Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-299/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinin nümayəndəsi Şahid, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, avtomobil təmir sexində rəngsaz işləyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, X2 yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobıiı talama məqsədi olmadan qanunsuz oiaraq ələ keçirib qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 29 aprel 2023-cü il tarixdə, saat 00:30 radələrində təmir üçün ona təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus “Khazar” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi ünvan 1 ünvanında yerləşən sexdən Zərərçəkmiş şəxsin məlumat və icazəsi olmadan idarə edib Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törədib avtomobili maneəyə vuraraq Zərərçəkmiş şəxs 10462 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda fəaliyyət göstərən avtotəmir sexində maşın ustası işləyir. Bir neçə dəfə Rüstəm özünə məxsus avtomobilləri gətirib ona vermiş və təmir edib özünə qaytarmışdır. Aralarında heç bir problemi olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Rüstəm özünə məxsus “Khazar” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobili onun işlədiyi avtotəmir sexinə gətirib rənglətmək və bəzi əzik yerlərini düzəltmək üçün ona vermişdir. Bunun üçün ona 200 manat da pul vermişdir. Danışıqları belə olmuşdur ki, o həftənin bazar gününə qədər, yəni xx.xx.2023-cü ıl tarixədək avtomobili tam təhvil verməlidir. xx.xx.2023-cü ıl tarixdə Rüstəm gəlib avtomobillə maraqlanıb getmişdir. Həmin gün axşam Bakıxanov qəsəbəsində “Badü-Kübə” restoranın yanındakı adını bilmədiyi restoranda toy mərasiminə dəvət edildiyi üçün bu barədə Rüstəmə demişdir. Lakin, avtomobillə gedib getməmək barədə aralarında heç bir danışıq olmamışdır. Rüstəm avtomobilinin açarını ona vermişdir ki, lazım olsa təmir vaxtı yerim dəyişsin. Lakin, sürmək uçun ona icazə verməmişdir. Adətən maşınlarını təmirə verən şəxslər avtomobillərini verən zaman açarlarını da verirlər ki, birdən avtomobili ora-bura çəkmək lazım gələr. Həmin günü o axşam toya getmiş, toydan çıxıb işlədiyi avtotəmiri yerinə gəlmişdir. Toyda bir qədər spirtli içki içmişdir. Fikirləşmişdir ki, Rüstəmin maşını ilə yaşadığı evə getsin, səhər də qayıdıb işə gələr. Odur ki, artıq xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 raaəiərinaə Rüstəmə məxsus oian “Khazar markaiı, **-EF-*** doviət nömrə nişanlı avtomobili özündə olan açarla işə salıb evinə gedən zaman Bakı şəhəri, Z.Bünyadov prospektində “Elit” Ticarət mərkəzinin yanında saatda təxminən 70-80 km sürətlə hərəkətdə olan zaman onunla eyni istiqamətdə, ondan sağ tərəfdə hərəkət edən dövlət nömrə nişanını xatırlamadığı avtomobil manevr edərək onun hərəkət zolağına çıxdığı üçün bir anlıq o əyləci basıb həmin avtomobiiiə toqquşmamaq uçun avtomobiii soi tərəfə çəkmişdir. Həmin vaxt idarə etməni itirmiş və sol səkidə olan işıq dirəyinə dəyib avtomobili əzmişdir. Sonra orada olan tanımadığı şəxslər ona yaxınlaşıb onu maşından çıxarmışlar, sonra həkim çağırılmış və onu həkim briqadası gəlib “semaşka” deyilən xəstəxanaya aparmışlar. Sonradan bu barədə Sabunçu RPİ-də araşdırma aparılan müddətdə o Zərərçəkmiş şəxs dəymiş ziyanı tam oiaraq ödəmişdir və Rüstəm onunia barışaraq barəsində heç bir şikayəti və təiəbi yoxdur, avtomobili idarə edən zaman avtomobildə sərnişin olmamışdır. Zərərçəkmiş şəxs avtomobilini idarə edən zaman sonuncudan sürmək üçün icazə almamışdır. Onun sürücülük vəsiqəsi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, 2022-ci ildə “Əmək və Əhalinin sosial müdafiəsi” nazirliyindən ona təqdim edilmiş və mülkiyyətində olan “Khazar” markalı 77-EF- 993 dövlət qeydiyyat nişanlı avtomaşınını kosmetik təmirə ehtiyacı olduğu üçün Bakıxanov qəsəbəsində təxminən iki ilə yaxındır ki, tanıdığı Musa adlı ustanın yanına aparmış və ona bildirmişdir ki, son beş gün ərzində maşını ona tam təmirli vəziyyətdə verəcək və bunun müqabilində o, Musa adlı ustaya 200 manat pul ödəmiş və çıxıb getmişdir. O, maşınını Musaya verən zaman bildirmişdir ki, maşını onun icazəsi olmadan idarə etməsin. 28 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixə keçən gecə 00:30-da Musa ona zəng edərək bildirmişdir ki, ona məxsus avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində hərəkətdə olan zaman işıq dirəyinə çırpılmış və nəticədə ona məxsus olan avtomaşın yararsız vəziyyətə düşmüşdür. O, bu məlumatı aldıqdan sonra Musanın dediyi ünvana getmiş və görmüşdür ki, hadisə yerində heç kim yoxdur və maşını tam yararsız vəziyyətdədir. O, Musaya zəng edərək harada olmasını soruşmuş və o da müayinə üçün xəstəxanaya getdiyini bildirmişdir. Bundan sonra o, DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları gələrək hadisə ilə sənədləşmə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən avtotəmiri sexidir (i.v. 5-6). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ağ rəngli “KHAZAR” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi tam yararsız haldadır, qabaq alın şüşəsi və qabaq sağ qapısının şüşəsi sınmışdır. Avtomobil tam yararsız haldadır (i.v.15-17). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 9/8195 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qusur aktındakı məiumatiara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Khazar” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10462,0 manat müəyyən edilir (i.v.118-121). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, müvafiq ekspert rəyi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 185.2.4-cü maddəsinə əsasən eyni əməllər zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Tutma haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə, saat 17:00-da tutulmuşdur (i.v.46-47). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.71-72). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva Şəhər Lefortovsk Rayon Məhkəməsinin 19 sentyabr 2011ci il tarixli hökmünə əsasən AR CM-nin 111-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.74-75). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 11 may 2023-cü il tarixli ərizədən görünür ki, o, dəymiş ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.76). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (AR CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinin nümayəndəsi Şahid mülki iddia ərizəsi təqdim edərək təqsirləndirilən şəxsin hadisə günü “Khazar” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinə məxsus bir ədəd işıq dirəyinin sıradan çıxdığını, nəticədə müəssisəyə 960.96 manat məbləğində maddi ziyan dəydiyini qeyd edərək həmin məbləğin Təqsirləndirilən şəxs tutularaq “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10 yanvar 2015-ci il tarixli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinə dəymiş ziyan 960.96 manat (160 km/saat küləyə davamlı, qalvaniz, elektrostatik toz boyalı daraq H 12m-563.20 manat, işıqlandırıcı 400W Siteco SQ 200-397/76 manat) məbləğində qiymətləndirilmişdir (həmin avadanlıqlar 2015-ci ildə quraşdırılan zaman olan müəyyən edilmiş qiymət və hər ötən il üçün işlənməsi nəzərə alınmaqla çıxılan məbləğlər nəzərə alınmaqla). Məhkəmə iclasında təqsirləndirilən şəxs həqiqətən yol nəqliyyat hadisəsi baş verən zaman bir ədəd işıq dirəyinin aşdığını təsdiq edərək mülki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə verilmiş mülki iddianı iş materialları ilə əlaqəli şəkidə tədqiq edərək AR CPM-nin və Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq ““Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsi tərəfindən verilmiş mülki iddianın əsaslı olması və təmin edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək həbsdə saxlanldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 960.96 manat məbləğində pul vəsaiti tutularaq “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-299/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-299/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver