəniş etməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab olunmadığı, onun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla bir sıra hüquqlarına məhdudiyyət qoyulmaqla islah olunmasının mümkün olması, onun hər ay qismən də olsa aliment borcundan ödənişlər etməsinin təmin edilməsi üçün fərdi əməklə məşğul olması diqqətə alınmaqla onun cəmiyyətdən tam təcrid edilməməsinin xeyrinə aliment ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşağının da mənafeyinə xidmət etməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun ibtidai istintaq zamanı tutularaq saxlandığı (Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 10:00-da tutulmuş, 21 fevral 2024-cü il tarixdə saat 15:10-dan 16:10-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun tutularaq saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır), o cümlədən, məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlandığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla), məhkəmə istintaqı zamanı tutularaq 17 may 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 28 gün müddət, cəmi 30 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar